MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası
belədir: Xəbərdarlıq siqnallarının həm respublika MM qərargahı
tərəfindən verilib regional bölmələrə, şəhərlərə və rayon
mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və
xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri
tərəfindən verilə bilər. Birinci halda - respublika MM idarəsində
yaxud onun şöbələrindən rayon mərkəzlərinə çatdırılan siqnallar
yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər
və əhali xəbərdar edilməlidir.
Rəhbər heyət iş və mənzillərdəki telefon vasitəsilə xəbərdar
edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərində
müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım
şəbəkəsi ilə çatdırılır.