oriJİnal məqaləLƏr uot: 617. 7 (479. 24)



Yüklə 0.5 Mb.
Pdf просмотр
tarix17.12.2016
ölçüsü0.5 Mb.

8

2014/2 (15)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7 (479.24)

Feyziyeva K.V.

XIZI RAYONU ÜZRƏ APARILAN DİSPANSERİZASİYA ÇƏRÇİVƏSİNDƏ 

GÖZÜN VƏ ONUN ƏLAVƏ APARATININ AŞKARLANMIŞ 

XƏSTƏLİKLƏRİNİN YAYILMA TEZLİYİ



Xızı Rayon Mərkəzi Xəstəxanası, Xızı şəh., Azərbaycan

Açar sözlər: gözün və əlavə aparatının xəstəlikləri, ümumi xəstələnmə

Ətraf mühitin dərk edilməsində insan gözünün rolu əvəzsizdir. Görmənin sayəsində insanın əmək və sosial 

fəaliyyətinin keyfiyyəti yüksək olur. Gözün ağır xəstəlikləri görmə funksiyasına təsir göstərərək müxtəlif dərəcəli 

zəif görmə, hətta tam korluq yaradıb, əlilliklə nəticələnə bilər [1].

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən dünyada 39 mln. kor və 246 mln. zəif görən 

vardır. Deməli, ümumilikdə 285 mln. insan görmə qüsurundan əziyyət çəkir. Zəif görənlərin 65%-ni, kor olanların 

isə 82%-ni 50 yaşdan yuxarı əhali təşkil edir. 1999-cu ildə ÜST-ün və bir sıra beynəlxalq təşkilatların səyi ilə 

“Vision-2020” – the right to sight (görmə hüququ) başlıqlı Qlobal Fəaliyyət Planı (Global Action Plan 2014-2019) 

hazırlanıb. ÜST-ün və Beynəlxalq Korluqla Mübarizə Təşkilatının birgə təşəbbüsü olan “Vision-2020” layihəsi 

çərçivəsində qlaukoma, katarakta, yaşla bağlı makulyar degenerasiya, diabetik retinopatiya, refraksiya qüsurları 

kimi görmə zəifliyinə və korluğa səbəb olan xəstəliklər bir siyahıdadırlar [2].

Göz  xəstəlikləri  arasında  geniş  yayılmasına  və  ağır  fəsadları  ilə  seçilən  patologiyalardan  biri  olan  büllurun 

patologiyası  oftalmoloji  xəstəliklərlə  bağlı  ilkin  əlilliyin  əsas  nozoloji  səbəbləri  arasında  orta  hesabla  13,7 

0,27%  paya  malikdir  [3].  2-ci  tip  şəkərli  diabet  aşkarlanan  zaman,  artıq  həmin  xəstələrin  1/3-nin  göz  dibində 

retinopatiyanın olduğu təyin olunur [4].

75%  korluq  halları,  85%  görmə  pozulmaları  profilaktika  və  ya  müalicə  oluna  bilərdi.  Qlobal  Fəaliyyət 

Planındakı  məqsəd  görmə  pozulmalarını  və  korluğu  azaltmaqdır.  Bu  məqsədə  nail  olmaq  üçün  atılan  ilk 

addımın isə məlumat toplanılmasının olması göstərilib [2]. Prezident İlham Əliyevin göstərişi ilə 2014-cü ildə 

respublikanın  bütün  əhalisi  profilaktik-tibbi  müayinələrdən  keçirilmişdir.  Xızı  Rayon  Mərkəzi  Xəstəxanasında 

da xəstəlikləri aşkarlayıb məlumat toplamaq məqsədi ilə profilaktik yoxlamalar aparılıb. Belə ki, əgər xəstəlik 

vaxtında, ağırlaşmadan aşkarlanarsa, o zaman müalicənin nəticəsi də uğurlu alınar. Bu məqsədlə də profilaktik 

yoxlamaların keçirilməsinin və xəstəlikləri aşkarlamanın böyük faydası vardır.

İndiyədək Azərbaycanın bir sıra rayonlarında əhalinin görmə qüsurlarının öyrənilməsi ilə əlaqədar müxtəlif 

tədqiqatlar aparılsa da, Xızı rayonunda yaşayan əhali arasında belə bir araşdırma həyata keçirilməmişdir [1,5].



İşin məqsədi – Xızı rayonunda yaşayan 18 yaşdan yuxarı şəxslər arasında gözün və onun əlavə aparatının 

xəstəliklərinin rastgəlmə tezliyinin təyini.



Material və metodlar 

Tədqiqat 2014-cü ildə Xızı şəhərində yerləşən Xızı Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş yaşı 18-

dən yuxarı 8416 nəfər arasında aparılmışdır. Profilaktik yoxlamadan keçənlərin tam oftalmoloji müayinəsi həyata 

keçirilmişdir. Belə ki, müayinə olunanların hər iki gözünün Nidek (Yaponiya) ARK-510A avtorefraktokeratometriya 

cihazı  ilə  refraksion  və  keratometrik  göstəricilərinin  yoxlanılması  ilə  yanaşı,  görmə  itiliyinin  korreksiyasız  və 

korreksiya ilə yoxlanılması, Nidek (Yaponiya) NT-510 kontaktsız pnevmotonometri ilə gözdaxili təzyiqin ölçülməsi 

(şübhəli hallarda təkrarən Maklakov üsulu ilə tonometriya), göz almasının ön hissəsinin biomikroskopiyası, göz 

dibinin oftalmoskopik müayinəsi, anamnezə əsasən göz yaşı kanalının yuyulması və Şirmer sınağı keçirilmişdir. 

Tədqiqat nəticəsində oftalmoloji xəstəliklərin yayılma tezliyi təyin olunmuşdur.

Nəticələr və onların müzakirəsi

Tədqiqat nəticəsində müayinə olunanlar arasında 416 müxtəlif oftalmoloji xəstəlik aşkarlanmışdır. Aşkarlanan 

xəstəlik halından 210-u qadınlarda (50,49%) və 206-sı kişilərdə (49,51%) rast gəlinmişdir (şəkil 1). 

Refraksiya qüsurları aşkarlanmış xəstəliklərin 144-nü (35%) təşkil edir. Onların 47,22%-ni qadınlar, 52,78%-

ni kişilər təşkil etmişdir. Refraksiya qüsurlarından 47,92%-i miopiyanın (zəif, orta və yüksək dərəcəli), 21,53%-i 

hipermetropiyanın (zəif, orta və yüksək dərəcəli), 4,86%-i refraksion ambliopiyanın, 7,64%-i çəpgözlüyün payına 

düşmüşdür (cədvəl 1). Son onilliklərin çoxsaylı elmi tədqiqatları və oftalmoloji elmi ədəbiyyatı dünyanın bir çox 

ölkələrində miopiyanın davamlı artımını göstərir [6,7].



9

2014/2 (15)

ORİJİNAL MƏQALƏLƏR

13% Göz qapaqları, göz yaşı vəziləri

və yaş aparıcı yolların xəstəlikləri

35% Refraksiya qüsurları

11% Göz dibi xəstəlikləri

7% Buynuz qişa xəstəlikləri

8% Katarakta

3% Qlaukoma

1% Digər

22% Konyunktivanın xəstəlikləri



Şəkil 1. Aşkarlanmış xəstəliklər (% - lə)

Cədvəl 1


Refraksiya qüsurları (144 nəfər – 35%)

Refraksiya qüsurları

Sayı / nəfər 144 (100%)

Ümumi

Qadın

Kişi

Miopiya


69 (47,92%)

37 (25,69%)

32 (22,22%)

Hipermetropiya

31 (21,53%)

15 (10,42%)

16 (11,11%)

Astiqmatizm

20 (13,89%)

12 (8,33%)

8 (5,56%)

Akkomodasiyanın spazmı

2 (1,39%)

1 (0,69%)

1 (1,39%)

Refraksion ambliopiya

7 (4,86%)

2 (1,39%)

5 (3,47%)

Çəpgözlük

11 (7,64%)

0 (0%)


11 (7,64%)

Nistaqm


4 (2.78%)

1 (0,69%)

3 (2,08%)

Cəmi:


144 (100%)

68 (47,22%)

76 (52,78%)

Göz dibi xəstəlikləri 45 nəfərdə (11%) aşkarlanmışdır. Onlardan 22,22% diabetik retinopatiya (qeyri-proliferativ, 

preproliferativ, proliferativ) təşkil etmişdir. Müayinə nəticəsində miopik refraksiya qüsurunun geniş yayılması ilə 

əlaqədar aşkarlanmış göz dibi xəstəliklərindən 17,78% xorioretinal miopik distrofiya təşkil etmişdir (cədvəl 2).

Cədvəl 2

Göz dibi xəstəlikləri (45 nəfər – 11%)

Göz dibi xəstəlikləri

Sayı / nəfər 45 (100%)

Ümumi

Qadın

Kişi

Diabetik retinopatiya

10 (22,22%)

8 (17,78%)

2 (4,44%)

G.S.D.-nin atrofiyası

5 (11,11%)

0 (0%)


5 (11,11%)

Tapetoretinal abiotrofiya

3 (6,67%)

1 (2,22%)

2 (4,44%)

Makulyar degenerasiya

4 (8,89%)

0 (0%)


4 (8,89%)

Hipertonik angioskleroz

3 (6,67%)

0 (0%)


3 (6,67%)

Xorioretinal miopik distrofiya

8 (17,78%)

8 (17,78%)

0 (0%)

Tor qişanın qopması və subatrofiya



7 (15,56%)

3 (6,67%)

4 (8,89%)

Tor qişanın distrofiyası

4 (8,89%)

1 (2,22%)

3 (6,67%)

Koloboma


1 (2,22%)

1 (2,22%)

0 (0%)

Cəmi:


45 (100%)

22 (48,89%)

23 (51,11%)


10

2014/2 (15)

ORİJİNAL MƏQALƏLƏR

Konyunktivanın  xəstəlikləri  92  nəfərdə  (22%)  aşkarlanmışdır,  onun  66,3%-i  qadınlarda,  33,7%-i  kişilərdə 

rast gəlinmişdir. Konyunktivanın xəstəliklərindən 53,26%-də allergik konyunktivit aşkarlanıb onun da 35,87%-i 

qadınlarda,  17,39%-i  kişilərdə  rast  qəlinmişdir.  19,57%-də  pteriqium  və  pinqvekula  aşkarlanmışdır  (cədvəl  3). 

Toplanmış anamnezə və əmək fəaliyyətinə əsasən Xızı rayonunda konyunktival xəstəliklərin çox rast gəlinməsinin 

səbəbi kimi maldarlıq təsərrüfatının geniş yayılması və insolyasiyanın çox olması göstərilə bilər.

Cədvəl 3

Konyunktivanın xəstəlikləri (92 nəfər – 22%)

Konyunktivanın xəstəlikləri

Sayı / nəfər 92 (100 %)

Ümumi

Qadın

Kişi

Allergik konyunktivit

49 (53,26%)

33 (35,87%)

16 (17,39%)

Adenovirus konyunktiviti

12 (13,4%)

8 (8,7%)


4 (4,35%)

Bakterial konyunktivit

8 (8,7%)

4 (4,35%)

4 (4,35%)

Xroniki blefarokonyunktivit

5 (5,43%)

3 (3,26%)

2 (2,17%)

Pteriqium və pinqvekula

18 (19,57 %)

13 (14,13%)

5 (5,43%)

Cəmi:


92 (100%)

61 (66,3%)

31 (33,7%)

 

Gözün əlavə apparatının – göz qapaqları, göz yaşı vəziləri və göz yaşı aparıcı yolların xəstəlikləri 53 nəfərdə 



(13%) rast gəlinmişdir, onlardan 58,5%-i qadınların, 41,5%-i kişilərin payına düşmüşdür. Gözün əlavə aparatının 

xəstəliklərindən  quru  göz  sindromu  28,3%,  meybomit  30,19%,  yaş  aparıcı  yolların  patologiyası  22,64%  təşkil 

etmişdir  (cədvəl  4).  Ədəbiyyatlarda  göstərildiyi  kimi,  bu  müayinələrdə  də  yaş  aparıcı  yolların  xəstəlikləri 

qadınlarda üstünlük təşkil etmişdir.

 

Cədvəl 4


Göz qapaqları, göz yaşı vəziləri və yaş aparıcı yolların xəstəlikləri (53 nəfər – 13%)

Göz qapaqları, göz yaşı vəziləri və yaş aparıcı 

yolların xəstəlikləri

Sayı / nəfər 53 (100%)

Ümumi

Qadın

Kişi

Yaş aparıcı yolların patologiyası

12 (22,64%)

10 (18,87%)

2 (3,77%)

Meybomit


16 (30,19%)

8 (15,09%)

8 (15,09%)

Xalazion


3 (%)

2 (3,77%)

1 (1,89%)

Quru göz sindromu

15 (5,66%)

9 (16,98%)

6 (11,32%)

Entropion

1 (1,89%)

0 (0%)


1 (1,89%)

Blefarit


6 (11,32%)

2 (3,77%)

4 (7,55%)

Cəmi:


53 (100%)

31 (58,5%)

22 (41,5%)

Buynuz  qişa  xəstəlikləri  (keratitlər,  posttravmatik  distrofiyalar)  28  nəfərdə  (7%)  aşkarlanmışdır,  onların  da 

32,14%-i qadınlarda, 67,86%-i kişilərdə rast gəlinmişdir. Aşkarlanmış ümumi xəstəliklərin 8%-ni katarakta, 3%-ni 

qlaukoma, 1%-ni isə digər epizodik rast gəlinmiş xəstəliklər (episklerit, ödemli ekzoftalm) təşkil etmişdir.



Yekun

Beləliklə, həyata keçirdiyimiz araşdırmaya əsasən Xızı rayonunda yaşayan və müayinə olunmuş 18 yaşdan 

yuxarı şəxslər arasında həm qadınlarda, həm də kişilərdə refraksiya qüsurlarının və konyunktivanın xəstəliklərinin 

yayılmasının  daha  geniş  olması,  göz  dibi  xəstəliklərindən  isə  diabetik  retinopatiyanın  və  miopik  xorioretinal 

distrofiyanın üstünlük təşkil etməsi qeyd edilmişdir.

Dispanserizasiya xəstəlikləri vaxtında, ağırlaşmadan, fəsadlaşmadan aşkarlamağa yardım edir, eləcə də təcili 

terapiyaya və əməliyyata ehtiyacı olan xəstələrin sayını bilib, vaxtında müalicəyə başlamağa imkan yaradır. Bu 

baxımdan belə profilaktik yoxlamaların aparılması vacibdir.



11

2014/2 (15)

ORİJİNAL MƏQALƏLƏR

ƏDƏBİYYAT:

1. 

Qasımov E.M., Rüstəmova N.M. Büllur patologiyasının səbəb olduğu ilkin əlilliyin tibbi-sosial yükünün 



ağırlığı // Oftalmologiya, Bakı, 2010, N4, s.21-24.

2. 


Abbate M., Cravedi P., Iliev I., et al. Prevention and treatment of diabetic retinopathy: evidence from 

clinical trials and perspectives // Curr. Diabetic Rev., 2011, v.7(3), p. 190-200. 

3. 

Керимов К.Т., Рустамова Н.М., Керимова Нар.К. и др. Теоретическая концепция о комплексной 



системе реабилитации инвалидов вследствие патологии органа зрения в Азербайджанской респу-

блике // Oftalmologiya, Bakı, 2010, N4, s.52-57. 

4. 

Parajasegaram R. Vision-2020 – the right to sight: from strategies to action // Am.J. Ophthalmol., 1999, 



v.128 (3), p.357-358.

5. 


Агаева  Р.Б.  Анализ  общей  заболеваемости  взрослого  населения  Азербайджанской  республики 

вследствие болезней глаза и его придаточного аппарата // Oftalmologiya, Bakı, 2012, N3, s.26-33.

6. 

Касимов Э.М. Глаукома. Баку, 2007, 224 с.



7. 

Керимова Н.К., Керимов К.Т., Рашидализаде Э.К. Медико-социальная характеристика инвалидно-

сти вследствие миопии в Азербайджанской республике // Oftalmologiya, Bakı, 2012, N3, s.43-49.

Фейзиева К.В.

ЧАСТОТА РАСПРОСТРАНЕНИЯ ЗАБОЛЕВАНИЙ, ОБНАРУЖЕННЫХ 

В РАМКАХ ДИСПАНСЕРИЗАЦИИ БОЛЕЗНЕЙ ГЛАЗА И ЕГО 

ПРИДАТОЧНОГО АППАРАТА В ХЫЗИНСКОМ РАЙОНЕ

Центральная Больница Хызинского Района, г. Хызы, Азербайджан

Ключевые слова: болезни глаза и его придаточного аппарата, общая заболеваемость

РЕЗЮМЕ


Цель – определить частоту распространенности заболеваний глаз и его придаточного аппарата у лиц в 

возрасте 18 лет и старше, проживающих в Хызинском районе.



Материал и методы исследования

Диспансерное обследование было проведено среди 8416 лиц в возрасте старше 18 лет.



Результаты и их обсуждение

Представлены  результаты  обследования  и  анализа  болезней  глаза  и  его  придаточного  аппарата,  про-

веденные в 2014 году в среди населения в одном из районов Азербайджана – в Хызинском районе. При 

выявленных  общих  заболеваниях  более  широко  распространены  рефракционные  аномалии  (35%)  и  за-

болевания конъюнктивы (22%), а среди выявленных заболеваниях глазного дна (11%) более широко рас-

пространены диабетическая ретинопатия (непролиферативная, препролиферативная, прoлиферативная) и 

миопическая хориоретинальная дистрофия.

Заключение

С помощью таких профилактических исследований эти болезни, пока еще не осложнившиеся, своевре-

менно выявляются и легко поддаются лечению.


12

2014/2 (15)

ORİJİNAL MƏQALƏLƏR

Feyziyeva K.V.

FREQUENCY OF COMMON DISEASES DETECTED DURING CLINICAL 

EXAMINATION OF EYE DISEASES AND ITS ADNEXA IN KHIZI REGION



Central Hospital of Khizi District, Khizi city, Azerbaijan.

Key words: diseases of the eye and its adnexa, the common incidence

 

SUMMARY



Aim - to determine the frequency of common eye diseases and its adnexa in patients aged over 18 years old in 

Khizi region.



Material and methods

The survey was conducted among 8416 people aged over 18 years old. 



Results and discussions

The results of  examination and analysis of  eye diseases and its having been conducted in 2014 among the 

population of one of the region of Azerbaijan – in Khizi region – are presented. Amaong the detected common 

diseases  the  more  wide-spreaded  were  the  refractive  anomalies  (35%)  and  diseases  of  conjunctiva  (22%). 

And among the detected fundus diseases (11%) the more wide – spreaded were the diabetic retinopathy (non-

proliferative, preproliferative, proliferative) and myopic chorioretinal dystrophy.



Conclusion

With the help of such preventive studies we may timely identify and treatment such diseases.

Korrespondesiya üçün:

Feyziyeva Könül Vaqif qızı, Xızı Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu.



Ünvan: Xızı Rayon Mərkəzi Xəstəxanası, H.Əliyev pr., Xızı şəh., Azərbaycan 

E-mail: kenulv@yahoo.com



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə