"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   ...   20   21   22   23   24   25   26   27   ...   44
16.

 

Dissertasiyaların tərtib edilməsi qaydaları 

 

(Azərbaycan   Respublikasının   Prezidenti  yanında   Ali   Attestasiya  Komissiyası   Rəyasət 

Heyətinin 19 sentyabr 2003-cü il tarixli (protokol №12) və 06 iyun 2004-cü il tarixli   (protokol 

№11) qərarları ilə edilmiş dəyişikliklərlə). 

 

 

Dissertasiyanın strukturu: 

 



üz vərəqi; 

 



mündəricat; 

 



ixtisarların siyahısı (dissertasiyada varsa); 

 



giriş; 

 



əsas hissə (dissertasiyanın məzmunu); 

 



nəticə; 

 



istifadə edilmiş ədəbiyyat; 

 



əlavələr. 

 

Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir. 



 

 

Əsas tələblər 

 

Dissertasiyanın mətni makinada (qara lentdən və qara surətçıxaran kağızdan istifadə 



etməklə) və ya kompyuterdə çap olunur. Çap A4 (210x297 mm) formatlı ağ kağızın 

bir  üzündə,  makinada  sətirlər  arasındakı  məsafə  2  interval,  kompyuterdə  isə  1,5 

interval olmaqla yerinə yetirilməlidir. 

 

Kompyuterdə yığılan mətn aşağıda göstərilən şriftlərə çap olunmalıdır: 



 

Azərbaycan dilində latın əlifbası ilə Az-Times Lat - 14, Az Tms 97 Lat - 14, 



Alk-Az-Tms - 14, A3 Times AzLat - 14, Times Roman AzLat - 14 şriftləri ilə

 



rus dilində kiril əlifbası ilə Times New Roman Cry - 14, Rus Helviltica - 14, 

Arial (Cyr) - 14 şriftləri ilə; 

 

ingilis dilində mətn Times New Roman - 14, Arial - 14 şriftləri ilə çap olunur. 



Şəkillər və cədvəllər A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər. 

 

Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol 



boş sahə - 30 mm, sağ - 10mm, yuxarı və aşağı - 20 mm (yuxarı və sonuncu sətrə 

qədər). 


 

Sözlər  arasındakı  məsafəni  nəzərə  almaqla,  sətirdəki  işarələrin  sayı  60-65-dən  az 

olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır. 

 

Dissertasiyadakı  bütün  xətlər,  hərflər,  rəqəmlər  və  işarələr  aydın,  eyni  qaralıqda 



olmalıdır. 


16 

 

 



Dissertasiyanın mətninə ayrı-ayrı sözlər, formullar, şərti işarələr qara mürəkkəb və 

ya  qara  tuşdan  istifadə  etməklə  əlavə  oluna    bilər.    Əlavə    mətnin    sıxlığı    əsas  

mətnin sıxlığına yaxın olmalıdır. 

 

Dissertasiyada  çapdan  sonra  aşkar  edilmiş  səhvlər  və  qrafik  yanlışlıqlar  düzəldilə 



bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır. 

 

Fəlsəfə  doktoru  dissertasiyasının  həcmi  100-150  səhifə  (şəkillər,  cədvəllər,  



qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər 

üzrə dissertasiyanın həcmi 20-30 % artıq ola bilər. 

 

Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür. 



 

Fəsillərin  başlıqları  mətnə  simmetrik  şəkildə,  böyük  hərflərlə,  yarımfəsillərin 

başlıqları  isə  abzasdan  başlayaraq  sətri  hərflərlə  yazılmalıdır  (birinci  baş  hərf 

istisna  olmaqla).  Başlıqların  yazılışında  sözlər  sətirdən  sətrə  keçirilməməli, 

başlığın  sonunda  nöqtə  qoyulmamalıdır.  Əgər  başlıq  iki  cümlədən  ibarətdirsə, 

onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır. 

 

“Mündəricat”,  “Giriş”,  “Nəticə”,  “İstifadə  edilmiş  ədəbiyyat”,  “əlavələr”  sözləri 



dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir. 

 

Fəsil  və  yarımfəsil  arasındakı,  eləcə  də  başlıq  və  mətnin  (bəndin)  arasındakı 



məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz. 

 

Hər fəsil yeni səhifədən başlanmalıdır. 



 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin