Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə394/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   390   391   392   393   394   395   396   397   ...   522

Ayə 147-148:


﴿فِي جَنَّاتٍ وَعُيُونٍ وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ﴾

Bağlarda və çeşmələrdə, əkinlərdə və çiçəkləri lətif və üst-üstə oturmuş xurmalıqlarda qalacaqsınız (və heç bir məsuliyyətiniz olmayacaq)?”


Ayə 149:


﴿وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ﴾

Siz xoş güzaran üçün daşlardan evlər yonub düzəldirsiniz.”


Ayə 150-151:


﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ﴾

Allahdan qorxun və mənə tabe olun. İsrafçılara tabe olmayın.”



Ayə 152:


﴿الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ﴾

O kəslər ki, yer üzündə fəsad törədir və islah əhli deyildirlər.”



Nöqtələr


●Əgər bəşəriyyət yalnız “israfkarlara tabe olmayın” göstərişinə əməl etsə, bütün israfçı zalım rejimlər süquta uğrayar.

●Səmud qövmü həm məhsuldar əkinçiliyə, həm mədəniyyət və inşaata, həm də rifah və əmin-amanlığa malik idi.

●“Təll” dedikdə meyvədən öncəki xurma çiçəyi nəzərdə tutulur. Bəzən ağacın ilk xurmasına da “təl” deyilir.

●“Həzim” sözü lətif və üst-üstə oturmuş (salxım) çiçək mənasını bildirir. Yəni xurma çiçəkləri salxım şəklində üst-üstə minmişdir, bərəkətli və təravətlidir.

●“Cənnat” sözünün həm də xurma ağacı mənasını bildirməsinə baxmayaraq, bu ağacın adının ayrıca qeyd olunması Səmud qövmünün ona daha çox əhəmiyyət verməsinə işarə ola bilər.

●“Farihin” sözü “fərəh” kökündən olsa dadlı, “fərahət” kökündən olsa məharət mənasını bildirər. “Buyutən farihin” təbiri birinci halda “evlərdə şad-xürrəm idilər”, ikinci halda “dağlardan məharətlə evlər yonurdular” mənasını bildirir.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin