Nöqtələr
●“Hədaiq” dedikdə «göz hədəqəsi kimi divarlarla əhatəyə alınmış bağ» mənası başa düşülür.
Bildirişlər
1. Allaha yaxınlaşmaq üçün ən üstün yol yaranış haqqında düşünməkdir.
2. Hər bir ağac və bitki Allahın nəzəri altda, Onun iradəsi ilə cücərir.
3. Allahın iradəsi adi vasitələrlə həyata keçir.
4. Könül oxşayan gözəllik bir dəyərdir.
5. Hamının anlayacağı tərzdə danışaq. (Bitki aləminin xüsusiyyətlərini və sirlərini hamı dərk etmir. Yaşıllıq və gül-çiçəyin təravət və gözəlliyini isə hamı dərk edə bilir.
6. İnsan hətta bir ağac cücərtməyə belə qadir olmadığını anladıqda Allahın qüdrətini dərk edir.
7. Düşündürücü suallarla vicdanları oyadaq.
8. Şübhələrin qarşısını alaq. Göyləri və yeri yaratdığını kimsə iddia etmir. Amma təbiət aləmi ilə bağlı iddialar var. Bəziləri deyir ki, filan məntəqəni biz yaşıllaşdırıb abadlaşdırdıq. Ona görə də Allah bu işin insan işi olmadığını buyurur. Digər bir yerdə buyurulur: “Əkib-becərən sizsiniz, yoxsa Biz?”1
9. Tövhid doğru, şirk isə yanlış yoldur.
Ayə 61:
﴿أَمَّن جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ﴾
“Yeri qərargah edib, onda çaylar yaradan, onun üçün dağları sabit və möhkəm qərar verən, iki (şor və şirin) dərya arasında sədd qoyan kimdir? Allahla yanaşı başqa bir məbudmu var?! Yox, onların əksəri bilmir.”
Ayə 62:
﴿أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ﴾
“Kimdir bir çarəsiz çağıran zaman onu eşidən, pisliyi uzaqlaşdıran, sizi yer üzünün canişinləri qərar verən? Allahla yanaşı başqa bir məbudmu var?! Nə az öyüd götürürsünüz!”
Dostları ilə paylaş: |