Müxtəlif ölkələrdə maşın və nəqliyyatın inkişafının müasir vəziyyəti
Nəqliyyat dünya iqtisadiyyatının ən zəruri və ayrılmaz tərkib hissəsidir. Hal-hazırda planetin bütün ölkələrində 700 milyondan çox avtomobil istismar edilir. Azərbaycan Respublikasında isə (2007 -ci il) 440626 ədəd avtomobil vardır. Bir sıra ölkələr üzrə avtomobil parkının quruluşu aşağıdakı cədvəldə verilmişdir.
Azərbaycan Respublikası və bir sıra inkişaf etmiş ölkələrin avtomobil parklarının quruluşu
Ölkələr
|
Avtomobillərin ümumi sayı (milyon ədəd)
|
Parkın tərkibi %
|
Minik
|
Yük
|
Avtobus
|
1
|
2
|
3
|
4
|
5
|
ABŞ
|
200 - 205
|
76,5
|
23,2
|
0,3
|
Yaponiya
|
73 – 76
|
75
|
24
|
1
|
Almaniya
|
45 – 49
|
90
|
9,7
|
0,3
|
1
|
2
|
3
|
4
|
5
|
Fransa
|
28 – 30
|
88
|
11,5
|
0,5
|
Rusiya
|
21 – 23
|
80,3
|
18
|
1,7
|
Fillandiya
|
2,2 - 2,3
|
87
|
13
|
-
|
Azərbaycan
|
0,690012
|
80
|
18
|
2
|
Cədvəlin təhlili nəticəsində görünür ki, avtomobil parkının qurluşunda minik avtomobillərinin payı 80%, yük avtomobilləri orta hesabla 18%, avtobuslar isə orta hesabla 2% təşkil edir.
İqtisadiyyatı inkişaf etmiş ölkələrdə hər 1000 nəfər əhaliyə orta hesabla 400 minik avtomobili, 60 yük avtomobili düşür.
Bir sıra ölkələr üzrə hər 1000 nəfərə düşən avtomobillərin sayı haqqında ümumi məlumat aşağıdakı cədvəldə verilmişdir.
Hər 1000 nəfər əhaliyə düşən avtomobillərin sayı.
Ölkələr
|
Minik avtomobilləri
|
Yük avtomobilləri
|
Avtobuslar
|
ABŞ
|
590 – 605
|
175 - 185
|
2,5
|
Yaponiya
|
425 – 445
|
177 - 184
|
5
|
Almaniya
|
477 – 518
|
54 - 56
|
1,7
|
Fransa
|
493 – 525
|
64 - 70
|
1,7
|
Fillandiya
|
380 – 390
|
55 - 60
|
-
|
Rusiya
|
115 – 125
|
25 - 21
|
2,5
|
Azərbaycan
|
62
|
18 - 21
|
11 - 18
|
Cədvəldən göründüyü kimi, Azərbaycanda 1000 nəfər əhaliyə düşən yük avtomobillərinin sayı ABŞ və Yaponiya ilə müqayisədə 9 -10 dəfə Rusiya ilə müqayisədə isə təqribən 2 dəfə azdır. Azərbaycan Respublikasının iqtisadiyyatının dinamik inkişafı ilə əlaqədar olaraq hər 1000 nəfərə düşən avtomobillərin sayı sürətlə artır.
Nəqliyyat dünya təsərrüfatının tərkib hissəsidir, digər sahələrlə paralel inkişaf edir və dünya istehsalı prosesində baş verən dəyişiklikləri özündə əks etdirir. Aşağıdakı cədvəl Azərbaycanda və bir sıra xarici ölkələrdə müxtəlif nəqliyyat növləri ilə yük dövriyyəsi göstərilmişdir.
Ümumi yük dövriyyəsində ayrı - ayrı nəqliyyat növlərinin xüsusi çəkisi
Ölkələr
|
İllər
|
Dəmir yolu
|
Avtomobil
|
Boru kəməri
|
Su (dəniz
və daxili çay)
|
Hava
|
Azərbaycan
|
2007
|
25,5
|
19
|
36,2
|
18,6
|
0,7
|
Rusiya
|
1998
|
52,3
|
1,1
|
35,4
|
11,1
|
0,1
|
Bolqarıstan
|
1997
|
8,6
|
1
|
0,3
|
90
|
0,1
|
İngiltərə
|
1997
|
1,9
|
18,2
|
1,3
|
78,1
|
0,5
|
Macarıstan
|
1997
|
32,3
|
42
|
18,2
|
6,6
|
0,2
|
Almaniya
|
1997
|
18,4
|
61,2
|
3,3
|
15,5
|
1,6
|
İtaliya
|
1996
|
3,7
|
22,2
|
2,3
|
71,6
|
0,2
|
Çin
|
1997
|
34,3
|
13,8
|
1,4
|
50,4
|
0,1
|
Polşa
|
1997
|
20,8
|
19,3
|
4,5
|
55,3
|
0,1
|
Ruminya
|
1997
|
28,3
|
24,8
|
2,6
|
44,2
|
0,1
|
ABŞ
|
1996
|
33,1
|
22,9
|
14,4
|
29,2
|
0,4
|
Fransa
|
1996
|
10
|
23,9
|
4,4
|
60,8
|
0,9
|
Yaponiya
|
1997
|
1,2
|
15
|
-
|
83,4
|
0,4
|
Qeyd: Qaz boru kəməri nəzərə alınmamışdır.
