Sanitar drujinası dəstəsi 4-5 sanitar drujinasından ibarətdir və
kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım
göstərmək üçün nəzərdə tutulur. Sanitar drujinaları – beş manqadan
ibarətdir; kənd təsərrüfatı və orta təhsil müəssisələrinin, bazası əsasında
yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi
yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları
müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti
müşahidə etmək, sahələrdə zərərlənmə başladığını aşkar etmək və bu
barədə obyektin MM qərargahını məlumatlandırmaq üçündür.
Dostları ilə paylaş: