Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə233/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   522

Bildirişlər


1. Başqalarını, xüsusi ilə məhrumları özümüzdən qabağa buraxaq.

2. İnsanın daxili hissləri hüquqi məsələlərə də təsir göstərir. (Qida ev sahibinin mülkü olsa da, İslam qohumluq əlaqələrini və daxili hissləri mülkiyyətdən üstün tutur.)

3. Həyat yoldaşı və övladın evi sizin öz evinizdir.1 (Ola bilsin ki, övladın evi ilə bağlı heç bir sual yaranmadığından onun adı qeyd olunmamışdır. Hədisdə oxuyuruq: “Sən və sənin malın atana məxsussunuz.”)

4. Məsrəf üçün möhkəm dəlillər və əqli yəqinlik bəs edir. (Məsələn, evin açarının verilməsi razılıq nişanəsidir)

5. İslamda dostun haqqı qohumun haqqı ilə yanaşı qeyd olunur. (Əflatundan soruşdular ki, qardaşını çox sevirsən, yoxsa dostunu? O dedi: “Mənə dost olan halda qardaşımı.”2

6. Salam evə daxil olmaq ədəbidir.

7. Salam səmavi, mübarək və könül oxşayan bir ədəbdir.

8. Salam həyatın xeyir-bərəkətli olmasına təsirlidir.

9. Ev əhli sizin üçün canınız yerindədir.

10. Vəzifə və hüquqlar Allah tərəfindən təyin olunmalıdır.

11. İlahi hökmlər haqqında düşünmək lazımdır.

Ayə 62:


﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَى أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّى يَسْتَأْذِنُوهُ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُوْلَئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ﴾

Həqiqətən, möminlər yalnız o kəslərdir ki, Allah və Onun rəsuluna iman gətirmişlər, peyğəmbərlə müəyyən məsələdə bir araya gəldikdə ondan icazəsiz getməzlər. (Ey peyğəmbər,) Allah və Onun rəsuluna iman gətirənlər həmin icazə alanlardır. Əgər bəzi işlərdən ötrü səndən icazə istəsələr, istədiyin kəsə icazə ver və Allahdan onların bağışlanmasını dilə. Allah bağışlayan və mehribandır.”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin