İrad və uyğun iradın cavabı
●Peyğəmbərin (s) meracı – səma səfəri ilə bağlı müəyyən suallar, şübhələr bəyan olunmuşdur. Məsələn, bildirirlər ki, atmosferdən kənarda hava yoxdur, yandırıcı isti və öldürücü soyuq var, çəkisizlik mövcuddur, fəzanın təhlükəli şüaları şölələnir, səma səfəri üçün bir gecə bəs etməz, səma səfərinə çıxan bir şəxsdə işıq sürəti və ya daha böyük sürət olmalıdır, yerin cazibəsindən çıxmaq üçün saatda 400 min km. yol getmək lazımdır və s.
Uyğun şübhələri ümumi şəkildə belə cavablandıra bilərik: Merac mövzusu Quranda və mütəvatir rəvayətlərdə bəyan olunmuşdur3. Mövzunu xırdalıqları ilə yox, prinsipcə qəbul etmək zəruridir. (Əlbəttə ki, Allahın cisim halında müşahidə olunmasını bəyan edən rəvayətlər etibarsızdır. Behişt və cəhənnəm əhlinin müşahidəsi isə qəbulolunası bir xəbərdir.) Digər bir tərəfdən, möcüzə ağıl baxımından mümkünsüz sayılmamalıdır. Merac İslam peyğəmbərinin (s) möcüzələrindən olduğu kimi, bütün möcüzələrə tətbiq olunan qayda ona da şamil olunur.
Digər çətinliklər ilahi qüdrətə əsaslanmaqla həll olunasıdır. Bundan əlavə, bu gün insan səmaya təyyarə qaldırdığından, digər planetlərə süni peyklər və hava gəmiləri göndərdiyindən merac məsələsini qəbul etmək problem deyil.
Quranda Bilqeysin taxtının bir göz qırpımında bir ölkədən digər ölkəyə gətirilməsi qeyd olunur. Belə bir məlumat merac məsələsinin məsafə baxımından mümkünsüzlük ehtimalını aradan qaldırır.
Dostları ilə paylaş: |