Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?



Yüklə 1.26 Mb.
səhifə1/24
tarix13.12.2016
ölçüsü1.26 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24
Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu

Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası

1) Orbitanın ən nazik divarı hansıdır?

A) xarici divarı

B) daxili divarı

C) yuxarı və aşağı divarları

D) yuxarı divarı

E) aşağı divarı


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
2) Orbitanın ən qalın divarı hansıdır?

A) yuxarı divarı

B) aşağı divarı

C) yuxarı və daxili divarları

D) daxili divarı

E) xarici divarı


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.

3) Orbitanın aşağı divarını əsasən hansı sümük formalaşdırır?

A) almacıq sümüyü

B) əng sümüyü

C) damaq sümüyü

D) əsas sümük

E) xəlbirvari sümük


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005
4) Görmə siniri kanalından nə keçir?

A) alın arteriyası

B) görmə siniri

C) gözün hərəki siniri

D) uzaqlaşdırıcı sinir

E) tor qişanın mərkəzi venası


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕД-пресс-информ, 2005.

5) Göz yaşı kisəsi harada yerləşir?

A) orta kəllə çuxurcuğunda

B) qismən orbitada, qismən orbitadan kənar

C) haymor boşluğunda

D) orbita daxilində

E) orbitadan kənar


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕД-пресс-информ, 2005.
6) Aşağıda sadalananlardan hansı göz qapaqlarının funksiyalarına aid deyil?

A) göz almasının hərəkətlərində iştirak etməsi

B) prekorneal pərdənin əmələ gəlməsində iştirak etməsi, konyunktiva və buynuz qişanı qurumaqdan qoruması

C) konyunktiva boşluğuna düşən kiçik yad cisimlərin kənar edilməsi

D) göz almasının ətraf mühitin zərərli təsirlərindən, yad cisimlərdən qoruması

E) göz yaşının konyunktiva boşluğundan ötürülməsində iştirak etməsi


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
7) Göz qapaqlarının zədələri zamanı toxumaların regenerasiyası necə olur?

A) yüksəkdir

B) üzün digər hissələrinin toxumalarının regenerasiyası ilə eynidir

C) üzün digər hissələrinin toxumalarının regenerasiyasından zəifdir

D) üzün digər hissələrinin toxumalarının regenerasiyasından yüksəkdir

E) zəifdir


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
8) Göz yaşını ifraz edən orqanlara nə aiddir?

A) gözyaşı nöqtələri

B) gözyaşı kanalcıqları

C) gözyaşı ətciyi

D) gözyaşı-burun kanalı

E) gözyaşı vəzisi və əlavə gözyaşı vəziləri


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005
9) Gözyaşı-burun kanalı haraya açılır?

A) əsas sümüyün cibinə

B) yuxarı burun keçəcəyinə

C) orta burun keçəcəyinə

D) haymor boşluğuna

E) aşağı burun keçəcəyinə


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.

-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.

10) Göz almasının hansı nahiyyəsində sklera daha qalındır?

A) ekvatorda

B) limb nahiyəsində

C) çəp əzələlərin vətəri altında

D) görmə sinirinin diski nahiyəsində

E) düz əzələlərin vətəri altında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.

-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
11) Göz almasının hansı nahiyyəsində sklera daha nazikdir?

A) ekvatorda

B) limb nahiyəsində

C) görmə sinirinin diski nahiyəsində

D) düz əzələlərin vətəri altında

E) çəp əzələlərin vətəri altında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.

-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005
12) Aşağıda sadalananlardan hansı skleranın funksiyalarına aid deyil?

A) gözün daxili qişalar üçün xarici karkas olması

B) gözün daxili strukturlarının müdafiəsi

C) gözə düşən işığın yayılmadan qoruması

D) şüasındırma funksiyası

E) gözün formasının təmin edilməsi


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.

13) Buynuz qişa neçə qatdan ibarətdir?

A) beş qatdan

B) altı qatdan

C) üç qatdan

D) dörd qatdan

E) iki qatdan


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.

-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.

14) Buynuz qişanın qatları necə yerləşir?

A) meridional istiqamətdə

B) konsentrik

C) çəp istiqamətdə

D) xaotik

E) buynuz qişanın səthinə paralel


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
15) Buynuz qişa nəyin hesabına qidalanır?

A) göz yaşı arteriyasının hesabına

B) bloküstü arteriyanın hesabına

C) kənarı ilgəkli damar şəbəkəsinin hesabına

D) arxa qısa siliar arteriyaların hesabına

E) tor qişanın mərkəzi arteriyasının hesabına


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
16) Buynuz qişa hansı təbəqələrdən ibarətdir?

A) ön və arxa epiteli, stroma, damarlı təbəqə

B) ön və arxa epiteli, boumen təbəqəsi, dessemet təbəqəsi, stroma

C) ön və arxa piqment epiteli, stroma

D) ön və arxa epiteli, stroma

E) ön və arxa piqment epiteli, boumen təbəqəsi, dessemet təbəqəsi, stroma


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога.-М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
17) Görmə sinirinin diski harada yerləşir?

A) göz dibinin mərkəzində

B) göz dibi sərhədlərindən kənar

C) göz dibinin yuxarı yarısında

D) göz dibinin burun yarısında

E) göz dininin gicgah yarısında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
18) Tor qişanın funksional mərkəzi hansıdır?

A) görmə sinirinin damar dəstəsi

B) mərkəzi çuxurcuq

C) yukstapapillyar zona

D) görmə sinirinin diski

E) dişli xətt zonası


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
19) Görmə sinirinin göz yuvasından çıxma yolu hansıdır?

A) göz yuvasının girdə dəliyi (foramen rotundum)

B) görmə dəliyi (foramen opticum)

C) yuxarı göz yuvası yarığı

D) aşağı göz yuvası yarığı

E) əng sümüyünün cibi


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
20) Damarlı yolun funksiyası nədir?

A) şüasındırma funksiyası

B) dayaq funksiyası

C) trofik funksiyası

D) müdafiə funksiyası

E) işıq qavraması funksiyası


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
21) Tor qişanın funksiyası hansıdır?

A) trofik funksiya

B) müdafiə funksiyası

C) işıq qavranması funksiyası

D) şüasındırma funksiyası

E) dayaq funksiyası


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
22) Gözdaxili mayeni əsasən hansı struktur hasil edir?

A) kiprikli cisim;

B) güzehli qişa;

C) büllur;

D) buynuz qişa.

E) xorioideya;


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
23) Tenon kapsulası nəyin arasında yerləşir?

A) damarlı qişanın və tor qişanın arasında

B) tor qişanın və şüşəvari cisimin arasında

C) damarlı qişanın və skleranın arasında

D) buynuz qişanın və skleranın arasında

E) göz almasının və orbitanın piy toxumasının arasında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
24) Boumen membranı nəyin arasında yerləşir?

A) buynuz qişanın epiteli və stroması arasında

B) xorioideya və tor qişa arasında

C) buynuz qişanın stroması və dessemet təbəqəsi arasında

D) buynuz qişanın dessemet təbəqəsi və endotelisi arasında

E) tor qişanın təbəqələri arasında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
25) Xorioideya nəyi qidalandırır?

A) tor qişanın xarici qatlarını

B) görmə sinirini

C) tor qişanın daxili qatlarını

D) bütün tor qişanı

E) skleranı


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
26) Göz almasının hərəki aparatı neçə əzələdən ibarətdir?

A) səkkiz əzələdən

B) on əzələdən

C) beş əzələdən

D) altı əzələdən

E) dörd əzələdən


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
27) «Əzələ qıfı» harada başlayır?

A) aşağı göz yuvası yarığında

B) yuxarı göz yuvası yarığında

C) girdə dəlikdə (foramen rotundum)

D) görmə dəliyində (foramen opticum)

E) göz yuvasının daxili divarında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
28) Haller arterial dairəsini nə əmələ gətirir?

A) gözyaşı arteriyası

B) əzələ arteriyalar

C) uzun arxa siliar arteriyalar

D) xəlbirvari arteriyalar

E) qısa arxa siliar arteriyalar


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
29) Tor qişanın mərkəzi arteriyası nəyi qidalandırır?

A) skleranı

B) xorioideyanı

C) tor qişanın xarici qatlarını

D) şüşəvari cismi

E) tor qişanın daxili qatlarını


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
30) Göz siniri hansı sinirdir?

A) qarışıq sinirdir

B) hissi sinirdir

C) parasimpatik sinirdir

D) simpatik sinirdir

E) hərəki sinirdir


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
31) Xiazma nahiyəsində görmə siniri liflərinin neçə faizi çarpazlaşır?

A) 75%


B) 10%

C) 25%


D) 50%

E) 100%
Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.



Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
32) Gözün inkişafı nə zaman baş verir?

A) bətndaxili ömrün 1-2-ci həftəsində

B) bətndaxili ömrün 5-ci həftəsində

C) bətndaxili ömrün 4-cü həftəsində

D) bətndaxili ömrün 2-ci həftəsində

E) bətndaxili ömrün 10-cu həftəsində


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
33) Damarlı qişa nədən əmələ gəlir?

A) mezodermadan

B) ektodermadan

C) damarlı qişa qarışıq mənşəlidir

D) entodermadan

E) neyroektodermadan


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
34) Tor qişa nədən əmələ gəlir?

A) ektodermadan

B) mezodermadan

C) neyroektodermadan

D) qarışıq mənşəlidir

E) entodermadan


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
35) Orbitanın yuxarı göz yarığından nə keçir?

A) alt çənə siniri

B) üst çənə siniri

C) eşitmə siniri

D) üz siniri

E) gözün hərəki sinirləri


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
36) Siliar (perikorneal) inyeksiya nəyin əlamətidir?

A) damarlı yol iltihabının

B) konyunktivitin

C) görmə siniri nevritinin

D) kataraktanın

E) retinitin


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
37) Ön kameradan gözdaxili maye axınının istiqaməti hansıdır?

A) bəbəyə doğru

B) qüzehli qişanın kökünə doğru

C) qüzehli qişanın piqment haşiyəsinə doğru

D) trabekulaya doğru

E) buynuz qişaya doğru


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
38) Dişli xəttin proyeksiyası nəyə uyğundur?

A) göz almasının düz əzələlərinin vətəri təsbit olduğu yerinə

B) ön kamera bucağının trabekulasına

C) buynuz qişanın limbinə

D) siliar cismin arxa sərhədinə

E) siliar cismin ön sərhədinə


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
39) Aşağıda sadalananlardan hansı şüşəvari cismin funksiyalarına aid deyil?

A) dayaq funksiyası

B) şüakeçirici funksiya

C) trofik funksiya

D) müdafiə funksiyası

E) normal oftalmotonusun saxlanılması funksiyası


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
40) Aşağıda sadalananlardan hansı göz almasının qanla təmin edilməsində iştirak etmir?

A) arxa uzun siliar arteriyalar

B) arxa qısa siliar arteriyalar

C) tor qişanın mərkəzi arteriyası

D) üst çənə arteriyası

E) ön siliar arteriyalar


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
41) Arxa qısa siliar arteriyalar nəyi qidalandırır?

A) buynuz qişanı

B) skleranı

C) qüzehli qişanı

D) tor qişanın xarici qatlarını

E) tor qişanın daxili qatlarını


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
42) Aşağıda sadalananlardan hansı ön kamera mayesinin funksiyalarına aid deyil?

A) tor qişanın qidalanması

B) buynuz qişanın və büllurun qidalanması

C) oftalmotonusun normal səviyyədə saxlanılması

D) şüasındırma funksiyası

E) gözdən mübadildə məhsullarının kənar edilməsi


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
43) Aşağıda sadalanan strukturlardan hansı foveolada mövcuddur?

A) bipolyar hüceyrələr

B) xarici pleksiform təbəqə

C) kolbacıqlar

D) daxili pleksiform təbəqə

E) çubuqcuqlar


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
44) Aşağıda sadalananlardan hansı qüzehli qişanın kiçik damar dairəsi xüsusiyyətlərinə aid deyil?

A) qüzehli qişanın bəbək kənarında, piqment haşiyə ilə yanaşı yerləşir

B) qüzehli qişanın kökü nahiyəsində siliar cisimdə yerləşir

C) arxa uzun siliar arteriyalar onun formalaşmasında iştirak edir

D) ön siliar arteriyalar onun formalaşmasında iştirak edir

E) arterial və venoz kələfdir


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
45) Sensor tor qişa hansı nahiyədə ən qalındır?

A) makula nahiyəsində

B) dişli xətt nahiyəsində

C) fovea nahiyəsində

D) ekvatorda

E) görmə siniri diski ətrafında


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
46) Vortikoz venalar haqda aşağıda qeyd olunanlardan hansı düzgün deyil?

A) vortikoz venalar qanı damarlı qişadan aparır

B) vortikoz venalar qanı tor qişanın venoz sistemindən aparır

C) vortikoz venalar skleranı çəp istiqamətdə dəlib keçir

D) vortikoz venaları göz almasının arxa seqmentinin müayinəsi zamanı görmək olur

E) hər gözdə 4-7 vortikoz vena var


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
47) Büllurun kapsulası hansı hissəsində ən nazikdir?

A) büllurun ekvatorunun yuxarı yarısında

B) büllurun arxa qütbündə

C) büllurun ekvatorunun aşağı yarısında

D) büllurun ön qütbündə

E) büllurun ön qütbündən bir qədər yuxarı və aşağı yerləşən nahiyələrdə


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
48) Embriogenez zamanı büllur nədən əmələ gəlir?

A) neyroektodermadan

B) neyroektodermadan və mezodermadan

C) səthi ektodermadan

D) mezodermadan

E) mezomermadan və səthi ektodermadan


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
49) Aşağıda sadalananlardan hansı ilə şüşəvari cismin ən möhkəm əlaqəsi var?

A) makula nahiyəsində olan tor qişa ilə

B) görmə sinirinin diski ətrafında olan tor qişa ilə

C) büllurun arxa kapsulası ilə

D) sinn bağı ilə

E) dişli xətt nahiyəsində olan tor qişa ilə


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005
50) Aşağıda sadalananlardan hansı tər vəziləridir?

A) Volfrinq vəziləri

B) Meybom vəziləri

C) Moll vəziləri

D) Krauze vəziləri

E) Seyss vəziləri


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
51) Qüzehli qişada hansı əzələlər yerləşir?

A) Müller əzələsi və sfinkter

B) dilyatator və Müller əzələsi

C) Müller və Brükke əzələləri

D) Brükke əzələsi

E) sfinkter və dilyatator


Ədəbiyyat: М.А.Краснов. Элементы анатомии в клинической практике офтальмолога. -М.: Медгиз, 1952.

Е.Е.Сомов. Клиническая анатомия органа зрения. -3-е изд., перераб. и доп. -М.: МЕДпресс-информ, 2005.
Каталог: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə