O dlar yurdu universiteti TƏSDİq ediRƏM: Kafedra müdiri:­­­­­­­­ dos. R. A.İmamquluyev



Yüklə 38,7 Kb.
səhifə5/5
tarix12.05.2022
ölçüsü38,7 Kb.
#57624
1   2   3   4   5
20 İTS Sillabus

SQL skriptləşdirmə dili
SQL skriptləşdirmə dilinin qolları – DQL, DDL, DML, DCL, TCL

Data Query Language (DQL) əmri – select

Data Manipulation Language (DML) – insert, update, delete, merge

Data Definition Language (DDL) – create, alter, drop, rename, truncate, comment

Data Control Language (DCL) – grant, revoke

Transaction Control Language (TCL) – commit, rollback, savepoint, set transaction

SQL – joins

SQL – singlerow functions, multirow functions

SQL – constarints

SQL – subqueries

SQL – set operators, views

SQL – import, export, flash back



MÜHAZİRƏ DƏRSLƏRİNİN MÖVZULARI



Mövzu

Saat



İnformatika və onun əsas anlayışları

2



Say sistemləri

2



Verilənlər bazası anlayışı, onun strukturu, modelləri, təsnifatı

2



Microsoft Access tətbiqi proqram təminatı ilə verilənlər bazasının yaradılması

2



Oracle 11 g proqramının endirilməsi, quraşdırılması, SQL skriptləşdirmə dili və onun qolları haqqında məlumat

2



Data Query Language (DQL) əmri – select

2



Data Manipulation Language (DML) – insert, update, delete, merge

2



Data Definition Language (DDL) – create, alter, drop, rename, truncate, comment

2



Data Control Language (DCL) – grant, revoke

Transaction Control Language (TCL) – commit, rollback, savepoint, set transaction



2



SQL – joins

2



SQL – singlerow functions, multirow functions

2



SQL – constarints

2



SQL – subqueries

2



SQL – set operators, views

2



SQL – import, export, flash back

2


MƏŞĞƏLƏ DƏRSLƏRİNİN MÖVZULARI



Mövzu

Saat



İnformasiyanın ölçü vahidləri, bit, bayt məsələləri, informasiyanın kodlaşdırılması, simvolların kodlaşdırılma standartları (ASCİİ və UNİCODE). Say sistemləri. 2-lik, 8-lik, 10-luq və 16-lıq say sistemləri və bu say sistemlərində olan ədədlərin bir say sistemindən digərlərinə çevrilməsi

2



Microsoft Access tətbiqi proqram təminatı ilə verilənlər bazasının yaradılması, cədvəllər, hesabatlar, makroslar, formalar

2



Oracle 11 g proqramının endirilməsi, quraşdırılması, SQL skriptləşdirmə dili və onun qolları haqqında məlumat

2



Data Query Language (DQL) əmri – select

2



Data Manipulation Language (DML) – insert, update, delete, merge

2



Data Definition Language (DDL) – create, alter, rename, comment, drop, truncate

2



Data Control Language (DCL) – grant, revoke

2



Transaction Control Language (TCL) – commit, rollback, savepoint, set transaction

2



SQL – joins

2



SQL – singlerow functions

2



SQL – multirow functions

2



SQL – constarints

2



SQL – subqueries

2



SQL – set operators, views

2



SQL – import, export, flash back

2



ƏDƏBIYYAT:


  1. S.Q. Kərimov,S.B. Həbibullayev,T.İ. İbrahimzadə. İnformatika. Dərslik.-Bakı,”Təhsil” NPM, 2009, 436s.

  2. A.B. Babayev, E.V. Seyidzadə,. “Fərdi kompüterin element vasitələri və periferiya qurğuları”, Bakı, 2008.

  3. M.N. Əliyev, E. V. Seyidov, A.D. Hüseynova, ”Kompüter Təlimi”, Bakı2002.

  4. M. N. Əlizadə, E. V. Seyidzadə, A. B. Babayev. “Kompüter və hesablama sistemlərinin arxitekturası”, “Səda” nəşriyyatı Bakı 2011, şəkilli, 648 səhifə.

  5. Əliyev R.Ə., Salahlı M.Ə. İnformatika və hesablama texni-kasının əsasları. Bakı, Maarif, 2004.

  6. Abbasov Ə.M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə. İnformatika və kompüterləşmənin əsasları. “MSV NƏŞR”, Bakı, 2006.

  7. Quliyev V. Verilənlər bazası, “Elm”, Bakı, 2006.

  8. Kərimov S.Q. İnformasiya sistemləri. “Elm” nəşriyyatı, Bakı, 2008

  9. Joan Casteel - Oracle 11G: SQL

  10. Sam Alapati, Darl Kuhn, Arup Nanda - RMAN Recipes for Oracle Database 11g: A Problem-Solution Approach

  11. Vibrant Publishers - Oracle Database Administration Interview Questions You'll Most Likely Be Asked: Interview Questions You'll Most Likely Be Asked

  12. Chris Ruel - Oracle 12c For Dummies


8.Təhsilalanların vəzifələri:

a). İxtisasın dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və praktiki vərdişlərə yiyələnmək;

b). Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

c)Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

ç)Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalar və təlim- tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

d) Dərsin məzmununa, məqsəd və vəzifələrinə dərindən yiyələnmək .

e) Fənn mövzularının müzakirələrində fəal iştirak etmək

ə) Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;


9. Təhsil verənlərin vəzifələri:

a) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

b) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

c) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

d) Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və.s.
10. Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları.

Odlar Yurdu Universitetində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Hər bir fənn üzrə semestr ərzində 3 dəfə aralıq imtahanı keçirilir (kollokvium).

Aralıq imtahanı yazılı, şifahi, test formasında fənni tədris edən müəllim tərəfindən aparılır. Hər aralıq imtahanından tələbə maksimum 10 bal toplaya bilər.

Bundan əlavə tələbə semestr ərzində fəaliyyətinə görə 20 bal toplaya bilər:



  • 10 bal dərslərə davamiyyətə görə (tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir, semestr ərzində fənnin tədrisinə ayrılan saatların (25% çıxıldıqdan sonra) hər buraxılan 10%-nə 1 bal çıxılır).

  • 10 bal tələbənin sərbəst işinə görə (semestr ərzində tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Tapşırıqlar müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) fənni tədris edən müəllim tərəfindən müəyyən­ləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.) Beləliklə, tələbə imtahana qədər ən çoxu 50 bal toplaya bilər

Kafedrada sistematik olaraq fənn müəllimi və ya digər ixtisas müəllimləri tərəfindən tələbələrə məsləhət verilməsi təşkil edilir.

Odlar Yurdu Universitetində semestr imtahanları imtahan üçün nəzərdə tutulmuş, kompüterləş­di­rilmiş, yerli şəbəkəyə qoşulmuş xüsusi otaqlarda kompüter vasitəsilə test şəklində və ya kafedraların təqdimatı ilə müəyyən fənlərdən beş suallı təsdiq olunmuş biletlər əsasında şifahi, yaxud yazılı formalarda keçirilir.

Hər bir fənn üzrə imtahan verən tələbəyə tədris olunmuş mövzular üzrə 25 test sualı verilir. Hər düzgün cavabın qiyməti 2 baldır. Hər səhv cavaba görə 1 bal çıxılır. Beləliklə, tələbə imtahan zamanı ən çoxu 50 bal toplaya bilər.

İmtahan otağında ancaq texniki işçilərdən ibarət xüsusi nəzarətçilər olur. Tələbə imtahana şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə buraxılır. İmtahana ayrılan vaxt 120 dəqiqədir.

Tələbə biletdəki sualların düzgün hesab etdiyi cavablarını təsdiq etdikdən sonra imtahanı yekun­laşdırdığını bildirən düyməni basdıqda aralıq imtahanlarının, sərbəst işlərin və davamiy­yətin nəticələri də nəzərə alınmaqla (imtahan suallarından ən azı 17 bal toplamaq şərti ilə) onun aldığı qiymət monitorda görünür. İmtahanların nəticələri yerli şəbəkə vasitəsi ilə mərkəzə, fakültə dekanlıqlarına ötürülür.

Qiymətləndirmə sistemi aşağıdakı kimidir:

-51 baldan aşağı - «qeyri-kafi» - F

-51-60 bal - «qənaətbəxş» - E

-61-70 bal - «kafi» - D

-71-80 bal - «yaxşı» - C

-81-90 bal - «çox yaxşı» - B

-91-100 bal - «əla» - A

Tələbə imtahanın nəticəsi ilə razı olmadıqda, imtahandan sonrakı 3 gün ərzində

Universitetin Apelyasiya komissiyasına yazılı şəkildə müraciət edə bilər.



Fənn üzrə akademik borcu qalan tələbələrin sayı az olduqda bir kurs aşağı qruplarla həmin fənləri yenidən mənimsəyir, sonra imtahana buraxılır.

Fənn üzrə akademik borcu olan tələbələrin sayı çox olarsa yeni tədris qrupu təşkil edilir, yaxud tədris yay semestrində həyata keçirilir.
Yüklə 38,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin