Şəxsiyyət. Maraqlı şəxsiyyətlər haqqında söhbət açmaq
maraqsız, adi adamdan bəhs etməkdən daha cəlbedicidir. Hamıya
yaxşı məlumdur ki, məşhur adamlar heç kəsə məlum
olmayanlardan daha çox maraq doğurur. Amma bunun həmişə belə
olması mütləq deyil. Yeni parlaq şəxsiyyətlər tapın.
Maraqlılıq. Xəbər kimin üçün nəzərdə tutulmuşsa, onda
maraq oyatmalıdır. Zaman keçdikdə uzanan hadisə yeni məlumatlar
alındıqca təsvir oluna bilər və bu vaxt auditoiryanın hadisələri
addım-addım izləməyə imkanı olacaq. Son ana kimi nəticəsi
məlum olmayan xəbər (süjet) jurnalistlər arasında cliff hanger
(auditoriyanı gərginlikdə saxlayan radio və ya teleserial)
adlandırılır.
Xüsusi (redaksiyanın). Redaksiya və ya reportyor aşkara
çıxardığı xüsusi xəbəri bəzən digər xəbərlərdən daha üstün hesab
edir. Bir çox reportyorlar haqlı olaraq elə düşünürlər ki, onlar
32
hansısa materialın ilk və yeganə sahibidirlər. Redaksiyaların
əksəriyyəti radio və televiziya efirində və ya qəzetlərin
səhifələrində məhz belə xəbərlərə üstünlük verirlər. Lakin xüsusi
(redaksiya) xəbərlərə aludə olaraq digər xəbərlərin yolunu
bağlamaq yaramaz. Təəssüf ki, bir çox redaksiyalarda «özgə»
xəbərələrinin üstündən sükutla keçirlər. Buna görə də belə xəbərlər
oxucuların, tamaşaçıların və dinləyicilərin məhdud qrupunun malı
olur, geniş dairələrin nəzərinə çarpmadan keçib gedir.
Əhəmiyyətlilik. Xəbərləri seçərkən reportyor ancaq öz
hisslərinə qapılmamalıdır, sağlam düşüncəyə əsaslanmalıdır.
Demokratik cəmiyyətin jurnalistikanın qarşısına qoyduğu vəzifəni
yerinə yetirmək məqsədilə reportyor həqiqətən insanlar üçün,
onların həyat şəraiti üçün mühüm olan cəhətləri işıqlandırmalı,
onların ölkədə və dünyada baş verənləri başa düşmələrinə və dərk
etmələrinə kömək göstərməlidir.
«BÖYÜK BALIĞA TİLOV ATMALI…»
Xəbərləri seçərkən jurnalistin bunlara verdiyi qiymət
bunlardan istifadə edənlərin tələbləri ilə üst-üstə düşməlidir.
Auditoriyanın istəklərinə cavab verən informasiya materiallarını
təmin edə bilməyən redaksiyalar tez bir zamanda onlara olan
marağı itirirlər. Məhz bu amil xəbərlərin seçilməsi və
qiymətləndirilməsi işində mövcud qaydaları bir daha nəzərdən
keçirməkdə bizə mane olur. Tamaşaçıların, dinləyicilərin,
oxucuların rəğbətini kim itirmək istər?
Təsəvvür edin ki, informasiya axını çaydır, xəbərələr isə
böyük və kiçik balıqlardır. İlk növbədə elə növ balıqları tutmalıyıq
ki, bizim kütlə artıq ona öyrənmişdir, onu hazırlamağı və yeməyi
bacarır. Ona tanış olmayan növləri isə yararsız hesab edəcək.
Madam ki bizim kütlə ala balıq yeməyə adət edib, deməli, biz ala
balıq ovlamalıyıq. Bunun üçün uyğun alətlərdən istifadə etmək
lazımdır.
Mənim təxminlərimə görə, dərc olunan və efirə verilən
informasiya materialının böyük bir hissəsi məhz gözlənilən
33
xəbərlərədən ibarət olamlıdır. Əks təqdirdə, tamaşaçılar və
dinləyicilər sadəcə olaraq proqramı son xəbərlər kimi qəbul
etməkdən imtina etməli olacaqlar. Fransada «Le Provensal»
gündəlik qəzetinin məzmununun öyrənilməsi göstərmişdir ki, bu
nəşrin dərc etdiyi materialların 80 faizi oxucuların tələblərinə
uyğun gəlir. Təyyarə qəzası haqqındakı məlumat xəbərələrin
növbəti buraxılışına hökmən daxil edilməlidir. Nazirlər kabinetinin
istefası birinci səhifənin xəbəri olmalıdır. Müəssisənin aldığı böyük
sifariş, zavodun yeni baş direktorunun təyin edilməsi – bu qəbildən
olan informasiyalar kiçik xəbər şəklində verilməlidir. Yazılmamış
bu cür qanunlara əməl etməyən nəşrlər, radio və televiziya
stansiyaları öz auditoriyasının etibarını itirəcəklər.
Buna baxmayaraq, günlərin bir günü hər şeyi bilmək istəyən
istedadlı jurnalist birdən tapacaq ki, midyə nəinki yeməlidir, həm
də çox dadlıdır. Digəri isə çayın qolunda nadir, dadlı qızıl balıq
tutacaq. Üçüncü jurnalist isə çayın daşları altından eybəcər qurbağa
tapacaq. Bizim sənətin ən maraqlı cəhəti ondan ibarətdir ki, adi bir
şeydə təzəlik tapasan, özgələrin görə bilmədiyini görəsən.
Auditoriyamızın ənənəvi tələbləri haqqında danışdıqlarımız
çoxlarına bayağı, hətta qəbuledilməz kimi də görünə bilər. Bəs nə
etməli? Kütlənin ardıncamı getməli? Heç vəchlə! Məhz bu 20 faiz
intəhasız rəngarənglik üçün bizə imkan verir. İnformasiya və
xəbərlərin çatdırılması prosesində iştirak etmək ilk növbədə
hamının alışdığı balıq növlərini ovlamaq ilə öz yaşayışını təmin
etməkdir. Bunu etdikdən sonra biz təmiz vicdanla çayın qollarında
və burulğanlarda nadir balıq növlərini tutmaq idmanı ilə məşğul
ola bilərik.
Oxu üçün ədəbiyyat
:
Fallows Cames: Breaking the News, How the Media Undermine Amerijan Demojrajy.
Pantheon Books, New York, 1966/
Meritt Davis Buzz: Publij Cournalism & Publij Life, Why Telling the News is Not
Enough. Lawrenje Erlbaum Ass. Publishers, 1995.
Rosen Cay and Meritt Davis: Publij Cournalism: Theory & Prajtije. Kettering
Foundation, 1994.
34
Jhanel Alain: Penser la formation des cournalistes. Un. Robert Sjhuman, Stasbourg, 1996.
Iyengar Shanto: Is anyone responsible? How Television Frames Politijal Issuers.
University of Jhikago Press, 1991.
Sjhodson Mijhael: The Power of News, Harvard Un. Press, 1995.
35
PLANLI ŞƏKİLDƏ ÇALIŞMALI!
Harada
nə baş verdiyini öyrənərək təsvir edən reportyor və
informasiyanın toplanıb yayılmasını təşkil edən redaksiya olmasa,
xəbərlər heç vaxt işıq üzü görə bilməz.
Bir qayda olaraq, jurnalistikada söhbət baş verən hadisələri
nəzarətdə saxlamaq və izləmək kimi işdən gedir. Amerika
jurnalistlərinin jarqonunda deyildiyi kimi, hər bir jurnalistin öz beat
– sahəsi var və öz rayonunda patrul xidməti göstərən polis dəstəsi
kimi jurnalist də bu sahəni nəzarətdə saxlamalıdır. To cover a beat
– öz sahəndə patrul olmaq deməkdir.
POLİSLƏ ƏLAQƏ
To cover a beat – əslində planlı şəkildə çalışmaq deməkdir.
Bu cür iş üsuluna tipik misal polislə telefon əlaqəsidir. İsveç
redaksiyalarında bu vəzifə əsasən təzə işçilərə tapşırılır, halbuki bu
işin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəli jurnalist olmaq
lazımdır. Bir neçə il ərzində mən öz şəxsi təcrübəmdə bu işin bütün
çətinliklərini görmüşəm.
Reportyor
kimi
işə başladığım zamanlar mən hər gün
əvvəlcədən müəyyən olunmuş
cədvələ
əsasən bizim
radiostansiyaınn əhatə etdiyi rayonların polis məntəqələrinin
növbətçi patrul rəislərinə zəng vururdum.
Hər gün də eyni sualı verirdim: «Hə, bu gün təzə nə var?»
Bu sualın cavabında oğurluq, bədbəxt hadisə və yanğınlar barədə
qısa məlumatlar əldə edirdim. Yerli kütləvi informasiya
vasitələrinin xəbərlər şöbələri və redaksiyaları ilə hər gün aparılan
söhbətlər polislər üçün adi iş olmuşdu və onlar da xəbərlərin
seçilməsi işini yaxşı qavramışdılar.
Lakin
eyni
yeknəsəq məşğuliyyət hər gün təkrar olunursa,
bu halda sayıqlığı itirmək çətin deyil. Öz işinə həvəslə yanaşan
36
jurnalistin hər şeyə maraq gösətərməsi əhəmiyyətlidir və bu həvəs
onu hər gün polisə darıxdırıcı zənglərdən xilas edir. Nə vaxtsa
müəyyən olunmuş qaydaya kor-koranə riayət edən şəxs mühüm və
maraqlı hadisəni gözdən qaçıra bilər. Bir neçə il redaksiyada
çalışarkən mən özüm bundan zərər çəkmişəm.
Bir
dəfə polis məntəqələrinə zəng edərkən Norrteldəki
növbətçi mənə xəbər verdi ki, bu şəhərin yaxınlığındakı kiçik uçuş
meydançasına yanğın komandası və təcili yardım maşını ilə polis
dəstəsi getmişdir. Polis dedi ki, havada olan kiçik idman
təyyarəsinin şassisində nasazlıq müəyyən edilmişdir, yəni təyyarə
yerə enərkən çevrilə bilərmiş.
-Bəs nəticəsi necə oldu? – deyə mən polisdən soruşdum.
Məlum oldu ki, hər şey yaxşı qurtarmışdır. Təyyarə uçuş
meydançasının üstündə dövrə vurarkən sərnişinlərdən biri ştokun
köməyi ilə şassini aça bilmişdir. Polislər, təcili yardım və
yanğınsöndürənlər artıq öz yerlərinə qayıtmışlar. Təyyarə yerə
enmişdir.
-Bəs qətl və cinayətlər barədə nə var? – deyərək mən öz
ənənəvi sualımı verdim.
Norrteldə bu gün nə qətl, nə də oğurluq olmuşdu. Mən
rahatca evə yollana bilərdim. Maraqsız hesab etdiyim bu hadisə
haqqında xəbər verməmək qərarına gəlib evə getdim. «Dagens
Nyheter» adlı iri gündəlik qəzetin reportyoru isə hadisə yerinə
gedərək maraqlı reportaj hazırlamışdı.
Polislə telefon əlaqəsi xəbərlərin planlı şəkildə axtarışına
misaldır və bu əlaqə redaksiyaya informasiyanın gündəlik axınını
təmin edir. Bu, xırda arxlar deyil, səylə çəkilmiş dərin kanaldır.
SƏRHƏDLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏLİ
Yerli
qəzetin əməkdaşı, həmçinin beynəlxalq müxbir öz
diqqəti əhatəsində olan sahənin coğrafi sərhədləri barədə dəqiq
təsəvvürə malik olmalıdır. Bu nə sahəsidir? Şəhərdir, yoxsa
bələdiyyə dairəsidir? Ölkədir, yaxud bütün dünyadır? Sərhədlərin
müəyyənləşdirilməsi redaksiya siyasətinin nisbi ifadəsidir: bizim
37
tamaşaçılarımız, dinləyicilərimiz, oxucularımız və potensial reklam
verənlərimiz haradadır? Lakin fəaliyyət zonasının
müəyyənləşdirilməsi reportyorun özü üçün də az əhəmiyyətli deyil.
«Toxunma! Bu mənimdir!» anlayışının əhəmiyyətini azaltmaq
lazım deyil. Xarici müxbirlərdən də çox öz sərhədlərini qoruyan
yoxdur. Hətta beynəlxalq mövzuda yazan jurnalistlər də öz
redaksiyasından tapşırıqla onun zonasına gələn reportyorlara bəzən
ciddi təhlükə kimi baxırlar.
Öz
sərhədlərini müəyyən etməyin digər üsulu işin
mövzularını və ya ixtisaslaşmanı müəyyən etməkdir. Hər bir
redaksiyada iş bölgüsü mövzu maraqlarına və reportyorların və ya
jurnalist qrupunun biliklərinə görə aparılır.
MƏNBƏLƏRİ TAPMALI
Reportyorun
fəaliyyət gösətərəcəyi coğrafi zona və ya onun
mövzuları müəyyənləşəndən sonra burada informasiyanın hansı
mənbələri olduğu aydınlaşdırılmalıdır. Söhbət cəmiyyət üçün
əhəmiyyətli olan istər şifahi, istərsə də yazılı mənbələrdən gedir.
Yerli
qəzetin, televiziya və ya radio stansiyasının redaktoru
müəyyən etməlidir ki, şəhərdə və ya vilayətdə baş verən hadisələr
haqqında hansı instansiyaların və şəxslərin məlumatı ola bilər.
Söhbət təkcə yerli polis idarəsindən və yanğınsöndürmə
komandasından deyil, bir sıra təşkilat və idarələrdən gedir. Şəhər
məclisi üzvlərinin və müxtəlif komitələrin iclasları nə vaxt və
harada keçiriləcək, müzakirələr necə ola bilər, konkret olaraq bu
məsələləri kim bilir, nəyi müzakirə edəcəklər, nə üçün məhz belə
qərar qəbul edilmişdir? Məhkəmə və hüquq instansiyalarında,
məktəblərdə, uşaq və məktəbəqədər tərbiyə ocaqlarında hadisələrin
gedişini izləmək üçün hansı məmurlarla əlaqə saxlamaq lazımdır?
Mümkün mənbəlrin siyahılarını tutmaq üçün bu suallara cavab
tapmaq lazımdır.
YAZILI MƏNBƏLƏR
38
İsveçdə kütləvi informasiya vasitələrinin informaisya alması
konstitusiya ilə tənzimlənir. Əsas Qanunda informaisyanın azad
şəkildə verilməsi, mənbənin anonimliyi, vətəndaşların rəsmi
sənədlərə sərbəst buraxılması (aşkarlıq prinsipi) haqqında maddələr
var və bunlar redaksiyalara informasiyanın müntəzəm axınını təmin
edir. Əsas prinsip ondan ibarətdir ki, ictimaiyyət İsveçin hökumət
və bələdiyyə təşkilatlarına daxil olan bütün yazılı sənədlərlə
(məktublar, hesabatlar, protokollar və s.) tanış ola bilər. Nəinki
jurnalistin, həmçinin hər bir vətəndaşın öz adını göstərmədən və
marağının səbəbini izah etmədən təşkilatlarda qeydə alınmış
məktublar və sənədlərlə tanış olmaq ixtiyarı var. İsveçdə aşkarlıq
prinsipi 1766-cı ildə mətbuat azadlığı haqqında ilk qanunda təsbit
olunmuşdur. O vaxt bu çox nadir hadisə idi, elə bu günün özündə
də çox az ölkədə belə qanunlar var.
Azad fikir mübadiləsinə və informasiyanın geniş
yayılmasına rəvac vermək məqsədilə hər bir vətəndaşın rəsmi
sənədlərlə tanış olmaq hüququ təmin edilməlidir.
Mətbuat azadlığı haqqında qanun,
fəsil 2, paraqraf 1
Aşkarlıq prinsipi hər bir vətəndaşa ictimaiyyətə açıq hesab
edilən bütün sənədlərlə tanış olmağa imkan verir. Belə sənədlərə
idarələrə daxil olan və ya burada hazırlanmış o rəsmi kağızlar
aiddir ki, onlar məxfilik haqqında qanuna uyğun olaraq məxfi
sayılmır.
Lakin qanunun mövcud olması hələ o demək deyil ki,
vətəndaşlar və ya jurnalistlər onları maraqlandıran sənədi maneəsiz
əldə edə bilirlər. İsveç cəmiyyətində aşkarlıq ənənələri xeyli
güclüdür, ancaq bəzən bu və ya digər sənədi jurnalistə verməmək
üçün idarənin də öz əsası olur.
Reportyor
onu
maraqlandıran sənədi axtararkən gələn və
göndərilən sənədlərin qeydə alındığı kitabdan istifadə edir (belə
kitablar bir çox idarələrdə var). Yaxud uçot aparan məmurdan xahiş
39
edir ki, bir şəxsin bu idarəyə göndərdiyi məktubla tanış olmasına
imkan versin.
Məmur ictimaiyyətə açıq olan sənədi «dərhal və ya qısa
müddət ərzində təqdim etməyə borcludur», ancaq «mühüm
maneələrin olması» (Mətbuat haqqında qanun, fəsil 2, paraqraf 12)
halları istisna edilir. Ədliyyə kanslerinin idarəsi mətbuat haqqında
qanuna və söz azadlığı haqqında qanuna əməl olunmasına nəzarət
edir və bir qayda olaraq, sənədlərin təqdimində süründürməçiliyə
yol verənlərlə amansız davranır. Qaydaya görə, sənəd bir neçə
dəqiqə ərzində təqdim olunmalıdır. Ancaq bəzən bir və ya bir neçə
gün ləngimə halları ola bilir.
«İctimai sənədi nəzərdən keçirmək tələbinə təxirə
salınmadan baxılmalıdır. Sənədin verilməsi haqqında məlumat
həmin gün bildirilməlidir, ləngimə ancaq o hallarda mümkündür ki,
kağızın məzmunu, onun xarakteri və ya yayılma dairəsi vəzifəli
şəxsin bu sənədin ictimaiyyətə açıq olub-olmaması, aşkarlanıb-
aşkarlanmaması barədə qərar qəbul etməsilə bağlı olsun» (JO
89:1583).
ŞİFAHİ MƏNBƏLƏR
Hər halda şifahi mənbələr jurnalistin işi üçün daha
əhəmiyyətlidir. Ağla sığan və geniş əhatəli informasiyanı çap
olunmuş şəkildə nadir hallarda tapmaq olur. Reportyor həmişə kimi
və ya kimlərisə axtarır ki, hər hansı bir sənədi izah etsin, hadisənin
tarixçəsini başa salsın, əlavə məlumat üçün hara müraciət etmək
lazım gəldiyini bildirsin. Bir qayda olaraq hər idarədə, müəssisədə,
təşkilatda elə adamlar var ki, onlar informasiya axtarmaqda
müxbirə kömək edirlər. Bunlardan bəzisi öz xidməti borclarına
görə kömək edir, başqaları isə bunu informasiyanın azad şəkildə
verilməsi və mənbənin gizli saxlanılması təminatı haqqında öz
konstitusiya hüququndan istifadə etməklə görürlər. Mənbələrlə
işləyərkən mən öz şəxsi təcrübəmdə yəqin etdim ki, mühüm
məlumata malik olan adamlar öz məlumatlarını çox vaxt
inandıqları jurnalistlə bölüşürlər.
40
Şifahi mənbələri müəyyən etmək üçün jurnalist ilk növbədə
müəssisələrdə, idarələrdə və təşkilatlarda informasiyanı yaymaq
vəzifəsi ilə görəvləndirilmiş şaxslər haqqında məlumat almalı,
onları necə və harada tapmağı, onlarla necə əlaqə yaratmağı
öyrənməlidir ki, vaxt azlığı zamanı, bir hadisə olarkən onlarla
təcili əlaqə yarada bilsin. Az sonra isə şəxsi marağına görə onunla
şifahi əlaqə yaratmaq istəyənlərin şəbəkəsini təşkil etsin. Çoxları
jurnalistlərə məlumatı təmənnasız verir, lakin anonimliklərinin
saxlanılması onlar üçün çox vacibdir. Axı söhbət informatorun
çalışdığı yerdən də gedə bilər. Qulluqçu özünün çalışdığı idarənin
şöbəsində baş verən biabırçılıqlar haqqında məlumat vermək
istəyir. Əgər şef informasiyanın kimdən sızdığından xəbər tutsa, bu
zaman o adamın işi yaxşı olmayacaq. Müəssisənin əməkdaşı
çalışdığı firmada baş verən qalmaqal və çəkişmələrdən bəhs etmək
istəyir. Lakin sahibkar bilsə ki, jurnalistlə məhz o danışıb, onda işlə
vidalaşmalıdır. Bir çox mənbənin anonim kimi çıxış etməyə əsası
var.
Sadə fəhlə, xəstəxananın dayəsi, dükanda satıcı, hətta
yüksək vəzifəli şəxslər, diplomatlar və siyasətçilər onların adlarının
çəkilməsi riski olmadan öz iş yerlərində nələr olduğu barədə
danışmaq və məlumatları bölüşmək imkanından istifadə edə
bilməlidirlər. İnformasiyanı vermək azadlığı və mənbənin anonim
saxlanılması – bunlar demokratiyanın bir növ qoruyucu
klapanlarıdır. Reportyor kimi çalışdığım uzun illər ərzində mən
mənbələrlə işləmək üçün öz prinsiplərimi müəyyənləşdirmişəm:
*Mənbənin həmişə açıq çıxış etməsinə çalışmaq.
*İnformasiyanın verilməsi şərtlərini mənbələr ilə dəqiq
razılaşdırmaq.
*Mənbələri heç vaxt açmamaq.
*İnformasiya mənbələrinə tənqidi yanaşmaq.
*Mənbənin sənə olan etibarını qazanmaq və qorumaq.
41
ON THE RECORD (MƏTBUAT ÜÇÜN)
Sağlam mühit olan müəssisədə, idarədə, siyasi partiyada və
ya təşkilatda aşkarlıq atmosferi hakim olmalıdır. Bu, azad fikir
mübadiləsinin əsaslarının əsasıdır.
Hər bir İsveç vətəndaşının yazıçıya və ya digər
müəlliflərə, habelə naşirlərə, redaksiyalara, informaisya
agentliklərinə, film və səsyazma istehsal edən firmalara
istənilən sahədə məlumatlar verə bilmək hüququ, bu
məlumatların radio proqramlarında, filmlərdə və səs
yazmalarda açıqlanması üçün təminatlı hüququ var.
Vətəndaş həmçinin informasiya verilməsi, yaxud
sonradan açıqlanması üçün istənilən sferada məlumat
toplamaq hüququna malikdir. Bu hüquqlar bu əsas
qanundan irəli gələn tələblər istisna olmaqla digər
heç bir əsasnamələrlə məhdudlaşdırıla bilməz.
Söz azadlığı haqqında qanun,
fəsil 1, paraqraf 2
Sonradan yayılmaq üçün toplanan o informasiyaya üstünlük
verilir ki, jurnalistə məlumat verən, bunu «on the record» (protokol
üçün) şəklində edir, yəni adını və vəzifəsini göstərir və
söylədiklərinin istənilən hissəsini sitat kimi göstərəməyə icazə
verir. Söhbətin başlanğıcında hələ ilk sualını verməzdən əvvəl
müxbir bildirməlidir ki, müsahibə açıq aparılacaq. Bunu ondan ötrü
edirlər ki, müsahibənin məzmunu aşkar olsun və müxbir bu söhbəti
özü üçün saxlamasın.
Sitatı bildirən dırnaqlar və müsahibin sözlərini göstərən tire
o deməkdir ki, müsahibə aparılan şəxsin sözləri bütünlüklə verilir.
Təəssüf ki, İsveçin kütləvi informasiya vasitələrində çıxışlardan
gətirilən sitatlara laqeyd münasibət bəslənilir. Respondentin
söylədiklərinin reportyor tərəfindən xülasə şəklində verilməsi geniş
yayılmışdır. Əgər müsahibənin məzmunu təhrif olunmamışsa, bunu
qəbul etmək mümkündür, amma bu halda mətni dırnaq arasına
42
almaq olmaz. Biz çox vaxt uzun müsahibələrdən xüsasə vermək
məcburiyyətində qalırıq, bu halda sitatlarla jurnalistin mətni
arasında dəqiq sərhəd qoymaq lazımdır.
RAZILAŞMA
Açıq çıxışlar informasiya toplamağın əsas prinsipidir, lakin
iş elə gətirə bilər ki, reportyorun, deməli, ictimaiyyətin məlumat
alması və hadisənin gizlin qalmaması üçün mənbənin anonimliyini
qorumaq lazım gələr. İnformasiyanın azad şəkildə verilməsi
jurnalistin bilavasitə vəzifəsi olduğuna görə, o, mənbənin
anonimliyini qorumalıdır. İsveçdə informatorun adı bir qayda
olaraq redaksiya tərəfindən kifayət qədər yüksək dərəcədə
mühafizə olunur. Bu, demokratiyanı qorumaq və
möhkəmləndirmək yolunda bir addımdır. Vətəndaşların bu və ya
digər nöqsanları və pozuntuları ifşa etmək imkanları olmalıdır ki,
cəmiyyət hakimiyyət orqanlarının yol verdikləri sui-istifadəni
dayandıra bilsin, yaxud qarşısını ala bilsin.
İnformasiyanın azad şəkildə verilməsinin və mənbənin
anonimliyinin digər mühüm aspekti ondan ibarətdir ki, bunlar
jurnalistə hadisələri daha yaxşı dərk etməkdə və müxtəlif
məsələlərin dərinləklərinə varmaqda kömək edir. Diplomatiya
aləmində yaxşı həll olunmuş və düşünülmüş qaydalar var.
Diplomatın və ya xarici işlər nazirliyinin əməkdaşının ciddi əsasları
ola bilər ki, bu və ya digər məsələ ilə bağlı müxbirə məlumat
verərkən ona istinad etməmyi və adını çəkməməyi xahiş etsin.
Təsəvvür edək ki, İsveç jurnalisti amansız diktaturanın
hökm sürdüyü üçüncü dünya ölkələrindən birinə gəlmişdir. İsveç
səfiri ilə keçirdiyi «fon üçün» söhbət zamanı reportyor öyrənir ki,
ölkəni korrupsiyaya qurşanmış, ağlı başında olmayan diktator idarə
edir. Səfir bu ölkənin həbsxanalarında əzab çəkən siyasi dustaqlar
və İsveçin imkan daxilində bu adamlara kömək etmək cəhdləri
barədə məlumat verir. Beləliklə, diplomat ölkənin vəziyyətinə
nüfuz etməkdə müxbirə kömək göstərir. Rejim nümayəndələrinin
və onun təbliğatçılarının informasiyası şəraitin düzgün təsviri üçün
43
çətin ki müxbirə bir şey verə bilərdi. Bu şəraitdə səfirdən qəzetdə,
radio və ya televiziya proqramında açıq çıxış etməsini istəmək
mənasızdır. Bu söhbətin şərtləri əvvəlcədən razılaşdırılmışsa,
jurnalist səfirlə söhbətindən aldığı informasiyadan köməkçi
məlumat kimi istifadə edə bilər.
Siyasət aləmində də belə şeylərin olması mümkündür. Şəhər
məclisində böyük bir partiyanı təmsil edən nümayəndə açıq çıxış
etməkdən və mer haqqında öz fikirlərini deməkdən çəkinə bilər.
İdman cəmiyyəti idarə heyətinin üzvü təşkilatda kök salmış
maxinasiya və korrupsiyanı açıq şəkildə ifşa etməkdən qorxa bilər.
Amma hər ikisi etibar etdikləri müxbirə məlumat verməyə hazırdır.
Hökumətdə çox dolaşıq məsələ, deyək ki, işsizlik üzrə müavinətin
səviyyəsi və bu tədbirin maliyyələşdirilməsi imkanları barədə
kəskin müzakirələr keçirilir. Formal olaraq hökumət qəbul edilmiş
qərar üçün kollektiv məsuliyyət daşıyır. Qərar qəbul olunduqdan
sonra əvvəlki fikir ayrılıqlarına baxmayaraq nazirlər öz birlik və
həmrəyliklərini nümayiş etdirməlidirlər. Bəs bağlı qapı arxasında
nələr baş vermişdir? Qərarın lehinə və əleyhinə hansı səbəbələr
göstərilmiş, iclasda kimlər çıxış etmiş, nə söyləmiş, nə ilə izah
etmişdir? Bütün bunların cəmiyyət üçün əhəmiyyəti var, ancaq
aydındır ki, qapalı iclasın necə keçdiyi barədə heç bir nazir açıq
şəkildə danışmaz. İnformasiya almaq üçün yeganə üsul məlumatlı
adamlarla söhbətdir. İclasın təfərrüatını bilən adam və ya bilavasitə
iclasda iştirak edən şəxs etibar etdiyi jurnalistə bu barədə məlumat
verə bilər. Reportyor aldığı informasiyadan istifadə edir, bəlkə də
söylənənlərin ayrı-ayrı hissələrini deyir, ancaq bu fikirlərin
müəllifinin adını çəkmir.
OFF THE RECORD (MƏTBUAT ÜÇÜN DEYİL)
Kimsə deyə bilər ki, yuxarıda göstərdiyimiz misallardakı
siyasətçi və ya diplomat jurnalistlə «off the record» (mətbuat üçün
deyil) şərti ilə danışmışdır. ABŞ-da geniş yayılmış bu məfhum
İsveçdə demək olar ki işlənmir. Amerika jurnalistikasında «mətbuat
44
üçün deyil» və ya «protokoldan xaric» anlayışları rəsmən təsbit
edilmiş və kifayət qədər dəqiq müəyyənləşdirilmişdir.
NATO-nun mənzil-qərargahı rəsmi olaraq «vəzifəli
şəxslərin kütləvi informasiya vasitələrinin nümayənləri ilə
görüşlərinin əsas qaydalar»nı işləyib hazırlamışdır. Hər iki
tərəfdən də qəbul olunan bu qaydalar alınan informasiyanın
jurnalistlər tərəfindən istifadəsini tənzimləyir*.
Dostları ilə paylaş: |