Novruz və onun ekolojġ aspektləRĠ Açar sözlər: təbiət, Novruz, ekologiya, tarix, adət, folklor, günəĢ, fayda, əhali, nəğmə



Yüklə 416.87 Kb.
Pdf просмотр
tarix25.05.2017
ölçüsü416.87 Kb.

53 

 

Anar Мəmmədov 



Bakı Dövlət Universiteti (Azərbaycan) 

 

NOVRUZ VƏ ONUN EKOLOJĠ ASPEKTLƏRĠ 



 

Açar sözlər: təbiət, Novruz, ekologiya, tarix, adət, folklor, günəĢ, fayda, əhali, nəğmə 

 

Hər gün açır könlümü zövqi-vüsalın yengidən, 

Gərçi güllər açmağa hər ildə bir Novruz olur.  

M.Füzuli 

 

YUNESKO-nun  və  BMT-nin  BaĢ  Məclisinin  qərarı  ilə  Novruz  bayramının  Dünyanın 

qorunan  qeyri-maddi  irs  və  Beynəlxalq  günlər  siyahısına  daxil  edilməsi,  hər  il  martın  21-nin 

Beynəlxalq Novruz günü elan olunması xalqımızın mədəni həyatında çox önəmli hadisədir. Arzu 

və istəklərimizin çiçəkləndiyi bir fəslin, daha doğrusu fəsillərin tacı olan baharın gəliĢini bildirən 

Novruzda  dünya  nura,  hərarətə  qərq  olur.  Torpaq  isinir,  həyatın  rəmzi  olan  yaĢıllıqlar  oyanır, 

sanki canlı və cansız təbiət dilə gəlir, coĢub-çağlayır. 

Xalqımıza,  doğma  yurdumuza,  torpağımıza  xas  olan  Novruz  bayramının  tarixi  isə  min 

illərə gedib çıxır.  

Novruz, Novruz, al Novruz!. 

Novruz, Novruz, qal Novruz! 

Novruz, Novruz, xoĢ gəldin, 

Dolu gəldin, boĢ gəldin? 

Quru gəldin, yaĢ gəldin?. 

Novruz, Novruz, xoĢ gəldin… 

 

Görkəmli  folklorĢünas  alim,  Novruz  bayramının  yorulmaz  tədqiqatçısı  olan  AMEA-nın 



müxbir  üzvü  Azad  Nəbiyev  doğru  qeyd  edir  ki,  ulu  qaynaqlardan  süzülüb  gələn  bir-birindən 

oynaq, Ģux, lətafətli bu bayram nəğmələri, daha erkən görüĢ və təsəvvürlə bağlı ayinlər, etiqad-

lar, adət-ənənələr, mərasimlər, tamaĢalar nəsillərin yaddaĢında yaĢayaraq əsrlər, qərinələr aĢmıĢ, 

gəlib  bu  günümüzə  çatmıĢdır.  Hələ  nə  xristian  dini,  nə  də  dinlərin  sonuncusu  olan  islam  dini 

olmayanda  bu  bayram  mövcud  idi,  xalq  tərəfindən  böyük  Ģövqlə,  Ģadyanalıqla,  xoĢ  arzularla, 

niyyətlərlə keçirilirdi (5, s.7). 

Mərhum akademik Fuad Qasımzadə isə özünün «Novruz – bahar bayramı» kitabında qeyd 

edir ki, Novruz bayramının sədası qədim ġərqdən, o cümlədən Odlar Yurdu Azərbaycandan gəlir 

(9,  s.12).  Bu  fikir  Novruzun  qədim  tarixə  və  ərazi  baxımından  Azərbaycana  məxsusluğunun 

bariz təsdiqidir.  

Novruz  bayramının  mahiyyət  və  xüsusiyyətlərini  izah  etmək  üçün  bir  daha  bayramların 

mahiyyəti və rolunu bilmək, bu barədə görkəmli zəkaların fikirlərilə tanıĢ olmaq yerinə düĢərdi.  

Antik dövrdə bayramlardan geniĢ bəhs  edən filosoflardan Platonu (e.ə. 427-347) və Aris-

toteli (e.ə. 384-322) xüsusi qeyd etmək lazımdır. Platon «Qanunlar» əsərində musiqi, nağıl, rəqs 

və  bayramları  əlaqədə  götürür,  bayramları  bədii  mədəniyyətin  inteqral  hadisəsi,  əməkdən  azad 

olan insanların  nailiyyəti, asudə vaxtın xüsusi bir  halı sayırdı.  Obyektiv  idealizm mövqeyindən 



54 

 

çıxıĢ  edən  filosof  ruhların,  xüsusən  allahların  Ģərəfinə  qurulan  bayramları,  himnləri  alqıĢlayır, 



sənətin yüksək formaları kimi qiymətləndirirdi (11, s. 317).  

Dünyəvi hadisələrlə daha çox bağlı olan Aristotel isə bayramları real zövq, həzz, insanların 

Ģadlıq və Ģənlik hisslərilə bağlayırdı. Onun «Siyasət» əsərində bayramlar tərbiyəyə, maarifə aid 

təntənəli hadisələr kimi qiymətləndirilir, asudə vaxtın yüksək forması sayılırdı. (1, s. 355-361).  

