Nüvə zədələnmə ocağının xarakteristikası
Nüvə zədələnmə ocağı – o,əraziyə deyilir ki, orada nüvə partlayışları nəticəsində zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insan, heyvan və biti təlafatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhərləsin. Nüvə zədəlanmə ocağında eyni zamanda dağıntılar,yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gəlir. Nüvə zədələnmə ocağının ölçüləri dağıntının dərəcəsi və tələfatdan tikintinin xüsusyyətlərindən , yerin relyefindən və s. Asılı olur.
Nüvə silahı-məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahı (atom silahı) — nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş verən partlayış təsirli silahların ümumi adı. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. Dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindəv ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, çanlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. Məqsədi güdür.Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elminin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparılması üsullarının xeyli dəyişməsinə səbəb oldu.
Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə silahının gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin tonla miqdarına deyilir.
Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən Yaponiyanın Naqasaki şəhərində tətbiq olunmuşdur.Hədəfə vurmaq üçün nüvə silahından raketlərdən,gəmilərdən, təyyarələrdən istifadə olunur.Nüvə silahı kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partladila bilər. Nüvə partlayışı nəticəsində beş çür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:
Zərbə dalğası-partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava qatindan ibarətdir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən,yerin relyefindən və s.asılı olur. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr dörd dağıntı zonasına ayrılır. Zərbə dalğasının önündə izafi təzyiqi 50 kPa-dan artıq olan ərazilər tam dağıntı zonası, izafi təzyiqi 30÷50 kPa olan ərazilər güclü dağıntı zonası, 20÷30 kPa olan ərazilər orta dağıntı zonası, 10÷20 olan ərazilər isə zəif dağıntı zonası adlanır.
İşıq şüalanması-nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq şüalanması ,əsasən, qısa müddətli təsirə malikdir, lakin buna baxmayaraq xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna və s-yə səbəb ola bilər.
İşıq şüalanmasının zədələyici təsirindən qorunmaq üçün sığınacaq və daldanacaqlar kifayətdir.
İşıq şüalanmasının təsiri metereoloji şəraitindən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir.
Nüfuzedici radiasiya-nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən γ-şüalar və neytron selindən ibarətdir. Nüvə silahının bu zədələyici amilinin əsas təsiri tərkibindəki qamma-şüaların və neytronların canlı toxumalar molekullarını ionlaşdırmasıdır. Bu isə insan və heyvan orqanizminin hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Neytron seli tərkibində hidrogen olan maddələrdə daha çox zəifliyir.
Radioaktiv zəhərlənmə-yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır.Bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindəm kilometr məsafələrə aparılır.Radioaktiv maddələrin heç bir xarici əlaməti yoxdur, zəhərlənməni ancaq xüsusi doza ölçən cihazlar vasitəsilə aşkar etmək mümkündür.
Partlayışın növü və gücü, partlayışdan keçən müddət, partlayış mərkəzinə qədər olan məsafə, yerin relyefi radioaktiv zəhərlənmənin dərəcəsinə təsir edən əsas amillərdir.
Zəhərlənməyə məruz qalmış ərazi formaca ellipsə oxşayır. Zəhərlənmə zolağı çox təhlükəli, təhlükəli, güclü və mülayim olmaqla dörd zonaya ayrılır.Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi ilə xarekterizə edilir və rentgen-saatla ölçülür.
Elektromaqnit impulsu-nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar isə öz növbəsində mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır,nəticədə kabel –rabitə xətlərində radiostansiyalarda və qısamüddətli lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit implusundan mühafizə vasitəsi kimi qoruyucu tərtibatlardan istifadə olunur.
Fövqəladə hallarla bağlı davranış qaydaları
Nüvə partlayışı Geri
Nüvə partlayışı ionlaşdırıcı şüa mənbələrinin istifadə olunduğu müəssisələrdə qəza zamanı və nüvə silahlarının tətbiqi zamanı baş verir. Bu zaman güclü səs, titrəyiş hiss olunur və səmada gözqamaşdırıcı alovlu kürə əmələ gəlir. Partlayışdan bir neçə dəqiqə sonra on, bəzən də yüz kilometrlərlə ərazidə torpaq, açıq su mənbələri, hava, bitki örtüyü, tikililər və s. Radioaktiv maddələrlə çirklənir. Canlılar ciddi fiziki xəsarətlərə, qida, su, hava vasitəsilə radioaktiv şüalanmaya məruz qalır.
Nüvə partlayışı zamanı təhlükəsizlik qaydaları:
Parlayış uzaq məsafədə baş versə belə, dalğası və radioaktiv toz buludları sizə 30 saniyə və ya daha gec gəlib çata bilər;
Partlayışın gözqamaşdırıcı alovlu kürəsinə baxmayın (şüanın təsirindən görmə qabiliyyətinizi itirə bilərsiniz);
Radiasiyadan qorunmaq üçün mümkün qədər tez, qapalı məkanda və ya yeraltı sığınacaqda daldalanmağa çalışın;
Daldalandığınız məkanın qapı və pəncərələrini, havalandırma sistemlərini möhkəm bağlayın, məsamələri izolə edin;
Qapalı yer tapa bilmirsinizsə, müdafiə oluna biləcəyiniz hər hansı predmetin arxasına sığının, nəfəs yollarını və gözlərinizi hər hansı qoruyucu vasitə (parça, əleyhqaz, qoruyucu maska, gözlük və s.) ilə qoruyun, bədəninizin açıq hissələrini örtün;
Döşəməyə (və ya yerə) uzanın, başınızı sinənizə sıxaraq onu qollarınızla qoruyun;
Daldalandığınız məkanı aidiyyəti qurumların göstərişi olmadan tərk etməyin, onların təlimatlarına (təxliyyə və s.) əməl edin;
Səhhətinizdə hər hansı dəyişiklik baş verərsə, təcili tibbi yardım çağırın;
Radioaktiv maddələrlə çirklənmiş əşyalara toxunmayın (bu, ərazidə gördüyünüz hər hansı əşya ola bilər);
“Radiasiya təhlükəsi” və ya “Təhlükəli materiallar” nişanları qoyulan ərazilərə yaxınlaşmayın;
Radioaktiv maddələrlə çirklənmiş ərazilərdən cəld və mümkün qədər uzaqlaşın;
Çirklənmiş ərazidə istehsal olunan kənd təsərrüfatı məhsulları, balıq və ov ətinin istifadəsinə qoyulan qadağalara riayət edin;
Radioaktiv təhlükə zamanı ev heyvanlarını bir neçə günlük qida və su ilə təmin edərək qapalı yerdə saxlayın, onlarla təması məhdudlaşdırın.