§ 2. Müəlliflik hüququnun mənbələri
.. .......
Hüquq subinstitutu kimi müəlliflik hüququ müxtəlif, çox-
uə
. ... .
saylı hüquq normalarından təşkil olunmuşdur. Həmin
4
y
normalar xaricən ayrı-ayrı, cürbəcür normativ hüquqi
aktlarda (qanunlarda, prezident fərmanlarında, hökumət qərarlarında və s.)
ifadə olunur ki, onların sistemi müəlliflik qanunvericiliyi adlanır. Müəlliflik qa
nunvericiliyi dedikdə, müəlliflik münasibətlərinin tənzimlənməsinə həsr edilən
normativ aktların sistemi başa düşülür.
Müəlliflik qanunvericiliyi müəlliflik hüququnun əsas mənbəyidir. Onun əsa- 1
1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 29-cu maddəsinin 2-ci bəndi.
1 Rusiya Federasiyasında yazılan dərsliklərdə ünıumiyyəllə, m üəlliflik hüququnun prinsiplərinə
toxunulmur və bu məsələnin üstündən sükutla keçilir (məsələn, bax: Гражданское право. Учебник.
Том I/Под рсл. ЕЛ.Суханова М.. 1998; Гуев А Н. Гражданское право. Учебник. Том 3. 2003). Prof
A.P.Scrgcycvin isə bu məsələ barədə yazdıqlarını natamam hesab elmək lazımdır (Сергеев А.П. Право
интеллектуальной собственности в Российской Фслсраиии. Учебник. М-, 1999, с. 22-25;
Гражданское право. Учебник. Часть З/Под рсл. /1 [1.Сергеева, Ю К Толстого М.. 1998. с. 10-13).
139
sını isə Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Konstitusi
yada ifadə olunan belə bir göstərişin müəlliflik hüququ baxımından xüsusilə
əhəmiyyəti daha böyükdür: müəlliflik hüququ qanunla qorunur (30-cu maddə
nin 2-ci hissəsi). Konstitusiyanın 51-ci maddəsində isə yaradıcılıq azadlığı
prinsipi ifadə olunmuşdur: hər kəsin yaradıcılıq azadlığı vardır.
Müəlliflik qanunvericiliyi sistemində Azərbaycan R espublikasının qanun
vericilik aktları (qanunları) başlıca rol oynayır. Söhbət hər şeydən əvvəl.
Azərbaycan Respublikasının Mülki M əcəlləsindən gedir. Qanunda Mülki
Məcəllənin müəlliflik qanunvericiliyinə daxil olması və aid edilməsi barədə
göstəriş vardır'. Lakin Mülki Məcəllə müəlliflik qanunvericiliyinə şamil edilsə
də. m üəlliflik hüququnun bilavasitə m ənbəyi kim i tanınm ır. Ona görə ki,
müəlliflik hüquq normaları Mülki Məcəllədən kənarda yerləşir və orada təmsil
olunmur. Başqa sözlə desək. Mülki Məcəllədə müəlliflik münasibətlərini tən
zimləyən hüquq normalarına rast gəlmirik və belə normalar (müəlliflik hüquq
normaları) nəzərdə tutulmur. Bundan fərqli olaraq müəlliflik hüquq normalan
müstəqil bölmə halında (4-cü bölmədə) birləşərək köhnə 1964-cü il Mülki Mə
cəlləsinə daxil edilmişdi. Həmin normalar müfəssəl şəkildə müəlliflik münasi
bətlərini tənzimləyirdi.
Lakin Mülki Məcəllə müəlliflik hüququnun bilavasitə mənbəyi olmasa da
onun müəyyən etdiyi ümumi qaydalar müəlliflik münasibətlərinə tətbiq edilir.
Belə ki, əmlak münasibətləri ilə bağlı olan şəxsi qeyri-əmlak münasibətləri
mülki hüququn nizamasalma predmetinə aiddir. Müəlliflik münasibətləri isə
həmin münasibətlərin ayrıca qrupunu təşkil edir. Buna görə də Mülki Məcəllə
nin normalarından müəlliflik münasibətlərinin tənzimlənməsində geniş surətdə
istifadə olunur.
Müəlliflik qanunvericiliyinə daxil olan qanunlar (qanunvericilik aktları) ara
sında müəlliflik münasibətlərini tənzimləmək baxımından « M ü ə lliflik hüququ
və əlaqəli hüquqlar haqqında» qanun (1996) xüsusi rola malik olub, mərkə
zi yer tutur. Müəlliflik münasibətləri, yəni elm, ədəbiyyat və incəsənət əsərləri
nin yaradılması və istifadəsi ilə bağlı yaranan münasibətlər məhz bu qanunla
nizama salınır. O, m üə lliflik m ünasibətlərinin tənzim lənm əsinə hə sr edilən
xüsusi qanundur.
Azərbaycan Respublikasında müəlliflik münasibətlərinin xüsusi qanunla
tənzimlənməsi dünya təcrübəsinə və beynəlxalq ənənəyə uyğun gəlir. Belə ki,
dünyanın əksəriyyət dövlətlərində elm, ədəbiyyat və incəsənət əsərlərinin ya
radılması və istifadəsi ilə bağlı yaranan münasibətlər, adətən, müəlliflik hüqu
qu barədə qanunla tənzimlənir. Almaniyada müəlliflik hüququ məsələləri iki
əsas qanunvericilik aktı ilə tənzimlənir: «Müəlliflik və əlaqəli hüquqlar barədə»
qanunla (1965); «Müəlliflik və əlaqəli hüquqların istifadəsi barədə» qanunla
(1965)г.
İsveçrədə müəlliflik münasibətlərinin tənzimlənməsində iki akt böyük rol oy
nayır: «Müəlliflik hüququ və əlaqəli hüquqlar barədə» qanun (1992), «Müəlliflik 1
1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 2-ci maddəsi.
’ Bundcsgcscız Blalt, 1965,1. S. 1273: S. 1294.
140
hüququ və əlaqəli hüquqlar barədə» ordonans (1993)’ .
Fransada əsərlərin mühafizəsi və istifadəsi ilə bağlı münasibətlər «Ədəbi-
bədii mülkiyyətin qorunması barədə» qanunla (1957) qaydaya salınır* 2.
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanun Polşa Respublika
sında da qəbul edilmişdir (1994)3 4
5
. Bu qanun müəlliflik münasibətlərini tənzim
ləyən əsas aktdır.
Çexiyada ədəbiyyat, elm və bədii əsərlər haqqında qanun (müəlliflik qanu
nu) qəbul edilmişdir (1990)'’ . Bu qanun müəlliflik münasibətlərini hüquqi tənzi-
metmənin əsas mənbəyi sayılır.
ABŞ-da müəlliflik münasibətləri Konstitusiyaya görə federal qanunvericiliklə
tənzimlənir. 1976-cı ildə müəlliflik hüququ haqqında qanun qəbul edilmişdir6.
Bəzi ölkələrdə, məsələn, İspaniyada müəlliflik münasibətləri müəlliflik hü
ququ haqqında qanunla yox, əqli mülkiyyət barədə qanunla (1987) tənzimlə
nir6. Bu qanun müəlliflik hüququnun əsas hüquqi tənzimetmə mənbəyidir.
Azərbaycan Respublikasının müəlliflik hüququ barədə qanunu əsərlərin ya
radılması və qorunması ilə bağlı yaranan münasibətləri sivil qaydada tənzimlə
yir. Ona görə ki, bu qanun beynəlxalq standartlara uyğundur. Məsələ burasın
dadır ki, həmin qanun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT-nin)
müəlliflik hüququ və əlaqəli hüquqlar barədə birtipli qanunu ilə üst-üstə düşür.
Birtipli qanun isə hazırlanarkən Avropa və Amerika ölkələrində müəlliflik mü
nasibətlərini hüquqi tənzimetmə təcrübəsi nəzərə alınmışdır.
Azərbaycan Respublikasının müəlliflik hüququ barədə qanununda ÜƏMT-in
birtipli qanununda ifadə olunan normaların əksəriyyəti təkrarlanır. Onlar özləri
nin strukturuna və konkret formullarına görə üst-üstə düşür.
Müəlliflik hüququ barədə qanundan başqa, bir sıra qanunvericilik aktları da
müəlliflik münasibətlərinin tənzimlənməsində böyük rol oynayır. Buna görə də
onlar müəlliflik qanunvericiliyinə daxildir. Söhbət reklam, mədəniyyət, memar
lıq fəaliyyəti, kinematoqrafıya və KİV haqqında qanunlardan gedir.
«Reklam haqqında» qanun (1997) reklama müəlliflik hüququnun olması
barədə qayda nəzərdə tutur. Reklam müəlliflik hüququnun obyektləri sırasına
aid edilir. Buna görə də reklama müəllif hüququ qorunur.
«Mədəniyyət haqqında» qanunda (1998) müəlliflik münasibətlərinə toxu
nan bir sıra normalar nəzərdə tutulmuşdur. Qanunda yaradıcılıq azadlığı, əqli
əmək məhsullarına əqli mülkiyyət hüququ və digər məsələlər barədə vacib
göstərişlər ifadə olunur.
«Memarlıq fəaliyyəti barədə» qanunda bir sıra elə normalar nəzərdə tu
tulmuşdur ki, bu normalar hüquqi xarakterli müəlliflik münasibətlərini tənzimlə
yir. Həmin qanuna görə memarlıq fəaliyyəti sahəsində müəlliflik hüququ yara-
| R S 23ıt.
: Гражданское, торговое и семейное право капиталистических стран. Сборник нормативных
актов. Авторское право. M., I988. с. 28-I00.
1 Dricnnic Usraw. 1994, № 24, nor. 83.
4 Sbirka zakonu. 1990, Ks 247, c.4l.
5 US Code, liclc 17.
6 Основные институты гражданского права зарубежных стран. М.. 1999, с. 434.
141
rur. Burada memarlıq layihəsi müəllifinin həm əmlak xarakterli, həm də şəxsi
qeyri-əmlak xarakterli hüquqları nəzərdə tutulur.
«Kinematoqrafiya haqqında» qanun (1998) müəlliflik münasibətlərini tən
zimləyən bir sıra normalar nəzərdə tutur. Qanuna görə kinematoqrafiya sahə
sində müəlliflik hüququ yaranır və bu hüquq müəlliflik qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
«Kütləvi inform asiya vasitələri haqqında» qanunu (1999) müəlliflik qa
nunvericiliyinə aid etmək üçün tam əsas vardır. Belə ki, bu qanunda hüquqi
xarakterli müəlliflik məsələlərinə həsr edilən bir sıra normalar nəzərdə tutul
muşdur.
Müəlliflik qanunvericiliyi sisteminə həm də Azərbaycan Respublikasının
qanun qüvvəli aktları da daxildir. Söhbət ilk növbədə, prezident fərm anla
rından, habelə Nazirlər Kabinetinin qərarlarından gedir. Bunlardan əlavə,
müəlliflik qanunvericiliyinə Azərbaycan Respublikası M üə lliflik Hüquqları
Agentliyinin norm ativ aktları da aiddir. Mərkəzi icra hakimiyyəti orqanı olan,
habelə müəlliflik hüququ sahəsində dövlət siyasətini həyata keçirən Müəllif
Hüquqları Agentliyi öz səlahiyyəti daxilində əlaqədar təşkilatlar və idarələr
üçün yerinə yetirilməsi məcburi olan qərar, təlimat və izahatlar vermək hüqu
quna malikdir'.
Məhkəmə praktikası, presedent hüququ və m ülki h ü quq elm i (d o k tri
nası) normativ əhəmiyyət kəsb etmir, ümumməcburi qaydalar (normalar) mü
əyyənləşdirmir. Buna görə də onlar müəlliflik hüququnun mənbəyi hesab olun
mur. Ali Məhkəmənin rəhbər izahatlarına və qərarlarına (plenum qərarla
rına) gəldikdə qeyd edə bilərik ki, onlar məhkəmələr, proses iştirakçıları və
ümumiyyətlə, qanun tətbiq edən istənilən subyekt üçün məcburidir. Lakin bun
lara baxmayaraq, Ali Məhkəmə hüquq norması yaratmaq səlahiyyətinə malik
deyildir. Buna görə də onun rəhbər izahat və qərarları müəlliflik hüququnun
mənbəyi sayıla bilməz2.
Lakin buna baxmayaraq, Ali Məhkəmənin rəhbər qərarlarının müəlliflik qa
nunvericiliyinin praktikada tətbiqi zamanı böyük əhəmiyyəti vardır. Məsələn,
SSRİ Ali Məhkəməsi Plenumu məhkəmələr tərəfindən müəlliflik qanunvericili
yinin tətbiqi barədə qərar qəbul etmişdir3. Bu qərar indi də əhəmiyyətini itirmə
yərək öz aktuallığını saxlayır. Belə ki, məhkəmələr öz praktiki fəaliyyətlərində
həmin qərara əsaslanır, onu əldə rəhbər tuturlar.
Təəssüfləndirici haldır ki, indiyə kimi Azərbaycan Respublikasının Ali Məh
kəməsi müəlliflik qanunvericiliyinin tətbiqi praktikası barədə xüsusi qərar qəbul
etməmişdir. * 1
1 Azərbaycan Respublikası M üəlliflik Hüquqları Agcnltiyi haqqında Əsasnamənin 3-cü hissəsinin I-
Cİ
bəndi.
1 Prof. A.P.Scrgcycv iso A li Məhkəmənin rəhbər qərar vo izahatlarını m üəlliflik hüququnun
mənbəyi hesab edir (Гражданское право. Учебник. Часть З/Под рсд. А.П.Сергеева. Ю.К.Толстого.
М.. 1998. с. 31; Сергеев А П. Право интеллектуальной собственности в Российской Федерации.
Учебник. М.. 1999. с. 79).
’ Постановление Пленума Верховного Суда СССР от 18 апреля 1986 г. и «О применении
судами законодательства при рассмотрении споров, возникающих из авторских правоотношс-
ний»//Бюллстснь Верховного Суда СССР. 1986 г., №1, с. 19.
142
Beynəlxalq müqavilələr
m üəlliflik hüququnun
mənbəyi kimi
Beynəlxalq müqavilələr (konvensiyalar) müəllif
lik hüququnun əsas mənbə növlərindən biri sa
yılır. Söhbət Azərbaycan Respublikasının iştirak
çısı olduğu beynəlxalq hüquqi aktlardan gedir.
B eynəlxalq m üqavilələrin (konvensiyaların) müəlliflik münasibətlərinin
tənzimlənməsində əhəmiyyəti və rolu son dərəcə böyükdür. Ona görə ki, onla
rın hüquqi qüvvəsi Azərbaycan Respublikasının daxili (milli) müəlliflik qanun
vericiliyinin hüquqi qüvvəsindən üstündür. Məhz bu səbəbdən Azərbaycan
Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan
qaydalar müəlliflik qanunvericiliyində müəyyən edilmiş normalardan fərqli ol
duqda, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir'.
Ədəbi və bədii əsərlərin qorunması barədə Bern konvensiyası müəlliflik
hüququ sahəsində əsas çoxtərəfli beynəlxalq müqavilələrdən biridir. Konvensi
ya 9 sentyabr 1886-cı il tarixdə qəbul edilmişdir. Hal-hazırda onda 148 dövlət iş
tirak edir. Azərbaycan Respublikası da həmin konvensiyanın iştirakçısıdır.
Bern konvensiyasının əsas məqsədi müəllifin ədəbi və bədii əsərləri ba
rəsində olan hüquqlarını səmərəli və vahid şəkildə qorumaqdan ibarətdir. Onu
imzalayan ölkələr müəllifin hüquqlarını qorumaq üçün Bern İttifaqı yaratdılar.
Bern konvensiyası bu ittifaqın hüquqi əsasıdır.
Bern konvensiyası üç prinsipə əsaslanır. Bunlardan biri m illi rejim prinsipi
adlanır. Bu prinsipə görə Bern İttifaqının üzvü olan ölkədə yaradılan əsər bü
tün başqa üzv ölkələrində eyni qaydada qorunur. İkinci prinsip avtomatik mü
hafizə p rin s ip id ir. Bu prinsipə görə milli rejim hər hansı formal şəridən asılı
deyildir, yəni əsər avtomatik surətdə qorunur və formal qeydiyyat şərtlərindən
və s. asılı deyildir. Üçüncü prinsip isə m ühafizənin asılı olmaması prinsipi
adlanır. Bu prinsipə görə iştirakçı dövlətlərdə əsər yarandığı ölkədə mühafizə
edilməsindən asılı olmayaraq qorunur.
Bern konvensiyasının bir sıra müddəaları (müəlliflik hüququnun qüvvədə ol
ma müddəti, müəllifin müstəsna hüquqları və s.) Azərbaycan Respublikasının
müəlliflik hüququ barədə qanununda təkrarlanır.
M ü ə lliflik hüququ barədə Ümumdünya (Cenevrə) konvensiyası müəllif
lik münasibətlərini tənzimləyən ikinci əsas çoxtərəfli beynəlxalq sazişdir. Kon
vensiya 1952-ci ildə Cenevrədə imzalanmışdır. Onda indiyə kimi 97 dövlət işti
rak edir. Azərbaycan Respublikası da konvensiya iştirakçısıdır.
Ümumdünya konvensiyası tənzimetmə predmetinə görə Bern konvensiya
sını təkrarlayır. Ümumdünya konvensiyası da milli rejim prinsipindən çıxış edir
Milli rejim haqqında qayda Ümumdünya konvensiyasının əsas qaydasıdır. La
kin göstərilən konvensiyalar arasında müəyyən fərqli cəhətlər də vardır. Məsə
lən, Bern konvensiyasında müəllifin bir neçə səlahiyyəti nəzərdə tutulduğu
halda, Ümumdünya konvensiyası onun yalnız xüsusi olaraq bircə səlahiyyətini
- əsəri tərcümə etdirmək səlahiyyətini tənzimləyir. Müəllifin ölümündən sonra
müəlliflik hüquqlarının qüvvədə olma (qorunma) müddəti əgər Bern konvensi
yası üzrə 50 ildirsə, Ümumdünya konvensiya üzrə 25 il müəyyənləşdirilir.
гМуоллифлик lıyryry по олаголи hyryraap Ьлгшпда» ганунун 2-чи мадлоси
143
Ümumdünya konvensiyanın bəzi normaları, məsələn, müəlliflik hüququnu
qoruma nişanı barədə norması Azərbaycan Respublikasının müəlliflik hüququ
barədə qanunu tərəfindən qəbul edilmişdir'.
Əqli mülkiyyət hüququnun ticarət aspektləri barədə saziş (15 aprel 1994)
müəlliflik hüququna toxunan beynəlxalq müqavilələrdən biridir. Onun qısaldılmış
adı TRİPS-dir* 2. TRİPS sazişi 1 yanvar 1995-ci il tarixindən qüvvəyə minmişdir.
O. tariflər və ticarət haqqında Baş Sazişin (GATT - the General Agreement of
Tariffs and Trade) Uruqvay danışıq raundu çərçivəsində bağlanmışdır.
TRIPS sazişi Ümumdünya Ticarət Təşkilatının (ÜTT-nin) bütün üzvləri üçün
məcburidir (onun 141 üzvü vardır. Gürcüstan, Qırğızıstan, Estoniya və Latviya
onun üzvüdür).
TRIPS sazişi ÜTT-yə daxil olmaq istəyən dövlətlərin əqli mülkiyyət qanun
vericiliyinə aid tələblər müəyyənləşdirir. Bu dövlətlər sırasına Azərbaycan
Respublikası da aiddir. 36 dövlət (Litva, RF, Belorusiya, Özbəkistan, Qazaxıs
tan və digərləri) o cümlədən Azərbaycan Respublikası ÜTT-yə daxil olmaq
üçün danışıqlar aparır.
Müəlliflik hüququ TRIPS sazişinin predmet tərkibinə daxil olan məsələlər
dən biridir. O, adətən, əqli mülkiyyət hüququna aid olan geniş spektrli hüquq
lar tənzimləyir ki, müəlliflik hüququ onun tərkibinə daxildir. Bu baxımdan
TRIPS sazişini müəlliflik hüququnun mənbəyi hesab etmək olar. Saziş ilk dəfə
çoxtərəfli beynəlxalq praktikada iştirakçı dövlətlərin üzərinə belə bir öhdəlik
qoyur ki, onlar əqli mülkiyyət hüquqlarını istənilən pozuntudan müdafiə etmə
yin və qorunmağın beynəlxalq standartlarına, habelə mübahisələrin həll olun
ma qaydalarına əməl etsinlər.
Ümumdünya Əqli M ülkiyyət Təşkilatının (ÜƏMT-in) m ü ə lliflik hüququ
üzrə m üqaviləsi də müəlliflik hüququna həsr edilən beynəlxalq sazişlərdən
biridir. Bu müqavilə 20 dekabr 1996-cı ildə Cenevrədə bağlanmış, 6 mart
2002-ci il tarixində qüvvəyə minmişdir. Müqavilənin indiyə kimi 35 dövlət işti
rakçısıdır. Azərbaycan Respublikası hələlik müqavilədə iştirak etmir. Müqavilə
xüsusi olaraq müasir dövrdə müəlliflərin hüquqlarının qorunmasının ayrı-ayrı
cəhətlərinə, o cümlədən İnternet şəbəkəsində müəlliflik hüquqlarının mühafi
zəsinə həsr edilmişdir. Buna görə də Azərbaycan Respublikasının müqaviləyə
qoşulması vacib və əhəmiyyətli olan məsələdir.
Bunlardan əlavə, Azərbaycan Respublikası ÜƏMT-i tə s is edən ko n ve nsi
yanın iştirakçısıdır. Bu konvensiya müəlliflik hüququnun obyektlərini (elm,
ədəbiyyat və incəsənət əsərlərini) əqli mülkiyyət hüququnun obyektləri sırası
na aid edir. Konvensiyaya görə elm, ədəbiyyat və incəsənət əsərlərinə aid
olan hüquq əqli mülkiyyət hüquqlarından biridir. Söz yox ki. müəlliflik hüququ
məsələlərini tənzimləmək baxımından onun rolu və əhəmiyyəti böyükdür.
Azərbaycan Respublikası üçün 12 MDB dövləti arasında bağlanmış regio
nal xarakterli m ü ə lliflik hüququ və əlaqəli hüquqların qorunm ası sahəsin
də əməkdaşlıq barədə sazişin (1995) xüsusi əhəmiyyəti vardır. Azərbaycan
^ «Müəllıllık hüququ vo əlaqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin 2-ci bəndi.
2 İngiliscə: Agreement on Trade - Related Aspects o f Intellectual Property Rights.
144
Respublikası həmin sazişin iştirakçısıdır. Saziş MDB dövlətlərinin Ümumdünya
(Cenevrə) konvensiyasına münasibətini müəyyən edərək göstərir ki, həmin
konvensiya onlar (MDB dövlətləri) üçün qüvvədədir.
İşgüzar dövriyyə adətlərini müəlliflik hüququnun mənbə növlərindən biri
hesab etmək olar. Belə ki, əgər elm, ədəbiyyat və incəsənət əsərlərinin istifa
dəsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilərsə, onda həmin fəaliyyətə iş
güzar dövriyyə adətlərinin tətbiqi mümkündür.
§ 3. Müəlliflik hüquq münasibətinin obyekti
Əsər müəlliflik
hüquq münasibətinin
obyekti kimi
Bildiyimiz kimi, hüquq subinstitutu kimi müəlliflik
hüququnun əsas «işi» əsərlərin yaradılması və is
tifadəsi ilə bağlı əmələ gələn münasibətləri (müəl
liflik münasibətlərini) tənzimləməkdən ibarətdir. Bu
münasibətlər hüquq normaları ilə tənzimlənərək hüquqi forma alır ki, həmin
forma müəlliflik hüquq münasibətləri adlanır.
Əlbəttə, obyektsiz nə mülki hüquq münasibəti, nə də onun bir növü sayılan
müəlliflik hüquq münasibəti yarana və mövcud ola bilər. Bəs. müəlliflik hüquq
münasibətinin obyekti nədən ibarətdir? Qeyd etmək lazımdır ki, müəlliflik hü
quq münasibəti müəllifin əsər yaratma faktı ilə əmələ gəlir. Məlum məsə
lədir ki, əgər əsər yaradılmazsa, müəlliflik hüquq münasibəti də əmələ gələ
bilməz. Müəlliflik hüquq münasibəti məhz əsər barəsində yaranır. Məhz əsərin
yaradılması nəticəsində onun müəllifi həm şəxsi qeyri-əmlak xarakterli, həm
də əmlak (iqtisadi) xarakterli bir sıra subyektiv hüquqlar əldə edir.
Dediklərimizdən belə nəticəyə gələ bilərik ki. müəlliflik hüquq münasibə
tinin obyektini əsər təşkil edir. Əsər daha dəqiq söyləsək, müəlliflik hüquq
münasibətinin elementlərindən biri sayılan subyektiv hüququn (əsərin müəllifi
nin həm əmlak xarakterli, həm də şəxsi qeyri-əmlak xarakterli hüquqlarının)
obyekti hesab olunur. Buna görə ona çox vaxt hüquq ədəbiyyatında müəlliflik
hüququnun obyekti deyilir1. Müəlliflik hüququnun obyekti əsər hesab edilir2.
Əsərin müəlliflik hüququnun obyekti olması onu bildirir ki. o, hüquq su
binstitutu kimi müəlliflik hüququ (müəlliflik hüquq normaları) ilə qorunur (söh
bət hüquqi cəhətdən mühafizədən gedir). Əsərin müəlliflik hüququ ilə qo
runması isə o deməkdir ki, əsərdən müəllifin razılığı (icazəsi) olmadan və ona
qonorar (haqq) vermədən sərbəst şəkildə istifadə etmək olmaz. Əsər müəlliflik
hüququ (müəllifin hüquq normaları) ilə qorunan obyekt olub, onu hüquqi mü
hafizə sferasına daxildir.
Qüvvədə olan müəlliflik qanunvericiliyi əsərin leqal
Əsərin anlayışı
(normativ) tərifini vermir. Müəlliflik hüququna həsr edi
lən beynəlxalq müqavilələrdə (Bern konvensiyası,
Ümumdünya konvensiya, TRIPS sazişi və digər müqa
vilələrdə) də əsərin tərifini müəyyən edən hər hansı normaya rast gəlmirik.
və əsas
xüsusiyyətləri
1 Mosolon. bax: М э г х П .Б . Сергеев А П Интеллектуальная собственность. М . 2000, с. 200;
Гуев А.П. Гражданское право. Учебник. Том 3- М.. 2003, с. 175; Гражданское право. Учебник. Том
ЦПол рсл. Е.А.Суханова. М-, 1988, с. 640.
: Антимонов Б.С.. Флсйщиц Е.А. Авторское право. М.. 1957.
145
Buna görə də mülki hüquq elmində (doktrinasında) müəlliflik hüququ barədə
yazan alimlər əsərin uğurlu və münasib elmi (doktrinal) tərifini verməyə cəhd
göstərirlər'. Bu nəzəriyyələr arasında sovet dövrünün müəllifi V.I.Serebrovski-
nin təklif etdiyi elmi anlayış daha geniş yayılmışdır2. Müəlliflərin əksəriyyəti
məhz bu anlayışdan istifadə edirlər3.
Əsərə elmi (doktrial) anlayış verməmişdən əvvəl əsərin əsas xüsusiyyətləri
ni və müəlliflik hüququnun obyekti kimi onun başlıca əlamətini müəyyənləşdir
mək lazımdır. Əsər müəllifin təfəkkür-beyin (əqli) fəaliyyətinin məhsuludur. Bu
na görə də, o, müəllifin əqli (yaradıcılıq) fəaliyyət nəticəsi sayılır.
Müəllifin əqli (yaradıcılıq) fəaliyyət nəticəsi ideyalarda, fikirlərdə və obraz
larda təzahür edir. Söhbət elmi-texniki ideya və fikirlərdən, ədəbi-bədii obraz
lardan gedir. Deməli, əsər ədəbi-bədii obrazlardan, elmi-texniki fikir və
Dostları ilə paylaş: |