Ġntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 1.15 Mb.
Pdf просмотр
səhifə5/6
tarix26.05.2017
ölçüsü1.15 Mb.
1   2   3   4   5   6

 
               In presented article it is studied the reasons of 
occurrence of erosive processes in summer pastures of 
a northeast slope of the Great Caucasus, it is defined a 
role of anthropogenous and natural factors in these 
processes, and also it is presented a complex of 
antierosion actions for improvement and restoration of 
fertility of soils under summer pastures. 
          Keywords: summer pastures, erosion of soils, agro 
technical actions. 
 
 
 
 
 
 
 
 
 
 
 

 
78 
Quba-Xaçmaz bölgəsinin dağlıq 
zonasının torpaq ehtiyatları 
 
 
AMEA, TorpaqĢünaslıq və Aqrokimya Ġnstitutu 
 
 
 Quba-Xaçmaz  bölgəsi  Böyük  Qafqazın  şimal-
şərq  yamacında  yerləşərək  şimal-qərbdən  Dağıstan 
MR-sı,  cənub-qərbdən  Baş  Qafqaz  silsiləsi,  şərqdən 
Xəzər  dənizi  ilə  əhatələnir.  Bölgənin  tərkibinə  Quba, 
Qusar,  Şabran,  Xızı,  Siyəzən  və  Xaçmaz  rayonları 
daxildir.  Sahəsi  696,5  min  hektar olmaqla  respublika 
ərazisinin 8,1% ni əhatə edir. 
Bölgənin  relyef  quruluşu  qərbdən  və  cənubdan 
dağlıq  olmaqla  Baş  Qafqaz  silsiləsinin  şimal-şərq 
yamacı və yan silsilənin cənub şərq hissəsini tutur. Ən 
yüksək  nöqtəsi  Şahdağ  (4252m)  zirvəsidir.  Şimal-
şərqdə  isə  Beşbarmağ  dağı  (800m)  ən  yüksək  zirvə 
hesab  olunur.  Bölgədə  dərin  kanionlar,  suayrıcılar, 

 
79 
yaylalar, dağarası çökəkliklər, uçqunlar və sürüşmələr 
geniş yayılıb. 
Ərazinin  bitki  aləmi  çox  müxtəlifdir  və  şaquli 
zonallıq  qanunu  daha  aydın  nəzərə  çarpır.  Çünki, 
yüksək  dağlıq  ərazilər  qayalıq,  subalp  və  alp  çəmən, 
bəzi ərazilərdə isə bozqır çəmən bitkiləri ilə müşahidə 
olunur. 
Ərazinin  dağlıq  və  qismən  alçaq  dağlıq 
ərazilərində  enliyarpaqlı  meşələr,  bir  qədər    aşağı 
qurşaqda isə əsas etibarı ilə bozqır ot bitkiləri, seyrək 
meşə  və  kserofil  meşə  kolluqları  geniş  yayılmışdır. 
Quba-Qusar maili düzənliyində əsasən bozqır bitkiləri 
üstünlük təşkil edir. 
Bitki  aləminin  inkişafında  mühüm  rol  oynayan 
ərazinin  iqlim  şəraiti,  eləcə  də  torpaqəmələgəlmə 
prosesində, 
xüsusilə 
bitki 
qalıqlarının 
parçalanmasında  və  onların  üzvi  maddələr  şəklində 
torpağa  daxil  olmasında  fəal  iştirak  edir.  Ərazidə 
yağıntılar  əsasən  bərabər  paylanmışdır.  Belə  ki,  ilin 

 
80 
soyuq dövründə Quba və Qusar rayonlarında 255-278 
mm, isti dövrlərində isə 316-337 mm yağıntı düşməsi 
müşahidə  olunur.  Ümumilikdə  ərazinin  şərq  və  qərb 
hissəsində  yağıntıların  nisbətində  fərq  vardır.  Bunun 
səbəbi 
əsas 
etibarı 
ilə 
ərazinin 
relyef 
xüsusiyyətlərindən  asılıdır.    Havanın  illik  nisbi 
rütubətliyi  dağətəyi  və  yüksək  dağlıq  ərazilərdə  66-
78%  arasında,  düzənliklərdə  isə  76-78%  təşkil  edir. 
Ərazinin  relyefi,  iqlim  şəraiti,  bitki  örtüyü  və  torpaq 
əmələgətirən  süxurların  xassə  və  amilləri  bölgənin 
mövcud 
torpaq 
örtüyünün 
tərkib 
hissəsinin 
formalaşmasının  əsasını  təşkil  edir.  Quba-Xaçmaz 
bölgəsnin  dağlıq  zonasının  torpaq  örtüyünün  tərkibi 
aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 1)                                                            
                                                                                                            
 
 
 
 

 
81 
Cədvəl 1           
                                                            
Quba-Xaçmaz bölgəsnin dağlıq zonasının torpaq 
örtüyünün tərkibi 
 
 
 
 
 
 
 
 
Tip və yarımtiplər 
      Sahə  
   Ha 
  % 
İbtidai və torflu dağ-çəmən 
33680 
7,7 
Çimli dağ-çəmən 
109159 
25,0 
Çəmənləşmiş dağ-meşə qonur 
27990 
6,4 
Tipik qonur dağ-meşə 
61106 
14,0 
Karbonat qalıqlı, qismən bozqirlaşmış qonur dağ-meşə 
20715 
4,7 
Çimli karbonatlı dağ-meşə 
4178 
1,0 
Yuyulmuş qəhvəyi dağ-meşə 
114551 
26,2 
Tipik qəhvəyi dağ-meşə 
34584 
7,9 
Karbonatlı və bozqırlaşmış qəhvəyi dağ-meşə 
31201 
7,1 
Bölgə üzrə cəmi 
437164 
100 
 
Torpaq ehtiyatlarının əsas hissəsi, yəni 66,4% i 
və  ya  ümumi  torpaq  fondunun  462,6  min  hektarı 
dağlıq relyef şəraitində yayılmışdır. Düzən  ərazilərdə 
isə  ümumi  torpaq  fondunun  yalnız  33,6%  i  və  ya 

 
82 
213,9  min  hektarı  yerləşir.  Dağ  torpaqlarının  əsas 
sahəsi  meşə  mənşəli  torpqlar  olub  dağ  torpaq 
ehtiyyatının  63,6%  ni  (294,3  min  ha)  təşkil  edir. 
Yüksək 
dağlıq 
ərazidə 
yerləşən 
dağ-çəmən 
torpaqlarının  tip  və  yarımtipləri  ümumi  dağ  torpaq 
fondunun  38,8%-ni  (142,8min  ha)  təşkil  edir.  Yay 
otlaq  sahəsi  kimi  istifadə  olunan  və  yüksək  iqtisadi 
əhəmiyyət  kəsb  edən  subalp  və  alp  zonası  torpaqları 
bölgənin  ümumi  torpaq  fondunun    20,5%-  ni  əhatə 
edir. 
    Ərazinin 
dağlıq  hissəsində  yayılmış  meşə 
örtüyünün  formalaşdırdığı  təbii  mühitin  və  xüsusilə 
torpaq  ortüyünün  qoruyucusu  olduğu    kimi,  eyni 
zamandada 
həmin 
regionda 
sutənzimləyici, 
torpaqqoruyucu  və  s  xüsusiyyətləri  ilə  səciyyələnir. 
Bölgənin  təbiətinə  təsir  göstərən  meşə  örtüyü  son 
yüzillikdə,  xüsusilədə  son  25-30  ildə  hədsiz  qırılıb 
məhv edilmiş, nəticədə meşəsizləşmə baş verdiyindən 
bozqır  ot  bitkiləri  və  seyrək  meşə,  kserofil  meşə 

 
83 
kolluqlarının arealı genişlənməyə başlamışdır. Bunun 
nəticəsində  bozqırlaşma  şəraitində  yaxın  keçmişdə 
meşə  altından  çıxmış  boz-qəhvəyi  torpaqların  tip  və 
yarımtipləri inkişaf etmişdir. Hazırda ərazidə yayılmış 
dağ-boz-qəhvəyi  torpaqlar  ümumi  dağ  torpaq 
fondunun 3,6%-ni (25,4 min ha) təşkil edir. 
Bölgənin  torpaq  örtüyünün  tərkib  hissəsini 
təşkil edən kənd təsərüffatına yararlı torpaqlar ümumi 
torpaq  fondunun  55,5%-ni  (386,6  min ha)  təşkil edir. 
Bunun  32,9%-i  əkin  və  dincə  qoyulmuş  torpaqlardır. 
Biçənək    sahə  kimi  istifadə  olunan  torpaqlar  7,5%-ə, 
çoxillik  əkinaltı  torpaqlar  7,3%-ə  çatır.  Kənd 
təsərrüfatına  yararlı  torpaqlar  içərisində  ən  genış 
sahəni  örüş  və  otlaq  torpaqları  tutur.  Bu  torpaqlar 
torpaq  ehtiyatınının  48,3%-ni  əhatə  edir.  Həyətyanı 
torpaq  sahələri  isə  4,0%  (15,3min  ha)  təşkil  edir. 
Kənd  təsərrüfatında  istifadə  olunmayan  torpaqlar  isə 
ümumi  torpaq  fondunun  26,8%-ni  (187,0  min  ha) 
tutur. 

 
84 
Kənd  təsərrüfatına  yararlı  torpaqların  miqdarı 
bölgənin  ayrı-ayrı  rayonlarında  çox  müxtəlifdir. 
Bölgədə  Quba  rayonu  ən  çox  kənd  təsərrüfatına 
yararlı  torpaq  sahəsi  olan  rayondur  və  onun  sahəsi 
145,7  min  ha  olmaqla  bölgənin  ümumi  torpaq 
fondunun 
55,8%-nə 
bərabərdir.  Bu  üstünlük 
torpaqların  62,2%-ni  təşkil  edən  örüş  və  otlaq 
sahələrinin  hesabına  baş  verir.  Əslində  isə  rayonda 
əkin  və  dincə  qoyulmuş  torpaqların  sahəsi  Qusar  və 
Xaçmaz rayonlarına nisbətən azdır. Qusar və Xaçmaz 
rayonlarında bu göstəricilər 23,0% və 71,7%-dir (34,5 
və 44,4 min ha). 
Bölgədə  torpaq  istifadəçiliyinin  miqyası  geniş 
olduğundan  onun  bu  günki  aqroekoloji  durumu  da 
xeyli 
fərqlidir. 
Torpağın 
əsas 
aqroekoloji 
parametrlərindən biri təbii münbitlik xassələrinə görə 
keyfiyyət qrupları üzrə paylanması aşağıdakı cədvəldə 
verilmişdir (cədvəl 2). 
 

 
85 
Cədvəl 2 
Bölgənin  ümumi  kənd  təsərrüfatı  sahələrinin 
keyfiyyət qrupları üzrə paylanması (ha/%)                                                                            
Bo
nit
et 
şka
las
ı 
Key
fiyy
ət 
qrup

Kənd təsərrüfatı sahələri 
Ək
in 
din

Ço
xill
ik 
ək
məl
ər 
Biç
ənə

Həy
ətya
nı 
Sah
ələr 
Örüş və 
otlaqlar 

mi 
Kən
dya
nı 
Q
ış 
Y
ay 
10
0-
81 

39
17

844

295  153
37 
377
48 
1
8
4

10
07

11
29
12 
80-
61 
II 
64
93

142
96 
163
70 

735
11 
2
9
4

17
64

18
97
01 
60-
41 
III 
21
31

355

115
10 

293
62 
1
3
8

54
38 
72
56

40-
21 
IV 
15
55 
190

101


421

4
6

45

96
11 
20-






139

2
4

12

17
65 
10
0-1 
I-V 
12
69
73 
282
05 
291
94 
153
37 
146
225 
6
8
8

33
73

38
65
51 
 
Bölgənin  məhsuldar  və  yararlı  torpaqları 
müxtəlif  məqsədlər  üçün  və  uzun  müddətli  istifadə 
olunduğu  üçün  torpağın  təbii  münbitliyi  kəskin 
şəkildə  pisləşib  və  hazırki  duruma  gəlib  çıxmışdır. 
Bunun  nəticəsi  olaraq  bölgədə  kənd  təsərüffatı 
dövriyyəsində  olan  386,5  min  ha  torpaq  sahəsinin 
yalnız  113  min  ha  yaxın  otlaq  sahəsi  I  keyfiyyət 
qrupunda  yer  tutmuşdur.  Onuda  qeyd  edək  ki,  bu 

 
86 
torpaqların  13,6%-i  yəni  15,3  min  hektardan    bir 
qədəri  həyətyanı  torpaqların  payına  düşür.  Əkin  və 
dincə  qoyulmuş  torpaq  sahələrinin  127  min 
hektarından  ancaq  39,2  min  hektarı  (30,8%)  I 
keyfiyyət  qrupuna  daxildir.  Ümumi  əkin  sahəsinin 
64,9 min hektarı (51,2%) II, 21,3 min hektarı (16,8%) 
III  və  1,6  min  hektara  qədəri  (1,2%)  IV  keyfiyyət 
qrupunun payına düşür. 
Torpaqların  bir  qisminin  yararsız  hala  düşməsi 
bütütn  otlaq  sahələrində  müşahidə  olunduğu  kimi  bu 
dinamiklik  biçənək  və  örüş  otlaqlarındada  müşahidə 
edilməkdədir.  Hazırda  ümumi  sahəsi  təqribən  146,2 
min  hektara  çatan  kəndyanı  örüş  torpaqlarının 
uzunmüddətli qayğısız və səmərəsiz istifadə edilməsi 
nəticəsində  torpaq  örtüyü  nəinki  yaxşı  keyfiyyət 
qrupunda  sabitləşmir,  hətta  burada  güclü  eroziya 
proseslərin  intensivləşməsinə  və  aşağı  keyfiyyət  
qruplarına  düşməsinə  səbəb  olmuşdur.  Ərazidə  olan 
ümumi qış otlaqları torpaqlarının az bir hissəsi yüksək 

 
87 
keyfiyyət qrupunda özünü qoruyub saxlaya bilmişdir. 
Yerdə  qalan  hissə  isə  digər  keyfiyyət  qruplarında 
özünə  yer  tapmışdır.  Bu  kimi  vəziyyət  bölgədə, 
xüsusilədə  Quba  və  Qusar  rayonlarında  yerləşən  yay 
otlaqlarında  da  müşahidə  edilir.  Hazırda  bölgədə 
istifadə  edilən  33,7  min  hektara  yaxın  yay  otlaq 
sahəsinin  yalnız  10,1  min  hektarı  yüksək  keyfiyyətli 
torpaqlarda  yerləşir.  Yay  otlaqlarının  əsas  hissəsi  II 
keyfiyyət  qrupunda  yerləşməklə  ümumi  yay  otlaq 
sahəsinin 52,3%-ni yəni 17,6 min hektarını əhatə edir. 
Qış  otlaqlarında  orta  keyfiyyətli  torpaqlara  transfer 
olma 20,2% təşkil edirsə bu göstərici yay otlaqlarında 
16,1%  təşkil  edir.  Bölgənin  kənd  təsərrüfatı 
dövriyyəsində  istifadə  olunan  torpaqların  78,3% 
yüksək  və  yaxşı  keyfiyyətli  torpaqlar  sırasındadır. 
Kənd təsərrüfatına yararsız torpaqlar isə 2,9%-ə çatır. 
Şübhəsiz  ki,  gələcəkdə  torpaqların  münbitlik 
xassələrinin  pisləşməsinin  qarşısı  alınmazsa  bu 
proseslərin genişlənəcəyi qaçılmazdır. 

 
88 
ƏDƏBĠYYAT 
 
1.   Məmmədov Q.Ş.- Azərbaycanın torpaq 
ehtiyatlarından səmərəli istifadənin     sosial-iqtisadi 
və ekoloji əsasları. Bakı: Elm, 2007, 854 s. 
2.   Q.Ş.Məmmədov -Azərbaycan torpaqlarının 
ekoloji qiymətləndirilməsi. Bakı, ―Elm‖ 1998, 282 s.  
3.    Q.Ş.Məmmədov, V.A.Quliyev – Azərbaycanın 
şimal-şərq əkinçilik zonası torpaqlarının 
qiymətləndirilməsi. Bakı, ―Elm‖ 2002, s. 6-30 
4. X.M.Mustafayev -Torpaq eroziyası və ona qarşı 
mübarizə tədbirləri. Bakı, 1974, 128 s. 
5.   Həsənov E.Ə.   Böyük Qafqazın cənub hissəsinin 
təbii ehtiyatları və onların qorunması. Bakı, 
―Azərnəşr‖, 2005, 276 s.  
6.   Алиев Б.Г., Алиев И.Н. – Проблема эрозии в 
Азербайджане и пути ее решения. Баку. 2000, 120 
с. 
  

 
89 
MÜASĠR TORPAQġÜNASLIQDA 
TORPAQ-EKOLOJĠ 
TƏDQĠQATLARIN ƏHƏMĠYYƏTĠ   
 
N.N.Siracov, K.Ə.Qafarbəyli 
 
AMEA TorpaqĢünaslıq və Aqrokimya Ġnstitutu 
 
Torpaq  Yer biosferinin, o cümlədən, bütün yer 
biosenozlarının  əvəzolunmaz  vacib  tərkib  hissəsi 
hesab olunur. Antropogen təzyiqə məruz qalan torpaq 
özü dəyişilir və həm də birbaşa və dolayısı yolla təbii-
antropogen  kompleksin  tərkib  hissələrinə  təsir 
göstərərək  onları  dəyişdirir.  Bəşəriyyətin  torpaqla 
təmasda olarkən qarşılaşdığı bütün problemlər demək 
olar ki, ekoloji xarakterlidir. Keçən əsrin ortalarından 
başlayaraq bəşəriyyət dərk etməyə başladı ki, biosfer 
ehtiyatlarından düzgün istifadə etməməklə antropogen 

 
90 
təzyiqdə  yol  verilən  həddi  artıq  aşmışdır.  Bununla 
əlaqədar  olaraq  torpaqşünaslıq  elmində  antropogen 
təsirlə  bağlı  torpaqların  çirklənməsi,  deqradasiyası, 
denudasiyası,  səhralaşma və s. bu kimi problemlərin 
həllinə  yönəlmiş  işlərin  sayı  artmağa  başladı  [9,10]. 
XX əsrin sonu XXI əvvəllərində insanların düşüncəsi 
və  praktiki  fəaliyyətində  iqtisadi  əhəmiyyətli 
problemlərin  ekoloji  vacib  problemlərlə  əvəz 
olunması  baş  vermişdir.  Bu  istiqamətli  proses 
torpaqşünaslıq 
elmində 
də 
baş 
verir 
– 
torpaqşünaslıqda  bəşəriyyətin  inkişafının 
ilkin 
mərhələlərindən  başlayaraq  XX  əsrin  sonuna  qədər 
hakim olan  kənd təsərrüfatı istiqaməti artıq daha çox 
ekoloji  istiqamətlə  əvəz  olunur.  Torpaqşünaslıqda 
kənd 
təsərrüfatı 
istiqaməti 
kənd 
təsərrüfatı 
məhsullarının  artımı  məqsədinə  xidmət  edir,  ekoloji 
istiqamət  isə  -  torpağın  öz  ekoloji  funksiyalarını 
yerinə  yetirmək  qabiliyyətini  (bunsuz  biosferin  və 
insanın  mövcudluğu  mümkün  deyildir)  saxlamağa 

 
91 
xidmət  edir.  Məhz  buna  görə  də  bəşəriyyətin  yaxın 
vaxtlarda  iqtisadi  və  ekoloji  maraqlarını  düzgün 
uzlaşdırmağı bacarmasından onun gələcəyi asılıdır.  
İnsanın  təsərrüfat  fəaliyyəti  mənşəyi  və 
xassələri təbii amillərlə müəyyən olunan torpaqlardan 
başqa,  antropogen  təsir  nəticəsində  formalaşan 
torpaqların arealının artmasına səbəb olmuşdur. Güclü 
antropogen  təzyiqə  məruz  qalan  bölgələrdə,  xüsusən 
şəhər  landşaftlarında  yeni  ekoloji  şəraitdə  spesifik 
torpaq  tiplərinin  formalaşmasında  antropogen  təsir 
əsas  amilə  çevrilmişdir.  Son  dövrlərə  qədər 
torpaqşünaslar  tərəfindən  əsasən  təbii  və  kənd 
təsərrüfatı  təyinatlı  torpaqlar  öyrənilirdi.  Sənayenin 
inkişafı  ilə  geniş  yayılmış  texnogen  pozulmuş  və 
çirklənmiş  torpaqların    bu  ərazilərin,  xüsusən 
şəhərlərin    ekoloji  vəziyyətinin  mühüm  göstəricisinə 
çevrilməsinə  səbəb  olmuşdur.  Bu  da  öz  növbəsində 
ekoloji  gərginliyə  məruz  qalmış  zona  torpaqlarının 
sistematikasını, 
ekoloji 
funksiyalarının 

 
92 
xüsusiyyətlərinin  tədqiq  edilib  öyrənilməsini  tələb 
edir.  Bununla  əlaqədar  olaraq  torpaqdan  istifadənin 
strateji  məsələləri  mütləq  ekoloji  problemlərlə  sıx 
əlaqədə olaraq həll olunmalıdır. 
Təqribən  bir  əsr  yarım  bundan  əvvəl  yaranmış 
ekologiya  elmi  orqanizmin  ətraf  mühitlə  qarşılıqlı 
münasibətlərini  öyrəndiyi  halda  hal-hazırda  təbii  və 
süni  ekosistemlərin  təşkili  və  fəaliyyət  göstərməsinin 
xüsusiyyətləri 
və 
problemlərini 
öyrənməklə 
məşğuldur. Torpaq ekologiyasının problemlərinə dair 
ilk  işlər  hələ  V.V.Dokuçayev  [2]  tərəfindən 
aparılmışdır. O, torpaq ilə onu əhatə edən xarici mühit 
arasında funksional əlaqələrin olduğunu göstərmişdir. 
N.M.Sibirtsev  [2]  torpaqların  təsnifatını  ekoloji 
prinsiplər  əsasında  aparmışdır.  V.İ.Vernadski  biosfer 
haqqında  təlimdə  canlı  maddənin  cansız  materiya  ilə 
birgə  təkamülünün,  yəni  maddi  dünyanın  inkişafının 
vahid  prosesinin  ümumi  modelini  işləmişdir. 
V.A.Kovda   biosferdə  torpaq örtüyünün funksiyaları, 

 
93 
insan  həyatında  torpağın  ekoloji  əhəmiyyəti,  onun 
əvəzedilməzliyi  haqqında  ilk  konsepsiyanı  irəli 
sürmüş,  bütün  biosferi  məhz  torpağın  tam  vahid 
halında  birləşdirdiyini  göstərmişdir.  Ümumiyyətlə, 
torpağın  biosferdə,  o  cümlədən  biogeosenozda 
funksional  rolu  haqqında  ideyalar  bir  çox 
torpaqşünasların  tədqiqatlarında  öz  əksini  tapmışdır 
[1,3,7-10].  
V.V.Dokuçayevin  ardıcılları  və  tələbələri  onun 
torpaq  təlimini  inkişaf  etdirərək  «torpaqların 
ekologiyası»  və  ya  «pedekologiya»  anlayışını  elmə 
gətirdilər.  1918-ci  ildə  ilk  dəfə  olaraq  L.İ.Prasolov 
«torpağın  ekologiyası»  terminini  təklif  etdi.  Sonralar 
bu  anlayışdan  V.M.Afanasyev,  İ.P.Qerasimov  və  b. 
istifadə etmişlər. M.P.Qerasimov torpaqların ən vacib 
göstəriciləri  sırasına  mühit  şəraitinin  yekcinsliyini, 
yəni  torpaqların  mövcud  olub,  inkişaf  etdiyi 
ekologiyanı daxil etmişdir. 

 
94 
Torpaqşünaslıqda 
ilk 
dəfə 
torpaqların 
ekologiyası təliminin məxsusi olaraq araşdırılması, bu 
təlimin  elmi-nəzəri  baxışlarının  əsaslandırılması  və 
prinsiplərinin  işlənməsi  (iqlim  və  torpağın  qarşılıqlı 
təsir  və  əlaqəsi  baxımından)  V.R.Volobuyevə  [8] 
məxsusdur.  V.R.Volobuyevə  görə  torpaqla  onun 
formalaşdığı mühitin qanunauyğun inkişafı, təkamülü 
torpaq ekologiyasının predmetini təşkil edir. 
Torpaq ekologiyasını torpaqşünaslığın müstəqil 
sahəsi  kimi  ayıraraq  torpaqların  genezisi  ilə 
coğrafiyası  arasında  bağlayıcı  rolunda  İ.A.Sokolov  
təqdim etmişdir. O qeyd edirdi: «Torpaq ekologiyası», 
«torpaq-amillər»  sistemində  fəaliyyət  göstərən 
qanunauyğunluqların  öyrənilməsi  ilə  məşğul  olur. 
İ.A.Sokolov  torpaq  ekologiyasının  terminlər  – 
anlayışlar  sistemini  işləmiş,  torpaq  ekologiyası 
qanunlarını  öyrənmək  metodlarını  tərtib  etmiş  və 
torpaq  ekologiyasının  ümumi  qanunauyğunluqlarını 
formalaşdırımışdır. 

 
95 
Müasir  cəmiyyət  artıq  başa  düşmüşdür  ki, 
«sivilizasiya»  və  «ekologiya»  anlayışları ayrılmazdır, 
lakin «torpaq» və «sivilizasiya» sisteminə o qədər də 
diqqət  yetirilmir,  halbuki  cəmiyyət  torpaqla 
ünsiyyətdə  olanda  qarşılaşdığı  problemlərin  hamısı 
ekoloji  yönümlüdür.  Torpaq  həmişə  sivilizasiyanın 
«yedizdiricisi» rolunda çıxış etmişdir və bəşəriyyət də 
arxayın  olmuşdur  ki,  torpaqdan  heç  bir  bəla  gələ 
bilməz.  Lakin  son  dövrlərdə  mütəxəssislər,  həmçinin 
cəmiyyətin  böyük  hissəsi  başa  düşmüşdür  ki,  nəinki 
çirklənmiş sular, zəhərlənmiş hava və məhv olan bitki 
örtüyü,  həmçinin  deqradasiya  edən  torpaqlar  da 
bəşəriyyət üçün təhlükə mənbəyidir, torpaq örtüyünün 
məhvi  və  torpaq  itkisi  sivilizasiya  üçün  daha  böyük 
problemlər  yaradır,  nəinki  biosferin  tez  bərpa  olunan 
digər komponentləri. 
 Məsələn,  torpaq  örtüyünün  eroziyası  ekoloji 
böhranın  yaranmasına  səbəb  olur,  çünki  bitki  ilə 
örtülmüş  torpaq  səthinin  günəş  enerjisi  ilə  qarşılıqlı 

 
96 
təsirində  dəyişikliklər  yaranaraq  qaz  mübadiləsində 
dəyişmələrə, torpağın qurumasına gətirib çıxarır, yəni 
ki,  eroziyaya  uğrayan  torpaqların  biosfer  və 
biogeosenotik  funksiyalarını  yerinə  yetirə  bilməməsi 
üzündən  ekoloji  böhran  yaranır.  Məhz  ekoloji 
problemlər bəşəriyyəti sivilizasiyanın məhv olmaması 
və  biosferin  qorunması  yolunda  torpağın  və  torpaq 
örtüyünün 
rolunu 
real 
qiymətləndirməyə 
istiqamətləndirmişdir. 
Keçən  əsrin  80-ci  illərinin  sonuna  yaxın 
bəşəriyyət  başa  düşdü  ki,  biosferin  ehtiyatlarından 
düşünülməmiş  istifadə  etməklə  bir  azdan  yol  verilən 
həddi keçəcəkdir. Torpaqşünaslıqda bununla əlaqədar 
antropogen  təsir  nəticəsində  torpaqların  çirklənməsi, 
deqradasiyası  və  denudasiyası  prosesləri  ilə  bağlı 
işlərin  getdikcə  artdığı  müşahidə  edilir.  Bu  işlər 
xarakterinə  görə  müxtəlif  olsa  da,  tədqiqatçıların 
məqsədi  insanın  torpağa  müxtəlif  növ  təsirləri, 
çirkləndiricilərin müxtəlifliyi nəticəsində ortaya çıxan 

 
97 
ekoloji  təhlükəni  bəşəriyyətə  çatdırmaqdan  ibarətdir. 
Bununla  əlaqədar  olaraq  alimlər  tərəfindən  torpağa 
olan  antropogen  təzyiqin  azalmasına,  zəifləməsinə 
səbəb olan yollar axtarılır. 
Torpağın  ekologiyası  ilə  əlaqədar  problemlərin 
həllinə  Azərbaycan  təbiətşünasları  böyük  diqqət 
yetirmişlər,  xüsusən  keçən  əsrin  90-cı  illərinin 
əvvəlindən bu sahədə Q.Ş. Məmmədov [2] tərəfindən 
aparılan 
tədqiqatlar 
diqqətə 
layiqdir. 
Q.Ş.Məmmədovun  tədqiqatlarında torpaqların ekoloji 
qiymətləndirilməsi  yeni  elmi  istiqamət  kimi 
formalaşaraq  ilk  dövrlərdə    ekoloji  qiymət 
xəritələrinin  tərtibi  ilə  əlaqədar  olmuşdur.  Bu  dövrdə 
tərtib  olunan    torpaqların  ekoloji  qiymət  xəritələri 
torpaqların  ekoloji  xüsusiyyətlərini  və  ya  torpağın 
ekologiyası ilə bağlı bu və ya digər məlumatı özündə 
cəmləşdirməklə  əvvəlki  torpaq  xəritələrindən  çox 
əhəmiyyətli  dərəcədə  fərqlənirdi.  Bu  zaman  ekoloji 
ehtiyatların qiymətləndirilməsində kompleks yanaşma 

 
98 
metodu  tətbiq  edilirdi  ki,  bu  da  ekoloji  qiymət 
xəritələrində eynicinsli litoloji, geomorfoloji quruluşa, 
torpaq  örtüyünə,  iqlim  şəraitinə  malik  əraziləri 
ayırmağa imkan yaradırdı. 
Torpaqların  ekoloji  qiymətləndirilməsi  ekoloji 
şəraitin  ayrı-ayrı  parametrləri    üzrə  differensasiya 
olunmuş  səviyyədə  məlumat  verən  ayrı-ayrı  ekoloji 
şkalalar vasitəsilə həyata kecirilir. Bu ekoloji şkalalar 
torpağın  əmələgəlmə  şəraiti  və  torpaq  örtüyünun  bu 
və ya digər məqsədlər ücün yararlığını səciyyələndirir. 
Bu cür şkalaların tərtibində əsas kimi torpağın relyefi, 
geologiyası,  torpaqəmələgətirən  suxurları,  hidroloji 
şəraiti,  bitki  və  torpaq  örtüyü,  iqlim  şəraiti  və 
s.haqqında məlumatlar götürülür. 
Respublikamızda 
ilk 
dəfə 
Q.Ş.Məmmədov 
tərəfindən  bir  çox  görkəmli  alimlərin  tədqiqatlarının 
nəticələrindən,  ədəbiyyat  və  fond  materiallarından 
istifadə 
olunaraq 
torpaqların 
keyfiyyətini 
səciyyələndirən  əlamətləri  bir  sıra  kiçik  şkalalar 

 
99 
şəkilində  bir  yerdə toplanmış  və torpaqların ayrı-ayrı 
əlamətlərinin  təzahür  dərəcəsinə  görə  xüsusi 
qiymətləndirmə 
şkalaları 
adlandırılmışdır. 
Q.Ş.Məmmədov  və  bu  sahədə  çalışan  digər 
tədqiqatçılar  torpaq  və  mühit  əlamətlərini  təzahür 
dərəcələrinə  görə  qiymətləndirərkən,  qiymət  meyarı 
kimi  keyfiyyəti  ifadə  edən  anlayışlardan  istifadə 
etmişlər (―yüksək‖; ―orta‖; ―aşaği‖ və s.) [2]. 
 XXI əsrin əvvəllərində ekologiya elminin inkişafı 
ilə  əlaqədar  S.Z.Məmmədova  [4]  tərəfindən  ekoloji 
qiymətləndirmə  sahəsində  yeni  sistem  təklif 
edilmişdir.  Bu  sistemdə  torpağın  bu  və  ya  digər 
əlamətinin  parametrləri  bitkinin  ekoloji  tələbinə 
uyğun  real  qiymətini  alaraq  bitkinin  həmin  əlamətin 
uyğunluq  dərəcəsinə  münasibəti  balla  ifadə  olunur. 
S.Z.  Məmmədova  öz  tədqiqatlarını  Lənkəran 
vilayətinin  aqrosenozlarında  aparmış,  çay,  üzüm  və 
taxıl bitkisinin ekoloji tələbinə uyğun olaraq torpaq və 
mühit  əlamətlərinin  təzahür  dərəcəsini  balla  ifadə 

 
100 
etməkdən ötrü ekoloji amilləri iki qrupa bölmüşdür: 1) 
mühit  amilləri  -  buraya  daxildir:  hündürlük; 
yağıntılar;  Md  göstəricisi;   

T>10
0
S;  bioiqlim 
potensialı;  2)  torpaq  amilləri  -  buraya  daxildir: 
torpaqların  əsas  münbitlik  göstəriciləri  əsasında 
hesablanmış  bonitet  balları;  pH;  şorlaşma  və 
suyadavamlı aqreqatların miqdarı. 
Bu  metodikalar  əsasında  respublikamızda 
müxtəlif  aqrosenozlar  altındakı  torpaqların  ekoloji 
qiymətləndirilməsi 
aparılmışdır: 
S.B.Rəcəbova-
Abşeronun  zeytunaltı  və  N.Ə.Sultanova-tərəvəzaltı 
torpaqları, 
M.M.Yusifova-Arazboyu 
üzümaltı 
torpaqlarda 
[6], 
S.Z.Məmmədova-Lənkəran 
vilayətinin    çay,  taxıl  və  üzümaltı  torpaqlarında  [4],  
N.Ə.Mustafayeva-Muğan 
düzü 
pambıqaltı 
torpaqlarında ekoloji  yönümlü tədqiqatlar  aparmışlar. 
Meşəaltı  torpaqların  ekoloji  qiymətləndirilməsini 
N.A.İsmayılova  Böyük  Qafqazın  cənub-şərq  yamacı 
və  G.A.Hüseynova  [5]-  Böyük  Qafqazın  cənub 

 
101 
yamacı  üzrə  aparmışlar.  Güclü  antropogen  təsirə 
məruz qalan bölgələrdən olan Abşeron yarımadasının 
torpaq  örtüyünün  müxtəlif  aspektlərdən  ekoloji 
qiymətləndirilməsi  məsələləri  ilə  F.V.Sultanzadə, 
N.F.Həkimova,  F.Ə.Manafova  və  Y.N.Quliyeva  
məşğul  olmuşlar.  Xüsusi  mühafizə  olunan  təbiət 
ərazilərinin  müasir  ekoloji  vəziyyətinin  öyrənilməsi 
üzrə  tədqiqatlar  A.S.Orucov,  T.A.Xolina  və 
K.Ə.Qafarbəyli tərəfindən aparılmışdır.  
Yekun  olaraq  qeyd  etmək  olar  ki,  müasir 
dövrdə  torpaqların  ekoloji  qiymətləndirilməsi  üzrə 
işlərin aparılması mühüm əhəmiyyət kəsb edir, çünki 
bu yönümdə aparılmış tədqiqatlar Yerin qiymətli təbii 
ehtiyatı  olan  torpaq  örtüyünü  qorumağa  və  səmərəli 
istifadə  etməyə  imkan  verən  elmi  yanaşma  və 
metodların tətbiqini təmin edirlər.  


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə