Laboratoriyada olan bütün ölçmə vasitələri izlənməni nəzarət altında saxlamaq məqsədilə dövrü olaraq birincili etalonlarla daim yoxlanılır.
Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:
1. CNT-91 Pendulum tezlikölçən analizator
2. FLUKE 6500-2 Portativ Avadanlıq Testeri
3. FLUKE PN 76-903 multipurpose phantom
4. FLUKE-TNT 12000 Simsiz Xray Dozimeter
5. IET HRRS-5Kv high resistance box (müqavimət mağazası)
6. Impulse 7000DP Defibrillator Pacemaker Tester
7. Smartmicro EKTSDG-010001 radar ölçən
8. Teraommetr ПРОФКИП E6-13M
Təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi
Laboratoriya – nümunəvi manometr, nümunəvi vakuummetr, nümunəvi manovakuummetr, qeyd edən və özüyazan manometrlər, elektrokontaktlı və məsafə manometrləri, əyriborulu manometr, mikromanometr, təkər (şin) manometrlər, çıxış siqnalı ilə monometr, vakuummetr, dartıcı təzyiq ölçən, pnevmatik təzyiq ölçən, mikromanometr, oksigen manometr, membranlı və civəli sfiqmanometrlər (tanometr), barometrlər, diferensial manometr, yanacaq paylayıcı kolonka, yağ paylayıcı kolonka, elektromaqnitli və pərli sərfölçənlər, kameralı sərfölçənlər, porşenli boru qurğusu, anemometr, bir kanallı və çox kanallı dozator pipetləri, süni tənəffüs aparatı, avtoçənlər, metalik ölçü qabları, şüşə ölçü qabları (kolba, yağlılıq ölçən, silindr, menzurka, stəkan, mikropipetlər büretka, mikrobüretka və s), su tutucusu, piknometr, üfüqi və şaquli polad çənlərin həndəsi üsulla dərəcələnməsi, perfuzo, infuzomat kimi ölçü vasitələrinin yoxlanılması və kalibrlənməsi fəaliyyətini həyata keçirir.
Bütün bu prosesləri yerinə yetirmək üçün adı çəkilən laboratoriya VT 305 (Fluke biomedical)-gaz flow analyzer, BP Pump 2 (Flike medical)-NON-İnvasive Blood pressure monitor analyzer, İDA 5 (Fluke medical)-infusion device analyzer, çoxfunksiyalı kalibrator Druck DPİ-612 kimi həssas və dəqiq cihazlarla təchiz olunmuşdur.
Kalibrləmə və yoxlama metodları kimi beynəlxalq standartlara, İSO, türk standartlarına, QOST-lara və metodiki göstəricilərə istinad olunmuşdur. Bütün bu metodlar referans standart metod olmaqla Milli akkreditasiyadan keçmişdir. Laboratoriyada olan bütün ölçmə vasitələri izlənməni nəzarət altında saxlamaq məqsədilə dövrü olaraq birincili etalonlarla daim yoxlanılır.
Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:
1.Fluke-Gas-Flow-Analyzer-VT305
2.IDA-5 Infusion Pump Tester and Analyzer
3.Amprobe TMA-21HW Hot Wire Anemometer
4.BP Pump 2 non-invasive blood pressure analyzer
5.Olympus 27 MG Ultrasound thickness measuring instrument
Dostları ilə paylaş: |