15
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.753-089:[053.2:355.21]
Qasımov E.M., Hüseynli S.F.
EKSİMER LAZER KORREKSİYASI KEÇİRİLMİŞ GƏNC
OĞLANLARIN HƏRBİ XİDMƏTƏ ŞƏHADƏTLƏNDİRİLMƏSİ ZAMANI
TƏKMİLLƏŞDİRİLMİŞ OFTALMOLOJI MÜAYİNƏNİN ƏHƏMİYYƏTİ
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: hərbi xidmət, refraktiv cərrahiyyə, eksimer lazer, LASİK, FRK
1983-cü ildə Amerika Oftalmologiya Jurnalında S.Trokel, R.Srinivasan və B. Braren tərəfindən dərc olunan
Exsimer lazerin görmə qüsurlarının korreksiyasında ilkin eksperimental və kliniki tətbiqinin nəticələrindən artıq
25 ilə yaxın bir zaman keçmişdir [1]. Son 25 il ərzində bütün dünyada Eksimer lazer korreksiyası yüz minlərlə
insanlara tətbiq edilmiş, görmə qüsurlarının korreksiyasında daha mükəmməl nəticələrin alınması məqsədi ilə
lazer avadanlıqları daha da təkmilləşdirilmişdir. Bu illər ərzində refraksiya qüsurlarının səthi ablyasiya üsulu ilə
korreksiyası Femto-lazerin birgə tətbiqi ilə həyata keçirilən LASİK korreksiyasına qədər və görmə keyfiyyətinin
optimal yaxşılaşdırılması, mövcud ağırlaşmaların minimallşdırılması məqsədi ilə “topoqrafiya” əsaslı və “wavefront”
əsaslı korreksiya növlərinə qədər təkmilləşdirilmiş və hələdə tədqiq olunmaqdadır. Aparılan yüzlərlə tədqiqat işləri
Eksimer Lazer cərrahi əməliyyatlarının refraksiya qüsurlarının korreksiyasında effektivliyini və təhlükəsizliyini
göstərməklə yanaşı, bir sıra tədqiqatlar məhz lazer korreksiyasının həyat keyfiyyətinə təsirini araşdırmışdır [2].
Refraktiv cərrahiyyənin nəticələrinin subyektiv qiymətləndirilməsi və həyat keyfiyyətinə təsirinin araşdırılması
üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə bir neçə sorğu formaları tətbiq olunmuş və aparılan
tədqiqiatların nəticələrinə əsasən həyat keyfiyyətinin yaxşılaşdırılmasında eksimer lazer cərrahi əməliyyatlarının
əvəzsiz rolu aydınlaşdırılmışdır [3-5]. Əməliyyatdan əvvəl və sonra həyat keyfiyyətinin təhlilini qiymətləndirmək
üçün tətbiq olunan bu sorğu formaları aşağıdakı sualları əhatə edir: aparılan cərrahi əməliyyatın yaxın və uzaq
görməyə, gecə görməsi və sürücülük qabiliyyətinə təsiri, müxtəlif işıqlanma səviyyələrində görmənin keyfiyyəti,
“halo” - işıq yansıma və saçmaların olması, idman həyatına təsiri, gözdə guruluq və s. Bu sorğu formalarından
QIRC(The Quality of Life Impact of Refractive Correction Questionnaire) ümumilikdə 20 sual, RSVP(The
Refractive Status and Vision Profile Questionnaire) 42 sual və NEİ-RQL(The National Eye Institute Refractive
quality of Life Questionnaire) 13 sualı əhatə etmişdir. Aparılan tədqiqatların nəticələrinəəsasən həyat keyfiyyətinin
eksimer lazer korreksiyadan sonra əməliyyatdan əvvəlki səviyyə ilə müqayisədə kifayət qədər müsbət istiqamətdə
dəyişdiyi təsdiq olmuşdur.
Hal hazırda altıncı nəsil Eksimer və Femto Lazer avadanlıqları tətbiq olunmaqdadır. Bu lazer sistemlərinin
hər bir xəstə üçün yaratdığı imkanlar digər sistemlərdən daha mükəmmməl nəticələrin əldə olunmasına şərait
yaradır. Belə ki, hal-hazırda dünyanın ən sürətli lazer sistemləri 1D-nı 1.4 san ərzində ablyasiya edir və daha
mükəmməl LASİK kəsiklərini 6 saniyə ərzində yaradaraq əvvəlki nəsil lazer sistemləri ilə qarşılaşan fəsadları
minimuma qədər azaldaraq, mükəmməl nəticələrin yaranmasına imkan verir. Belə ki, bu sistemlərin köməyi ilə
buynuz qişanın uyğun parametrlərində
-
Miopiya - 12.0 D-yə qədər və və ya 6.0 D yə qədər astiqmatizmlə birgə;
-
Hipermetropiya+ 6.0 D-yə qədər sfera və və ya 5.0 D astiqmatizmlə birgə;
-
Qarışıq astiqmatizm 6.0 D-yə qədər korreksiya edilə bilir.
Əməliyyatlar 18 yaşdan böyük, 1 illik dinamik müşahidədə sferik ekvivalenti 0.5 D-dən böyük və ya bərabər
artım müşahidə edilməyən gənclərdə aparıla bilir. Hal-hazırda gənclərin eynək və ya kontakt linzalardan azad
olmaq istəyi ilə bu əməliyyatlara ciddi maraq oyanmışdır. Bu əməliyyatlar hərbi qulluq keçməyən gənclərdə
aparıldıqdan sonra onların hərbi qulluğa yararlılığın dəyərləndirilməsi günümüzün aktual məsələlərindən biridir.
Hərbi xidmət Azərbaycan Respublikasında çağırış yaşına çatmış gənc oğlanlar üçün mütləqdir. Hərbi xidmət
çağırışçı və hərbiçilər üçün yüksək sağlamlıq meyarlarını tələb edir. Belə ki, sağlamlıq meyarı onların fiziki və
psixoloji statuslarını müəyyən edir. Eyni zamanda bu meyarlara standartlar çərçivəsində adekvat görmə qabiliyyəti
də daxildir.
Çağırış yaşına çatmış gənclər milli ordunun sıralarına daxil olmadan əvvəl mütləq qaydada tibbi müayinədən,
o cümlədən gömə orqanın müayinəsindən keçirilir.
16
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə Hərbi-
həkim Ekspertizası Haqqında Əsasnaməhərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair
tələbləri müəyyən edir [6]. Əsasnaməyə əsasən hərbi xidmətə çağırış zamanı, hərbi xidmətə könüllü daxil olanda
buynuz qişada və ya sklerada optiko-rekonstruktiv cərrahi əməliyyatlar keçirmiş vətəndaşlar, əgər əməliyyatdan 6
aydan az müddət keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar. Cərrahi əməliyyatdan sonra hərbi
xidmətə yararlılıq kateqoriyası, göz funksiyalarının vəziyyətindən asılı olaraq və əməliyyata qədərki dövrdə göz
almalarının ultrasəs biometriyasının nəticələrini nəzərə alaraq, sənədlə təsdiq olunmuş ametropiya dərəcəsinə
əsasən «Xəstəliklər cədvəli»nin müvafiq maddələrinə uyğun olaraq təyin edilir.
Buynuz qişada optiko-rekonstruktiv cərrahi əməliyyatlar keçirmiş şəxslər, əgər əməliyyatdan sonra
fəsadlaşmalar, göz dibində və buynuz qişada degenerativ-distrofik dəyişikliklər yoxdursa, həmçinin cərrahi
əməliyyata qədər ametropiyanın dərəcəsi ƏTC-nin «ç» bölməsində göstəriləndən yüksək olmaması sənədlə təsdiq
edilibsə, cərrahi əməliyyatdan bir il sonra hərbi tədris müəssisələrinə daxil olmağa yararlıdırlar.
Eksimer lazer korreksiyası həyata keçirilmiş gənclərdə görmə itiliyinin və bununla əlaqədar olaraq
həyat keyfiyyətinin yaxşılaşmasına baxmayaraq onların hərbi qulluğa nə qədər yararlı olub olmadıqlarının
qiymətləndirilməsi olduqca vacib məsələdir. Belə ki, əsasnamənin müddəalarına görə belə gənclər əməliyyatdan
əvvəlki ametropiyalarını təsdiq edən sənədləri həkim ekspertlərə təqdim etməlidirlər. Bir çox hallarda gənclər bu
sənədləri təqdim etmir və ya hətta əməliyyat olunduqlarını gizlədirlər (keçirilmiş refraktiv cərrahiyyənin neqativ
simulyasiyası).Hərbi çağırış yaşına çatmış gənclərin ilkin və təkrari şəhadətləndirilməsi 18-35 yaş arasında
aparıldığı üçün və bu yaş dövründə daha çox optik qüsurların korreksiyası həyata keçirildiyini nəzərə alsaq,
keratorefraktiv cərrahiyyə əməliyyatı keçirtmiş hər bir çağırışçının düzgün şəhadətləndirilməsi olduqca vacibdir.
Bir sıra tədqiqtların nəticələrinə əsasən lazer korreksiyası keçirtmiş gənclərin hansı növ korreksiya ilə cərrahi
əməliyyat olunması aktual bir problem olaraq qalmaqdadır [7,8]. Amerika ordusunda təyyarəçilər arasında
aparılan tədqiqat işi “wavefront” əsaslı Femto-LASİK cərrahi əməliyyatının yüksək effektliyini göstərmişdir [9].
Daha bir tədqiqat işi Amerika ordusunda qulluq edən əsgərlər arasında aparılan eksimer lazer korreksiyası zamanı
səthi ablyasiyaya üstünlük verildiyini göstərmiş və məhz səthi ablyasiyanın müxtəlif növlərinin (FRK, MMC
ilə FRK və Lasek) müqayisəli təhlillləri aparılmışdır [10, 11]. Çində Xiao J.H. və başqaları tərəfindən aparılan
digər tədqiqat işi isə, Çin ordusunda qulluq edən və əvvəllər Lasik əməliyyatı keçirtmiş 79 əsgərin hərbi xidmət
dövründə göz travması aldıqdan sonra daha ağır fəsadlarla- flebin cırılması, yerdəyişməsi halları ilə qarşılaşdığını
aşkara çıxartmışdır. Bu səbəbdən Lasik əməliyyatı keçirtmiş çağırışçıların hərbi xidmətdən azad olunmalarını
tövsiyyə etmişdirlər [12].
Keratorefraktiv cərrahi əməliyyatların geniş tətbiqi ilə əlaqədar olaraq çağırışçıların hərbi xidmətə
şəhadətləndirilməsi zamanı müsir diaqnostik avadanlıqların tətbiqini həyata keçirtməklə görmə orqanının geniş
həcmdə müayinəsi, eyni zamanda obyektiv nəticələrlə yanaşı subyektiv nəticələrin qiymətləndirilməsi hazırki
tədqiqatda öz geniş yerini alır.
Məqsəd - eksimer lazer korreksiyası həyata keçirilmiş gənc oğlanların hərbi xidmətə şəhadətləndirilməsi
zamanı təkmilləşdirilmiş müayinəni həyata keçirtmək.
Material və metodlar
Tədqiqata akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Hərbi-Həkim Komissiyasında
müayinədən keçən və eksimer lazer korreksiyası keçirilən gənc oğlanlar daxil edilib. Müayinə korreksiyasız və
korreksiya ilə görmə itiliyinin müayinəsi, gözün hərəki aparatının müayinəsi, refraksiyanın tam sikloplegiyadan
(1%-li atropin sulfat məhlulunun 3 dəfə instillyasiyası) sonra obyektiv dəyərlərinin skiaskopiya və ya
avtorefraktometriya (Tomey, Yaponiya) vasitəsi ilə təyini, görmənin xarakterinin təyini, yarıq lampa ilə gözün ön
və arxa seqmentinin müayinəsi və göz dibinin oftalmoskopik müayinəsi şəklində həyata keçirilmişdir. Tədqiqata
daxil olan bütün gənclər Şeympfluq kameralı keratotopoqrafiya müayinəsinə cəlb olunmuşdurlar. Buynuz qişanın
dəqiq təhlili hərlənən Şeymfluq kameralı topoqraf WaveLight® ALLEGRO Oculyzer (Alcon, ABŞ) vasitəsi ilə
aparılmışdır.
Nəticələr və onların müzakirəsi
Hazırki işdə hərbi həkim kommissiyasından müayinədən keçən yaşları 20-35 arası dəyişən, eksimer lazer
cərrahi əməliyyatı keçirilmiş 208 gənc oğlan tədqiq olunmuşdur. Onlardan müayinə əsasında miopiya və miopik
astiqmatizmlə əlaqədar 168 gəncdə , hipermetropiya və hipermetropik astiqmatizmlə əlaqədar 27 gəncdə və qarışıq
astiqmatizmlə əlaqədar isə 13 gəncdə müxtəlif növ eksimer lazer korreksiyası hayata keçirildiyi təyin edilmişdir.
Exsimer lazer korreksiyasının nəticələrinin qiymətləndirilməsi obyektiv müayinələrin nəticələri və eyni
zamanda subyektiv dəyərlərin qiymətləndirilməsi şəklində aparılmışdır:
A.Obyektiv nəticəsi:qalıq refraksiya qüsurunun qiymətləndirilməsi;
17
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
B. Subyektiv nəticələri: korreksiyasız görmə itiliyi, xəstə məmuniyyəti, müsbət nəticə və ya hər hansı bir
fəsadın olması, ikincili effektlər (halo, işıq yansıma və saçmaları, quru göz) və s.
Eksimer lazer korreksiyasından sonra refraksiyanın təyini aparılan əməliyyatın nəticəsinin qiymətləndirilməsinin
əsas hissəsidir. Əməliyyatdan əvvəlki refraksiya dəyərlərinin məlum olması hərbi komissiyadan keçən gənclərin
düzgün qiymətləndirilməsində ən önəmli amillərdən biridir. Ancaq çox hallarda əməliyyatdan əvvəlki refraksiya
qüsurunu təsdiq edən sənədlər çağırışçı tərəfindən təqdim olunmur. Bu müayinə olunan gənclərin əməliyyatdan
əvvəl hansı refraksiya qüsuruna malik olması və qanunvericilikdə göstərildiyi kimi ametropiyanın dərəcəsi ƏTC-
nin «ç» bölməsində göstəriləndən yüksək olmamasını dəqiqləşdirməsində çətinlik törətmiş olur. Bu məqsədlə
buynuz qişanın topoqrafiyası və göz almasının ön və arxa uzunluğunun təyini məqsədi ilə biometriyası, göz dibinin
oftalmoskopik müayinəsi detallı şəkildə aparılmalıdır. Skiaskopiya zamanı ablyasiya olunmuş buynuz qişa fonunda
göz dibindən alınan qeyri- düzgün refleks skiaskopik olaraq refraksiyanı təyin etməyə imkan vermir və refraksiyanın
təyini autorefraktometrlə aparılmalıdır. Refraksiya ilə bağlı: hipo və hiperkorreksiya və əməliyyatdan sonrakı uzaq
dövrdə reqressiya halları müşahidə oluna bilər. Yüksək dərəcəli miopiya və hipermetropiyalarda hipokorreksiya
və ya reqressiya daha çox müşahidə olunur ki, bu da görmə itiliyinin azalmasına, gecə görmənin pisləşməsinə
səbəb olur. Eyni zamanda hər bir çağırışçıda əməliyyatdan sonra gecə görmənin necə olması, işıq yansımaları,
saçmaları kimi subyektiv hissiyatın olub olması dəqiqləşdirilməlidir. Tədqiqtda müayinə olunan gənclərin 148 də
refraksiyanın sferik komponenti -0.75±0.67, silindirik komponentini isə -0.8±0.35 təşkil etmişdir. Digərlərində
isə əməliyyatdan sonrakı reqressiya, hipo və ya hiperkorreksiya və ya lazer korreksiyası ilə əlaqədar baş vermiş
hər hansı bir ağırlaşma ilə əlaqədar refraksiyanın sfero və silindirik komponentləri müxtəlif dərəcədə dəyişmişdir.
Görmə itiliyinin təyini zamanı korreksiyasız görmə itiliyinın yüksək olması əməliyyatın nəticəsinin əsas
göstəricisidir. Müayinə olunan gənclərin 65 % (135)- ində korreksiyasız görmə itiliyi hər iki gözdə 0.8-1.0
(desimal) təşkil etmişdirsə, 35% (73)- də 0.2-0.7 (desimal) arası dəyişmişdir. Hərbi həkim komissiyasından keçən
gənclərdə məhz subyektiv olaraq yüksək görmə itiliyinin olması heçdə onların məhdudiyyətsiz hərbi xidmət
keçmələrinə imkan vermir. Belə ki, əməliyyatdan əvvəlki ametropiyanın səviyyəsi məlum deyilsə, buynuz qişanın
və göz dibinin detallı tədqiqi əsasında hərbi xidmətə yararlılıq kriteriyaları təyin olunmalıdır. Xüsusilə qeyd etmək
lazımdır ki, bilavasitə cərrəhi əməliyyata məruz qalmış buynuz qişanın detallı tədqiqi bu gənclərdə ən önəmli
müayinələrdən biridir. Biomikroskopiya lazer sonrası buynuz qişanın şəffaflılığın qiymətləndirilməsində ən əsas
müayinə üsuludur. Buynuz qişanın bulanması – səthi ablyasiyadan sonra (haze) və ya əməliyyatdan sonrakı ilk
günlər ərzində sağalma dövründə infeksion mənşəlli ağırlaşmalardan sonrakı bulanmalar, LASİK sonrası flebdə
qırışların (striya) olması, epitel defektlərin olması, epitelin flebin altına yürüməsi və s. kimi halların aşkarlanması
məhz ilkin olaraq yarıqlı lampa ilə biomikroskopiyanın nəticələrinə əsasən qiymətləndirilir (şək.1).
Hazırki tədqiqatda Şeymfluq kameralı keratotopoqrafiya müayinəsinə əsasən ablyasiya zonasının xarakteri,
ablyasiyanın dərinliyi, tomoqrafik parametrlər əsasında qalıq stroma və buynuz qişanın tam qalınlığı təhlil
olunmşdur. Buynuz qişanın detallı tədqiqi eksimer lazer cərrahiyyəsindən sonra buynuz qişada aparılan ablyasiya
növünün qiymətləndirilməsində, eləcədə əməliyyat əsasında və ya sonradan yaranmış hər hansı bir ağırlaşmanın
qiymətləndirilməsində mütləqdir.
Ümumilikdə müxtəlif refraksiya qüsurları ilə Eksimer Lazer korreksiyası həyata keçirilmiş gənclərin hərbi xidmətə
şəhadətləndirilməsi zamanı hərbi xidmətə məhdudiyyətə səbəb olan əsas amillər və nəticələr 1-3 saylıcədvəldə
göstərilir. Cədvəllərdən göründüyü kimi lazer korreksiyadan sonra hərbi xidmətə məhdudiyyətə səbəb olan əsas
faktorlar əməliyyatdan əvvəliki refraksiya qüsurunun yüksək olması, refraksion ambliopiya, əməliyyat zamanı və
sonra yaranan bir sıra ağırlaşmalar və onların görmə itiliyi və keyfiyyətinə neqativ təsiri ilə əlaqədar olmuşdur.
Diaqram 1-dən göründüyü kimi miopiya və miopik astiqmatizmlə əlaqədar aparılan lazer korreksiyasından
sonra hərbi xidmətə məhdudiyyətin yaranması əməliyytdan əvvəl yüksək refraksiya qüsurunun olması, refraksion
ambliopiyanın əməliyyata qədər mövcud olması və bununla əlaqədar görmə itiliyinin kifayət qədər yüksək olmaması,
yüksək refraksiya qüsurunun korreksiya etmək üçün aparılan abylasiya sahəsinin daha kiçik olması ilə əlaqədar işıq
yansımaları, saçmaları kimi hissiyatın olması, gecə görmənin pisləşməsi və s. şəkildə təzahür olunmuşdur.
Hipermetropiya və qarışıq astiqmatizmlə əlaqədar aparılan eksimer lazer korreksiyasından sonra hərbi xidmətə
məhdudiyyətə səbəb olan əsas amillər əməliyyatdan əvvəlki refraksiya qüsurunun yüksək olması, refraksion
ambliopiya, əməliyyat sonrası reqressiyanın olması ilə əlaqədar qalıq refraksiya qüsurunun yüksək olması və
görməitiliyinin bunula əlaqədar az olması olmuşdur (diaqram 2 və diaqram 3). Hipermetropiya ilə əlaqədar lazer
korreksiyası keçrtmiş 3 gəncdə yanaşı daxili çəpgözlük müşahidə olunmuşdur.
Şəkil 2-də əməliyyatdan əvvəlki ametropiya səviyyəsi məlum olmayan gəncin hərbi həkim komissiyada
müayinəsi zamanı keratotopografiya müayinəsinin nəticəsi göstərilir. Müayinə zamanı xəstənin korreksiyasız hər
iki gözdə görmə itiliyi OD 0.6 və OS 0.5 (Desimal) olmuşdur. Biomikroskopiya zamanı xəstədə Lasik cərrahi
18
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
əməliyyatı keçirildiyi dəqiqləşdirilmişdir. Refraktometriya müayinəsi əsasında alınan refraksiya OD sph -0.75 cyl
0.75 ax177; OS sph -1.25 cyl -1,5 ax 155 təşkil etmişdir. Keratotopoqrafik xəritəyə əsasən gənc oğlanın hər iki
gözündə yüksək dərəcəli miopiyaya uyğun ablyasiya həyata keçirildiyi aşkarlanmışdır. Şəkildən göründüyü kimi
buynuz qişanın mərkəzi zonası kifayət qədər yastılaşmış (Km 36.25D) və incəlmişdir -buynuz qişanın mərkəzi
stroma qalınlığ 385 mkm-dir. Bu isə rezidual stroma qalınlığının təqribən 265 mkm olduğunu göstərərək kifayət
qədər stromal incəlməni göstərir. Eyni zamanda çağırışçının göz dibinin müayinəsi zamanı yüksək dərəcəli
miopiyaya uyğun dəyişikliklər – periferikdistrofiya ilə birgə müşahidə olunan miopik xorioretinit aşkarlanır.
Lazerin bilavasitə tətbiqi zamanı ablyasiyanın düzgün həyata keçirilməməsi əməliyyatın nəticəsinə neqativ təsir
edən əsas faktorlardan biridir. Düzgün mərkəzləşdirilməmiş ablyasiya – desentrasiyaqeyri-düzgün astiqmatizmi və
yüksək səviyyəli aberrasiyaları yaradaraq görmənin aşağı düşməsinə səbəb olur ki, bu da məhz keratotopografiya
müayinəsi zamanı aşkarlanır. Şəkil 3-də daha bir Lasik cərrahi əməliyyatı həyata keçirilmiş gəncin keratotopografik
müayinəsi göstərilməkdədir. Müayinə zamanı xəstə əməliyyatdan sonra görmənin gözləniləndən yüksək olmaması,
xüsusilə gecə görmənin zəif olması, işıq yansımaları kimi hissiyatın olmasından narahatlığını bildirmişdir.
Keratotopografiya müayinəsində aşkarlanan, yuxarı və nazala desentrasiya ilə icra olunan lazer ablyasiyasıından
sonra xəstənin korreksiyasız görmə itiliyi 0.4, qalıq refraksiya həmin gözdə sph-2.0 cyl -3.5 D təşkil etmişdir.
Şək. 1. S. A çağırışçıda səthi ablyasiyadan
(FRK) sonra buynuz qişanın stromal bulanması
(“haze”2-ci dərəcəli)
Şək. 2.Yüksək səviyyəli miopiya ilə əlaqədar aparılan LASİKcərrahi əməliyyatı keçirtmiş xəstənin sol gözünün solda
topografik xəritəsinin, sağda göz dibinin fotqrafik görüntüsü
19
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
Şəkil. 3.Lazer ablyasiyası yuxarı və nazal
desentrasiya olunmuş xəstədə korreksiyasız
görmə itiliyi - 0.4.
Diaqram 1.
Miopiya və miopik astiqmatizmlə əlaqədar aparılan Eksimer Lazer sonrası hərbi xidmətə məhdudiyyətə
səbəb olan əsas səbəblər (n= xəstələrin sayı)
Lazer korreksiyasından
әvvәl yüksyüksәk sәviyyәli
miopiya vә miopik
astiqmatizm olması
Miopik xorioretinit
n=75
Periferik tor qişa
distrofiyaları
n= 63
Refraksion ambliopiya
n=55
Qalıq refraksiya
qüsurlarının kifayәt qәdәr
yüksәk olması
Reqressiya vә ya
hipokorreksiya
n=38
Yatrogen ektaziya
n=1
Exsimer lazer
korreksiyasının fәsadları ilә
әlaqәdar
Buynuz qişada
bulanma
n=8
Lasik zamanı flebin
fәsadları
n=3
Ablyasiyanın düzgün
aparılmaması
n=2
Lazer korreksiyasından
әvvәl yüksәk sәviyyәli
hipermetropiya vә
hipermetropik
astiqmatizmin olması
Refraksion
ambliopiya
n=12
Qalıq refraksiya
qüsurlarının kifayәt qәdәr
yüksәk olması
Reqressiya vә ya
Hipokorreksiya
n=12
Exsimer lazer
korreksiyasının fәsadları
ilә әlaqәdar
Buynuz qişada
bulanma (haze)
n=1
Ablyasiyanın
düzgün
aparılmaması
n=1
Diaqram 2.
Hipermetropiya və hipermetropik astiqmatizmlə əlaqədar aparılan Eksimer Lazer sonrası hərbi xidmətə
məhdudiyyətə səbəb olan əsas səbəblər (n=xəstələrin sayı)
Lazer korreksiyasından
әvvәl yüksyüksәk sәviyyәli
miopiya vә miopik
astiqmatizm olması
Miopik xorioretinit
n=75
Periferik tor qişa
distrofiyaları
n= 63
Refraksion ambliopiya
n=55
Qalıq refraksiya
qüsurlarının kifayәt qәdәr
yüksәk olması
Reqressiya vә ya
hipokorreksiya
n=38
Yatrogen ektaziya
n=1
Exsimer lazer
korreksiyasının fәsadları ilә
әlaqәdar
Buynuz qişada
bulanma
n=8
Lasik zamanı flebin
fәsadları
n=3
Ablyasiyanın düzgün
aparılmaması
n=2
Lazer korreksiyasından
әvvәl yüksәk sәviyyәli
hipermetropiya vә
hipermetropik
astiqmatizmin olması
Refraksion
ambliopiya
n=12
Qalıq refraksiya
qüsurlarının kifayәt qәdәr
yüksәk olması
Reqressiya vә ya
Hipokorreksiya
n=12
Exsimer lazer
korreksiyasının fәsadları
ilә әlaqәdar
Buynuz qişada
bulanma (haze)
n=1
Ablyasiyanın
düzgün
aparılmaması
n=1
20
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
Diaqram 3.
Qarışıq astiqmatizmlə əlaqədar aparılan Eksimer Lazer sonrası hərbi xidmətə məhdudiyyətə səbəb olan
əsas səbəblər (n=xəstələrin sayı)
Lazer korreksiyasından әvvәl
yüksәk astiqmatizmin
( yl 5
p dәn yüksәk) olması
Refraksion ambliopiya
n=
Qalıq refraksiya qüsurlarının
kifayәt qәdәr yüksәk olması
Reqressiya vә ya
Hipokorreksiya n=5
Onuda qeyd edək ki, keratorefraktiv cərrahi əməliyyatların geniş tətbiqi ilə əlaqədar olaraq ametropiyası
olan xəstələrin eksimer lazer korreksiyasından sonra hərbi həkim komissiyalarında şəhadətləndirilməsi zamanı
neqativ simulyasiya halları ilə tez-tez qarşılaşmaq olur. Neqativ simulyasiya hallarında xəstələr lazer korreksiya
olunduqlarını inkar edirlər (Minhauzen sindromu [13]). Bu xüsusilə hərbi məktəblərə daxil olmaq istəyən gənclər
arasında müşahidə olunmaqdadır. Fotorefraktiv keratoektomiya (FRK) və Lasek korreksiyası keçirtmiş xəstələrdə
buynuz qişada səthi subepitelial bulanma, Lasik cərrahi əməliyyatına xarakter buynuz qişada kəsik izləri
müşahidə olunmursa və gəncdə eksimer lazer cərrahi əməliyyatının aparılmasına şübhə yaranırsa, belə hallarda
ancaq keratotopoqrafik müayinədə ablyasiya zonasının xarakter dəyişikliyinə əsasən simulyasiyanı ifşa etmək
mümkündür.
Yekun
Hərbi xidmət zamanı lazer korreksiyası keçirtmiş və yüksək görmə itiliyinə sahib gənclərdə görmə
orqanı tərəfindən yarana biləcək hər hansı bir ağırlaşma və ya fəsadların qarşısını almaq üçün bu gənclərin
şəhadətləndirməsi zamanı daha detallı müayinələr aparılmalı, əməliyyatın subyektiv və obyektiv nəticələri nəzərə
alınmaqla buynuz qişa və göz dibinin anatomik vəziyyəti əlavə diaqnostik müayinələrin nəticələrinə əsasən mütləq
qaydada qiymətləndirilməlidir.
ƏDƏBİYYAT:
1.
Trokel S.L., Srinivasan R., Braren B. Excimer laser surgery of the cornea // Am. J. Ophthalmol., 1983,
v.96(6), p.710-715.
2.
Chen C.Y., Keeffe J.E., Garoufalis P. et al. Vision-related quality of life comparison for emmetropes,
myopes after refractive surgery, and myopes wearing spectacles or contact lenses// J Refract Surg., 2007,
v.23(8), p.752-759.
3.
Pesudovs K., Garamendi E., Elliott D.B. The Quality of Life Impact of Refractive Correction (QIRC)
Questionnaire: development and validation //Optom. Vis. Sci., 2004, v.81(10), p.769-77.
4.
Vitale S., Schein O.D., Meinert C.L. et al.The refractive status and vision profile: a questionnaire to
measure vision-related quality of life in persons with refractive error // Ophthalmology, 2000, v.107(8),
p.1529-39.
5.
Hays R.D., Mangione C.M., Ellwein L. Et al. Psychometric properties of the National Eye Institute-
Refractive Error Quality of Life instrument // Ophthalmology, , 2003, v.110(12), p.2292-301.
6.
Hərbi-həkim ekspertizası haqqında Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il
24 sentyabr tarixli 154 nömrəli qərarı.
7.
Stanley P.F, Tanzer D.J., Schallhorn S.C. Laser refractive surgery in the United States Navy // Curr.Opin.
Ophthalmol., 2008, v.19(4), p.321-324.
8.
Hammond M.D., Madigan W.P., Bower K.S. Refractive surgery in the United States Army, 2000–2003 //
Ophthalmology, 2005, N112, p.184-190.
9.
Dignan AP. A decade of experience of examining candidates for entry to the army // J. R. Army Med
Corps. 1992., v.138, p.19–22.
21
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
10. Tanzer D.J., Brunstetter T., Zeber R. et al.Laser in situ keratomileusis in United States Naval aviators //
J. Cataract. Refract. Surg., 2013., v. 39, p.1047-1058.
11.
Sia R.K., RyanD.S., Edwards J.D. et al. The U.S. Army Surface Ablation Study: comparison of PRK,
MMC-PRK, and LASEK in moderate to high myopia // 2014, v.30(4), p.256-64.
12. Xiao J.H., Zhang M.N., Jiang C.H. et al. Laser in situ keratomileusis surgery is not safe for military
personnel // Chin. J. Traumatol., 2012, v.15(2), p.77-80.
13. Incesu A.I. Tests for malingering in ophthalmology//Int.J. Ophthal., 2013, v. 6(5), p.708-717.
Касимов Э.М., Гусейнли С.Ф.
ЗНАЧИМОСТЬ СОВЕРШЕНСТВОВАНИЯ ОФТАЛЬМОЛОГИЧЕСКОГО
ИССЛЕДОВАНИЯ ПРИ ОСВИДЕТЕЛЬСТВОВАНИИ НА
ВОЕННУЮ СЛУЖБУ ЛИЦ МОЛОДОГО ВОЗРАСТА, ПЕРЕНЕСШИХ
ЭКСИМЕРЛАЗЕРНУЮ КОРРЕКЦИЮ
Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, Баку
Ключевые слова: военная служба, рефрактивная хирургия, эксимер лазерная хирургия топография
роговицы, ЛАСИК, ФРК
РЕЗЮМЕ
Цель –внедрение в практику совершенствованного офтальмологического исследования при освиде-
тельствовании на военную службу лиц молодого возраста, перенесших эксимерлазерную коррекцию.
Материал и методы
Материалом работы явились 208 лицмолодого возраста - 25-30 лет, перенесших эксимер лазерную кор-
рекцию, проходивших обследование военно-медицинской экспертизы. Оценка результатов эксимер ла-
зерной коррекции проводилась на основе объективных результатов и в тоже время субъективных данных
обследования: определение остроты зрения с коррекцией и без коррекции, определение объективной реф-
ракции с помощью авторефрактометрии (Tomey, Япония), определение характера зрения, исследование
переднего и заднего сегмента глаза на щелевой лампе и офтальмоскопическое исследование глазного дна.
Точный анализ роговой оболочки проводился с помощью топографа с вращающейся Шеймпфлюг камерой
WaveLight® ALLEGRO Oculyzer (Alcon, США).
Результаты
На основании обследования 168 лиц молодого возраста с миопией и миопическим астигматизмом у
27-ми в связи с гиперметропией и гиперметропическим астигматизмом и у 13-ти со смешанным астигма-
тизмом было выявлено проведение различного вида эксимер лазерной коррекции. На основании анализа
томографических параметров роговой оболочки, подвергшейся абляции эксимер лазером, проводилась
оценка характера коррекции, объективных результатов ряда осложнений, а также в целом результатов ис-
следований биомикроскопии и офтальмоскопии глазного дна.
Заключение
Основные факторы, которые явились причиной ограничения военной службы после лазерной коррек-
ции, были связаны с высокими показателями рефракции, рефракционной амблиопией, рядом осложнений,
возникших во время и после операции (гиперкоррекция, гипокоррекция, децентрированная абляция, по-
мутнение роговицы и т.д.) и их негативное влияние на остроту и качество зрения. Лицам, перенесшим во
время военной службы лазерную коррекцию и получившим высокую остроту зрения для предотвращени-
явозникновения со стороны зрения какого-либо осложнения должно проводиться более детальное обсле-
дование. Во время освидетельствования, учитывая объективные и субъективные результаты операции, на
основании результатов дополнительных диагностических исследований в обязательном порядке должна
проводиться оценка роговицы и состояния глазного дна.
22
2016/2 (21)
ORİJİNAL MƏQALƏLƏR
Kasimov E.M., Huseynli S.F.
SIGNIFICANCE OF PERFECTION OF THE OPHTHALMOLOGICAL
INVESTIGATION IN THE INSPECTION TO THE MILITARY SERVICE OF
YOUNG AGE PEOPLE HAVING BEEN SURVIVED AN EXCIMER LASER
CORRECTION
National Centre of Ophthalmology named after acad. ZarifaAliyeva, Baku, Azerbaijan
Key words: military service, refractive surgery, excimer laser surgery, corneal topography
SUMMARY
Aim – inculcation to the practice of the improved ophthalmological investigation in the inspection to the
military service of young age people having been survived an excimer laser correction.
Material and methods
The material of this work were 208 young people (25-30 years old) having been survived an excimer laser
correction and having been examined by the military-medical expertise. The estimation of excimer laser correction
was on the basis of the objective results and at the same time of the subjective data of examination: defining
of visual acuity with and without correction, determining of objective refraction with autorefractometry(Tomey,
Japan), defining of the vision character, investigation of the anterior and posterior ocular segment on the slip-lamp
and ophthalmological research of the fundus of the eye. The exact analyses of cornea was done by topograph with
rotating Sheimpflug camera WaveLight® ALLEGRO Oculyzer (Alcon, USA).
Results
On the basis of study of 168 young people with myopia and myopic astigmatism in 27 people with hipermetropy
and hypermetropic astigmatism and in 13 with the mixed astigmatism there had been detected the various kind of
excimer laser correction. Due to thetomographic parameters’ analysis of cornea, which had been subjected to the
ablation by excimer laser, we estimated the correction character, objective results of some complications and also
the results of biomicroscopy and ophthalmoscopy of fundus of the eye on the whole.
Conclusion
The main factors, which were the cause of limited military survice following the laser correction, were connected
with the high indices of refraction (hypercorrection, hypocorrection, decentrered ablation, corneal capacity etc.),
refractive amblyopia, a number of complications appearing during and after surgery and their negative influence
on the acuity and qualification. People having been survived the laser correction during the military service,
must be subjected to the more detail examination. During inspection taking into consideration the objective and
subjective surgical results, on the basis of the additional diagnostic researches the estimation of cornea and state of
the fundus of the eye must be done without fail.
Korrespondensiya üçün:
Hüseynli Samirə Fərhad qızı, akad. Zərifə Əliyeva adına Milli Oftalmoloqiya Mərkəzinin kiçik elmi işçisi
Tel.: (99412) 569-09-07, (99412) 569-09-47
Ünvan: AZ1114, Bakı ş, Cavadxanküç, 32/15
Email: samirahuseynli@yahoo.com; administrator@eye.az: www.eye.az
Dostları ilə paylaş: |