287) Dünyada ÜST-un vacib nailiyyətinə qeyd olunanların hansı aiddir?
A) Çiçək xəstəliyinin ləğvi
B) Polimielitin ləğvi
C) Malyariyanın ləğvi
D) Vəbanın ləğvi
E) Taunun ləğvi
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
288) İnkişaf etmiş ölkələrdə ölüm səbəbləri içərisində hansı xəstəliklər daha böyük xüsusi çəkiyə malikdir?
A) Hipertoniya
B) İnfeksion xəstəliklər
C) Qan dövranı sistemi xəstəlikləri
D) Şiş xəstəlikləri
E) Ateroskleroz
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
289) Səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əsas məqsədi nədir?
A) Mütəxəssis mübadiləsi
B) Dünya əhalisinin sağlamlığının ətraf mühitin yaxşılaşdırılması
C) Sağlamlıq proqramlarının həyata keçirilməsinə maliyyə yardımı
D) Standartlaşdırılmış karantin xidmətlərinin yaradılması
E) Əczaçılıq sənayesinin inkişafı
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
290) ÜST-nin Avropa regionunun məqsədlərindən biri Avropada hansı xəstəliklərin ləğv edilməsini nəzərdə tutur?
A) Malyariyanın
B) İnfarktın
C) Salmonelyozların
D) Kandidozların
E) Revmatizmin
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
291) Tibbi etikanın aşağıda sadalanan xarakteristikalarından hansının düzgün olduğunu göstərin:
A) Həkimin cəmiyyətdə davranışı haqqında elmdir
B) Həkimin ixtisas məsələlərini nəzərdən keçirən elmdir
C) Həkimin səhv buraxmamaq qabiliyyətinin hazırlanmasına kömək edən elmdir
D) “Həkim- pasiyent” qarşılıqlı münasibəti haqqında elmdir
E) Həkimin fəaliyyətində ümumi etikanın spesifik təzahürüdür
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
Dostları ilə paylaş: |