75
Ekspert sistemlərin xərcləri əhəmiyyətli dərəcədə dəyişir. Buraya hazırlıq və
istismar kimi inkişaf sonrası xərcləri də daxildir. Proqramın istifadəsi üçün xərclər çox
sadə bir sistem üçün ən azı minlərlə dollardan milyonlar arasında dəyişməkdədir. Böyük
şirkətlər və kompleks fəaliyyətlər üçün kifayət qədər güclü bir kompüter təchizatı
olmalıdır və yeni mütəxəssis sistemi mövcud informasiya sistemləri və proseslərə nəzrət
ilə inteqrasiya etmək üçün tez-tez proqramlaşdırmalıdır. Həmçinin, proqramdan asılı
olaraq, bilik bazası əlaqə səviyyəsini və aktuallığını normada saxlamaq üçün tez-tez
yenilənməlidir. Mütəxəssisin məlumatı təsəvvür etmə və rəqəmsal formada təsvir etmə
qabiliyyətindən asılı olaraq sistemin aktivləşdirilməsi prosesi uzuna bilir. Bu qədər
səylər sonrasında belə bəzi ekspert sistemlər zəif dizaynı və ya qeyri-kafi məlumat
modelləşdirməsi səbəbi ilə xərclərini qarşılaya bilmir.
Ekspert sistemlər son dərəcə zəngin məlumat-verilənlər bazası
strukturu və
məzmunu kimi son dərəcə mürəkkəb vəzifə və fəaliyyətlər icra edir. Bu səbəblə insan
fəaliyyətlərini və problemləri modelləşdirmək üçün çox uyğundurlar. Ekspert sistemlər
istehsal fasilələrini azaldaraq keyfiyyəti artıra bilərlər. Əlavə olaraq, ekspert sistemlər
rəqəmsal rabitədən istifadə edərək araşdırmaların uzaq məsafələrə köçürülməsini
asanlaşdırır. Bütün hallarda ekspert sistemin uzunmüddətli
istifadəsi bir insan
mütəxəssisinin xidmətlərindən daha ucuz və daha keyfiyyətli ola bilər.
Hal-hazırda ayrı-ayrı sahələrdə ekspert sistemlərin hazırlanması və tətbiq
olunması prosesində effektivliyi artırmaq üzrə böyük işlər görülür. Və bunun
nəticəsində istər tibb, istərsə də iqtisadiyyat və digər sahələrdə nailiyyətlər əldə
olunur. Ekspert sistemlərin
vəzifəsi ondan ibarətdir ki, qurulduğu andan etibarən
daxil olunan ekspert bilikləri təhlükəsiz formada saxlasın və müraciət zamanı həmin
biliklərə başa düşülən formada əlçatanlığı təmin etsin. Hansı sahədə istifadə
olunmasına baxmayaraq, ekspert sistemlərin istifadəsi iqtisadi səmərə gətirir və həll
olunan məsələnin dairəsini olduqca genişləndirir. Ekspert sistemlər o cümlədən digər
intellektual sistemlər iş prosesində məhsuldarlığı artıraraq qoyulmuş məsələnin
həllini asanlaşdırır. Müasir dövrdə firmalar bazarda rəqabət güclərini artırmaq üçün
76
yüksək ixtisaslaşma səviyyəsində fəaliyyət göstərməlidirlər. Təkcə 1196-ci ilə süni
intellektə əsaslanan sistemlər 1996 satış həyata keçirmişdilər.
Ekspert sistemlər
təşkilat daxilində informasiyanın ötürülməsi və yayılması, düzgün strategiyaların
seçilməsi proseslərində aparıcı rol oynayır.Başqa sözlə desək, şirkətlər bazardakı
səhmlərə nəzarət edərkən müdafiə strategiyası yaratmaq imkanlarını müəyyən edərək
əsas mövqeni ələ keçirmiş sayılır . 1991-ci ildən bu yana maliyyə sahəsində
istifadəsinə başlanmış ekspert sistemlər gəlirin səviyyəsi, ümumi mənfəətin
artırılması, uzunmüddətli və qısamüddətli borcların hesablanması , kadr dəyişikliyinə
nəzarət
etməklə riskdən qaçmağa, keyfiyyət əmsallarının, bazar mövqeyi və işgüzar
nüfuzun yüksəldilməsinə və hətta firmanların itirilmiş statuslarının bərpasına yardım
edir.
Bu sahədə olan nailiyyətlər deməyə əsas verir ki, elə bir zaman gələcək
insanlar bu intellektual qurğuların əsirinə çevrilərək onlardan tamamilə asılı olacaq,
ancaq hələ ki bu əvəzləşdirmə tamamilə mümkün olmayıb. Hazırki dövrdə süni
intellektə əsaslanan
robotexnikaya nəzər salsaq, bunun elə də uzun olmayan bir
zamanda həyata keçiriləcəyini demək mümkündür. Hər il bu sahədə həm dünya üzrə,
həm də ölkəmizdə inkişaf daha yüksək pilləyə yüksəlir və uzun illər də belə olacağı
danılmaz faktdır.
Dostları ilə paylaş: