14
Uşaq doğularkən onun başının dairəvi ölçüsü döş
qəfəsinin ölçüsündən böyük olur. Bu ölçülər müvafiq olaraq
34 və 33 sm təşkil edir. Birinci ildə başın dairəvi ölçüsü 12
sm, ikinci ildə isə yalnız 2 sm böyüyür. Sonrakı 4 ildə
böyümə cəmi 3 sm olmaqla başın dairəsi 51 sm-ə çatır. 10
yaşda bu ölçü 52 sm, 15-16 yaşlarda isə 53 sm olur. Döş
qəfəsinin dairəvi ölçüsü isə aşağıdakı ardıcıllıqla artır:
1 yaşda 48 sm
5 yaşda 56 sm
15 yaşda 73 sm
Yeni doğulmuşun başının uzunluğu ümumi boyun l/4-ni,
2 yaşlılarda 1/5-ni, 6 yaşlılarda 1/6-ni, böyüklərdə isə 1/8-ni
təşkil edir. Yeni doğulmuşun bədəninin orta nöqtəsi göbək
həlqəsi nahiyəsində yerləşir. Uşaq böyüdükcə orta nöqtə
göbəklə qasıq sümüyü arası sahəyə yerini dəyişir. Yeni
doğulmuşda yuxarı və aşağı ətrafların uzunluqları təqribən
bərabər olur. Bu bədənin uzunluğunun 1/3-i qədərdir. 7 yaşda
ayaqların uzunluğu 3 dəfə artaraq 18 sm- 57 sm-ə çatır.
Əllərin uzunluğu isə 2 dəfə artaraq 40 sm olur. Ümumi inkişaf
ərzində ayaqların uzunluğu 5 dəfə, əllərinki 4 dəfə, bədəninki
isə 3 dəfə artır.
Dostları ilə paylaş: