olunmasını təmin etməkdən ibarətdir. Rabitə - yuxarı təşkilatın
rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin qarşılıqlı
fəaliyyət göstərən orqan və qüvvəllər arasında təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı,
informasiyanın etibarlı surətdə fasiləsiz, dəqiq və tez
çatdırılmasına imkan verilməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə
qovşaqlarını əvvəlcədən yaratmaq və avadanlaşdırmaq, bütün
rabitə vasitələtindən kompleks halında istifadə etmək, eləcə də
rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.