519) Təmsilçilik nədir?
A) Seçmə cəmin orta ədədi kəmiyyətinin ümumi cəmin oxşar parametrinə uyğunluğudur
B) Başdan-başa aparılan tədqiqat zamanı alınan nəticənin dürüstlüyüdür
C) Tədqiqatın dəqiqlik göstəricisidir
D) Əlamətlər arasında əlaqəni xarakterizə edən anlayışdır
E) Tədqiqatın metodikasının xarakteristikasıdır
Ədəbiyyat: Tibbi statistika kursu. M.S.Cabbarov. Bakı, 2000
520) Orta ədədi kəmiyyətin orta xətası aşağıda qeyd olunanlardan hansı ilə tərs mütənasibdir?
A) Dürüstlük göstəricisinə
B) Öyrənilən əlamətin müxtəliflik göstəricisinə
C) Təmsil olunma xətasına
D) Müşahidələrin sayının kvadrat kökü
E) Öyrənilən əlamətin həcminə
Ədəbiyyat: Tibbi statistika kursu. M.S.Cabbarov. Bakı, 2000
521) Mövsümü dəyişikliklərin əyani təsvir edilməsi üçün hansı diaqramdan istifadə olunur?
A) Sektorlu
B) Sütundaxili
C) Radial
D) Kartoqram
E) Normoqram
Ədəbiyyat: Tibbi statistika kursu. M.S.Cabbarov. Bakı, 2000
522) Variasiya sırasında öyrənilən əlamətin müxtəlifliyinin xarakteristikası hansıdır?
A) Orta kvadratik kənara çıxma
B) Mütləq artım
C) Korrelyasiya əmsalı
D) Müşahidələrin sayı
E) Orta kəmiyyət
Ədəbiyyat: Tibbi statistika kursu. M.S.Cabbarov. Bakı, 2000
Dostları ilə paylaş: |