647) Respublika xəstəxanasının vəzifələri hansılardır?
A) Əhaliyə keyfiyyətli yüksək ixtisaslı və təkmilləşmiş ambulator-poliklinik və stasionar tibbi yardım, təşkilati metodik yardım, müasir sanitariya nəqliyyatı, o cümlədən sanitar aviasiyasından istifadə edərək təxirəsalınmaz tibbi yardımı təşkil etmək, ölkədə xəstələnmə, əlillik, ölüm göstəricilərinin təhlilinə nəzarət və rəhbərlik etmək
B) Sanitar əks epidemik tədbirlərin təşkili, əhalini yüksək keyfiyyətli ixtisaslaşmış konsultativ ambulatir-poliklinik və stasionar yardımı ilə təmin etmək, təşkilati metodik yardım
C) Əhalini yüksək keyfiyyətli ixtisaslaşmış konsultativ ambulator-poliklinik və stasionar yardımı ilə təmin etmək, təşkilati metodik yardım, kəndlərdə tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi
D) Əmək qabiliyyətini daim itirməsinin ekspertizası, respublika əhalisinə təcili tibbi yardımın göstərilməsi, rayon tibb müəssisələrinə inzibati-metodik rəhbərliyin həyata keçirilməsi
E) Əhalini yüksək keyfiyyətli ixtisaslaşmış konsultativ ambulator-poliklinik və stasionar yardımı ilə təmin etmək, şəhər təcili yardım stansiyalarında rəhbərlik, müasir sanitar nəqliyyat, o cümlədən sanitar aviasiyasından istifadə edərək təxirəsalınmaz tibbi yardımı təşkil etmək
$$
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.Ələkbərov. Bakı, 2007
648) Hospitalizasiyadan imtinaların öyrənilməsi zamanı aşağıdakı hansı tibbi sənəddən istifadə olunur?
A) Qeyd forması 007/q
B) Stasionardan çıxanın kartası (066/q)
C) Qeyd forması 001/q
D) Qeyd forması 016/q
E) Qəbul üçün statistik talon (25-2/q)
Ədəbiyyat: Sosial gigiyena və səhiyyənin təşkili. R.Ə.Çobanov, H.M.Xudaverdiyeva, M.M.
Ələkbərov. Bakı, 2007
Dostları ilə paylaş: |