Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqları: Çoxmənzilli binanın ümumi əmlakından istifadə etmək, keyfiyyətli və dayanıqlı mənzil-kommunal və digər xidmətlərlə təmin olunmaq (kənar amillər nəticəsində yaranan problemlər istisna olmaqla);
Çoxmənzilli binanın əsas konstruktiv elementlərinə zərər vurmadan mövcud qanunvericiliyin tələblərinə əməl etməklə mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsində yenidən qurma, təmir və bu qəbildən olan digər işləri həyata keçirmək;
Çoxmənzilli binanın idarə edilməsi ilə məşğul olan «İdarəedici»nin fəaliyyətinə nəzarət etmək;
Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin vəzifələri:
yaşayış və qeyri-yaşayış sahələrindən təsərrüfatsızcasına istifadəyə yol verməmək;
qonşuların hüquqlarını və qanuni maraqlarını gözləmək;
çoxmənzilli binanın saxlanması və təmiri üzrə haqları müəyyən olunmuş vaxtda və məbləğdə ödəmək;
çoxmənzilli binada olan yaşayış və qeyri-yaşayış sahələrindən istifadə qaydalarına əməl etmək, ümumi əmlaka vurulmuş zərəri ödəmək.