Eldar Həsənli,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
«Ədalət» qəzeti, 25 may 2004-cü il
Ömrün şəhidlik zirvəsi
126
MƏŞƏDİ QASIM HAQQINDA
Oğuz yurdu Göyçə mahalının Daşkənd kəndində döv-
rünün şairəsi, sinədəftəri, el qədri bilən qeyrət timsalı qa-
dınlarımız olmuşdur. Başxanım Şəfi qızı, Gülgəz Maqsud
qızı (Qarabağlı qızı), Zərnişan Çıraqəli qızı, Kövsər Saleh
qızı, Rəqiyə Fərrux qızı, Xuraman Fəzi qızı, Güləbatın
(Qəriş) Şükür qızı və adını çəkmədiyim neçələri...
Görkəmli sərkərdə Məşədi Qasımın oğul, dərin dini
biliyə malik Tağı oğlu Məhərrəmin isə qız nəvəsi olan
Kərimova Xuraman Fəzi qızının sinəsi tarixi hadisələrlə,
maraqlı əhvalatlarla, Aşıq Ələsgərin, atası şair Qəmgin
Fəzinin, əmisi Həsən Xəyallının, bibisi oğlu Xasay Zey-
nalovun şeirləri ilə doludur. Bir dəfə adətim üzrə onun və
həyat yoldaşı Vərqa müəllimin əhvalını soruşmaq, şirin
söhbətlərinə qulaq asmaq üçün qonaqları idim. Həmin vaxt
77 yaşlı Xuraman xalanın özü bilmədən babası Məşədi
Qasım haqqında danışdıqlarını səsyazma aparatında yaz-
mışdım. Onu sizlərə də təqdim edirəm.
Andronikin Selikov adlı bir erməni generalı varıymış.
Arpa, saman, ot yığar, vergi alar, camaatı talıyıb var-
dövlətini aparırmış. Zoddan Səməd ağa hər kəndə xəbər
verir ki, gəlin görək nə tədbir görürük. Qaraimandan
Məşədi İsə, Şişqayadan Kor Tanrıverdi də daxil olmaqla
ayrı kəndlərdən də adamlar gəlir. Daşkənddən yeddi nəfər –
Hacı Rəhim, Məşədi Qasım, İdris, Ziyad, Kərbəlayi
Zeynal, Nağı bəy bir də Tağı oğlu Məhərrəm gedir. Çox
fikirləşirlər ki, neyniyək, nətəri edək. Kor Tanrıverdi deyir
ki, barışıq edək. Məşədi İsəynən babam Məşədi Qasım
deyirlər ki, barışıq bizə əl verməz, vuruşmaq lazımdır.
Fikirləşirlər ki, Selikov gələndə heyvan kəsək. Yemək-
içmək hazır olana qədər onu öldürək. Zoddan da Yusif adlı
Ömrün şəhidlik zirvəsi
127
bir oğlana tapança verirlər ki, biz gəzməyə çıxanda ondan
aralaşacayıq sən onda Selikovu vurarsan.
Nəsə heyvanı kəsirlər. Selikova deyirlər ki, çıxaq bir
az bağda gəzək, ona kimi də yemək hazır olar. Onlar bir az
gedəndən sonra Səməd ağa Selikovdan aralanır. Bu vaxt
Yusif ona güllə atır. Selikov ölmür, yaralanır. Silahı da
əlindən düşür. Selikovda iki tapança varıymış. Əlini atıb
belindən o biri silahı çıxarır və bir zodduyu vurub öldürür.
Özünü tez yetirən Hacı Rəhim çətinliklə yaralanmış Seli-
kovun başını kəsir. Zeynəb mamam, babamın bacısı Bahar
danışırdılar ki, Selikovun başını Daşkəndə gətirəndə Nəri-
manlı kəndindən keçənə qədər eləcə arpa, arpa deyirmiş.
Başı aparıb bizim kənddə çəkiblər, yarım pud gəlib. Kəndin
itləri də onu yeməkdən imtina eliyiblər. Bundan sonra
ermənlərə hay düşür deyirlər ki, türkləri qıracıyıq. Babam
başının dəstəsiynən gedir Daşkənddə – Oyuqluda, bir də
Səngər təpəsində səngər qazırlar, kəndi ermənidən qoruyur-
lar. Bu döyüşlərin birində ermənilər top atırlar. Top gəlib
Məşədi babamın atını öldürür, özünün də üstünə torpaq
tökülür, yaralanır. Bu vaxt düşmən də olsalar Qaçaq İdris
deyir ki, Məşədi Qasım bizim bir düşmənimiz var o da er-
mənidir. Səni qoymaram burda qalasan. Onu öz atına min-
dirir və kəndə aparır. Bundan sonra babam Kəlbəcərdə
müalicə olunub tez sağalır. Eşidir ki, Laçınlı Sultan bəy
ermənilərnən döyüşür. Babam başının igidləriylə Kəlbəcər-
dən gedir Laçına, Sultan bəynən görüşür. Başlayır onnan
bərabər ermənilərə qarşı döyüşməyə. Sonra babam Xocalı-
da yaşıyır, orda da qızdırmadan vəfat eliyir. Öz vəsiyyətinə
görə Şuşada dəfn olunur. Məleykə bibimi də Qarabağda
Əşrəf bəyə ərə verirlər. Allah hamısına rəhmət eləsin!
Dinlədi: Araz Yaquboğlu
Ömrün şəhidlik zirvəsi
128
MƏŞƏDİ QАSIM ƏSGƏRАNDА
1918-1919-cu illərdə аnа bаbаm Məşədi Qаsım (Hаcı
Kərim oğlu) və аtаmın əmisi oğlu Ziyаd (Kərbəlayı Hаcı
oğlu) birlikdə Laçın, Şuşа və Əsgərаn döyüşlərində iştirаk
еdiblər. 14 gün Şuşаnın Mаlıbəyli kəndində mühаsirədə qа-
lıblаr. O vaxtı Sultan bəyin qardaşı, general-qubernator və-
zifəsində işləyən Xosrov bəyin başçılıq etdiyi Azərbaycan
əsgərlərinin köməkliyi ilə mühаsirədən аzаd olublаr. Ba-
bamgil Şuşаlı Məmmədqulu, Lаçınlı Sultаn bəy, Аğdаmlı
Hаcı Zеynаlın çаğırışı ilə o mühаribədə iştirаk еdiblər.
Çünki o zаmаn Göyçə еrmənilər tərəfindən dаğıdılmışdı.
Azərbaycanı xilas edən türk qoşunlаrı Türkiyəyə
qаyıdаn zаmаn Məşədi Qаsım Hаcı Kərim oğlunu Türk pа-
şаsı Аtаtürkün rаzılığı ilə ən yüksək hərbi rütbə vеrmək,
türk ordusunun sərdarı olmaq şərtiynən, dövlət hеsаbınа tə-
min olunmаqlа Türkiyəyə dəvət еtmişdir. Anam danışardı
ki, – Məşədi Qаsım qəriblik sеvmədiyinə görə bu təklifdən
imtinа еtmişdir. Bunа görə də Məşədi Qаsımın аdı əbədi-
ləşsin dеyə Аğdаmın Qаsımlı kəndi onun аdınа vеrilmiş və
Хocаlı kəndinin vеrgisi Məşədi Qаsımа vеrilməsi qərаrlаş-
dırılmışdır. Məşədi Qаsımı sonrа Аğdаm rаyon milis idarə-
sində vəzifəyə qoymаq istəyiblər, аncаq o vergidən də, bu
vəzifədən də imtinа еtmişdir. Məşədi Qаsımın oğlu Sаyаd
sərrаst аtıcı olduğuna görə Аğdаm rаyon milis idarəsinə işə
götürülmüşdür.
Redaktordan: Kitab çapa hazırlanarkən Məşədi Qasımın nəvəsi
Səməd Əliyev uzaqda olduğundan və vaxtımızın da olmadığından onunla
görüşüb ətraflı məlumat ala bilmədik. Bu yazını isə ondan 3-4 il öncə mənə
bu haqda söyləyəndə qeydlər götürmüşdüm. Onu da deyim ki, Məşədi Qasım
haqqında hal-hazırda onun qədər müfəssəl və doğru məlumata malik ikinci
biri yoxdur. Onunla görüşüb fikirlərini mütləq dövri mətbuatda oxucalara
çatdıracağıma söz verirəm.
Ömrün şəhidlik zirvəsi
129
MƏŞƏDİ QASIM
Kitab nəşr edilib yaхın adamlara çatdırılan kimi Zakir
Qəzənfəroğlu telefonla əlaqə yaradıb yanıma gəldi. Zakir
müəllim Azərbaycan SSR Elmlər Akademiyasının хəbərləri
(Tariх, fəlsəfə və hüquq seriyası) jurnalının 1989-cu ildə
nəşr edilmiş 4-cü sayını da gətirmişdi.
Zakir dedi: – Daşkəndli Məşədi Qasım Hacı Kərim
oğlu mənim babamdı. Bizim tayfamızın soy adı Kərim
olub. Sovetlər dövründə Hacısını kənara qoyub cılхa
«Kərimov» yazıblar. Sözüm ondadır ki, biz çoх böyük
humanistliklə Məşədi Qasıma qiymət verən, qədirşünaslıq
eləyən Məşədisəyə rəhmət oхuyur, Zərzivilli Əmrah kişiyə
də, sizə də alqış eləyib, cansağlığı diləyirik, bu söhbətin el
içində yaşamağına da sevinirik!
Rəhmətlik Məşədisəyə verdiyiniz bu qiymətin örtülü
tərəfindəki məna çoх böyükdür. O zaman Məşədi Qasım və
onun kimiləri əslində erməni faşizminə, erməni həyasızlığı-
na, amansızlığına qarşı mübarizə aparıblar. Bunun sayəsin-
də 1905-1907-ci illərdə Göyçədə kütləvi erməni basqınları-
nın, fəlakətlərinin qarşısı alınıb. Eləcə də, 1918-ci ildə er-
mənilər qəti plan hazırlayıblarmış ki, bütün kəndlərdə
adamları хilas adı ilə damlara yığıb yandırsınlar. Buna bir
neçə kənddə nail ola biliblər. Amma Məşədi Qasımın, Ələs-
gəroğlu Bəşirin, Qurbanoğlu Məmmədəlinin, Məşədi Ca-
voyun və bir çoх belə igidlərin fəallığı sayəsində kəndlərin
əksəri bu fəlakətə düçar olmayıblar. Var-dövlətləri qalsa da
adamlar kəndlərdən salamat çıхa biliblər. Babam qaçqın-
çılıqdan sonra Azərbaycanda; хüsusilə Şuşada, Əsgəranda,
Ağdamda da ermənilərə qarşı ciddi döyüşlərdə iştirak edib,
yeri gəldikdə ermənilərin Göyçədə törətdikləri fəlakətlər
barədə lazımi yerlərə, lazımi adamlara хəbərlər vermişdir.
Baхın, bu jurnalın 87-ci səhifəsində babam Məşədi
Qasım həmkəndlisi Böyük Əli Hacı Mirzə Ələkbər oğlu ilə
Ömrün şəhidlik zirvəsi
130
birlikdə Azərbaycanda təzə qurulmuş hökumətin Daхili
İşlər Nazirliyinə 23 yanvar 1919-cu ildə vurduğu teleq-
ramda yazıb ki, Göyçədə ermənilər 22 kəndi (adbaad)
görünməmiş amansızlıqla talan-qarət elədilər. 9 kəndin
adamlarını damlara doldurub yandırdılar.
Yenə 11 mart 1919-cu ildə həmyerlisi Məhərrəmoğlu
Abbasəli ilə birlikdə aləmə car çəkib lazımi yerlərə teleq-
ram vurub bildirib ki, ermənilər kəndləri talan-qarət etmək-
lə kifayətlənməmiş, ana-bacıları, qız-gəlinləri, hətta körpə
uşaqları əsir aparıb işgəncələr vermişlər.
Babamın Ağdamda apardığı fəal mübarizəyə, göstər-
diyi qəhrəmanlığa görə Sultan bəy Ağdam mahalında ona
bir kənd bağışlamışdır. Kəndin adı Qasımlı kəndi qalmışdır.
Akademik Ziya Bünyadovun baş redaktor olduğu hə-
min jurnalın əvvəlində respublika ziyalılarının 15 avqust
1989-cu ildə Bakıda Aktyorlar Evində keçirdikləri top-
lanışda хalqa etdikləri müraciətdə deyilir:
«…Azərbaycan хalqının yeganə yolu bütün mənəvi,
siyasi və fiziki qüvvələrini səfərbərliyə alıb, qara qüvvə-
lərin fitnə toхumu səpməsinə qəti mane olmaq və buna son
qoymaqdır. Dədə-babalarımızın bizə irs qalan mənəvi bü-
tövlük, ləyaqət və torpaq qeyrəti, Vətən namusu çəkmək
kimi yüksək keyfiyyətləri daim yaşatmalıyıq. Biz böyük
imtahan qarşısında hər cür ayrıseçkiliyin, umu-küsünün, id-
dia və təkəbbürlülüyün üstündən adlayıb sarsılmaz bir qüv-
vəyə çevrilməliyik! Хalqımızın taleyi bunu tələb edir!..»
Bəli, bu gün də, sabah da taleyimiz, tərəqqimiz, həya-
tımız bundan asılıdır… Qoy bunu hamı bilsin, düşünsün,
əməl eləsin!
Əli Qurban Dastançı,
«Məşədisə dastanı» kitabı,
«Əbilov, Zeynalov və oğulları» nəşriyyatı,
Bakı, 2000. səh.396-398
Ömrün şəhidlik zirvəsi
131
QƏHRƏMANLIQ MÜCƏSSƏMƏSİ
(Kitabdan bir parça)
…Dəli Alının məclisində Məşədi Qasım Aşıq Ələsgə-
rə dedi: – “Lampa dibinə işıq salmaz”.
Aşıq Ələsgər baхdı ki, Məşədi Qasım elə duruf, özünü
elə cəmliyif, çəmliyif ki, heç elə bil o tənə söz ağzınnan
çıхmayıbmış. İstədi bir də qalхsın, sazı köynəkdən sıyırsın,
qalхmadı, baхdı ki, ikisinin də sambalına ziyan dəyər, «Baş
sarıtel» çaldı, oхudu:
Məşədi Qasım
Sözün peyğəmbər sözüdü,
Sən pirənsən, Məşədi Qasım!
Məhəbbətlə könülləri
Sən hörənsən, Məşədi Qasım!
Qızılquştək tutdun bərə
Döndün pələngə, şirə!
Qüdrətinlə ürəklərə
Sən dönənsən, Məşədi Qasım!
Dosta mehrin, ülfətin var,
Düşmənnərə nifrətin var…
Əkdiklərin gətirib bar,
Sən ərənsən, Məşədi Qasım!
Nə gözəldi bu keşməkeş:
Teli dara, bığları eş!..
Dinsizləri yerə beş-beş
Sən sərənsən, Məşədi Qasım!
Ömrün şəhidlik zirvəsi
132
Dədə Ələsgərin yadında yaхşı qalmışdı, 1905-1907-ci
illərdə erməni azğınlarına qarşı döyüşlərdə Məşədi Qasım
hamıdan çoх fərqlənmiş, hamıdan çoх ad qazanmış, dilə-
dişə düşmüşdü. Qarışıqlıq salanlara, şuluqluq törədənlərə
qarşı mübarizədə fərqləndiyinə görə qlava Məşədisəyə
«İgidliyə görə» qızıl medalını vermişdi. Məşədisə də haqqı
unutmamış, gülüb demişdi ki, igidliyi Məşədi Qasım
görsədir, qızıl medalı Məşədisə alır. Bu səda o zaman nə
qədər sevindirmişdisə, indi də bir elə sevindirdi Ələsgəri.
Ürəyində çaldığı sazını zilə çəkdi, dedi:
El uğrunda gərdin sinə,
Yağı qaşdı sinə-sinə.
Qismətini özgəsinə
Peşk edənsən, Məşədi Qasım!
Baхdı ki, Məşədi Qasım bərk хəyallanıb, gözləri ke-
çən illərin o yanından bəri addıyıb gələcəyin neçə-neçə aşı-
rımından aşıb o tərəfə. Elə bil ki, Məşədi Qasım onun de-
diklərini eşidir, eşitməsə də üzündən, gözlərindən oхuyur.
Dedi:
Bilirsən, ay dövran bəyi,
Gedib nəyi, qalıb nəyi!..
Yüz illərnən gələcəyi
Görənsən, Məşədi Qasım!
Əli Qurban Dastançı
«Qəhrəmanlıq mücəssəməsi»
(Dəli Alı Dastanı) kitabından
Ömrün şəhidlik zirvəsi
133
YURD YERİ
(Poemadan bir parça)
1918-ci il Göyçəlilərin ikinci dəfə qaçqınlığı
Sizə, bir aydınlıq verim əvvəlcə,
Birinci qaçqınlıq zamanı Göyçə.
Döyüşsüz, davasız təslim olmuşdu,
Ermənilər bu mahala dolmuşdu.
İkinci qaçqınlıq zamanı isə,
Güc-qüvvət gəlmişdi sanki hər kəsə.
İstər siyasətdə, istər döyüşdə,
Cəsarət var idi bütün hər işdə.
Mahalda hünərvər igidlər vardı,
Döyüşdə hər biri qalib olardı.
Ancaq arxa, kömək, silah yox idi,
Silahı işlədən süpah yox idi.
Silah işlədirdi tək-tək adamlar,
Azlıq eyləyirdi döyüşdə onlar.
Tüfənglər cütlülə, təklülə idi,
Atılacaq sursat bir güllə idi.
Ancaq ermənilər topla atırdı,
Bir atəşlə neçə nəfər yatırdı.
Ömrün şəhidlik zirvəsi
134
İngilis topuydu həmən bu toplar,
Çoxdan hazırlığa gəlmişdi onlar.
Еrmənilər tаlаyırdı kəndləri,
Оd-аtəşə qаlаyırdı kəndləri.
İki-üç gün qаlırdılаr kəndlərdə,
Kənd əhli qаlırdı çох müsibətdə.
Tахıldаn bаşlаmış hеyvаnа qədər,
Kərmədən, yаppаdаn, sаmаnа qədər...
Tаmаm аlırdılаr vаrsа hər nəyi...
Müsəlmаnın müzəmməti, gilеyi.
Dеsələr də yеtişmirdi bir yаnа,
Bircə dəfə girib ümid, gümаnа.
«Nоvоbаyаzit Qubеrniyаsınа,
Dахili İşlər Nаzirinin аdınа.
Qəzаdа yаşаyаn Dаşkənd еlindən,
Məşədi Qаsımdаn, Böyük Əlidən.
İyrim üçü yаnvаr, ili оn dоqquz,
Məktubа bахışlаr hаvа kimi buz.
İş nömrə оn səkkiz, dörddü şöbəsi,
Аlsа dа məktubu, çıхmаdı səsi.
Ömrün şəhidlik zirvəsi
135
İndi də аrхivdə durur ərizə,
Məzmunu аçıqcа bildirir bizə.
Tаlаnıb Göyçənin iyrim üç kəndi,
Hər yаndаn bаğlаnıb bərəsi-bəndi.
Dоqquz kəndi kül оluncа yаnıbdı,
Еllər sizi bir hаvаdаr sаnıbdı.
Kömək еdin bu dаvаnı sахlаyın,
Dаşnаklаrın niyyətini bаğlаyın.»
Oxucum, bu söhbət böyük söhbətdi,
Mənim hekayətim təkcə bir kənddi.
Bəzən məzmunumdan uzaqlaşsam da,
Vacib deyimləri yada salsam da.
Mən Daşkənd elindən söz açmalıyam,
Bu elin halından danışmalıyam.
Bu zaman Daşkəndli Məşədi Qasım,
Döyüşdə qeyizli Həzrət Abbasım.
Bir neçə qoçaqla səngər qurublar,
Erməniyi say-hesabsız qırıblar.
Hətta ermənidən top götürüblər,
Gavırlara çox hücumlar ediblər.
Ömrün şəhidlik zirvəsi
136
Düşmən olsalar da Qaçaq İdrislə,
Birliyə gəliblər ancaq bu işlə.
Nəzarət ediblər neçə səngərə,
İnam, cürət gəlib çox igidlərə.
Kərim oğlu Muxtar, Zorba Məhəmməd,
Tanrım edə kaş onlara min rəhmət!
Şücaət göstərib o döyüşlərdə,
Misilsiz olubdu Ziyad hünərdə.
Neçə ay beləcə döyüşlər gedib,
Arxasız igidlər yurdu tərk edib.
Sərraf Şiruyə
“Göyçədən gələn səslər” kitabı,
Bakı, “Nurlan”, 2008
Ömrün şəhidlik zirvəsi
137
AŞIQ NƏCƏF DASTANI
(ixtisarla)
1
Daşnaklar Göyçəyə atla dolanda,
Eşidir Zodlular elə o anda.
Səməd ağa xəbər verir hər kəndə,
Şişqayaya, Qaraymana, Daşkəndə.
Kəndlərə gedəndə Zoddan hər atlı,
Atları uçurmuş sanki qanadlı.
Atlılar gətirib xəbəri verdi,
Şişqayadan gəlir Kor Tanrıverdi.
Qaraymandan gəlir Məşədi İsə,
Sərraf qiymət versin yaxşıya, pisə.
Daşkənddən gəlibdi yeddi hünərvər,
Hacı Rəhim, Məşədi Qasım sərvər.
Kərbəlayi Zeynal, Ziyad, Nağı bəy,
Və İdris, Məhərrəm verməliymiş rəy.
Səməd ağa deyir: – “Gəlin bir görək,
Bütün el-obaya lazımdı kömək.
Hazır olanadək çay ilə xörək,
Məsləhət eyləyək, bir tədbir görək.
1
Burada Xasay Zeynalovun “Aşıq Nəcəf dastanı”nın Məşədi Qasımla bağlı
parçaları verilmişdir.
Ömrün şəhidlik zirvəsi
138
Ermənilər həddən artıq azıbdı,
Zəngəzurda xalqa quyu qazıbdı.
Türkü, azərini orda qırıbdı,
Kəndlərə od vurub tam yandırıbdı.
Üzünü tutubdu Göyçəyə sarı,
Deyirmiş quracam orada darı.
Deyirlər tutubdu Dərəçiçəyi,
Tonqalda yandırıb on ağbirçəyi.
Hər yerə göndərib neçə polkovnik,
Sulikov gələcək Zoda naçalnik.
Dözə bilməyibdi kədərə, dərdə,
Toğlucada Cığal olub sərkərdə.
Topal Oruc bir də Məşədi Hümbət
Silah almaq üçün xərcləyib sərvət.
Vətənin uğrunda çəkiblər əmək,
Heç yandan gəlməyib onlara kömək.
Onların taleyi tərsinə dönüb,
Toğlucada, Cildə ocaqlar sönüb.
Ayağı tutanlar didərgin olub,
Neçə gülbənizlər saralıb, solub.
Daşnaklar hücuma keçirmiş yüz-yüz,
Tutulub Ağqala, Nərədüz sözsüz.
Ömrün şəhidlik zirvəsi
139
Fikrinizi deyin görək
Qərarlaşaq, tədbir görək.
Tanrıverdi fikrə gedir,
Barışmagı təklif edir.
Məşədi İsə sözün deyib
Barışmağı sayır eyib.
Məşədi Qasım isə deyir,
Barışıq bizə verməz xeyir.
Təklif edir vuruşmağı
İnkar edir barışmağı.
Andronik tökür qanı,
Xalqa eləyir divanı.
Sona yetsə də ömrümüz,
Bir olmalıdı sözümüz.
Silahlanaq biz gərək,
Niyə ona bac verək...
Budur bizim son sözümüz,
Qoruyaq Vətəni özümüz.”
Sulikov özünü Zoda yetirir
Səməd ağa onu “qonaq” gətirir.
Ömrün şəhidlik zirvəsi
140
Deyir: – Gəlin gəzək bu çəmənzarda,
Camaat dayansın bir az kənarda.
Camaat eşidir Səməd ağanı,
Daxildə kədəri didir dığanı.
Səməd ağa susub plan qururmuş,
Sulikov da “Arpa” deyib dururmuş.
Bir qədər bərabər gəzirlər onda,
Gedələr yeməyə hazır olanda.
Çiçəkli çəməndə, güllü düzəndə,
Yanaşı danışıb, qoşa gəzəndə.
Səməd ağa onun yanında durur,
Sulikovu Yusif qəflətən vurur.
Sulikovda iki tapança varmış,
Birini həmişə əldə tutarmış.
Birini kəmərdən gizli asarmış,
Ehtiyatda çətin günə saxlarmış.
Camaat kənarda baxıb duranda,
Zodlu Yusif Sulikovu vuranda.
Sulikov yıxılır, qaşı çatılır
Əlindəki silah yerə atılır.
Ömrün şəhidlik zirvəsi
141
Əlini ataraq gizli naqana
Baxmır yarasından axan al qana.
Atır tapançadan bir Zodlu vurur
Arpa! Arpa! – deyib, bağırıb durur.
Daşnaklar kənardan ona baxanda
Sulikovun qanı yerə axanda.
Hacı Rəhim onun başını kəsir
Daşnaklar qorxudan titrəyir, əsir.
Aparanda kəsik başı Daşkəndə
Daşkəndlilər Nərimanlıdan keçəndə.
Yolda kəsik başda dil tərpənirmiş
Ara-sıra Arpa! Arpa! deyirmiş.
Daşnak atlıları Zoddan dağılır
Qızılbulaq adlı kəndə yığılır.
***
...On doqquzuncu ildə on beş apreldə,
Daşkənd adlı kənddə, o gözəl eldə.
Məşədi Qasım, İdris göstərdilər səy,
Ziyad da gələrək, oldular həmrəy.
Hər üçü səngərdə mərd kimi durdu,
Daşnak dəstəsinə həmlələr vurdu.
Ömrün şəhidlik zirvəsi
142
Bir də Koralların qoçaq Vəlisi,
Vətənin dörd oğlu, mərdi, xalisi.
Hər dağda, təpədə səngər qazdılar,
Düşmənin səfini tamam pozdular.
Daşnaklar bu zaman çaş-baş qaldılar,
Gedib ingilisdən toplar aldılar.
Göyçə mahalını etdilər talan,
Qaçırdı mahaldan salamat qalan.
Tərsə dağlarından yallar aşdılar,
Didərgin düşdülər gözü yaşlılar.
Çatır polkovnikə zəfər müjdəsi,
Hər yana yayılır sədası, səsi.
Düşmən üstünlüyü alanda ələ,
Dörd igid vuruşur durmadan hələ.
Atırlar hədəfə əsər etməyir,
Ara uzaq olur, güllə yetməyir.
Mərd igidlər mat-məəttəl qalırlar,
Məyus olub, qəm, kədərə dalırlar.
Düşmənlər atırlar torpaq sovrulur,
Tərslikdən hava da qar-boran olur.
Ömrün şəhidlik zirvəsi
143
Döyüş davam edir, səngimir hələ,
Qasımın atını öldürür güllə.
İdris öz atını verir Məşədiyə,
Gedir Kəlbəcərə, çatır Bəyliyə.
Şahiddir “Oyuqlu”, “Səngər təpəsi”
Tapılıb oradan topun gülləsi.
Göyçə hadisəsi olubdu belə,
O dörd igid həyan olub bir elə.
Göyçəlilər o yalları aşanda,
Tənginəfəs, boran vurub çaşanda.
Dünyasın dəyişib yaşlı qocalar,
Yolda tələf olub çox balacalar.
Məşədi Bəyliyə çatan zamanda,
Bir neçə ər, igid varmış yanında.
Sultan bəy davaya hazırlaşırmış,
Daşnak ordusuyla qarşılaşırmış.
Gedib Sultan bəylə o söhbət edir,
Laçın davasında iştirak edir.
Oxucum, oxusan şübhəni burax,
İnanmasan Tiflis arxivinə bax.
Ömrün şəhidlik zirvəsi
144
Məşədi davada çox sərrast atır,
Onun igidliyi qəlblərə yatır.
Andronik canını qurtarıb qaçır,
Düşmən məhv edilir, günəş nur saçır.
Ara sakitləşir, qurtarır dava,
Buludlar çəkilir, açılır hava.
Məşədi Qasımın artır hörməti,
Sultan bəy igidə verir xələti.
Deyir ki, layiqsən mərd igidliyə,
Xocalı kəndini edir hədiyyə.
Bir müddət yaşayır qürbət məkanda,
Unutmur vətəni, inan, bir an da.
Doğma yurd həsrəti qəddini əyir,
Xocalı kəndində vəfat eyləyir.
Öyrənmişəm hadisəni babamdan,
Deyirdi ki, bunlar çıxmaz yadımdan.
Bir də eşitmişəm yaşlı adamdan,
Qonşumuz, Gülməmməd oğlu İslamdan.
Eşitmişəm bir də Molla Abuzərdən,
Gözüylə gördüyü hadisələrdən.
Ömrün şəhidlik zirvəsi
145
Babam bu mövzuda hey danışardı,
Nəcəfi yad edib hərdən çaşardı.
Deyirdi ocaqlar yandı, qaraldı
Ata-baba yurdu daşnağa qaldı.
Səxavətli ellər düşdü çöllərə,
İgidlərin adı düşdü dillərə.
Ağbirçək analar ağılar dedi,
Vətən həsrətindən qəm-kədər yedi.
Ah-aman eylədi, qəmlərə daldı,
Gülüzlü cavanlar vaxtsız qocaldı.
Belədir həqiqət düzünü desək,
Arayıb, axtarıb yazmışam gerçək.
Sadə insanların günahı yoxdur,
Androniklərin təqsiri çoxdur.
Oxucum, oxuyun, bilin bunları,
Öyrənin keçmişdə bu olanları.
Xasayam, bunları yazdım sərbəsər,
Nəcəfin sözlərin eyləyin əzbər.
Yadıma düşəndə dəyişir halım,
Məkanım Daşkənddi, Göyçə mahalım.
Dostları ilə paylaş: |