651) Şöbənin baş tibb bacısı hansı işi yerinə yetirir?
A) Xəstəlik tarixlərinin təhlili
B) Həkimlərin işinə nəzarət
C) Xəstələrin gəlişinin daxili qaydalarının təmin olunmasını
D) Xəstələrin epikrizinin tərtib edilməsini
E) Xəstələrin dərmanlarla təmin olunmasını
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
652) Mərkəzi rayon xəstəxanasının (MRX) əsas funksiyaları hansılardır?
A) Metodik materialların tətbiq edlməsi
B) Əhalinin sayının hesaba alınması
C) Həkim əmək ekspert komissiyasının (HƏEK) təşkili
D) Rayonun və rayon mərkəzinin əhalisinin ixtisaslaşdırılmış tibbi yardımla təmin edilməsi
E) Səyyar tibbi qrupların təşkili
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
653) Yaşayış məntəqəsində çoxprofilli xəstəxananı hansı ərazidə yerləşdirmək məqsədəuyğundur?
A) Şəhərkənari
B) Sənaye
C) Kommunal-anbar
D) Tikinti (yaşayış) üçün ayrılmış
E) Yaşıl
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
Dostları ilə paylaş: |