Alman  filosofu  Hegel  isə  öz  əsərlərində  «Avesta»dan,  zərdüĢtlükdən,  Novruzdan  xeyli 

danıĢıb.  Onun  «Tarix  fəlsəfəsi»  əsəri  demək  olar  ġərq  aləmi,  Ġran  və  onunla  həmsərhəd  olan 

yerlərdən bəhs edir. Böyük filosof həmin əsərdə « zənd xalqı » dedikdə « zənd dilində » yazılan 

kitabı – «Avesta»nı, zərdüĢtlüyü nəzərdə tutur.  

Hegel  əsərdə  iĢığın  allahı  Hörmüzdün  dilini  izah  edərək  bildirir  ki,  gərək  insanlar  iĢıq 

aləmindəki  kimi  hərəkət  etsinlər.  Cismən  və  mənəviyyatca  təmiz  olsunlar.  Cismani  və  mənəvi 

təmizliyə  ciddi  əməl  edilməli,  hər  bir  canlı  hifz  olunmalı,  qorunmalıdır.  Bunlardan  əlavə, 

canlıları, heyvanları bəsləmək, ağac əkmək, çeĢmələri təmizləmək, səhraları əkmək, becərmək də 

tələb olunur. Gərək, hər yerdə həyat olsun! (10, s. 166-170). Müasir dövrdə bəĢəriyyəti ən çox 

narahat edən də bioloji müxtəlifliyin və onun genetik fondunun qorunub saxlanması problemidir. 

Böyük alim zərdüĢtliyi geniĢ və dolğun izah etmiĢ, odla, iĢıqla bağlı olan atəĢpərəstliyin, 

baharın  bayram  edilməsi  və  təmizlik,  əmək  eĢqi,  yaratmaq  eĢqi,  əkinçilik  və  heyvandarlıq, 

məhəbbət, dostluq, ünsiyyət və s. mütərəqqi etik, estetik tələblərlə bağlı olan bu dünyagörüĢünün 

Ġran, Midiya kimi ölkələrdə və onlar ilə həmsərhəd olan yerlərdə yayıldığını göstərmiĢdir [10]. 

Bu adları çəkilən yerlərə isə qədim Azərbaycan da daxildir (9, s.14). 

Bahar  bayramı  Novruz  və  onunla  bağlı  məsələlər  Azərbaycan  folklorunda  da  öz  geniĢ 

əksini  tapmıĢdır.  Klassik  irsimizdə  Bahar  bayramının  təsviri  qədim  bir  tarixə  malikdir.  Hələ 

eramızdan əvvəl, Ġslam dininin yaranmasından yüz illərlə qabaq bahar bayramı və onunla bağlı 

hadisələr xalq yaradıcılığında, yazılı mənbələrdə, xüsusən əsatir, əfsanə və nağıllarda, «Avesta» 

kimi qədim mədəniyyət abidəsində öz geniĢ əksini tapmıĢdır [5,7,8,9]. 

Beləliklə,  Novruz  ġərq  xalqlarının  Ġslamdan  çox-çox  əvvəlki  əkinçilik,  məhsul  bolluğu 

etiqadları ilə bağlı bayramlarındandır. Novruz nəğmələrində dinlərdən qabaqkı təsəvvürlər bütün 

aydınlığı ilə əks olunmaqdadır. Bu bayramın dinlərdən çox-çox əvvəl qədim insanların bolluq, 

bərəkət, qüdsiyyət, əmək, əkinçilik və məiĢət həyatı ilə bağlı yarandığı aydın hiss olunmaqdadır 

(5,6,7). 

Belə  bir  fikir  var  ki,  Azərbaycanla  daha  sıx  bağlı  olan  Novruz  bayramı  haqqında  yazılı 

məlumat hələ eradan əvvəl VI əsrin əvvəllərinə aiddir. Zaman keçdikcə iqtisadi həyatda, sosial 

quruluĢlarda,  dini  baxıĢlarda  dəyiĢikliklər  baĢ  versə  də,  mənəvi  mədəniyyətdə  yüksəliĢ  özünü 

göstərsə də, Novruz bayramının məzmunu dəyiĢməmiĢ qalmıĢ, öz mahiyyət və təravətini demək 

olar  ki,  olduğu  kimi  saxlamıĢdır.  Bu  da  Ģübhəsiz  mərasimin  təbiətindən  doğur,  həyatiliyindən 

irəli gəlir (5). 

XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfa-

tının  baĢlanğıcı  kimi  götürülən  dünyəvi  bayram  adlandırırdı  (2).  XI  əsrin  digər  ərəb  tarixçisi 

Nizam-ül-Mülk  isə  özünün  «Siyasətnamə»sində  Novruzu  yazın  gəliĢi  ilə  bağlı  kütləvi  xalq 

bayramı kimi təqdim edir (15). 

Novruz bayramına hazırlıq 

Bayram qabağı Ģənliklər Novruza hələ təxminən bir ay qalmıĢ baĢlanır. 

Məlumdur ki, kiçik çillə fevralın 20-də qurtarır. Bundan sonra Novruza qədər davam edən 


55 

 

aya «Boz ay» (havalar tez-tez dəyiĢdiyindən) və ya «ala çillə»: ala çollo («alaçarpa» da deyirlər) 



deyilir.  Bu ay ərzində,  yəni 4 həftə müddətində  hər çərĢənbə  axĢamı (həftənin 2-ci günü) həyət 

və  küçələrdə  tonqal  qalanır,  üstündən  tullanırlar.  Cəmisi,  4  çərĢənbə  axĢamı  qeyd  olunur.  Bu 

həftələrə  «cəmlə»lər  deyilir.  Dörd  dəfə  olması  müqəddəs  sayılan  ünsürlər  –  su,  od,  hava  və 

torpaq  ilə  bağlıdır.  Məlum  olduğu  kimi,  insanı  əhatə  edən  abiotik  (cansız)  ekoloji  faktorlar  da 

məhz bu dörd ünsürdən ibarətdir. 

ÇərĢənbə  axĢamlarında  tonqalın  üstündən  tullanarkən  «ağırlığım  get,  qada-balam  get» 

deyirlər, arzu və istəklər bildirilir. Belə hərəkət edən mənən yüngülləĢir, saflaĢır, gələcəyə inam 

bəsləyir, ümid və nikbinliklə yaĢayır. Tonqal üzərindən tullananlar sonra bayram xonçası baĢına 

toplaĢır,  Ģənlik  edir,  Novruzla  bağlı  olan  nəğmələr  oxuyurlar.  Bu  nəğmələr  iĢ,  məiĢət,  konkret 

sahə və vəziyyətlə əlaqədar olur və çoxcəhətli olmaları ilə seçilir. 

Novruz  nəğmələrində  dinlərdən  çox-çox  qabaqkı  təsəvvürlər,  təbiət  varlıqlarını  insan 

cildində təsəvvür etmək kimi animist baxıĢlar öz əksini tapmıĢdır (5). Məsələn Novruzda gələn 

dumanı dağıtmaq üçün söylənən nəğmədə olduğu kimi: 

 

Duman, qaç, qaç, 



Rübəndüvü aç, aç. 

Kürəyini dağlaram. 

Qaysağına yağ çəkərəm. 

Yağlaram. 

Yaralarını bağlaram. 

Səni yoldan saxlaram… 

 

Ġnsanla  duman  arasındakı  mükalimə  əslində  təbiət  qüvvəsini  özünə  tabe  etmək  istəyənlə 



tabe olmayan arasındakı mükalimədir. Burada yenə insan təbiət qüvvəsi üzərində hökmran olur. 

Ġnsan dumanı qorxudur ki, çəkilib getməzsə onu cəzalandıra bilər: 

 

Gün babam od atında, 



Od bulud qanadında. 

Yel babam yel atında, 

Yelpizin qanadında. 

Səsləsəm dağdan gələr, 

Bağçadan, bağdan gələr… 

Duman qaç, qaç, 

Rübəndüvü aç, aç… 

 

Əslində  bu  bir  həqiqətdir  ki,  insan  yaranandan  bəri  nəinki  vəhĢi  (təbiətdə  azad  yaĢayan) 



heyvanları sahibsiz hesab etmiĢ və onlara ögey münasibətdə olmuĢdur, hətta təbiət ünsürlərini öz 

istəklərinə istiqamətləndirməyə çalıĢmıĢdır. Odur ki, o vaxtın insanının dumanı cəzalandırmaqla 

qorxutmasına adi bir hal kimi yanaĢmaq olar.  

Novruz  nəğmələri  içərisində  QıĢın  qurtarmasını,  Yazın  gəlməsini  arzulayan  nəğmələr 

xüsusi  yer  tutur.  «Qarı  ilə  Martın  dəyiĢməsi»ndə  isə  bütövlükdə  iki  rəmz  –  QıĢla  Yaz  qarĢı-

qarĢıya dayanmıĢdır. QıĢ nə qədər sərt, amansız olsa da, Yazın iradəsi qarĢısında məğlub olur. 

Qarı da o ki var sevinir: 


56 

 

Əldən aldın yorğanım, 



Dərdə düĢdü oğlağım. 

Borca getdim samana, 

Pislik qaldı yamana. 

Mart gözüvə barmağım, 

Çıxdı yaza oğlağım. 

 

Bilirik  ki,  Yer  planetinin  cansız  hissəsi  ilin  fəsillərindən  və  gecə-gündüzün  növbələĢ-



məsindən  asılı  olaraq  dəyiĢir.  Cansız  təbiətdə  gedən  dəyiĢmələrdən  asılı  olaraq  canlı  təbiətdə 

mövsüm hadisələri geniĢ yayılmıĢdır. ġaxtalı Ģimal və qızmar cənub bölgələrində, eləcə də aran 

düzənliyində  və  dağlarda  bu  hadisələr  daha  çox  qabarıq  görünür.  Orqanizmlər  öz  həyatını  ilin 

fəsillərinə  uyğunlaĢdırmalı  olurlar.  Ümumiyyətlə  isə  bitkilər  üçün  yaz-yayda  çiçəklənmə, 

payızda  meyvə  yetiĢməsi,  qıĢda  isə  yarpaqları  töküb  qıĢ  sükunətinə  getmə  səciyyəvidir 

(həmiĢəyaĢıl bitkilərdən savayı).  

Heyvanların nəsil verməsi üçün ətraf mühitdə qida bol, gün uzun olmalıdır. Balığın bədən 

temperaturu, adətən, onun yaĢadığı suyun temperaturuna uyğun olur. DəyiĢəndə hər ikisi dəyiĢir. 

Suda-quruda yaĢayanlar və sürünənlər dəyiĢkən temperaturlu olduqları üçün qıĢ yuxusuna 

gedir.  Ona  görə  nəsil  vermələrini  və  böyümələrini  yazdan  payızın  əvvəllərinə  qədər  bitirməli 

olurlar. QuĢlar və otyeyən məməli heyvanlar üçün də yaz-yayda nəsil vermə səciyyəvidir. 

Novruz bayramında icra olunan mərasimlərdən biri də GünəĢi çağırmaq mərasimidir: 

 

Gün çıx, gün çıx! 



Kəhər atı min çıx! 

 

-deyə camaat GünəĢi çağırır. Baharın GünəĢi də öz ilıq Ģəfəqləri (Ģüaları) ilə qıĢdan çıxmıĢ 



insanları isidir, torpağı qızdırır, təbiətdə oyanmaya səbəb olur. Bitkilər və heyvanlar aləmində 

xüsusi canlanma, dirçəliĢ baĢ verir. Sanki bütün canlılar – flora da, fauna da sevinməkdədir: 

 

Gün getdi su içməyə, 



Qırmızı don biçməyə, 

Gün özünü yetirəcək, 

Keçəl qızı aparacaq, 

Saçlı qızı gətirəcək. 

 

Canlıya  edilən  təsirlərin  cəminə  faktor  deyilir.  Canlı  aləmin  təbiətdə  mövcud  olması  da 



faktorlardan  asılıdır.  Faktor  mühitin  tərkib  hissəsidir.  Lakin  mühit  faktordan  geniĢ  anlayıĢdır. 

Ümumi  ekoloji  baxımdan  faktorlar  üç  böyük  qrupa  ayrılır:  abiotik-cansız,  biotik-canlı,  antro-

pogen-insan faktoru. 

Təbiətdə abiotik faktorlardan ən stabil olanı iĢıqdır. Sabit və tükənməz sayılan iĢıq mən-

bəyi də GünəĢdir. Planetdə enerji mənbəyi, maddələr dövranı, su mübadiləsi, mühitin formalaĢ-

ması canlılarda dövrü hadisələrin (köçmə, qıĢ yuxusuna getmə, çoxalma və s.) xronologiyası ilk 

növbədə iĢıq ilə əlaqədardır. Təbiətdə canlı həyatın bünövrəsi sayılan üzvi maddələrin yaranması 

birinci  növbədə  iĢığa  əsaslanır.  Canlı  aləm  gecə  və  gündüzün  uzunluğunda  olan  vaxt  fərqini 

dəqiq  müəyyən  edir  və  ona  müvafiq  öz  həyat  tərzini  dəyiĢdirir.  Təbiətdə  canlıların  yayılması, 

həyat tərzi və uyğunlaĢması baĢlıca olaraq iĢıqla əlaqədardır. ĠĢıqsız fotosintez mümkün deyildir. 



57 

 

ĠĢıq  üzvi  maddənin  yaranmasına,  heyvanlara  və  insana  xidmət  edən  ilk  kimyəvi  enerji 



mənbəyidir. Beləliklə, insanlar da GünəĢin çıxmağına görə sevinir, xoĢ əhval-ruhiyyə ilə GünəĢi 

salamlayan, onu tərifləyən nəğmələr oxuyurlar: 

 

Çıxdı GünəĢ qırmızı, 



Can gülüm, can, can. 

Topladı oğlan, qızı, 

Can gülüm, can, can. 

 Hər birimiz bir çiçək, 

Can gülüm, can, can. 

Bir bağçanın ulduzu 

Can gülüm, can, can.  

 

Novruz bayramı mərasimlərindən elələri var ki, onlar məhz bizim diyarda – Azərbaycanda, 

məhz bizim xalqda, bizim millətdə – azərilərdə icra olunur. Bunlar «Xıdır-xıdır», «Qodu-qodu» 

və «Kosa-kosa» mərasimləridir (5,7,9). «Xıdır» haqqındakı nəğmələr əkinçiliklə, yağıĢ arzusu ilə 

bağlıdır. 

Xıdır Ġlyas, xıdır Ġlyas, 

Bitdi çiçək, gəldi yaz. 

Xanım ayağa dursana, 

Yük dibinə varsana. 

BoĢqabı doldursana, 

Xıdırı yola salsana.  

 

Məlumdur  ki,  bahar  yağıntılı  olduqda  torpaq  yaxĢı  suvarılır.  Su  isə  bitkinin  vegetasiya 



dövründə onun normal fizioloji inkiĢafını təmin edən əsas amillərdəndir. Çünki, bitki torpaqda 

olan təbii qida maddələrini, üzvi və mineral gübrələri yalnız məhlul vasitəsi ilə mənimsəyə bilər. 

Köklər  sayəsində  mənimsənilən  qida  maddələrinin  miqdarı  yarpaqlar  vasitəsi  ilə  qəbul 

edilənlərdən olduqca çoxdur. Odur ki, bol su içdikdə torpağın bərəkəti artır, məhsul da bol olur. 

Əhali də yağıĢı çağırmaqla sanki, bərəkətin artmasını diləyirlər. 

«Qodu-qodu»  mərasimi  isə  həddən  ziyadə  yağıntının  olması  ilə  bağlıdır.  Əgər  quraqlıq 

torpağa ziyan vurur, bərəkəti, məhsuldarlığı  azaldır, çox vaxt məhsulun məhv olmasına gətirib 

çıxarırsa, öz növbəsində yağıntının həddən çox olması da zərərlidir. Torpaq yuyulur, münbitlik 

azalır, məhsul çürüyür, adamlar da iĢini vaxtlı – vaxtında görə bilmək üçün çölə çıxa bilmirlər. 

(Bu  yerdə təbiətdə  faktorların təsirinə dair 2  ekoloji qanunu xatırlatmaq  yerinə düĢərdi (müəl.). 

1913-cü ildə Ġsveç botaniki V.ġelford dözümlülük qanununu kəĢf etmiĢdir. O, müəyyən etmiĢdir 

ki, müəyyən yerdə hər hansı bir canlının ləng inkiĢafına səbəb ətraf mühit faktorlarının çatıĢmaz-

lığı deyil, həm də artıqlığıdır. Ona görə orqanizmin ətraf mühitdən tələbləri iki Ģərtlə ölçülür: a) 

minimal  ekoloji  tələb.,  b)  maksimal  ekoloji  tələb.  Bu  iki  tələb  arasındakı  Ģərait  orqanizmin 

dözümlülük  həddi  adlanır.  1940-cı  ildə  alman  aqronomu  Libix  isə  kəĢf  etmiĢdir  ki,  bitkilərin 

məhsuldarlığı  torpaqda  bol  qida  maddələrindən  yox,  minimal  miqdarda  olan  maddələrdən  – 

məsələn, mikroelementlərdən asılıdır). 

Qayıdaq «Qodu-qodu» mərasiminə. QıĢdan çıxmaq üçün GünəĢli günlər arzu edən adamlar 

«Qodu-qodu»  mərasimində  GünəĢin  rəmzi  olan  gəlincik  düzəldir,  onu  bəzəyir,  küçələrə, 


58 

 

həyətlərə  çıxıb  evləri  qapı-qapı  gəzir,  Ģən  tamaĢalar,  oyunlar  düzəldir,  nəğmə  oxuyur,  pay, 



hədiyyə toplayırlar: 

Qodu-qodunu gördünmü? 

Qoduya salam verdinmi? 

Qodu burdan keçəndə 

Qırmızı gün gördünmü? 

Yağ verin yağlamağa, 

Bal verin ballamağa. 

Qodu gülmək istəyir, 

Qoymayın ağlamağa. 

Qoduya qaymaq gərək, 

Qablara yaymaq gərək, 

Qodu gün çıxarmasa, 

Gözlərin oymaq gərək. [5]. 

 

Burada  Qodu-GünəĢin  rəmzi  hesab  edilir.  «Qodu  gün  çıxarmasa»  sözləri  isə  insanların 



qarlı  qıĢdan  sonra  GünəĢin  isti  Ģəfəqlərinin  yenidən  saçmasını  necə  səbirsizliklə  gözləmələrinə 

iĢarədir. 

Novruzla bağlı olan «Kosa-kosa» mərasimi də qədim tarixə malikdir və Azərbaycanda çox 

yayılmıĢdır (5,9). Bayram günlərində cavanların və uĢaqların ən çox sevdiyi, mahiyyət etibarı ilə 

xalq  teatrı  olan  bu  tamaĢada  Ģaxtalı  qıĢın  yola  salınması  və  insanların  aylarla  gözlədiyi  yazın 

gəlməsi (ilk bahar, novbahar) təsvir olunur: 

 

A kosa-kosa gəlsənə, 



Gəlib salam versənə. 

Çömçəni doldursana, 

Kosanı yola salsana. 

 

«Kosa-kosa» mərasiminin sözləri Ģəhər, qəsəbə və kənd meydanlarında ifa olunur: 



 

Ay quyruğu, quyruğu, 

Saqqalı it quyruğu. 

Kosam bir oyun eylər, 

Quzunu qoyun eylər, 

Yığar bayram xonçasın, 

Hər yerdə düyün eylər. [5]. 

 

Kosa-qıĢın  rəmzi,  onun  antropomorfizmi  (yunanca  «antropo»-insan,  «morfe»  isə  növ, 



forma,  görünüĢ  deməkdir.  Yəni  insani  forma,  qıĢın  insaniləĢdirilmiĢ  obrazıdır.  Keçi  isə  yazın 

zoomorfizmidir  («zoo»  yunanca  heyvan  deməkdir),  yazın  heyvaniləĢdirilmiĢ  obrazıdır.  Mü-

barizənin kosa (qıĢ) və keçi (yaz) obrazlarında verilməsi təsadüfi deyil. Bu, xalq müdrikliyindən, 

xalq təcrübəsindən irəli gəlir. Kosa-üzündə tük bitməyən və ya çox az bitən adama deyilir. QıĢın 

kosa  obrazında  verilməsi  qıĢda  məhsulun  olmamasına,  faydalı,  məhsuldar  bitkilərin  bitmə-

məsinə, yetiĢməməsinə iĢarədir. Keçi obrazında yazın verilməsi isə ondan irəli gəlir ki, keçi çox 

məhsuldar  ev  heyvanıdır,  ət,  yun,  süd,  piy  verir,  tez-tez  balalayır,  özü  də  fərasətli  olması  ilə 


59 

 

seçilir  (bir  çox  nağıllarımızda  keçi  məhz  fərasətli  heyvan  kimi  təsvir  olunur,  qurda,  canavara 



qalib gəlir, dağ keçisi isə neçə-neçə heyvanın dırmaĢa bilmədiyi sıldırım qayalara çox asanlıqla 

dırmaĢa bilir və beləliklə də özünü təhlükədən xilas edir və s.). 

 

Novruz-novruz bahara, 



Güllər-güllər nübara, 

Bağçamızda gül olsun, 

Gül olsun, bülbül olsun. 

Bal olmasın, yağ olsun, 

Evdəkilər sağ olsun. 

 

Bu  sözlər  adamların  baharın  gəliĢini,  hər  yanın  gül-çiçək  açmasını  necə  səbirsizliklə 



gözlədiklərini bir daha təsdiq edir. Məlum olduğu üzrə yağ ilin hər fəslində, bal isə əsasən qıĢda 

istifadə  olunur.  Göründüyü  kimi  «bal  olmasın  yağ  olsun»  sözləri  adamların  həqiqətən  də  qıĢı 

yola salmaq istəyini tərənnüm edir. 

Novruzla bağlı mərasimlərdə müqəddəs sayılan maddi anlayıĢlar sırasında torpaq, hava, su 

və odun, ağac və çiçəklərdən isə arçın, dağdağan və səmin (və  ya səməni) qeyd olunması çox 

maraq kəsb edir. 

Qədim  yazılı  mənbələrdən  məlum  olur  ki,  səm  baharın  gəldiyini,  təbiətin  oyandığını 

göstərən və bir sıra tibbi müalicə xüsusiyyətlərinə malik olduğundan müqəddəs sayılırmıĢ. Ġndi 

də bahar ərəfəsində səməni yetiĢdirilir. 

 

Dağlarda çiçək, 



A səm-səmim. 

Özəyi köyrək 

A səm-səmim. 

Ləçəyi göyçək 

A səm-səmim. 

Dərdlər dərmanı 

Ellər loğmanı. 

Bəyaz çiçəyim, 

Ġlk yaz çiçəyim. 

və ya: 


Səməniyə saldım badam, 

Qoymazlar bir barmaq dadam. 

Dörd tərəfin aldı adam, 

Səməni birana gəlmiĢəm, 

Uzana-uzana gəlmiĢəm. 

 

Göründüyü kimi bu nəğmələrdə ilk yaz gülü olan səməni dərdlər dərmanı hesab edilir, ellər 



loğmanına tay tutulur. 

Səməninin dörd tərəfində adamların olması da, onu necə əzizləmələrinə bir iĢarədir. 

Yeri  gəlmiĢkən  buğdadan  cücərdilən  səməni  haqqında  da  bəzi  məlumatları  xatırlamaq 

yerinə düĢərdi. Novruz  bayramının qaranquĢu, ilk müjdəçisi və rəmzi hesab edilən səməni  ya-

Ģıllıq, bolluq deməkdir. Bayram süfrəsinin yaĢıl bəzəyi olan səməni təbiətin canlanması, dağla-


60 

 

rımızın bəyaz libasını atması, çöllərimizin yaĢıllığa qərq olmasına bir iĢarədir. Eramızın I-II əsr-



lərində yaĢayan yunan alimi Plutarx midiyalıların taxılı müqəddəs saydıqlarını və buğdadan ilin 

baĢlanğıcında  «Omani»  adlı  yemək hazırladıqlarını qeyd  edir. ġübhəsiz, onun bu mülahizəsinə 

əsaslanaraq buğdadan səməni göyərdilməsi və ləziz yemək hazırlanması ehtimalı həqiqətə daha 

yaxındır. Səməni sözünün daha dərin qatlarla əlaqələndirilməsi maraq doğurmaya bilməz. ġimali 

Hindistanda yaĢayan qədim əhalinin iĢlətdiyi sanskrit dilində sumani – buğda deməkdir. Deməli, 

sumani ilə səməni arasında bir yaxınlıq olduğu ehtimalı da ortaya çıxır (5, s. 124). 

Bizə belə gəlir ki, səməni Novruz bayramı ilə qoĢa yaranmıĢ onun dəyiĢilməz rəmzi kimi 

minillikləri ötüb keçmiĢdir. Səməni təkcə  yaĢıllıq deyil. Həm də bolluq, bərəkət,  firavan həyat 

rəmzi  kimi  yaĢamıĢdır.  Səməni  həm  də  ən  ləziz  bayram  yeməyinin  adıdır.  Səməninin 

sıxılmasından  və  içinə  un  və  ədviyyatın  qatılmasından  ləziz  bayram  xörəyi  hazırlanır.  Səməni 

halvası da qənnadı məmulatımızın ən ləzizlərindəndir. Səmənidən hazırlanan bayram  yeməkləri 

həm də müqəddəs sayılır. 

Səməni xalqımız arasında nəsilartırma rəmzi kimi də məlumdur. Bir qayda olaraq bayram 

günlərində  uĢağı  olmayan  qadınlar  səmənini  baĢında  gəzdirər.  «Ay  bunu  göyərdən  Tanrı,  bu 

gəlini də göyərt. Arzusunu kama yetir, mətləbinə, muradına çatdır. Əhdini, ümidini bitir» deyər-

lərmiĢ.  Ürəklərdə  ümid  yaranarmıĢ.  Bayram  Ģənliklərində  səməni  mərasimi  icra  olunar  və  ona 

uyğun mahnı oxunar, rəqs edilərmiĢ. Xalqımız arasında indi də səməni haqqında oxunan sevimli 

nəğmələr maraq doğurur. 

 

Səməni saxla məni, 



 Ġldə göyərdərəm səni. 

 

Əslində bir-baĢa səməniyə ünvanlanan bu sözlər isə adamların səməninin fövqündə tanrıya 



dua  etmələrini  göstərir.  Onlar  dua  edirlər  ki,  salamat  olsunlar,  gələn  və  növbəti  yazlara  çıxa 

bilsinlər və hər il səməni göyərdə bilsinlər. 

 

Qara yel əsdi keçdi, 



Səbrimi kəsdi keçdi. 

Səməni, cəzana gəlmiĢəm, 

Dərdlərdən suzana gəlmiĢəm 

Buğdamı yel vurdu, 

Arpamı sel vurdu. 

Çovdarı çəyirtkə qopardı, 

Çəltiyi qara su apardı. 

Səməni saxla məni, 

Ġldə göyərdərəm səni. 

 

Əslində  bu  sadəcə  nəğmə  deyil,  adamların  aramsız  yağıĢlardan,  leysanlardan  fəryadıdır. 



Güclü  küləyin  buğdanı  korlamasını,  aramsız  yağıĢ,  leysanların  arpanı  yumasını,  çəyirtkənin 

təsərrüfata əvvəlki cansız amillərdən heç də az ziyan vurmamasını bildirən insanlar, sanki, imdad 

diləyirlər səmənidən. 

Maraqlıdır ki, bu nəğmələrdə insanlar səmənini görmələrini payızda yetiĢən narı görmələri 

ilə müqayisə edirlər: 

 


61 

 

Səməni saxla məni, 



Ġldə göyərdərəm səni. 

Səməni, 


Səndən yazın iyi gəldi. 

Səməni 


Səndən payızın iyi gəldi. 

Səni gördüm, 

Elə bildim 

Narım gəldi. 

Səni gördüm, 

Elə bildim 

Yarım gəldi. 

Səməni, ay səməni, 

Səməni, ay səməni. 

 

Ekoloji məna daĢıyan Novruz adət-ənənələri 

Ulu  qədimlərdən  bu  günə  qədər  gəlib  çatan  Novruz  bayramının  keçirilməsi  bir  sıra  adət-

ənənələrlə  müĢayiət  olunur.  Onlar  həyatın  və  məiĢətin  bütün  sahələrinə  aiddir.  Biz  isə  məhz 

ekoloji baxımdan maraq kəsb edənlərə toxunmaq istərdik: 

1.

 

Novruzda həyət-bacanı təmizləyərlər. 

2.

 

Novruza qədər ağacların dibini kəsərlər. 

3.

 

Novruza qədər bağların xəzəlini yığıb yandırarlar. 

4.

 

Novruza qədər ağacların quru budaqlarını kəsib atarlar. 

5.

 

Novruzda səməni göyərdərlər. 

6.

 

Novruzda unnuq çəkərlər. 

7.

 

Novruzda niyyət edərlər. 

8.

 

Novruzda tonqal yandırarlar. 

9.

 

Novruzda üzərrik yandırıb tüstüsünü mal-qaraya, oğul-uşağa, ev-eşiyə verərlər. 

10.

 

Axır çərşənbədə gün çıxmamış su üstündən tullanarlar. 

11.

 

Novruzda atı, iti vurmazlar. 

12.

 

Novruz günü novruzgülü dərərlər. 

13.

 

Novruz günü təzə yarpız yığarlar. 

14.

 

Novruz günü ilanı vurmazlar. 

15.

 

Novruz günü sağmal mal-qaranı oxşayarlar. 

16.

 

Novruz qabağı balıq bişirərlər. 

17.

 

Novruzda ot çalmağa tədarük görərlər. 

18.

 

Novruzda evləri şirələyər, paltar-palazı təmiz suya çəkərlər. 

19.

 

Novruzda yumurta boyayarlar. 

20.

 

Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar. 

Novruz bayramının təbii elmi əsaslara malik olan bioloji və psixoloji əsasları da güclüdür. 

Məhz baharda bütün təbiətdə (Yerin müvafiq yarımkürəsində (A.M.) böyük bir oyanma, canlan-

ma  baĢ  verir.  Novruz  ərəfəsində  havalar  isindikcə  güllər-çiçəklər  yarpaq  açır,  çiçəkləyir,  ləçək 

tökür. Bu vaxt göz, könül oxĢayan zəif yarpaqlı, incə saplaqlı, xoĢ ətirli bitkilər, bənövĢələr, ya-

səmənlər,  xüsusən  də  bayramın  adını  daĢıyan  Novruz  gülü  baĢ  qaldırır.  Yeri  gəlmiĢkən  qeyd 



62 

 

edək ki, balverən bitki olan novruzçiçəyi növləri qiymətli dərman, dekorativ, efiryağlı və vitaminli 



bitkilərdir. Köklərində saponin, Ģəkərli və aĢı maddələri, niĢasta, pektinlər, C vitamini vardır. 

Novruzda  ağaclar  oyanır,  tumurcuqlar  görünür.  Tər  bənövĢələr,  yasəmənlər  də  baharla 

oyanır,  ətir  saçır  (xalq  təbabətində  və  tibbdə  dekorativ  bitki  sayılan  bənövĢənin  çiçəkləri,  C 

vitamini  ilə  zəngin  yarpaqları  və  köklərindən  soyuqdəymə,  sətəlcəm  və  öskürəyə  qarĢı  dərman 

kimi  istifadə  edilir.  Vitaminli,  dekorativ  bitki  sayılan  yasəməndən  isə  xalq  təbabətində  böyrək 

xəstəliyinə qarĢı geniĢ istifadə olunur).  

Hər  yerin  yaĢıllıqlara  qərq  olunduğu  Novruzda  bağların,  yamacların,  çöllərin  qarı  əriyir, 

həyat, dirilik mənbəyi olan yağıĢlar yağır, bulaqlar, Ģəlalələr, sellər gurlayır, sular Ģırıl-Ģırıl axır, 

çayların suyu artır. Bütün təbiət dilə gəlir sanki. Buna qıĢ yuxusundan ayılmıĢ heyvanlar, qıĢla-

masını, yəni miqrasiyasını isti ölkələrdə bitirərək köçüb gəlmiĢ quĢlar da sevinir. Heyvanat alə-

mində xüsusi bir canlanma, dirçəlmə baĢ verir. Bioloji bir təbəddülat yaranır. Bütün bunlar in-

sanlara da son dərəcə müsbət, müqayisəyə gəlməyən psixoloji-emosional təsir göstərir. Hamı se-

vinir,  gülür,  xoĢ  hallar  keçirir.  Qeyd  etmək  yerinə  düĢər  ki,  öz  orqanizmində  əzmkarlığın  art-

dığını, gücləndiyini hiss edən, yüksək psixoloji-emosional hallar keçirən insanların yaĢamaq, ya-

ratmaq, faydalı iĢ görmək meyli məhz yaz aylarında xeyli artır. Onlar yaradıcı əməklə, qurmaq-

yaratmaq eĢqilə, xüsusən kənd iĢlərilə (Ģum, əkin, bağlara qulluq və s.) daha çox məĢğul olmağa 

baĢlayırlar.  

Azərbaycanda geniĢ tarixi dövrü əhatə edən orta əsrlərdə Novruz bayramı öz yaĢarılığını, 

həyatiliyini və zənginliyini saxlamıĢ və inkiĢafını davam etdirmiĢdir. Bu bayramın çalarları, ma-

hiyyəti və incə məsələləri haqqında fikirlərə böyük Ģairlərmiz Xaqani, Xəyyam, Nizami və öl-

məz  Füzulinin  incilərində  təkrar-təkrar  rast  gəlinir.  Həmin  məlumatlar  tarixiliyi,  gerçəkliyi, 

səmimiliyi və hayatiliyilə insanı valeh edir. 

Beləliklə,  Novruz  sərhəd  bilməyən,  çox  geniĢ  ərazidə  yayılan,  yazın  gəliĢini  bildirən  el 

bayramıdır. Bu gün o taylı-bu taylı Azərbaycanla yanaĢı, Orta Asiya, Əfqanıstan, Pakistan, Ġran, 

Türkiyə  və  baĢqa  ölkələrdə  yaĢayan  yüz  milyonlarla  azərbaycanlı  Novruzu  özünün  ən  əziz 

bayramı kimi qeyd edir [5]. 



ƏDƏBĠYYAT 

1.

 



Aристотель. “Поэтика” // М., 1911  

2.

 



Biruni Əbu-Reyhan. Asarul Bagiye. TaĢkent, 1975 

3. Əliyeva R.A., Mustafayev Q.T., Hacıyeva S.R. Ekologiyanın əsasları (ali məktəblər üçün dərs vəsaiti) 

// Bakı, «BDU nəĢriyyatı», 2006, 536 s. 

 4. Мустафаев Г.Т., Мамедов А.Т. «Экология» до экологии в Азербайджане (начальные сведения) 

//  Фундаментальные  науки  и  практика,  сборник  научных  работ  с  материалами  трудов  2-ой 

международной телеконференции, Томск, 2010, том 1, № 3, с. 40-45. 

 5. Nəbiyev A. Novruz (toplu) // Bakı, «Yazıçı», 1989, 128 s. 

 6. Nəbiyev A. Novruz bayramı (toplu) // Bakı, «Yazıçı», 1992 

 7. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. 2 cilddə, I - ci cild // Bakı, «Çıraq», 2009, 640 s. 

 8. Qasımzadə F.F. «Avesta»dan bu günədək // Bakı, «Bilik», 1982, 52 s. 

 9. Qasımzadə F.F. Novruz – bahar bayramı //Bakı, 1989, 62 s. 

10. Гегель. Сочинения. Т. VIII // Москва, 1975 

11. Платон. Сочинения в 3-х томах. Т.3 // Москва, 1972 

12. Sadiq Ġ. Bahar bayramı Ģumer qaynaqlarında // B., 2009 

13. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları // Bakı, “Yazıçı”, 1983, 326 s. 

14. Seyidov M. Yaz bayramı, Bakı, 1990 



63 

 

15. Nizam-ül mülk. Siyasətnamə // Bakı, 1989.  



16. Xəyyam Ö. Novruznamə // TаĢkent, 1987.  

17. Gəncəvi N. Ġskəndərnamə // Bakı, 1983. 

 18. Qasımlı M. Novruz: oyanıĢ – qurtuluĢ bayramı. «Folklor və etnoqrafiya» jurnalı. // Bakı, 2005, №4, 

səh 3-11  

 

Анар Мамедов 

Бакинский Государственный Университет (Азербайджан) 

 

ЭКОЛОГИЧЕСКИЕ АСПЕКТЫ ПРАЗДНИКА НОВРУЗ  



 

Р Е З Ю М Е 

 

У  азербайджанского  народа  есть  много  интересных  праздников.  Один  из  них  –  уходящий 

корнями в самые древние времена праздник Новруз. В статье исследуются экологические аспекты 

этого дорогого для каждого азербайджанца праздника и связанных с ним обычаев и традиций. 



Ключевые  слова:  природа,  Новруз,  экология,  история,  обычай,  фольклор,  солнце, 

польза, население, песня 

 

Anar Mammadov  

Baku State University (Azerbaijan) 

 

NOVROUZ AND ECOLOGICAL ASPECTS OF TRADITIONS AND CUSTOMS 



CONNECTED WITH IT 

 

S U M M A R Y 

 

The  Azerbaijan  people  have  very  interesting  holidays.  And  one  of  them  is  Novrouz  which  has  a 



great history of its creation. The ecological aspects of this lovely holiday connected with its traditions and 

customs and its celebration is analysed in the presented article. 



Key words: nature, Novrouz, ecology, history, tradition, folk, sun, benefit, population, song 

 

 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə