Novruz ənənələri



Yüklə 10.49 Kb.
tarix01.06.2017
ölçüsü10.49 Kb.
Novruz ənənələri

https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:and9gcrko5sl_verbfeswwar_qtuctmli31bcgpgpsjqs2pe-vzwmd-zra

Baharın ilk günüdür.Səhər tezdən günəş dağların arxasından boylanır.Ağacların başından, budaqların arasından süzülüb gələn qızılı şüalar Azərbaycanımızı parlaq yaz işığı ilə işiqlandırır . Çöllərdə, meşədə, çəməndə ilk xonçutlar, bənövşələr görünür.Baharın gəlişi özü ilə bərabər Novruz bayramını da gətirir. Azərbaycanlıların ən əziz bayramlarından biri “Novruz”dur. Novruz bayramına hazırlıq yazın ilk günlərindən başlayır.Novruz “yeni gün” deməkdir.

Novruz şənlikləri martın 21-nə dörd həftə qalmış başlanır. Həmin həftələrin çərşənbə axşamı günlərinə el arasında “ilaxır çərşənbələri “deyilir. Bunlar “Su”,”Od”,”Yel”,”Torpaq” çərşənbələridir. İlaxır çərşənbələrdə xalqımız qədim və gözəl adət -ənənələri yaşayır.

”Su” çərşənbəsinə “Əzəl çərşənbə “ , ”Sular Novruzu” da deyilir. Su çərşənbəsi suya müqəddəs inamla bağlıdır.Hələ gün doğmamışdan insanlar su üstünə gedir, əl-üzlərini yuyur, evə dinməz suyu gətirirlər.

“Od çərşəmbəsi” qədimdə xalqımızın günəşə, aya sitayişi ilə bağlıdır.Həmin gün tonqallar çatılır, insanlar onun üstündən atılırlar. “Ağrı acıları odda yandırdıq” deyirlər.

“Yel çərşəmbəsi”ndə əsməyə başlayan ilıq küləklər yazln gəlməsindən xəbər verir.

“Torpaq çəşəmbəsi”ndə yer oyanır ,torpaq günəşin ilıq nəfəsindən isinir.İnanclara görə sonuncu çərşənbədə ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qohum-qonşu qapısına gedirdilər.Qapı dalında durur, içəriyə qulaq asırlar.İçəridən eşitdiyin xoş söz niyyətinin olacağına işarə olardı.Bu ənənəyə “qulaq falı”deyirlər.

Torpaq çərşəmbəsində evlərdə üzərlik yandırılır ,həyətlərdə isə tonqallar qalanır.Uşaqlar torba götürüb qapı-qapı gəzir ,”Novruz payı “yığarlar.Torbalar qapılara gizlincə atılar.”Novruz”un payı bəzəkli yumurtalar ,meyvə, şirniyyat , qoğal və s.olur.

Bayram axşamı suya iynə atıb bəxtini sınamaq qızların adəti olub .Oğlanlar isə keşmişdə damın üstünə çıxar,torbaların bacadan içəri sallayardılar.Adətə görə ev sahibi torbaya şirniyyat qoymalı idi.

Bu el bayramında təzə paltar geyinir, ev-eşik ,həyət-baca səliqəyə salınır.

Çərşənbə axşamı xoncalar bəzənir, plov bişirilir, süfrəyə şirni və başqa nemətlər düzülür.Bu əziz bayramda bütün küsülülər barışırlar.

Novruz bayramı yaxınlaşanda hamı öz evində bayram süfrəsi açır.Ailə üzvləri süfrə ətrafında yığışır və novruzun gəlişini gözləyirlər.Bayram süfrəsini yeddi nemət bəzəyir: paxlava, şəkərbura, qoğal, iydə, kişmiş, xurma, innab.Novruz süfrəsinin bəzəyi xonşaya qoyulmuş beli qırmızı ilə bağlamış səmənidir.Səməninin ətrafını rəngbərəng yanan şamlar bəzəyir.

http://solo.az/uploads/posts/1363680226_1363545878-495.jpg

İl təhvil olan kimi süfrə başındakılar qucaqlaşıb öpüşürlər,bir-birini təbrik edir,deyib-gülür, şənlənirlər.Gənc ailələr ata evinə,yaşlı qohum,dost və tanış evlərinə gedərək onların bayramlarını təbrik edirlər.

Novruz bayramında yumurta döyüşür,bir çox mərasimlər keçirilir,tamaşalar göstərirlər.”Kosa” və “Keçəl”tamaşaların baş qəhrəmanlarıdır.Novruz şənliklərində “Novruzu”adlı milli rəqsimiz ifa olunur.Novruz bayramını bəzi Şərq xalqları da bayram edirlər.

Yansın hər evin şamı

Gəlir Novruz bayramı!

Gün o gün olsun ki,qaçqınlar öz torpaqlarında “Novruz bayramı” keçirsinlər .Evlərində işıq, süfrələrində şam yansın .



E.Bayramov adına Talıstan kənd tam orta məktəbin ibtidai sinif müəllimi Cəbrayılova Surə


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə