Yükün seçilmə prinsipi. Hərəki fəallıq zəif olduqda,
hipodinamiya, həddindən artıq səviyyədə müşahidə edildikdə
isə hiperdinamiya (hiperkineziya) yaranır. Normal hərəki
fəallıq yaşla əlaqədar olaraq dəyişilir. Məsələn, 8-9 yaşlı
yeniyetmə sutka ərzində orta hesabla 21 min addım getdiyi bir
halda, 14-15 yaşlı yeniyetmədə bu göstərici 28±0,3 min
addımadək artır və onlar sutka ərzində 150 min kqm
həcmində etdiyi iş həcmindən təxminən 3 dəfə çoxdur.
Yeniyetməlik dövründə qızların sutka ərzində icra etdiyi
addımların sayı və bu zaman onların gördükləri iş həcmi həm
yaşıd oğlanlara nisbətən 17% azlıq edir. Hərəki fəallıq
hüduddan artıq səviyyədə təzahür edildikdə orqanizim-də bir
sıra cavab reaksiyaları yaranır ki, bu da orqanizmə mənfi təsir
göstərir. Məsələn, hərəki fəallığın fizioloji tələbləri
gözlənilmədikdə, yəni fiziki tərbiyənin sürəti şiddətləndikdə
idmançılarda hipofizin ön payı və böyrəküstü vəzilərin qabıq
hissəsinin funksiyasının ləngiməsi müşahidə olunur. İdmançı
olmayan uşaqlarda isə, əlavə olaraq ürək damar sisteminin
funksional pozulması hallarına da rast gəlinir.
117
Yaşla əlaqədar olaraq hərəki fəallığın gigiyenik normativləri
Cədvəl 11.1
Uşaq və yeniyetmələrdə fiziki tərbiyənin monitorinqi.
Hiperdinamiyanın profilaktikası fiziki tərbiyəyə verilən,
fizioloji tələblərin tam gözlənilməsi ilə həll olunur. Məsələn,
məlumdur ki, əzələ qüvvəsinin və onun dözümlüyünün sürətlə
inkişafı yüngül və ağır atletika, boks, futbol və basketbol kimi
idman növləri məşğələlərində müşahidə olunur. Odur ki, bu
idman növlərinə yalnız 13-14 yaşından etibarən yeniyetmələri
cəlb etmək məsləhət bilinir. Bu zaman əvvəlcə 2-3 il ərzində
bu uşaqlar ilkin idman hazırlığı mərhələsinə keçməlidirlər.
Yalnız bundan sonra onlar əsas idman qruplarına daxil
olunurlar. Ağır atletika idman növü
misalında bu idman növü üzrə uşaq və gənclər idman
məktəbinin hazırlıq qrupuna oğlanlar yalnız 13-14 yaşında,
məktəbin ixtisas qrupuna isə 14-15 yaşından qəbul edilir.
Yuxarıdakı cədvəldə (cədvəl 11.1) yaşla əlaqədar olaraq
hərəki
fəallığın
gigiyenik
normativləri
verilmişdir.
Yaş qrupları
Hərəki fəallıq
addım hesabı
ilə (lokomosiya)
Hərəki fallığın
vaxt müddəti
(saatla)
3—4 yaşlı
5—6 yaşlı
7—10 yaşlı
11 —14 yaşlı
9—12 min
11 —15min
15—20 min
18—25 min
5 s. 30 dəq —6s
4 s. 30 dəq- 5 s
3 s. 30 dəq —4 s
15-17
yaş
oqlan
və qızlar
25—30 min
20—25 min
3—4 s
3 s—4 s 30 dəq.
118
Göründüyü kimi, insanın sutka ərzində icra etdiyi hərəki
addımların sayı yaşla əlaqədar olaraq tədricən artır. Lakin,
eyni zamanda sutka ərzindəki hərəkətetmə müddəti 5,5-6,0
saatdan (3-4 yaşlarında) 3-4,5 saatadək (gənclərdə) kiçilir.
Gün ərzində də hərəki fəallıq saat 9- dan 12-dək və saat 15-
18- dək təzahür edilir ki, bu da fizioloji baxımdan uyğundur.
Çünki sutkalıq bioritimlərdə məhz bu dövrlərdə insanda daha
böyük səviyyəli fəallıq nəzərə çarpır. Nəzərə almaq lazımdır
ki, uşaqlarda ən yüksək fəallıq yay mövsümündə nisbətən
daha zəif fəallıq qışda müşahidə olunur.
|