O n q I z I l qaydas I



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix22.04.2017
ölçüsü2,8 Kb.
#15299
1   ...   4   5   6   7   8   9   10   11   12

 Oxu 
üçün 
ədəbiyyat

 
         Broughton  Irv:  The Art of  Interviewing for Television, Radio and Film. 
Tab Books Inj., 1981 

 
 
96 
HADİSƏLƏRİN İNKİŞAFINA 
MANE OLMAMALI! 
 
 
 
 
 Televiziya 
və radio təsviri xarakterli kütləvi informasiya 
vasitələridir. Hadisələri lentə  çəkərək biz onlar haqqında 
auditoriyamıza kadrların və  səslərin köməyi ilə  məlumat verə 
bilirik. Tamaşaçılar və dinləyicilər hadisələrin  şahidinə çevrilir, 
oxucular isə bir qayda olaraq hadisələrdən gec xəbər tuturlar. 
 Bu 
fəsil hadisə yerindən reportaj aparan televiziya 
jurnalistinin işinin texnikasına həsr edilmişdir. Bu günkü radio 
reportyoru həm texnik, həm də  səs rejissoru sənətini özündə 
birləşdirir ki, bu da ondan çəkiliş aparmağı  və montaj bacarmağı 
tələb edir. İşdə televiziya jurnalistinə operator və videomontaj 
rejissoru kömək edir, bununla birlikdə bu peşələrin incəlikləri 
barədə onun özünün də  təsəvvürü olması vacibdir. Radio və 
televiziya üçün ümumi cəhət odur ki, ən yaxşı süjet o zaman 
yaranır ki, hadisə reportyorun gözü önündə  cərəyan etsin. Bəzən 
hadisə çox gözlənilməz xarakter alır, jurnalist isə buna mane 
olmadan  hadisənin inkişafını seyr edir. 
Asan yollar axtarmayın! Radiojurnalist yağışda və soyuqda isti və 
rahat redaksiyanı  tərk edərək tapşırığa getməlidir,  əks halda onun 
fəaliyyəti studiya materiallarının çəkilişinə  və telefonla müsahibə 
götürməyə çevrilər. Televiziya reportyoru yalnız arxiv çəkilişləri 
üçün mətn yazmaqla öz həyatını bayağılaşdırmamalıdır. Bizim 
vəzifəmiz hadisə baş verən yerdə olmaqdır! 
 
                                 TELEREPORTAJ 
 
 
Telejurnalist bir qayda olaraq radiojurnalistə  nəzərən 
redaksiyanı daha tez-tez tərk etməli olur. Televiziya vizual 
vasitədir, jurnalistə hadisə yerindən kadrlar, imkan daxilində yaxşı 

 
 
97 
kadrlar lazımdır. Bu, televiziya redaksiyalarında xəbərlərin 
seçilməsi funksiyasına öz təsirini göstərir. Mühüm xəbəri müşayiət 
edən uğursuz və cansıxıcı kadrlar ona gətirib çıxara bilər ki, 
nəticədə  əhmiyyəti daha az, lakin illüstrasiyası daha yaxşı    xəbər 
onu sıxışdırar. 
 Hadisənin mərkəzində operativ çəkiliş aparmaq imkanı 
televiziyanı informasiya ötürən misilsiz vasitəyə çevirir. Baş verən 
reallığı göstərən autentik kadrlar tamaşaçının yaddaşına həkk 
olunur, hadisənin inkişafını izləməyə  və onu qavramağa kömək 
edir. Məhz buna can atmaq lazımdır. Televiziya xəbərləri mətnlə 
deyil, kadrların dili ilə, illüstrasiyalı videosıra ilə verən vasitə 
olmalıdır. 
 Televiziyanın xəbərlər redaksiyasında iş jurnalistlərdən 
qrup halında çalışmaq bacarığı  tələb edir. Radioreportyor çox 
zaman təklikdə  işləyir, o, jurnalist, səs operatoru və montajçı  
vəzifəsini yerinə yetirir. Müasir texnika çəkiliş  və  səsyazma 
prosesini xeyli asanlaşdırsa da, televiziya reportyoru hələ  də 
təkbaşına işləyə bilmir. Yaxın gələcəyin telejurnalistini bu gün 
artıq videojurnalist adlandırırlar. Səsin və  təsvirin yazılışı, montaj 
və jurnalistin adi işi onun vəzifəsinə daxildir. 
 
Bir çox ölkələrdə, o cümlədən İsveçdə çəkiliş qrupu cəmisi 
iki nəfərdən – reportyordan və operatordan ibarətdir. Onlar imkan 
daxilində həmahəng işləməyə məcburdurlar. Həm jurnalist, həm də 
operator onlara verilmiş tapşırıq haqqında dəqiq təsəvvürə malik 
olmalıdırlar: süjetin məqsədi nədir və  onlar nəyə nail olmalıdırlar. 
Onlar tamaşaçının mühakiməsinə 
çıxarılacaq materialın 
həmmüəllifidirlər. Buna görə  də  işdə qarşılıqlı anlaşma olmalıdır. 
Reportyor qarşıdakı süjet barədə düşüncələrini operatorla bölüşür, 
süjeti necə  təsəvvür etdiyini ona bildirir. Opreator təşəbbüs 
göstərərək həmkarına materialın illüstrasiyası üçün nəyi və necə 
çəkməyin mümkün olduğunu təklif edir. Bir qayda olaraq çəkilişdə 
ən yaxşı nəticələrə yalnız o operator nail olur ki, süjetin predmeti 
və ideyası ilə reportyorun özü qədər yaxşı tanış olsun. Öz 
növbəsində jurnalist də operatorun işinin metodları haqqında 
təsəvvürə malik olmalıdır. 

 
 
98 
 Reportyor, 
operator 
və videomontaj rejissoru çəkilmiş 
materialın işlənməsi zamanı sıx əlaqədə olmalıdırlar. Onlar yalnız 
bunun sayəsində öz auditoriyalarına nə isə mühüm və maraqlı bir 
şey təqdim edə bilərlər. Ancaq stress vəziyyətində, avadanlığın və 
işçi heyətinin kəskin çatışmazlığı  şəraitində biz çox vaxt ən sadə, 
rasional, bəzən də bayağı həll yolu ilə kifayətlənirik. 
 
Çəkiliş qrupu üçün ən ağır işlərdən biri əvvəlcədən necə 
inkişaf edəcəyi bilinməyən hadisə yerindən material çəkməkdir. 
Reportyor və operator birlikdə elə simvollar tapmalıdırlar ki, onlar 
süjetin predmetini  təcəssüm və  əks etdirə bilsin. Belə hallarda 
reportyor operatorun köməkçisi, əlavə iki gözü olmalıdır. 
 
                 HADİSƏNİN İNKİŞAFINI QEYDƏ ALMALI! 
 
 Görəsən, adamın otağa girməsini televizorla göstərməkdən 
asan bir şey varmı?  Əslində, bir operatorun ekranda vur-tut on 
saniyə yer tutan bu səhnəni təkbaşına və bir dəfəyə  çəkməsi 
praktiki olaraq mümkün deyil. Operator hərəkəti müxtəlif 
rakurslarda, müxtəlif nöqtələrdən çəkməli olur. 
 
 Müsahibə obyketi kameraya tərəf hərəkət edir. 
 Bağlı qapının iri – orta planı. 
 Müsahibə obyekti koridor tərəfdən  əlini qapının dəstəyinə 
uzuadır. 
 
İri planda qapının dəstəyi. 
 Müsahibə obyekti kamera ilə üz-üzə dayanmışdır, çəkiliş 
otağın içindən aparılır. 
 Müsahibə obyekti kresloda oturmuş halda. 
 
 
 
Operator on parçaya bölünüb eyni anda müxtəlif iri planları 
çəkərək hər yerdə ola bilməz. Bu işin öhdəsindən eyni zamanda 
işləyən iki, yaxud üç operator gələ bilər. Bir operatorun bu işə gücü 
o  şərtlə çata bilər ki, hadisənin ardıcıllığı bir qədər dəyişdirilsin. 
Eyni hərəkət bir neçə dəfə təkrar olunmalıdır ki, operator onu lentə 
çəksin, daha doğrusu, bir neçə dubl  aparsın. Təəssüf ki, bu heç də 

 
 
99 
həmişə mümkün olmur, çünki proses bizim çəkdiyimiz adamların 
müəyyən köməyini tələb edir. 
 
Əvvəlcə müsahibə obyekti (MO) koridordan keçməlidir, 
qapıya çatmalı və əlini dəstəyə uzatmalıdır ki, operator onu ümumi 
planda çəkə bilsin. Bundan sonra müsahibə obyekti  divara qədər 
gəzintisini bir neçə dəfə təkrar etməlidir ki, onu iri planda çəkmək 
mümkün olsun. Qapı azı dörd dəfə açılmalıdır ki, iki plan ala bilək 
– koridor tərəfdən iri və orta plan, otağın içində inkişaf edən 
hadisənin daha iki planı. Sonra müsahibə obyekti qapıdan kresloya 
doğru  bir neçə  dəfə  hərəkət etməlidir ki, operator onun yer 
dəyişməsini kabinetin müxtəlif nöqtələrindən çəkməyə imkan 
tapsın. Bunlar ona görə edilir ki, reportyorun müsahibə aldığı 
adamı tamaşaçılara təqdim etmək üçün giriş kadrları əldə edilsin. 
 
                                GƏZGİNİN LƏNƏTİ 
 
 Yuxarıda göstərilən priyom televiziya süjetini başlamaq 
üçün çox çeynənmiş üsuldur. Jurnalist ona əməl etməyə heç də  
borclu deyil. Əlbəttə, giriş kadrları zəruridir, ancaq kim deyə bilər 
ki, onlar bizim gətirdiyimiz nümunədəki kimi bariz olmalıdır? Bir 
sıra redaksiyalarda bu gün hamılıqla qəbul edilmiş  iş metodunun 
yeniləşdirilməsi imkanları barədə mübahisələr səngimək bilmir. 
Bizə tərəf gələn adamı göstərən kardlar sırasına Norveç jurnalistləri 
«gaing» deyirlər. Bu sözü «gəzgin» kimi tərcümə etmək 
mümkündür. Televiziya dramaturgiyasının bu priyomunu 
«gəzginin lənəti» adlandıran tənqidçilər hardasa haqlıdırlar. 
Koridorla gedən adamın səhnələri reportyorun və operatorun 
səyləri ilə həyata keçirilən tamaşadan başqa bir şey deyil. 
 Mizansəhnələr çəkiliş qrupu ilə müsahibə verən arasında bir 
qədər qeyri-təbii münasibətlər yaradır. Reportyor və operator 
amansız tənqidçilərdən rejissora çevrilirlər. Onlar zavallı alimə və 
ya nazirə yavaş-yavaş, yaxud sürətlə yeriməsi, kameraya, yoxsa 
kənara baxması, qapını  nə  təhər açması, masa arxasında necə 
oturması barədə göstərişlər verirlər. 

 
 
100 
 Koridorla 
işləyən kameraya doğru  getmək, qapını açmaq, 
kabinetə daxil olmaq, masanın arxasında  əyləşmək, həm də bu 
zaman təbii və rahat görünmək ilk baxışda olduğundan xeyli 
çətindir. Bir çox çəkilişləri təkrar etmək yalnız ona görə lazım 
gəlmir ki, operator müxtəlif irilik planları çəkə bilsin, həm də ona 
görə lazım gəlir ki, müsahibə obyekti kifayət qədər təbii hərəkət 
edə bilmir, yerişi rəvan olmur, ona verilən göstərişləri unudur. 
Nazir, alim, yaxud müəssisə  rəhbəri məsul  şəxslərdən həvəskar 
artistə, reportyor isə Nuh əyyamı dövrünün rejissoruna çevrilirlər: 
«Bircə  dəfə  də! Cənab nazir, bir az daha yavaş yeriyə 
bilməzsinizmi?  Kameraya baxmağa çalışa bilərsinizmi?» 
 Gerçək şəraitdə spontan iş  etika və peşəkarlıq baxımından 
daha münasibdir. Müsahibə  qəhrəmanının adi həyatında normal 
olan şeyləri çəkməyə çalışın. Çətin ki, nazir, yaxud professor işdə 
boş koridorda var-gəl etsinlər. 
 
Yəqin ki, professor gün ərzində  dərs deyir, kompüterdə 
çalışır, sorğu  ədəbiyyatı oxuyur, qeydlər edir və yaxud 
 
hesablamalar aparır. Nazir isə  məruzə edir, seçicilərlə görüşür, 
müxtəlif iclaslarda iştirak edir. Müsahibə  qəhrəmanının istənilən 
spontan və  təbii hərəkəti qurama süjetlərdən daha yaxşıdır. Bir 
qayda olaraq operator üçün hadisənin inkişafını  və  çəkiliş 
obyektinin hərəkətlərini reportaj kamerası ilə    lentə almaq ştativli 
kamera ilə işləməkdən daha asandır.  
 
                                     ƏHATƏ 
 
 
Hətta ən kiçik inofrmasiya süjetində də  başlanğıc və sonluq 
vardır. Reportyor və operator çəkiliş vaxtı  əllərində olan və ya 
çəkilməsi vacib olan giriş  və  nəticə kadrları barədə 
fikirləşməlidirlər. Unutmaq olmaz ki, reportyor «lid» zamanı süjeti 
müşayiət edən və proqramın zastavkası ilə uzlaşan kadrlara da 
malik olmalıdır.  İsveçin SVT1 televiziyasının «Aktuelt» xəbərlər 
proqramı zastavka olaraq proqramın loqotipindən istifadə edir. 
Loqotip ekranda sol tərəfdən peyda olur ki, bu da çəkiliş  və giriş 
videosırasının kompanovkası üçün müəyyən əhəmiyyət daşıyır. 

 
 
101 
 Müsahibə aparmaq üçün yer axtararkən çalışın ki, şərait 
imkan daxilində təbii, həm də maraqlı olsun. Videosıra yalnız əlavə 
informasiya mənbəyi deyil, həm də müsahibənin məzmununun 
emosional dərki olmalıdır. Müsahibə verənin kürəyi tərəfdə arxa 
planda yerləşən  şeylər çox zaman simvolik məna daşıya bilər. 
Atom elektrik stansiyasının direktoru ilə onun kabinetində çəkilmiş 
söhbətə, fonda isə tezliklə bağlanacaq reaktora baxmaq tamaşaçı 
üçün maraqlı ola bilər. Yeni dəmir yolu xətti çəkmək üçün şəhərin 
tarixi hissəsini sökmək barədə qərar qəbul etmiş yol idarəsinin rəisi 
ilə dəmir yoluna mənzərə açılan yerdə söhbət etmək daha yaxşıdır. 
Müsahibənin keçirildiyi yer həm reportyorun, həm də onun 
müsahibinin əhval-ruhiyyəsinə təsir göstərir. 
 Müsahibə ətrafında şərait, həm də onun keçirildiyi yer qədər 
arxa plan da önəmlidir.  Əgər dünya şöhrətli cərrah  əməliyyat 
zalında müsahibəyə razılıq vermişsə, onu ağ  xəstəxana divarı 
fonunda çəkməyin mənası yoxdur. Onu əməliyyat zalının fonunda 
çəkmək daha yaxşı olar (bir şərtlə ki, həmin anda əməliyyat 
aparılmasın,  əks təqdirdə, bu, kadrların hannibalizminin tipik 
nümunəsi olar). 
 Kompozisiya 
baxımından müsahibə verənin arxasında tünd, 
yaxud açıq ləkə olması  tələb edilir ki, təsvir ekranda yastı 
görünməsin. Sifət ön tərəfdən düşən  şüa  ilə  işıqlandırılmalıdır. 
İşıqlandırmanın minimal səviyyəsini istənilən vaxt azı bir neçə 
dəqiqəliyə tapmaq mümkündür. Bəzən kameranın kiçik lampası, 
yaxud yaxın  ətrafda  əks olunan işıq tamamilə kifayət edir. Kadr 
ortadan bir qədər iri ola bilər. Çiyin, yaxud sinə kadrın aşağı kənarı 
üçün yaxşı sərhəddir. Yaxşı olar ki, tamaşaçı müsahibə verənin hər 
iki qulağını görsün. Operator və reportyor imkan daxilində bir-
birinə yaxın dayanmalıdırlar ki,  müsahibin sifəti kadrda olsun və o, 
suallara cavab verərkən reportyora baxsın. 
 Söhbət zamanı arxa fon imkan daxilində görünməlidir.  
Tarlada fermerlə müsahibə  çəkəndə diqqət edin ki, müsahibə 
obyektinin arxasında işləyən traktorçu, yaxud yaxında otlayan inək 
görünmə sahəsində olsun. Eyni zamanda arxa fon tamaşaçının 
diqqətini dağıtmamalıdır.  Əgər sizin müsahibiniz kürəyi gül 

 
 
102 
dibçəyinə tərəf durursa, çalışın bu, kadrda elə görünməsin ki, guya 
məsul işçinin, yaxud məşhur alimin başında kaktus bitir. Arxadakı 
tablonun çərçivəsi isə onun başını  çərçivəyə almış kimi 
görünməməlidir. 
 Kadrın kompozisiyası  dəqiq olmalıdır. Qeyri-mürəkkəb 
kompozisiya sahəsi olan sadə kadrları başa düşmək və dərk etmək 
asandır. Ön plan kadrın dərinliyinə nail olmaq baxımından 
vacibdir.  Əks təqdirdə, videosıranın yastı görünməsi riski artar. 
Çarpaz  işıq təsvirə həcm, çiçəklərə rəngarənglik qazandırır. 
 
                                      YERLƏŞMƏ 
 
 
Müsahibə  iştirakçılarının  ən sadə    şəkildə yerləşməsi bu 
qayda üzrədir: müsahibə obyekti reportyorun qarşısında dayanır, 
reportyorun arxasında isə (bir qədər sağda, yaxud solda) operator 
durur. Operator müsahibə verənin təsvirini iki plan arasında 
dəyişdirir, yəni ara-sıra kamera ilə ona yaxınlaşır və uzaqlaşır. Bir 
plan – geniş iri-orta (kəmər): müsahibə obyektinin təxminən 
qarnından yuxarısı  çəkilmişdir. Bəzən ön planda reportyorun 
boynunu da göstərmək olar. İsveç jurnalistləri bu priyoma «ənsəyə 
atəş» deyirlər. Müsahibə verənin sifətinin iri planı (çiyindən 
başlayaraq yuxarı hissəsinin)  ikinci standart həlldir. Danışan 
adamın başı üstündə bir qədər boşluq - «hava» qoyun, profildən 
çəkilən şəxs üçün isə sağdan və ya soldan daha çox hava buraxın. 
Unutmayın ki, kadrların məkanı (çəkiliş obyektinin nəzərləri 
tuşlanan sol və ya sağ tərəf) onun arxasında qalan məkana nəzərən 
daha geniş olmalıdır.  Əsasən qabaq tərəfdən çəpinə  çəkmək 
yaxşıdır. Çəkiliş planları müxtəlif olmalıdır ki, montajçı onları 
birbaşa, ard-arda, sərt keçidlərə yol vermədən (buna peşəkar dildə 
«hoppanma», «səksənmə» deyirlər) montaj etməyə imkan tapsın. 
 
 Müsahibə zamanı  və ondan sonra operator bir neçə keçid 
çəkməlidir. 
 

 
 
103 
 
Kadrda iki nəfər (həm reportyor, həm də müsahibə 
obyekti)  ekranda söhbət əsnasında görünürlər. 
 
a) Reportyor sual verir, müsahib qulaq asır. Operator 
jurnalistin kürəyindən çəkir, kadrda onun yanağı, bəlkə  də sual 
verən anda əlinin, yaxud çiyninin hərəkəti görünür. Dodaqların 
tərpənişi hiss olunmur,  reportyorun hansı sualı verməsindən asılı 
olmayaraq bu kadrlardan vstavka kimi istifadə etməyə imkan 
yaradır. 
 
b) Respondent danışır, reportyor dinləyir. Çəkiliş arxa 
tərəfdən, müsahibin böyründən, onun dodaqlarının hərəkəti 
görünməyəcək məsafədən aparılır.  
 
 
İri planda dinləyici 
 a) 
Müsahibə obyekti 
 
Reportyor sual verir, operator müsahibə obyektini iri planda 
çəkməyə davam edir, obyekt ona verilən sualı dinləyir. 
 b) 
Reportyor 
 Reportyor 
müsahibinin 
cavabına qulaq asır. Belə hallarda 
etika baxımından bir neçə variant çəkmək yaxşı olar, çünki 
reportyorun üzündəki təbəssüm və ya başını  təqdirlə  tərpətməsi 
tamaşaçıda belə bir təəssürat oyada bilər ki, guya reportyor onun 
sözlərinə  rəğbət bəsləyir. Reportyorun üzündəki qəzəbli ifadə isə 
eşitdiklərinə qarşı onun mənfi münasibəti kimi başa düşülə bilər. 
Başqa sözlə, jurnalistin üzünün ifadəsi müsahibənin məzmununa 
redaksiyanın üstüörtülü şərhi kimi dərk edilə bilər. Öz sualının 
cavabını dinləyən jurnalistin üzünün ifadəsini göstərən kadrlar 
imkan daxilində neytral olmalıdır. 
 
Ekranda jurnalist müsahibə obyekti boyda (ölçüdə) 
görünməlidir.  Əks təqdirdə, kadrlar qəribə  və qeyri-təbii 
görünəcək. Zərurət olduqda reportyor ümumi planda elə 
çəkilməlidir ki, ekran daha çox onun müsahibinə «məxsus» olsun. 
Çünki müsahibənin əsas adamı məhz odur. 
 Dinləyən reportyoru göstərən kadrlar müsahibə obyektinin 
otağı tərk etməsindən sonra da çəkilə bilər. Ancaq bu, jurnalistdən 
müəyyən artistlik istedadı  tələb edir, çünki o, təbii görünməli, 

 
 
104 
qarşısında adam varmış kimi danışmalı, müsahibinin bir az əvvəl 
durduğu nöqtəyə baxmalıdır.  Əgər operator qabaqcadan belə bir 
çəkilişlə  işləyəcəyini bilirsə, o zaman müsahibə  əsnasında 
müsahibə verənin çiyninin hündürlüyünə göz qoymalıdır ki, sonra 
tuşlama bucağını və kameranın yerləşdirilmə səviyyəsini asanlıqla 
tapa bilsin. 
 
Reportyor bu kadrlardan keçid məqsədilə istifadə edə 
bilmək üçün sualları kameraya da təkrar edə bilər. Kameraya 
oxunmuş suallar montajı xeyli asanlaşdırır və müsahibənin iki 
kamera ilə aparıldığı təəssüratını oyadır. Reportyor əvvəlcə verdiyi 
sualları sözbəsöz təkrar etməlidir ki, söhbətin məzmunu təhrif 
olunmasın. Belə hallarda sığortalayıcı metodlardan birini işə 
salmaq mümkündür: sualların çəkilişi zamanı müsahibə 
obyektindən otaqda olmasını xahiş etmək olar ki, reportyor 
sualların ilkin mətnindən çox uzaqlaşsa, o öz iradlarını bildirsin. 
 
Əks təqdirdə, sualları müsahib getdikdən sonra da yazmaq 
olar, ancaq yuxarıda xatırlatdığımız kimi, bu, operatordan müəyyən 
teatr vərdişləri və baxışı bir nöqtədə toplamaq bacarığı  tələb edir. 
Bu metodun üstünlüyü ondadır ki, reportyorun tələsməsinə ehtiyac 
yoxdur. Lazım olsa, o öz suallarını lentdən dəfələrlə dinləyə bilər, 
hətta onları dəqiqliklə yenidən sözbəsöz yaza bilər. 
 
İki kamera vasitəsilə yazılan uzun müsahibələr  İsveç 
telejurnalisti üçün ən azı cah-cəlaldır. Belə olduqda bu və ya digər 
dərəcədə uydurma keçidlərə ehtiyac qalmır. Suallar və onların 
cavabları  dərhal yazılır, kamera müsahibin təbii və öz-özünə 
yaranan reaksiyasını tuta bilir. İki kamera ilə çəkilmiş müsahibəni 
montaj etmək çox asandır, bir şərtlə ki, hər iki operator öz 
kameralarını sinxronizə etmiş olsunlar. Onlar vahid çəkiliş planı 
barədə  əvvəlcədən sözləşməlidirlər ki, kadrda sifətin böyüklüyü, 
yaxud iki adamın kadrdakı  təsviri kameranın birində digərində 
olduğundan çox  da fərqlənməsin. 
 
Çəkilişin plan iriliyini seçərkən operator proqramın qrafik 
profilini də  nəzərə almalıdır. Hər bir redaksiyada çəkilişin 
özünəməxsus yazılmamış qanunları var. Məsələn, müsahibə 
verənin sifətinin iri planda nə  qədər gösətriləcəyi barədə. Onu da 

 
 
105 
unutmaq olmaz ki, adamın adını və vəzifisini göstərən titrlər üçün 
də filan qədər boş yer qoymaq lazımdır. Bəzi redaksiyalar titrlər 
üçün ekranın yuxarı sol küncünü, bəziləri isə kadrın aşağı hissəsini 
seçirlər. İsveçdə xarici dillərdən müsahibənin tərcüməsi subtitrlərin 
köməyi ilə həyata keçirilir ki, bu da müəyyən kadr kompozisiyası 
tələb edir. 
 
                             KAMERANIN RAKURSU 
 
 
Çəkiliş vaxtı kameranın hansı yüksəklikdə yerləşməsi 
təsvirin auditoriya tərəfindən necə  qəbul edilməsinə mühüm təsir 
göstərir. Aşağı rakurslardan çəkilmiş adam ekranda cüssəli, 
zabitəli, hətta heybətli görünür. Yuxarıdan çəkilmiş adam isə 
tamaşaçılara cılız və zavallı adamcığaz təsiri bağışlayır. Kino və 
televiziyanın dili bizim tamaşaçılarda belə bir alışqanlıq yaradıb: 
kadrda soldan sağa doğru hərəkət edəni sanki külək qovur, sovurur, 
sağdan sola gedən isə öz yolunda maneələrə rast gələn adam kimi 
qəbul olunur. 
 
                  180 DƏRƏCƏLİ OX, YAXUD TƏMAS OXU 
 
 
Televiziya çəkilişinin  əsas qanunlarından biri 180 dərəcəli 
ox qaydasını qorumaqdır. Bu, xəyali bir xətt olub müsahibə 
verəndən, yaxud çəkiliş obyektindən kameranın fokusuna qədər 
uzanır. Çəkiliş aparan operator çəkiliş boyu bu xəttin bir tərəfində 
olmalıdır. Bu xətti kəsib keçmək çəkiliş obyektinin hərəkətinin, 
yaxud nəzərlərinin istiqamətini pozur. 
 
 
İstənilən adam, yaxud əşya şərti xəttin bir tərəfində öndən, 
yaxud arxadan çəkilə bilər. Operator xəttin bir üzündən o biri 
üzünə keçdikdə çəkiliş obyektinin hərəkət istiqaməti də dəyişəcək. 
180 dərəcəli oxun müxtəlif tərəflərindən çəkilən nümayiş bir-
birinin üzərinə doğru hərəkət edən iki düşmən qrup kimi 
görünəcək. 
 Reportyorun 
və müsahibə verənin gözlərinin təması 
müsahibənin yalnız psixoloji aspekti üçün deyil, onun ekranda necə 

 
 
106 
görünməsi baxımından da əhmiyyət kəsb edir. Keçidlər zamanı 
sualları dinləyən reportyorun nəzərləri başqa tərəfə deyil, məhz 
müsahibin üzünə dikilməlidir. 
 
Əgər operator çəkilişi reportyorun arxasından aparırsa, onda 
respondentin nəzərləri kadrda sola yönələcək. Operator reportyoru 
çəkməyə başlayanda şərti təmas xəttini keçməməlidir. O, müsahibə 
verəndən sol tərəfdə dayanmalıdır. 
 
Pinq-ponq oyununun çəkilişi hərəkət istiqaməti üçün təmas 
xəttinə riayət edilməsinin nə qədər vacib olduğunu göstərən klassik 
nümunədir.  Əgər operator şərti xətti keçsə  və oyunçuları  xəttin 
sağından və solundan çəksə, ekranda elə görünəcək ki, guya 
oyunçular topu ancaq bir istiqamətə vururlar. 
 
                              ÇIXIŞLARIN ÇƏKİLİŞİ 
 
 
Məruzə  və  çıxışların çəkilişində  də eyni prinsip tətbiq 
olunur.  Şərti xətt çıxışçıdan kameraya doğru uzanır. Çəkiliş 
məkanın yalnız yarısından aparıla bilər. Məruzəçi publikaya, 
publika isə ona baxmalıdır.  Əgər operator şərti xətti keçsə, elə 
görünər ki, guya publika və natiq müxtəlif yönlərə baxırlar. Bir-
birinin ardınca gələn publika kadrları 180 dərəcəli oxun müxtəlif 
tərəflərindən çəkilə bilər və bu, videosıraya  əlvanlıq verər.  İndiki 
halda isə söhbət publikaya nəzərən natiqin çəkilişi zamanı riayət 
olunmalı qaydalardan gedir. 
 
Çıxışların çəkilişi reportyordan operatorla sıx  əməkdaşlıq 
etməsini tələb edir. Kamera o vaxt işə salınmalı  və natiqə 
tuşlanmalıdır ki, o nə isə mühüm bir məsələ haqqında danışmağa 
başlasın.  Əgər onun çıxışının mətni  əvvəlcədən zaldakılara 
paylanmışsa, bu, işi xeyli asanlaşdırar. Digər hallarda operator 
daim hazır vəziyyətdə dayanaraq reportyorun işarəsini 
gözləməlidir. 
 
Hətta qısa informasiya süjeti üçün də natiqin tribunadan iri 
planı ilə kifayətlənmək olmaz. Zalın panoram görünüşləri, öndən 
və arxadan natiqin ümumi görünüşü çəkilməlidir. Çıxışçı tribunada 
müxtəlif rakurslarda  çəkilməlidir, yandan, yaxud elə    məsafədən 

 
 
107 
bir neçə kadr çəkilməlidir ki, məruzəçinin dodaqlarının tərpənişi 
görünməsin, ancaq onun nəsə dediyi anlaşılsın. Belə kadrlardan 
kəskin montaj keçidlərindən qaçmağa kömək edən  əlavələr kimi 
istifadə oluna bilər. 
 
Ən çox yayılmış keçid növləri bunlardır: iri planda natiqin 
əli, natiqin əlyazması, zaldakı publika. Auditoriya diqqətlə 
dinləyən, sakit, yaxud çılğınlıqla alqış tutan (əgər həmin zalda alqış 
ümumən mümkündürsə) momentlərdə  çəkilməlidir. Bu kadrlar 
hamısı lazımdır, çünki natiqin nitqi alqışlarla çəkiləndə ekranda 
müvafiq kadrlar görünməlidir. 
 
Mətbuat konfranslarında alqış nadir şeydir. Operator sual 
verən, qulaq asan, sualları cib dəftərçəsinə qeyd edən jurnalistləri 
çəkir. Fotoqraflar və operatorlar dəstəsini də çəkmək mümkündür. 
Düzdür, bunlar ən bayağı keçidlərdir, lakin qaça-qaçda montaj 
olunan informasiya süjetlərində onlardan istifadə etmək çox 
təbiidir. 
 
Çıxışlar və ya mətbuat konfransları zamanı öz qeyd 
dəftərçənizdə vacib fikirləri qeyd etməklə özünüzə böyük yaxşılıq 
etmiş olursunuz. Bu qeydlər sayəsində materialın montajı prosesini 
xeyli asanlaşdırmaq və sürətləndirmək mümkündür, o şərtlə ki, 
operator çəkilişdən  əvvəl  real zaman kodunu qursun və saatını 
sizinki ilə yoxlasın. Bu üsul montaj vaxtı sizi maraqlandıran yeri 
lentdə dərhal tapmağa imkan verər. 
 
Radioreportyorlar müasir rəqəmli DAT maqnitofonlarından  
daha çox istifadə edirlər. Bu cihazlar cari zamanı avtomatik şəkildə 
qeyd edirlər, bu da lentdə çıxışın bu və ya digər hissəsini axtarmağı 
asanlaşdırır. Başqa maqnitofonlarda isə  rəqəm işarəsini  əllə 
qoymaq mümkündür. Lent üzərində sonrakı  iş zamanı o işarəni 
tapmaq çox asan olur. 
    
                                     STENDUP 
 
 Norveçlilərin  «fösinq», isveçlilərin  «stoup» dedikləri  şeyə 
ingilisdilli jurnalistlər  «stendup» (stəndap) deyirlər. Bu üç sözün 
mənası eynidir: hadisə yerindən reportaj. Haradasa arxa planda 

 
 
108 
müharibə gedir, tamaşaçıların qarşısındakı reportyor isə bu qaynar 
nöqtədə, yaxud hadisə yerində nələr baş verdiyi barədə danışır. 
 Qumbaralar 
partlayan, 
atışma gedən müharibə zonasında 
çəkiliş aparmaq təhlükəlidir, ona görə də reportyor ekranı öz bədəni 
ilə doldurmalıdır. 
 
Xəbəri kadrlar vasitəsilə göstərən telesüjetəlrin  ən yaxşı 
telesüjetlər olduğunu inkar etmək mümkün deyil. Lakin bir çox 
hallarda stendup mühüm funksiya daşıyır və ən yaxşı çıxış yoludur. 
Söhbət o hallardan gedir ki: 
 
 
* Reportyorun dediklərini əks etdirən videosıra yoxdur. 
 * 
Materialın bir hissəsindən digər hissəsinə dəqiq və sərrast 
keçid etmək vacibdir. 
*Reportyoru qeyri-adi şəraitə «daxil etmək» lazımdır. Bu 
halda çəkiliş elə yerlərdə aparılmalıdır ki, onlar reportyorun 
dediklərinə əlavə informasiya mənbəyi təşkil edə bilsinlər. Fon çox 
mühüm rol oynayır və müxbir baş verənlərin tərkib hissəsinə 
çevrilməlidir. Tanış olmayan şəhərin konturları, yol-nəqliyyat 
hadisəsinin izləri, qaçqınlar üçün çadır şəhərciyi, bombardmandan 
zərər görmüş  kənd… Kərpic divardan başqa hər  şey fon rolunu 
oynaya bilər. 
*Reportyor təhlil aparmağa, baş verənlərin əsil mahiyyətini 
açmağa çalışır. Bu halda o, tamaşaçılara birbaşa ekrandan müraciət 
edərək onları öz sözlərinə inandırmağa nail olur. 
*Reportyor özü hansısa hadisənin iştirakçısı olmuş, nə 
üçünsə  həyəcan keçirmişdir,  şəraiti, ab-havanı, mücərrəd hissləri 
təsvir etməyə çalışır. 
*Nəyi isə nümayiş etdirir: «Qalıqlarını uzun müddətdən bəri 
tapmaq mümkün olmayan filan təyyarənin qara qutusu bu anda 
əlimdədir…» 
 
Kadrların kompozisiyası baxımından çəkiliş zamanı saysız-
hesabsız imkanlar var. Reportyor ayaq üstə, oturaraq, hətta uzanmış 
halda reportaj apara bilər. Onu hərəkət halında da çəkmək 
mümkündür. O, qəfildən kadrda peyda ola bilər, arabir də görünə 

 
 
109 
bilər, yaxud panoramlaşdırmanın köməyi ilə  də daxil ola bilər. 
Arxa planda qeyri-adi şəraiti göstərən kameranın reportyordan 
uzaqlaşması  tamaşası üçün bir növ sürpriz ola bilər. 
Birbaşa kameraya danışan reportyor özü üçün elə bir nöqtə 
tapmalıdır ki, tamaşaçı ilə  təmas üçün orada nəzərlərini toplaya 
bilsin. Belə bir nöqtənin tapılması üçün bir neçə üsul var. 
                           RADİOREPORTAJ 
 
Əgər telejurnalist stendup zamanı baş verənləri öz bədəni ilə 
örtürsə, radioreportyor hadisə yerindən veriliş aparmaqla özünün 
oradakı  iştirakını  qəbul etdirir. Radiojurnalistikada bu metod 
stendup deyil, canlı reportaj, yaxud birbaşa reportaj adlanır. 
Praktikada bu o deməkdir ki, reportyor hadisəni,  şəraiti, öz 
hisslərini və yaxınlığındakı adamların emosiyalarını  bədahətən 
təsvir edir. O, yanğın və ya bədbəxt hadisə barədə birbaşa 
mikrofona danışır, auditoriya arxa fonda başqa səslərin 
yüksəldiyini, qışqırıq,  hay-küy, yaxud təcili yardım maşınlarının 
fitini eşidir. Canlı reportaj dinləyiciyə baş verən hadisənin  şahidi 
olmaq imkanı verən üsuldur. Radioreportyor sözlə vizual obraz 
yaradır. Buna görə  də çox vaxt radionu da  informasiya ötürən 
təsviri vasitələrə aid edirlər. Mikrofon mahiyyət etibarilə elə 
kamera deməkdir. Səsin və  səs effektlərinin köməyi ilə biz 
dinləyicilər üçün mənzərə yaradır, onlarda bu və ya digər hadisə 
barəsində obrazlı təsəvvür yaranmasına kömək edirik. 
Hadisə yerindəki televiziya çəkiliş qrupunun əksər iş 
metodları  radiojurnalist tərəfindən də  təbiq oluna bilər. 
Radioreportyorun hadisə haqqında sinədən döşədiyi maraqlı söhbət 
kameranın yoxluğunu əvəz edə bilər. Əlbəttə, ətrafda baş verənlər 
barədə öz dinləyicilərinə hazırlıqsız-filansız məlumat vermək 
məcburiyyətində qalan reportyor yaxşı müşahidə qabiliyyətinə, 
təhkiyəçilik istedadına, hadisəyə nüfuz etmək bacarığına malik 
olmalıdır. 
 
 
 

 
 
110 
                       RADİOPROSESLƏR 
 
Radio informasiya verən misilsiz vasitədir. Qəbul edilmiş 
qayda və qanunlar bəzi hallarda bu veriliş vasitəsinə maksimal 
zəmin yaradır. 
Dünyanın bir çox ölkələrində  məhkəmə prosesində 
jurnalistlərə kameradan istifadə etmək qadağan olunur, fotoqraflara 
şəkil çəkməyə icazə verilmir, qəzetçilər isə öz dəftərçələrindəki 
qeydlərlə kifayətlənməli olurlar. Ancaq belə proseslərdən səsli 
veriliş aparmağa icazə verilir. Heç şübhəsiz, belə hallarda 
radioreportyor üstün vəziyyətdə olur. 
Hadisələrin inkişafını, ehtirasların coşmasını  və  məhkəmə 
zalındakı şəraiti olduğu kimi vermək qəzetçilər üçün çox çətin olur. 
Prokurorun suallarının sərtliyi, məhkumun səsindəki inamsızlıq və 
tərəddüd,  şahidlərin cavablarındakı  lənglik, vəkilin müdafiə 
nitqinin bəlağəti hətta peşəkar  ədib üçün təsviri çətin olan işdir. 
Radioreportyorun isə  mikrofonu qurması  və maqnitofonun 
düyməsini basması kifayətdir. 
İsveç Radiosu Ulof Palmenin* qətli üzrə prosesi demək olar 
ki, bütünlüklə translyasiya etmişdi. Dinləyicilərə məhkəmə zalında 
baş verənləri  izləmək və hadisələri qiymətləndirmək kimi unikal 
şans verilmişdi. 
Bu məhkəmə  işinə maraq olduqca böyük idi. Səhih 
informasiyaya nail olmaq imkanı bu hay-küylü işin ətrafında şayiə 
və dedi-qoduların yaranmasının qarşısını almışdı. 
İsveç ədalət məhkəməsinin təməl prinsipi odur ki, məhkəmə 
prosesləri ictimaiyyət üçün açıqdır. Praktikada bu o deməkdir ki, 
məhkəmə iclası zamanı danışılan hər şeyi lentə yazmaq olar. Sonra 
həmin səs yazısından praktiki olaraq qeyri-məhdud şəkildə  istifadə 
etmək mümkündür. Qanunvericiliyin müddəaları  kifayət qədər 
dəqiqdir və bununla belə müxtəlif  şərhlərə imkan verir. Məsələn, 
əgər səs yazmaq praktiki mülahizələrə görə  məhkəmənin normal 
işinə mane olursa (deyək ki, zalda naqillərin çoxluğu, aparatların 
səsi və s.), sədr zalda səs yazmağı qadağan etmək hüququna 
malikdir. Əgər 

 
 
111 
 
-------
 
*Ulof Palme 1969-76-cı və 1982-86-cı illərdə İsveçin baş naziri olmuşdur. 28 fevral 1986-
cı ildə Stokholmda qətlə yetirilmişdir. Qatil olduğundan  şübhələnilən  şəxsi Palmenin arvadı tanısa 
da, o, uzun sürən məhkəmə prosesindən sonra dəlillərin azlığı üzündən azad edilmişdir. Qatilin PKK-
çı olduğu barədə sonralar xeyli dəlil meydana çıxmışdır. Qətl bu günədək açılmamış qalır (tərc.). 
prosesin iştirakçılarından biri səsinin yazılmasını arzu etməsə, onda 
da səs yazmaq qadağan edilə bilər. 
Ulof Palmenin qətli üzrə işdə birinci instansiya məhkəməsi 
və ali məhkəmə səs yazmaq məsələsinə  fərqli şəkildə yanaşırdılar. 
Hər iki məhkəmə  qəbul etdiyi qərara görə  tənqidə  məruz qaldı. 
Ümumiyyətlə, məhkəmə zalından birbaşa translyasiya barədə 
məsələ İsveç qanunvericiliyində öz əksini tapmamışdır. 
Radiojurnalistin məhkəmə zalından reportaj aparması ilə 
bağlı  iş barədə ümumiləşdirmə aparmaq çətindir, çünki müxtəlif 
ölkələrdəki qaydalar bir-birindən kəskin şəkildə fərqələnə bilər. Bir   
çox ölkələrədə, o cümlədən Baltik ölkələrində  və Rusiyada 
məhkəmənin icazəsi olduqda qanunvericilik formal olaraq səs 
yazmağa  şərait yaradır. Ancaq təcrübə gösətrir ki, bu dövlətlərin 
məhkəmələri çox vaxt juranlistlərin xahişini rədd edir və buna 
müxtəlif bəhanələr gətirir. 
İsveç radioreportyoru üçün məhkəmə prosesinin açıqlığı 
prinsipi, habelə müxtəlif hüquqi əsasnamələr və onların müxtəlif 
şərhinin mümkünlüyü işin vacib amilidir və bu amil ona məhkəmə 
zalında baş verənləri lentə yazmağa imkan verir. İsveçdə 
məhkəmənin özünün həyata keçirdiyi səs yazma da hər kəsə 
açıqdır. Lakin ondan istifadə qaydaları heç də birmənalı deyil. 
Buna görə  də reportyor hər konkret halda işə başlamazdan  əvvəl 
mövcud məhdudiyyətlər barədə  məlumat almaq üçün məhkəmə 
işçilərinə müraciət edir.  Bəzən hüquqşünasla məsləhətləşmək də 
lazım gəlir. 
 
                              «NATURAL» MÜSAHİBƏ 
 
 Müsahibəni studiyada deyil, sizin müsahibiniz üçün doğma 
olan yerdə aparmaq daha yaxşıdır. Doğma divarlar arasında o, 

 
 
112 
jurnalistin, yaxud telereportyorun və operatorun əhatəsində 
sıxılmır, özünü daha sərbəst, daha inamlı hiss edir. Üstəlik, 
yerlərdə yazılan müsahibə daha təbii olur – arxa planda qağayıların 
çığırtısı, inəklərin böyürtüsü, saatların tıqqıltısı, yaxud insanların 
səs-küyü müəyyən atmosfer əmələ gətirir. 
 Dinləyici üçün bu səslər baş verən hadisənin reallığının 
təsdiqinə çevrilir, təxəyyülləri canlandrır. Lakin təbii ki, fon sələri 
söhbətlərin qavranılmasına mane olmamalı, auditoriyanın diqqətini 
yayındırmamalıdır. Uşağın ucadan ağlaması, yaxud tük ürpərdən 
cırıltı fonundakı söhbət dinləyicini  əsəbiləşdirir, onu tamamilə 
başqa düşüncələrə sövq edir – görəsən, orada nə baş verir, uşaq nə 
üçün ağlayır, bu nə cırıltıdır? 
 «Sənədli»  səs-küyə aludə olarkən unutmayın ki, sonra lenti 
montaj etmək lazım gələcək. Əlbəttə, qədim divar saatının tıqqıltısı 
rahat ev atmosferi yaradır. Ancaq montaj zamanı  bəzi parçaları 
kəsib atmaq məcburiyyəti doğanda, bu tıqqıltı xarab olmuş saatın 
qeyri-ahəngdar səsini xatırladır. Musiqi fonunda müsahibə səmərəli 
üsuldur, lakin bu cür çəkiliş  praktiki olaraq mümkün deyil. Buna 
görə  də çox zaman söhbət üçün daha sakit məkan tapmaq yaxşı 
olar. 
 Müsahibəni aldıqdan sonra ətraf mühitin səsini yazmaq 
vacibdir. Praktiki olaraq bir dəqiqə bunun üçün    kifayətdir. 
Sənədli səs-küy, yaxud səs effektləri sizin müsahibinizin 
(müsahiblərinizin) səsi olmadan müsahibə yerində hökm sürən 
atmosferin yazılmasıdır. Səs-küyün lentə köçürülməsi sonrakı 
montaj prosesini, süjetin mikşlənməsini asanlaşdırır. Belə fonun 
köməyi ilə  kələ-kötürləri hamarlamaq, uğursuz montaj olunmuş, 
yaxud qırıq-qırıq yazılmış hissələri düzəltmək mümkündür. Belə 
səslər eyni zamanda jurnalist mətninə keçidi hamarlaşdırır, yaxud 
müsahibə zamanı  nələr baş verdiyi barədə reportyorun hesabatı 
üçün fon olaraq istifadə edilir. Fon yazılışından uzun studiya 
müsahibələrində istifadə etmək  əsasən uğursuzluğa məhkumdur. 
Çünki o zaman respondentin səsi qeyri-təbii çıxacaq, söhbətin 
altına salınmış fon isə dinləyici tərfindən xüsusi effekt kimi qəbul 
ediləcək. 

 
 
113 
 
Səs televiziyada çox mühümdür. Çünki o, tamaşaçının 
ekranda gördüklərini emosional şəkildə qavramasını gücləndirir. 
Televiziya süjetlərində  sənədli səs-küy diqqəti daha az dağıdır, 
çünki tamaşaçı bir qayda olaraq səsin mənbəyini görür. 
 
                        XƏBƏRİN   REKONSTRUKSİYASI  
 
            Jurnalistikada  rekonstruksiya  metodu,  yəni hansısa 
hadisənin reportyorun və yaxud artistlərin qüvvəsi ilə yenidən 
canlandırılması metodu barədə jurnalistlər arasında davam edən 
diskussiya səngimək bilmir. Bu üsuldan nə vaxt və hansı ölçüdə 
istifadə edilməsi məqsədə uyğundur?  Cinayət, yaxud bədbəxt 
hadisə haqqında  əhvalatı tamaşa kadrları vasitəsilə göstərmək 
ümumiyyətlə lazımdırmı? 
            Bu  metoddan  bir  çox  ölkələrin, o cümlədən  İsveçin 
kommersiya telekanallarında geniş istifadə olunur. İsveç 
Televiziyası isə rekonstruksiya metoduna çox nadir hallarda 
müraciət edir. 
             Bank  qarət edilmişdir, polis cinayətkarları    axtarır. Qarət 
anında çəkiliş qrupu orada olmamışdır və ola da bilməzdi. 
Redaksiyanın  əməkdaşları  və artistlər polislərin və  şahidlərin 
sözləri  əsasında qoyulmuş dramı kamera qarşısında addım-addım 
oynayırlar. Televiziya ekranında bu səhnə  təsirli və  həyəcanlı 
şəkildə görünür, ancaq bu, nə qədər doğrudur? 
              Öz  proqramlarına tamaşaçıların inamını qorumaqda 
maraqlı olan redaksiyalar bu cür rekonstruksiyalardan imtina 
etməlidirlər.  İnformasiya süjetini müşayiət edən kadrlar həqiqi 
olmalıdır.  İnformasiya proqramlarının redaksiyaları  xəbərlərdə 
tamaşa kadrlarından istifadəni məhdudlaşdıran dəqiq qaydalar 
işləyib hazırlamalıdırlar. Mətbu kütləvi informasiya vasitələrində 
saxta, yaxud təhrif olunmuş  fotoşəkillərdən istifadəni qadağan 
edən belə qaydalar mövcuddur. Müasir rəqəmli texnika fotoqrafiya 
təsvirləri ilə olduğu qədər videokadrlarla da uğurlu manipulyasiya 
aparmağa imkan verir. Ən yeni texnika bizə  həqiqətin 

 
 
114 
saxtalaşdırılması və təhrifi üçün nə qədər çox imkanlar verirsə, biz 
də onlardan bir o qədər qətiyyətlə  imtina etməliyik. 
              Reportyor  nə vaxtsa baş vermiş hadisəni yenidən 
canlandırmağa deyil, real hadisələri əks etdirməyə və lentə almağa 
çalışmalıdır. Bununla da o öz təsəvvürlərini tamaşaçılara həqiqət 
kimi qələmə verməkdən qaçmış olar. 
 
                    QƏZET   SƏHİFƏLƏRİNİN  MAKETİ 
 
           Fərqi yoxdur, məqalə  nə  qədər yaxşı yazılsa da, necə 
maraqlı mövzuya toxunsa da, qəzetdə  dəqiq və düşünülmüş 
vyorstka, başlıq və sərlövhə yoxsa, şəkillər, illüstrasiyalar və onlara 
mətnlər olmasa, materiallar  diqqəti cəlb etməyəcək və oxunmamış 
qalacaq. 
Qəzeti açan oxucu xaotik və  gəlişigözəl biçimdə 
yerləşdirilmiş materal və  şəkillərlə qarşılaşanda, diqqətəlayiq heç 
nə olmayan səhifəni görəndə  qəzeti bir kənara tullayır. Oxucu 
qəzetdə onu maraqlandıran şeyi tez və problemsiz tapmaq imkanına 
sahib olmalıdır. Maket bu prosesdə ona kömək etməli, materiallar 
və təsvirlər bolluğunda bir növ naviqator rolunu oynamalıdır. 
                                                                                                  
Qəzet səhifəsinin maketi üç məqsəd güdməlidir:         
            *Oxucunun diqqətini cəlb etmək. 
            *Nəşrə özünəməxsus orijinal qrafik profil vermək. 
 *Qəzetin məzmununa istiqamətlənmək işində oxucuya 
kömək etmək və xəbərlərin  əhəmiyyətlilik dərəcəsini ayırd 
etmək. 
 
              Qəzet səhifəsinin bütün elementləri qəzeti daha oxunaqlı 
etmək üçün məntiqi şəkildə birləşdirilməlidir. 
               Nəşrlərin və oxucu vərdişlərinin öyrənilməsi və müxtəlif 
tədqiqatların nəticələri göstərir ki, qəzeti oxumağa davam etmək 
işində maketin aşağıdakı elementləri mühüm rol oynayır: 
               *sərlövhə 
               *şəkil 

 
 
115 
               *şəkilaltı 
               *inqress / vrez 
               *sərlövhəaltı mətnlər 
                Məqalələr oxucunun diqqətini yalnız o zaman cəlb edir 
ki, yuxarıda sadalanan elementlər həm ayrıca səhifənin, həm də 
bütövlükdə nömrənin dizaynında iştirak etmiş olsun. 
 
                            ADDIM ARDINCA ADDIM 
 
                 Gözə ilk dəyən şey sərlövhədir. Bu, oxucuya verilən ən 
parlaq siqnaldır, onun diqqətini cəlb edən  şeydir. Sərlövhəni 
oxuyan kimi biz dərhal mətni müşayiət edən şəkilə diqqət yetiririk. 
Sərlövhə ilə  şəkil arasındakı  əlaqə  məhz buna görə vacibdir. 
Adamları  təsvir edən  şəkillər oxucu üçün cansız  əşyaların, yaxud 
təbiətin  təsvirlərindən daha maraqlıdır. Fotoşəkildəki insan gözləri 
bir növ təsvirin mərkəzi rolunu oynayır. 
                Sərlövhə  mətnlə  şəkil arasındakı  əlaqəni təmin edir. 
Məsələn, «Öz komandasını xilas etdi» sərlövhəsinin altında futbol 
üzrə  yığma komandanın qapıçısının  şəklini yerləşdirmək  olar,   
matç qəhrəmanının portretinin altındakı  mətn isə informasiyanı 
doldurar. 
                  Sərlövhə və şəkildən sonra oxucunun nəzəri  məqalənin 
«vrez» adlanan girişinə dikilir. Bir qayda olaraq vrezin mətni yağlı 
şriftlərlə  yığılır. Vrez oxucunu qısa və  yığcam  şəkildə  məqalənin 
məzmunu ilə tanış edir. Bu, televiziya və radiodakı tuşlamanın 
qəzet ekvivalentidir. Giriş oxucuda materiala maraq oyatmalı, onu 
bütünlüklə oxumağa sövq etməlidir. 
                Hazırladığınız maketə baxmaqla siz səhifənin çapa hazır 
olub-olmadığını kifayət qədər sürətlə yoxlaya bilərsiniz. Aşağıdakı 
silsiləni izləməyə çalışın: sərlövhə – şəkil – şəkilaltı – vrez – mətn
Bütün elementlər  yerli-yerindədirmi?  Səhifə  cəlbedici 
görünürmü? Özünüz nəyə isə diqqət yetirmək, səhifədə verilmiş 
məqalələri oxumaq istərdinizmi? 

 
 
116 
                   Səhifənin maketi  məqalənin mətnini, sərlövhəni və 
şəkli  əhatə edən düzbucaqlı bloklar halında tutulmalıdır. Dizaynı 
bu prinsipə uyğun olan səhifəni oxumaq asandır.  
                  İsveçin səhər qəzetlərində «sol yuxarı guşə» prinsipi 
tətbiq edilir. Nömrənin  ən  əsas xəbəri bu  küncdə verilir. Burada 
həlledici rolu sərlövhə oynayır.  İnformasiya materialı sol yuxarı 
küncdən nə  qədər sağa doğru yerləşirsə, oxucunun diqqətini bir o 
qədər az cəlb edir. Bu  öz əksini həm də    sərlövhə  şriftlərinin 
ölçüsündə tapır. Bu prinsip bütün dövri nəşrlərdə tətbiq oluna bilər. 
Uzun və yarımsərlövhələrə bölünməmiş  mətnlər çox vaxt 
oxucuda mənfi reaksiya doğurur. Bir qayda olaraq, mətn nə qədər 
uzundursa, adamların onu oxumaq həvəsi də bir o qədər azdır. 
Buna görə  də  məqaləni, məsələn,  əsas mətnə  və faktlar sütununa 
bölmək olar. Əgər məqalənin içində müsahibədən istifadə olunursa, 
onu ayrıca yerləşdirmək lazımdır. Yarımsərlövhələrdən, yağlı 
şriftlərlə, çərçivə və xətkeşlərlə  ayrılmış mənalı sitatlardan istifadə 
etmək mətni bölməyin səmərəli üsuludur. 
 
                                 QİYMƏTLƏNDİRMƏ  
 
 Vyorstka  təkcə  qəzet dizaynının elementi deyil. Mətnlərin 
redaktə edilməsində  və maketləşdirilməsində materialın redaksiya 
tərəfindən necə qiymətləndirilməsi də öz əksini tapır. Bir qayda 
olaraq maketlə və səhifənin vyorstkası ilə məşğul olan əməkdaşlar 
xəbərlər şöbəsinin müdiri ilə  və ya gecə redaktoru ilə (növbətçi ilə) 
birlikdə daxil olan materialları qiymətləndirməlidirlər. Bundan 
sonra onlar müstəqil  şəkildə materialların səhifədə yerləşdirilməsi 
və oxucuya hansı qrafik biçimdə təqdim olunması barədə qəti qərar 
qəbul edirlər. 
             Əgər səhifədə reklam anonsu yerləşdiriləcəksə, onu necə 
və harada vermək barədə fikirləşin. Oxucu səhifəni bir bütöv kimi 
qəbul edir. Anonsun mətni bölməməsi vacibdir, çünki bu, xəbərin 
qavranılmasına mane ola bilər. Reklam elanları olan səhifənin  ən 
yaxşı dizayn variantı redaksiya materiallarını yuxarı sol küncdə və 

 
 
117 
ondan aşağıda, elan və reklamları isə  aşağı sağ küncdə 
yerləşdirməkdir. 
           Məqaləni müşayiət edən fotoşəkilləri içində rəsm və şəkillər 
olan reklamla yanaşı vermək olmaz. Belə bir blok oxucuya 
qavranılması  çətin yeknəsəq kütlə  təsiri bağışlayar. Bu kütlədə 
nəyin jurnalist materialı, nəyin elan olduğunu seçmək onun üçün 
çətin olacaq. 
  
İsveçin səhər qəzetləri redaksiya materialları ilə reklam 
arasında qəti sərhəd xətləri çəkirlər. Elanların qrafikası, maketi və 
dizaynı oxucuya dəqiq siqnal verməlidir ki, bunlar məqalə deyil, 
haqqı ödənilmiş anonsdur. Bu da  qəzetə imkan verir ki, oxucu 
harada reklamın, harada isə  xəbərlərin və reportajların olduğunu 
başa düşsün və qəzetə olan marağını itirməsin.     
 
 
 
     
            Məhəlli «Barometr» qəzetinin ilk səhifəsi məntiqi və düşünülmüş 
vyorstkaya nümunədir. O, rahatca görünür və asanca oxunur. Birinci səhifəni 
çox vaxt nömrənin ən vacib xəbərlərinin vitrini adlandırırlar.           
 

 
 
118 
7. DİL   MƏDƏNİYYƏTİNİ   QORUMALI! 
 
 
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin