Ölülər Kita bında



Yüklə 53.66 Kb.
PDF просмотр
tarix26.05.2017
ölçüsü53.66 Kb.

6

FEVRAL 2013

H

aqqında ilk dəfə eramızdan 3500 



il əvvəl birinci Misir Fironu Me-

nesanın dövründə “Ölülər Kita-

bında” qeyd edilmiş Bakı qədim 

zаmаnlаrdаn həm Cənubi Qafqazda, həm də 

Yахın Şərqdə əhаlinin sıx məskunlaşdığı və in-

kişaf etdiyi şəhərlərdən biri kimi tаnınmışdır. 

Erаmızın əvvəllərində yunаn-roma аstronоmu 

Rubrikanın bu nömrəsini öz 

qədimliyinə, ərazisinin böyüklüyünə 

və əhalisinin sayına görə Şərqin ən 

iri şəhərlərindən biri sayılan, təbii-

cоğrаfi şərаiti, təbii sərvətlərin 

bоlluğu, beynəlхаlq əhəmiyyətli 

ticаrət yоllаrı, məhsuldаr tоrpаğı 

ilə dünyada tanınmış müqəddəs 

оdlаr diyаrı, doğma paytaxtımız Bakı 

şəhərinə həsr edirik.


7

FEVRAL 2013

və cоğrаfiyаşünаsı Klаvdi 

Ptolemеy (70-147) “Coğra-

fiya” kitabında Аlbaniyanın 

ərazisindəki 28 şəhərin аdını 

çəkərkən Bakını "Baruka" və 

ya "Qaytara" kimi göstərir. Ba-

kıda tapılmış V-VII əsrlərə aid 

Sasani dəfinəsi o dövrdə bu-

ranın yaşayış məntəqəsi ol-

duğundan xəbər verir. V-VI 

əsr mənbələrində Bakı “Ba-

ğavan” və “Atəş-i Baquan”, 

ərəb mənbələrində (X əsr) 

“Bakuyə”, “Bakuh”, “Baku”, rus 

mənbələrində (XV əsr) “Baka”, 

Səfəvilər dövrünün fars dilli 

mənbələrində “Badi kubə” ad-

landırılır. Tarixləri nəzərə alsaq, 

bu gün Bakının 5,5 mindən çox 

yaşı var.

Erkən orta əsrlərdə Bakı iq-

tisadiyyatının əsasını neft  və 

duz istehsalı, Bakı və Abşeron 

bölgəsində becərilən boyaqotu 

və zəfəran təşkil edirdi. Onların 

həm quru karvan yolları, həm 

də dənizlə uzaq Şərq ölkələrinə 

ixracı feodal şəhərinin inkişafı-

nın mühüm amili idi. Şirvanın 

tərkibinə daxil olan Abşeron 

təbii və təsərrüfat xüsusiyyətləri 

sayəsində ondan fərqlənən 

əlahiddə coğrafi, iqtisadi və si-

yasi vahid idi. Abşeronun iqti-

sadi və siyasi mərkəzi olan Bakı 

şəhəri təsərrüfat baxımından 

onun kəndləri ilə bağlı olub, 

şirvanşahdan vassal asılılığın-

da olan pərakəndə feodal tor-

paqlarının vahid dairəsini təşkil 

edirdi.

X əsrin sonunda və XI 



əsrdə Abbasilər xilafətinin 

tənəzzülü ilə əlaqədar bir sıra 

vilayət və ölkələrin hakimləri, 

o cümlədən, Şirvanşahlar 

müstəqil hakimiyyət sürməyə 

başladılar. Bakı Şirvanın əsas 

şəhərlərindən birinə çevrildi. 

Əhali sənətkarlıq, ticarət, bağçı-

lıq, bostançılıq, üzümçülük, ba-

ramaçılıq, əkinçilik, neft çıxar-

ma, balıqçılıq və s. ilə məşğul 

olurdu.


Bakı X əsrdən liman şəhəri 

kimi məşhur idi. XI əsrin sonu, 

XIII əsrin əvvəllərində şəhər 

tərəqqi dövrü keçirirdi. 1191-

ci ildə Qızıl Arslan Şamaxını 

Azərbaycan haqqında

     

Finansist



8

FEVRAL 2013

Finansist 

    


Azərbaycan haqqında

tutduqda, şirvanşah I Axsitan müvəqqəti ola-

raq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar 

şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət 

verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və 

xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin 

müdafiə sisteminə daxil idi. 1232-1235-ci illərdə 

Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə bux-

ta daxilində möhkəmləndirilmiş qala tikildi. Şir-

vanşahlar Xəzər dənizində güclü donanma yarat-

dılar.

XIII əsrin 30-cu illərində monqollar Bakıya 



hücum edib, uzunmüddətli mühasirədən son-

ra şəhəri aldılar. Bakıda neft çıxarma və ticarət 

tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru 

Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən 

canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq 

ticarətdə əhəmiyyətinin artması ilə əlaqədar 

Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV 

əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlı-

ğı, Avropa ölkələri və s. yerlərə müxtəlif mal-

lar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakı-

dan Həştərxana, Orta Asiyaya və Xəzərin cənub 

sahillərinə mal daşınırdı. XIV əsrin II yarısın-

da Bakının iqtisadi və siyasi rolunun artması ilə 

əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi 

də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində 

hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək 

qalan tarixi-memarlıq abidələri – Buxara karvan-

sarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani 

(hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq 

ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudlu-

ğundan xəbər verir.

Şirvanşah I Xəlilullahın dövründə (1417-

1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şir-

vanşahlar saray kompleksi də bu dövrdə tikil-

mişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, 

iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 

II yarısında Böyük Moskva knyazlığı ilə ticarət 

daha da genişləndi və diplomatik əlaqələr ya-

radıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hü-

cum edərək Bakını aldı. XVI əsrdəki dağıdıcı 

müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş 

Şirvandakı bir sıra antifeodal üsyanlara baxmaya-

raq, "Volqa-Xəzər" yolunun açılması ilə əlaqədar 

Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mü-

hüm liman kimi əhəmiyyəti azalmadı. Səfəvilər 

dövründə Bakıda mis pullar buraxılırdı.

Bakı və Abşeron əhalisinin xeyli hissəsi xal-

çaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə 

sənətkarlıq, toxuculuq, xüsusilə xalçaçılıq daha da 

inkişaf etdi. XVII-XVIII əsrlərə aid tarixi abidələr, 

bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin in-

kişaf etdiyini göstərir. Şəhərə çoxlu əcnəbi tacirlər 

və səyyahlar gəlirlər. Onlar şəhərin təsərrüfat 

həyatının canlanmasını, sənətkarlıq istehsalının, 

ölkədən kənara aparılan neft  və duz hasilatının 

artmasını qeyd edirdilər. Şəhərin sosial həyatında 

tacirlərin rolu artır. Şəhərin və ölkənin bütün daxili 

və xarici ticarəti onların əlində cəmlənmişdi.

Bakı Xəzər dənizində mühüm liman idi. Bura-

dan tranzit yolu ilə Avropaya, Rusiyaya və digər 

ölkələrə, başlıca olaraq, Şamaxı ipəyi və başqa 


9

FEVRAL 2013

sənətkarlıq məmulatları daşı-

nırdı. Bakının feodal inkişafı 

XVII əsrin sonlarınadək da-

vam etmişdir. 

XVII əsrın sonunda 

təkcə Azərbaycanda de-

yil, eləcə də, bütün Orta 

Asiya ölkələrində möv-

cud olan şəhər həyatının 

tənəzzülü müşahidə edi-

lir. Lakin buna baxmaya-

raq, zəngin təbii sərvətləri, 

habelə mühüm hərbi strateji əhəmiyyəti olan 

vətənimiz XVIII əsrin əvvəllərindən etibarən Ru-

siyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb 

sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr 

xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il 

iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. 

Lakin Rusiya və İran arasında bağlanan Gəncə 

məqaviləsinə (1735) görə Bakı yenidən İranın 

hakimiyyəti altına keçdi.

XVIII əsrin ortalarında Azərbaycanda bir sıra 

xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara 

müharibələri bütün Azərbaycanda olduğu kimi, 

Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafı-

na mane olur, əhalinin vəziyyətini son dərəcə ağır-

laşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər 

həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa 

Məhəmməd Şah Qacarın Azərbaycana hücum-

ları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən 

tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin 

yazında Rusiya imperatriçası II Yekaterinanın 

əmri ilə general V.A.Zubovun komandanlıq etdi-

yi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 

13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general 

P.D.Sisyanov Bakının komendantı təyin olundu. 

II Yekaterinanın ölümündən sonra oğlu I Pavel 

V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci 

ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində 

I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Ba-

1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə, o zaman üçün nadir yataq sa-

yılan, Neft daşlarında güclü təzyiqlə çıxan neft fontanı dənizdə neftçıxarmanın yeni mərhələsinin 

başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başla-

mışdır.


Azərbaycan haqqında

     


Finansist

10

FEVRAL 2013

kını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusi-

ya-İran müharibəsi (1804-1813) bu planın həyata 

keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 

12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin 

məglub olaraq geri çəkildi. 1806-cı ilin əvvəlində 

general P.D.Sisyanovun qoşunları yenidən Bakı-

ya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı 

xanı Hüseynqulu xanla danışıqlar zamanı general 

P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da 

Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 

ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış 

Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən 

Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

BAKI XANLARININ SİYAHISI

1.  Hüseyn bəy Məhəmməd 1718-1723

2.  Qulu bəy Dərgah 1723-1736

3.  I Mirzə Məhəmməd xan 1736-1768

4.  Fətəli xan Quba 1768-1770

5.  Abdulla bəy Şamaxı 1770-1772

6.  Məhəmməd Məlik 1772-1783

7.  II Mirzə Məhəmməd xan 1783-1791

8.  Məhəmmədqulu xan 1791-1792

9.  Hüseynqulu xan ibn Hacı Əli 1792-1806

Bu dövrdə Abşeronda illik neft  istehsalı 

200-300 min puda çatırdı. 1847-ci ildə Bakı-

nın Bibiheybət sahəsində mexaniki üsulla ilk 

neft  quyusunun qazılmasına təşəbbüs göstərildi. 

Neft  sənayesinə görə Bakıya xarici kapitalın axını 

başlandı. 1879-cu ildə Bakıda 9 qazma buruğu 

vardısa, 1900-cü ildə onların sayı 1710-a çatdı. 

Bakı neft i dünya miqyasına çıxdı. Neft  sənayesi 

ilə yanaşı Bakıda başqa sənaye sahələri də inki-

şafa başladı; mexaniki zavodlar, emalatxanalar, 

tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən 

dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, 

ticarət və sənaye firmalarının binalarından ibarət 

idi.

1859-cu il may ayının 29-30-da baş vermiş 



güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağı-

dıldıqdan sonra Bakı paytaxta çevrilir. Həmin 

dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil 

edirdi. Yuxarıda qeyd etdiyimiz amillərin təsiri 

nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı ar-

taraq 214 min nəfərə çatmışdır.

Neft  sənayesının inkişafı ilə əlaqədar olaraq 

Bakı şəhərində nəqliyyat əlaqələri də formalaş-

mağa başlamışdır. 1880-ci ildə şəhərdən Sabun-

Finansist 

    

Azərbaycan haqqında



çu və Suraxanı mədənlərinə 26 km uzunluğunda 

və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tifl is 

dəmir yolu xətt i çəkilmişdir. Nəqliyyat vasitələri 

ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 

1868-ci ildə Bakı-Tifl is, 1879-cu ildə Bakı-Kras-

novodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-

ci ildə isə şəhərdə ilk telefon xətt i çəkildi. 1907-

ci ildə isə Bakı-Batumi neft  kəməri istifadəyə 

verilmişdir və bütün bunların təsiri nəticəsində 

artıq 1908-ci ildə Bakı şəhəri 

Zaqafqaziya ümumi sənaye 

məhsulunun 91,6%-ni verirdi.

Birinci Dünya müharibəsi, 

ondan sonraki dövrdə baş 

vermiş hərbi müdaxilələr bü-

tün Respublikanın, eləcədə 

Bakı şəhərinin iqtisadi və so-

sial həyatına çox mənfi təsir 

göstərmişdir. Belə ki, 1913-

1920-ci illər arasında şəhər 

əhalisinin sayı 1,3 dəfə azal-

mış və 1920-1945-ci illərdə 

bu azalma davam etmişdir.

Əhalinin azalmasının əsas 

səbəbi İkinci Dünya müharibəsi və 1945-ci 

ildən sonra şəhərin inkişaf prosesi xeyli 

güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi in-

kişafında və ictimai əmək bölgüsündə olduqca 

yüksək səviyyəyə qalxa bilmişdir. Bütün bunların 

nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri 

yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri 

genişlənirdi. Bakı şəhərinin belə intensiv inkişafı 

şəhərin formalaşmasında mühüm rol oynamış-

Azərbaycan haqqında

     

Finansist



11

FEVRAL 2013



12

FEVRAL 2013

dır. 1949-cu ildə, açıq dənizdə, Bakı şəhərindən 

100 kilometr məsafədə, o zaman üçün nadir yataq 

sayılan Neft  daşlarında güclü təzyiqlə çıxan neft  

fontanı dənizdə neft çıxarmanın yeni mərhələsinin 

başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk 

dəfə olaraq açıq dənizdə neft  çıxarmağa başlamış-

dır. 

XX-ci əsrin sonu Bakının tarixində ictimai-siya-



si hadisələrin bolluğu ilə yadda qaldı. Bu hadisələr 

arasında qəlbimizi ağrıdan “20 yanvar” hadisələri, 

müstəqil həyatımızın ilk çətin günləri ilə bərabər 

“Əsrin müqaviləsi”-nin imzalanması kimi böyük 

iqtisadi önəm daşıyan hadisələr də yer almışdır. 

Dünya tarixində ən böyük müqavilələr siya-

hısında olan Əsrin müqaviləsi Bakının “cənubi 

Qafqazın ən böyük sənaye və iqtisadi mərkəzi” 

statusunu qoruyub saxladığını göstərdi. səkkiz 

ölkənin--Azərbaycan, ABŞ, Böyük Britaniya, 

Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə 

Ərəbistanınin 13 ən məşhur neft  şirkəti: Amo-

ko, BP, McDermott , Unikal, ARDNŞ, LUKoyl, 

Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, 

Remko, Delta iştirak etdiyi bu hadisə ilə ümum-

milli liderimiz Heydər Əliyevin müəllifi olduğu və 

Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, 

iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuş-

masının, ölkənin siyasi, iqtisadi və sosial böhran-

lardan çıxaraq dirçəlməsinin və yüksək inkişaf et-

miş, möhkəm, demokratik Azərbaycan dövlətinin 

yaranmasının rəmzi sayılan “Yeni neft  strategiyası” 

və doktrinası uğurla həyata keçirilməyə başlandı.

Hal-hazırda Bakıda əsl tikinti bumu yaşanır. 

Paytaxtda yenidənqurma və abadlıq işləri çox 

sürətlə aparılır. Son 10 il ərzində cənab Prezident 

İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə Bakı-

da yeni park və xiyabanlar, yol ötürücü körpülər, 

nəqliyyat qovşaqları, müasir tələblərə cavab 

verən ticarət mərkəzləri, 5 ulduzlu mehmanxa-

nalar və digər infrastruktur obyektləri tikilərək 

vətəndaşların istifadəsinə verilib. Yeni binaların 

tikilməsi ilə paralel olaraq tarixi abidələrin qoru-

nub saxlanılmasına da xüsusi önəm verilir. Bunlar-

dan XII əsr “Qız Qalası” (“Gözətçi qülləsi”, “Göz 

Finansist 

    

Azərbaycan haqqında



13

FEVRAL 2013

qülləsi”), “Qala divarları”, qa-

lanın ən yüksək hissəsində XV 

əsrin əvvəllərində tikilmiş “Şir-

vanşahlar sarayı” (Xan sarayı), 

XIV-XVI əsrlərə aid “Buxara-

lılar karvansarayı” və “Hindis-

tanlılar karvansarayı”, “Cümə 

məscidi” və s. misal göstərmək 

olar.

Bakı əhalisinin sayı 2 milyo-



na yaxındır. Şəhərin iqtisadi in-

kişafını təmin edən əsas sahələr 

beynəlxalq ticarət, neft  hasilatı 

və emalı, kimya, maşınqayır-

ma, toxuculuq və qida sənayesidir. Son zamanlar 

yüksək texnologiyalı sənaye, informasiya texno-

logiyaları və turizm sahələri də inkişaf edir. 

Paytaxtımızda keçirilən beynəlxalq 

tədbirlərin sayı ildən ilə artır. Ötən il pay-

taxtımızda “Eurovision” beynəlxalq mahnı 

müsabiqəsi çox yüksək səviyyədə təşkil edilmiş-

dir. Şəhərimizə gələn qonaqlar Azərbaycanın 

onlar ücün yeni dünya oldugunu deyir, Bakının 

isə Avropanın bir çox şəhərlərindən qəşəng ol-

dugunu qeyd edirlər. 2012-ci ildə dekabrın 8-də 

Avropa Olimpiya Komitəsi Baş Assambleyasi-

nin 2015-ci ildə I Avropa Oyunlarının Bakıda 

keçirilməsi haqqında qərar qəbul etməsi böyük 

tarixi hadisədir.Avropa tarixində ilk dəfə təşkil 

olunan bu oyunların məhz küləklər şəhərinə 

həvalə edilməsi Beynəlxalq və Avropa Olimpi-

ya hərəkatı tərəfindən ölkəmizdə görülən bü-

tün işlərə, o cümlədən idman və bədən tərbiyəsi 

sahəsində əldə edilən nailiyyətlərə verilən 

yüksək qiymətdir. 

Bakı – gözəl şəhər, mehriban diyardır. Bunu 

əgər bura gəlmək üçün il boyu vəsaitini toplayan 

əcnəbi deyirsə, onda biz, bu gözəlliyin sahibləri, 

özümüzü əminliklə Tanrı tərəfindən seçilmişlər 

hesab edə bilərik.



Ramil Bağırov

Azərbaycan haqqında



     

Finansist




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə