“Ölməmişdən ölən könlüm”



Yüklə 0,79 Mb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#1657
1   2   3   4
Fəxrəddin Salim

Filologiya üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN HARAYI


Azərbaycan! Vətənim hey, elim hey!

Parçalandın niyə dilim-dilim hey?

Min illərdi nalə çəkir dilim hey!

Yetər daha yatdığınız, oyanın!

İblis ilə yol getməyin, dayanın!
Oyan, millət, bu qəflətdən, amandır,

Röyaların tamam zənnü-gümandır,

Yollarımız qar-çovğundu, dumandır,

Başdan-başa ölkə dərddir, ələmdir,

Kəsilibdir qollarımız, qələmdir.

Saraylarda daim fitnə-fel olub,

Məzlumların göz yaşları sel olub,

Bizi yıxan, yaltaq, satqın döl olub,

Mədhiyyələr qulaqları batırır,

Laylay deyib, el-obanı yatırır.


Tarixlərdən gəlin alaq ibrəti,

Hardan aldı bu satqınlar şöhrəti?!

Tapdalayıb ar-namusu, qeyrəti,

Əcnəbiyə bələdçilik etdilər,

Yəhudidən təlim almış itdilər.

Şeytan olub yollarını azdılar,

Ulu türkün tarixini pozdular,

Laykalardan poemalar yazdılar.

Erməniyə, rusa baba dedilər,

Cavidlərin başlarını yedilər.


Sallaqxana carçıları oldular,

Qətl, qarət zınqırovu çaldılar,

Boynumuza boyunduruq saldılar.

Toy tutdular bütün elə, obaya

Axtalanıb döndü bunlar yabıya.
Qoşuldular bolşevik daşqasına,

Şaumyana- erməni çoşqasına.

Stalinin döndülər peşqasına.

Fəxr etdilər yandıraraq quranı,

Dağıtdılar Türküstanı, Turanı!
Casus olub danosları yazdılar,

Sibirlərdə bizə qəbir qazdılar.

Köksümüzə saplanmış bir pazdılar.

Bağışlandı Qarabağın açarı,

Mişarlandı Dərbənd, Göyçə, Borçalı!

Zəngibasar dönüb oldu Hayastan,

Qoşdu Vurğun, Şaumyana bir dastan,

Çıxa bilmir Azərbaycan bu yasdan.

Hürriyyətə hərzə-hədyan dedilər,

Qururuq biz yeni dövran dedilər.

El-obanı hərraclara qoydular,

Cəllad kimi dərimizi soydular,

Ərənlərin gözlərini oydular.

Nəsillərin dönüb oldu kor oğlu,

Əsir düşdü Giziroğlu, Koroğlu.
Bolşevizmin cəhənnəmi qalandı.

“Kimi sürgün oldu, kimi talandı”,

Çərxi-fələk döndü, tərsə dolandı.

Nəsimilər dabanından soyuldu,

Haqqı görən gözlərimiz oyuldu.
Eşitmədik ərənlərin nərəsin,

Kəsəmmədik gavurların bərəsin,

Görəmmədik cəhənnəmin dərəsin.

Yetmiş bir il qazanlarda qaynadıq,

Biclər çaldı, biz də gic-gic oynadıq.
Qanqal kimi hərtərəfdə bitdilər,

Ədiblik yox, nökərçilik etdilər,

Əlləri boş, üzü qara getdilər.

İblislərə eylədilər biəti,

Qazandılar Yezid kimi lənəti.
Eşit, sözüm tarixlərə aynadır,

Cəhənnəmin qazanları qaynadı.

Tufan qopdu, el yerindən oynadı,

Millət axdı meydanlara töküldü,

Köynəyimdən qanlı bayraq tikildi.
Dağlar-daşlar ah-nalədən inlədi,

İsrafil də Surun çaldı ünlədi,

Millət məni, ruhum ərşi dinlədi.

Dəmirdağda tonqal çatdım, qaladım,

Tənha qaldım, Bozqurd oldum, uladım.
Ürəyimə dağ basdılar yan-yana,

Nadanları gördüm baxdım hayana.

Lənət belə zəmanəyə, dövrana.

Hey asıldım, heykəlləşdim, daş oldum,

Yenə gəldim zahidlərə tuş oldum.
Qurban olub sürülərdən seçildim,

Abi-həyat çeşməsiyəm, içildim.

Bir ney kimi Laməkandan biçildim,

Fəryad edib sonsuzluğa uçdum hey!

Surətlərdən, mənalardan keçdim hey!
İudalar, qoca qurdlar, lisalar,

Tərtib edib yeni qanun, yasalar,

İstədilər yenə məni asalar.

Oda yaxıb, diri-diri soyurlar,

Öldürürlər, sonra heykəl qoyurlar.

Azərbaycan! Vətənim hey, elim hey!

İnkar olan soyum, köküm, dilim hey!

Əsir düşən mənim Göyçə gölüm hey!

Ulu türkəm, Azərbaycan oğluyam,

Vətənimə, millətimə bağlıyam.


Yaman yıxdı bizi başsız başçılar,

Zəhər qatdı aşımıza aşçılar.

Cəllad imiş qaş düzəldən qaşçılar.

Gözümüz kor, dilimiz lal olubdu,

Gülüstanda güllərimiz solubdu.
Çərx dolanır, axırzaman yetişir,

Hamı qəflət yuxusunda yatışır,

Halal, haram bir-birinə qatışır,

Hərəmxana, qumarxana açırlar,

Biqeyrətlər bir-bir qoyub qaçırlar.
Tulaların qurdla aşna olubdur,

Çoban yoxdur, sürü başsız qalıbdır,

Əcnəbilər ölkəmizə dolubdur.

Sərvətimiz, qeyrətimiz satılır,

Qollarımız arxamızda çatılır.
Gözəllərin pritonlarda yatışır,

“Mədəniyyət kürsəyi”ndə atışır,

Əcnəbiylə bir-birinə qatışır.

Namus, qeyrət, hər şey pula satılır;

Körpələr də bic doğulub atılır!

Ölkə olub «Qoca qurda» bir bazar;

Millət avam, o sa quduz canavar,

Məhv eyləyir milli olan hər nə var.

Deməyin, bu söz-söhbətdi, nağıldı,

Belə getsə, tifağımız dağıldı!


Min bir fitnə, min bir oyun qurulub,

Millət bezib bu oyundan, yorulub,

“Ziyalın” da axtalanıb, burulub.

Xacələrdən yeni nəsil törəməz,

Min il keçsə, korlar günəş görəməz.
Yarasa tək doluşdular deşiyə,

Anya, Tanya layla dedi beşiyə,

Sahib çıxdı dığa evə-eşiyə.

Haxciklərlə bir döşəkdə yatdılar,

Qanımızı it qanına qatdılar!
El sözüdür: “oğul oxşar dayıya”.

İşlərimiz dirənibdir qayaya

Düşmən dönüb yaralanmış ayıya,

Quduzlaşıb, bizi didib-dağıdır,

Əlbir olub dayı-bala, yağıdır!

Ter prezident, Artur olub baş nazir,

Dinsizlərin hüzurunda şeyx hazır,

Əl altından fitva verib gor qazır.

Aldanmayın, qoyun deyil, qurddu o,

Ürəklərə xəncərləri yortdu o.


Məzlumların ahı ərşə dirənir,

Başın üstə qara kabus hərlənir,

Yağmur kimi göydən dərd-qəm ələnir.

Göy kişnəyir, buludların ağlayır,

Sellər daşıb, yollarımı bağlayır.

Ulduz doğub, Qoşabulaq qaynamır,

Qırat, Dürat şahə qalxıb oynamır,

Aşıq Cünun dəliləri haylamır.

Tərki silah meydanlara atıldım,

Sazla, sözlə döyüşlərə qatıldım.


Dara düşdüm, dəlilərim bilmədi,

Ha çağırdım, Dəli Həsən gəlmədi,

Nigar xanım göz yaşını silmədi,

Gecə-gündüz Eyvaz deyib ağladı,

Ah-naləsi ürəyimi dağladı.
Yağı qalxdı Qıratımın belinə,

Aldı Misri qılıncımı əlinə,

Düşdük keçəl həmzələrin felinə.

Qıratımı, qılıncımı satdılar,

Məni zülmət quyusuna atdılar.
Obaların, oymaqların boşaldı,

Körpələrin güllələrə tuş oldu,

Başkəsənlər, qaniçənlər baş oldu.

Kürsülərdə dil boğaza qoymayır,

Zəli kimi qan içməkdən doymayır.
Bu bayquşlar yenə yaman ulayır,

Axmaq köpək qurdun dalın yalayır,

Çalbölüklər yurd-yuvanı talayır.

Xoruz susur, toyuqların banlayır,

Dəli könlüm fəlakəti anlayır!
Hiyləgərlər başımızı qatırlar,

Xərçəng olub hər yerə kök atırlar,

Rüşvət ilə yüklərini çatırlar.

Millət sağmal inək kimi sağılır,

Elm, təhsil ocaqların dağılır.

Hökmdarlar şan-şöhrətin əsiri,

Nadanlara yoxdur sözün təsiri,

Olubdurlar bir qarının yesiri.

Məclis qurub gecə-gündüz tıxırlar,

Heyran-heyran əcnəbiyə baxırlar!

Azərbaycan! Vətənim hey, elim hey!

Harda qaldın mənim səba yelim, hey!

Kol dibində boynubükük gülüm, hey!

Kolun-kosun kölgəsindən çıxginən,

Baş qaldırıb bir günəşə baxginən.
Dörd bir yanın qaratikan koludur,

Başın üstə qarğa-quzğun doludur,

Xilas yolun Haqq-ədalət yoludur.

Dağlar, daşlar savaş deyib bağırır

Vətən bizi harayına çağırır.
Ehey, mənim Türk, müsəlman qardaşım,

Kədər-qüssə, dəd-ələmdir hər daşın,

Qarşıda var çox müqəddəs savaşın,

Damarlarda qoy qanımız qaynasın,

Altda kəhər, əldə qılınc oynasın.
Ərənlərə hər an döyüş zamanı,

Bu savaşda əldən vermə bir anı,

Qanla yazaq qəhramanlıq dastanı,

Millətimiz əsir-yesiq olmasın,

Qisasımız qiyamətə qalmasın.
Yetər! verdin kafirlərə aman, hey!

Harda qaldın, Mehdi Sahibzaman hey?!

Nalə çəkir mənim bəxtsiz anam, hey!

Əfsanəydim, dastan idim, nağıldım,

Məzlumların naləsindən doğuldum.
Nə yoruldum, nə dincəldim, nə yatdım,

Gah qılınca, gah qələmə əl atdım,

Bütlər yıxdım, möcüzələr yaratdım,

Oldum dövrün İbrahimi, İsası,

Mirasımdır Kəlamullah Əsası.
Başdan-başa tarix qanla yazılıb,

Məzarımız siyasətlə qazılıb,

Yaratdığım tarix tərsə yozulub,

Millət yenə iblislərə uyubdur,

Meydanlarda məni tənha qoyubdur.
Bir olduqca ərənlərə qatıldıq,

Aslan olub döyüşlərə atıldıq,

Parçalandıq, tonqallara çatıldıq,

Düşmən bizi yaman saldı oyuna,

Oxşatdılar gah xərə, gah qoyuna!
Düşmənlərin hiyləsinə uymayın!

Yetər, haqqın gözlərini oymayın!

Nəsimiyəm, yenə məni soymayın.

Aldanmayın zahidlərin sözünə,

Azərbaycan, güvən özün özünə!

Bəsdir daha lənət deyin şeytana,

Car çəkirəm xəbər verin hər yana,

Qalx ayağa! Millət, yürü meydana,

Satqınları vəlvələyə salayın,

Vətən üçün şəhid, qazi olayın.


Gəlib çatıb çoxdan qisas zamanı,

Yetər verdik daşnaqlara amanı,

Tutaq yenə dığalara divanı,

Xocalının qisasını alayın,

Şah babam tək qələbələr çalayın!
O tay, bu tay, şimal, cənub birləşsin,

Millətimiz ərənləşsin, ərləşsin,

Qaçqın-köçgün İrəvana yerləşsin,

Gavurlarda qoymayaq bu qisası,

Yalnız budur qələbənin əsası.

Satqınları taxtlarından salginən,

Vahid millət, vahid dövlət olginən,

Bu dünyadan muradını alginən.

Bilgi, hikmət xəzinəsi aransın,

Milli birlik, milli dövlət yaransın.

Bayrağımız, millətimiz ucalsın.

El-obanın birliyindən güc alsın,

Doğu, Batı hər tərəfdən öc alsın.

Yeni nizam, yeni divan qurulsun,

Çərxi-fələk bayrağıma vurulsun.
Qoy yığılsın millət, qopsun qiyamət,

Bu çirkabdan ölkə çıxsın nəhayət,

Hakim olsun ilahi bir siyasət,

Haqq-ədalət olsun dövlət yarağı,

Birdəfəlik sönsün zülmün çırağı.
Yer titrəsin, ildırımlar çaxılsın,

Od ələnsin, zalım yansın, yaxılsın,

Şeytan-iblis qurğuları dağılsın.

Cihad edək millət, vətən eşqinə,

Döyüşəyin, gəlin Allah eşqinə.

Son qoyulsun bu qaydasız oyuna,

Ellər gəlsin «Qoca qurd»un “toy”una,

Lənət desin ac canavar soyuna,

Haramzada, xain, iblis uşağı,

İblis deyil, iblisdən də aşağı.


Girib bunlar min sifətə, min dona,

Tələ qurub, tor atıblar, hər yana,

Bəla olub, Ya Rəbb, Azərbaycana,

Yağmaladı, soydu, çapdı, taladı,

Ata-bala bu millətə bəladı.

Azərbaycan! Vətənim hey, elim hey!

Zikr eyləyir “Ənəlhəqq”i dilim, hey!

Cəngi üstə köklənibdir telim, hey!

Güney, Quzey, Doğu, Batı mənimdir,

Haqq nahaqqa, nahaq haqqa qənimdir.


Adəm kimi gəlin tövbə edək biz,

Haqdan gəldik, Haqqa doğru gedək biz,

Qızılquş tək ovumuzu güdək biz,

Tapdanmayaq topal kimi, kor kimi,

Yağılardan qisas alaq, ər kimi.

Ayrılıqda dərd-bəlanı yeyiblər,

Bulud kimi göz yaşları geyiblər.

“Birlik harda, dirlik orda deyiblər!”-

Ataların, babaların sözüdür,

Çaldığım saz ərənlərin sazıdır.


Ozan dədə, ələyimiz ələnir,

Oğuz eli dilənçi tək dilənir,

Ana vətən öz qanına bələnir.

Bu gedişlə işlərimiz fırıqdır,

Yeriməyir, arabamız qırıqdır.
Əl atdılar üzüyümün qaşına,

Qan çiləndi torpağına, daşına.

Nələr gəldi vətən, sənin başına?!

Savalanda yatmış idim, oyandım,

Əl çatmayan zirvələrdə dayandım.
Ağatlıyam, Savalandan gəlmişəm.

Zaman-zaman döğulmuşam, ölmüşəm.

Cordanoyam, Nəsimiyəm bilmişəm.

Süleymanam, quş dilinə dilçiyəm,

Bu aləmə Haqqdan gələn elçiyəm.
Era bitir, yeni dövr başlayır,

Xain alçaq düşmənlərə işləyir,

Əqrəb kimi xilaskarın dişləyir,

Amansızdı, kəmfürsət, baş yeyəndi,

İblis ona, o iblisə həyandır.
Keçən keçib, gələcəksə qabaqda,

Belə getsə, ağlayassan sabah da.

Gün əyilib, nə qalıbdır ta vaxta?!

Karvan gedib, sizsə yatıb qalmısız,

Boş ümidə, xam xəyala dalmısız.
Minilliklər bir-birinə calandı,

Arzu, ümid əfsanədir, yalandı.

Kəşf, ixtira dövrə sahibzamandı;

Biri Qırat, biri Misri qılıncdı,

Xilasımız elm, ürfandı, inancdı.

Xəbər verin, oğuz eli oyansın,

Səf-səf olub cərgəmizdə dayansın,

Günəş doğsun, aləm nura boyansın,

Əbədiyyət bayrağını götürək,

Zülmətləri ilim-ilim itirək!


Türkük, Turan dünyasını qoruyaq,

Gəl pərişan saçlarını darıyaq,

Loğman olub yaraların sarıyaq.

El-obanın dərdlərinə yetişək,

Bölünməyək bütövləşək, bitişək.
Haqq eşqiylə, iman ilə yoğrulaq,

Dərya kimi çalxalanaq, durulaq,

Gəlin biz də tarixlərdən dərs alaq,

Kainatın sirlərini oxuyaq,

Yerə, göyə nurdan xalı toxuyaq.
Ulu Tanrım, səndən ilham alıram,

Eşqlə ürfan dəryasına dalıram,

Gah “Kərəmi”, gah da “Cəngi” çalıram,

Bir ümmanam, hey çağlayıb, coşuram,

Dastanımı yana-yana qoşuram.
Xətainin qanı qaynar qanımda,

Əbədiyyət eşqi yanır canımda,

Diz çökmüşəm ustadımın yanında.

Fəzlullahım, Şəmsim - İmam Əlidir,

Haqqı bilən bilir, pirlər Piridir.
Korun-korun yandım, yandım, alışdım,

Şölələnib sonsuzluğa ulaşdım,

Yerdə, göydə, ərşdə, kürsdə dolaşdım,

Kaman mənəm, nalə mənəm, ah mənəm,

Eşq yolunda cünun mənəm, şah mənəm.
Xızır, İlyas, Musa, İsa mənəm, mən!

İncil, Quran, hakim, yasa mənəm, mən!

Örnək olan hər bir kəsə mənəm, mən!

Min yol soyub, oda yaxsan diriyəm,

O müqəddəs Qüdsi-ruhun sirriyəm!
Bu keçmişin, gələcəyin sorağı,

Eşqlə ürfan aşiqlərin yarağı,

Ulu Tanrım verib könül Buraqı,

Alıb məni dərgahına götürsün,

Mətləbimə, muradıma yetirsin.

Əzəl gündən Haqq eşqiylə yoğruldun,

Adəm ilə cənnətlərdən qovuldun,

Əbədiyyət üfüqündə doğuldun,

Nemət, oldun haqq-ədalət vəlisi,

Məcnunların, dəlilərin Dəlisi!

17. 11. 1997
SAĞ İKƏN QƏBRİMİ QAZIB GƏLİRƏM!
Öldürə bilmədiz, dana bilmədiz,

Qanımla dastanlar yazıb gəlirəm!

Aşiqəm, oduma yana bilmədiz,

Küllü kainatı gəzib gəlirəm!


«Dostlar» namərd oldu, düşmənlər alçaq,

Rüşvətxor yaltaqlar olsa da “qoçaq”,

Sönməz yandırdığım müqəddəs ocaq,

Çox qara tikanlar əzib gəlirəm!


Qəlbimi el üçün yandırıb, yaxdım,

Cahillər odumu tapdayır baxdım,

Ulduz tək parladım, sel kimi axdım,

Yel kimi, od kimi dazıb gəlirəm!


Yollar keçib gəldim boranlı, qarlı,

Azadlıq qazandım dərdli, azarlı,

Satqın, quldur oldu dövlətli, varlı,

Sel tək dağdan daşdan sızıb gəlirəm!


Deməyin, günahkar yenə dövrandı,

Gələn də, gedən də haqqımı dandı,

Yatmışdı, qəflətdən bəxtim oyandı,

Yusifəm yuxular yozub gəlirəm!


Meydan sulayırlar ac qudurğanlar,

Ev yıxıb, baş kəsib tökürlər qanlar,

Millətə dərs verir yenə nadanlar,

Var haqqa ehtiyac sezib gəlirəm!


Yox fani dünyanın yox, etibarı,

İtirib çoxları namusu, arı,

Bağlanır hər yerdə haqqın bazarı,

Çözülməz düyünlər çözüb gəlirəm!


Həm tarix yaratdım, həm dastan yazdım,

Çox düyünlər çözüb, sərhədlər pozdum,

Divlər, əjdahalar qəbrini qazdım,

Sehirlər, tilsimlər pozub gəlirəm!


Bu nə müsübətdi, bu nə həvəsdi,

Yenə «qardaşlarım» ipimi kəsdi,

Xain, alçaqlara deyirəm bəsdi!

Divlərin boğazın üzüb gəlirəm!


Taledi, qədərdi Haqdan baş oldum,

Məlikməhəmmədə yar, yoldaş oldum,

Namərd, nankorlara dost, qardaş oldum,

Qanlı köynəyimi büzüb gəlirəm!


Dar gündə köməyə kimsə gəlmədi,

Yaram qan ağladı, üzüm gülmədi,

Nələr çəkdiyimi heç kəs bilmədi,

Haqqa susamışam, suzub gəlirəm!


Bizə qoca kaftar oyun oynadı,

Dəli könlüm coşdu, qanım qaynadı,

Dövrə, zəmanəyə şerim aynadı,

Səbrim aşıb, daşıb bezib gəlirəm!


Yandı, məşəl kimi yandı ürəyim,

Hər ocaqda oldu, duzum, çörəyim,

Olubdur həmişə eşqim gərəyim,

Kükrəmiş aslanam qızıb gəlirəm!


Ömrüm gəlib keçdi ildırım kimi,

Yollar eniş-yoxuş sıldırım kimi,

Qəflətdən oyadım qaldırım kimi?!

Əlimi hər yerdən üzüb gəlirəm!


Ruhum da əbədi xalq üçün yanar,

Məni dananları tarixlər danar,

Haqqımı gələcək nəsillər anar,

Yollar, xəritələr, cızıb gəlirəm!


Millətim didərgin, vətənim para,

Çəkildim çarmıxa, asıldım dara,

Min can qurban deyib, vermişəm Yara,

Dözülməz dərdlərə dözüb gəlirəm!


Haqqa aşiq olan hər dərdə dözər,

Eşqin dəryasında Məcnun tək üzər,

Azadlıq eşqiylə dünyanı gəzər,

Hər şeyi nizama düzüb gəlirəm!


Səcdəyə qapanıb, merac eylədim,

Sağalmaz dərdimi Yara söylədim,

Neylədim özümə, özüm eylədim,

Qıy vurub şahin tək süzüb gəlirəm!


Haqq üçün düşmüşəm, daim yollara,

Dərd çəkib, qəm yeyib, düşsəm də dara,

Qalmaram dünyada aciz, avara,

Eşqin dəryasında üzüb gəlirəm!


Odlara qalandı elim də yandı,

Dərdimi söylədim dilim də yandı,

Mən elə yandım ki, külüm də yandı,

Yox oldu varlığım tozub gəlirəm!


Ölmədən ölmüşəm, ölməzəm artıq,

Günəş tək əbədi sönməzəm artıq,

Ölsəm də bu yoldan dönməzəm artıq,

Əcəl şərbətini süzüb gəlirəm!


Nemətəm, ömrümü vermədim bada,

Xalq üçün özümü atmışam oda,

Düşmən qabağından qaçmam dünyada,

Sağ ikən qəbrimi qazıb gəlirəm!


2010

GETDİ
Zəmanə dolanıb, tərsinə döndü,

Tanrım, Çənlibelli dövranım getdi.

Satıldı millətim talandı vətən,

Hökmüranlıq edən zamanım getdi.
Koroğlum, Nigarım, Həcərim, Nəbim,

Gedibdir, dünyanı tutubdu qəmim.

Dəryada qərq oldu Yunis tək gəmim,

Etdiyimiz əhdi-peymanım getdi.


Xalqımın şöhrəti, şanından deyim,

Kəsilən saçların sanından deyim,

Dəyişən dinindən, donundan deyim,

İsmət, abır-həya, imanım getdi.


Qaplanların, Aslanların qocaldı.

Tülkülər, çaqqallar şirdən bac aldı.

Azərbaycan, ərənlərin necoldu?

Qəflətdə uyudun karvanım getdi.


Ənəlhəq söyləyib çəkildim dara.

Məcnun olub düşdüm, yar, səhralara.

Vəfasız cananım getdi əğyara,

Mənim yar yolunda min canım getdi.


Qurban getdi Cavid, Mənsur, Nəsimi.

Almışam röyada haqdan dərsimi.

Qüdrətdən köklənib sazımın simi,

Ərşə qalxdı, ahım-amanım getdi.


Baxıb bu dövrana oldum kədərli,

Günlərim ötüşmür qəza-qədərli,

Daş düşsün başına, Nemət Kədərli,

Getdi Xətai tək soltanım getdi.


1979

ULAMIR XİLASKAR QURD,

AZƏRBAYCAN
Olubdur əzəldən mərdlər oylağı,

Dağları, daşları sərt Azərbaycan!

Babək, Nigar, Həcər, Koroğlu, Nəbi,

Salıb dağlarında yurd, Azərbaycan!


Hanı Fateh, Teymur, Çingiz, Oğuzxan?!

Necoldu, neylədin, bivəfa cahan?

Yoxdur el-obanın qeydinə qalan,

O Şah babam kimi mərd, Azərbaycan!


Necoldu yer verdin sara qoynunda?!

Mərdləri yandırdın nara qoynunda,

Çəksələr çarmıxa, dara qoynunda,

Olacam düşmənə dərd, Azərbaycan!


Oyan, bu qəflətdən yaralanmısan,

Bir bütöv almaydın, paralanmısan,

Gör indi kimlərə məskən olmusan,

Ulamır xilaskar qurd, Azərbaycan!


Din gedibdir, dil də çıxır aradan,

Bizə kömək olsun özü, Yaradan,

Nemət Kədərlini qurtarsın dardan,

Birləşsin el-oba, yurd, Azərbaycan!


1979

DƏHŞƏTDİR, DƏHŞƏT.


Bəhmən Vətənoğluna
Gəl sənə söyləyim, ey Vətənoğlu,

Bolşevik dövranı dəhşətdir, dəhşət.

Kommunist köpəyi kefdə-damaqda,

Laykanın heyranı dəhşətdir, dəhşət.


Dağıldı sərhədlər, aşıldı həddlər,

Doğranıb odlara qalandı mərdlər,

Ürəyim sızlayır, böyükdür dərdlər,

Vətənin seyranı dəhşətdir, dəhşət.


Yanır, alovlanır ürək, bilən yox,

Bu eldə, obada üzü gülən yox,

Ağlar göz yaşını kimsə silən yox,

Yabılar cövlanı dəhşətdir, dəhşət.


Başı olmayanlar başa çıxıbdır,

Xainlər, düşmənlə qoşa çıxıbdır,

Arzular, ümüdlər boşa çıxıbdır,

Millətin hər anı dəhşətdir, dəhşət.


Çarə tapmalıyam mən bu işlərə,

Tikanlı simləri salam dişlərə,

İstanbul, Təbrizə kaş yol işləyə,

Gavurun dövranı dəhşətdir, dəhşət.


Fikirlər bənzəyir uçan bir quşa,

Uçuban qarışam qohum-qardaşa,

Yetər, satqınları çıxardıq başa,

Satqın şər-şeytanı dəhşətdir, dəhşət.


Nemət Kədərliyəm, girsəm meydana,

Kükrəyib dönərəm qızmış aslana,

Qüvvəti el verə, südü mərd ana,

Coşa Haqq Aslanı, dəhşətdir, dəhşət.


1984

KÖNÜL
Dərd əlindən şair olub,

Baxıb bu dövrana, könül!

Millətlər zülm altda qalıb,

Bəd gəlib zəmanə, könül!
Xalqlar, millətlər məhbəsdə,

İnlər bülbültək qəfəsdə,

Azadlıq yoxdur heç kəsdə,

Dərd sığmaz dastana, könül!


Bolşeviklər bəy olubdu,

İnsanlar cana doyubdu,

Gavur ölkəni alıbdı,

Susayıb al qana, könül!


Xain, satqın oldu “qoçaq”,

Mərd igidlər düşdü qaçaq,

Söndürüldük ocaq-ocaq,

Yurd oldu viranə, könül!


Qırğın, qarət, sürgün oldu,

Qiyamət tək bir gün oldu,

El-oba didərgin oldu,

Dağıldı hər yana, könül!


Köhlənlər nalı söküldü,

Ərənlər beli büküldü,

Dərd yağdı, ələm töküldü,

Ah çıxdı cövlana, könül!


Danışan yox, belə işdən,

Zülm aşıbdır, Ya Rəbb, başdan,

Guya azadıq biz quşdan,

Şükr olsun zindana, könül!


Haydı, qurtuluşa can at,

Dərin soyulsa da qat-qat,

Yürü, azad ellərə çat,

Gəlmişəm zinhara, könül!


Bu ölkədə yox ədalət,

Viran qalsın belə dövlət,

Hamı pıçıldaşır xəlvət,

Söz dedin mərdanə, könül!


Kədərliyəm el dərdindən,

Fəhlə, kəndli, qul dərdindən,

Məhbus bülbül, gül dərdindən,

Gəlibdir fəğanə, könül!

1980

BİR QIZ İSTƏYİRƏM


Bir qız istəyirəm,

Aylı gecədə

Ay işığının aydınlığı,

İydə çiçəyinin ətri kimi

Ürəyimi oxşasın.
Bir qız istəyirəm

Dağ döşündən qaynayan

Bulaq suyunun şəffaflığı,

Göz yaşlarımın duzu,

Ana laylasının şirinliyi olsun.
Bir qız istəyirəm,

Gündüzlər xəyalım,

Gecələr yuxum,

Dünyadan xəbərsiz,

Dünyadan uzaq,

Məsum baxışlım,

Körpə qəlblim olsun.
Onda tapım itmişimi,

Keçmişimi,

Bu günümü, sabahımı.
Başım qoyum dizlərinə,

Saçlarının kölgəsində

Qırx günlük bir yuxu yatım.

Min il əvvəl, min il sonra

Hər şey mənə aydın olsun!

Hər şey mənə aydın olsun!

1983

XƏYALIM GİZLƏNİB MƏNDƏ


Xəyalım gizlənib məndə,

Mən onunam, o mənim.

Görünərsə bir naməhrəm gözünə,

Əriyər Qıratın qanadları tək.

Xəyalım Koroğlu, Babək!

Xəyalım gizlənib məndə,

Mən onunam, o mənim.

Yaşadıram xəyalı,

Gözdən, qulaqdan uzaq,

Anamın laylasında,

Nənəmin nağılında,

Babamın qürurunda,

Yaşadıram xəyalı

Gözlərimin nurunda.

Xəyalım gizlənib məndə,

Mən onunam, o mənim.

Mən onu yaşadıram,

O da məni yaşadır!

AĞLAMA, AĞLAMA, ANAM, AĞLAMA!
Mənim də taleyim belə gəlibdir,

Ağlama, ağlama, anam, ağlama.

Bu bəla vətənə, elə gəlibdir,

Ağlayıb, sən Allah, sinəm dağlama,

Ağlama, ağlama, anam, ağlama!
Şükür etmə ki, oğlun da sağ gəlibdi,

Balan diri-diri şəhid olubdu,

İçidə ağlayıbdı, üzdə gülübdü,

El dərdindən saralıbdı, solubdu,

Ağlama, ağlama, anam, ağlama!
Tanrım, dözməliyəm bu dərdə, neynim,

Sən görürsən olanları, nə deyim,

Daşa dəydi arzum, eşqim, diləyim,

Sınmaz, şüşə deyil, sınmaz ürəyim,

Ağlama, ağlama, anam, ağlama!
Taleyim bir macəradı, nağıldı,

Anam, dərdim məndən öncə doğuldu.

El-obamız qan içində boğuldu,

Azadlığım al qanımla yoğruldu,

Ağlama, ağlama, anam, ağlama!
Adəm ilə mən dünyaya gəlmişəm,

Turan kimi böyük dövran qurmuşam,

Neçə dəfə yaşamışam, ölmüşəm,

Özbək, Qazax, Tatar, Türkmən olmuşam.

Ağlama, ağlama, anam, ağlama!
Nəsimiyəm Fəzlidən dərs almışam,

Aşiq olub, eşq nəhrinə dalmışam.

Həmi Şəhid, həmi şahid olmuşam,

Öz-özümü Ya Rəbb, oda salmışam,

Ağlama, ağlama, anam, ağlama!
Şəhid ruhu Vətənimə həyandı,

İstiqlal uğrunda tökülən qandı,

Axan qanlarımız vətənə candı,

Ruhum da, canım da Azərbaycandı,

Ağlama, ağlama, anam, ağlama!
Halallıq almağa gəlmişəm indi.

Azadlığa gedən yollar çətindi,

Baxma, boran-çovqun, dumandı-çəndi,

Nemət deyir, qorxma oğlun mətindi,

Ağlama, ağlama, anam, ağlama!

Ağlayıb, sən Allah, sinəm dağlama!


1990

GÖRMƏYƏYDİM


Kor olaydız, gözlərim,

Təbrizi görməyəydim.

Qrılaydız, dizlərim,

Bu taya gəlməyəydim.


Bu nə həsrət, bu nə qəm,

Bu nə hicran, bu nə dəm,

Vüsalında da ələm,

Olduğun bilməyəydim.


Xəyalımla qalaydım.

Həsrətinlə yanaydım.

Ey Nemət, kaş öləydim,

Bu günü görməyəydim.

1990

MƏNİ
Ulu Tanrım, olum-ölüm demişəm,



Fələk döndərəmməz yolumdan məni.

Yağı düşmən ordu çəkdi, qan tökdü,

Eylədi obamdan, elimdən məni.
Yağdı başımıza düşmən gülləsi,

Ucaldı göylərə xalqın naləsi,

Bir an qulağımdan kəsilmir səsi,

Çəkdilər çarmıxa dilimdən məni.


Bir yol başlamışam adı, Azadlıq!

Ruhumun əbədi odu, Azadlıq!

Olmamış ağzımın dadı, Azadlıq!

Namərdlər vurdular belimdən məni.


Yurddaşlarım, düşmən sizi aldadır,

Koroğlu tək mənim başım qaldadır.

«Mərd meydandan qaçmaz, qaçsa aldadır»

Qandallayıb iki əlimdən məni.


Quzeyli satqınlar çəkibdir dağlar,

Güneyli manqurtlar yolumu bağlar,

O taylı, bu taylı millət qan ağlar,

Tanrım, qoru xain zalımdan məni.


Düşmənlə savaşım, yoxsa özümlə?!

Yad-yağı bacarmaz vallah bizimlə.

Döyüşdüm meydanda sazım, sözümlə,

Eyləmə o sarı telimdən məni.


“Öldü var, döndü yox,” and içmişəm mən!

Özümə ağappaq don biçmişəm mən!

Can ilə cahandan çox keçmişəm mən!

Etmə qılınc çalan qolumdan məni.


Öləmmədim, ölsəm məni el ağlar,

Xalq əlində dəstə-dəstə gül ağlar,

Göy kişnəyər, şimşək çaxar, sel ağlar,

Nuh tək tanıyarlar selimdən məni.


Nemətəm, Azadlıq carçısıyam mən,

İstiqlal yolunun yolçusuyam mən,

Bütöv Azərbaycan elçisiyəm mən,

Kimsə anlamayır halımdan məni.


1990


ÖLÜM HARDASAN, HARDASAN!
Manqurtlar kəsdi yolumu,

Elim, hardasan, hardasan?

Qardaşım qanmır halımı,

Dilim, hardasan, hardasan?


Mən köksümdən yaralandım,

Vətənimdən aralandım,

Dağda-daşda paralandım,

Yolum, hardasan, hardasan?


Nemət, bəd gəldi savaşım,

Qırıldı yarı-yoldaşım,

Min bəlaya düşdü başım,

Ölüm, hardasan, hardasan?


1990

ÖZÜM DƏ BEZMİŞƏM ÖZÜMDƏN DAHA


Qələm yox, kağız yox dərdimi yazam,

Ayrıldım sazımdan, sözümdən daha.

İstədim fələyin yazısın pozam,

Olmuşam yolumdan, izimdən daha.


Qalmışam zindanda aciz, avara,

Xəbərim çatıbmı görəsən, Yara?

Ey gözəgörünməz, sən eylə çarə,

Etdilər odumdan, közümdən daha.


Düşmənlər heç, «dost» namərdlik eylədi,

Haqqı dandı, min cür böhtan söylədi.

Nə biləydim, bunlar tamam hiylədi,

Düşdülər hamısı gözümdən daha.


“Bu nə tale, nə bəxt idi bilmədim”,

Dünya, səndə bir etibar görmədim,

Olam dedim, nə oldum, nə ölmədim,

Özüm də bezmişəm özümdən daha.


Dünya mənə zindan oldu, İlahi!

Nemət könlü al qan oldu, İlahi!

Dost da döndü düşmən oldu, İlahi!

Kömək diləmirəm, Əzimdən daha!

1990

DEYİRƏM
İstərsiz zindandan dara çəkdirin,



Edibsiz ölkəni viran, deyirəm.

Gavurlardan sizə pənah gətirdik,

Oldunuz gavurdan yaman, deyirəm.
Şeytana-İblisə naib olub siz,

Deyirsiz, naibi-imam olubsuz.

Şəriət, təriqqət boşca, quru söz,

Yoxdur qəlbinizdə iman, deyirəm.


Adınız müsəlman, əməliniz yox,

Can qardaş, manqurtsuz xəbəriniz yox,

Hey laylalar çaldım duyanınız yox,

Tapmadım dərdimi qanan deyirəm.


Nə Allahdan qorxduz, nə həya etdiz,

Rəhim Qazıyevi ruslara satdız,

İstədim, mən qaçam, zindana atdız.

Öldür, istəmərəm aman deyirəm.


Qorxutmaz zindanlar, edamlar məni,

Geymişəm əynimə çoxdan kəfəni.

İstismar eylədiz milləti, dini,

Tutular sizə də divan deyirəm.


Yağı düşmən kimi bizə baxdınız,

Haqqı deyən kimi qara yaxdınız,

Viran qalacaqdır bir gün taxdınız,

Sizi məhv edəcək zaman deyirəm.


Bizə qara yaxıb, böhtan söylədi,

Sünnü, şiyə salıb, xalqı küylədi,

Qardaşı qardaşa düşmən eylədi,

Gavurdan beşbetər İran, deyirəm.


Deyirəm sözümü mərdi-mərdana,

Şeytan kimi girsəniz də min dona,

Qəlbdən xainsiniz Şahimərdana,

Sizə qənim olsun «Quran», deyirəm.


Nemət Kədərliyəm, tora düşmüşəm,

Ərənlər əlindən badə içmişəm.

Haqq yolunda başdan, candan keçmişəm,

Qoy olsun sizədə əyan, deyirəm.


1990


BU NƏ MÜSÜBƏTDİR TURANDA ALLAH!
Xəyalda qurduğum Kəbəm Türkiyəm,

Məhv olub dağıldı bir anda, Allah!

Bilmirəm, dərdimi heç kimə deyəm,

İblis at oynadır hər yanda, Allah!


Xilaskar axtardım İran, Turanda,

Gavur hökm edirmiş bütün cahanda,

Zülm ilə dolubdur, bil, asiman da,

Cana doyub can da, cahan da, Allah!


Dostluğa aldandım mən, bəy əfəndi,

Alçaqlar dostluqla bizləri yendi.

Əsirlik ölümdən minqat çətindi,

Qaldım qar-çovqunda, dumanda Allah!


Haçandı yolumuz dumandı, çəndi,

Param-parça olan ana vətəndi,

Hakimdir mollalar Təbrizdə indi,

Farsa alət olub Quran da, Allah!


Təbrizdə, Kərkükdə əsirdi millət,

Xalqlar əsirlikdə çəkərlər zillət,

Azad Türküyəmdə min dərd, min illət,

Bu nə müsübətdir Turanda, Allah!


Türkeşi, Nihadı, Ozalı gördüm,

Türkü, Türküstanı yaralı gördüm,

Düşüb kimliyindən aralı gördüm,

İtibdir din, məzhəb, iman da, Allah!


Qarsı, İstanbulu gəzdim Qıratla,

Xəyallar qurmuşdum quruca adla,

Barışa bilmirəm gerçək həyatla,

Tərsinə dolanır dövran da, Allah!


Pozulub İlahi, millət də, din də,

Dəyərlər dəyişir, Ya Rəbbi, gündə,

Xilaskar sayırdım Bozqurdu mən də,

Qalmayıb bunlara güman da, Allah!


Alparslan əfsanə, Bozqurd nağıldı,

Milləti yaşadan qüdrət ağıldı.

Oğuz parçalandı, Turan dağıldı,

Dövran da dəyişdi, insan da, Allah!


Bölübdür dünyanı Rusla Amerkan,

Didir, parçalayır tökür nahaq qan,

Batır qan içində boğulur cahan,

Vermir millətlərə aman da, Allah!

Gerçəklər doğuldu, xəyallar öldü,

Firqələr, məzhəblər milləti böldü,

Düşmən vuruşdurub bizləri, güldü,

Tutduq özümüzə divan da, Allah!


Kimə arxalandım, kimə güvəndim,

Kimi ki, özümə dost, qardaş sandım,

Həmən tora düşdüm, yaman aldandım,

Cana düşmən oldu canan da, Allah!

Nemət, köməyinə Allahı çağır!

Milləti elm ilə, ürfanla yoğur!

Türk-İslam bətnindən fatehlər doğur!

Baş əysin qarşında zaman da, Allah!


1990

GEDİRƏM
Nə dosta möhtacam, nə də yoldaşa,

Bürünüb al bayrağıma, gedirəm.

Kəsəmməz yolumu boran, çovğun, qar,

Qovuşmağa torpağıma gedirəm.
Qalacaq dünyada yaxşı da, pis də,

Yığmışam, İlahi, dərdi dərd üstə,

Ac aslanam, qalammaram qəfəsdə,

Meydan adlı oylağıma gedirəm.


Qərib-qürbət eldə qala bilmərəm,

Vətənsiz, millətsiz ölə bilmərəm,

Qürbətdə yurd-yuva sala bilmərəm,

Çənlibelə, yaylağıma gedirəm.


Millət yenə çalxalansın, durulsun,

Yaxşı-yaman, mərd, namərddən ayrılsın,

Satqın alçaqların bağrı yarılsın,

Ellər düşüb sorağıma, gedirəm.


Qocalır ürəyim, saçlarım qara,

Nemət, bu dünyanı hey axtar, ara,

Taledən qismətin yazılıb qara,

Boyansam da al qanıma, gedirəm.


1990

AĞRI DAĞI


Yol ver keçim ağrı dağı,

Mənim orda elim qaldı,

Bölübdü düşmən torpağı,

Vətən dilim-dilim qaldı.


Tutubdu qar, boran yolu,

Yağdırdın başıma dolu,

Qırılıb qanadı qolu,

Boynu bükük gülüm qaldı.


Zirvələr sərt, dərə dərin,

Qardı, dumandı hər yerin,

İnsaf eyləyin yol verin,

Mənim şəhid ölüm qaldı.


Qürbətdə qala bilmədim,

Qisası ala bilmədim,

Vaxtında gələ bilmədim,

Nə izim, nə yolum qaldı.


Çox zirvələr keçib gəldim,

Azadlığı dərman bildim,

Dəryaya, ümmana daldım,

Gəmim batıb, selim qaldı.


Yıxdılar öz dövlətimi,

Taladılar sərvətimi,

Həmzə satdı Qıratımı,

Zindanda çox dəlim qaldı.


Qopuzum, sazım ağladı,

Baharım, yazım ağladı,

Dil dedim sözüm ağladı,

Çox şükür türk dilim qaldı.


Türkü deyib, çağlayıram,

Sözdən çələng bağlaram,

İçin-için ağlayıram,

Qəfəsdə bülbülüm qaldı.


Nemət, dərdin dil-dil ötdü,

Qarşında neçə dağ bitdi,

Əcəl gəldi, ötüb getdi,

Ömrüm, əsrim, ilim qaldı.

1990

YOL VER KEÇİM AĞRIDAĞI, AMANDI!


Təbiətin ağ saqqallı pirisən,

Göy üzündə Bozqurdların dilisən,

Ulu türkün qibləsisən, dinisən,

Qarşı yatan qoşa dağlar dumandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Aşiq olub əhdi-peyman bağladım,

Sənə baxıb için-için ağladım,

Əsirlikdə kimliyimi saxladım,

Türk oğluyam, türkə vətən Turandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qaf dağından sənə salam gətirdim,

Əllərimi ətəyinə yetirdim,

Duman basdı, yolu, izi itirdim,

Yarı yolda azıb qalmaq yamandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Kəpəz, Göygöl, Pirquluya getmişəm,

Qoşqar, Murov, Dəlidağdan keçmişəm,

Ovlaq üçün Babadağı seçmişəm,

Nuhçıxandan baxdım xeyli zamandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Dağ başından çox qayalar hellədim,

Hər bir yolu, hər cığırı bəllədim,

Zirvələrdən kəllərə əl yellədim,

Ov eylərkən ovlanmaq da bir andı,

Yol ver keçim Ağrıdağı, amandı!
Quş qonmayan zirvələrdə gözüm var,

Tanrıdağda, Elburusda izim var,

Çağır gəlsin Bozqurdlara sözüm var,

Dəli könlüm ovçuikən ovlandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Tufan qopub dərələri düzləyir,

Ac canavar düşməyimi gözləyir,

Əcəl məni addım-addım izləyir,

Keçidlər sərt, dağlar qardı, borandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Çox özümü ölümlərə atmışam,

Milyonların imdadına çatmışam,

Dəfələrlə kəfənimi yırtmışam,

Ölüm yerim dağ-daş deyil, meydandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Dörd tərəfdən sərhədçilər izləyir,

Soyuq sazaq hər tərəfdən bizləyir,

Bərələrdə ölüm məni gözləyir,

Uçurumlar mənimtək lütüryandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Şaxta məni yavaş-yavaş dondurur,

Bura soyuq cəhənnəmi andırır,

Boran, çovğun oddan betər yandırır,

Hər yanın qar, boran, sellərin qandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Ağrıdağı, qorxum yoxdu ölümdən,

Yıxılanda tutan olmur əlimdən,

Ayrı düşdüm, vətənimdən, elimdən,

Əldən gedən həm vətəndi, həm candı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qorxuram ki, elim-obam bilməyə,

Ölsəm, heç kəs dəfnimə də gəlməyə,

Atam, anam göz yaşını silməyə,

Yusif kimi Allah mənə həyandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Mən canımı qurban dedim, vətənə,

Can vermərəm qurda-quşa, yetənə,

Əzrayıltək hər qarşımda bitənə.

Dövran yenə namərdlərə dövrandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Bələdçilər məni atıb getdilər,

Çən-dumanda tamam gözdən itdilər,

Gədiklər də məni cana gətdilər,

Başımüstə qara kabus dolandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Boranda, çovqunda, qarda qalmışam,

Tora düşüb yaman darda qalmışam,

Bilmirəm ki, vallah, harda qalmışam,

Qar tutdu, yolu da, izi də dandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Heydərbaba, Savalanı görmədim,

Məhbus oldum düşmənə bac vermədim,

İnasaf eylə, mən ölməyə gəlmədim,

Ana vətən əsir düşdü talandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Yol gözləyir neçə vaxtı anam da,

Ana vətən, bütün Azərbaycan da,

Türk oğluyam, ad qoymuşam meydanda,

Mənim üçün bu da bir imtahandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Xəlil kimi yanmamışam odda mən,

Min il keçsə qalacaqsan yadda sən,

Sazax vurdu, saçlarıma düşdü dən,

Şaxta kəsdi, iliymə dayandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Bağlama yolları, boran, qar, dedim,

Gözləyəcək yollarımı yar, dedim,

Gözü yolda qalanlarım var, dedim,

O tay, bu tay Azərbaycan oyandı,

Yol ver keçim Ağrıdağı, amandı!
İnsaf eylə Ağrıdağı, aman ver,

Duman, çəkil, sən də bir az zaman ver,

Yaşamağa bir balaca güman ver,

Demə, məni keçmək zənni-gümandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Sərhədləri öz əlimlə açmışam,

Ağrıdağı, çox aşrımlar aşmışam,

Əsirlikdən, zindanlardan qaçmışam,

Dinim islam, mürşüdüm də Qurandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Heydərbaba çox gözləyib yolumu,

Xəbərsizdi, kimsə bilmir halımı,

Gəl, olma, sən zalımların zalımı,

Zülmün, müsibətin mənə əyandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qalxıb səni qarış-qarış keçərəm,

Dərələri, təpələri biçərəm,

Səni aşıb, Xanarazı içərəm,

Araz nədi, Dəlikür də yalandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Quzeydən, Güneyə yellər ötürdü,

Tufan qalxıb məni yerdən götürdü,

Vətənimin güneyinə gətirdi,

Ruhum, canımz bütöv Azərbaycandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qaraməlik aldatmışdı gəlmişdim,

Ağrıdağı, azca qala ölmüşdüm,

Lələsiz Kərəməm, darda qalmışdım,

Soyuqda, şaxtada vücudum yandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Ağrıdağı, səndən salam götürrəm,

Şahdağ ilə, İlandağa yetirrəm,

Dəstə-dəstə gül bağlayıb gətirrəm,

Səni gördüm, xatirələr canlandı,

Yol ver keçim Ağrıdağı, amandı!

Dərd əhliyəm, ərz eylədim halımı,

Türk qardaşım bağlamışdı qolumu,

Heç bir ağrı kəsə bilməz yolumu,

Azadlıq uğrunda canım qurbandı,

Yol ver keçim Ağrıdağı, amandı!


Bənd-bərəni yıxıb, seltək axaram,

Bayrağımı göy üzünə taxaram,

Lazım gəlsə Evrestə də çıxaram,

Mən dağlara, dağlar mənə heyrandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Fərhad kimi dəmir dağlar çapmışam,

Körpü atıb, yeni yollar yapmışam,

Sağalmaz dərdlərə çarə tapmışam,

Azadlığım yalnız dərdə dərmandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Ağrıdağı yer də, göy də şahiddi,

Aşiq Nemət, dirigözlü şəhiddi,

Ellər soruşsalar de: ”Gəldi getdi”.

Öldürə bilmədik, dözdü, dayandı,

Yol ver keçim Ağrıdağı, amandı!
17. 11. 1990
GƏLMİŞƏM
Xəbərdar eyləyin, dostlar,

Deyin o yara, gəlmişəm.

Zahidi- dövrana deyin,

Mənsuram, dara gəlmişəm.


Candan, cahandan keçmişəm,

Məna şərabın içmişəm,

Haqqı nahaqdan seçmişəm,

Bağbanam, bara gəlmişəm.


Küfr içində iman olmaz,

Haqqın yolu asan olmaz,

Solmaz, yarın gülü solmaz,

Əhdə, ilqara gəlmişəm.


Nəsimiyəm soyulsam da,

Rüsvayi-cahan olsam da,

İmami-zaman olsam da,

Mən bəxti qara gəlmişəm.


Aşiq Nemət, yar istərəm,

Əhdə vəfadar istərəm,

Bir elə dildar istərəm,

Yetirsin yara, gəlmişəm.


1990

AĞLAMA ANAM, AĞLAMA!


Düşmənlər heç, «dost»da gülər,

Ağlama anam, ağlama!

Bir gün gələn, bir gün gedər,

Ağlama, anam, ağlama!


Çəksələr də məni dara,

Vursalar da min bir yara,

Qarışsam da torpaqlara,

Ağlama, anam, ağlama!


Haqqdan yanan çıraq sönməz.

Aşiq məşuqundan dönməz.

Məni ölüm öldürəmməz.

Ağlama, anam, ağlama!


Mən yoxluqdan var olmuşam.

Daim haqqa yar olmuşam.

Əhdə vəfadar olmuşam.

Ağlama, anam, ağlama!

Məni mən tək tanıyan yox,

Dostum yoxdur, düşmənim çox.

Eşq dərdinin dərmanı yox,

Ağlama, anam, ağlama!


Geyinibdir ruhum bədən,

Aşiq olmuşam bilmədən.

Eşq olub mənə hökm edən,

Ağlama, anam, ağlama!


Bələnmişəm eşq oduna,

Qurbanam yarın adına,

Aşiqlərin fəryadına,

Ağlama, anam, ağlama!


Bilirəm quş dilini mən,

Qırdım düşmən belini mən,

Öldürmüşəm, ölümü mən,

Ağlama, anam, ağlama!


Açılıb dərgaha əlim,

Zikr eyləyir haqqı dilim,

Aşiq Nemətə yox ölüm,

Ağlama, anam, ağlama!


1990

AĞLARAM
Müridəm, mürşidim yoxdur,

Qaldım avara, ağlaram.

Vüsala ümüdüm yoxdur,

Həsrətəm Yara, ağlaram.
Eşq oduna yanan hanı,

Xeyri-şəri qanan hanı,

Son əvvəli anan hanı?!

Ayılmaz sura, ağlaram.


Mürşidsiz yollar keçilməz,

Bağlı pərdələr açılmaz,

Könüllərə nur saçılmaz,

Zülmətdə nura ağlaram.


Bir bülbüləm qəfəsdəyəm.

Dərdə düşmüşəm, xəstəyəm,

Ərənlər, son nəfəsdəyəm,

Eyləyin çara, ağlaram.


Deyin, ustadsız neylərəm,

Dərdimi kimə söylərəm?

Yaralıyam, dad eylərəm,

Cərrah yox yara, ağlaram.


Baxıram, görə bilmirəm,

Gedirəm, hara, bilmirəm,

Dərgaha vara bilmirəm,

Gəldim zinhara, ağlaram.


Hicranla keçdi ay, ilim,

Açılmadan solur gülüm,

Üzülübdür yardan əlim,

Aldım min yara ağlaram


Nemət ömrü verdi bada,

Ya Rəbb özün yetiş dada,

Qala bilmirəm dünyada,

Gedirəm hara, ağlaram.


1990

ULU TANRIM, İMDAD EYLƏ, AMANDI


Bu dünya hey çalxalandı, bulandı,

Dərd içimdə dərya oldu, gölləndi,

Qan-yaş axdı gözlərimdən selləndi,

Yandı canım, eşq oduna bələndi,

Ulu Tanrım, imdad eylə, amandı.
Dərya kimi çalxalandım, bulandım,

Başda sevda bu dünyanı dolandım,

Aşiq oldum, eşq oduna qalandım,

Rüsvay oldum, dildən-dilə dolandım,

Ulu Tanrım, imdad eylə, amandı.
Taleyimlə, dərdim ilə barışdım,

Dərd mənimlə, mən dərd ilə qarışdım,

Məcnun ilə, Mənsur ilə yarışdım,

Hal əhliyəm, eşqlə yoğruldum, bişdim.

Ulu Tanrım, imdad eylə, amandı.
İçin-için yandım, yandım, alışdım,

Koroğlu tək meydan açdım, dolaşdım,

Köləlikdən Azadlığa yol açdım,

Haqq eşqilə mən nahaqla dalaşdım,

Ulu Tanrım, imdad eylə, amandı.
Haqqdan gəlib, haqqa aşiq olmuşam,

Milyonlar içində tənha qalmışam,

Bulud kimi boşalmışam, dolmuşam,

Mürşüdlikdən müridliyə gəlmişəm,

Ulu Tanrım, imdad eylə, amandı.
Ulu Tanrım, aciz, avara qaldım,

Kömək eylə, Allah, biçarə qaldım,

Düşməndən heç, «dostdan» min yara aldım,

Dünyanı boşadım, dərgaha gəldim,

Ulu Tanrım, imdad eylə, amandı.
Nə soltana, nə də şaha möhdacam,

Nəsimiyəm, Fəzlullaha möhtacam,

Ərşdən uca o dərgaha möhtacam,

Nemət deyir, bir Allaha möhtacam.

Ulu Tanrım, imdad eylə, amandı.
1991

İLAHİ
Bu dünyanın əvvəli nə, sonu nə?

Gəlin kimi bəzənibdi, donu nə?

Aşiqlərin imanı nə, dini nə?

Ulu Tanrım, insanlığın sonu nə?

Bu hikməti sən bilirsən, İlahi!


Divanə tək gəzirəm bu dünyanı,

Varmı bu dünyanın əvvəli, sonu?

Ariflər söyləyib dünyanı fani,

Damlayam, yetirsən ümmana məni,

Dönərəm olaram ümman, İlahi!
Dünya hiyləgərdi, mən isə naşı,

Mələkdi, iblisdi, bilinmir işi,

Qovğadan açılmır insanın başı,

Əvvəli, sonu var, bilinmir yaşı,

Əzəlsiz, sonsuzsan bir sən, İlahi!
Əvvəlin sonu var, sonun əvvəli,

Dəryadan çıxardar dalğıclar ləli,

Bunu anlamışam, bunu mən dəli,

Aşiqəm, acizəm, yetirsən əli,

Həqiqət nuruna bir an, İlahi!
Ya Hu deyib hər an haqqı anaram,

Pərvanəyəm, eşq oduna yanaram.

Nə əhdi, nə ilqarımı danaram,

Aşiq Nemət, yar qoynuna qonaram,

Qoy alsın canımı canan, İlahi!
1991

AĞLAYA-AĞLAYA


Bu dünyaya gələn gəlir,

Gəlir, ağlaya-ağlaya.

Ana doğur balasını,

Doğur, ağlaya-ağlaya.


Ruhlar laməkandan gəlir,

Bədən qəfəsinə girir,

Göz açıb dünyanı görür,

Gülür, ağlaya-ağlaya.


Gecəylə, gündüzlə qaçır,

Kimi zülmətdə nur saçır,

Kimi haqqın sirrin açır,

Bilir, ağlaya-ağlaya.


Gündüzlər gecədən doğur,

Sevinc-nəşə, dərd-qəm doğur,

Könlünü eşq ilə yoğur,

Yoğur, ağlaya-ağlaya.


Dərd, sevinc leysan tək yağır,

Könülləri edir yağır,

Adəm oğlu, haqqı çağır,

Çağır, ağlaya-ağlaya.


Zikr edib yarın adını,

Unut sevinc, fəryadını.

Qoruyub eşqin odunu,

Bağır, ağlaya-ağlaya.


Dünya dolu nemət ilə,

Baş qatırıq şöhrət ilə,

İnsan haqqa həsrət ilə,

Qalır, ağlaya-ağlaya.


Yoxdan gəlib vara çatır,

Var da gəlib yoxa çatır,

Nemət, ömür başa çatır,

Gedir, ağlaya-ağlaya.


1990

LEYLİDİR HƏR YAN GÖRÜN!


Olmayın iblis kimi,

Can için də can görün!

Məcnun olun, Qeys kimi,

Leylidir hər yan, görün!


Leyli və Məcnun “O” -dur,

Sirridir Əzəm adı,

Cəbrayılın ustadı,

Natiqi Quran, görün!


İbrahimlə narda “O”,

Mənsur ilə darda “O”,

Musa ilə Turda “O”,

Danışdı əyan, görün!


Məhəmməd yatağında,

Kainat otağında,

Qarasında, ağında,

Yazıbdır fərman, görün!


Şah damardan yaxında,

Nemətəm, dərgahında,

Könül seyrangahında,

Eyləyir cövlan, görün!


1995

YOX SƏNƏ CANANDAN YAXIN


Dəli könlüm, nə ararsan?

Yox sənə canandan yaxın.

Niyə uzağa baxırsan?

O, şah damarından yaxın.


Yas tutub, qara bağlama,

Yaralarımı dağlama,

Yarımı anıb ağlama,

Varmı sənə ondan yaxın?


Canımın canı «O»dur, «O»

Eşqin ümmanı «O»dur, «O»

Dərdin dərmanı «O»dur, «O»

Təbiblə dərmandan yaxın.


Yatma, ayıl özünə gəl,

Aşiqsən, eşq düzünə gəl,

Sadiq ol, öz sözünə, gəl,

Yoxdur doğru yoldan yaxın.


Ayıl bir an, özünə bax,

Sevgilinin sözünə bax,

Gir Məcnunun gözünə, bax

Görməzsən Leyladan yaxın.


Gəl ağlama, gözünü sil,

Qəflətdəsən, özünü bil,

Xızır, İlyas izini bul,

Ol haqqa sən, candan yaxın.


Sən Aşiq Neməti dinlə,

Dərd əhlisən, ney tək inlə,

Könül, sənə yoxdur anla,

«O Yari-pünhan»dan yaxın.

Qadiri-Sübhandan yaxın.
1994

KÖÇÜM ALLAH DEYƏ-DEYƏ


Yunus İmrəyə
Qeybdən ver nemətini,

İçim eşqin şərbətini,

Bu dünyanın qürbətini,

Çəkim Allah deyə-deyə.


Eşq dərdi olar dərmansız,

Həm zamansız həm məkansız.

Könlüm deyir, asimansız

Uçum, Allah deyə-deyə.


Nə vara, nə yoxa baxım,

Nəfsimi yandırıb-yaxım.

Bulaq tək qaynayıb axım,

Axım, Allah deyə-deyə.


Baxmamışdan görə bilim,

Ölməmişdən ölə bilim,

Xızırdan su ala bilim,

İçim, Allah deyə-deyə.


Açılsın göylərin qatı,

Cövlan etsin könlüm atı,

Yüyürüm, keçim Siratı,

Keçim, Allah deyə-deyə.


Oxuyum «İncil», «Quranı»,

Dərk eyləyim yaradanı.

Hər sözdə min bir mənanı,

Açım, Allah deyə-deyə.


Nemət özün bilmək üçün,

Könül tozun silmək üçün,

Dərgahına gəlmək üçün,

Köçüm, Allah deyə-deyə.


1994

DÜNYA QIL KÖRPÜSÜDÜR


Dünya qıl körpüsüdür,

Hər gələn ondan keçər,

Enər ruh aləmindən,

Bədəndən, qandan keçər.


Ruhlar qəfəsə girər,

Ət, sümüyə bürünər,

Adəm olub, görünər,

Zaman, məkandan keçər.


İnsan ömrü başlayar,

Günah, savab işləyər,

Acı, şirin dişləyər,

Çərxi-dövrandan keçər.


Nəfsinə kəfən biçən,

Əcəli baltək içən,

Doğru-düzgün yol seçən,

Vüsal, hicrandan keçər.


Dünya qəfəsin açar,

Ruh pərvazlanıb uçar,

Aləmlərə nur saçar,

Candan, cahandan keçər.


Çıxan eşqin düzünə,

Girər, Məcnun gözünə,

Baxar, canan üzünə,

İki cahandan keçər.


Dünya min bir fel eylər,

Nemət, sənə al eylər,

Zəhərini bal eylər,

Yeyən, canından keçər...


1996

EŞQ GÖSTƏRƏR DOĞRU YOLU


Bu dünyada azıb qalsan,

Eşq göstərər doğru yolu.

Bu yuxuda yatıb qalsan,

Kəsəcəkdi oğru yolu.


Can cananın əmanəti,

Bir gövhərdir, yox qiyməti,

Bu dünya qılıncdan iti,

Kəsəcəkdi bağrı yolu.


Olma yoldaşı dünyanın,

Zəhərdir aşı dünyanın,

İblis dağ-daşı dünyanın,

Kəsər hər an Ağrı yolu.


Gün doğmamış yola çıxdım,

Düşdüm haldan-hala, axdım,

Sübhü sadiq ola baxdım,

Kəsəmməyə oğru yolu.


Nemət haqqın nemətidir,

Ruh səndə əmanətidir,

Eşq məcnunlar alətidir,

Göstərəcək doğru yolu!


1996

EŞQƏ QURBAN OLASIYAM


Dünyada qala bilmərəm,

Bil, Vətənə dönəsiyəm.

Ölü idim, dirilmişəm.

Mən yenə də öləsiyəm.


Boşla getsin ahu-zarı,

Canın bura deyil yeri,

Bunu bilir, pirlər piri

Mən Laməkan olasıyam.


Can bu dünyada qalmaz ki,

Bədən ölər, can ölməz ki,

Bunu cahillər bilməz ki,

Aşiqəm, eşq qalasıyam.


Can bir quşdur, bədən qəfəs,

Söyləməyə yoxdu həvəs.

Qəm eyləmə, könlüm, əbəs,

Haqdan buta alasıyam.


Haqqdan gəldim, haqqa dönəm,

Aşiq oldum eşqə yanam.

Qoç Koroğlu, Məcnun mənəm!

Elm, ürfanla dolasıyam.


Könülləri almaq üçün,

Dəryalara dalmaq üçün,

Yerə, göyə dolmaq üçün,

Sonsuzluğa dalasıyam.


Nemətəm, eşqin quluyam,

Adəmdən, nuhdan uluyam

Məcnunların soltanıyam,

Eşqə qurban olasıyam.


1992

BU EŞQ MƏNİ ÖLDÜRƏCƏK


Eyləyib dəli-divanə,

Bu eşq məni öldürəcək.

Tanrım aşiq oldum yenə,

Hey ağladıb, güldürəcək,

Bu eşq məni öldürəcək.
Salıb məni dağa-daşa,

Sirri verməyir sirdaşa,

Min bəla gətirib başa,

Sevdamızı bildirəcək,

Bu eşq məni öldürəcək.
Oldum eşq ilə aşina,

Qoyma bizi özbaşına,

Qərq eyləyib göz yaşına,

Qan ağladıb, sildirəcək,

Bu eşq məni öldürəcək.
Aşiq olsam da əzəldən,

Vəfa ummadım gözəldən,

İxtiyarım gedib əldən,

Aşiqəm candan görəcək,

Bu eşq məni öldürəcək.
Kimsə bilməyir halımı,

Yara deyə əhvalımı,

Ya Rəbb, göstər camalını,

Hər an bir dona girəcək,

Bu eşq məni öldürəcək.
Qəflətdən açıldı gözüm,

Qəniməm özümə, özüm,

Qan ağlayır şerim, sözüm,

Can evindən gül dərəcək,

Bu eşq məni öldürəcək.
Nemətəm qaldım avara,

Yarı gördüm, baxdım hara,

Çəkibdir çarmıxa, dara,

Canan üçün can verəcək,

Bu eşq məni öldürəcək.

29. 5. 2000


OD, HAVA, SU, TORPAQ İDİM


Od, hava, su, torpaq idim,

Qarışıb, insan olmuşam.

Laməkandan gəlib ruhum,

Təpə-dırnaq, can olmuşam.


Cənnətdəydim, qovulmuşam,

Dünyaya sürgün olmuşam,

Eşqlə, ürfanla dolmuşam,

Tanrıya heyran olmuşam.


Sonsuz surət geyinmişəm,

Ət, sümüyə bürünmüşəm,

Hər məkanda görünmüşəm,

Can içində can olmuşam.


Aləmlərdən keçdi yolum,

Çox yazılar biçdi dilim

Bildim nədir olum, ölüm,

Dərd ilə dərman olmuşam.


Fironla Musa - Mənəm!

Ərşə çıxan - İsa mənəm!

Məhəmməd Mustafa - Mənəm!

«Mən, külli insan olmuşam.»


Xırman-xırman döyülmüşəm,

Nəsimiyəm, soyulmuşam,

Eşqin sirrini bilmişəm,

Mən, eşqə qurban olmuşam.


Aşiq Nemətdir bir adım,

Ölməzlik - məqsəd, muradım,

Dünyanı tutdu fəryadım,

Məcnuni-dövran olmuşam.


1993

AĞLAR QALAR


Ayırma, ayırma, bülbülü güldən,

Bülbül nalə çəkər, gül ağlar qalar.

Naşı mizrab vursa ustad sazına,

Pərdələr inildər, tel ağlar qalar.


Yaxşı-yaman itsə, nizam pozulsa,

Ayaq başa çıxsa, baş da səy olsa,

Dərə xəlvət olsa, tülkü bəy olsa,

Sonalar qırılar, göl ağlar qalar.


Yaxşının, yamanın yeri bilinməz,

Keçi «Elçi» olar, eli bilinməz

Yolsuz yola çıxar, yolu bilinməz,

Yolsuzun əlindən yol ağlar qalar.


Yolsuzlar milləti yolundan eylər,

Azadlıq aşiqin elindən eylər,

Həqiqət deyəni dilindən eylər,

Həqiqət söyləyən dil ağlar qalar.


Gədələr el-oba qədrini bilməz,

Hər korun oğlundan Koroğlu olmaz,

Bu dünya fanidir, kimsəyə qalmaz,

Olar göz yaşından sel, ağlar qalar.


Axanlar durular, dolanlar yağar,

Oğurluq, əyyaşlıq milləti boğar,

Gizlində bic tutan, aşkarda doğar,

Zinakar əlindən el ağlar qalar.


Zinakar, haramxor, namərd, nakişi,

Ey Nemət, belədir haqqın gərdişi,

Dünyaya, şeytana aldanan kişi,

Haqqın divanında bil, ağlar qalar.

1991

YOL BAŞLADIM, GEDƏN GƏLSİN


Bu gün meydan bizim oldu,

Bizi biz tək duyan, gəlsin.

Döyüş alın yazım oldu,

İgid kürkün geyən, gəlsin.


Yanan Allah çırağıdı,

Haqqın səsi, sorağıdı,

Eşq igidin yarağıdı,

Eşqin edən bəyan, gəlsin.


Yol başladım, gedən gəlsin,

Gələn yol-ərkanı bilsin,

Ya şəhid, ya qazi olsun.

Bu yolda baş qoyan, gəlsin.


Eşqin şərabını içən,

Aşiq olub, candan keçən,

Özü öz kəfənin biçən,

Canın qurban deyən, gəlsin.


O kəslər ki, özün bilib,

Öz-özündə haqqı bulub,

Elm ilə, ürfanla dolub,

Bu dünyadan doyan, gəlsin.


Haqqı nahaqqa verməyən,

Döyüşdən üz çevirməyən,

Qaçıb xəlvətə girməyən,

Düşmən gözün oyan, gəlsin.


Yorulub yolda qalmayan,

Düşməni saya salmayan,

Canında qorxu olmayan,

Özünü ər sayan, gəlsin.


Tez alışıb, tez sönməyən,

Ölüm də olsa, dönməyən,

Ruhu səmadan enməyən,

Canın eşqə qıyan, gəlsin.


Qohum, yad, yaxın bilməyən,

Atın zülmətə sürməyən,

Xızır, İlyas tək ölməyən,

Ruhu candan soyan, gəlsin.


Nə yerə, nə göyə sığan,

Tövrat, Zəbur, İncil, Qur’an

Surətlərdən xilas olan,

Haqqı görən əyan, gəlsin.


Məcnun olub Yar eşqiylə,

Mənsur olub dar eşqiylə,

Musa olub Tur eşqiylə,

Nemət, haqqa həyan, gəlsin.


BİLİM, HARDASAN, HARDASAN
Zülfüqarı vuran qolum,

Qolum, hardasan, hardasan?

Haqqı zikr eyləyən dilim,

Dilim, hardasan, hardasan?


Ərşə-kürşə hökm eyləyən,

Coşub, «Ənəlhəqq» söyləyən,

Düşmənin bağrın teyləyən,

Elim, hardasan, hardasan?


Dəmir dağlar çapıb gələn,

Tanrı dağdan qopub gələn,

Çin, Altayı öpüb gələn,

Yolum, hardasan, hardasan?


Alp Arslanım, Teymurləngim,

Döyüşlərdə şir, pələngim.

Qoy çalınsın «Misri»m, «Cəngi»m,

Telim, hardasan, hardasan?


Arpa çayım, Xan Arazım,

Qışa döndü bahar-yazım,

Perik düşdü ördək, qazım,

Gölüm, hardasan, hardasan?


Mərd igidlər yalan oldu,

Yurdum-yuvam talan oldu,

Gülüstanım viran oldu,

Gülüm, hardasan, hardasan?


Dara düşüb obam, elim,

Hal əhlinə olur zülm,

Haqqa Aslan olan Əlim

Əlim, hardasan, hardasan?


Nuhu gəmiyə mindirən

Qiyamət günün andıran,

Küfr edənləri qandıran,

Selim, hardasan, hardasan?


Göylərdən yerə endirən,

Aşiq Neməti dindirən,

Zülmün çırağın söndürən,

Bilim, hardasan, hardasan?


1995

SAZIM, HARDASAN, HARDASAN.


Misri qılınc, telli sazım,

Sazım, hardasan, hardasan.

Doğu, batı hökm eləyən,

Sözüm, hardasan, hardasan.


Niyə gəlmir, səs-sorağın,

Yoxsa pas atdı yarağın,

Bəlkə sönübdür çırağın,

Quzum, hardasan, hardasan.


Gündoğandan, günbatana,

Qılıncla körpü atana,

Lənət de, dəli şeytana,

İzim, hardasan, hardasan.


Dərgaha tutdum üzümü,

Haqqa ərz etdim, sözümü,

Ver Məlikməmməd dözümü,

Dözüm, hardasan, hardasan.


Nemət, çovğun, qara düşdüm,

Dərd ilə yoğruldum, bişdim,

Son bahardan, qışdan keçdim,

Yazım, hardasan, hardasan.


Mart 1995

AŞİQLƏR MEYDANA GƏLSİN.


Yenə dövran bizim oldu,

Aşiqlər meydana gəlsin.

Vətən, millət talan oldu,

Ərənlər dövrana gəlsin.


Gədədən bəy, paşa olmaz,

Acgözlərin gözü doymaz,

“Keçər dövran belə qalmaz”,

İnananlar buna gəlsin.


Saraylara toplaşdılar,

Çaqqal kimi ulaşdılar,

Yetər həddlərin aşdılar,

Gələn qana-qana gəlsin.


Namus-qeyrəti atdılar,

Vətən, milləti satdılar,

Hər şeyə haram qatdılar,

Halallar bu yana gəlsin.


Gədələr bəy, paşa çıxıb,

Ah-nalələr ərşə çıxıb,

“Ağıllılar” başa çıxıb,

Dəlilər meydana gəlsin.


Ölkəni talan edənlər,

Ancaq qarnını güdənlər,

Düşmənlə əlbir olanlar,

Boyanmağa qana gəlsin.


Qoç Koroğlu, Nəbi hanı?

Demə nağıldı, dastandı,

Nemət bil, qanda, candadı,

Nərə çək cövlana gəlsin.

04. 1993

ÜRƏKDƏN, İLİKDƏN, QANDAN İÇƏRİ

Məni məndə demə, məndə deyiləm,

Bir mən vardı məndə, məndən içəri.

Yunus İmrə.
Yer də, göy də, ay da, gün də dövr edər,

Dövranlar da bu dövrandan içəri.

Gizlin-gizlin könülləri seyr edər,

Pünhan olan, Canan, candan içəri.


Gecəli-gündüzlü daim yol gedən,

Mənzilə çatmayır heç zaman nədən?

Söyləyin, ariflər, nədir hökm edən,

Ürəkdən, ilikdən, qandan içəri?


Varlığı yoxluqdan var eyləyən var,

Gülün budağını xar eyləyən var,

Məcnuna dünyanı dar eyləyən var,

Leyli bəhanədir ondan içəri.


Odur hökm eyləyən vaxtın üstündə,

Taleyin üstündə, baxtın üstündə,

Oturmuş, hökm edir taxtın üstündə,

Soltandan içəri, xandan içəri.


Şeytan kimdir, ya azdıra, ya aza?!

Tanrım fərman verə, qələm də yaza.

Şəriət, təriqət bir yoldur bizə,

Həqiqət dəryası ondan içəri.


Eşqim Süleyman tək quş dili bilər,

Aşiqlər ağlayar, nadanlar gülər,

Ariflər içində ariflər bilər,

Süleyman var, Süleymandan içəri!


Gəlmiş, keçmiş Süleyman da, Yunus də,

Şeyda bülbül oxuyarmı qəfəsdə?!

Aşiq Nemət Xətaitək həvəsdə,

Meydan qurar, meydanlardan içəri!


1995

SAZIM, XOŞ GƏLDİN, XOŞ GƏLDİN!


Kərəm kimi yandırmağa,

Sazım, xoş gəldin, xoş gəldin!

Ahım ərşə qaldırmağa,

Sazım, xoş gəldin, xoş gəldin!


Gah ağladıb güldürməyə,

Göz yaşımı sildirməyə,

Diri-diri öldürməyə

Sazım, xoş gəldin, xoş gəldin!


Dərdə dərman yetirməyə,

Məni məndə itirməyə,

Alıb, haqqa götürməyə,

Sazım, xoş gəldin, xoş gəldin!


«Ürfani»ni içirməyə,

Qıl körpüdən keçirməyə,

Vətənimə köçürməyə,

Sazım, xoş gəldin, xoş gəldin!


Aşiq Neməti görməyə,

Eşq dəryasına girməyə,

Canı canana verməyə,

Sazım, xoş gəldin, xoş gəldin!


1995

DƏLİ BİR SEVDAYA DÜŞMÜŞƏM DAHA


Taledir, qədərdir, nədir bilmirəm,

Dəli bir sevdaya düşmüşəm daha.

Nə vüsal, nə hicran, nədir- bilmirəm,

Dəli bir sevdaya düşmüşəm daha!


İçib Laməkanda, sərxoş olmuşam,

Qırxlar məclisində mən baş olmuşam,

Məstəm, məcnunlara yoldaş olmuşam,

Eşqinlə çöllərə düşmüşəm daha!


Leyli üzün görüb, Məcnun olmuşam,

Kərəm kimi yanıb, mən kül olmuşam,

«Ənəlhəqq» söyləyib, Mənsur olmuşam,

Fənadan, Bəqaya düşmüşəm daha!


«Ənəlhəqq» demişəm, dara çəkiblər,

Cordano olmuşam, nara çəkiblər,

Beytül-əhzanıma qara çəkiblər,

Üz tut, Beytüllaha düşmüşəm daha!


Min can qurban deyib Yara vermişəm,

Çəkiblər çarmıxa, dara vermişəm,

Gülləri borana, qara vermişəm,

Hicran qəfəsinə düşmüşəm daha!


Almışam dərsimi haqqdan, deyirəm,

Aşiqlər gözləyir çoxdan, deyirəm,

Dartılan kamandan, oxdan deyirəm,

Əlimdə Zülfüqar, düşmüşəm daha!


Yetər dərvişliyim, Soltan gəlmişəm,

Nemət, sürüb neçə dövran, gəlmişəm,

Əlimdə möhürlü fərman gəlmişəm.

Süleyman taxtına düşmüşəm daha!


1996

AYAĞA MƏNİ


Sirlər xəznəsində bir inci idim.

“Ol” deyib, qaldırdı ayağa məni.

Yarın dərgahında birinci idim,

Şeytan yaman saldı ayağa məni.


Tülək tərlan kimi göydə süzərdim,

Sərməst meyxanədə mey də süzərdim,

Yarın camalını göydə süzərdim,

Ovçu saldı tora, ay ağa, məni.


Zalım ovçu məni edib yarımcan,

Mənim bir yarım var, min əğyarım can,

Sənə qurban dedim, sənə, yarım, can,

Eşqinlə yağmurtək a yağa məni.


Eşqlə, ürfan dəryasına dalanda,

Yarı gördüm, hər yerdə, hər dalanda,

Yar eşqiylə xəyallara dalanda,

Ölsəm də, bükməyin ay ağa məni.


Göz yumub dünyaya, baxdım O üzə,

Yar üzünü niyə tutdu o üzə,

O incəldib ürəyimi, O üzə,

Çalxayıb, döndərdi a yağa məni.


Ağlar qaldım, əlim yara yetişməz.

Cərrah yaralarım yara yetişməz.

Dərd olmasa qəlbdə, yara yetişməz,

Əridim, yar süzsün ayağa məni.


Xəstə könlüm yayda dağdan qar alar.

Gün qürub etdimi qaş da qaralar.

Nemət şikarını yaxşı qaralar,

Haqq verdi mərmitək ayağa məni.


1997

AYANA GÖRDÜM

Ağlar gözlərimdən sellər daşanda,

Zərrədə ümmanı ayana gördüm.

Eşq şərabı içib məcnunlaşanda,

Yarın camalını, ay ana, gördüm.


İl çəkib on iki ay sinəsinə,

Qar yağıb dağların ay sinəsinə.

Ovçu ovun gəzir ay sinə-sinə,

Sığıb əbədiyyət ay-ana gördüm.


Qartal yuva qurar qaya qaşında,

Üzüyün qiyməti olar qaşında,

Şahmar ilan yatıb yarın qaşında,

Getsəm də, çalacaq ha yana gördüm.


O məni qaş ilə, göz ilə çaldı.

Kərəmi yandırdı, “Kərəmi” çaldı.

Od vurdu könlümə dağ-düyün çaldı,

Fələklər ahımdan a yana gördüm.


Aşiq olub eşq şərabı içində,

Görün haqqı hər zərrənin içində,

Nadanların, namərdlərin içində,

Tanrım özü yetdi hayana gördüm.


Gedək elm dalınca olsa da çində,

Yar etdi imtahan, almışam çin də,

Yanacaq oduma ərəb də, çin də,

Üz tutub aşiqlər a yana gördüm.


Əriyib yox oldu, içimdəki mən.

Nemət, qoyma deyə namərdlər mən-mən.

Çəkib qılınc, oldum, haqqa ərən mən,

Göydə bədirləndi Ay, ana, gördüm.


1997

NƏ GÖZƏL ÇƏKİR


Məmməd İlqara
Gizli xəzinədən zühur eyləyib,

Qüdrət qələmini, nə gözəl çəkir.

Görün bir zərrəni insan eyləyib,

Nə gözəl boy-buxun, nə göz, əl çəkir.


Ürək verib bizə, al qan içində,

Oxlayıb aşiqlər, al qan içində,

Çəkibdir çarmıxa, al qan için də,

Dara çəkəndə də, nə gözəl çəkir.


Eşq mənim qanımda, həm canımda var,

Can içində gizli bir canım da var,

Məcnunam leylatək bir canım da var,

Görün bir nazımı nə gözəl çəkir.


Sərxoş aşiqinə gözəl mey süzür,

Haqq veribdir mənə, gözəl mey, süzür,

Meyxanə küncündə gözəl mey süzür,

Nə dil-dodaq doyur, nə göz, əl çəkir.


Baxdım camalına, gözümdən çaldı.

Yandırdı könlümü, “Ruhani” çaldı.

Nemətəm, ruhumu o gözəl çaldı,

Nə mən əl çəkirəm, nə gözəl çəkir.


1997

NƏ GÖZƏL ÇALIR


Qüdrətdən bağlanmış simsiz bir sazam,

Məni pirlər-piri nə gözəl çalır.

İçdim eşq şərabın yamanca sazam,

Qələm çalan, görün, nə gözəl çalır.


Bu nə yoldu hardan hara çəkilib,

Nə hikmətdir, ürək dara çəkilib,

Ağ üstündən niyə qara çəkilib?

Məni qara gözlər nə gözəl çalır.


İç-içədir gördüm ağlar, qaralar,

Addım-addım yarım məni qaralar.

Rübəndini açsa, gözüm qaralar,

Gizlincə ruhumu nə gözəl çalır.


Baxdım yar üzünə, gözüm böyüdü,

Dil açdım, danışdım, sözüm böyüdü,

Get-gedə cığırım, izim böyüdü.

Eşqim külüngünü nə gözəl çalır.


Məst olmuşam, yarım mənə mey süzür,

Baxır mənə, oğrun-oğrun hey süzür.

Qırxlar məclisində Nemət hey süzür,

Dərviş çalmasını nə gözəl çalır.


1997

HEY ÇALIR


Heç bilmirəm nə danışam, nə yazam,

Fikir sözü, söz mənanı hey çalır.

Qış keçibdir, yeni gələn bir yazam,

Gül bülbülü, arı gülü hey çalır.


Söküldü dan, əsdi sübhün nəsimi,

Yox ürəyin nə pərdəsi, nə simi.

Deməyin ki, köçüb gedib Nəsimi,

Ruhu məndə inildəyir, hey çalır.


Oda yaxıb, çəkdin məni dara sən,

Dolandırıb yenə saldın, dara sən.

Gəl, pərişan saçlarını dara sən,

Şahmar olub ürəyimi hey çalır.


Eşqə düşdün könül, cavan yaşında,

Boğularsan gözlərimin yaşında.

Yanar qurun, ağlar qalar yaşın da,

Eşq oxunu ürəyimə hey çalır.


Bu dünyanın astarı nə, üzü nə?

Yarım töküb zülflərini üzünə.

Könlüm quşu qalxdı göyün üzünə,

Pərvazlanıb qanad çalır, hey çalır.


Şəm başına pərvanələr dolanar,

Dolanar ki, ürəyinə dola nar.

Yar qoynunda yetişə nar, dola nar,

Gözüm dolub gülən narı, hey çalır.


Yazılıbdır, hər zərrədə bir yazı,

Hər bir ömrün bir qışı var, bir yazı.

Haqqdan yazılıbdı, Nemət, hər yazı,

Qüdrət qələmini çalır, hey çalır.


1997

NARIN
Qış qurtarıb, bahar fəsli gələndə,

Göydən yağış yağar, hey narın-narın.

Toy-düyünlər başlar payız gələndə,

Dərər ya qoynundan yar narın, narın.
Sinəsində şamamalar yetişər,

Hicran gedər, vüsal günü yetişər.

Yaxşı gözəllərə, yaxşı yetiş ər,

Dər ver nübarını almanın, narın.


Yarın həsrəti ilə könül, bir inci,

Gözəllər içində yarın birinci,

Nemət, sal boynuna yarın bir inci,

Söndür atəşini hicranın, narın.

1997

AĞDAMA QARDAŞ


Fələklə zər atıb qumar oynasan,

Yetməz köməyinə ağ dama qardaş.

Düşmən çalan havalara oynasan,

Həsrət qalacaqsan Ağdama, qardaş.


Al dilə aldandın dünən, bu gün də,

Əsrlərdir əsir qaldın bu gündə,

Aldadan neyləsin, aldandın gündə,

İndi də üz tutdun Ağ dama, qardaş.


Nemət, iblis Kremldə, Ağ evdə,

Qəsb edildi atan tikən ağ ev də,

Kəfən üçün qalmayıbdır ağ evdə,

Qorxuram, gözünə ağ dama, qardaş.


2002

O DAĞLAR QALDI


Dərdimi söylədim dağlara, daşa,

Quruyub yerində o dağlar qaldı.

Ağlar gözlərindən bulaqlar daşa,

Köksündən püskürən od ağlar qaldı.


Yandı ah-naləmdən ay, ulduz, gün də,

Dərdlərim göyərdi kölgədə, gündə,

Yer, göy çəkə bilməz, çəkirəm gündə,

Yandı dəli könlüm o dağlar qaldı.


Ahıma tuş gələn, oda qalandı,

Bir dərdim üstünə min dərd qalandı,

Biz gəldi-gedərik vətən qalandı,

Millət qaçqın düşdü, o dağlar qaldı.


Dözmək olmaz daha bundan o yana,

Ha çağırdım bəlkə millət oyana,

Yazıq millət, yazıq vətən, oy, ana,

Mən ağlar qalmışdım, o da ağlar qaldı.


Arılar, bülbüllər həsrətdir gülə,

Nemətəm ağlaram mən gülə-gülə,

Qoymaram düşmənlər üstümə gülə,

Çəkdi sinəmizə o dağlar qaldı.


2001

HEY DƏRƏ
Musa kimi atılıb mən döyüşə,

Cihad etdim o Firon Heydərə.

Kişi gərək aslan kimi döyüşə,

Tülkü kimi tor qurmaya heydərə.
Qisas qalmaz qiyamətə, oyansan,

Şər dahisi, Xeyr gözün oyansan.

Qaladığın oda düşsən, o yansan,

Nəsillərin axtaracaq hey, dərə.


Nemət kimi mərd-mərdanə deyəsən;

“İblis kimi yol azmısan” deyə, “sən”

Zülm etməkdən doymamısan deyəsən.

Çəkib qılınc, kəllələrin hey dərə.


2000

HEYDƏRİN, DƏRİN


Könül, yenə daldın eşq dəryasına,

Üz tut ümmanlara, hey dərin-dərin.

Örnək olsun sənə Mənsur, Nəsimi,

Aşiqsən soyulsun, hey dərin, dərin.


Qüdrətdən yazılıb bu yazı, yazı,

Düşdük qar-çovquna, gördük Ayazı.

Qış keçmir, gözlərik ha yazı, yazı,

Düşdük quyusuna, Heydərin, dərin.


Çıxarıb oturduq onu başda hey,

Soyur bizi, kəsir, yeyir baş da hey,

Qalmayıbdır düşünməyə başda hey,

İgidlər ah çəkir, hey dərin-dərin.


Dərdlərimiz yetişibdir minə hey,

Qaçqın düşən Məhəmməd hey, Minə hey,

İgid gərək köhlən atın minə hey,

Düşmən gorun qaza, hey dərin-dərin.


Nemətəm, dönübdür ürəyim qana.

Dinləyin sözümü, siz, qana-qana,

Yağı düşmənimiz susayıb qana,

Dərin mənaları, hey dərin, dərin.


1997

HA QAZI-QAZI


Ucaldıqca ağac yerə kök atar,

Yıxılmaz, dibini ha qazı, qazı.

Zalım ovçu tələ qurar tor atar,

Məhv edər Aslanı, Turacı, Qazı.


İgidlər sarılsın silaha, ata,

Nakişidən olmaz millətə ata,

Düşmən yurd-yuvanda gəlib kök ata

Neyləsin bu işə Məhəmməd qazı?


Yurdumuza qara yellər əsirdi,

Türk, Anuşun zinasına əsirdi,

Canı çıxsın, üstündə çox əsirdi,

Kürdü şah eylədi, vəzir hayqazı.


Bu qədər danabaş olmaz, ay bala,

Yuvanda bəsləyir düşmənlər bala,

Qoca Qurdun ağzı batıbdır bala,

Satır nefti, kəsir işığı, qazı.


Millətin yox nə hüququ, nə haqqı,

Ala bilmir fəhlə, kəndli qul haqqı,

Tanımırlar nə allahı, nə haqqı,

Minib mersedesə, basırlar qazı.


Tanrım nəzərini bir sal bu yana,

Car çəkib söylərəm mən yana-yana,

İgidləri satıb hey «İgidyana»,

Gəzir nakişilər ha qazı-qazı.


Demişəm yatmayın, düşmüşəm qana,

Seçdim doğru yolu, mən qana-qana,

Min bir yara alıb, boyansam qana,

Ölsəm şəhid ollam, yaşasam Qazı.


Gətirib çıxardıq başa Heydəri,

Öldürür milləti, soyur hey dəri,

Kükrəyib olaram haqqın heydəri,

Alınar Heydərin ha qazı, qazı.


Aldanmayın al dilinə Heydərin,

Yatma millət, soyulacaq hey dərin,

Kaftar qazır quyuları hey dərin,

Düşdü Surət, Rövşən, həm Rəhim Qazı.


Dağlar aşıb, yenib, qalxdım hey dərə,

Aşiq Nemət cihad etdin Heydərə.

İgid gərək mənaları hey dərə,

Ya şəhid olacam, ya da ki, qazı.


1997

AY LƏLƏ


Sal yadına sən bir keçən günləri,

Tülküsən sataşma şirə, ay lələ.

Çıxarırdın bir vaxt ilan dilləri,

İndisə, kəsirsən bərə, ay lələ.


Hər addımda min cür tələ qoyursan,

Gah öldürüb, gah da diri soyursan.

Hiyləgər tülküsən, şiri soyursan,

Bir gün rast gələrsən nərə, ay lələ.


Bilinmir eşşəksən, atsan, qatırsan,

Cütləyib zərləri, şeş-beş atırsan.

Oyun oynamırsan, hiylə satırsan,

Aldandın daş-qaşa, zərə ay lələ.


Gecə-gündüz elə rüşvət yığırsan,

Sağmal inək kimi xalqı sağırsan,

Qara kabus kimi bəla yağırsan,

Tanımırsan, nə dağ-dərə, ay lələ.


İblissən girmisən mələk donuna,

Niyə susamısan türkün qanına?

Salıb qrroları xalqın canına,

Uymusan hiyləyə, şərə, ay lələ.


Nahaq yerə xalqı avam sanırsan,

Günahını özün yaxşı qanırsan.

Nankorluq eyləyib, haqqı danırsan,

Əkdiyini biçər hərə, ay lələ.


Cəllədlıq eyləyib şöhrət qazandın,

Bil ki, min o qədər lənət qazandın.

Baş kəsdin, qan tökdün, nifrət qazandın,

Bir gün gömüləssən yerə, ay lələ.


Sən ki, çox isindin, mənim istimə,

Niyə tulaları saldın üstümə?

Nahaq fərman verib, durdun qəsdimə,

Səni döndərərəm xərə, ay lələ.


Nemət deyir, bir gün hesab çəkərəm,

Haqq yolunda başdan, candan keçərəm.

Şumlayıb, yurdunda bil turp əkərəm,

Tapılmaz dərdinə çarə, ay lələ.


1996

A ZALIM
Dillənmirəm çox həddini aşırsan.

Boş-boşuna qırıldama, a zalım.

Qudurmusan, sərhəddini aşırsan,

Qancıx kimi mırıldama, a zalım.
Gündə min bir fitnə-fəsad doğursan,

Dillənəni, yerindəcə boğursan,

Qan soransan, xalqın qanın sağırsan,

Bu milləti, sən, dolama, a zalım.


Kin içində qovrulursan, yanırsan.

Əqrəb kimi öz-özünü çalırsan,

Cib kəsirsən, hey bac-xərac alırsan,

Dilənçi tək zarıldama, a zalım.


Başlar kəsib, çox cəllədlıq eylədin,

Yetər daha Firounluq eylədin.

Qara yaxıb, iftiralar söylədin,

Arsız-arsız hırıldama, a zalım.


Zülm eylədin vətənimə, elimə,

Məcbur etdin, qələm aldım əlimə.

Adın düşdü təcnisimə, dilimə,

Bayquş kimi, gəl ulama, a zalım.


Əcnəbiylə aşnalığı qatırsan,

Əlbir olub, nefti, qazı satırsan.

Qumarbazsan, kazinoda yatırsan,

İlğım kimi parıldama, a zalım.


Haqqı dedim “millət”oldu narazı”,

Bakılısı, şəkilisi, “yerazı”.

Versən tula payı hamısı razı,

Kökümüzdə od qalama, a zalım.


Mircəfəri, Vəziryanı sal yada,

Uyma, axmaq, boş şöhrətə, boş ada.

Qrroların çata bilməz, bil dada,

Xeyiri şərə sən calama, a zalım.


Nemət deyir, yalan gəlməz dilimə,

Hörümçək tək, tor atırsan gölümə.

Bağlamışam haqqdan qılınc belimə,

Qorxum yoxdur, guruldama, a zalım.


1996

GİRDİN MİN SİFƏTƏ, MİN DONA SATQIN


Xəyanət eyləyib dosta, qardaşa,

Üz tutdun min fitnə, hədyana satqın!

Daim alçaqlıqla çıxıbsan başa,

Ləkəsən hər dövrə, hər ana satqın!


Sən Məlikməmmədin ipini kəsdin,

Alçaqlıq, xainlik sənin sənətin,

Bizi birləşdirmir nə millət, nə din,

Qıydın namərdliklə çox cana satqın!


Babək, Cavadxanı sən bada verdin,

Elimi, obamı sən oda verdin,

Ölkəni talayıb sən yada verdin,

Günahı yüklədin zamana satqın!


Nəsimi əlindən düşsə də qaçaq,

Hələbdə tutdurub, soydurdun alçaq,

Həmişə arxadan vurmusan bıçaq,

Əllərin batıbdır al qana satqın!


Girəvə axtarıb, fürsət gəzirsən,

Ev yıxıb pambıqla başlar kəsirsən,

Dünyaya, şeytana, nəfsə əsirsən,

Uymusan əzəldən sən ona satqın!


Çuğulluq eyləyib, hər zaman, hər gün,

Cavidləri etdin Sibirə sürgün,

Əməlin çıxacaq qarşına bir gün,

Ölüb-itib, getsən hayana satqın!


Qoymadın vətəni heç çıxsın yaza,

Göyçə, İrəvanı verdin Hayqaza,

Dərbəndi dəyişdin bir çürük qoza,

Girdin min sifətə, min dona satqın!


Əbaya bürünüb, əmmamə qoydun,

Mərd igidlər, nərlər dərisi soydun,

Sonra da «ağlayıb», dizinə döydün,

«Şöhrətin» yayıldı hər yana satqın!


Sən dini, milləti, Allahı dandın,

Hiyləgər tülkü tək Haca yollandın,

Nə tez unuduldu bolşevik andın,

Divan tutdun dinə, imana satqın!


Doymadın tökdüyün nahaqq qanlardan,

Manqurtlar düzəldib bu nadanlardan,

Bac verib, bac alıb, kor şeytanlardan,

Çevrildin sən cinə, şeytana satqın!


Atəşkəs eyləyib sən Qarabağda,

Çəkdin sinəmizə düyün də, dağ da,

Haqciklər bəsləyib, sarayda, bağda,

Qazandın həm aşna, həm ana satqın!


Möhtac eyləmisən mərdi, namərdə,

Qənim kəsilmisən bizə hər yerdə,

Girəvə düşəntək əlinə bir də,

Tapındın yenə şər, böhtana satqın!


Qurd kimi səninki dumandı, çəndi,

Rüşvət alıb vermək əsil peşəndi,

Yaman fürsət düşüb əlinə indi,

Vurğunsan qaranlıq dövrana satqın!


Millətin gününü eyləyib qara,

Tovlayıb hamını salmısan tora,

Tülküsən aslanlar çəkdirdin dara,

Geydirdin min cürə don buna satqın!


Yetmiş il daşıdın düşmən bayrağın,

Riyakarlıq, məkir, hiylə yarağın,

Yaltaqlar, məddahlar arxan, dayağın,

«Milli lider» oldun nadana satqın!


Xalqa divan tutub arzuna çatsan,

Nemət deyir, hətta dünyanı tutsan,

Sanma ki, cəzadan qurtaracaqsan,

Mütləq çəkiləssən divana satqın!


1997

GORBAGOR
Zəhər qatıb bu millətin aşına,

Yaman günə qoydun bizi, gorbagor!

Xain çıxdın torpağına, daşına,

Qışa döndü, bahar yazı, gorbagor!
Danışsan da doğma ana dilində,

Düşmənisən vətənin də, elin də,

Xalqı soydun, fürsət varkən əlində,

Yaman kökləmisən sazı, gorbagor!


Başa çıxdın min bir fitnə, felilə,

Tora saldın hamını al dililə,

Yaman,oyun oynamısan elilə,

Bükülüb millətin dizi, gorbagor!


Tutdun Firounla, Şəddat yolunu,

Bağladın millətin hey, əl-qolun,

Haqq deyənin kəsdirib sən, dilini,

Həmişə azdırdın izi, gorbagor!


Yetmiş il sən dini, Allahı söydün,

Bolşevikəm, deyib, sinənə döydün,

Öhdəlik götürüb planlar qoydun,

Yesir etdin gəlin-qızı, gorbagor!


Lənəti, iblisdən oldun beş betər,

Ha çapdın, taladın demədin, yetər,

Səpdiyin toxumdan şər-şeytan bitər,

Oldun şər-şeytanın özü, gorbagor!


Atəşkəs eyləyib, xalqla savaşdın,

Şər, böhtanlar deyib həddini aşdın,

Nə qədər ev yıxıb, qana bulaşdın,

Qurda neyləmişdi, quzu, gorbagor?!


Namərd, haramzada, haqqımı dandın,

Maviya,Yezidtək lənət qazandın,

Nə Allahdan qorxdun, nə də utandın,

Kəsəndə doğrunu, düzü, gorbagor!


Qapıb, mənimsəyib şan-şöhrətimi,

Dandın türk dilimi,Türk millətimi,

Çıxarıb hərraca var-dövlətimi,

Satdın yer altında qazı, gorbagor!


Varislərin oğru, quldur, qumarbaz,

Bu qədər rüşvətxor, haramxor olmaz,

Çapıb, taladığız sizə də qalmaz,

Doymur, acgözlərin gözü, gorbagor!

Hər şeyin qaldırıb yenə qiymətin,

Kasıbın mazutun, çörəyin, ətin,

Taxtda çıxardığın itoğlu itin,

Tutmur, əməlilə sözü, gorbagor!


Zırbazır, qumara qoyub ölkəni,

Bütün məmləkətə söydürür səni,

Arvad kapitanı, arvad yelkəni,

Əridir sarayda buzu, gorbagor!


Sən ona rol verdin, o da arvada,

Rüşvətsiz gəlin də iş vermir yada,

Saldın bu milləti bəlaya, oda,

Qalmayıb heç nəyin duzu, gorbagor!


Məmur da, nazir də keçibdi paza,

Tüklənən, yağlanan gedir güdaza,

Hamı bir-bir dönür yolunmuş qaza,

Sındırır başlarda qozu, gorbagor,


Heykəlin tikilir hər yanda indi,

Eybi yox, hələlik dövran sənindi,

Gün doğdu, fələyin çarxı ki döndü,

Görünər gerçəyin üzü, gorbagor!


Haqqın dərgahında qaradır üzün,

Hamı gec-tez bilər hər şeyin düzün,

Xainsən, satqınsan, bilirsən özün,

Oldun düşmənlərə tazı, gorbagor!


Nahaq yandı Nemət sənin oduna,

Gördüyüm işləri çıxdın adına,

Nə varis çatacaq, nə var dadına,

Min lənət qazandın azı, gorbagor!


2005

DÖYÜŞƏ QALX AZƏRBAYCAN


Yetər oldun sən zarıncı,

Döyüşə qalx, Azərbaycan!

Çal qopuzu, çək qılıncı,

Döyüşə qalx, Azərbaycan!


Yıxıldı bürc qalaların,

Tapdandı el-obaların,

Əsir oldu balaların,

Döyüşə qalx, Azərbaycan!


Dağları sis duman alıb,

Düşmən bizi tora salıb,

Şuşa, Təbriz, əsir qalıb,

Döyüşə qalx, Azərbaycan!


Nə yatmısan oyan, oyan,

Çıx zülmətdən, nura boyan.

Boyun əymə, məğrur dayan,

Döyüşə qalx, Azərbaycan!


Bəsdi baxdın sağa, sola,

Qoyma, qurdu qoyun ala,

“Misri”, “Cəngi” çala-çala,

Döyüşə qalx, Azərbaycan!


Ulduz doğub, bulaq qaynar,

Qırat şahə qalxıb oynar,

Qoç Koroğlu bizi haylar,

Döyüşə qalx, Azərbaycan!


Ana yurdum, obam, elim,

Doğranmısan dilim-dilim.

Ya azadlıq, ya da ölüm,

Döyüşə qalx, Azərbaycan!


Vüqarlı tut sən başını,

Ağlama, sil göz yaşını,

Anla dövrün savaşını,

Döyüşə qalx, Azərbaycan!


Yeni era, yeni dövr,

Yaraların eylər qövr,

Gəl, üzünü haqqa çevir,

Döyüşə qalx, Azərbaycan!


Gavurlar həddini aşdı,

Nemət, səbrim dolub daşdı,

Həyat sonsuz bir savaşdı,

Döyüşə qalx, Azərbaycan!

Azərbaycan, Azərbaycan!
1997

`
BİLMİRDİN


Düşmənin hiyləgər, millətin avam,

Kiminlə çıxmısan yola bilmirdin?!

Qalmaz qiyamətə, qalmaz bu davan,

De, niyə qələbə çala bilmirdin?!


Gözləri görməyən, ağlı kəsməyən,

Gərnəşə-gərnəşə yerdə əsnəyən,

Düşmənlər üstünə yel tək əsməyən,

Bir elə sən oğul ola bilmirdin?!


Qoyunun cildinə qurd yaman girib,

Sürünü erkəcsiz, çobansız görüb,

Çaqqallar ulaşıb, qurda hay verib,

Axsaqlar qalacaq dala, bilmirdin?!


Qoca qurd sürüyə çoban olanda,

Erkəcin yerini, təkə alanda,

Aldadıb, sürünü tora salanda,

Olacaq sürüyə bəla, bilmirdin?!


Yaşamaq da çətin, ölmək də çətin,

Yamanca batıbdır səsi millətin,

Buraxıb üstünə yəhudi itin,

Arxalı köpəkdir, bala, bilmirdin?!


İsrail lotusu düyün çalıbdır,

Bütün ölkələri tora salıbdır,

Borc verib, borcunu ələ alıbdır,

Düşəssən fitniyə felə bilmirdin?!


Rüşvətxor ölkəni alıb başına,

Nemət, zəhər qatıb xalqın aşına,

Qənim kəsilibdir öz yurddaşına,

Qurdla aşna olub tula, bilmirdin?!


1996

BİLMİRƏM
Özüm, öz içimdə seyrə dalmışam,

Ağlaya bilmirəm, gülə bilmirəm,

Tanrım, bu dünyada tənha qalmışam,

Yaşaya bilmirəm, ölə bilmirəm.
Nə arzu qalıbdır, nə də ki, həvəs,

Hey gəlir könlümə, qeyibdən bir səs,

«Sənə verilibdir əbədi nəfəs,

Ölsən də canını ala bilmirəm.»


Ölmüşəm, canımı alan da, yoxdur,

Mənim məclisimə gələn də yoxdur,

Soruşub, halımı bilən də, yoxdur,

Ölülər içində qala bilmirəm.


Fırlanır, bu çərxi-dövran dolanır,

Yağmur tək başıma dərdlər ələnir.

Ölkənin vəziri, şahı dilənir,

Millətin göz yaşın silə bilmirəm.


Şeyx Nəsrullahlar hökmdar olub,

Satqın yaltaqlara, dünya yar olub,

Danabaş kəndidi, Cəlildən qalıb,

Kefli İskəndər də ola bilmirəm.


Yağı düşmənləri, Baş vəzir olan,

Vətəni, milləti olacaq talan.

Dəliqanlıları zindanda qalan,

Əsir qalaları ala bilmirəm.


Bir anım olmayıb qəza-qədərsiz,

Nemət, öz-özündən olma xəbərsiz,

Köçmə bu dünyadan izsiz, əsərsiz,

Əbədi sükuta dala bilmirəm.


1996

SƏSSİZLİKDƏN GƏLƏN SƏS


Səssizlikdən gələn səs,

Tanrıdan gələn nəfəs,

Tənhalığa girən kəs,

Haqq qapısın bulacaq.


Tənhalıqda qalanlar,

Ustaddan dərs alanlar,

Elm ürfanla dolanlar,

Haqqdan buta alacaq.


İçən eşqin şərabın,

Zikr edər yarın adın,

Yar eşidib, fəryadın,

Ona nəzər salacaq.


Eşq şərabın içəcək,

Nəfsə kəfən biçəcək

Başdan, candan keçəcək

Yar yanı son duracaq.


Diz çöküb dərgahında,

Camalına baxın da.

Cana, candan yaxında

Yar əbədi qalacaq.


Öləcək arzu, həvəs,

Qeybdən gələcək səs.

«Sən kimsən, mən kiməm, bəs?!»

Səndən-məndən olacaq.


Nemət açdı bu bəhsi,

Oldu haqqın nəfəsi,

Tanrıdan gələn səsi,

Könüllərə dolacaq.


1996

DÜNYANIN


Üz verib, üzünə gülsə də sənin,

Tutacaq bil səni, iti dünyanın.

«Yerisən, yüyürsən çata bilməzsən»,

Dördnala yüyürür atı dünyanın.


Çarxı hey fırlanır fırfıra kimi,

Qalarsan dünyada avara kimi,

Üyüdəcək səni kirkirə kimi,

Vardır yeddi-doqquz qatı dünyanın.


Əcəl şərbətini bir gün içirər,

Çəkib səni ələyindən keçirər,

Ruhu bədən qəfəsindən köçürər,

Deməyin, qırıqdır zatı dünyanın.


Gah bəzənib gəlin kimi görünər,

Gah da dönüb, ilan kimi sürünər,

Ağ, qaralı dondan dona bürünər,

Şahı, gədası da matı dünyanın.


Nemət üzür hər an doğru axına,

Qoymur gəlsin iblisləri yaxına,

Çıxıbdır ərənlər seyrəngahına,

Quruyubdur matı-qutu dünyanın.


1996

YOLUMU KƏSDİRƏN BİLİR


Cəlladlar nə bilir kiməm,

Fərmanla can alan bilir.

Manqurtlar nə bilir kiməm,

Haqqa aşiq olan bilir.


Gah yandırıb, oda yaxan,

Çarmıxa çəkdirib baxan,

Qan töküb, aradan çıxan,

Nahaq qanlar salan bilir.


Lənəti şeytan görür iş,

Fitva verir molla, keşiş.

Cahillərsə edib vərdiş,

Qatil təbil çalan bilir.


Molla ilə keşiş ki, var,

Sinaqoqdakı iş ki, var,

Bu dünyada savaş ki, var,

Xalqı edən talan bilir.


Qan tökmək iblis işidir,

Papazların vərdişidir,

Altun-bunların eşidir,

Bacı-xərac alan bilir.


Cəlil deyən bu baş ki, var,

Başdakı danabaş ki, var,

Başa düşən bu daş ki, var,

Yaman günə qalan bilir.


Görün, haqqın gərdişini,

Nemət görür nər işini,

Çəkib nəfsin hər dişini,

Bunu haqqa dalan bilir.


1996

« RUHANİ» ÇAL, «RUHANİ»


Köklə telli sazı, köklə, sevgilim,

Bas bağrına «ruhani» çal, «ruhani»!

Yaralı könlümü dinlə, sevgilim.

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


Çal, telli saz dərdimi dil-dil ötsün,

Öldürür dərd məni, imdada yetsin,

Ah-naləm səsində əriyib itsin,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


«Ruhani» çal, yana-yana ağlayım,

Çal «Kərəmi», Kərəmə yas saxlayım,

Eşq oduyla yaralarım dağlayım,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


Gah zildə, gah bəmdə dindirmə məni,

Uca səmalardan endirmə məni,

Eşqinlə yanıram, söndürmə məni,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


Elə çal ki, yatmış bəxtim oyansın,

Nemətəm, ahımdan fələklər yansın,

Ruhumuz soyulub nura boyansın,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!

1996

XƏYALIM MƏNİM


Gündüzlər xəyalım, gecələr yuxum,

Sevgilim, həyatım, xəyalım mənim.

Bilmirəm, bu dərdi mən necə yozum,

Sevgilim, həyatım, xəyalım mənim.


Talemi namərdmiş, ya mən, bilmirəm,

Qədərmi günahkar, ya sən, bilmirəm,

Mələksən, hurisən, nəsən bilmirəm,

Sevgilim, həyatım, xəyalım mənim.


Sonsuzluq bəxtinə yazılmış nədən,

Sındırdım könlünü yaman bilmədən,

Yolunda qurbandı bu can bu bədən,

Sevgilim, həyatım, xəyalım mənim.


Yandırdım mən səni odsuz-alovsuz,

Eşqə əsir düşdüm, torsuz, tilovsus,

Mən də qalarmışam çarəsiz, yolsuz,

Sevgilim, həyatım, xəyalım mənim,


Nemətəm, yolunda min qan eylərəm,

Eşqimlə dərdinə dərman eylərəm,

Canımı, bil sənə qurban eylərəm,

Sevgilim, həyatım, xəyalım mənim.


1996

YIXDI MƏNİ, YIXDI MƏNİ MƏLƏYİM


Yıxammadı məni divlər, şeytanlar,

Yıxdı məni, yıxdı məni, mələyim.

Puç oldu etdiyim əhdi-peymanlar,

Bükülübdür dizim, belim, biləyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Gözlərindən dərya qopub dərd axır,

Damla coşub, selə dönüb sərt axır,

Eşq selində namərdlər yox, mərd axır,

Daşa dəydi arzum, eşqim, diləyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Dərdi-qəmi alıb dörd bir yanımı,

Neşdərləyib axıdır hey, qanımı,

Nə əfv edir, nə də alır canımı,

Boş-boşuna hey ələnir ələyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Boş beşiyə layla deyib ağlayır,

Sonsuz olan eşqimə yas saxlayır,

Diri-diri gözlərimi bağlayır,

Tərsə döndü yenə, çərxi fələyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Aşiq olub Nemət eşqə qul oldu,

Yol əhlinə, ərənlərə yol oldu,

Yandı, yandı, Kərəm kimi kül oldu,

Son nəfəsdir kəsilibdir kələyim,

Yıxdı məni, yıxdı məni, mələyim.

1999


ALLAH-ALLAH, HU ALLAH
Ərşdən uca taxtımız,

Qədərdəndir baxtımız,

Fəna oldu vaxtımız,

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Ərşə qalxdı ahımız,

Açıldı dərgahımız,

Məcnun oldu şahımız

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Könül Sultan taxtıdır,

Baxt-Adəmin baxtıdır,

Qiyamət-son vaxtıdır.

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Haqqdır bizim dinimiz,

Lənəti düşmənimiz,

Can içində canımız,

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Sirri pünhandır zatın,

Eşit, könlüm fəryadın,

Zikr edir Nemət adın,

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
1996

YAR ALAR MƏNİ


Yaralarım açılmadan gül kimi,

Öldürər əl vurma, yaralar məni.

Könül gülüstanım gülləri onlar,

Dəymə, açılmamış sar alar məni.


Dərdi- dərmanımdır, dərman nə lazım,

Eşqin xəstəsiyəm, loğman nə lazım,

Yarın xəlvətində yorğan nə lazım,

Vüsaldan köynəyi aralar məni.


Donların içində yarım gizlənib,

Canların içində canım gizlənib,

Hər zərrədə «O Sultanım» gizlənib,

Hər an addım-addım qaralar məni.


Ahu kimi gəzmə dağlar, dur gedək,

Gecə-gündüz yarım ağlar, dur gedək,

Yollarımı yağı bağlar, dur gedək,

Ovçular pusquda yaralar məni.


Canım qurbanımdı yara, demişəm.

Çəkiblər çarmıxa, dara, demişəm.

Nemət, sözüm mən əğyara demişəm.

Taleyin hökmüdür, yar alar məni.


1996

YARDAN FƏRMAN GƏLDİ MƏNƏ


Yardan fərman gəldi mənə,

Ürək qidası qan oldu.

Can quşu qondu bədənə,

Can içində canan oldu.


Şeytan, mələk bəhsə düşdü,

Hamısı təşvişə düşdü,

Sordular: «Ya Rəbb, nə işdi,

Yenə qanlı dövran oldu?»


Öyrətdi hər sözü mənə,

Ustad oldu özü, mənə.

Təlim etdi düzü, mənə.

Azdım, işim yaman oldu.


Dolandırdı cənnətini,

Göstərdi öz qüdrətini,

Verdi ağ-qara atını,

Mindim, qaçdı-zaman oldu.


İblis döndü yoldaşıma,

Zəhəri qatdı aşıma,

Min bəla gəldi başıma,

İşim ahu-fəğan oldu.


Çərxi günə-aya verdi,

Ağlı mənə maya verdi,

Məhəmmədə ayə verdi,

Aşiqlərə həyan oldu.


Çəkdim dünya acısını,

Sevdim qardaş bacısını,

Leyli, Məcnun Hacısını,

Gördüm, sirlər əyan oldu.


Gördüm dörd bir yanda mənəm,

Bu çərxi- dövran da mənəm,

Damla da, ümman da mənəm,

Damla döndü ümman oldu.


Nemət keçdi yeddi qatı,

Hamıdan gizlindi zatı,

Bu dünya onun Siratı,

Ondan keçən iman oldu.

1996

ÇALIR QÜDRƏT ƏLİ MƏNİ


Haqqdan bağlanmış bir sazam,

Çalır qüdrət əli məni.

Eşqin ilə köklənmişəm,

Simləyib nur teli məni.


Üzürəm nur selindəyəm,

Neyəm, ustad əlindəyəm,

Aşiqəm, eşq dilindəyəm,

Ünü edib dəli məni.


Yeddi, doqquz sayı olan,

İnləməz ney, inlər çalan,

Könlünə yüz günəş dolan

Saymaz günəş ili məni.


Vuruldum yar camalına,

Düşdüm günəşin halına,

Fələklərin əhvalına,

Yandırdı nur dili məni.


Laməkanda badə içdim,

Aşiqlik yolunu seçdim.

Surətdən mənadan keçdim,

Aparır eşq yolu məni.


Aşiqlərə göz olmuşam,

Ariflərə söz olmuşam,

İlqarıma düz olmuşam,

Tanrı edib vəli məni.


Adəmdən öncə var idim,

Gizlində yara yar idim,

Tanrı dağında qar idim,

Əritdi nur seli məni.


Buz idim su olub axdım,

Toxumdan, mənidən çıxdım,

Göz açıb dünyaya baxdım,

Sevir canan eli məni.


Ruham, canlar cananıyam,

Sultanların sultanıyam.

Nemətəm, haqq Aslanıyam,

Kükrədir eşq yeli məni.


1996

DEYİN, GÖRÜM, BƏS MƏN KİMƏM!


Kainat evim, eşiyim,

Ərşi-əladır beşiyim,

Ulduzlardı içim, dışım,

Çərxi dövranladır işim,

Deyin görüm, bəs mən kiməm?!
Eşqdir əzəldən yarağım,

Yanır qüdrətdən çırağım,

Haqqdır dirəksiz dayağım,

Könül olubdur «Burağım.»

Deyin görüm, bəs mən kiməm?!
Bədən geyindim, əynimə,

Yapınçı saldım çiynimə,

Eşqin vurübdur beynimə,

Fələklər gəlmir eynimə,

Deyin görüm, bəs mən kiməm?!
Sən məndəsən, mən də «sən»əm,

Zərrə də, ümman da mənəm,

Soruşdun söylədim «sən»əm,

«Gövhəri-Laməkan mənəm»,

Deyin görüm, bəs mən kiməm?!
Leyli və Məcnun olmuşam,

Haqqa sirdaş doğulmuşam,

Qul idim, Soltan olmuşam,

Mən ərşə-kürsə dolmuşam,

Deyin görüm, bəs mən kiməm?!
Sevilən də, sevən də mən,

Haq camalın görən də mən,

Canana can verən də mən,

Diri-diri ölən də mən

Deyin görüm, bəs mən kiməm?!
Dünya qəfəs, bədən qəfəs,

Nə arzu var, nə də həvəs,

Haqqdan gəlir könlümə səs,

Kimdir söyləyin Nemət bəs,

Deyin görüm, bəs mən kiməm?!

1996


GÖRMÜŞƏM !
Könül aynasını silib,

Mən onda Yarı görmüşəm.

Min naz ilə hər dəm gülüb,

Alır canları, görmüşəm!


Zülfünü töküb üzünə,

Çıxıbdır eşqin düzünə,

Qurub aşiqin yüzünə,

Zülfündən toru görmüşəm!


Açıb eşqin bazarını,

İşə salıbdır arını,

Yığır güllərdən barını,

Toplayır barı görmüşəm!


O nə durub, nə də gedir,

Dayanmadan O, xəlq edir,

Ovçu olub, ovu güdür,

Tökür qanları, görmüşəm!


Bunu görən şan-şan oldu,

Elmlə, ürfanla doldu,

Nemət dönüb, Məcnun oldu,

Əhdi, ilqarı görmüşəm!


1996

DOĞRU_DÜZGÜN YOLLA GEDƏK


Haqqa doğru getmək üçün,

Doğru-düzgün yolla gedək.

Diləklərə yetmək üçün,

Doğru-düzgün yolla gedək.


Qeybdən səs, söz dinləyək,

Dərdləri dosta ünləyək,

Gerçək aşiqik, inləyək,

Doğru-düzgün yolla gedək.


Zina etməyək göz ilə,

Qeybət etməyək söz ilə,

Əyri olmayaq düz ilə,

Doğru-düzgün yolla gedək.


Halalı haramdan seçək,

Nəfsin istəyindən keçək,

Eşqin şərabını içək,

Doğru-düzgün yolla gedək.


Əməl bir-bir yazılacaq,

Bilin, cavab sorulacaq,

Haqq divanı qurulacaq

Doğru-düzgün yolla gedək.


Əzrail canlar alacaq,

Tanrı bizə yar olacaq,

Kainat nurla dolacaq,

Doğru-düzgün yolla gedək.


Ömürlər günlər sönəcək,

Ulduzlar yerə enəcək,

Hər şey əslinə dönəcək,

Doğru-düzgün yolla gedək.


İsrafil surun çalacaq,

O gün qiyamət olacaq,

Sel-su dünyanı alacaq,

Doğru-düzgün yolla gedək.


Yer-göy əriyib itəcək

Günəş də nurda batacaq,

Eşq əhli haqqa çatacaq,

Doğru-düzgün yolla gedək.


Nə əksək, onu biçərik,

Əcəl şərbətin içərik,

Dünya fanidir, köçərik,

Doğru-düzgün yolla gedək.


Nemət, yatma, sən ayıq ol,

Yolda düşmən var, sayıq ol,

Can ver, canana layiq ol,

Doğru-düzgün yolla gedək. 1996

YARIN ŞƏHƏRİNƏ GƏLDİM
Yarın şəhərinə gəldim,

Arayıb, evini buldum,

Hicran qapısından girdim,

Varıb ona qonaq oldum.


Salam verdim, salam aldım,

Qolumu boynuna saldım,

Üzümü üzünə qoydum,

Məst olub, yanında qaldım.


Əl atıb, yaxasın açdım,

Soyunub yanına keçdim,

Vüsal şərabını içdim,

Doyunca kamımı aldım.


Hicranda var vüsal, gördüm,

Vüsalda min cür hal gördüm,

Durub, nəfsimi öldürdüm,

Vüsaldan, hicrandan oldum.


Dərd ilə sevinci biçdim,

Haqqın sirlərini açdım.

Nemət, qanadlanıb uçdum.

Rəngsiz səmasına daldım.


1996

ARİF OLAN DİNLƏR MƏNİ


Bir bayrağam, tikilmişəm,

Döyəcləyir yellər məni.

Uçub, ərşə çəkilmişəm,

Vəsf eyləyir dillər məni.


Gecə-gündüz yüyürmüşəm,

Neçə ömür əyirmişəm,

Fırlanıb, bir də görmüşəm

Hey axıdır sellər məni.


Altı gündə yazılmışam,

Zərrə-zərrə qazılmışam

Bağrı yanıq saz olmuşam,

Dilləndirir tellər məni.


Dövrə vurub, hey dolanan,

Ayla, günü ələ alan,

Od, hava, su, torpaq olan

Qandallayıb əllər məni.


Kimi öyür, kimi söyür,

Hamısı qapımı döyür,

Yetişməmiş-mənəm, deyir,

Arif olan dinlər məni.


Mən haqqa sirdaş olmuşam,

Yar ilə yoldaş olmuşam,

Məclislərdə baş olmuşam,

Dinlər mərd ərənlər məni


Girdim aslan savaşına,

Dolandım Yarın başına,

Baxma Nemətin yaşına,

Tanıyır sərt illər məni.


1996

TƏNHALIQDAN GƏLƏN SƏSƏM


Dağlara düşüb əks-sədam,

Səssizlikdən gələn səsəm.

Ərənlərə çatar nidam,

Mən, qebdən gələn səsəm.


Yoxdur nə yarım, yoldaşım,

Nə də var ayağım, başım,

Zaman yox, bilinsin yaşım,

Mən qebdən gələn səsəm.


Aşiqlə, məşuq olmuşam,

Eşqəm, könülə dolmuşam,

Yalqız, tək-tənha qalmışam,

Mən qeibdən gələn səsəm.


Nə kafirəm, nə müsəlman,

Dolanır başıma dövran,

Yoxdur mənə zaman, məkan,

Mən qeibdən gələn səsəm.


Çərx içində bir danəyəm,

Nemət söylər, divanəyəm,

Yar, Məcnuni-zəmanəyəm,

Mən qeybdən gələn səsəm!


1996

BU GECƏ
Bu gecə ayrıldı can, bədənimdən.

Ruhum pərvaz edib ərşi dolandı.

Hara niyyət etdim mənzilim oldu.

Canım eşq oduna yandı, qalandı.
Cismim yatır daha ruhum yatmayır.

İşıq sürəti də mənə çatmayır.

Könüllərdə doğan günəş batmayır.

Ruhum, haqdan gələn nura calandı.


Nemət, iki cahan puç imiş bildim.

Dərd, sevinc insana yük imiş bildim.

Məqsəd o dərgaha köç imiş bildim,

Aşiqlər can verib, canan alandı.


2000

GÖZ YAŞIMI İÇƏ-İÇƏ YAŞADIM


Mənim dərdim şəbi- hicran dərdidir,

Zülmətləri biçə-biçə yaşadım.

Mələk çəkməz, Fələk çəkməz dərd idi,

Sürgün olub köçə-köçə yaşadım.


Adəm olub seçdim yolun sərtini,

Hicran ilə keçirmişəm hər günü.

Əyyub olub, çəkdim Əyyub dərdini,

Zaman, məkan keçə-keçə yaşadım.


Dərd əhliyəm, məndə dərdə dözüm var,

Görünməyir, yoldan böyük izim var,

Ulu Tanrım, sənə sözsüz sözüm var?

Özü, sözdən seçə-seçə yaşadım.

Dəli könlüm sahilsiz bir adadı,

Dalğa döydü, fırtınalar budadı.

Fani dünya bir viranə odadı,

Heç bilmirəm, necə, necə yaşadım.


Hal əhli yox, aramışam hər yanı,

Nemət gözlər hər an Sahibzamanı.

Qorxuram ki, sel-su tuta dünyanı,

Göz yaşımı içə-içə yaşadım.


2001

ÖZ TALEYİM ÖZ ƏLİMLƏ YAZILIR.


Öz taleyim öz əlimlə yazılır,

Məzarımsa «dost» əlilə qazılır,

Nə deyirəm, Tanrım, tərsə yozulur.

Bu toplumla heç bilmirəm neyləyim,

Hal əhli yox, dərdi kimə söyləyim?
Yüz illərdir qan ağlayır yarası,

Ağlamaqdan gedib gözün qarası,

Düşmən ilə yaman sazdı arası,

Xilasına gələnləri öldürür,

Dost öldürür, düşmənləri güldürür.
Anlamayır nə xeyir, nə şərini,

Nadanlıqdan qırır biri-birini,

İtiribdir ürək, başın yerini,

Mədəsilə, qarnı ilə düşünür,

Düşünməyir, küllüklərdə eşinir.
Bir an susmur, gecə-gündüz zarıyır,

İtiribdir ağasını arayır,

Əsrlərdir düşmənlərə yarayır.

Manqurt olub anasını oxlayır,

“Pirim” deyib düşmənə yas saxlayır.
Dedirtsən də “Ya Azadlıq, ya ölüm!”

Nemət, çəkdin min məşəqqət, min zülm.

Qurtarmadı nə vətənim, nə elim.

Yenə qaldıq nadan, satqın əlində,

Millət batır göz yaşının selində.
2001

MƏNƏ QƏNİM OLUB DÖVLƏTİM MƏNİM


Arzular, ümidlər bələnib qana,

Mənə qənim olub dövlətim mənim.

Vətən də, millət də, doyubdur cana,

Yenə talan olur sərvətim mənim.


Xəyal çilik-çilik, arzum can üstə,

Ölüm yatağında can verir xəstə,

Millətdə döyüşə yoxdu həvəs də,

Qurdla aşna olub öz itim mənim.


Hər yan xain, satqın dörd tərəf düşmən,

Yolların olubdur boran, çovqun, çən.

Yaman qara gəlib taleyin, Vətən!

Əsir-yesir olub millətim mənim.


Ölkəni talıyır quldur bir dəstə,

Kimsə çıxarmayır cınqır da, səs də,

Amansız gerçəklər başımın üstə,

Yoxdu nə köynəyim, nə bitim mənim.


Hökmdar qumarbaz, «ziyalı» satqın,

Dərisi soyulur ölkənin, xalqın,

Heykəli əkilir şərin, nahaqqın,

Heç cür qəbul etmir qeyrətim mənim.


Haqdan dəm vuranlar haqqımı dandı,

Zalıma baş əyib bir-bir yalmandı,

Yaltağa, məddaha gözəl dövrandı,

Heyrətdən doğuldu heyrətim mənim.


Bu nırxı bazara qoyana lənət,

Ölkəni talayıb, soyana lənət,

Haqqın gözlərini oyana lənət,

Şər ilə savaşdı sənətim mənim.


Zəmanə bəd gəlib, dövran çətindi,

Hər şeyi qoyublar hərraca indi.

Namərd, nakişilər bizləri yendi,

Tarixə gömülür şöhrətim mənim.


Ya Rəbbi! Vətənə, millətə qıyma!

Mərdləri namərdlər əlində qoyma!

Ehey Şər oğlu Şər gözümü oyma!

Həkk olub tarixə qüdrətim mənim.


İnam qalmasa da vallah heç kəsdə,

Verəcəm millətə yeni nəfəs də,

Nemət, yalnız Haqdan qələbə istə,

Bəllidir meydanda cürətim mənim.


26. 02. 2005

QARDAŞ
Vədə verdin üçcə günə,

Üç gün döndü ilə, qardaş,

Telefon da cavab vermir,

Rəhm eyləyin elə, qardaş!
Mərd igid sözündən dönməz,

Günəş üfürməklə sönməz,

Dərd əhlinin üzü gülməz,

Bülbül həsrət gülə, qardaş!


Çox atdan düşdüm, atlandım,

Min bir əzaba qatlandım,

Vətən, millət üçün yandım,

Ömürü verməm yelə, qardaş!


Qara gəldi, qara bəxtim,

Dərd əlindən dağa çıxdım,

Ahımla yandırıb, yaxdım,

Dağ-daş gəldi dilə, qardaş!


Nemət çəkir el dərdini,

Seçir mərdlə, namərdini,

Unutma Allahı, dini,

Dünya batar selə, qardaş!


2006

SƏN Kİ MƏNİMSƏN


Sən mənim dünyada sonsuz sevincim,

Sən mənim əbədi dərdim, qəmimsən,

Haqqın ərmağanı, qiymətsiz incim,

Ağır, dar günümdə tək həmdəmisən!


Dünyaya ün saldım, taleyim bəlli,

Yoxdur dərdlərinin çarəsi, həlli,

Həm mənə dərd oldun, həm də təsəlli,

Yavrulu yavrusuz bir mələyimsən.


Gözlərin gülsə də, qəlbin ağladı,

Yaralı qəlbimi yaman dağladı,

Yaran sağalmadı qaysaq bağladı,

Mənim dərd içində üzən gəmimsən!


Anama gəlinsən, balama ana,

Mənimçün gəlmisən sən bu cahana,

Yaman saldın məni, yar, nahaq qana,

Gahdan xilasgarsan, gah da qənimsən.


Bu qoca dünyada borcluyam sənə,

Nə qədər düşsəm də borana, çənə,

Nemətə həmdəmsən bilirəm yenə,

Allaha min şükür, sən ki mənimsən.


2008

DÖVLƏTLƏR QURDULAR İZİM DƏ MƏNİM


Ya Azadlıq, ya da ölüm demişəm,

Haqqın nəfəsi var sözümdə mənim.

Vətən, millət üçün dərd-qəm yemişəm,

Dünya heçə dönüb gözümdə mənim.


Ahımla dağları, daşları yıxdım,

Su olub torpağın bağrına axdım,

Olum, ölüm deyib savaşa çıxdım,

Yoxdu kəfən üçün bezim də mənim.


Bağ saldım, becərdim, barın yemədim,

Həp doğru danışdım, yalan demədim,

Daim məşəl kimi yandım, sönmədim,

Yanır hər ocaqda közüm də mənim,


Meydanda azadlıq tonqalı çatdım,

Əyirib toxudum, qurub yaratdım,

Qanla imza atıb bayraq ucaltdım,

Sapım da, bezim də, bizim də mənim.


Aləmi bəzəyib lüt-üryan qaldım,

Namərd dostlarımdan min yara aldım,

Yurdumda mən odsuz, ocaqsız oldum,

Kəsildi işığım, qazım da mənim.


El üçün ağladım, gözüm kor oldu,

Çalışdım, vuruşdum, kimlərə qaldı,

Alçaqlar haqqımı əlimdən aldı,

Qurda qismət oldu quzum da mənim.


İçim qan ağladı üzüm gülsə də,

Haqsızlar haqqımı dana bilsə də,

Dərdimin üstünə dərd ələnsə də,

Büdrəyib bükülməz dizim də mənim!


Min dərdim olsa da, dərman da məndə,

Qərib kimsəsizəm Ya Rəbb, vətəndə,

Düşsəm də borana, qalsam da çəndə,

Dözülməz dərdlərə dözüm də mənim.


Danmaq istəyənlər dana bilmədi,

Anmaq istəyənlər ana bilmədi,

Nadanlar anlayıb qana bilmədi,

Günahı gördülər özümdə mənim.


Balıq bilməsə də Xaliq biləndi,

Başıma od yağdı, hey od ələndi,

Yandı dəli könlüm, oda bələndi,

Nalədi, fəryaddı sazım da mənim.

Neyləyim, üzümə tale gülmədi,

Nələr çəkdiyimi millət bilmədi,

Yandım ah-naləmə kimsə gəlmədi,

Dərdlərim közərdi üzümdə mənim.


Olsa da min dərdim, min bir düyünüm,

Tutubdur dünyanı şöhrətim, ünüm,

Haqqım var dünyada mən də öyünüm,

Çözülməz düyünə çözüm də mənim.


Quduz sovetləri taxtından saldım,

Vətənin, millətin qisasın aldım,

Nadanlar, satqınlar əlində qaldım,

Yaman qara gəldi yazım da mənim.


Qaranlıq dünyaya işıq, nur saçdım,

Divlərlə Vuruşdum, tilsimdən qaçdım,

Əsir millətlərə Nemət, yol açdım,

Dövlətlər qurdular izimdə mənim!

12. 12. 2006

FANİ DÜNYA BİR NAĞILDI BİLƏN YOX


Bu dünyada ağlayan çox, gülən çox,

Ağlayanın göz yaşını silən yox.

Fani dünya bir nağıldı bilən yox,

Gəlin kimi cilvələnib əzəldən,

Vəfa umma, etibarsız gözəldən.
Həm gözəldi, həm vəfasız dünyadı,

Yaman zalım, yaman arsız dünyadı,

Kim deyir ki, dərd-bəlasız dünyadı?

Zəhmət çəkib, əzablara qatlandım,

Dəfələrlə atdan düşüb, atlandım.
Bəxt gətirsə, insan həmən məst olar,

Xain iblis gələr yaxın “dost” olar,

Can-can deyib, bil, canına qəsd elər,

Sərxoş edib, alar ağlı başından,

Eylər onu əsl dost, yoldaşından.
Adəm, Həvva cənnətlərdən qovuldu,

Bəşəriyyət yer üzündə doğuldu,

Sonu yoxdur sehirli bir nağıldı,

Hey deyirlər biri vardı, biri yox,

Həmişə də kimi acdı, kimi tox.
Qafil olma, ömür gedər, gün gedər,

Dərd əhlini qəm dağıdar, dərd didər.

Mərdi qova-qova bil, namərd edər,

Bir ehtiyac, bir zəmanə, bir arvad,

Min sultanı, min bir şahı edər mat.
Başlayandan insanlığın dastanı,

Şeytanla bir hey aldadır insanı,

Gah zəlzələ eylər, gah Nuh tufanı,

Sehirbazdı, qumarbazdı, canidi,

Hər nəyi var özü kimi fanidi.
Mənsur kimi çəkilsəm də darına,

Aldanmadım dövlətinə, varına,

Sevib, seçdim düşdüm eşq azarına,

Daim eşqlə, ürfan ilə yaşadım,

Mən üç dəfə bu dünyanı boşadım.
Çox şükür ki, dünya deyil yar bizə,

Dağ başında dərman oldu qar bizə,

Haram oldu dövlət bizə, var bizə,

Eşqə düşdüm, qaldım aciz, avara,

Haray çəkdim gəlmədilər havara.
İnsan oğlu çətin gündə sınanar,

Namərd olan el içində qınanar,

Aşiq olan hey alışar, hey yanar.

Gecə-gündüz çəkər elin dərdini,

El də çəkər, hər sınağa mərdini.
Meydanlarda örnək oldum ellərə,

Adım düşdü tarixlərə, dillərə,

Yaman verdi zəhmətimi yellərə,

Dildə hamı “yoldaş” idi, “bəy” idi,

Bilmədik ki, günahımız nə idi.
Olan olub, keçənlər də keçibdir,

Qismət, qəza-qədər bizi seçibdir,

Kim gəlibdi qanımızı içibdir,

Bəsdir, verdin bu millətə dözümü,

Ya Rəbb, yoxmu bu işlərin çözümü?!
Haqq incələr, heç bir zaman üzülməz,

Düyün yoxdu bu dünyada çözülməz.

Min dərdim var, bir-birindən dözülməz,

Mərd igidlər diri kəfən geyəndi,

Mən dediyim lap atalar deyəndi.
Yaddan çıxmaz nə yaxşılıq, nə pislik,

Eylədilər çox namərdlik, hərislik,

Həyat başdan-başa bizlərə dərslik,

Nə yazıq ki, ibrət alan tapılmaz,

Namus, qeyrət bazarlarda satılmaz.
Bu azğınlar yollarını azıbdı,

Günah üstə min bir günah yazıbdı,

Öz-özünə çoxları gor qazıbdı,

Qisas qalmaz qiyamətə deyiblər,

Lənətləyib zülmkarı söyüblər.
Yetər dözdün haqsızlığa elim, hey,

Tamam tutub bu dünyanı zülm, hey,

Qan ağlayır, nalə çəkir dilim, hey,

Yaddan çıxmaz Kərkük, Təbriz, Xocalı,

Bütün dünya alqışlayır Dəccalı.
Çərxi fələk yelkənsiz bir gəmidi,

Cəlladların, alçaqlarin dəmidi,

Yer də, göy də məzlumların qəmidi,

Yurd-yuvası zülm əliylə kürənib,

Ah nalələr qalxıb ərşə dirənib.
Azğın alıb, pozğun tutub hər yanı,

Çalışan yox, çalan yeyir dünyanı,



Qoca kafdar ədalətin, bəs hanı?!

Millət yenə itə-qurda işləyir,

İşləyən yox, işləməyən dişləyir.
Hər tərəfə çəkiblər Çin çəpəri,

Vallah, yoxdur toxun acdan xəbəri,

Heç kəsin də qalmayıbdı təpəri,

Nemət, dur kəs, azğınların yolunu,

Tutub bağla, zalımın əl-qolunu.

2. 3. 2002


GÜLLƏR BELƏ HƏM OVÇUDUR HƏM OVDUR


İnsan oğlu, gəl eyləmə, ahu-zar,

İllər belə həm ovçudur, həm ovdur.

Od, hava, su, yoğrulduğun gil ki var,

Gillər belə həm ovçudur, həm ovdur.


Toxumlarda ilk cücərən telə, bax,

Çeşid-çeşid arıya bax, gülə, bax,

İbrət ilə torpaq əmən cilə, bax,

Cillər belə həm ovçudur, həm ovdur.


Ovçu imiş ot otlayan quzu da,

Şikar olar, canavarın özü də,

Ovlar səni gözəllərin gözü də,

Tellər belə həm ovçudur, həm ovdur,


Ov eyləyir baxın, gül də, bülbül də,

Qovhaqovdur hər fəsildə, hər ildə,

Ətir də var, tikan da var, bir güldə,

Güllər belə həm ovçudur, həm ovdur.


Ceyran, cüyür ovlar gülü, çiçəyi,

Ov qanına bələnər, gül ləçəyi,

Ələ alıb, hey anlatdım gerçəyi,

Əllər belə həm ovçudur, həm ovdur.


Ya ovçusan, ya da ovsan çöldə sən,

Haqqı ara, hər tikanda, güldə sən,

Ov eylədin dağda, daşda, göldə sən,

Göllər belə həm ovçudur, həm ovdur.


Heyran qaldım yaradanın işinə,

Rast gəlmədim bənzərinə, eşinə,

Düşüb hamı bir-birinin peşinə,

Çöllər belə həm ovçudur, həm ovdur.


Uçan, qaçan, suda üzən, sürünən,

Min bir rəngə, min bir dona bürünən.

Dağlar kimi əzəmətli görünən,

Kəllər belə həm ovçudur, həm ovdur.


Əl atsalar min bir fitnə, felə də,

Şahmar olub dolansalar belə də,

Hey ovçular ova dönər tələdə,

Bellər belə həm ovçudur, həm ovdur.


Ovçu olan cana qıyar, can alar,

Tora düşər qızıl quşlar, sonalar,

Çox fillərdən qarışqalar can alar,

Fillər belə həm ovçudur, həm ovdur.


Qədərdəndir ovçu olma, ov olma.

Bacarırsan nə doğulma, nə ölmə.

Qəza-qədər yellərilə sovrulma,

Yellər belə həm ovçudur, həm ovdur.


Hər bir ovçu bir gün özü ov olar.

Divdən qorxan divdən betər div olar.

Kül altında yatmış vulkan, yiv olar,

Küllər belə həm ovçudur, həm ovdur.


Ovçunun da, ovun da var törəsi,

Sellər kimi var hər ovun bərəsi,

Yaşamağın yoxdur başqa çarəsi,

Sellər belə həm ovçudur, həm ovdur.


Bu qovğada kim ölər, kim dirilər,

Dünya fani, can canana verilər,

Kimi lal-kar, kimi min cür dil bilər,

Dillər belə həm ovçudur, həm ovdur.


Aşiq Nemət, adın düşüb dillərə,

Ovçu oldun, quşun qondu göllərə,

Örnək oldun obalara, ellərə,

Ellər belə həm ovçudur, həm ovdur.


2007

KÖNÜL
Namərd, nakişilər, cahil, nadanlar,

Min tənə etsə də, aldırma, könül!

Qoy hürsün, “it hürər, karvanlar keçər”,

Yürü, gecə-gündüz gəl durma, könül!
Aldanma dünyanın şan-şöhrətinə,

Nə qədər işlərin düşsə çətinə,

Baxıb zalımların var-dövlətinə,

Coşub, qəzəblənib, çıldırma, könül!


Eşqə əsir düşdüm, haqqa qul oldum,

Kərəm kimi yandım, yandım, kül oldum,

Qışda qar-çovqunda açdım, gül oldum,

Amandı, gülümü soldurma, könül!


Olmuşam əzəldən haqqın vəlisi,

Həm sevda yolçusu, həm eşq dəlisi,

Mənəm milyonların son təsəllisi,

Çaşıb başqa hava çaldırma, könül!


Haqqı gördüm, haqqı sevdim, haq dedim,

Eşqə düşdüm dərd üyütdüm, qəm yedim,

Haqqın dərgahından mən hara gedim,

Düşməni üstümə güldürmə, könül!


Qoy tənə eyləsin namərd, nakişi,

Keçər dövran, dönər çarxın gərdişi,

Nələr çəkməyibdir mərdlərin başı,

Bir daha namərdi qaldırma, könül!


Basdığı namərdi kəsmədi mərdlər,

Arxadan vurarlar mərdi namərdlər,

Ələst məclisində bağladım əhdlər,

Bizi dağa-daşa saldırma, könül!


Boş ver, can cananla xəlvətə qaçsın,

Qeyibdən könlümə işıq, nur saçsın,

Ruhum pərvazlanıb qol-qanad açsın,

Qızılquş qanadın yoldurma, könül!


Uçurub əlindən qızıl quşunu,

Axıtma, gözündən qanlı yaşını,

Qoyar yar yolunda yar öz başını,

Dərdlə can evimi doldurma, könül!


Yarama duz basdım yaram göynəsin,

Yatmasın, dərdimi yara söyləsin,

Sındırıb qəfəsi merac eyləsin,

Yarı yara həsrət öldürmə, könül!


Nemət, azadlığın haqqa qul olmaq,

Yarın camalını hey, seyrə dalmaq,

Əhdim var, yanında əbədi qalmaq,

Gəl başqa xəyala daldırma, könül! 28. 12. 2007. 15. 01. 2008.

DÜNYA BAŞDAN BAŞA MƏNƏ MEYDANDI
Ömrümü məşəl tək yandırıb, yaxdım,

Şam kimi əridim, su kimi axdım,

Kəfənim əynimdə meydana çıxdım,

Aşiqəm, sevgilim Azərbaycandı,

Əzəldən qurbanım canana candı.

Vətəndir sevgilim, istiqlal andım,

Azadlıq eşqilə alışdım, yandım,

Yarama duz basdım, dözdüm, dayandım,

Bir anlıq ölkə də, xalq da oyandı,

Ahıma tuş gələn oduma yandı.


Meydanda düşmənin qəbrini qazdım,

Dastanlar yaratdım, tarixlər yazdım,

Başıma nə gəldi mən xeyrə yozdum,

Şöhrət də, dövlət də, var da yalandı,

Adəmdən, Hatəmdən, Nuhdan qalandı.

Divlərlə çarpışıb, qələbə çaldım,

Qan tökdüm, can verdim, azadlıq aldım,

Azad vətənimdə kor-peşman qaldım,

Namərd, nakişilər haqqımı dandı,

Vətən yağmalandı, millət talandı.


Alçaqlar ölkəni çapdı, taladı,

Ah çəkdim ahımda dərdlər uladı,

Bu nə müsibətdi, bu nə bəladı,

Çərxi fələk döndü tərsə dolandı,

Yenə köhnə dövran, köhnə zamandı.
Dinsizlər rəhbərdir millətə, dinə,

Mərdlər möhtac olub namərdə yenə,

İnsanlar çevrilir şeytana, cinə,

Bu nə zəmanədi, bu nə dövrandı?!

Millətə rəhm eylə Allah, amandı!
Aldandım namərdə dost, qardaş dedim,

Əl tutdum, söz verdi, həm sirdaş dedim,

Dar gündə olmuşam yar-yoldaş dedim,

Ağladı, sızladı dedim, insandı,

Xeyir tora düşdü, Şərə aldandı.
Milləti aldadıb Şər çıxdı taxta,

Rüşvətxor, haramxor, riyakar, saxta,

Hər sifət varimiş xain alçaqda,

Haqqa dönük çıxıb nahaqqı andı,

Xeyri kor eylədi, zülmə dayandı.
Əzəldən hərisdi o, taxta-taca,

Hiyləgər tülkü tək yollandı haca,

Hamını aldatdı bir kaftar qoca,

Tarixi məqamdı, tarixi andı,

Gorbagor özünü xilasgar sandı.
Fəxr ilə gündə bir ölkə süləndi,

Vəzir, vəkil, ona rüşvət diləndi,

Yaltaq dil-dil ötdü, lal da dilləndi.

Xaindi, satqındı, şərdi, şeytandı,

Şeytan da bunlara vallah heyrandı.
Ata-bala verdi haqqı, nahaqqa,

Xalqa divan tutub, çıxardı hoqqa,

Qənim kəsildilər haqsızlar haqqa,

Haqsız divanxana, haqsız divandı,

Qurunun oduna yaşlar da yandı.
Tapdandı hüququ, haqqı millətin,

Hərraca qoydular xalqın sərvətin,

Aldılar əlindən varın, dövlətin,

Azadlıq, istiqlal Şərə calandı,

Haqq var divan yoxdu güntək əyandı.
Qudurub yeyirlər bir-birin ətin,

Ölkə bu bəladan qurtarar çətin,

Biqeyrət çəkəmməz elin qeyrətin,

Yediyi haramdı, içdiyi qandı,

Alçaq bir nəsildi, ac qudurğandı.
Hakimdi ölkədə qumarbaz indi,

Hərə öz kefində, işlər çətindi,

Sərvət alçaqların, haqq millətindi,

Millət meydanlarda qana boyandı,

Haqqın yeri yenə dardı, zindandı.
Gətirmir millətin taleyi, bəxti,

Gələn də, gedən də soyur bədbəxti,

Dostluqla ev yıxıb, bizə dağ çəkdi,

Nə kimsə anladı, nə kimsə qandı,

İnsanlar böhtana, şərə inandı.
Azğınlar, pozğunlar alıb hər yanı,

Sorulur ölkənin, millətin qanı,

Veribdi arvada dəyyus meydanı,

Ölkənin, millətin halı yamandı,

Sağalmaz dərdlərə dərdim dərmandı.
Haqqa aşiq olub, divana baxdım,

Zülmətləri yarıb, şimşəklər çaxdım,

Uzun, incə, sonsuz bir yola çıxdım,

Zirvələr həmişə qardı, borandı,

Soyum türk soyudu, hədəf Turandı.
Dünyaya ün saldım Türk oğlu Türkəm,

Ölsəm də əyilməm poladdan bərkəm,

Bu dünya durduqca düşmənə görkəm,

Tarixdən aldığım fəxri fərmandı,

Mürşüdüm, rəhbərim, Haqqdı, Qurandı.
Könül, səbr eyləyib gözlə zamanı,

Qaldıracam bütöv Azərbaycanı,

Titrədəcəm bir gün cümlə cahanı,

Nemət Pənahlıyam, içmişəm andı,

Dünya başdan başa mənə meydandı.
2008

ÖZÜM ÖZ QƏBRİMİ QAZIB GEDİRƏM!


Hiyləgər qocaya əlvida deyib,

Mən vida türkümü yazıb gedirəm!

Sağ ikən əynimə ağ kəfən geyib,

Özüm öz qəbrimi qazıb gedirəm!


Yanan da mən oldum, yaman da mənəm,

Haqqı zikr eyləyib anan da mənəm,

Dəli-divanə də, qanan da mənəm,

Məstəm, eşq şərabın süzüb gedirəm!


Haqdan ilham alıb usta gəlmişdim,

Eşqə əsir düşüb, xəstə gəlmişdim,

Xalq üçün canıma qəsdə gəlmişdim,

Həzin göz yaşıyam sızıb gedirəm!


Ölsəm də qalmaram aciz-avara,

Qəlbimə vurdular sağalmaz yara,

Dərim soyulsa da, çəkilsəm dara,

Riyakar andını pozub, gedirəm!


Hökmüdar rüşvətxor, riyakar, xəstə,

Yığıbdı başına quldur bir dəstə,

Zülmə boyun əyib, dinmir heç kəs də,

Car çəkib çox sirlər çözüb gedirəm!


Boş-boş guruldadı, kükrədi, əsdi,

Namərdin niyəti mərdlərə qəsddi,

Millət də demədi namərdə bəsdi,

Tamam ümüdümü üzüb gedirəm!


Elə köhnə hamam, köhnə də tasdı,

Yenə rüşvət yığdı, yenə baş kəsdi,

Buna ümüd olmaq vallah, əbəsdi,

Sözümün altını cızıb gedirəm!


Yaman qara gəldi taleyim, baxtım,

Yenə də çevrildi tərsinə taxtım,

Qəbir də düzəltməz qozbeli baxdım,

Yox mənə ehtiyac, sezib gedirəm!


Dərdimi heç kəsə deyə bilmirəm,

Daha igid kürkü geyə bilmirəm,

Niyə yaşayıram, niyə, bilmirəm?!

Tənha yalquzaq tək gəzib gedirəm!


«Dostlar» qənim oldu gen gündə mənə,

Taxta çıxmaq üçün “dost” olub demə,

Arxadan vurdular namərdlər yenə,

Xain «dost» niyətin yozub gedirəm!


Dərd çəkdim, qəm yedim mən türlü-türlü,

Dərdim çeşid-çeşid dərdim min türlü,

Bu Şərdi, bəladı bambaşqa türlü,

Dərd-qəm dəryasında üzüb gedirəm!


İçmişəm meydanda istiqlal andı,

Vətən paramparça, ürəyim qandı,

Qoca başdan-başa şərdi, şeytandı,

Fitnə-fəsadından bezib gedirəm!


Şeytana aldanıb yolumu azdım,

Özüm öz əlimlə qəbrimi qazdım,

Mən öz dastanımı qanımla yazdım,

Dərdimi sözlərə düzüb gedirəm!


Könül, gecə-gündüz Allahı səslə,

İstər al qanınla hamını bəslə,

Dar gündə köməyə gəlmir heç kəs də,

Özüm öz qanıma suzub gedirəm!


İnam qalmayıbdı dosta, yoldaşa,

Xalqa qənim oldu, kim çıxdı başa,

Nemət, arzuların hey dəydi daşa,

Bu bəxtə taleyə qızıb gedirəm!


11. 10. 1995

QƏBRİ VİCDANINA QAZIB GEDİBSƏN!


Dastanı igidlər qan ilə yazar,

Məddahsan, mədhiyyə yazıb gedibsən!

Yetər, bu millətə verdiniz azar,

Azğınsan, haqq yoldan azıb gedibsən!


Döyüş zamanında meydandan qaçdın,

Namusdan, qeyrətdən, sazdan söz açdın,

Həm xaçı buladın, həm çaxır içdin,

Quzğunla leş yeyib, süzüb gedibsən!


Sarayda yallanıb mədhiyyə dedin,

Millət qan ağladı, sən haram yedin,

Dinsiz, Allahsıza peyğəmbər dedin,

Haqqın üzərini cızıb gedibsən!


Zalıma əl çalıb, alqış bağırdın,

Milləti xeyrə yox, şərə çağırdın.

Şaha bəh-bəh deyib, şahı sağırdın,

Burnun yellənibdi təzib gedibsən!


Sən də xalq şairi olmusan guya,

Xalqın dar günündə gəlmədin haya,

Axmaq köpək kimi hürürsən aya,

İşin dolaşmışdı çözüb gedibsən!


Şairlər qəbrini söz ilə qazar,

Şahlara baş əyməz, zülmündən yazar,

Xalqın da şairi sarayda gəzər?!

Bütün qaydaları pozub gedibsən!


Bəxtin şahə qalxıb, yaman oynadı,

Vallah qarnın doydu gözün doymadı,

Azdın, ağaların vəkil qoymadı,

Tez izi azdırıb, dazıb gedibsən!


Namərd kəmfürsətin üzünə güldün,

Məddahlıq eyləyib xeyrini bildin,

Sair, sürgünə yox, alverə gəldin,

İşləri yamanca düzüb gedibsən!


Təqlid eyləsən də ustad sözünü,

Şər ilə çıxardın Xeyrin gözünü,

Dayan, çox da öymə özün-özünü,

Qəbri vicdanına qazıb, gedibsən!


Ürfandan dəm vurub, mədhnamə yazdın,

Ölkələr sülənib, fəthnamə yazdın,

Qatilə züy tutub qətnamə yazdın,

Günahlar içində üzüb gedibsən!


Məbədlər dolandın, haqqa gəlmədin,

Çox söz əzbərlədin, məna bilmədin,

Kor idin, bu qədər zülmü görmədin?!

Haqqı tapdalayıb, əzib gedibsən!


Namərdə qul olub, mərdə gor qazdın,

Şöhrətə aldanıb yolunu azdın,

Gah cindən, şeytandan, gah Çindən yazdın,

Çox qapı sülənib gəzib gedibsən!


Təriflər yağdırıb sən «Qoca qurda»,

Bəxşiş toplayırsan qara bazarda,

Haramın olacaq şöhrət də, var da,

Qanı qədəhlərə süzüb gedibsən!


Zalımı mədh etdin hey bir nəfəsə,

Utan, abrın olsun, çox salma səsə,

Aman verməyirsən vallah heç kəsə,

Qudurub, qızıxıb, qızıb gedibsən!


Əl əli yuyarmış, əllər də üzü,

Zəhərdən acıdı hər sözün düzü,

Yunis ola bilməz sənin tək yüzü,

Düz sözə ağzını büzüb gedibsən!


Şair haqq yolunda dara çəkilər,

Min il keçər, sözü bal tək içilər,

Haqq aşiqi sənin kimi kiçilər?!

Haqdan əllərini üzüb gedibsən!


Yoxdu haqq yolunda heç izin, tozun,

Yaltaqsan, məddahsan bilirsən özün,

Niyə haqqı görmür, kor olub gözün?!

Bəlkə millət kimi bezib gedibsən?!


Bəsdi, insaf eylə, at oynatma çox,

O yaltaq dilini dinməzinə sox,

Vicdanın cəhənnəm, abır-həyan yox,

Haramı halala yozub gedibsən!


Mən səni «Qocaya» təqdim eylədim,

Haqqında çox gözəl sözlər söylədim,

Çalışassan xalqa, guman eylədim,

Zənni gumanıma çezib gedibsən!


Nemətəm, qan ilə tarix yazmışam,

Özüm öz nəfsimə qəbir qazmışam,

Əyri otursan da, doğru yozmuşam,

Harda xeyrin olub, sezib gedibsən!


2008

DƏRDİN DİL-DİL ÖTÜR DİLDƏN XƏBƏRSİZ.


Tale, qəza-qədər yaman bəd gəldi,

Saçlara dən düşdü, teldən xəbərsiz.

Çarəsiz dərdlərim qəlbimi dəldi,

Günlər gəlib keçdi, ildən xəbərsiz.


Fitvasız, fərmansız dara çəkdilər.

Xainlər, satqınlar hədəf seçdilər.

Mən əkdim, becərdim, bunlar biçdilər.

Sonalar vurdular, göldən xəbərsiz.


Tor qurub, hər yerə qarmaq atdılar,

Zamanı, dövranı, çağı tutdular,

Hər şeyi hərraca qoyub satdılar,

Yoğurub yapdılar, gildən xəbərsiz.


Bostanı talayıb, tağı yoldular,

Vətənə, millətə yağı oldular,

Dənizi, bağları, dağı aldılar,

Meşələr qırdılar, çöldən xəbərsiz.


Haramdan yoğrulub bunların qanı,

Tikanlar, qanqallar tutub hər yanı,

Qoca palıd hanı, xan çinar hanı?!

Kəsib doğradılar, cildən xəbərsiz.


Çoban-çoluq olub, ac qurddan betər,

Doymur ac gözləri, demirlər yetər,

Göldə quş tükənər, dağda kəl bitər,

Kəllər axtalanır, kəldən xəbərsiz.


Sarayda tülkülər quyruq bulayır,

Üstümə it hürür, çaqqal ulayır,

Eşşəklər, qatırlar meydan sulayır,

Dəvədən xəbərsiz, fildən xəbərsiz.


Kimlərə əl tutdum, qənimim oldu,

Məni min bəlaya, min dərdə saldı,

İçimə dəryalar, ümmanlar doldu,

Gözümdən sel daşdı seldən xəbərsiz,


Baharım, yazım da borandı, qardı,

Cana qəsd eyləyən sevgili yardı,

Onunçün bu dünya başıma dardı,

Bülbül can üstədi, güldən xəbərsiz.


Qarlı dağ başında, qara həsrətəm,

Bağ saldım, becərdim, bara həsrətəm,

Yar üçün ölürəm, yara həsrətəm,

Yanıram ocaqdan, küldən xəbərsiz.


Başımın üstündə kabus dolandı,

Məcnun da, Kərəm də vallah yalandı,

Cismim heç, ruhum da oda qalandı,

Yandım səs-səmirsiz, eldən xəbərsiz.


Ah çəksəm kainat od tutub yanar,

Haqqımı düşmən yox, «dostlarım» danar,

İlahi! Bu qədər millət aldanar,

Olar oddan, sudan, yeldən xəbərsiz?!


Demirəm, əkdiyim bağ barsız oldu,

Dərddən dağa çıxdım, dağ qarsız oldu,

«Dostlarım» çox namərd, vicdansız oldu,

Arxadan vurdular, beldən xəbərsiz.


Aşiqəm, dözülməz dərdə dözmüşəm,

Döyüş meydanında ər tək gəzmişəm,

Eşqin dəryasında sərxoş üzmüşəm,

Qollar qandallanıb, əldən xəbərsiz.


Kimi rüşvət yığdı, kimi baş kəsdi,

Ev yıxmaq bunlarda köhnə həvəsdi,

Nemət, qalx ayağa dözdüyün bəsdi,

Dərdin dil-dil ötür, dildən xəbərsiz.


27. 09. 2008

BİR ÖMÜR BORCLUYAM SƏNƏ SEVGİLİM


Mənim gözəl yarım, ömür yoldaşım,

Düşməsin eşqimiz çənə, sevgilim.

Nələr çəkməyibdir bəlalı başım,

Bir ömür borcluyam sənə, sevgilim.


Hər şey bu dünyada sənə halaldı,

Əlindən aldığım zəhər də baldı,

Sevginin gözü kor, dili də laldı,

Dinsizi gətirər dinə, sevgilim.


Dəli-divanəyəm, olmuşam vurğun,

Mən sənə aşiqəm, sən mənə qırğın,

Dərd bizi çuğlayıb düşsək də yorğun,

Qoymaram o bizi yenə, sevgilim.


Yaran qan ağlayır gör nə zamandı,

Qəlbim param-parça, ürəyim qandı,

Həmişə qurbanım, canana candı,

Bir dərdin eşitdi minə, sevgilim.


Qəza-qədər ilə barışmamısan,

İçin-için yandın alışmamısan,

Qaynayıb eşqimlə qarışmamısan,

Vəfasız deyirsən, mənə, sevgilim.


Məni çərxi-fələk tora salıbdı,

Vallah nə olubdu, haqqdan olubdu,

Sanma ki, sevgilin aciz qalıbdı,

Dərmançün gedərəm Çinə, sevgilim.


Hələlik bu dərdin dərmanı yoxdu,

Taledən köksümə saplanmış oxdu,

Gözlərinin yaşı sel kimi axdı,

Sellərə qərq olduq, yenə sevgilim.


Yoxdan var eyləyən, bizə yar olsun,

Eşqimiz bar versin bir nubar olsun,

Sənin də qoynunda yavrular olsun,

Həsrətəm o aya, günə, sevgilim.


Həyatım, sevgilim, canım qəm yemə,

Yetər, dərdi, qəmi gəl qoyma dəmə,

İnsaf eylə mənə vəfasız demə,

Başqa nə deyirsən, denə, sevgilim.


Ürək dərd üyütdü, könül qəm yedi,

İnsafsız zalımlar sənə nə dedi,

Söylə bu ah nalə, bu fəryad nədi?!

Qorxuram çarxımız çönə, sevgilim.


Küsgün, dərdli-dərdli qarşıma çıxma,

Gəl, aşiq Neməti yandırıb, yaxma,

Qədəri, qisməti başına qaxma,

Lənət de şeytana, cinə, sevgilim. 2008

EŞQ ŞƏRABIN İÇƏ-İÇƏ GƏLMİŞƏM
Aşiq olub yaman rüsvay olmuşam,

Eşq şərabın içə-içə gəlmişəm,

Yardan ayrı mən avara qalmışam,

Dərdi, qəmi biçə-biçə gəlmişəm.


Dərd əlindən qaçıb, dağlara çıxdım,

Zirvələrdə gəzib, hər yana baxdım,

Eşqə əsir düşüb mən məni yıxdım,

Sıldırımlar keçə-keçə gəlmişəm.


Yar eşqiylə düşdüm dağlara, daşa,

O bəla qalmadı gəlməsin başa,

Dərdimi demədim dosta, yoldaşa,

Tükü tükdən seçə-seçə gəlmişəm.


Ürəkdən vuruldum yaram dərindi,

Bəxtim küsüb məndən aram sərindi,

Yar, sənə qurbanam, ürək yerindi,

Soruşmadın necə, necə gəlmişəm.


Nemət sənin üçün çox dərd, qəm yedi,

Niyə küsdün məndən günahım nədi,

İnsafsız zalımlar sənə nə dedi,

Fəryadına qaça-qaça gəlmişəm.


2008

YENƏ DƏ DUMANLI QARLIDI DAĞLAR


Gəzə-gəzə gəlib çıxdıq ovlağa,

Yenə də dumanlı, qarlıdı dağlar,

Könülm ilham alır, baxıb yaylağa,

Karıma çox gəlib, karlıdı dağlar.


Zirvəsindən hər tərəfə baxmışam,

Girib şəlaliyə, su tək axmışam,

Qoynunda yaylağa ova çıxmışam,

Çox dizlər bükübdü zorludu dağlar.


Ayağı od tutur, zirvəsi donur,

Daim əsgər kimi dümdüz dayanır,

Xəyala qərq olub, keçmişi anır,

Əzəldən dövlətli, varlıdı dağlar,


Lap oğlan kimidi milyard yaşında,

Öz ətri var burda qara daşın da,

Kəkliklər oxuyur, qaya qaşında,

Gör necə vəfalı yarlıdı dağlar.


Başında kəl gəzir, qartal dolanır,

Gün doğanda sanki alışıb yanır,

Heç kəsə baş əymir, məğrur dayanır,

Namuslu, qeyrətli, arlıdı dağlar.


Baxırdım bərədən üzü aşağı,

Yeddi rəngə döndü göyün qurşağı,

Ana təbiətin şıltaq uşağı,

Qəfil əsdi, coşdu, gurladı dağlar.


Sinəsi gül, çiçək, başı qarlıdı,

Yaman səxavətli, yaman varlıdı,

Qoca qartal kimi çox vüqarlıdı,

Nemət, bərəkətli, barlıdı dağlar.


2008

MƏRDƏ NAMƏRD OLAN DÜNYA


Dost-düşmən darda seçilər,

Dost üçün başdan keçilər,

Sənin də dizin bükülər,

Can verib, can alan, dünya,

Mərdə namərd olan dünya.
Gecəni gündüzə qatdım,

Dar gündə imdada çatdım,

Yıxılana əl uzatdım,

Qalxdı oldu ilan, dünya,

Mərdə namərd olan dünya.
Hiylə qurub, taxda çıxdı,

Dostluqla evimi yıxdı,

Hamını yandırıb, yaxdı,

Qurd oldu bic tulan, dünya,

Mərdə namərd olan dünya.
Zəhəri qatdı aşıma,

Qiyamət qopdu başıma,

Qənim oldun yurddaşıma,

Yurdum oldu talan, dünya,

Mərdə namərd olan dünya.
Xeyirlə, Şər savaşıdı,

Şər İblisin yoldaşıdı,

Dəryaların göz yaşıdı,

Yoxdu suru çalan, dünya,

Mərdə namərd olan dünya.
Namərd mindi mərd atına,

Min lənət onun zatına,

El tüpürsün suratına,

Bütlər oldu yalan, dünya,

Mərdə namərd olan dünya.
Dustaq eyləyib, bizləri,

Tutubdu oğraş, düzləri,

Qarnı tox, acdı gözləri,

Rüşvət oldu pılan, dünya,

Mərdə namərd olan dünya.
Kədər əksən, dərd biçilər,

Zəhər də bal tək içilər,

Darda namərd «dost» əkilər,

Mələr qalsın balan, dünya.

Mərdə namərd olan dünya.
Ummağa yerim olmadı,

Küsməyə adam qalmadı,

Heç kəs də yada salmadı,

Yalan oğlu yalan dünya,

Mərdə namərd olan dünya.

Nemət dünyanı boşadı,

Eşqlə, ürfanla yaşadı,

Gədə-güdə bəy, paşadı,

Belində var, palan, dünya,

Mərdə namərd olan dünya.


17. 11. 2008

“BƏY” MAMED!


Bəy deyilsən gədəçəsən, gədəsən,

Ətrafımda çox fırlandın gədə, sən,

Əlləri boş, üzü qara gedəsən,

El yığılıb sənə tutsun vay, Mamed,

Gədə-güdə indi olub, “bəy” Mamed!
Kişi olan qarın güdməz, ad güdər,

Ər sözündən dönməz, ölümə gedər,

İnsan da bu qədər alçaqlıq edər?!

Kimlər deyir gədə, sənə “bəy” Mamed?!

Heç kəsə vermədin darda hay, Mamed!
Məcbur olub ağız açdım sənə mən,

Demədim ki, alçaq, məni dola sən,

Səni bir qəpiyə möhtac olasan,

Məni də eylədin, yaman bay, Mamed,

Haram olsun sənə haqqı-say, Mamed!
Dəli könül dərd içində üz, dedim,

Ağız açma heç kimsəyə döz, dedim,

Xəta etdim, ağız açdım, söz dedim,

Demədim ki, bu milləti söy, Mamed,

Lovğalanıb öz-özünü öy, Mamed!
Mərdi möhtac eyləyəni namərdə,

Lənətləyir bütün millət hər yerdə,

Səni də düşəsən sağalmaz dərdə,

Olmasın dərdinə çarə qoy, Mamed,

Gecə-gündüz öz başına döy, Mamed!
Əməllərin hiylə, sözün də yalan,

Çalıb, çapıb, xalqı etdiniz talan,

Yox səni kəndində heç adam sayan,

Nökər idin pul eylədi “bəy Mamed”!

Həsəd eylər yalnız sənə səy, Mamed!
Gedənə fit çaldın, gələnə çəpik,

Yıxılana vurdun arxadan təpik,

Yoxdu kişiliyin bir qara qəpik,

Gədəlikdə yoxdu, sənə tay, Mamed,

Min il keçsə gədə olmaz, bəy, Mamed!
Nə olsun ki ala itdən məşhursan,

Özün düşün kimliyini bircə an,

Tanıyanlar sənə deyir hər zaman,

Acgöz Mamed, cındır Mamed, göy Mamed!

Mən də səni belə gördüm, ay Mamed!
Tulasan tapırsan hər zaman yiyə,

Həsrət idin Nemət sənə söz deyə,

Telfonuma cavab vermədin niyə?!

Qudurmusan verməyirəsən hey, Mamed?!

Get, əbədi tutdum sənə toy, Mamed!

OLSUN
Gen gündə çox olar qohum, qardaş, dost,

Dar gündə var olan dostlar var olsun,

Düşmən dost əliylə edər mərdə qəsd,

Xain çıxan namərd dosta ar olsun.
Yaxşılığa yaxşı, insan işidi,

Pisliyə yaxşılıq ərlər işidi,

Yaxşılığa pislik namərd işidi,

Namərd nakişilər daim xar olsun.


Dünyada yaxşı ki, yaxşılar da var,

Yoxsa dünyamıza gəlməzdi bahar,

Allah özü olsun ərənlərə yar,

Dostluqda sədəqət, etibar olsun.


Darda möhtac olar mərdə insanlar,

Zalımlar axıdar, hey nahaq qanlar,

Tərsinə dolanar çərxi-dövranlar,

Namərdin çəkdiyi ahu-zar olsun.


İnsanlar tanınar əməllər ilə,

Oğul, insanlıqçün daim cəhd elə,

Boş-boşuna ömrü vermə sən yelə,

Uca dağ başında gərək qar olsun.


Düşüncə, idrakla bəzənər dünya,

Yarılar elm ilə dağlar, daş-qaya,

Yol tapıb insanlar ulduza, aya,

Gözəl əməllərlə qış bahar olsun.


Elm ilə salınır yollar, şəhərlər,

Zəhmət ilə axar alından tərlər,

Bilgi ilə dərman olar zəhərlər,

Namərdin verdiyi bal zəhər olsun.


Varlıq icad olur daim yoxluqdan,

Haqqı idrak eylə qurtar çoxluqdan,

Nə haqdan əl çəkək, nə insanlıqdan,

Zülmətlər yarılıb qoy səhər olsun.


Yaxşılıqdı daim xalqla yaşıyan,

Göyü yerə, yeri göyə daşıyan,

Dünyanı üç dəfə alıb, boşuyan,

Aşiqlərə həmdəm gərək Yar olsun.


İnsanlar rəhm etsin biri-birinə,

Dayazda üzməyək, gedək dərinə,

Hər zərrədə aşkar Allah görünə,

Könüllərdə yalnız Haqqa yer olsun.


Aşiq Nemət deyir sözün düzünü,

Tutub gedir daim Haqqın izini,

Dünyanın dərd-qəmi bükməz dizini,

İstər başdan-başa dünya dar olsun.


YAZ YARAT KÖNÜL YAZ YARAT
Sinəm dəftər, dilim qələm,

İlhamım gəlir dəmbədəm,

Qışda açmış qönçə güləm,

Aldı qəlbimi dərd-ələm,

Zəhər oldu bizə həyat,

Yaz yarat könül, yaz yarat.


Pas tutdu Misri qılıncı,

Yel tək gəldi ağrı, acı,

Pul oldu başların tacı,

Dinsiz, Allahsız şeyx, hacı,

Belə getsə yoxdu nicat,

Yaz yarat könül, yaz yarat.


Tərəzidir elin gözü,

Paza keçdik türkün sözü,

Təyin olur vəkil, qazı,

Qurda möhtac olub quzu,

Qorxulu tilsimi qır at,

Yaz yarat könül, yaz yarat.


İşi hiylə, sözü yalan,

Əjdahaya dönüb ilan,

Rüşvəti qoyubdu plan,

Yenə edib, xalqı talan,

Düşmənlərlə oldu “brat”,

Yaz yarat könül, yaz yarat.


Qurda dönüb qapıda it,

İmama yas tutur Yezid,

Kürklərinə salmısan bit,

Dara çəkil, çarmıxa get,

Özünü oda-közə at,

Yaz yarat könül, yaz yarat.


Millət yenə yaman yatdı,

Xain alçaq bizə atdı,

«Kafdar» hamını aldatdı,

Mayamıza haram qatdı,

Dərimizi soydu qat-qat,

Yaz yarat könül, yaz yarat.

Haqqı yazıb, haqqı danış,

Ruhdan düşmə, durma, çalış,

Olacaq mütləq oyanış,

Yalnış da olar bir naxış,

Gecələri gündüzə qat,

Yaz yarat könül, yaz yarat.


Car çək, yatanlar oyansın,

Bütün xalq meydanı ansın,

Qoyma nahaq haqqı dansın,

Namərd, satqın at oynatsın,

Milləti qəflətdən oyat,

Yaz yarat könül, yaz yarat.
Görən görür, bilən bilir,

Dərdlərim üzümə gülür,

Alçaqlar tarixi silir,

Gör üstünə kimlər gəlir?!

Bunları bir-birinə qat,

Yaz yarat könül, yaz yarat.


Dönüblər şeytana, cinə,

Nankorlar durub qəsdinə,

İt yox, çaqqal hürür sənə,

Aç hər şeyi xalqa denə,

Qılınca, qələmə əl at,

Yaz yarat könül, yaz yarat.


Belə yazıb yazı yazan,

El dərdindən oldun ozan,

«Dostların»dır quyu qazan,

Ol Yusiftək yuxu yozan,

Əldə qılınc, altda Qırat,

Yaz yarat könül, yaz yarat.


Nemət meydanda and içdi,

Uzun incə bir yol seçdi,

Xalq üçün hər şeydən keçdi,

Kim əkdi gör kimlər biçdi?!

Qıldan da incədir Sirat,

Yaz yarat könül, yaz yarat.


31. 10. 1995

EŞQİNLƏ ODLANMAQ ÜÇÜN


Deyilməmiş söz axtardım,

Söz sahibi olmaq üçün,

Haqq üçün savaş açardım,

Zalımdan qurtulmaq üçün.


Hər sözdə məna aradım,

Sevib saçların daradım,

Ölməz bir əsər yaradım,

Nəsillərə qalmaq üçün.


Beçə balın yağa qatdım,

Ölməzliyə addım atdım,

Dəryadan inci çıxartdım,

Yar boynuna salmaq üçün.


Nə dincəldim nə də yatdım,

Gecəni gündüzə qatdım,

Balığı dəryaya atdım,

Xaliqini bulmaq üçün.


Aşiqlər eşqə calandı,

Dünyanı gəzdi, dolandı,

Nemət də oda qalandı,

Eşqinlə odlanmaq üçün.


2008

KÖPƏKOĞLU


Min dəfə dara çək, min dəfə öldür,

Ölərəm sınmaram bil, köpəkoğlu!

Arvad tək ağlayıb dədən üstümə,

Səpirdi yoluma gül, köpəkoğlu!


Yediyin, içdiyin qandı, irindi,

Qazdığınız quyu yaman dərindi,

Zindan, qumarxana əsil yerindi,

Dəvədən böyükdür fil, köpəkoğlu!


Bu fani dünyaya siz aldandınız,

Atalı, balalı haqqı dandınız,

Nə Allahdan qorxduz, nə utandınız,

Çıxardınız fitnə-fel, köpəkoğlu!


Başın qarışıbdır qumara, pula,

Kimlərin əlində olmusan tula?!

Yaltaqlar, məddahlar yığışıb yala,

Oyan gözlərini sil, köpəkoğlu!


Hiylə, fırıldaqla çıxmısan başa,

Heykəllər əkirsən dədən oğraşa,

Bir gün arzuların dəyəcək daşa,

Yıxacaq bütləri yel, köpəkoğlu!


Dünya kimə qalıb, kimə qalası?!

Biqeyrət olmusan arvad tulası,

Alçaq baş qaxıncı, namərd balası,

Xəbərin yox, gülür el, köpəkoğlu!


Hamını aldadıb, kələk gəldiniz,

Əlizə düşəni fürsət bildiniz,

Sanmayın tarixdən bizi sildiniz,

El gücün eylərəm sel, köpəkoğlu!


Mən çox azğınların burnun əzmişəm,

Sizin də vaxtınız gəlib, sezmişəm,

Səbrim tükənibdi, daha bezmişəm,

Ölmüşdüz tutmasam əl, köpəkoğlu!


Yamanca isinib, mənim istimə,

Dədəli balalı durduz qəsdimə,

Nankorluq eyləyib düşdüz üstümə,

Bir zaman tökürdüz dil, köpəkoğlu!


Hiyləgər tülkü tək Haca getdiniz,

Mərdləri namərdə möhtac etdiniz,

Yetər, bəsdi, məni cana gətdiniz,

Ayıbdır, bir utan öl, köpəkoğlu!


Bıçaq dirənibdir artıq sümüyə,

İgidlik toxumu səpdim zəmiyə,

Allahı çağırıb mindim gəmiyə,

Bacarsan gəmimi dəl, köpəkoğlu!


Atımı sürərəm yenə meydana,

Qırat aman verməz şılxor madyana,

Canını götürüb qaçsan hayana,

Qoyaram başına kül, köpəkoğlu!


Bizə azadlığı eylədiz zəhər,

Nemət neçə ildi dözür bir təhər,

Qıratın belinə qoymuşam yəhər,

Gəlirsən üstümə gəl, köpəkoğlu!


29. 10. 2008

YETƏR, BU MİLLƏTİ DOLADIZ, YETƏR!


Ey qoca iblisin, Şərin varisi,

Mənəm Haqq aşiqi, Haqq divanəsi,

Məhkumam verməyə sizə bu dərsi,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Ölkəni odlara qaladız, yetər!
Dədən gorbagorun qırıxdı zatı,

Atlara ət verdi, itlərə otu,

Sən məhşur qumarbaz, o məhşur lotu,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Yetər, xeyri şərə caladız, yetər!
Taxtınız çevrilib alt-üst olanda,

Hamınız çarəsiz, aciz qalanda,

Kaftarı qurtardım hey, çətin anda,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Darda məndən imdad dilədiz, yetər!
Gorbagor mənə çox quyruq buladı,

İt kimi yalmanıb, duztək yaladı,

Boynuma sarılıb, zar-zar ağladı,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Arvadtək üstümə ağladız, yetər!
Ölümdən qurtarıb çıxardım taxta,

Gedib oturdunuz yenə qucaqda,

Qozbeli düzəltməz qara torpaqda,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Dağ basıb, yaramı dağladız, yetər!
Namərdə əl tutub xilas eylədim,

Yetirib taxt-taca sərməst eylədim,

Demə,öz-özümə mən qəst eylədim,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Namərdlik, nankorluq elədiz, yetər!
Olub yadelliyə, düşmənə tula,

Qurdla həvirləşib cumdunuz yala,

Xəyanət etdiniz siz, ata-bala,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Qurdsunuz, quzu tək mələdiz, yetər!
Yağı düşmənlərin yatıb altına,

Dar gündə qılıncı qoydunuz qına,

Söylə, nə ad verək biqeyrət, buna,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Hamını çirkaba buladız, yetər!
Sər ilə, şeytanla verib baş-başa,

Meydanı verdiniz qəhbə, oğraşa

Simasız quldurlar çıxıblar başa,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Siyasi fahşələr saxladız, yetər!

Bizi Nəmrud kimi atıb odlara,

Baxmadız yüksələn ah-fəryadlara,

Haqqı təslim etdiz siz, cəlladlara,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Xalqı nahaqq qana bələdiz, yetər,


Ərləri çəkdirib, çarmıxa, dara,

Millətin gününü elədiz qara,

Məni gətirdiniz vallah, zinhara,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Töküb qanımızı yaladız, yetər!
Qısqırdıb itləri yenə üstümə,

Niyə durmusunuz niyə, qəsdimə,

Yaman toxundunuz mənim şəstimə,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Çaqqal kək, Bəyquş tək, uladız, yetər!
Etmişəm, edirəm, bu zülmə üsyan,

Kəmfürsət Allahsız, vicdansız, dayan,

Yetər, Allahdan qorx, qəflətdən oyan,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Çapıb, vətənimi taladız, yetər!
Döyüş qabaqdadır bilmirsən hələ,

Qoparram siyasi tufan, zəlzələ,

Canıza salaram qorxu, vəlvələ,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Haqqın yollarını bağladız, yetər!
Əliniz çox batıb, xalqın qanına,

Kişisən, gəl çıxaq, ər meydanına,

Çəkərəm hamızı Haqq divanına,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Yetər, bu milləti doladız, yetər!
Bəsdir, aşımıza qatdınız zəhər,

Sizə bu dünyada quraram məhşər,

Haydı, di cavab ver, ey Şər oğlu, şər,

Qumarbaz, rüşvətxor, dələduz, yetər!

Neməti hey çaldız, daladız, yetzr!
2010

ZIRBAZIR, TÜMBƏTÜN, GORBAGOR, KAFTAR.


Şeytansan, iblissən, bilmirəm, nəsən,

Çıxarıb Xeyirin gözlərini sən,

Olmusan əzəldən cəllad, başkəsən,

Sənin tək nə şeytan, nədəki şər var,

Zırbazır, tünbətün, gorbagor, kaftar!
Əl atıb min fitnə, min bir yalana,

Milləti aldadıb, soxduz dalana,

Bütün tayfalıqca cumub talana,

Hər şeyi hərraca qoyduz tezbazar,

Zırbazır, tünbətün, gorbagor, kaftar!
Xəyanət eyləyib döyüş zamanı,

Yaman tora saldız eli, obanı,

Qoyunlara tutub qurddan çobanı,

Tapdadız ölkədə müqəddəs nə var,

Zırbazır, tünbətün, gorbagor, kaftar!
İt kimi hərisdin yaman taxt-taca,

Sən dinsiz, imansız yollandın haca,

Seytandan, iblisdən beşbetər qoca,

Şeytan da şeytana alçaq, daş atar?

Zırbazır, tünbətün, gorbagor, kaftar!
Verib igidlərin qətlinə fərman,

Olduz dığaların dərdinə dərman,

Qırdınız millətin gözünü yaman,

Nə Şər, nə də şeytan sizlərə çatar,

Zırbazır, tünbətün, gorbagor, kaftar!
İblis də eylədi sizlərə heyrət,

Yolu davam edir, oğlun biqeyrət,

Daima oxudur goruva lənət,

Milləti eylədiz dərdə giriftar,

Zırbazır, tünbətün, gorbagor, kaftar!
Xaltalar düzəldib tez yeni-yeni,

Şərəfsizə verdiz şərəf ordeni,

Dinsizə tapşırdız məscidi, dini,

Eylədiz dünyanı başımıza dar,

Zırbazır, tünbətün, gorbagor, kaftar!
Sürünü tapşırıb siz, ac qurdlara,

Ölkəni talayıb verdiz yadlara,

Simasızlar “layiq” fəxri adlara,

İnsan da hər şeyə heç haram qatar?

Zırbazır, tünbətün, gorbagor, kaftar!
Qurana əl basıb hey Haqqı dandın,

Gör harda çarpılıb, sındın, dayandın,

Qənim oldu sənə içdiyin andın,

Canın cəhənnəmdə əbədi yanar,

Zırbazır, tünbətün, gorbagor, kaftar!

Haram topladığız milyardlar hədər,

Hay ilə gələnlər, huy ilə gedər,

Hər kəs nə eləsə özünə edər,

Gələcək burnuzdan bu dövlət, bu var,

Zırbazır, tünbətün, gorbagor, kaftar!


Bütün millət qalıb aciz, avara,

Namərdlər Neməti çəkirlər dara,

Qumarbaz hər şeyi qoyub qumara,

Vətəni, milləti düşmənə satar,

Zırbazır, tünbətün, gorbagor, kaftar!

2008


GƏTİRDİ
«Ovqat»da hayqırıb Məmməd İsmayıl,

Divanə könlümü hala gətirdi,

İnləyib, sızlayıb, qərib ney kimi,

Tarı, kamanı da dilə gətirdi.


Xarı bülbül kimi ah-nalə etdi,

Xəyalım o müdhiş illərə getdi,

Ağrıda dadıma küləklər yetdi,

Yaşılbaş sonanı gölə gətirdi.


Batıb yenə qaldım Ağrıda qarda,

Fəryad eyləyirdi kaman da, tar da,

Lüt-üryan qalmışdım donurdum orda,

Şaxta qırovunu telə gətirdi.


Coşub xəyalımda tufan qopardı,

Sellər paltarımı alıb apardı,

Arazda batırdım Allah qurtardı,

Alıb seldən, sudan, çölə gətirdi.


Dərdilə dərdimi gətirdi dilə,

Bənzəyirdi qərib, küsgün bülbülə,

Nəğmə oxuyurdu, Vətənə, elə,

Yaralı könlümə çilə gətirdi.


Üzü gülümsədi, içi ağladı,

Ağarmış saqqalı, saçı ağladı,

Durna qatarında köçü ağladı,

Ümüdü Vətənə, elə gətirdi.


Dərdini gizlətdi, gözü qoymadı,

Ocağı sönməyə közü qoymadı,

Şairi ölməyə sözü qoymadı,

Atdı oda-közə, selə gətirdi.


Yaman tüğyan edib, coşdu sel kimi,

Səhər-səhər əsdi, keçdi yel kimi,

Dərdi çiçək açdı qönçə gül kimi,

Verdi dəstə-dəstə yelə, gətirdi.


Vətənsiz qürbətdə çilə çəkibdi,

Könül baxçasında nələr əkibdi?!

Enişli, yoxuşlu, yollar keçibdi,

Bülbülü can üstə gülə gətirdi.


Tutub yaxasından cəlladların o,

Kürkünə bit saldı, məddahların o,

Baxıb gözlərinə yaltaqların o,

Zalımın yaxasın ələ gətirdi.

Mədhiyyə yazdılar məddahlar şit-şit,

Kəmfürsət, Məmmədin fəryadın eşit,

Dərd-qəm salxım-salxım, dərd çeşit-çeşit,

Dərib, dərddən sizə gilə gətirdi.


Haqqa, həqiqətə meydan yox idi,

Sairin dərd-qəmi həddən çox idi,

Hədəfə tuşlanmış sərrast ox idi,

Bəlkə manqurdları yola gətirdi.


Üz tutub ekrandan bütün millətə,

Sözünü deyirdi xalqa, dövlətə,

Dərdini söyləyib sanki Nemətə,

Dedi, bizimki də belə gətirdi.

YAZMIŞAM İGİDLİK, ƏRLİK DASTANI!
Ömrün baharında gəldi boran, qış,

Dağıldı başımdan bütün dost, tanış,

Dil aç, dərdlərimi şerim, sən danış,

Eşit, var şerimin, sözümün canı,

Qohum, qardaşı da dar gündə tanı.
Darda həsrət qaldım dosta, yoldaşa,

Gənclik əldən getdi doluram yaşa,

Kimi tənə edir, kimi tamaşa,

Qaçıb, daldalanır döyüş zamanı,

Onunçün sorulur millətin qanı.

Unudub meydanda içdiyi andı,

Millət də böhtana, şərə inandı,

Tək-tənha qalmışam gör, nə zamandı,

Çönübdü fələyin çarxı, dövranı,

Haqsızlıq yandırır yaman insanı.


Yusif tək quyuya saldılar yenə,

Şerim, dərdlərimi deyirəm sənə,

Kəsdilər ipimi, qaçdılar denə,

Haqq itir, ucalır şərin ad-sanı,

Yaman bəla tutub, Azərbaycanı.
Yollar dirənibdir yenə dağ-daşa,

Kəfənim əynimdə girdim savaşa,

Xainlər, satqınlar çıxıblar başa,

«Öldü var, döndü yox» deyən xalq hanı?!

Rüşvətxor quldurlar tutub hər yanı!
Kəmfürsət zalımlar haqqımı dandı,

Qurunun oduna, yaşlar da yandı,

Şerim də, sözüm də zülmə üsyandı,

Xain alçaqların yoxdu vicdanı,

Kölgədə qoydular Şəri, şeytanı.
Baharda gəlibdi boran da, qış da,

Qaçdı qohum-qardaş, dost da, tanış da,

Atdı bostanıma hərə bir daş da,

Azadlıq uğrunda axıdıb qanı,

Açmışdım, açacam hünər meydanı!
Hiylə, fırıldaqdır namərdin işi,

Beləcə dolanır çarxın gərdişi,

Əhdə sədaqətli olmur hər kişi,

Titrədib meydanda cümlə cahanı.

Olmuşam əzəldən Haqqın aslanı!
Çəkilsin yolumdan çən, duman gərək,

Düşmənə dar olsun bu cahan gərək,

Qana qan alınsın, cana can gərək,

Cihadda keçibdir ömrün hər anı,

Yazmışam igidlik, ərlik dastanı.

Kimsə çətin gündə salmadı yada,

Görmədim etibar, vəfa dünyada,

Yanıram yetişən yoxdu fəryada,

Yana-yana gəzdim eli, obanı,

Qurd olub millətin iti, çobanı.


Dillərdə dastandı şan-şöhrətim də,

Qılıncdan itidir söz-sənətim də,

Haqdan var əbədi səltənətim də,

Könül səltənəti ərşdən ucadı,

Yerdən də, göydən də ruhum qocadı.
İblis açıq-aşgar Haqqı danıbdı,

Şeytan fitnəsinə xalq aldanıbdı,

Çırağım qüdrətdən, haqdan yanıbdı,

Haqdan yanan çıraq əbədi sönməz,

Aşiq, Məşuqundan ölsə də, dönməz.
Alışıb yandınsa günəş tək sönmə,

Qalxdığın zirvədən bir daha enmə,

Ölsən də ey könül, bu yoldan dönmə,

Vətənə qurbandı Nemətin canı,

Olmuşam həmişə Haqqın qurbanı!
07 – 03 – 2009

GÜLƏ-GÜLƏ AĞLAYIRDI AYBƏNİZ


Üzü gülür can evi dərd əlində,

Fəryad etdi şeirləri dilində,

Tənha qalıb vətənin də, elin də,

Eşqinə yas saxlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
Sevgilisi şəhid olmuş gəlindi,

Dərdi bütün vətənindi, elindi,

Ruhu, qəlbi nələr çəkir gör indi,

Sellər kimi çağlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
Üzdə gülüb, için-için ağladı,

Nalə çəkib ürəkləri dağladı,

Nakam qalmış eşqinə yas saxladı,

Dağ çəkirdi dağlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
Yandırdı qəlbimi nalən, fəryadın,

Tarixə düşəcək şöhrətin, adın,

Sevgilindən yadigardı övladın,

Həyat sizi yoxlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
Toy-düyünü yaman qara gəlibdi,

Məcnun ölüb Leyli mələr qalıbdı,

Taleyi yox, dərd üzünə gülübdü,

Varlığımı çuğlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
Şer gözəl, nəğmə gözəl, söz gözəl,

Ellərə örnəksən alagöz gözəl,

Çox dözmüsən gəl biraz da döz gözəl,

Dərdən çələk bağlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
Nemət qardaş, qisasımı al dedi

Düşmənləri vəlvələyə sal dedi,

Ya şəhid ol, ya da qazi ol dedi,

Silahımı yağlayırdı Aybəniz!

Gülə-gülə ağlayırdı Aybəniz!
08 – 03 – 2009

GÜNƏŞLƏ DOĞULUB QOŞA QƏLBİNUR


Göy üzündən gur işqla gəlibdi,

Nur paylayır xalqa Paşa Qəlbinur,

Pərvanə tək sonsuz eşqlə gəlibdi,

Günəşlə doğulüb qoşa Qəlbinur.


Türk oğludu millətimə dayaqdı,

Əldə bıçaq, dildə sözü oyaqdı,

Qəlbi nurlu, elmi, ağlı mayakdı,

Yol göstərir göydə quşa Qəlbinur.


Günəş doğub elə bil ki üzündə,

Dahiliyi yazılıbdı gözündə,

Elimləri birləşdirib özündə,

Həyat verir qara daşa Qəlbinur.


Zülmətlərlə daim girib döyüşə,

Əlac eylər o, çarəsiz bir işə,

Sönmüş gözə çıraq olub həmişə,

Nicat verir kora, çaşa Qəlbinur.


Əlləri çox şəfalıdı nur kimi,

Möcüzədi, sehirlidi sir kimi,

Qapısıda müqəddəsdi pir kimi,

Çıxıbdı hamıdan başa Qəlbinur.


Kəsə bilməz yollarını duman, çən

Millətimin, vətənimin fəxrisən,

Bərələrdə saçlarına düşüb dən,

Yetişibdi müdrük yaşa Qəlbinur.


Yoğrulubdu ləyaqətdən, zəhmətdən,

İnsanları hey qurtarır zülmətdən,

Sevgi görüb, sayqı görüb millətdən,

Girib hər an bir savaşa Qəlbinur.


Uca dağa həsəd edən çox olur,

Kölgəsində qalıb, çünkü yox olur,

Dahilərin gözü, könlü tox olur,

Zirvələrdən et tamaşa Qəlbinur.


Sınanar insanlar darda, çətində

Tutubdur dünyanı şan, şöhrətin də,

Fəxri olub böyük bir millətin də,

Dağlar kimi min il yaşa Qəlbinur.


Tərifləyib sanmayın dost öyürəm,

Örnək olsun aydınlara deyirəm,

Ərk eyləyib qapısını döyürəm,

Yardım edir dost-tanışa Qəlbinur.


Nemət görüb dünyanın hər üzünü,

Qurban deyib dost yolunda özünü,

Söyləyib hər zaman sözün düzünü,

Ozan olub, dastan qoşa Qəlbinur. 15 - 03 – 2009


YENİ ZİRVƏLƏRƏ QALX, ULU TÜRKÜM!
Haydı, Oğuz eli, birləşək bu gün,

Türk adı olmasın tarixdən sürgün,

Şəhid babaların ruhu didərgin,

Bilgi ocaqları yax, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Dinləyib yüksələn ah-fəryadları,

Biz də yəhərləyək dəmir atları,

Yerində oturdub bu cəlladları,

Fırladaq hədəfə ox, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Oğrular, quldurlar tutub hər yanı,

Zirehdə gizlənir divlərin canı,

Tökülür hər yerdə məzlumun qanı,

Dünyada ədalət yox, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Yaman bəd gəlibdi tale, bəxt, zaman,

Tərsinə fırlanır bu çərxi dövran,

Nahaq qan içində boğulur cahan,

Qoyma tapdalansın haqq, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Əldən qaçırmayaq zamanı, anı,

Kəsək yer üzündən tam nahaq qanı,

Sən Haqq xəlifəsi, bəşər vicdanı,

Dövrə ədalətlə bax, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Uçub Şahin kimi, süzək göylərdə,

Fürsəti verməyək bir də namərdə.

İgidlik göstərib atan hər yerdə,

Olub gözü, könlü tox, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Tarixə hökm edip türklərin sözü,

Bizlərə dikilib məzlumun gözü,

Xəlifə eyləyib bizi, Haqq özü,

Ol dedi, dolandı çarx, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Elm ilə, ürfanla daim silahlan,

Arzular, xəyallar olmasın yalan,

Toplumu bilgilər yüksəldər, hər an,

Sirlər xəzinəsi çox, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Bilginlər komutan, şerim komandan,

Zalımın üstünə düşüb hər yandan,

Haydı, qaldırayın zülmü cahandan,

Coşub sellər kimi ax, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Zamandan geridə qalmayaq, gərək,

Diqqəti həmişə biz elmə verək,

Kəşf, icad eyləyib yarışa girək,

Elmsiz bir əlac yox, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!

Türkdü, qazak, türkmən, qırğız, qaqauz,

Moğol, tatar, başqırt, uyğur, İç oğuz,

Yakut, çuvaş, qıpçaq tək dil, tək ağız,

Tarix meydanına çıx, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!


Osman, Azər, Özbək, türkün övladı,

Türk olub soyumun, kökümün adı,

Qopar türk dilində şerim, fəryadı,

Millətə çevrilsin xalq, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Yolunu İravan, İran, gözləyir,

Şuşa, Təbriz, Kərkük hər an gözləyir,

Gün doğan, gün batan Turan gözləyir,

Parla, şimşək kimi çax, Ulu türküm,

Yeni zirvələrə qalx, Ulu türküm!
Elmə dəyər verək daim hər yanda,

Gör, nələr baş verir çərxi-dövranda?!

Möcüzə yaradıb bilgi bir anda,

Qurur göy üzündə taxt, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Kəşflər, ixtiralar olsa dayağın,

Gün doğan, gün batan olar oylağın,

Turan göylərində uçsun bayrağın,

Dilini dişinlə sıx, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Cənnətə çevrilsin qoy yer kürəsi,

Sağalmaz dərdlərin olaq çarəsi,

İgidlik, ərlikdir türkün törəsi,

Bayrağı göylərə tax, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Bütün bəşəriyyət Adəm övladı,

Tarixə şərəfdir Hun, Şumer adı,

Türk dili şerimin, sözümün dadı,

Türk oğlu türk olub, Nuh, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Vətənin Türküstan, Turan gözləyir!

Bizi, Mehdi Sahibzaman gözləyir!

Ağatlı oğlanı cahan gözləyir!

Gəlib çatıb vədə, vaxt, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!
Alparslan, Ərtoğrul, Bilgə xaqanı,

Çağır, Aşiq Nemət, sən Oğuz xanı,

Olub Fateh, Teymur, quraq Turanı,

Gülsün üzümüzə bəxt, Ulu türküm!

Yeni zirvələrə qalx, Ulu türküm!

HAYDI, SON DÖYÜŞƏ QALX, VƏTƏN OĞLU!


Gəlinlər dul qalıb, körpə atasız,

Gözəllər sevdasız, ana balasız,

Mərdlərin olmayır, başı bəlasız,

Gurla, ildırım tək çax, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Qazilər zindanda qolları bağlı,

Analar, bacılar sinəsi dağlı,

Mən dəli-divanə hamı ağıllı,

Saplanıb köksümə ox, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Tövbə edib, qayıt Haqqın yoluna,

Görün, düşmüsünüz kimin dalına?!

Qanlı qan ağlayır sənin halına,

Nə yaman gündəsən ah, vətən oğlu!

Haydı son döyüşə qalx, vətən oğlu!
Gavurlar əlində qız-gəlin əsir,

Zalımın qılıncı məzlumu kəsir,

Qalıb dərd əlində xalq əsir, yesir,

Od vurub, yandırıb, yax, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Zülmə boyun əymə, millət, danış, din,

Bəsdi, əcnəbidən yardım diləndin,

Tamam əldən gedir namus, qeyrət, din,

Düşmənə aldandın çox, vətən oğlu!

Haydı son döyüşə qalx, vətən oğlu!
Ah-nalə qəlbimi yandırıb, yaxdı,

Namərdin insafı, vicdanı, yoxdu,

Şerim də, fəryaddı, amandı, ahdı,

Yaman günə qaldı, xalq, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Oğrular, əyrilər, kəsir düzləri,

Dinlə, mənaları, oxu, sözləri,

Gözləyir Qarabağ, Təbriz bizləri,

Bayrağı zirvəyə tax, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Bütün millət olub, qaçqın, didərgin,

İnsanlar edilir “mədəni” sürgün,

Yenə də qiyamət qopacaq, bir gün,

Kükrəyib, meydana çıx, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Bizi bağışlamaz şəhid ruhları,

Ərşə dirənibdi məzlum ahları,

Daş-qalaq eyləyib bu əclafları,

Ölümün gözünə bax, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Silaha sarılıb, biz kəfən geyək,

Birlikdə yumruğu hədəfə döyək,

Zülmə, müsibətə yetər, dur, deyək,

Zalımı taxtından yıx, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Qisas qiyamətə qalmasın gərək,

Olum-ölüm deyib, döyüşə girək,

Yağı düşmənlərin dərsini verək,

Əldən uçub gedir vaxt, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Bərabər savaşdıq bu meydanlarda,

Azadlıq uğrunda tökdük, qanlar da,

İgidlər tanınar çətin anlarda,

Könüllərdə quraq, taxt, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
Nemət qorxmayıbdı ölümdən, qandan,

İstiqlal uğrunda savaşdıq candan,

Ölüm də qaçıbdır hər zaman ondan,

Şəhidə kəfən də yox, vətən oğlu!

Haydı, son döyüşə qalx, vətən oğlu!
21-03-1997

ÖZ DƏRDİMDİ, ÖZ YAXAMDI, ÖZ ƏLİM!


Öz özümlə çox girmişəm savaşa,

Həsrət qaldım sadiq dosta, yoldaşa,

Dərdlərimlə çilə çəkdim baş-başa,

Bilirsən ki, neçə vaxtı gözəlim,

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Qalmadı yurdumda daş üstə daş da,

Kəsibdi qapını boranlı qış da,

Qurunun oduna yanıbdı yaş da,

Bu nə tale, bu nə baxtdı gözəlim?

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Dar günümdə hamı qaçdı dağıldı,

Ömrüm, günüm əfsanədi, nağıldı,

Aşiqlər də dərd-qəm üçün doğuldu,

Gözlərimdən qanyaş axdı gözəlim.

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Nə yapdımsa halal zəhmətlə yapdım,

Könül səməndini dördnala çapdım,

Haqqı da aradım, özümdə tapdım,

Hal əhli yox, nadan çoxdu gözəlim,

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Aldanmadım nə dövlətə, nə vara,

Eşqə düşdüm qaldım aciz, avara,

Könül verdim mən vəfasız bir yara,

Qəlbimi yandırıb yaxdı gözəlim,

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Davam edir qoca şərin dövranı,

Öndər edib xalq özünə şeytanı,

Məhbus olub azadlığın meydanı,

Köpək qurtla aşna çıxdı gözəlim,

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Nələr gördüm bu vəfasız dünyada,

Qərq olubdu gəmilərim dəryada,

Ha çağırdım gələn yoxdu fəryada,

Şerim də nalədi, ahdı gözəlim,

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Dərdə şərik olmur nə dost, nə tanış,

Bir gün olsa bu millətdə oyanış,

Mən susmuşam soruşsalar sən danış,

Evimizi “dost”lar yıxdı gözəlim.

Öz dərdimdi, öz yaxamdı, öz əlim.
Nemət yaman tora düşüb, aldandı,

Namərd satqın “dost”lar haqqımı dandı,

Sağalmaz dost vuran yara yamandı,

Belə dərdə dərman yoxdu gözəlim,

Öz dərdimdi, öz yaxamdı, öz əlim.

ÜZƏ BAXMIR HƏTTA YAR QOCALANDA


Əl titrəyər, göz qaralar, baş əsər,

Gözəllər qarıyıb, ər, qocalanda,

Karvandan ayrılıb, tək-tənha gəzər,

Dəyərdən tez düşər, nər, qocalanda.


Əl ayağın işə-gücə yaramaz,

Qohum-qardaş, dost-tanış da aramaz,

Gözəllər görəndə telin daramaz,

Kara gəlməz dövlət-var, qocalanda.


Gah xəstəlik tutar, bezərsən candan,

Giley eyləyərsən çərxi-dövrandan,

Həyatın asılı olar bir andan,

Dünya olar sənə dar, qocalanda.


Salıb keçənləri yada, ağlayar,

Cavanlığı verən bada, ağlayar,

Ürəkdə tükənən oda, ağlayar,

Üstünü kül basar qor, qocalanda.


Bel bükülər, ürək dərdə, tuş gedər,

Saç ağarar, diş tökülər, huş gedər,

Gedəndə elə bil, bir sərxoş gedər,

Olarsan hər yerdə xar, qocalanda.


Tez kövrəlib yaman umub, küsərsən,

Arvad, uşağı da asıb, kəsərsən,

Dərd əlində, qəm əlində yesirsən,

Hər şey gələr sənə ar, qocalanda.


Niyə yaşayırsan niyə bilməzsən,

Dərdini kimsəyə deyə bilməzsən,

Heç nəyi iştahla yeyə bilməzsən,

Könül istər dağdan, qar, qocalanda,


Gənclikdə vaxtını keçirsən hədər,

Başına gələcək, çox qəza, qədər,

Bürüyər qəlbini dərd-ələm, kədər,

Ağıl olmaz vallah, hər qocalanda.


Cavanlıqda ömür bəhrə verməsə,

Sözün mənasını deyirəm kəsə,

Bəllidi əzəldən hər şey, hər kəsə,

Kökündən kəsilər, nar, qocalanda.

Ayaqlar yeriməz, əllər də tutmaz,

Sinəndə doyunca nəfəs də çatmaz,

Ruhun dinclik tapıb yuxu da yatmaz,

Qulaqlar da olar kar, qocalanda.


Yediyin, içdiyin heç sığmaz cana,

Ahın amanın da düşər hər yana,

Çağırsan da Allah aman, vay, ana,

Gözlərinə düşər tor, qocalanda.


Neyləsəndə ürək düşər təpərdən,

Elə gələr sənə ölürsən hərdən,

Atın qaçsa, əl üzülsə yəhərdən,

Ömür verməz bəhrə, bar, qocalanda.


Elmlə-ürfanla ara hər yanı,

Axtar cavanlıqda ara, mənanı,

Zəhmətsiz keçməsin ömrün bir anı,

Ömrün meyvəsini dər, qocalanda.


Olmasa gəncliyin barı, bəhəri,

Elmin bəzəməsə kəndi, şəhəri,

Qatacaq aşına zaman, zəhəri,

Görünərsən gözə xor, qocalanda.


Daha heç nazını çəkən də olmaz,

Dərdsiz, qəmsiz bircə gecən də olmaz,

Gözlərindən öpüb, qucan da olmaz,

Üzə baxmaz hətta yar, qocalanda,


Ümüdsüz, çarəsiz, yerdə qalarsan,

Bezib candan din-imandan olarsan,

Vaxtında özünə kəfən alarsan,

Yolunu gözləyər gor, qocalanda,


Gördün ki, həkimlər aciz, qalıbdı,

Bil ki, vədə gəlib, tamam olubdu,

Dörd tərəfin molla, imam olubdu,

Canını xoşluqla ver, qocalanda.


Nemət, ömrü, günü boşa vermə, sən,

Düşübdü sənin də saçlarına dən,

Ötən hər bir ana bir məna versən,

Həyatın mənası var, qocalanda.


17 08 2009

ÖL ƏBƏDİ YAŞA KÖNÜL!


Dayan, bəsdi, insaf eylə,

Düşmə, dağa-daşa, könül!

Dərdi yalnız Yara söylə,

Sir vermə, sirdaşa, könül!


Gündə bir xəyala dalıb,

Ağlımı başımdan alıb,

Yenə haldan hala salıb,

Bizi salma, işə, könül!


Yanıram hal-əhvalına,

Görən qan ağlar halına,

Düşüb gözəllər dalına,

Vurulma, göz-qaşa, könül


Eyləmə, məni avara,

Məcnuntək gedirsən hara?

Ömür yetdi son bahara,

Nə qalıbdı qışa, könül?!


Saçlarına düşübdü dən,

Divan eylə, nəfsinə sən,

Haqdan gəlib Haqqa gedən,

Uymaz dost-yoldaşa, könül!


Girdin dünya bazarına,

Aldanma, dövlət-varına,

Kimsə gəlməz havarına,

Zəhər qatma, aşa, könül!


Meylini salıb hər işə,

Gəl məni salma, təşvişə,

Çətin birdə fürsət düşə,

Ömrü vermə, boşa, könül!


Son qoyub bu şıltaqlığa,

Arxanı çevir, çoxluğa,

Üz tutub daim yoxluğa,

Çevrilək dərvişə, könül!


Nemət, Allah olsun yarın,

Eşq olsun namusun, arın,

Çəkmə, dünyanın azarın,

Öl, əbədi yaşa, könül!


9 08 2009

DÖNƏK QIZILQUŞA KÖNÜL!


Din-imanla yoldaş olub,

Şeytanı bas, daşa, könül,

Haqq ilə dost, sirdaş olub,

Daim eşqlə yaşa, könül!


Lənət denə, kor şeytana,

Uyma, bu çərxi-dövrana,

Girir hər an dondan dona,

Nəfsi qoyma, tuşa, könül!


Qəsd edib nəfsin canına,

Qəltan eylə, öz qanına,

Son qoy, onun dövranına,

Qoyma, yolu çaşa, könül!


Sevincdən, kədərdən arın,

Qoy, Haqq olsun daim yarın,

Eşqlə atsın şah damarın,

Ya Hu, deyib coşa, könül!


Saralıb gül rəngin solsun,

İçin hüzur ilə dolsun,

Gərək mən ölməmiş ölsün,

Çıxsın ərtək başa könül!


Baş qoyayın Dost yolunda,

Fərq olmasın əhvalında,

Hüzur olsun hər halında,

Eşq ilə gəl, cuşa, könül!


Üz tutub Merac yoluna,

Yetiş Haqqın dərgahına,

Qurşanıb eşq şərabına,

Dönəyin, sərxoşa, könül!


Canan eşqlə cana baxsın,

Ney kimi yandırıb, yaxsın,

Pərdələr ortadan qalxsın,

Yarla gəzək qoşa, könül!


Nemət üzün tutub Haqqa,

Sən haqqı vermə, nahaqqa,

Yetər, çıxardığın hoqqa,

Dönək qızıl quşa, könül!


9 08 2009

OLUBDU ALPƏRƏN KÖNLÜM!


Qorxum yox əsla ölümdən,

Yarım düşməyib dilimdən,

Məcnun olub əzəl gündən,

Ah ilə dağ dələn könlüm!

Olubdu Alpərən könlüm!
Getmədi ömrümüz hədər,

Yoxdu nə sevinc, nə kədər,

Keçirib çox qəza-qədər,

Dərdə dərman bilən könlüm!

Olubdu Alpərən könlüm!
Çıxdıq uzun incə yola,

Düşmüşəm qəribə hala,

Kaş bu halda daim qala,

Dünya olsa viran könlüm!

Olubdu Alpərən könlüm!
Buxovları qırıb atdı,

Sözün canını çıxartdı,

Yeni bir dastan yaratdı,

Eşqlə dolur hər an könlüm!

Olubdu Alpərən könlüm!
Şam kimi yandı, əridi,

Hərnə söyləsəm yeridi,

Nə ölü, nə də diridi,

Ölməmişdən ölən könlüm!

Olubdu Alpərən könlüm!
Baxmadı dövlətə, vara,

Haqqı deyib getdi dara,

Çox şükür qovuşdu Yara,

Canana can verən könlüm!

Olubdu Alpərən könlüm!
Haqq döyüşür əlim ilə,

Yar danışır dilim ilə,

İşi yoxdu elim ilə,

Gizlin Yarla qalan könlüm!

Olubdu Alpərən könlüm!
İki dünyanı boşadı,

Səfil, sərgərdan yaşadı,

İşi-gücü tamaşadı,

Haqq camalın görən könlüm!

Olubdu Alpərən könlüm!
Göstərib o, ər qeyrəti,

Qurtardı Aşiq Neməti,

Tutub hər yanı şöhrəti,

Eşqlə rüsvay olan könlüm!

Olubdu Alpərən könlüm!

12 08 2009


DÜŞÜB LAMƏKANA KÖNÜL!
Vurulub Yar Camalına,

Ün salıb həryana könül!

Yar yanar yarın halına,

Qıyar şirin cana könül!


Eşq olsun, deyib ərənlər,

Qəlbini eşqə verənlər,

Gecə-gündüz Yarı dinlər,

Olubdu divanə könül!


Eşq yolunda deyil naşı,

Yar yolunda, qoyub başı,

Olubdu Haqqın sirdaşı,

Sığmayır cahana könül!


Giribdi Yarın qoynuna,

Qurşanıb eşq oyununa,

Qolları salıb boynuna,

Can verib canana könül!


Eşqimi Yara bildirib,

Bəxti üzümə güldürüb,

Qatildi, nəfsi öldürüb,

Batıbdı haqq qana könül!


Varlığın əridib Haqda,

Oturub şah kimi taxtda,

Dayanıb zaman da, vaxt da,

Sığmayır zamana könül!


Sağ ikən ölüb dirilib,

Hər şeyə layiq görülüb,

O Yara qurban verilib,

Qurbanam qurbana könül!


Diz çöküb Yar dərgahında,

Həmdəmidir o, şahın da,

Məsgənidir Allahın da,

Dönübdü ümmana könül!


Aşiq Nemət deyir sözün,

Dərk eyləyib özü-özün,

Çəkibdi dünyadan gözün,

Düşüb Laməkana könül!


13 08 2009

İSTƏMƏYİR MƏKAN KÖNLÜM!


İçibdi eşq şərabını,

Məst olubdu yaman könlüm!

Zikr eyləyir Yar adını,

Dayanmayır bir an könlüm!


Düşmə, gəl çöllərə yenə,

Bəd gəlməsin qoy zəmanə,

Dərdini get, Yara denə,

Eyləmə, ah-aman könlüm!


Yardan ayrı zar-zar ağlar,

Ahı yeri-göyü dağlar,

Hicran yollarını bağlar,

Eşqə düşüb cavan könlüm!


Mələr körpə quzu kimi,

Aşiq yoxdu özü kimi,

Qoruyub lap gözü kimi,

Göz yummayır viran, könlüm!


Haqq ona buta veribdi,

Yarı yuxuda görübdü,

Eşq dəryasına giribdi,

Olub əhli-ürfan könlüm!


Gəlibdi eşqin baharı,

Hara baxır görür Yarı,

Gətirib baxcalar barı,

Xoş gəlibdi zaman könlüm!


Dövran aşiqin dövranı,

Əldən vermir bircə anı,

Alıb qoynuna cananı,

Sürür gözəl dövran könlüm!


Nə yerə, nə göyə sığır,

Qəlbinə eşq, sevgi yağır,

Allah, Allah deyib çağır,

Olubdu Laməkan könlüm!


Aşiq Nemət Yara qurban,

Yar olub dərdinə dərman,

Nəyə lazım iki cahan?

İstəməyir məkan könlüm!


14 08 2009

GÜVƏN YALNIZ YARA, KÖNÜL!


Gecə-gündüz inildəyir,

Qəlbim olub yara, könül!

Dil açıb ürək də deyir,

Çəkmə məni dara, könül!


Başımda şimşəklər çaxır,

Gözlərimdən qan-yaş axır,

Nə öldürür, nə buraxır,

Eyləyib avara, könül!


Həsrət qaldım dağda qara,

Gələn yoxdu heç havara,

Boğulub namusa, ara,

Bilmir getsin hara, könül!


Dağı arana daşıyır,

Nə ölür, nə də yaşıyır,

Yaramı dostlar qaşıyır,

Bəxtim olub qara, könül!


Dostlar dil verdi düşmənə,

Zülm eylədi zalım sənə,

Dərdi, dərdbilənə denə,

Söyləmə, əğyara, könül!


Dərd gətirdi hamı bizə,

Halım sığmır, saza-sözə,

Aşiq gərək dərdə dözə,

Düşsə min azara, könül!


Şan-şan olub bağrım başı,

Saldılar başına daşı,

Haqlamamış əlli yaşı,

Düşüb boran, qara, könül!


Nələr gəlmədi başına?

Zəhər qatdılar aşına,

Sirri vermə, sirdaşına,

Güvən, yalnız Yara, könül!


Aşiq Nemət çilə çəkdi,

Haqqın önündə diz çökdü,

Şükür, Yarla təkbətəkdi,

Son qoy, ahu-zara, könül!


15 08 2009

MÖHTAC OLMA DİNƏ, KÖNÜL!


Allah sığmaz yerə, göyə,

Sığar yalnız sənə, könül!

Hamı haqdan gəldi deyə,

Gərək, Haqqa dönə, könül!


Çəkil, xəlvətə, eşq elə,

Yarın zikri düşsün dilə,

Verib mənimlə əl-ələ,

Eşq atına minə könül!


Hər kəsə olsa tale yar,

Dərman olsa dərdə nə var,

Gəl eyləmə sən ahu-zar,

Qurtuluş yox mənə, könül!


Ovçu ikən ovlanıbsan,

Min bir yerdən oxlanıbsan,

Eşqə düşübsən yanıbsan,

Od düşüb zəminə, könül!


Eşqlə, ürfanla dolubsan,

Dillərdə dastan olubsan,

Səfil sərgərdan qalıbsan,

Gör düşdün nə günə, könül!


Zorla aparsalar Hacca,

Əl atsalar hər əlaca,

Bəlayı eşq boynum quca,

Dərd yetişə minə, könül!


Məcnun kimi olsan hacı,

Gəl vermə, eşqindən bacı,

Yoxdu dərdinin əlacı,

İstər getsən Çinə, könül!


Haqq buta veribdi sənə,

Dəli-divanəsən yenə,

Dərdi fələklərə denə,

Üz tut aya, günə, könül!


Nuh ilə Adəmdən qoca,

Eşq əzəldən bizə xoca,

Sevən könlüm ərşdən uca,

Gəlib gəzsin denə, könül!


Eşqlə bəzə, otağını,

Yarla bir sal, yatağını,

Aç, Allaha qucağını,

Möhtac olma dinə, könül!

Üz tut, Haqqın dərgahına,

Yer-göy inləsin ahına,

Dön, Yarın seyrangahına,

Seyr eyləsin yenə, könül!


Qoyma, qəlbin bir an yatsın,

Eşqin dəryasında batsın,

Nemət, Yar imdada çatsın,

Çarx dönsün tərsinə könül!


XALQLA OLAN HAQDAN OLACAQ KÖNÜL
Nəfsin cilovunu buraxsan əldən,

Səni dağa-daşa salacaq, könül!

Uysan gözəllərin naz, qəmzəsinə,

Ağlını başından alacaq, könül!


Hardan gəldiyini fikr eyləməsən,

Hər an Haqqı anıb, zikr eyləməsən,

Qədərə, qismətə sükür eyləməsən,

Gözün orda-burda qalacaq, könül!


Uyub bu dünyanın var-dövlətinə,

Aldanıb ötəri şan-şöhrətinə,

Əl vursan iylənmiş murdar ətinə,

Hər yan üfunətlə dolacaq, könül!


Qapat, gözlərini dünya malına,

Düşmə, hər faydasız işin dalına,

Davam eylə, yalnız eşqlə yoluna,

Fani olan bir gün solacaq, könül!


Boşla, dost-tanışı, qohum-qardaşı,

Ol, Aşiq Nemətin yarı-yoldaşı,

Haqqı sevib olaq, Haqqın sirdaşı,

Xalqla olan, Haqdan olacaq, könül!


22 08 2009

EŞQİN GÖYLƏRİNDƏ SULTANDI KÖNLÜM


Əzəldən olubdu eşqin məsgəni,

Dəli divanədi, heyrandı, könlüm!

Salıb həsrətindən çöllərə məni,

Özü-öz qanına qəltandı, könlüm!


Arayıb, axtarıb, gəzib hər yanı,

Buraxıb axırda iki dünyanı,

Tutub öz-özünə yenə divanı,

İstər açın, baxın, al qandı, könlüm!


Daim göz yaşımla çimib, yuyunub,

Hər şeydən arınıb, eşqlə döyünüb,

Eldə rüsvay olub, Yarla görünüb,

Xarıbülbül kimi giryandı, könlüm!


Bağrımın başına qoyubdu közü,

Nə gecəsi oldu, nə də gündüzü,

Eşqim rüsvay edib, hər zaman bizi,

Yar üçün bəzənib, qurbandı, könlüm!


Yalqız səhralarda, çilə çəkibdi,

Eşq ilə solmayan, güllər əkibdi,

Gülüstan yaradıb, saray tikibdi,

Dəryadı, dənizdi, ümmandı, könlüm!


Açıb gülüstanda qönçə gül yeni,

Heyran eyləyibdi sevgilim, məni,

Eşq olub Allahı, imanı, dini,

Yarıma əbədi canandı, könlüm!


Aşiq Nemət olub, eşqin sərxoşu,

Tamam unudubdu dostu, yoldaşı,

Uçubdu göylərə könlümün quşu,

Eşqin göylərində sultandı, könlüm!


23 08 2009

NUR ƏLƏNDİ, GÜNƏŞ DOĞDU KÖNLÜMƏ!


Məcnun olub paltarını soyundu,

Dərd üstündən dərdi yığdı, könlümə!

Daim eşqlə, ürfan ilə öyündü,

Dərd ələndi, kədər yağdı, könlümə!


Dayanmayıb çox zirvələr aşıbdı,

Bulaq kimi qaynayıbdı, coşubdu,

Selə dönüb, kükrəyibdi, daşıbdı,

Gözlərimdən qanyaş axdı, könlümə!


Sevib, seçib örnək oldum ellərə,

Rüsvay oldum adım düşdü dillərə.

Göz yaşımla qərq olsada sellərə,

Eşqlə üzür zaval yoxdu, könlümə!


Göz yumubdu bu dünyada sərvətə,

Baş qoşmayıb var-dövlətə, şöhrətə,

Çəkilibdi Canan ilə xəlvətə,

Yarım sonsuz eşqlə baxdı, könlümə!


Aşiq olub yaman günə qalıbdı,

Dərdi, qəmi məni, məndən alıbdı,

Eşqə düşüb din-imandan olubdu,

Hər şey getdi, Canan girdi, könlümə!


Eşqlə yanıb, Səməndərtək alışdı,

Yeri-göyü, ərşi-kürşü dolaşdı,

Səcdə edib, o meraca ulaşdı,

Nur ələndi, günəş doğdu, könlümə!


Aşiq Nemət sığınıbdı Allaha,

Hüzur gəldi qəlbimizə çox baha,

Buraxarmı əldən onu bir daha?

İlahi eşq hüzür verdi, könlümə!


23 08 2009

DAİM HƏZİN-HƏZİN CAĞLADI KÖNLÜM!


Kamantək sızlayıb, neytək inlədi,

Yarın həsrətilə ağladı, könül!

Qeyibdən vəh gəldi, Yarı dinlədi,

Dağ basıb yaramı dağladı, könül!


Sağalmaz dərdimi Yara söylədi,

Yar mənim qəlbimə nəzər eylədi,

Eşqlə fərman verib, yaram teylədi,

Qan verən yaramı bağladı, könül!


Nemət zikr eyləyib, qalxdı göyllərə,

Əriyib nur kimi axdı göylərə,

Eşqilə, ürfanla baxdı göylərə,

Daim həzin-həzin cağladı, könül!


24 08 2009

BAXIB SƏNDƏ GÖRDÜM O YARI KÖNÜL!


Kənarda axtardım özümdə buldum,

Baxıb səndə gördüm O Yarı, könül!

Haqqın aşiqiyəm Haqqa qul oldum,

Qoymaram yaxına əğyarı, könül!


Çox xəyallar qurub, saraylar yapdım,

Eşq ilə göylərə atımı çapdım,

Cananı aradım özümdə tapdım,

Gətirdi qəlbimə baharı, könül!


Özün öz yolunu uzaq etmisən,

Özündən özünə çox yol getmisən,

Yarın baxçasında gültək bitmisən,

Sənsən eşq bağının nübarı, könül!


Dərd də vardı bizdə dərdə dözüm də,

Aləmlər yox oldu tamam gözümdə,

Şükür, gördüm Haqqı özüm-özümdə,

Yenə qalxdı ərşdən yuxarı, könül!


Nemət eşqə düşdü cavan çağında,

Bəsləyibdi bizi Yar qucağında,

Bitmişik əzəldən eşqin bağında,

Olub həm baxçası, həm barı könül!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin