Vəfa XANOĞLAN, Bakı Xoreoqrafiya Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru İlyas Əfəndiyev yaradıcılığında milli istiqlal ideyası Təqvim yada salır Azərbaycanda məşğulluq xidmətləri modernləşdirilir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı konfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, layihənin icraçıları olan Litva, Avstriya və İsveçdən olan ekspertlər də iştirak edirlər. Əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavi
-
ni Mətin Kərimli əhalinin
səmərəli məşğulluğuna
yönələn tədbirlərin
gücləndirilməsinin Azərbaycan
Prezidenti İlham Əliyevin
sosial-iqtisadi siyasətinin əsas
prioritetlərindən olduğunu və
bu sahədə dövlət məşğulluq
orqanları qarşısında mü
-
hüm vəzifələr dayandığını
vurğulayıb. Nazir müavini
bildirib ki, aparılan islahatla
-
rın bir istiqaməti məşğulluq
xidmətlərinin beynəlxalq
standartlara uyğun yanaşma
-
lar əsasında təkmilləşməsinə
yönəlib. İşsiz və işaxtaran
vətəndaşların əmək ba
-
zarına inteqrasiyasında
məşğulluq orqanlarının daha
səmərəli fəaliyyət mexaniz
-
minin, müasir iş modelinin
qurulması üçün aparılan
islahatlarda “Azərbaycanda
məşğulluq xidmətlərinin
modernləşdirilməsinə dəstək”
Tvinninq layihəsi də yeni
imkanlar yaradıb. Layihənin
icrasında Litva, Avstriya və
İsveçin aidiyyəti qurumlarının
timsalında Avropa məşğulluq
xidmətlərinin qabaqcıl
təcrübələrinin öyrənilməsi
xüsusi önəm kəsb edir.
M.Kərimli deyib ki, məşğulluq
xidmətlərinin göstərilməsində
müasir yanaşmanın tətbiqi na
-
zirlik qarşısında duran ən vacib
məsələlərdəndir.
Litva sosial təminat
və əmək nazirinin müavini
Eqle Radisauskiene əhalinin
məşğulluğunun təmin edilməsi,
bu sahədəki dövlət siyasətinin
gücləndirilməsi istiqamətində
Azərbaycanda aparılan isla
-
hatların maraqla qarşılandığını
deyib.
Konfransda “DOST”
Agentliyində məşğulluq
xidmətlərinin yeni modelinə
dair tövsiyələr”, “Avro
-
pa İttifaqının ən yaxşı
təcrübələri və “DOST”
nöqteyi nəzərindən Dövlət
Məşğulluq Xidmətinin yeni
modelinə dair təkliflər”, “Peşə
məsləhətinin keçirilməsində
məşğulluq xidmətinin rolu və
vəzifələri”, “Avropa İttifaqı
ölkələrinin ən yaxşı təcrübələri
və Azərbaycanda məşğulluq
xidmətinin yeni modelinə
dair tövsiyələr”, “Əlilliyi olan
şəxslərin peşə reabilitasiyası
-
nın təşkili məsələsində İsveç
təcrübəsi, “Yaşıl kənd”, “Kənd
yerlərində özünüməşğulluğun
təşkili üçün yeni konsepsiya” və
s. mövzularda təqdimatlar olub.