«İdarəedici»nin hüquqları: Çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqları (bundan sonra - çoxmənzilli binanın saxlanması və təmiri üzrə haqlar) qəbul etmək;
Çoxmənzilli binanın sahə mülkiyyətçiləri çoxmənzilli binanın saxlanması və təmiri üzrə 1 (bir) ay ərzində haqları ödəmədikdə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək;
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin razılığı ilə onların mənzillərində yerləşən mühəndis-texniki qurğulara baxış keçirmək;
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının razılığı ilə çoxmənzilli binanın ümumi əmlakının icarəyə vermək;
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının razılığı ilə çoxmənzilli binanın yenidən qurulması, təsərrüfat tikililərinin və digər bina, tikinti və qurğuların inşa edilməsi, ümumi əmlakının təmir edilməsi işlərini təşkil etmək;
Çoxmənzilli binanın saxlanması, idarə edilməsi, istismarı və təmiri məsələləri üzrə sahə mülkiyyətçilərini məhkəmə və digər qurumlarda təmsil etmək;
Çoxmənzilli binanın saxlanması və təmiri xidmətlərinin göstərilməsinin tənzimlənməsi üzrə Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.