Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  6.  Ş ə rə f,  lə y a q ə t  və  iş g ü za r  n üfuzu n   b ərpa  olunm ası



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
§  6.  Ş ə rə f,  lə y a q ə t  və  iş g ü za r  n üfuzu n   b ərpa  olunm ası

Təkzib etmə 

Şərəf'  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiəsi  üçün  tələb 

üsulları 

olunan  üç  şərt  (biz,  bu  şərtləri  əvvəlki  paraqrafda  sadala­

dıq)  mövcud  olduqda,  məhkəməyə  təqdim  olunmuş  iddia 

(məhkəmə  iddiası) təmin olunmalıdır.  Digər heç bir şərtin olması tələb edilmir.

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiəsi  barədə  məhkəmə  iddiası  o 

halda  təmin  olunmuş  sayılır  ki,  məhkəmə  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu 

ləkələyən  məlumatların  təkzib  olunması  barədə  qərar  qəbul  etsin.  Bu  qə­

rara  əsasən,  məsul  tərəf,  yəni cavabdeh (məlumatı yayan) ləkələyici məlumatı 

təkzib  etməyə  məcbur edilir.  Ləkələyici  məlumatların  təkzib olunması  əvvəldə 

qeyd  etdiyimiz  kimi,  qeyri-əmlak  xarakterli  xüsusi  mülki-hüquqi  müdafiə 



üsuludur.  Bu  xüsusi  üsul  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  kimi  qeyri-maddi 

nemətlər  pozulduğu  hallarda  məhz  onların  müdafiəsi  üçün  nəzərdə  tutulmuş­

dur.  Təkzib  olunma  hüquqların  pozulmasınadək  mövcud  olan  vəziyyətin 

bərpa  edilməsinin  əsas  hallarından  biridir.

«Təkzib  etmə»yə  mülki  qanunvericilik  leqal  anlayış  vermir.  Burada  yalnız 



təkzib  etmənin  funksiyası  göstərilir.  Müəyyən  şəxsin  şərəf,  ləyaqət və  işgü­

zar  nüfuzunu  ləkələyən  məlumatın  əsaslandırılmaqla  inkar  edilməsi  onun 

funksiyasını  təşkil  edir.  Mülki  hüquq  elmində  (doktrinasında)  da  təkzib etməyə 

anlayış verilmir.



Təkzib olunma  (etmə)  dedikdə,  əvvəllər yayılmış  məlumatların  həqiqə­

tə  uyğun  və  doğru  olmaması,  yəni  yalan,  uydurma  və  əsassız olması  ba­

rəsində  xəbər vermə  (bildiriş)  başa  düşülür.

Yayılmış  ləkələyici  yalan  və  uydurma  məlumatlar  müxtəlif üsullarla  (qayda­

da) təkzib  oluna  bilər.  İddia  təmin  olunarkən  təkzib  olunma  üsulu  hökmən 

məhkəmə  qərarında  göstərilməlidir.  Bu,  məhkəmənin  hüququ yox,  vəzifəsi­

dir.  Digər  tərəfdən,  məhkəmə  lazım  gəldikdə  (zəruri  olduqda)  təkzib  olunma­

nın  mətnini  ifadə  etməlidir;  mətndə  göstərilməlidir ki,  hansı  məlumatlar yalan­

dır,  onlar nə vaxt və necə yayılmışdır* 2.

Məhkəmə təkzib olunma  barədə  iddiaya  mahiyyətcə  baxana  kimi cavabde­

hin  (məlumat  yayan  şəxsin)  üzərinə  belə  vəzifə  qoya  bilər  ki,  bundan  sonra

’  Советское  гражданское  право.  Учебник.  Том  I/Пол рсд.  О.А.Красавчикоса.  M.,  1985, с.207; 

Гражданское право.  Учебник.  Часть  1 /Пол рсд. Г.И.Илларионовой идр.  М.,  1998, с. 192.

2 Вах:  пункт  13 постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г.

93


cavabdeh  iş həll olunana  qədər mübahisəli  məlumatı  yaymaqdan  çəkinsin  (ki- 

nojurnalı  nümayiş  etdirməmək,  mühazirədə  məlumatı  ifadə  edən  misalı  gətir­

məmək.  karikaturanı izah etməmək,  əgər məqalə,  kitab və ya digər nəşrlər ça­

pa  hazırlanarsa,  onları çap etdirməmək)'.

Ləkələyici  yalan  məlumatların  təkzib  olunma  üsullarının  müxtəlifliyinə  bax­

mayaraq,  mülki  qanunvericilik  bilavasitə  onlardan  yalnız  ikisini  müəyyən  edir. 

Bu  üsullardan  biri  kütləvi  inform asiya vasitələrində yayılan  və  şərəf,  ləya­

qət və işgüzar nüfuzu  ləkələyən  m əlum atlara  aiddir.  Həmin  üsulun  mahiy­

yəti ondan  ibarətdir ki,  kütləvi  informasiya  vasitələrində  yayılan  və  şərəf,  ləya­

qəti və işgüzar nüfuzu ləkələyən  məlumatlar,  həmin  kütləvi  informasiya  vasitə­

lərində  də  təkzib  edilməlidir  (MM-in  23-cü  maddəsinin  2-ci  bəndi).  Məsələn, 

əgər  ləkələyici  məlumat  qəzetdə  və  ya  jurnalda  yayılarsa,  həmin  qəzetdə  və 

ya jurnalda  da təkzib edilməlidir.  Yalan  (doğru  olmayan)  məlumatlar elə  yerdə 

təkzib  edilməlidir  ki,  orada  həmin  məlumatlar  yayılmış  olsun.  Bu,  məsələyə 

daha düzgün yanaşma deməkdir.

Göstərilən  üsul  kütləvi informasiya  haqqında  qanunda  kifayət qədər müfəs­

səl  şəkildə  tənzimlənir.  KİV  haqqında  qanunun  44-45-ci  maddələri  həmin  mə­

sələyə həsr edilmişdir.

Mülki  qanunvericiliyin  müəyyən  etdiyi  digər  (ikinci)  təkzibetmə  üsulu  isə 

rəsmi  sənədlərdə  ifadə  olunan  ləkələyici  m əlum atlara  aiddir.  Bu  üsulun 

mahiyyəti  ondan  ibarətdir ki,  şərəf,  ləyaqət və  işgüzar  nüfuzu  ləkələyən  məlu­

matlar  rəsmi  sənəddə  (xasiyyətnamədə,  arayışda,  göndərişdə,  hesabatda, 

protokoldan  çıxarışda,  aktda,  əmək  kitabçasında,  məktubda  və  s.)1

 2  yayıldığı 

hallarda  həmin  sənəd  d ə yişd irilm ə li və maraqlı  olan  şəxslərə  məlumat veril­

məlidir  (MM-in  23-cü  maddəsinin  2-ci  bəndi).  Söhbət  lazımi  qaydada  rəsmi­

ləşdirilən,  yəni səlahiyyətli şəxs tərəfindən imzalanan və  möhür qoyulan,  digər 

zəruri  rekvizitlərə  malik  olan  sənədlərdən  gedir.  Onlar  istənilən  üçüncü  şəxsə 

(məsələn,  hakimiyyət orqanlarına,  məhkəmə-istintaq və  prokurorluq  orqanları­

na, ayrı-ayrı şəxslərə,  müəssisələrə,  təşkilatlara və  s.)  ünvanlana  və  göndərilə 

bilər.  Özü də sənədlərin  istənilən təşkilatdan  verilməsi  mümkündür.

Əgər təşkilatın  verdiyi  sənəddə  şəxsin  şərəf,  ləyaqət  və  işgüzar  nü fuzu ­

nu  ləkələyən  və  həqiqətə  uyğun  olm ayan  m əlum at  ifadə  e d ilm işsə ,  belə 

sənəd  d əyişdirilm əlidir.  Məsələn,  əmək  kitabçasına  işçinin  işdən  azad  olun­

ması  barədə  ləkələyici  qeyd  daxil  edilir.  Belə  kitabça  dəyişdirilməli  və  işçiyə 

yeni  kitabça  yazılmalıdır3.  Ləkələyici  məlumat  işçiyə  verilən  istehsalat  (qulluq) 

xasiyyətnaməsində də  ifadə oluna  bilər.  Belə xasiyyətnam ə də  d ə y iş d irilm ə ­

lid ir və s.  Göstərdiyimiz iki  üsuldan  başqa,  mülki qanunvericilik təkzib etmənin

1  Белявский  А.В..  Придсоров  H.A.  Охрана  чести  и  достоинства  личности  в  СССР.  М.,  1971, 

с. 120.


2  Ləkələyici  məlumatların  yayıla  bildiyi  sənədlərin  təxm ini  siyahısı  verilmişdir:  Советское 

гражданское  право.  Учебник.  Том  1/Под  рсд.  О.А.Красавчикова.  М.,  1985,  с.207;  Гражданское 

право.  Учебник.  Часть  1/Под  рсд.  Т.И.Илларионовой  и  др.  М.,  1998,  с. 192;  Комментарий  к 

Гражданскому  Кодексу  Российской  Федерации  части  псрвой/Отв.  рсд.  О.П.Садиков.  М.,  1999, 

с.335; ГуевА.Н.  Постатейный комментарий к части первой Гражданского кодекса.  М., 2000, с.291.

Ярощеико К  Б. Жизнь и здоровье под охраной  закона. М.,  1990, с. 164.

94


digər üsullarını  müəyyənləşdirmir.

Qalan  bütün  hallarda yayılmış ləkələyici məlumatların təkzib olunma üsulunu 

(qaydasını)  məhkəmə  müəyyənləşdirir  (MM-in  23-cü  maddəsinin  2-ci  bəndi). 

Məhkəmə bu məsələni  hər bir işin konkret hallarından asılı olaraq həll edir.

Məhkəmə  məsələni  həll  edərkən  belə  bir  ümumi  qaydaya  əməl  etməlidir: 

ləkələyici  məlumatları  təkzib  etmə  üsulu  həmin  məlumatların  yayılma 

üsulundan  asılı  olaraq  müəyyənləşdirilir', yəni təkzib etmə üsulu  məlumat­

ların  yayılma  üsuluna  uyğun  olmalıdır1

 2.  Şərəf,  ləyaqət və  işgüzar  nüfuzu  ləkə­

ləyən  məlumatlar  hansı  üsulla  yayılmışdırsa,  həmin  üsula  da uyğun  gələn tək­

zib  etmə  üsulu  müəyyən  olunacaqdır.  Buna  görə  də təkzib  etmə  üsulu  kifayət 

qədər müxtəlifdir3 4

.

Məhkəmə  qərarını  kollektivin  nəzərinə  çatdırmaq  təkzib  etmə  üsulların­

dan  biridir.  Bu  üsuldan o halda istifadə olunur ki, şəxsin şərəf,  ləyaqət və işgü­

zar  nüfuzunu  ləkələyən  məlumat  hər  hansı  kollektivdə  (məsələn,  işlədiyi  kol­

lektivdə) yayılsın.  Özü  də çox vaxt ləkələyici  məlumatlar kollektivin yığıncağın­

da  yayılır.  Bu  məlumatlar  məhz  həmin  kollektivin  yığıncağında  təkzib  olunur, 

yəni təkzib etmə barədə məhkəmə qərarı həmin kollektivin yığıncağında iştirak 

edən  şəxslərin  nəzərinə çatdırılır.

İctimai  üzr istəmə təkzib etmə üsullarından biri sayılır.  Bu  üsulun  mahiyyə­

ti  ondan  ibarətdir ki,  məhkəmə cavabdehin  (ləkələyici  məlumatı yayan şəxsin) 

üzərinə  iddiaçıdan  (zərərçəkən  şəxsdən)  üzr istəmək  vəzifəsi  qoyur.  Üzr istə­

mə,  bir  qayda  olaraq,  kollektivin  yığıncağında  həyata  keçirilir.  Məsələn,  belə 

bir  hal  olmuşdur  ki,  qonşu  başqa  bir  qonşunun  pis  davranması  (sərxoşluq  et­

məsi,  dava-dalaş  salması)  barədə  özünün  yaşadığı  blokun  sakinlərinə  danış­

mışdır.  Belə  halda  məhkəmə  borclunun  üzərinə  həmin  blokda  yaşayan  sakin­

lərin  ümumi  yığıncağında  iddiaçıdan  üzr  istəmək  vəzifəsi  qoymuşdur'1.  Başqa 

bir misalda  vətəndaş A.  sovxozun  işçilərinin yığıncağı  qarşısında vətəndaş K.- 

dan  üzr istəmişdir5.

Cavabdeh  iddiaçıdan  o auditoriya,  kollektiv və yığıncaq  qarşısında  üzr istə­

məlidir ki,  həmin  yerdə  şərəf,  ləyaqət və  işgüzar nüfuzu  ləkələyən  məlumatlar 

yayılsın.  Bu,  məlum  məsələdir.  Çünki  ləkələyici  məlumatlar  o  yerdə  təkzib 

olunmalıdır ki, orada  həmin  məlumatlar yayılmışdır6.



Məktubla  müraciət  etmək  mülki  hüquq  elmində  (doktrinasında)  təkzib  et­

mə  üsullarından  biri  kimi  tanınır.  Bu  üsul  çox  vaxt  hüquq  ədəbiyyatı  səhifələ­

rində  «məktubla  təkzib  etmə»  adı  altında  nəzərdə  tutulur.  Həmin  üsula  görə 

cavabdeh  müvafiq  maraqlı  təşkilata  ləkələyici  məlumatı  təkzib  etmə  barədə

1  Советское гражданское право. Учебник. Том  1/Под ред. О.Л.Красавчикова, M.,  1985, с.207.

Малсии Н.С.  Гражданский закон и нрава личности в СССР. M.,  1981, с. 151.

3  Bu  üsullar  barədə  bax:  Иоффе  O.C.  Советское  гражданское  право.  М.,  1967, с.324; Малсии 

Н.С  Охрана  прав  личности  советским  законодательством.  М.,  1985,  с.40;  Малеича М.Н.  Защита 

личных  неимущественных  прав  советских  граждан.  М..  1990,  с.63;  Гусе  А.Н.  Постатейный 

комментарий  к  части  первой  Гражданского  кодекса  РФ.  М.,  2000,  с.291;  Гражданское  право. 

Учебник.  Часть  1/Под рсд. А.Г.Каяпша. А.И.Масяяева.  М-.  1997, с.141.

4  Гражданское право. Учебник.  Часть  1/Под рсд. ТИ.Илларионовой и др.  М ,  1998, с. 192.

5 Социалистическая законность  1964 г. №  12, с.21.

Белявский А.В. Судебная защита чести и достоинства граждан. М.,  1966, с.44.

95


məktub  göndərir  və  bu  yolla  əvvəllər  həmin  təşkilatın  adına  (vəzifəli  şəxsin 

adına)  ünvanladığı  məktubda  (ərizədə,  şikayətdə)  ifadə  olunan  ləkələyici  mə­

lumatı  yalana  çıxarır (yəni təkzib  edir).  Söhbət cavabdehin  iddiaçının  şərəf,  lə­

yaqət  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatların  yayıldığı  təşkilata  həmin 

məlumatları  təkzib etmə  haqqında  məktubla  müraciət etməsindən  gedir.  Məh­

kəmə digər təkzib etmə üsulu da təyin edə  bilər.  Məsələn,  şərəf,  ləyaqət və  iş­

güzar nüfuzu  ləkələyən  məlumat  kitabda  ifadə  olunarsa,  bu  məlumat qəzetdə 

yazılı formada təkzib oluna  bilər.

Məhkəmə  eyni vaxtda  bir neçə təkzib  etmə  üsulu  seçə  bilər1.  Bu,  məh­

kəmənin  istək  və  mülahizəsindən,  işin  konkret  hallarından  asılıdır.  Məsələyə 

belə  yanaşmanın  ləkələnmiş  və  pozulmuş  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun 

tam  bərpası  üçün  böyük  əhəmiyyəti  vardır.  Özü  də  təkzib  etmə  üsullarının 



müxtəlif  kombinasiyasının  (uyğunlaşdırılmasının)  müəyyənləşdirilməsi 

mümkündür.  Məsələn,  məhkəmə  borclunun üzərinə həm  şərəf,  ləyaqət və  iş­

güzar nüfuzu  ləkələyən  məlumatı təkzib etmək,  həm də  kollektiv qarşısında  id­

diaçıdan  (zərərçəkəndən)  üzr  istəmək  vəzifəsi  qoyur.  Başqa  misalda  məhkə­

mə  qərarı  əsasında  birincisi,  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  ləkələyən  mə­

lumatlar qəzetdə təkzib edilir,  ikincisi,  cavabdeh  işlədiyi  kollektivdə  iddiaçıdan 

üzr istəyir,  üçüncüsü,  məhkəmə  qərarı  kollektivin  nəzərinə  çatdırılır.  Göründü­

yü kimi,  bu  halda təkzib etmənin  üç müxtəlif üsulundan  istifadə olunur.

Təkzib  etmə  üsulları  həm  də  təkzib  etmənin  formalarına  adekvat  (uy­

ğun)  olaraq  seçilməlidir.  Belə  ki,  ləkələyici  məlumatlar  iclasda,  yığıncaqda, 

müşavirədə  və  s.  şifahi  formada  yayılmışdırsa,  onlar  müvafiq  auditoriyada  şi­

fahi  formada  da  təkzib  edilməlidir.  Əgər məlumatlar yazılı  formada  (məsələn, 

məktubda,  xasiyyətnamədə,  arayışda,  məqalədə  və  s.)  yayılmışdırsa,  onlar 

yazılı  formada  da  təkzib  edilməlidir.  Deməli,  məlumatların  yayılma  formasına 

(şifahi və yazılı formada) uyğun olaraq onlar həm şifahi,  həm də yazılı formada 

təkzib edilə bilər1

 2.


Məhkəmə  iddiaçının  xeyrinə  qərar  çıxararkən  nəinki  təkzib  etmə  üsullarını 

müəyyənləşdirir,  habelə  təkzib  etmə  müddətini  göstərir.  O,  bütün  hallarda, 

təkzib etmə üsullarından  asılı olmayaraq  hökmən  cavabdeh  üçün təkzib  etmə 

m üddətini  müəyyən  etməlidir.  Əks təqdirdə  vicdansız cavabdehlər xeyli  müd­

dət təkzib etmək vəzifəsini yerinə yetirməkdən  boyun  qaçıra  bilərlər.  Ləkələyi­

ci  məlumat  nə  qədər tez təkzib  edilərsə,  iddiaçının  (zərərçəkənin)  şərəf və  lə­

yaqəti bir o qədər tez bərpa  olunur. Təkzib etmə müddəti dedikdə,  cavabdehin 

məhkəmə  qərarını  icra  edərək  ləkələyici  məlumatı  təkzib  etməli  olduğu  vaxt 

müddəti başa düşülür.  Bu, təkzib etmək üçün müəyyən edilən vaxtdır.

Təkzib  etmə  müddəti  konkret  hallardan  asılı  olaraq  müəyyən  edilir.  O,  real 

və  yerinə  yetirilə  bilən  müddət  olmalıdır3.  Məsələn,  məhkəmə  qərar  çıxarır  ki,

1  Белявский Л.В. Судебная зашита чести и достоинства граждан.  М.,  1966, с.45; Белявский Л.В., 



ПриОаоров  НА.  Охрана  чести  и  достоинства  личности  в  СССР.  М.,  1971,  с. 118;  Малсича  М.Н. 

Зашита  личных неимущественных прав советских граждан. М.,  1990, с.63.



Малеин  И.С.  Гражданский  закон  и  права  личности  в  СССР.  М.,  1981,  с. 152;  Малсич  Н.С. 

Охрана прав личности советским законодательством. М.,  1985, с.40.

Малеина М.Н. Защита  личных неимущественных прав советских  граждан.  М..  1991, с.63.

96


cavabdeh  iddiaçıdan (zərərçəkəndən) onun  əxlaqsız hərəkətlər etməsi barədə 

yalan  məlumatlar yaydığına  görə  on  gün  ərzində  ictimaiyyət  qarşısında  üzr is­

təsin.  Başqa  bir  misalda  məhkəmə  cavabdehin  üzərinə  belə  bir  vəzifə  qoyur 

ki.  o,  qəzetin  (və  ya jurnalın)  vaxt  baxımından yaxın  (növbəti)  nömrəsində ya­

lan  məlumatı  təkzib  etsin  və  yaxud  işlədiyi  yerin  əmək  kollektivinin  vaxt  baxı­

mından yaxın yığıncaqlarının birində iddiaçıdan şifahi formada üzr istəsin.

Bəzən şərəf,  ləyaqət və işgüzar nüfuzu müdafiə etmək 

üçün  məhkəmə təkzib etmə  üsullarından istifadə etmə­

yi  məqsədəuyğun  hesab  etmir.  Belə  halda  şərəf,  ləya­

qət və  işgüzar nüfuz məhkəmə tərəfindən  seçilən  di­



gər  üsullarla  müdafiə  oluna  bilər.  Məsələn,  hər han­

sı  qadın  mağazada  qeybət  edir,  dedi-qodu  ilə  məşğul  olur.  Belə  halda təkzib 

etmə  üsulundan  istifadə etməklə şərəf və ləyaqəti müdafiə'etmək məqsədəuy­

ğun  deyildir.  Belə ki,  həmin  qadını  mağazaya getməyə və orada öz dediyi söz­

ləri təkzib  etməyə  məcbur etmək çox çətin  məsələdir.  Digər tərəfdən, zərərçə­

kən  (iddiaçı)  üçün  maraqlı  deyildir ki,  qadın  öz dediyi  sözlərdən  imtina etməyə 

məcbur  olunsun.  Bir  sözlə,  göstərilən  halda  təkzib  etmə  üsullannın  vasitəsilə 

şərəf  və  ləyaqətin  müdafiəsi  əlverişli,  effektiv  olmur  və  buna  görə  də  iddiaçı 

(zərərçəkən)  üçün  yayılmış  məlumatların  (şayiələrin)  məhkəmə  tərəfindən ya­

lan  (doğru  və  həqiqətə  uyğun  olmayan)  hesab  edilməsi  kifayət  edər.  Bu.  yəni 



yayılmış  məlumatların  məhkəmə tərəfindən  yalan  məlumat kimi tanınma­

sı təkzib etmə  üsulu  sayılmır’.

Yayılmış  məlumatların  məhkəmə tərəfindən  yalan  (doğru  olmayan,  həqiqə­

tə  uyğun  olmayan)  hesab edilməsi  şərəf,  ləyaqət və  işgüzar nüfuzun  müdafiə 

olunmasının  xüsusi  üsuludur1

 2.  Bu  üsuldan  şəxsin  şərəf,  ləyaqət və  işgüzar 

nüfuzunu  ləkələyən  məlumatların  anonim  (adsız)  yayılması  zamanı  istifadə 

olunur.  Məsələ  burasındadır ki,  bəzən  ləkələyici  məlumatların  yayılma  mənbə­

yini,  yəni  şəxsin şərəfini,  ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları 

yaymış  şəxsi  dəqiq  müəyyənləşdirmək  mümkün  olmur.  Amma  həmin  məlu­

matların  yayılma  faktının  özü  zərərçəkən  şəxs  üçün  arzuolunmaz  mənfi  nəti­

cələr (hüquqi,  əmlak  və  ya  mənəvi  nəticələr) yaratmaq xüsusiyyətinə malikdir. 

Belə  nəticələrin  baş  verməsindən  yaxa  qurtarmaq  və  ya  heç  olmazsa,  onun 

arzuolunmaz və xoşagəlməz təsirini azaltmaq  üçün şəxsin ixtiyarı var ki, onun 

barəsində  yayılmış  məlumatların  yalan  (doğru  olmayan,  həqiqətə  uyğun 

olmayan)  məlumatlar  kimi  tanınması  barədə  məhkəməyə  ərizə  ilə  müra­

Şərəf,  ləyaqət və 

işgüzar nüfuzun 

digər mühafizə 

üsulları

1  Белявский A l l   Судебная зашита чести и достоинства граждан. М.,  1966, с.47; Белявский А.В.. 



Придсороа Н А .  Охрана чести и достоинства личности в СССР. M..  1971, с. 120.

2  Комментарий  к  Гражданскому  кодексу  Российской  Федерации  части  первой  /  Отв.  рсд. 



О. II.Садиков.  М „   1999,  с.337.  Müəlliflərdən  Quyev  A.N.  göstərir  ki,  bu.  təkzib  etmənin  xüsusi 

qaydasıdır (бах:  Гуев А.II.  Постатейный  комментарий  к  части  первой  Гражданского  кодекса  РФ 

М.. 2000, с.292; Гусе А  Н.  Гражданское  право. Учебник. Том  I . М., 2003, с. 193). Söz yox ki,  müəl­

lif dəqiq  fikir  söyləmir.  Belə  ki,  burada  söhbət  təkzib  etmə  üsulundan  yox,  başqa  müdafiə üsu­

lundan gedir.

97


ciət  etsin  (MM-in  23-cü  maddəsinin  5-ci  bəndi)'.  Məhkəmə  belə  ərizəyə  bax­

malıdır. Özü də ərizəyə fiziki şəxsin şərəfini,  ləyaqətini  və ya  işgüzar nüfuzunu 

ləkələyən  məlumatları  yaymış  şəxsin  iştirakı  olmadan  baxılır.  Bu,  məlum  mə­

sələdir, çünki məlumatları yaymış şəxsi  müəyyənləşdirmək mümkün  deyildir.

Azərbaycan  Respublikasının  Mülki-Prosessual  Məcəlləsi  anonim  yayılmış 

məlumatların  yalan  məlumatlar  kimi  tanınması  barədə  tələblərə  baxmaq  qay­

dasını müəyyən etmir.  Hüquq ədəbiyyatı səhifələrində haqlı olaraq göstərilir ki, 

belə  tələblərə  hüquqi  əhəm iyyəti  olan  faktların  m üəyyən  e dilm əsi  üçün 

MPM-də  (31-ci fəsil)  nəzərdə tutulan xü su si  icraat qaydasında  (iddia  icra ­

atı və xüsusi  iddia  icraatı  qaydasında  yox)  baxılm alıdır* 2.  Doğrudan  da  əri­

zəyə  baxarkən  məhkəmə  hüquqi  əhəmiyyəti  olan  belə  bir  faktı  müəyyən  edir 

ki.  yayılmış  məlumatlar yalandır,  doğru  (həqiqətə  uyğun)  deyildir.  Belə  halda 

təkzib  etmədən  söhbət  gedə  bilməz3.  Digər  tərəfdən  məlumatı  yayan  şəxs 

məlum  olmadığına  görə  iddia  vermək  qeyri-mümkündür.  Məhkəmə  yayılmış 

məlumatın  uydurma  və  əsassız  olması  qənaətinə  gəldikdə,  həmin  məlumatın 

yalan  məlumat  kimi  tanınması  barədə  qərar  qəbul  edir.  Bununla  zərərçəkən 

şəxsin təmiz adı rəsmi surətdə  bərpa  olunur.

Yayılmış məlumatı yalan  məlumat kimi tanımaq  üsulundan o halda da  istifa­

də oluna  bilər ki, məlumatı yayan şəxs yoxdur (məsələn,  vətəndaşın  öldüyü və 

ya hüquqi şəxsin  ləğv edildiyi  hallarda və s.).

Cavabı  dərc  etdirm ə  şərəf,  ləyaqət və  işgüzar  nüfuzun  müdafiəsi  üçün  is­

tifadə olunan  xüsusi xarakterli  qeyri-əmlak  müdafiə  üsuludur.  Bu  üsul  qanun­

vericilikdə  nəzərdə tutulmuşdur (MM-in  23-cü  maddəsinin  3-cü  bəndi).  Həmin 

üsul da  təkzib  etmə  üsulu  sayılmır.  Göstərilən  üsulun  mahiyyəti  ondan  ibarət­

dir  ki,  kütləvi  informasiya  vasitələrində  hüquqlarına  və  ya  qanunla  qorunan 

mənafelərinə toxunan  məlumatlar dərc edilmiş fiziki şəxsin  həmin  kütləvi  infor­

masiya vasitələrində öz cavabını  dərc etdirmək hüququ vardır.

Cavabı  dərc  etdirmə  üsulundan  istifadə  etmək  üçün  bir  neçə  şərtin  möv­

cudluğu tələb olunur. Onlara  cavabı  dərc  etdirm ə  üsu lu n un   ş ə rtlə ri  deyilir.

Birinci  şərt ondan  ibarətdir ki,  məlumatlar kütləvi  informasiya vasitələrində 

yayılmalıdır.  Söhbət fiziki şəxs barəsində  məlumatın kütləvi informasiya vasitə­

lərində  (qəzetdə, jurnalda və  s.)  dərc edilməsindən  gedir.  Məlumatlar  məqalə­

də, xatirələrdə, felyetonda və s. yayıla  bilər4.

!  Bu norma RF  MM-in  152-ci maddəsinin 6-cı  bəndində  ifadə olunan  norm adan  götürülm üş 

dür.  Bu  normada  şəxsin  məhkəməyə  ərizə  ilə  m üraciət  etm ək  hüququ  nəzərdə  tutulur.  Laki' 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  müvafiq  normasında  bu  cü r göstərişə  rast  gə 

mirik. Görünür,  qanunverici həmin normanı düzgün və dəqiq form ula etməmişdir.

2  Комментарий  к  Гражданскому  кодексу  Российской  Федерации  части  первой/Отв.  ред. 



О.Н.Садиков.  М.,  1999, с.337; Гражданское право. Учебник.  Часть  1/Под ред.  Т.И.Илларионовой и 

dp. М..  1998, с. 194.

3  Müəlliflərdən  M.L.  Şelyutto  qeyd  edir  ki.  guya  göstərilən  halda  yayılm ış  m əlumat  təkzib 

olunur  (bax:  Гражданское  право  России.  Часть  общая/Отв.  ред.  О.Н.Садиков.  М.,  2001,  с.286  ). 

Bu, həqiqətdən uzaq olan fikirdir.

4  Hüquq ədəbiyyatında  göstərilir ki.  cavabı dərc  etdirmə üsulu yalnız  kütləvi  inform asiya va­

sitələrinə  münasibətdə  müəyyən edilmişdir.  Lakin  m əlumatlar  başqa  üsullarla  yayıldığı  hallarda 

da  cavabı  dərc  etdirmə  üsulundan  istifadə  oluna  bilər  (bax:  Комментарий  к  Гражданскому 

кодексу Российской Федерации части исрвой/Отв. ред. О.Н.Садиков.  М.,  1999, с.ЗЗб)

98


İkinci  şərtə  görə  yayılmış  məlumatlar təkzib etmə  üsulundan  istifadə olun­

mağa  əsas  verən  əlamətlərdən  məhrum  olmalıdır.  Söhbət  o  məlumatlardan 

gedir ki,  onlar,  birincisi,  fiziki  şəxsi  ləkələməsin  və  doğru  (həqiqətə  uyğun) ol­

masın,  yaxud,  ikincisi,  fiziki  şəxsi  ləkələsin,  amma  doğru  olsun.  Bir sözlə,  ca­

vab  dərc  etdirmə  üsulundan  istifadə  etmək  üçün  tələb  olunmur ki,  fiziki  şəxs 


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin