96) Azərbaycanda insan üzərində biotibbi tədqiqat hansı hallarda aparıla bilər?
A) Onun razılığı ilə aparıla bilər
B) Biotibbi tədqiqatın nəticəsi barədə ona tam məllumat verməklə onun razılığı ilə aparıla bilər
C) Ailənin razılığı ilə aparıla bilər
D) Qadağandır
E) Yalnız dövlət tibb müəsisələrində biotibbi tədqiqatın nəticəsi barədə ona tam məlumat verməklə onun razılığı ilə aparıla bilər
Ədəbiyyat: Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu
97) Azərbaycanda evtanaziya hansı hallarda aparıla bilər?
A) Ailənin razılığı ilə icazə verilir
B) Xəstənin razılığı ilə icazə verilir
C) Qadağandır
D) Məhkəmənin qərarı və xəstənin razılığı ilə icazə verilir
E) Məhkəmənin qərarı, ailənin və xəstənin razılığı ilə icazə verilir
Ədəbiyyat: Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu
98) Azərbaycanda insanın ölüm anını kim təsdiq edir?
A) Həkim və ya feldşer
B) Yalnız həkim
C) Hər bir tibb işçisi
D) Şahid olan hər şəxs
E) Şahid olan ailə üzvü
Ədəbiyyat: Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu
99)Azərbaycanda insan toxumalarının və orqanlarının transplantasiya məqsədi ilə götürülməsi qadağandırmı?
A) Qadağandır
B) Qadağan deyil
C) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi ilə olar
D) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Respublikasının Səhiyyə Nazirliyinin icazəsi ilə olar
E) Heç bir icazə tələb etmir
Ədəbiyyat: Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu
Dostları ilə paylaş: |