Ġntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 1.15 Mb.
Pdf просмотр
səhifə2/6
tarix26.05.2017
ölçüsü1.15 Mb.
1   2   3   4   5   6

NƏTĠCƏ 
 
Böyük Qafqazın şimal-şərq yamacında yay otlaqları altında inkişaf etmiş dağ-
çəmən torpaqlarının morfogenetik  və bioekoloji xüsusiyyətləri çöl tədqiqatlarının, 
kameral-laboratoriya,  ədəbiyyat  və  fond  materiallarının  ümumiləşdirilməsi  və 
analizi  nəticəsində  öyrənilmiş  və  müasir  torpaq-ekoloji  səciyyəsi  verilmişdir. 
Aparılmış  tədqiqatların    nəticələrinə  görə  bu  ərazidə  yüksək  münbitliyə  malik 
ibtidai, çimli-torflu, çimli və qaramtıl dağ-çəmən torpaqları yayılmışlar və yüksək 
məhsuldarlıqlı yay otlaqları kimi heyvandarlıqda intensiv istifadə olunurlar.  
 
ƏDƏBĠYYAT: 
1.
 
Məmmədov  Q.Ş. Azərbaycanın torpaq ehtiyatları. Bakı: Elm, 2002, 132 s. 
2.
 
Salayev E.M., Babayev M.P. Azərbaycan torpaqlarının morfogenetik profili, 
Bakı, Elm, 2004, 202 s. 
3.
 
Məmmədov  Q.Ş.  Azərbaycanın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin 
sosial-iqtisadi və ekoloji əsasları. Bakı: Elm, 2007, 854 s. 
4.
 
Babayev M. P., Həsənov V. H. Azərbaycan torpaqlarının müasir təsnifatı və 
nomenklaturasının nəzəri əsasları (metodik  tövsiyyə). Bakı, 2001, 32 s. 
5.
 
Məmmədov  Q.Ş.,  Şabanov  C.Ə.,  Mustafayeva  Z.R.,  Xolina  T.A.,  Abdul-
layeva  G.M.  Böyük  Qafqazın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin  ekoloji 
əsasları. // Müasir müstəqil Azərbaycanda Heydər Əliyev aqrar siyasəti: Reallıqlar, 
perspektivlər  mövzusunda  ümumrespublika  elmi-praktik  konfransın  materialları. 
Gəncə: AKTA, 2008, s. 42-45   
6.
 
Qusar  rayonunun  torpaq  örtüyü  və  ondan  səmərəli  istifadə  yolları, 

 
15 
AZDÖVYERQURLAHİN, Bakı, 1985, 78 s. 
7.
 
Həsənov  E.Ə.  Böyük  Qafqazın  cənub  yamacının  yay  otlaqları  və  onların 
vəziyyəti. Azərbaycan aqrar elmi,  № 3-6, 1994, s.57-59  
8.
 
Алиев  Г.А. Почвы Большого Кавказа ,Том 2, Элм, 1994, 430 с.  
9.
 
Hacıyev  V.M.,  Qasımov  S.  Azərbaycanın  yay  və  qış  otlaqları,  Bakı,  1987, 
79 s.  
 
 
 
Резюме 
 
Морфогенетические и биоэкологические особенности горно-
луговых почв северо-восточного склона Большого Кавказа 
 
Н.Н.Сираджов 
 
Увеличение  продуктивности  пастбищ  и  сенокосов,  являющихся 
основными  природными  кормовыми  ресурсами  летних  пастбищ  и 
повышение  плодородия  почв  под  пастбищами  имеет  огромное  значение    в 
развитии  животноводства  в  республике.    В  связи  с  этим,  на  основе 
комплексных  почвенных  исследований,  проведенных  на  летних  пастбищах 
северо-восточного 
склона 
Большого 
Кавказа, 
нами 
изучены 
морфогенетические  и  биоэкологические  особенности  подтипов  горно-
луговых почв под летними пастбищами.  
 
 
 
 
 
 

 
16 
Summary 
 
Morphogenetic and bioecological features of the  mountain-meadow soils on 
the north-east slope in Great Caucasus 
 
N.N.Siracov 
 
Increase of the fertility of the pasturable soils and productivity of the pastures, 
hayfields which are considered natural food sources in the summer pastures of our 
republic are important problem assuming importance in development of the cattle-
breeding.  In  connection  with  it,  being  grounded  on  perennial  complex  researches 
which are conducted in the zone of the summer pastures of the north-east slope of 
Great  Caucasus  the  morphogenetic  and bioecological    features  of  the subtypes  of 
the mountain-meadow soils spread in the zone have been studied.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
17 
BÖYÜK QAFQAZIN ġĠMAL-ġƏRQ YAMACI YAY 
OTLAQLARININ TORPAQ ÖRTÜYÜNÜN TƏRKĠBĠ 
 
 
AMEA TorpaqĢünaslıq və Aqrokimya Ġnstitutu 
 
 
Azərbaycanın  şimal-şərq  zonasına  daxil  olan  Böyük  Qafqazın  şimal-şərq 
yamacı  40
0
52
/
-41
0
50
/
şimal  en  dairəsi  ilə  48
0
05
/
-49
0
22

şərq  uzunluq  dairəsində 
yerləşir.  Zona  şimal-qərbdən  Samur  çayı  vasitəsilə  Dağıstan  MR,  şimal-şərqdən 
Qəbələ    rayonunun  torpaqları,  cənubdan  Şamaxı  və  cənub-qərbdən  İsmayıllı, 
cənub-şərqdən  Xızı  və  Abşeron,  qərbdən  Oğuz  rayonunun  torpaqları  ilə 
sərhədlənir.  Ərazinin  ən  yüksək  nöqtəsi  1727  m  (Zıxır  kəndi)  hündürlükdə 
yerləşmişdir.  
 H.Ə.Əliyev  [7]  Böyük  Qafqaz  vilayətini  relyefin  ayrı-ayrı  elementlərinə 
görə aşağıdakı zonalara bölmüşdür: Şimal yamacı, Cənub yamacı və Şərq yamacı. 
Silsiləarası  Qonaqkənd  depressiyası  Əsas  və  Yan  silsilələr  arasında,  dəniz 
səviyyəsindən  1000  m-dən  yüksəkdə  (ərazinin  əsas  hissəsi  dəniz  səviyyəsindən 
2000 m yüksəklikdə yerləşmişdir) yerləşir. Silsiləarası depressiya ərazisində əsasən 
denudasion  tektonik  relyef  forması  inkişaf  etmişdir.  Baş  silsilənin  Tufan  dağı  və 
Yan silsilənin Şahdağı Böyük Qafqazın şərq hissəsini mərkəzi hissədən ayırır. Baş 
və  Yan  silsilənin  suayrıcılarında  yerləşən  ərazinin    relyefi  torpaqəmələgəlmə 
prosesinin xarakterinə görə bir neçə hissəyə bölünür [7]. 3000 m-dən yüksək ərazi 
sahəcə  az  olaraq  Tufan dağının  zirvəsindən başlayaraq    cənub-şərq  istiqamətində 
40-45 km-ə qədər Babadağ və Mülkümdağ istiqamətində uzanır.  
Yüksək dağlıq zonaya həm də Yan silsilədə, Şahdağdan şərqdə rast gəlinir. 
2000-3000  m  hündürlükdə  ərazi  kifayət  qədər  geniş  sahəni  tutaraq  Baş  silsilənin 
yamaclarını, köndələn qolların  yaylaformalı  suayrıcılarını və onların yamaclarını, 
həmçinin Yan silsilənin suayrıcısının yüksək dağlıq yaylasını əhatə edir. Ərazinin 
yüksəkliklərində  dağ süxurlarının intensiv yuyulması gedir. Cənub və cənub-şərq 
ekspozisiyalı yamaclarda dağ süxurlarının qırıntıları nisbətən xırda olub, toplanma 
yerlərində  bitki  örtüyünə  rast  gəlinir.  Böyük  Qafqazın  şimal-şərq  yamacı  Baş  və 

 
18 
Yan silsiləni çoxlu saylı qollara və dərələrə parçalanmışdır. Ərazinin yüksək dağlıq 
hissəsi  aşağı  yura  dövründən  yuxarı  təbaşir  dövrünə  qədər  olan  mezozoy 
çöküntülərindən  təşkil  olunmuşdur.  Böyük  Qafqazın  şimal-şərq  yamacının  qərb 
hissəsində  əsas  torpaqəmələgətirən  süxurlara  aiddir:  aşağı  təbaşir  dövrünün 
əhəngdaşları  və  yuxarı  yura  dövrünün  kəltənvari  konqlomeratları,  Yan  silsilənin 
əsas süxurları, Baş silsilənin aşağı yura dövrünün tünd rəngli gilli şistləri, orta yura 
dövrünün  şistli,  qumdaşlı  boz-qonur  kip  süxurları,  Baş  silsilənin  qollarının  əsas 
süxurları.  Böyük  Qafqazın  şimal-şərq  yamacının  yüksək  dağlıq  qurşağının  iqlimi 
quru qışı olan soyuq iqlim (1000-2700 m) və dağlıq tundra iqliminə (2700 m dən 
yüksək)  malikdir.  Böyük  Qafqazın  şimal  yamacının  yüksək  dağlıq  zonasının 
(Qırız, Qonaqkənd, Xızı) iqlimində quruluq hiss olunur, yağıntıların miqdarı (Qırız 
580 mm) buxarlanmada (555 mm) o qədərdə çox deyildir.  
 Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqları yerləşən yüksək dağlıq 
qurşağın  torpaq  örtüyünün  öyrənilməsi  ilə  əlaqədar  olaraq  qarşıya  qoyulmuş 
vəzifələri yerinə yetirmək üçün 2008-2010-cu illər ərzində ərazidə çöl tədqiqatları 
aparılmışdır.  Aparılmış  çöl-torpaq  və  kameral-laboratoriya  tədqiqatlarının 
nəticələri,  AMEA  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutunun  fond  xəritəçilik 
materialları,  Dövlət  Torpaq    və  Xəritəçəkmə  Komitəsinin  Azdövlətyerqurlayihə 
İnstitutunun torpaq tədqiqatı materialları (irimiqyaslı torpaq-tədqiqat materialları, o 
cümlədən  1:10000  və  1:25000  miqyaslı  təsərrüfatların  torpaq  xəritələri,  Quba  və 
Qusar inzibati rayonlarının 1:50000 miqyasında torpaq istifadəçiliyi (yerquruluşu) 
xəritələri)    əsasında  bizim  tərəfimizdən  ―Böyük  Qafqazın  şimal-şərq  yamacı  yay 
otlaqlarının torpaq xəritəsi‖ (1:100000 miqyaslı) dəqiqləşdirilərək tərtib edilmişdir. 
Aparılmış tədqiqatların nəticələrinə və ―Böyük Qafqazın şimal-şərq yamacının yay 
otlaqlarının  torpaq  xəritəsi‖nin  legendasına  əsasən  ərazidə dağ-çəmən  torpaqların 
aşağıdakı    yarımtipləri  yayılmışdır:  1.  Ibtidai  dağ-çəmən,  2.    Çimli-torflu  dağ-
çəmən; 3. Çimli dağ-çəmən; 4. Qaramtıl dağ-çəmən; 5.  Dağ-çəmən bozqır.  
 
 
 

 
19 
Cədvəl 
Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqlarının torpaq örtüyünün tərkibi 
 
 
Yuxarıdakı  cədvəldən  göründüyü  kimi  Böyük  Qafqazın  şimal-şərq 
yamacının yay otlaqlarının ümumi sahəsi 301924,04 ha təşkil edir. Yüksək dağlıq  
ərazisində  ən  çox  yayılmış  torpaqlar  çimli  dağ-çəmən  torpaqlardır,  sahəsi  - 
110761,87  ha  olub,  ümumi  sahənin  36,69%-ni  təşkil  edir.  Tədqiqat  obyektində 
yayılmasına görə 2-ci yeri tutan çimli-torflu dağ-çəmən torpaqlar ümumi sahənin 
15,89%-ni təşkil edir (47982,29 ha). İbtidai dağ-çəmən torpaqlar da kifayət qədər 
ərazidə  yayılaraq  40861,62  ha  sahəni  əhatə  edir  (13,53%).  Qaya  süxurlarının 
çıxıntıları  13451,69  ha  və  qumlu  daşlıqlar  2462,31  ha  sahəni  tutaraq  ümumi 
sahənin 5,28%-ni əhatə etmişlər. 
Aşağıda  Böyük  Qafqazın  şimal-şərq  yamacının  yay  otlaqlarının  ərazisində 
yayılmış  torpaqların  çöl,  kameral-laboratoriya  tədqiqatlarının,  ədəbiyyat  və  fond 
Sıra 
nömrəsi 
Torpaq növmüxtəlifliklərinin adı 
Sahəsi ha-la 
Sahəsi 
%-lə 

Qleyvari çimli dağ-çəmən 
16748,81 
5,55 

Çimli dağ-çəmən 
110761,87 
36,69 

Çimli torflu dağ-çəmən 
47982,29 
15,89 

Sıx çimli dağ-çəmən 
33797,70 
11,19 

Qaramtıl dağ-çəmən 
27075,30 
8,97 

İbtidai dağ-çəmən                                                    
40861,62 
13,53 

Becərilən qaramtıl dağ-çəmən 
156,85 
0,05 

Qaya süxurlarının çıxıntıları 
13451,69 
4,46 

Tam inkişaf etməmiş qaramtıl dağ-
çəmən 
8625,60 
2,86 
10 
Qumlu daşlıq 
2462,31 
0,82 
 
Cəmi 
301924,04 
100% 

 
20 
materiallarının  nəticələrinə  əsaslanan  qısa  torpaq-ekoloji  səciyyəsi  verilir.  İbtidai 
dağ-çəmən  torpaqları  Böyük    Qafqazın  şimal-şərq  yamacının  yüksək  dağlıq 
zonasında  (2500  m-dən  yuxarı)  çox  mürəkkəb  relyef  şəraitində  formalaşır,  hətta 
eyni iqlim şəraitində yaxın məsafədə fərqli torpaqəmələgəlmə prosesləri və aşınma 
tiplərində  müşahidə  olunur.  İbtidai  dağ-çəmən  torpaqları  yuxarı  alp  qurşağında 
tapmış  və  suayrıcı  yamacların  yuxarı  hissəsini  əhatə  edir.  İbtidai  dağ-çəmən 
torpaqları  yuxa  çimli  dağ-çəmən  torpaqlarına  keçirlər,  bu  torpaqlar  adətən  iki 
qatdan  ibarət  olurlar.  Çox  primitiv  ibtidai  morfoloji  quruluşa  malik  olan 
torpaqlarda torpaqəmələgəlmə prosesi bu torpaqların üst 10-13 sm çürüntülü çimli 
qatında,  tədricən  aşınmanın  kobud  qırıntılı  materiallarında  təşkil  olunmuş  ana 
süxura keçir [4]. İbtidai dağ-çəmən torpaqlarında yuxarı 8-12 sm qatında humusun 
miqdarı bitki parçalanması üçün minimal əlverişli şəraitdə 3,10-3,86% təşkil edir. 
Ümumi  azotun  miqdarı  humusa  müvafiq  olaraq  0,18-0,25%  qədərində  olmuşdur. 
Ümumi fosforun və kaliumun miqdarı üst qatda  0,16-0,20% və 3,14-4,06%- təşkil 
etmişdir. Çimli torflu dağ-çəmən yarımtipi alp çəmənliklərinin tipik torpaqları olsa 
da  respublikamızın  yüksək  dağlıq  zonasında  kiçik  sahələrdə  yayılıblar  [6].  Çimli 
torflu dağ-çəmən torpaqları bütöv zona əmələ gətirmir, coğrafi cəhətdən çox vaxt 
adacıqlar şəklində yayılmışlar. Bu torpaqlar Baş silsilədə Bazardüzü, Tufandağ və 
Babadağın şimal yamaclarında, Şahnabad düzündə, Baş silsilənin şimal-şərq tərəfə 
ayrılan  qollarının  suayrıcı  (Qonaqkənd  zonasında),  Yan  silsilənin  suayrıcı 
düzənliklərində və Şahdağın maili yamaclarında yayılmışdır.  
Çimli torflu dağ-çəmən torpaqlarının bir sıra səciyyəvi morfoloji əlamətləri 
mövcuddur.  İlk  növbədə  səthdə  zəif  torflaşmaya  məruz  qalmış  möhkəm  çim 
təbəqəsinin olmasını göstərmək lazımdır. Çürüntülü qatlar bilavasitə ana süxurun 
üzərində  yerləşir.  Ümumiyyətlə,  çimli  torflu  dağ-çəmən  torpqlarının profili  əksər 
hallarda qisa olur (40-50 sm), bəzi hallarda isə bundan da qisa olur. Yerli bioiqlim  
şəraiti  ilə  əlaqədar  olaraq  çimli  torflu  dağ-çəmən  torpaqlarının  üzvi  maddələrlə 
zənginləşməsi  onların  səciyyəvi  xüsusiyyətlərindən  hesab  olunur  [2].    Bu 
torpaqlarda  humusun  miqdarı  8,0-16%  təşkil  etməklə,  dərinliyə  getdikcə  kəskin 
şəkildə azalır. Onu da qeyd edək ki, çimli torflu dağ-çəmən torpaqlarında humusun 

 
21 
miqdarı təyin edilərkən yarımparçalanmış və xırdalanmış bitki qalıqların torpaqdan 
ayırmaq çox çətindir. Elə bununla əlaqədar olaraq humusun miqdarının yüksəlməsi 
müşahidə  olunur.  Çimli  torflu  dağ-çəmən  torpaqlarında  ümumi  azotun  miqdarı 
humusa  uyğun  olaraq  yüksək  olub,  0,6-0,9%-təşkil  edir.  Torpaq  məhlulunun 
reaksiyası turş, yaxud zəif turşdur. Torpaqlarda lil hissəciklərinin azlığı müşahidə 
olunur. Lil hissəciklərinin miqdarı 10-12%, fiziki gil isə 21-40% arasında tərəddüd 
edir.  
Çimli  dağ-çəmən  torpaqları  respublikamızın  yüksək  dağlıq  ərazilərin  subalp 
qurşağında çox geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli dağ-çəmən torpaqları 
dağ  meşələri  ilə  alp  çəmənləri  arasında  yayılmışdır.  Bu  torpaqlar  Baş  Qafqaz 
silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dubrar dağına qədər 
uzanır.  Çimli  dağ-çəmən  torpaqların  yayıldığı  sahələr  dik  və  bəzən  uçurumlu 
olduğu  üçün  bu torpaqlar  ancaq  suayrıcı boyu  inkişaf  edərək dağ  düzənliklərinin 
səthində  geniş  örtük  yaradır.  Torpaqəmələgətirici  süxurlar  kimi  turş  vulkanik  və 
aşınmanın elüvial məhsulları böyük rol oynayır [3]. Subalp çəmənlərinin yayıldığı 
yüksək  dağlıq  zona  üçün  rütubətlənmə  və  ərazinin  kifayət  qədər  parçalanması 
torpaqları yuyucu rejim şəraitində inkişaf etdirir. 
Tədqiqatlar zamanı alınan nəticələrə əsasən torpaqların morfoloji quruluşunun 
ümumiləşdirilmiş xarakteristikasını versək görərik ki, bu torpaqların profili çox da 
qalın  olmayıb  çox  hallarda  60-70  sm-dən  artıq  olmur.  Çimli  dağ-çəmən 
torpaqlarında  bitki  kökləri  və  çürüntülü  maddələrin  zənginliyi  torpaqların 
tündlüyünə  və  humuslu  akkumlyativ horizontunun  kəsim  zamanı  aydın  seçilməsi 
ilə  müşahidə  olunur.  Dağ-çəmən  torpaqları  qeyd  etdiyimiz  kimi  humusla  zəngin 
olur. Torpaqların üst qatında humusun miqdarı 8,0-14,0% təşkil edir və dərinliyə 
getdikcə  onun  miqdarı  kifayət  qədər  azalır.  Əksər  halda  50-60  sm  dərinlikdən 
sonra humusun miqdarı 1,7-2,4% dən çox olmur. Təsvir olunan torpaqlarda ümumi 
azotun miqdarı humusun miqdarına uyğun olaraq yüksəlir. Torpaqların üst qatında 
onun  orta  miqdarı  0,48-0,76%    təşkil  edir.  Çimli  dağ  çəmən  torpaqlarında  üzvi 
qalıqlar  daha  dərindən  parçalanır.  Çimli  dağ-çəmən  torpaqlarının  udma  tutumu 
yüksəkdir. Həmin torpaqların üst qatında onun göstəricisi 45,5-50,10 mq-ekv təşkil 

 
22 
edir. Torpaq məhlulunun reaksiyası zəif turş və turşdur. pH göstəricisinin bir qədər 
yüksək olması çimli qatda kül elementlərinin çoxluğu ilə izah edilir. Qranulometrik 
tərkibinə  görə  çimli  dağ-çəmən  torpaqları  əsasən  çınqıllı,  orta  və  yüngül 
gillicəlidir.  
Qaramtıl dağ-çəmən torpaqları subalp çəmənləri torpaqlarının aşağı hissəsini 
əhatə  edir.  Böyük  Qafqaz  vilayətində  bu  torpaqların  aşağı  sərhəddi  dəniz 
səviyyəsindən 1800-2000 m yüksəklikdən keçir. Qaramtıl dağ-çəmən torpaqlarının 
yayıldığı  ərazilər üçün  relyefin  daha  sakit  forması  səciyyəvidir.  Böyük  Qafqazda 
və Yan silsilənin dağarası depressiyalarında, bəzi hallarda (Yan silsilədə) suayrıcı 
yaylalarda  inkişaf  edərək  yayılmışdır.  Əsas  etibarı  ilə  bu  torpaqlar  yuyucu  rejim 
şəraitində  əhəngdaşı qumlucalar  və  karbonatlı gillicələrin  aşınma  qabığı  üzərində 
formalaşır.  Kalsium  karbonatla  zəngin  süxurların  üzərində  yayıldığı  üçün  bu 
torpaqların profilində karbonatlar ayrı-ayrı ocaqlar şəklində yayılır, yaxud nisbətən 
aşağı qatlarda ağ karbonatlı ləkələrlə müşahidə olunur. 
Qaramtıl dağ-çəmən torpaqlarında taxılkimilər, cır yulaf və nazikgövdə kimi 
çim  yaradan  bitkilərin  üstünlük  təşkil  etməsi  torpaqlarda  qalın  çim  qatının 
yaranması üçün əlverişli şərait yaradır. Onu da qeyd edək ki, qaramtıl torpaqların 
çim  qatı  ilə  çimli  dağ-çəmən  torpaqların  çim  qatları  bir-birindən  müəyyən  qədər 
fərqlənir.  Çimli  dağ-çəmən  torpaqlarında  çim  qatı  8-10  sm-dirsə,  qaramtıl 
torpaqlarda bu qat 15-20 sm arasında tərəddüd üdir. Bu səbəbdən də qaramtıl dağ-
çəmən  torpaqlarında  bitki  kökləri  30-35  sm  dərinliyədək  daxil  olur  və  maddələr 
mübadiləsinin,  eləcə  də  çim  qatında  kül  elementlərinin  daha  çox  toplanmasına 
əlverişli  şərait  yaradır.  Bitki  örtüyü  daha  gur  və  sıx  inkişaf  etdiyi  üçün  qaramtıl 
torpaqların  yayıldığı  ərazilərdə  ümumi  fitokütlənin  miqdarı  çimli  dağ-çəmən 
torpaqlarının  yayıldığı  sahələrə  nisbətən  yüksəkdir  (391-489  t/ha)  [5].  Bitkilərin 
yeraltı  kütləsi  yerüstü  kütlədən  10-11  dəfə  çoxdur.  Torpaq  səthinə  daxil  olan 
töküntülərin əsas hissəsi surətlə parçalandığı üçün səthdə demək olar ki, döşənək 
əmələ  gəlmir  [1].  Bioiqlim  şəraiti  ilə  əlaqədar  olaraq  torpaqlarda  humifikasiya 
prosesi  qənaətbəxş  şəkildə  gedir.  Təsvir  edilən  torpaqların  üst  qatında  humusun 
miqdarı  10-16%,  azotun  miqdarı  0,51-0,78%  təşkil  edir.  C/N  nisbəti  7-9-dan 

 
23 
yüksək deyildir. Bu da torpaqlarda üzvi qalıqların yüksək parçalanmasından xəbər 
verir. Təsvir edilən torpaqlarda mühitin reaksiyası adətən zəif turş, bəzi hallarda isə 
neytrala yaxın olur. pH-ın qiyməti isə 6,0-6,6 arasında tərəddüd edir. Profilin orta 
hissələrində  mübadilə  olunan  hidrogenin  nisbətən  çox  olması  ilə  əlaqədar  olaraq 
mühitin  turşluğunun  artması  müşahidə  olunur.
 
Qaramtıl  dağ-çəmən  torpaqları 
qranulometrik  tərkibinə  görə  orta  və  ağır  gillicəli  olur.  Həmçinin  torpaqların 
qranulometrik  tərkibində  lil  və  xırda  toz  hissəcikləri  üstünlük  təşkil  edir. 
Götürülmüş  kəsimlərin  qranulometrik  tərkibə  görə  analizinin  nəticələrinə  əsasən 
torpağın  dərin  qatlarına  nisbətən  üst  qatlarında  lil  hissəciklərinin  miqdarı 
azalmışdır -9-20%, fiziki gilin miqdarı isə 52-58 % təşkil edir. Aşağı qatlara doğru 
onun  miqdarı  artır,  orta  qatlarda  zəif  gilləşmə  əlamətləri  müşahidə  olunur. 
Aqroistehsalat  baxımından  qaramtıl  dağ-çəmən  torpaqları  yüksək  məhsuldar  yay 
otlaq sahələrinə aid edilir və əsasən örüş və biçənək sahəsi kimi istifadə olunur. 
 
 
Ədəbiyyat 
 
1.
 
Məmmədov  Q.Ş. Azərbaycanın torpaq ehtiyatları. Bakı: Elm, 2002, 132 s. 
2.
 
Məmmədov  Q.Ş.  Azərbaycanın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin 
sosial-iqtisadi və ekoloji əsasları. Bakı: Elm, 2007, 854 s. 
3.
 
Məmmədov  Q.Ş.,  Şabanov  C.Ə.,  Mustafayeva  Z.R.,  Xolina  T.A.,  Abdul-
layeva  G.M.  Böyük  Qafqazın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin  ekoloji 
əsasları. // Müasir müstəqil Azərbaycanda Heydər Əliyev aqrar siyasəti: Reallıqlar, 
perspektivlər  mövzusunda  ümumrespublika  elmi-praktik  konfransın  materialları. 
Gəncə: AKTA, 2008, s. 42-45   
4.
 
Quba  rayonunun  torpaq  örtüyü  və  ondan  səmərəli  istifadə  yolları, 
AZDÖVYERQURLAHİN, Bakı, 1991, 102 s. 
5.
 
Qusar  rayonunun  torpaq  örtüyü  və  ondan  səmərəli  istifadə  yolları, 
AZDÖVYERQURLAHİN, Bakı, 1985, 78 s. 

 
24 
6.
 
Həsənov  E.Ə.  Böyük  Qafqazın  cənub  yamacının  yay  otlaqları  və  onların 
vəziyyəti. Azərbaycan aqrar elmi,  № 3-6, 1994, s.57-59  
7.
 
Алиев  Г.А. Почвы Большого Кавказа ,Том 2, Элм, 1994, 430 с.  
 
 
Xülasə 
 
Təbii  ekosistemlərin  və  biogeosenozların  qorunması  ekologiyanın  müasir 
problemlərindən  biri  olub,  ətraf  mühitin  vəziyyətinə  nəzarətin  təşkil  edilməsi, 
təbiəti  mühafizə  tədbirlərinin gücləndirilməsi, ayrı-ayrı  biosfer komponentlərinin, 
o cümlədən meşə örtüyü, təbii otlaqlar  və onların altında formalaşan torpaqların 
qorunması,  bərpası  və  bioloji  potensialının  artırılması  məsələlərinin  həlli  bu 
ərazilərdə elmi tədqiqatların aparılmasını tələb edir. Bu baxımdan Böyük Qafqazın 
şimal-şərq  yamacının  yay  otlaqlarının  torpaq  fondu  öyrənilmiş,  ərazidə  yayılmış 
torpaqların  çöl,  kameral-laboratoriya  tədqiqatlarının,  ədəbiyyat  və  fond 
materiallarının nəticələrinə əsaslanan qısa torpaq-ekoloji səciyyəsi verilmişdir. 
 
 
 
 
Структура почвенного покрова почв под летними пастбищами северо-
восточного склона Большого Кавказа 
 
Резюме 
 
      В  настоящее  время  одной  из    наиболее  актуальных  проблем  экологии 
является охрана природных экосистемы и биогеоценозов. Решение задач по 
организации  контроля  над    состоянием  окружающей  среды,  ужесточение 
мероприятий  по  охране  природы  и  отдельных  компонентов  биосферы,  в 
частности  лесных  массивов,  природных  пастбищ  и  формирующихся  под 

 
25 
ними  почв,  требует  проведения  научных  исследований  по  охране, 
восстановлению и увеличению биологического потенциала почв изучаемого 
региона.      В  данной  работе,  на  базе  полевых,  камеральных,  фондовых  и 
литературных  источников,  дается  почвенно-экологическая  характеристика 
почв под летними пастбищами северо-восточного склона Большого Кавказа. 
 
 
 
 
 
 
 
 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə