67
3.3 İntellektual təhlil metodları
Ekspert sistemlər EHM-lərdən istifadə edərək
intellektual xarakterli
məsəslələrin həlli metodlarını öyrənən kompleks fənnlər birləşməsində intellektual
sistemlərin tədbiqinin və inkişafının praktiki nəticəsi olaraq meydana gəlmişdir. Hal-
hazırda tədqiqat predmeti olan məsəslələrin həllinə baxılır: teroemlərin avtomatik
sübutu, maşın tərcüməsi(bir dildən başqa dilə çevirmə), rəsmlərin tanınması və təhlili,
robotların hərəkətlərinin planlaşdırılması, alqoritmlər və oyun strategiyaları.
Analitik sistemlərin
əsas tərkib hissələrindən biri, verilənlərin intellektual
təhlil vasitələridir. Analitik sorğuların çoxunun icrası zamanı verilənlərin mürəkkəb
statistik emalı tələb olunur. Süni intellekt vasitələrinin istifadəsi olunması ilə analitik
təhlilin aparılması VBİS-lərin tətbiqini tələb edir. Süni intellekt metodları olan
neyron şəbəkələr(neural network), qeyri-səlis məntiq (fuzzy logic), genetik
alqoritmlər(genetic algorithms), biliklərin çıxarılması (data-mining)
Verilənlərin
intellektual Təhlil-VİT metodlarıdır.Bu metodlar, prosesləri təsvir edən dəqiq
asılılıqların olmadığı hallarda adi üsullardan
istifadənin mümkünsüzlüyü
vəziyyətində ənənəvi statistik yanaşmaların inkişafına təkan verir. İntellektual təhlil
sistemləri, verilənlərin qarşılıqlı əlaqələrinin və qeyri-xətti asılılıqlarının avtomatik
tapılmasında effektiv vasitədir. Bu öyrəniləcək predmet sahəsilə yaxından tanış
olmaq və yüksək keyfiyyətli qərarlar qəbul etmək üçün olduqca əhəmiyyətlidir.
Verilənlərin intellektual təhlili metodları korrelyasiya metodları kimi dəyişənlər
arasındakı xətti asılılıqları yox, mürəkkəb qeyri-xətti asılılıqların və enmə
nöqtələrininin öyrənilməsini həyata keçirir. İntellektual təhlil sistemləri əsasında
qurulmuş proqram paketləri bu asılılıqları təbii dildə qaydalar formasında ifadə edir.
Verilənlərin İntellektual Təhlili sistemləri həmçinin verilənlərdə anomaliyaları,
ümumi qanunauyğunluqdan kənara çıxmaları müəyyən edir. Kənara çıxmalar qeyri-
xətti asılılıqların aşkar edilməsi ilə müəyyənləşdirilir.
Bu zaman, anomaliyanı
müəyyən edəcək sistem elə öyrədilir ki, buraya daxil edilmiş verilənlər yığımına
əlavələr edildiyi zaman yeni yazı bu çoxluğa uyğun gəlməzsə,
sistem bu haqda
xəbərdarlıq edir. VİT metodları, sistemdəki verilənlərin qanunauyğunluqlarına
68
əsaslanaraq, müəyyən tendensiyalar haqqında gələcəyə dair fərziyyələr irəli sürə bilir.
Proqnozlaşdırma adlanan bu proses vasitəsilə, hər hansı obyekt və ya hadisə haqqında
gələcəkdə ola biləcəklərlə bağlı ehtimallı mülahizələr formalaşdırılır. Qeyd edilən
xüsusiyyətlərinə görə bu sistemlərdən
istifadə getdikcə artsa da, heç bir proqram
paketi müşahidə edilmiş hadisənin inteqral təhlilini mütəxəssis kimi reallaşdıra
bilmir.
İntellektual sistemlər qurularkən predmet sahəsi barədə olan biliklərin təqdim
edilməsi üsulları və insan
təfəkkürünün modelləşdirilməsi, düşünmə metodları və
qərar qəbul edərkən seçim etməsi əhəmiyyətli rola malikdir. Bu sistemləri yaradan
insan, yəni bilik üzrə mühəndis çox uzun zaman əsas bazasını yaratmaq üçün
ekspertlə birlikdə fəaliyyət göstərir. Bu uzun müddətdə
təkrarlanmalar nəticəsində
bazaya daxil ediləcək biliklərin təqdimat sxemləri və onunla paralel olaraq məntiqi
nəticəçıxarma üsulu seçilir. [7]