Nur əddin ƏDİLOĞLU



Yüklə 2.64 Kb.
PDF просмотр
səhifə1/16
tarix30.06.2017
ölçüsü2.64 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
Nur
əddin ƏDİLOĞLU 
 
 
 
 
 
 
AZƏRNUR 
 
(Roman) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2014

 

H
əyatdan vaxtsız köçmüş ömür-gün yoldaşım 
S
əmayə xanımın unudulmaz xatirəsinə   
   ithaf edir
əm.  Ruhu şad olsun! 
 
 
 
 
 
Redaktor: 
Sabir Rüstəmxanlı 
 
Texniki redaktor: 
Qorxmaz Abdulla 
 
Rəssam: 
Adil Mirseyid 
 
Korrektor: 
Əsmət Abdullayeva 
 
 
Oxuculara 20 il sonra təkrar təqdim olunan bu əsər qədim zamanlardan 
bəhs etsə də, indiki dövürlə tam səsləşir. Burada insanın özündənkənar baş 
verən hadisələrin onun mənəvi dünyası  ilə  ruhi və  məntiqi  bağlılığı  təsvir 
olunur. Müəllifin yaradıcılığının ana xəttini təşkil edən bəşərin taleyi, ətraf 
mühütə münasibət, vətənə sevgi, cahanda sülh, eyni zamanda yabançı təsir-
lərdən getdikcə mənəviyyatına çat düşən insanın daxili dünyası, fikir və dü-
şüncələri, köhnə və yeni gerçəkliklər romanda obrazlı şəkildə, həm də magik 
realizm üslubu ilə əks etdirilir. 
 
ISBN 978-9952-494-36-5 
 
© Nurəddin ƏDİLOĞLU. 2014 
© “OL” MMC. 2014 
 

 

 
______Ön söz______ 
 
AVESTA İŞIĞINDA 
 
Avestanın – bəşəriyyətin bu örnək abidəsinin bizim çağ-
laradək gələn işığının yolu ilə təzədən qayıtmaq, o işığın bu-
lağına baş vurmaq məramı ilə yazılıb bu əsər. Müasir təfək-
kürdə Odlar yurdunun Avesta çağlarını bərpa etmək olduq-
ca  çətindir.  Burada  qavrayış  yalnız  əbədiyyət  (həm  də  ədə-
biyyat – red) ölçüləri, mizanları ilə qurulur. 
Nurəddin Ədiloğlunun pritça-romanında yaranışa baş vuru-
lur. Avesta qanunları var, fəqət, o qanunlar hələ cəmiyyətə hop-
mayıb, iliyə işləməyib, hələ ritual durumundadır, münasibətlər 
kaldır. İnsan, içindən çat verir (hətta El Atası ilğımlar içində şə-
rəfsizliyə enir!) 
Əxlaq bərkiməyib. Pak insan tam müdafiəsizdir. İnsanla-
rın bir-birinə söykəndiyi cəmiyyət təzə-təzə yetişməyə başla-
yır və əzəli dünya ehtiraslarının bəlasına giriftar olur. Şərin 
bətnindən Xeyir, Xeyrin bətnindən Şər doğulur. Al Günəş al-
tında Yer çiçəkləyir, amma o günəşin istisindən peyin də də-
bərişir, həşərat ürüyüb artır. 
 Yazıçı İnsan tarixinə sarmaşan bu dürlü yozumlu metafi-
zik həqiqətlərə dirənə-dirənə, Qəlb Dünyasında baş verən o 
ilk çatın (çatlamanın) səbəblərini arayır, bir Obanın taleyində 
Planet Əxlaqının yetişməsinə baxılır.  
 Sən  demə,  İnsan  Cəmiyyəti  ağlasığmazcasına  kövrək-
miş.  Onun  bir  görünməz  nöqtədən  zədələnməsi  kifayətmiş 
ki, münasibətlərin bütün ahəngi pozulsun. Buna görə də Cə-
miyyət ağrıyan yerini bilməlidir. Avesta həqiqətləri də bu zə-
rurətdən doğub. Qanun doğulub ki, Xaos (ahəngsizlik, baş-

 

sızlıq,  yiyəsizlik)  bic  doğmasın!  Kənardan  gələn  güclülər, 
içindən yeyilən Elə rahatca caynaq atırlar. Çünki El özü bicə 
hamilədir!  Buna  görə  də  Kosmik  Mizan  (İlahi  Harmoniya) 
özü bu Eli cəzalandırır. El düz yoldan sapmağın Şərə yuvar-
lanmağın acı aqibətini dadır. 
Ancaq böyük müsibətlərin girdabına düşsə də, aclıqdan 
əriyib,  susuzluqdan  qovrulsa  da,  mayası  hallallıqdan  tutul-
muş El müqəddəsliyinə murdar qatışan Suya dilini vurmur. 
Su qurban bahasına əzəl müqəddəsliyinə qayıdana qədər! Su 
–  Mənəviyyatı  arınan  Elə  nicat  görünür.  Torpağı,  adamları 
susuzluqdan  pörşələnən,  çöllərində  sümükləri  ağarışan,  üs-
tünə  ölüm  qəhqəhəsi  çəkilən  El-obanın  göylərində  Gurşad 
yağış qisməti var! Yalnız Doğru Yolu (Avestada Xeyir yolu, 
Çin  fəlsəfəsində Dao, Budda qanunlarında  Dharma...) tutan 
Oba,  El,  Məmləkət  göyün  mərhəmətindən,  yerin  bərəkətin-
dən  barına  bilər.  Həmin  Yola  düşən  Avesta  işığından  «tu-
tub»  İnsan  Tarixinin  kələ-kötür  dolambacları  ilə  İndimizə 
gəlmək olur. Dərdi-səri göz qabağında olan (göz qabağında 
ola-ola  kökü  dərinliklərə  gedən)  İndimizi-Buçağımızı  dərk 
edib arıtmaq üçün keçmişin dibindəkilər ən yaxşı məhək da-
şıdır. 
Nurəddin Ədiloğlunun roman-pritçasındakı güclü mifo-
loji məntiq, məhz belə idrak katarsisinə (daxili aləmin saflaş-
masına) yol açır. Yol açır ki, Buçağımız ötənlərimizdən ibrət 
götürsün.  İbrət  götürsün  ki,  Mənəviyyat  susuzluğunda, 
Əxlaq qıtlığında qovrulmasın! 
 
 Rahşiid Ulusel,  
 Fəlsəfə elmləri doktoru, professor, 
 Yazıçılar Birliyinin üzvü,  
 1991-ci il  

 

«Azərnur» - ədəbi avtoportiretimiz 
(ixtisarla
 
 Bir zamanlar Azərbaycan ədəbiyyatşünaslığına, ədəbi tənqi-
dimizə dair yazılan bütün kitablarda…(eyni zamanda orjinal rus 
ədəbi  düşüncəsində)  bir  fikir  aparıcı  mövqe  tuturdu:  «Puşkini 
Puşkin  edən  Belinski  idi»…  Əgər  bu  fikir  müasir  Azərbaycan 
ədəbi tarixinə şamil edilsə, (ədəbi tənqidimiz – ədəbi mühit ol-
duğu  kimi  işıqandırılsa)  Nurəddin  Ədiloğlu  onda  ən  tanınmış 
nasirlərimizdən biri olardı. 
 Bu qənaətə mən yazıçının «Azərnur» («Qanlı ocaq») nəsr 
kitabını  oxuduqdan  sonra  gəlmişəm.  Bu  kitab  sanki  Şərq 
ədəbi  dünyasının keçdiyi  mürəkkəb, keşməkeşli sivilizasiya 
dövrünün nəsr diliylə canlanmış ədəbi şəklidir. Olduqca ma-
raqlı estetik zövq bağışlayan bu əsərin giriş hissəsindən oxu-
cuya aydın olur ki, yazıçı dərin ədəbi mütaliə və tədqiqat nə-
ticəsində onu araya ərsəyə gətirib. 
 Yazıçının bu əsəri Azərbaycan xalqının minillik keşməkeşli 
tarixini  canlandırdığı  üçün  öz  mövzu  aktuallığını  heç  zaman 
itirməyəcək. Əsərin səciyyəvi üstünlüyü ondadır ki, bütün ədə-
bi, mifoloji və dini prinsipləri vəhdət halında əks etdirir… 
 …Ədib  tarixin  elə  bir  bədii  lövhələrini  yaradıb  ki,  hər 
lövhə  ayrı-ayrılıqda  milli  azəri  düşüncəsinin  özünəməxsus 
psixoloji rənglərini əlvanlığı ilə əks etdirir…  
 Əsərin ilk səhfələrindən məni heyrət bürüyür. İnanın ki, 
bu,  səmimi  etirafımdır.  Əsər  müəllifinin  bədii  sərlövhəni 
canlandırma qabiliyyəti, şərq fəlsfəsinin özüllərinə bələdçili-
yi, dini,  mifoloji məqamların xalq düşüncəsində əks olunan 
rabitəsi, zühuru insana zövq bağışlayır. V.Q. Belinskinin tə-
birincə desək, «əsər mürəkkəblə deyilmüəllifin ürək qanı 
ilə yazılıb». 

 

 Şərqin  klassik  ədiblərinin  əsərlərini  oxuduqca  məlum 
olan  iki  xüsusiyyət  qədim  şərq  ədəbiyyatının  əsasını  təşkil 
edir:  mahiyyət  və  məntiq.  Mahiyyət  və  məntiq  prinsipinin 
işığı «Azərnur» əsərinin də əsasını təşkil edir. Yazıçı insanda 
olan paxıllığın cəmiyyətdəki ən böyük bəlaların başında dur-
duğunu sənətkarlıqla təsvir edir. Dahi Ə. Xəqani Tanrıya üz 
tutaraq «Ya Rəbim, məni paxıllıqdan kənar et» deyərək dua 
edir. Həmin ideyanı N. Ədiloğlu nəsr dili ilə belə əks etdirir: 
«Gözəlliyinə və ağlına görə Yusifi öz doğma qardaşlarının zavalına 
gətirmiş PAXILLIQ yenə dünyanın yaxasını tapmışdı. Cəmşid ki-
mi hökmdarın  sorağındaydı  Dünya.  Dərdiylə-səriylə  dolmaq istə-
yirdi onun camına, əks etdirmək istəyirdi ağışunda baş verən olay-
ları. Nə peygəmbəri doğulacağına, nə də Cəmşid kimi hökmdarları 
olacağına ümidi qalmamış  Dünyanı Savalanda qəfil  ağlamaq tut-
du. Göyqurşağı nigaran RUH kimi Dünyanın başının üstünü kəs-
dirmişdi».  
 Bir  anlıq  nəsr  diliylə  canlanmış  bu  ədəbi  lövhə  insanı 
riqqətə  gətirməyə  bilməz.  Qədim  mifoloji  ideyaların  dini 
inanclarla birlikdə xalq psixologiyasında möhkəmlənmiş bu 
estetik  fikir  əsərə  qısa  bir  ədəbi  lövhə  şəklində  düşmüşdür. 
Bu elə maraqlı təsvirdir ki, istər – istəməz bu fikrə sevgi bəs-
ləyirsən. Göyqurşağındakı nigaran ruh hər xalqın dini özül-
lərinə  görə  səmada  bir  rəngi  olduğu  ideyasına  işarə  edir. 
Müqəddəs «Qurani-Kərim»in ayələrinə görə səmada hər xal-
qın bir rəngi var... Bu rəng İlahinin öz rəngidi. Gec-tez bəşə-
riyyət bu rəngə girəcək!..» 
 «Ədavətlər həqiqətdir»- deyən M. Hadi «İnsanların tari-
xi faciələri» poeması ilə Şərq ədəbi dünyasının avtoportetini 
şeir  dili  ilə,  N.  Ədiloğlu  isə  «Azərnur»  («Qanlı  Ocaq»)  ro-
man-pritçasında nəsr diliylə çəkib. 
 Hər iki əsərin ədəbi məzmunu, ideyası birdir. Əksetdirmə 

 

prizması  isə  fərqli  və  önəmlidir.  N.  Ədiloğlu  sanki  bu  kitabı 
uzun illərin tədqiqatının məsulu kimi üzə çıxarıb, olduqca ma-
raqlı ədəbi nümunə yaradıb. Bütün fəlsəfi ideyalarla dini ideya-
ların arasında zəncir rabitəsi yaradıb elə bil. Nümunə üçün ya-
zıçının bəzi fikirlərini klassik ədəbi nümunələrimizlə, eyni za-
manda dini fikirlərlə müqayisə edək.  
 Qədim  dini  və  mifoloji  elmlərdən  məlumdur  ki,  dünya 
yeddi qat göydən ibarətdir. Bu mükəmməl ideya bütün əsas 
dünya dinlərində öz əksini tapıb, eləcə də «İslam»da. Yazıçı 
bu  ideyaya  xüsusi  bir  əlvanlıq  gətirib:  «Dünyanın  yamyaşıl 
qoynundan  yeddi  yol  gedirdi:  Ömür  yolu,  Ağ  yol,  Dövran 
yolu,  Ümid  yolu,  El  yolu,  Vətən  yolu,  İpək  yolu».  Klassik 
şərq  ədiblərinin  fikirlərindən  oxuyuruq  ki,  insan  dünyaya 
yalnız  və  yalnız  Allahın  ulu  hikmətlərini  dərk  etmək  üçün, 
bir də ləyaqət üçün gəlir. N. Ədiloğlu da məhz Zərdüştün bu 
barədə  dediyi  dahiyanə  bir  fikri  misal  gətirir:  «Vədinə  vəfa 
etməyən Adam etimada layiq deyil. Ancaq o Adam etimada 
layiqdir ki, düzlük və sədaqəti özünə peşə etsin». 
…Füzuli poeziyasına görə həyatda gözəl davranışı ilə in-
sanın  məqamı  ucadır.  Dini  ideyalara  əsaslanan  bu  fikrin 
«Azərnur»  əsərində  təsvirini  aydın  görmək  olur:  «Nuh  pey-
ğəmbər dərindən köks ötürdü. Dağ da, quşlar da, daşlar da susmuş-
du. 
 - Dünən bildim öləcəyimi. Getdim nəvələrimə baş çəkməyə. Se-
çə bilmədim onları bir-birlərindən. Amma tanıdım, əlamətlərindən 
yox, davranışlarından»  
 …Müqəddəs  «Qurani-Kərim»in  surələrinə  görə  Musa 
peygəmbər  əsasını  torpağa  basanda  torpağın  bətnindən  12 
bulaq  qaynayırdı.  Həmin  ideya  öz  əksini  haradasa  «Azər-
nur» əsərində də tapa bilmişdir: «Dağ susmuşdu. Nuhun qur-
şağınacan uzanmış  saç-saqqalını  dağın  sinəsindən  ah  kimi qopan 

 

meh sığalladı. Peyğəmbər özünün sərv ağacından düzəltdiyi qartal 
başlı əsasını yaxındakı ağacın qovuğuna toxundurdu» 
 Bir sözlə, N. Ədiloğlu kimi istedadlı, zəngin mövqeli nasir-
lərimizin müasir ədəbiyyatımızda çox olması əhəmiyyətli hadi-
sədir… Mən şəxsən öz ədəbi qənaətimə görə, minillik keşmə-
keşli  tariximizin  nəsr  diliylə  mənzərəsini  yaradan  «Azərnur» 
(«Qanlı Ocaq») roman-pritçasını müasir avtoportiretimiz hesab 
edirəm.  Bu  əsərin  Azərbaycan  xalqının  həyatında  rolu  çox 
önəmlidir. Ona görə ki. xalqımızın İslamdan öncəki dini kitabı 
«Avesta» ilə müasir dövrümüz arasında sonsuz rabitənin əksi-
ni… gözümüz önündə canlandırır. 
 
 Elsevər MƏSİM,  
 şair. 
 «Mühakimə qəzeti , 29 noyabr 2007-ci il.  
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

_____ÖNDEYİŞ
1
_____ 
 
«Müqəddəslərin RUHU yad edilməyən məmləkət 
 pis ruhlarların oylağına dönər!» 
Azərnur 
Qanlı ocaq 
 
Dünyanın  dönəlgəsi  dönmüşdü,  üzü  bozarmışdı,  suyu  lillən-
mişdi, nəfəsindən tənbəki qoxusu gəlirdi, qan çanağına dönmüş ağ-
lı-qaralı gözlərindən rəhmsizlik yağırdı. Ayağını dedi-qodu bataqlı-
ğından,  başını  fikir  cəngəlliyindən  çıxarmaq  üçün  vurnuxurdu. 
Çərxi-fələyin gərdişindən yeddiqat içi göynəyirdi, ahı yeddiqat çö-
lünü yandırırdı. Şeytanı doğulmuşdu, bicləri ağuşuna daraşmışdı, 
torpağı dərddən qırışlanmışdı, bətni daralmışdı dünyanın, məzarla-
rı çoxaldıqca xoş güzərləri kiçilirdi. Böyüyü-kiçiyi səcdəsini itirmiş-
di, şikəsti, xəstəsi get-gedə çoxalırdı, dinc adamları nadinclərə əsir-
yesir  olmuşdu.  Başbilənləri  qürrələndikləri,  öyündükləri  bilgəni 
ÖLÜM xışına döndərmişdilər. Şər qılıncıyla şumladıqları dünyanın 
bağrına  qovğa  toxumu  səpirdilər.  Güneydən  quzeyə  nur  verən 
xanəgahları qanlı ocağa cevirirdilər. Dünyanın qarnına ağrı dolur-
du,  qoynuna  acı-acı  göz  yaşları  tökülürdü.  Yaddaşını  ələk-vələk 
eləyirdi  və  onu  qan  çanağına  döndərənləri,  gözlərinə  rəhmsizlik 
dolduranları, övladlarını yurdsuz-yuvasız, ac-susuz qoyanları tanı-
yırdı dünya. Öz bətnini qınayırdı. Elə bil bətni ona xəyanət eləyib 
Şeytan  doğmuşdu.  Şeytan  biclərə  himayədarlıq  elədikcə  dünya 
dərd-sərinə  əncam  çəkmək  üçün  çarə  axtarırdı.  PEYĞƏMBƏR 
umurdu dünya öz bətnindən, di gəl ki, elə bil qısırlamışdı, gücdən 
düşmüşdü. Sinəsində yaranmış yeddi möcüzənin şahidi olan dün-
ya  səkkizincini  gözləyirdi.  Amma  elə  bil  özünü  tanıya  bilmirdi. 
Peyğəmbərlər yaradan ÖMRÜ daha tükənmişdi. Qismətinə düşən 
taleyin amansızlığı ilə barışa bilmirdi. Yaz öynəsi yeddi rəngli qiya-
1
 
Öndeyiş – proloq 

 
                                                 

fəsini geyinib müqəddəs ruhların pişvazına çıxdı. Peyğəmbərlərin 
uyuduğu yerləri gözünə təpdi. Sərgərdən düşmüş, nəvə-nəticələri-
nin yad etmədiyi müqəddəs RUHları görüb qaşları çatıldı. Adamla-
rın çoxu adamlıqdan çıxmışdı. Əhrimənin divləri insan cildinə gir-
mişdi,  Zöhhak  kimi  qaniçən,  qəddar  hökmdarların  əlinə  girəvə 
düşmüşdü, «çiynində bəslədikləri ilanlar»a insan beyni yedizdirir-
dilər. Savaş və qovğa hərisi kimi Mars müqəddəslərin ruhuna göy-
dən qan çiləyirdi. Allahın buyruğu ilə mələklərin göyün dördüncü 
qatına qaldırdığı İsanın ruhu xaçpərəst cəlladların törətdiyi əməllə-
rə görə pərişan olmuşdu. Qanlı xaç yürüşləri acı bağırsaq kimi uza-
nırdı. Sağlığında Firionu qoşunu ilə dənizdə batırmış Musanın ru-
hu  Tur  dağının  başı  üzərində  dayanıb,  narahat  dünyaya  tamaşa 
eləyirdi. Bəşərin atası sayılan Adəmin ruhu Yer üzərində cənnətləri 
cəhənnəmlərə döndərən insan övladlarına baxıb, Allahın qəzəbin-
dən  çəkinərək  Hindistanın  Sərəndib  dağına  qısılmışdı.  Nuh  pey-
ğəmbərin ruhu Ağrı dağının zirvəsindən Yafəs, Tur, Səlm adlı öv-
ladlarından  törəmiş  tayfaların  bir-birlərinə  qaynayıb-qarışdığına 
(amma Tufan öncəsi gəmisini düzəltmiş dülgərlərə ərə verdiyi qız 
cildinə girmiş eşşəklə it cinsindən doğulanların aralarına çaxnaşma 
salıb, düzü-dünyaya hiylə toru toxuduqlarına) baxıb, sağlığında iş-
lətdiyi günahını özünə bağışlaya bilmirdi. 
Kəbənin  göylərində  qərar  tuta  bilməyən  Məhəmmədin  ruhu 
gah qılınclarını qından siyirən şahsuvar sərkərdələrə, gah da yağı 
zülmündən didərgin düşən, ac-susuz müsəlman və zındıq uşağına 
baxıb, səlib yürüşlərdə ərşə dirənən ah-naləyə sonsuz heyrətlə acı-
yırdı. İnana bilmirdi ki, bunlar sağlığında gördüyü həmin ərəblər-
dir. Quran bəxş elədiyi o müsəlmandır ki, indi qardaş-qardaşa qə-
nim kəsilir, məzhəblərə bölünüb bir ovuc torpağa «La ilahə illəllah» 
kəlməsi deyə qan tökür.  
Dərə boyda qulaqlarına ah-vayla qarışıq ağı səsi, bir də göz yaş-
ları dolurdu dünyanın. Elə bil Yusifin ölüm xəbərini eşitdiyi gündən 
10 
 

bəri «beytülhəzən»ə
2
 çəkilib aramsız ağlayan Yəqub peyğəmbər hələ 
də  ovunmaq bilmirdi.  Gözəlliyinə və  ağlına  görə  Yusifi  öz  doğma 
qardaşlarının zavalına gətirmiş PAXILLIQ yenə dünyanın yaxasını 
tapmışdı.  Cəmşid
3
  kimi  müdrik  hökmdarın  sorağındaydı  dünya. 
Dərdiylə-səriylə dolmaq istəyirdi camına, əks etdirmək istəyirdi ağu-
şunda baş verən təzadlı olayları. Amma yeni Peyğəmbərin doğulaca-
ğına,  Cəmşid  kimi  müdrik  hökmdarların  taxt-tac  sahibi  olacağına 
ümidi qalmayan qoca dünyanı Savalanda qəfil ağlamaq tutdu. Göy 
qurşağı nigaran ruh kimi onun başının üstünü kəsdirmişdi. 
Bu zaman Savalanın zirvəsindəki gölün dibindən bir səs gəldi: 
- Niyə ağlayırsan, Dünya Dədə? 
Dünya əvvəl karıxdı, sonra səsin Zərdüştün ruhundan sıyrılıb 
gəldiyini bildi. Səsdəki inciklik qoca dünyanın dərdinə dərd caladı, 
hannan-hana özünə toxdaqlıq verdi: 
- Bağışla məni, gözüm yanında kölgəli, üzüm qaradır. Sən Tan-
rının mənə bəxş elədiyi əzəli peyğəmbərsən, səni də, dediklərini də 
unutmamışam:  Şər  əməlli  Əhrimən  insanların  içində  gizlənibmiş. 
Odur ki, insan özünü işığa çevirə bilmir. İndi yenə aralarında şey-
tanxislətli adamlar peyda olub. Ancaq bir vaxtlar onların suçu Tan-
rını məhv elədiyi kimi məni də öldürdü. Yaddaşımın yarısı qədim-
də qaldı. İndi yaşım çox olsa da, təzə dünyayam, ancaq nə şərqim-
də,  nə  də  qərbimdə  şeytanla  çarpışmağa  peyğəmbər  yaranacaq... 
Bətnimin Tanrı elçisi doğmağa daha insan qanı, ruhumun mələk-
lərlə  həmdəm  olmağa  səbri  qalmayıb.  Peyğəmbəri  olmadığından 
insanlar şeytanın vəsvəsəsinə uyur, bir-birinin oduna, suyuna, tor-
pağına göz dikir, tamah salır... 
- Bəs məndən sonra yaranmış, amma öncə ruhlarını ziyarət elə-
diyin peyğəmbərlər nə dedi sənə? 
- Sən onları əhv et, Zərdüşt! Onlar hamısı səndən barınıblar, an-
2
 Beytülh
əzən – kədər otağı 
3
 C
əmşid - «Avesta»da Yima. Əfsanəyə görə bütün dünya Cəmşidin camı içində 
əks olunurmuş.  
11 
 
                                                 

caq peyğəmbərlik məqamına çatandan sonra sənin adını belə dillə-
rinə gətirmək istəmədilər. Bu qoca çağımda dərk elədiyim ən bö-
yük hikmət elə sənin bəyan etdiyin Əhrimənlə Hörmüzün əzəli çar-
pışmasıdır ki, ta bu günə kimi tüğyan eləyir. 
- Əgər məndən sonra gələn peyğəmbərlərin də Nuh kimi güna-
ha batıbsa, onda qoy insanlar özləri şeytanla vuruşmağı öyrənsinlər. 
- Bilirəm, sən zorakılıq tərəfdarı olmamısan. Ancaq qorxuram 
əsl peyğəmbəri olmayan insanlar özləri yalançı peyğəmbərlik xəstə-
liyinə tutulsunlar. Sənin buyurduğun təki çobansız sürüyə bənzə-
sinlər.  Şeytan  canavar  cildində  o  sürüyə  təpinəndə  təkələr  hərəsi 
peyğəmbərlik  eləyib  sürünü  qorxulu  keçidlərə  aparar.  Qorxuram 
bəziləri  özlərini  də,  sürüləri  də  dibigörünməz  ucurumlara  aparıb 
quduz canavarlara və cəhənnəm köpəklərinə yem eləsinlər. 
-  Yurddaşlarımdan  xəbərim  yoxdur,  neçə  bahardı  ki,  mənim 
ruhumu  yad  eləmirlər.  Buyurmuşdum  ki,  əcdadlarınızın  ruhunu 
yad eləməsəniz, onlar sizdən küsəcəklər. 
-  İndi  onların  başını  gəlmələr  qatıb,  torpaqlarına  bir  tərəfdən 
məsihələr, bir tərəfdən də xilafət göz dikib. Başbilərləri, dövlətxana-
larda oturan hökmdarları da sərvət azarına tutulublar. Məmləkətin 
dərdini kasıblar çəkir. 
- Sərvət! Axı, buyurmuşdum ki, ən böyük əxlaqi borc odur ki, 
sərvətin çoxu ehtiyacı olan yurddaşlara paylansın. 
- Onları qınama. İsgəndər sənin «Avesta»nı yandırandan sonra 
başları çox müsibətlər çəkdi. Yaddaşında saxladığı müqəddəs söz-
lərinin yarıbayarısını hərə öz bildiyi kimi kitablara köçürdü. Odur 
ki, əzəli qanunların  yaddaşlardan silindi... Aralarına nifaq düşdü, 
amma... 
- Yox! İnana bilmirəm, onların qənimi öz içərilərindən olmasa, 
kənardan gələnlər heç vədə aralarına nifaq sala bilməz. 
- Hə, elədir. İndi onların məmləkətində yad məsləklərdən barı-
nan YADIRĞALAR var. 
- Yadırğa! Bu, yoxsa təzə dindir? 
 - Yox, unutqanlığa qulluq edən din kimi bir şeydir. Əhrimənin 
12 
 

yalançı  vədlərinə,  gözəl  qadın  cildinə  girmiş  insansifət  divlərinə 
uyublar. Sərvətlə şöhrət hərisliyi gözlərini tutub.  İndi atəşpərəstlə-
rin həyat tərzinin singəsi olan buta əvəzinə hökmdarların tacını, bö-
yük sərkərdələrin dəbilqəsini ləl-cəvahirlər bəzəyir
4

-  Belələri  camaatı  uçuruma  sürükləyəcək.  Qılıncdan  iti  olan 
nəfs atəşləri Azər ocağlarını qanla suvaracaq! 
Ruhdan  qopan  ah  sədası  sanki  gölün  qırağındakı  işıqotuna, 
zəngçiçəyinə çırpıldı. 
- İndi zəmanə dəyişilib, adamlar sən gördüyün deyil! 
- İndi bayırda hansı çağdır ki, Dünya Dədə? 
-Təzədən fələyin çərxinə dolanan qərinəylə indi yeddinci çağı-
ma  qədəm  qoymuşam.  Ancaq  dərd-qəm,  haqsızlıq  əyib  qəddimi, 
yetmiş yeddi çağındayam elə bil: hər yanımda savaş, qovğa düdü-

5
 çalınır, hara üz tuturam düdəmələrə
6
 urcah oluram. Elə bil dəh-
şətli ölüm məni izləyir. Bir də mənim üçün nə fərqi, istər yeddi ol-
sun, istər yetmiş yeddi,  mən sülh və əmniyyət istəyirəm. Ey mü-
qəddəs Zərdüştün RUHU, xilasımı sənin səcdə elədiyin odun, işı-
ğın qorunmasında görürəm! Elə buna görə də adını hamıdan əziz 
tutdum! Sən qibləgahımsan, əzəli və son ziyarətgahımsan! Qoy sə-
nin  RUHUN  öz  doğma  Odlar  yurdunun,  onun  yurdsevərlərinin 
başı üzərindən əskik olmasın! 
Savalanın zirvəsindəki gölün qırağında yaraqlı-yasaqlı bir igid 
mürgüləyirdi.  Ruh  dünyaya  «Xeyirə  qənşər!»  pıçıldayıb  məzarın-
dan aralandı, göyə çəkildi. Elə bil dünya da o yaraqlı-yasaqlı igid 
kimi  dincəlmək  üçün  gölün  qırağındakı  Ulu  Zərdüştün  nəhəng 
qranit məzarı önündə qəddini əydi, başını ulu Savalanın dizinə qo-
yub keçmişinə boylandı.  
4
At
əşpərəstlik dövründə  hökmdarların  baş tacını bəzəyən “Cıqqa-buta” - cəsur-
luğun,  şərəf və  şücaətin, sərkərdələrin dəbilqəsindəki “Lələk-buta”  vicdanın,  
l
əyaqətin, iç gözəlliyin rəmzi sayılırdı.  
5
 Düdük - 
zurna, şeypur. 
6
 Düd
əmə - ikibaşlı, hər iki tərəfi iti olan qılınc. 
 
13 
 
                                                 

 
 
 
14 
 

_____Birinci fəsil_____ 
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə