Bildirişlər
1. Allahın istənilən bir şəkildə övlad sahibi olmasına etiqad qadağandır. (İstər İsa Ona oğul sayıla, istər mələklər Onun qızları hesab edilə.)
2. Bütün yaranmışlar Allahın hökmü altındadır.
3. Müdirin çoxluğu müvəffəqiyyətə mane olur.
4. Nizamlı quruluş Allahın birliyini göstərir.
5. Övlad sahibi olmaq ehtiyaclılıq və məhdudiyyət nişanəsidir. Məhdudiyyət isə üstünlük axtarışına sövq edir.
6. Qüdrətlər arasındakı ziddiyyət fəsad və qarşıdurma amilidir.
7. Əgər başqalarının yanlış təsəvvür və rəftarlarını dilə gətirsək, öz ruhumuzu və başqalarının ruhunu paklamaq üçün Allaha təsbih deyək.
8. Allahı bütün yanlışlıq və xurafatdan uzaq bilək.
Ayə 92:
﴿عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾
“O, qeybdən və aşkardan agahdır. Ona şərik qoşulan hər nədən üstündür.”
Ayə 93:
﴿قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ﴾
“De ki, Pərvərdigara, əgər onlara vəd etdiyini (əzabı) mənə göstərəcəksənsə...”
Ayə 94:
﴿رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ﴾
“Onda, Pərvərdigara, məni sitəmkar qövmün içində qoyma.”
Dostları ilə paylaş: |