Cədvəldən göründüyü kimi, Respublikamızda avtomobil nəqliyyatının yük dövriyyəsi bir sıra inkişaf etmiş dövlətlərin avtomobil nəqliyyatının yük dövriyyəsindən geridə qalsa da Rusiyadan dəfələrlə çoxdur. Bunun əsas səbəbi Böyük İpək Yolunun bərpası və bu yolla beynəlxalq tranzit yük dövriyyəsinin artması olmuşdur. Lakin, Azərbaycan Respublikasının avtomobil yollarının vəziyyəti o qədər də qənaətbəxş deyil. Azərbaycanda və bir sıra xarici ölkələrdə nəqliyyat kommunikasiyalarının əsas göstəriciləri cədvəldə verilmişdir.
Ölkələr
|
Uzunluq
|
Bərk örtüklü avtomobil yolları
|
Dəmir yolları
|
Boru kəməri
|
Min km
|
1000 km2 əraziyə düşən yol, km
|
Min km
|
1000 km2 əraziyə düşən yol, km
|
Min km
|
1000 km2 əraziyə düşən yol, km
|
ABŞ
|
5167
|
599
|
205
|
22
|
345
|
37
|
Almaniya
|
497
|
1995
|
27
|
110
|
2
|
9
|
Fransa
|
806
|
1459
|
35
|
63
|
5
|
9
|
Kanada
|
806
|
81
|
94
|
9
|
34
|
3
|
Çin
|
811
|
85
|
53
|
6
|
14
|
-
|
Fillandiya
|
78,4
|
233
|
6
|
18
|
-
|
-
|
Rusiya
|
752
|
44
|
86
|
5
|
62
|
4
|
Azərbaycan
|
18,6
|
217,4
|
2,12
|
34,3
|
4,6
|
53,2
|
Azərbaycan Respublikasının avtomobil yollarının vəziyyətinin kifayət qədər yaxşı olmaması yollarda orta hərəkət sürətinin aşağı düşməsinə səbəb olmuş və inkişaf etmiş ölkələrin avtomobillərin orta hərəkət sürətindən təqribən 1,5 - 2 dəfə azdır. Avropa öləkələrilə müqayisədə avtomobillərin işləmə müddəti 2 - 3 dəfə azdır. Son dövrdə Böyük İpək Yolunun bərpası ilə əlaqədar olaraq respublikamızın yol şəbəkəsinə investisiya qoyuluşu başlamış və böyük işlər görülmüşdür. Bakı – Qazax, Bakı - Yalama və digər istiqamətində, Bakı şəhəri və regionlarda yolların təmiri və bərpasına xeyli investisiya ayrılmış və bu sahədə investisiya qoyuluşunun artırılması davam etməkdədir.
Avtomobil nəqliyyatı digər nəqliyyat növlərilə rəqabət apararaq kifayət qədər qısa müddətdə inkişaf edir. Bu da bütün nəqliyyat növlərilə yerinə yetirilən ümumi yük dövriyyəsinin quruluşundakı dəyişiliklərdə öz əksini tapır. Bazar münasibətlərinin inkişafı bütün nəqliyyat növlərinin inkişafı ilə əlaqəlidir. Lakin bu zaman avtomobil nəqliyyatı əsas rol oynayır.
Azərbaycan Respublikası sənaye cəhətdən inkişaf etmiş ölkələrdən hər 1000 nəfərə düşən avtomobillərin sayına və həmçinin 1000 km2 əraziyə düşən bərk örtüklü avtomobil yollarının, dəmir yollarının uzunluğuna görə geridə qalır, lakin mağistral boru kəmərinin uzunluğuna görə hətta ABŞ - dan xeyli irəlidədir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının nəqliyyat sistemi ilə beynəlxalq və beynəlxalq tranzit yük daşınma həcminin sürətlə artacağı gözlənilir.
Dostları ilə paylaş: |