Nöqtələr
●İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuş çoxsaylı rəvayətlərdə oxuyuruq: «Bu ayənin kamil nümunəsi həzrət Mehdinin (ə) hakimiyyət günüdür.»1
●Quranda salehlərin sonda hakimiyyətinə dəfələrlə işarə olunmuşdur. Üç ayədə belə buyurulur: «İslam bütün dinlərə qalib gələcək.»2 Digər bir ayədə oxuyuruq: «Yer üzündə Mənim saleh bəndələrim varis olaqcaq.»3 Qurani-Kərimdə sonda hakimiyyətin təqva əhlinə məxsus olacağı vəd olunur.4
●Ayədə möminlərin canişinliyi deyərkən ya Allah tərəfindən canişinlik, ya da həlak edilmiş qövmlər tərəfindən canişinlik nəzərdə tutulur.
●Qurtəbi öz təfsirində İslamın tam qələbəsi ilə bağlı bir neçə hədis nəql edir. Bildirir ki, yer üzündə İslamın daxil olmadığı bircə ev qalmayacaq.
●Həzrət Peyğəmbər (s) son Həcc səfərində Məkkədən geri dönərkən Qədiri-Xum adlı məntəqədə Allahın əmri ilə Həzrət Əlini (ə) özünə canişin təyin etdi. Ayə nazil oldu ki, «bu gün Mən sizin üçün İslamı bəyəndim.»5 Bu ayədə də dinin qələbəsi ilə bağlı Allahın vədi bəyan olunur. Allahın bəyənib elan etdiyi din həmin Qədiri-Xum məktəbidir.
Dostları ilə paylaş: |