Qazi Əbu Əli Hüseyn ibn Əbdürrəzzaq Əbhəri
Şafi’i məzhəbinə mənsub fəqih və Həmədan şəhərinin qazisi olan Hüseyn Əbhəri h.
456-cı (1064) ildə anadan olmuşdu. O, Bağdadda təhsil almış, şeyx Xətib Əli ibn
Muhəmməddin tələbəsi olmuş, fiqh elmini ondan öyrənmişdi. O, fəzilət sahibi, saleh və
mötəbər insan kimi tanınmışdı. Alim h. 530-cu (1136) ildə vəfat etmişdir
548
.
Əbu Zeyd Şükr ibn Əhməd ibn Həməd əl-Müəddib Əbhəri
Mühəddis idi. İsfəhanda Əbu Abdullah Qasım ibn Fəzl əs-Səqəfidən hədis dinləmiş və
nəql etmişdi. Hafiz Əbü’l-Qasım Əli ibn Əsakir (öl. 1175) onun tələbələrindən olmuş,
onun hədis dərslərində iştirak etmişdi
549
. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə
yaşamışdır.
Qazi Fəxrəddin Muhəmməd ibn Xalid ibn Şuheyr Əbu Mənsur əl-Xəfifi Əbhəri
Şafi’i məzhəbinə mənsub fəqih və qazi idi. Seyyid Ziyaəddin Fəzlullah ibn Əli ibn
Abdullah ibn Həsən əl-Həsəni ər-Ravəndinin tələbəsi olmuş və h. 570-ci ildə (1175)
icazətini (diplom) ondan almışdı. Qazi Fəxrəddin Əbhəri alim, fəzilətli və saleh insan
547
İbn Əcurrum adı ilə məşhur olmuş Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Davud ibn Əcurrum əs-
Sinhəci 1273-1323-cü illərdə yaşamış Mərakeşli ərəb filoloqu idi. Onun dilçilik sahəsində qələmə aldığı
‚Müqəddimətü’l-Əcurrumiyyə‛ adlı kitab bu gün də bu sahədə ən samballı əsərlərdən biri hesab olunur. Bu əsərə
bir çox filoloq şərh yazmışdır. Azərbaycanlı filoloqlar Şihabəddin Əhməd Əbhəri və Əbu Bəkr Şirvani də bu əsərə
şərh yazmışdılar.
548
İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 112b-113a.
549
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. III, s. 435.
idi. Qaziliklə yanaşı tədrislə də məşğul olmuşdu. Onun tələbələri arasından bəzi
məşhur alimlər yetişmişdi. Bunlardan biri də h. 607-ci ildə ondan icazət almış fəqih
Muhəmməd ibn Əbü’l-Kərəm Əbdürrəzzaq ibn Əbu Bəkr ibn Heydər Qəzvinidir. İbn
Heydər Qəzvini şeyx Sədrəddin İbrahim ibn şeyx Sə’dəddin Həmmuyənin tələbəsi
olmuşdu. Qazi Fəxrəddin Muhəmməd Əbhəri h. 677-ci ilin rəcəb ayında (dekabr 1278)
vəfat etmişdir
550
.
Qazi Şəmsəddin Əbu Muhəmməd Əbdülvasi’ ibn Əbdülkafi ibn Əbdülvasi’ Əbhəri
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 599-cu (1202) ildə Əbhərdə anadan
olmuşdu
551
. Bir müddət Qəzvində yaşamış və buranın alimlərindən dərs almışdı. İbn
Ruzbeh, Əbu Abdullah Hüseyn ibnü’z-Zübeydi, Əbü’l-Fəth əl-Məndai, Müəyyəd
ibnü’l-Əhvətdən hədis və fiqhə dair bilikləri öyrənmişdi. Əbü’l-Fəth Meydanidən
müdərrislik icazəti almışdı. Hafiz Yusif ibn Əbdürrəhman əl-Mizzi (öl. 1341) ondan
hədis dinləmişdi. Alim h. 690-cı ilin şəvval ayında (oktyabr 1291) Dəməşqdə, əl-
Əsədiyyə xanəgahında vəfat etmişdi
552
. Qazi Şəmsəddin Əbhərinin tələbəsi olmuş
tanınmış alimlərdən biri də imam Şəmsəddin Zəhəbidir. Zəhəbi müəllimi haqqında
məlumat verdikdən sonra ondan dinlədiyi hədislərdən birini qeyd etmişdir: Üsamə ibn
Zeyd
553
(ا) dedi: ‚Allah Rəsulu (م) məni və (nəvəsi) Həsəni (ا) qucağına alıb demişdi:
‚Allahım, həqiqətən mən bunları çox sevirəm, sən də bu bunları sev‛
554
.
Əbü’l-Hüseyn Əbdülmuhsin ibn Abdullah ibn Əbdülmuhsin Əbhəri
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Bağdadda Nizamiyyə mədrəsəsinin
tələbəsi olmuş, Əbü’l-Fəth Əsəd ibn Əbu Nəsr əl-Mihənidən (öl. 1129) fiqh, qazi Əbu
Bəkr Muhəmməd ibn Əbdülbaqidən hədis dərsləri almışdı. Təhsilini başa vurduqdan
550
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 321.
551
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyuxü’l-Mu’cəmi’l-Kəbir, (Nşr. M. H.
Heylə), C. I, s. 426, Taif 1988.
552
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 665; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 110.
553
Üsamə, Rəsulullah Muhəmmədin (م) oğulluğu Zeyd ibn Harisənin (ا) oğlu idi.
554
ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. I, s. 427.
[
ٍُِٞو٤ك ٍٖؽُا ٝ ٢ُٗمُـأ٣ الله ٌٍٞن ٕاً
,
أُّٜثؼأك أُّٜثؼُا ٢ّٗا ُُِّْٜا
]
. Bu hədis üçün həmçinin
bax: BUXARİ, Səhih, Mənaqib, 22.
sonra vətənə qayıtmış və burada tədrislə məşğul olmuşdu
555
. Ölüm tarixi məlum deyil.
XII əsrdə yaşamışdır.
Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Həsən ibn Macə Əbhəri
Yaşadığı dövrün mühəddisləri arasında siqa hədis ravisi kimi tanınmışdı. Əbu Cə’fər
Əhməd ibn Azər əl-Əbhərinin tələbəsi olmuş, ondan hədis dinləmiş və hədis elmlərinə
dair bilikləri öyrənmişdi. Bundan başqa o, İsfəhanda təhsil almış və bu şəhərin məşhur
hədisçilərinin tələbəsi olmuşdu. İsmayıl ibn Əli əl-Hümami, Əbu Sə’d Əhməd ibn
Muhəmməd əl-Bağdadi, Əbü’l-Xeyr Muhəmməd ibn Əhməd Bağban, Mahmud ibn
Əbdülkərim Furcə kimi bir mühəddis Əbu Bəkr ibn Əhməd Əbhərinin tələbəsi olmuş,
ondan hədis dinləmişdilər. Əbu Bəkr ibn Əhməd Əbhəri h. 482-ci ilin səfər ayında
(aprel 1089) vəfat etmişdir
556
.
Qazi Əbu Bəkr Əbdürrəhman ibn Muhəmməd Əbhəri
Xorasandakı Tus və Əbivərd şəhərlərinin qazisi olmuş, daha sonra Şaş (Daşkənd)
qaziliyinə təyin edilmişdi. Həmçinin hədis ravisi idi. Əhməd ibn Muhəmməd ibn Qalib
əl-Bəsri, Muaz ibn Nəcdət, Əbu Abdullah əl-Buşnəci, Əbdüssəməd ibn Fəzl əl-Bəlxidən
hədis dinləmiş və nəql etmişdi. Lakin onun Xorasan valisi İsmayıl ibn Əhməddən bəzi
münkər və mövzu hədisləri nəql etdiyi də eşidilmişdi. Bir müddət Buxarada yaşamışdı.
Onun, Xorasanda vəzifə sahibi ikən, insanlara zülm etdiyi və yalançı olduğu deyilirdi.
Buna görə də mühəddislər arasında mötəbər hədis ravisi kimi qəbul edilməmişdi. Qazi
Əbu Bəkr Əbhəri h. 342-ci ildə (953) Şaşda ölmüşdü
557
.
İbrahim ibn Həccac Əbhəri
555
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. VI, s. 257.
556
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. VI, s. 594.
557
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 48-49; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. III, s. 338.
Hədis ravisi idi. ‚Sünən‛ adlı məşhur hədis külliyatının müəllifi Əbu Davud
Süleymanın
558
tələbəsi olmuş, ondan hədis dinləmiş və nəql etmişdi. Ölüm tarixi h. 250-
ci (864) ildən əvvələ təsadüf edir
559
.
Hafiz Əbu’ş-Şeyx Muhəmməd ibn Hüseyn Əbhəri
Hədis hafizi idi. Muhəmməd ibn Musa əl-Hurəşi, Zəkəriyyə ibn Yəhya ibn Ömər ət-Tai
və Əbu Bəkr ibn Nafi’dən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr əş-Şafi’i və Əbü’l-
Qasım ət-Təbərani ondan hədis dinləmişdilər. Hafiz Əbu’ş-Şeyx Əbhəri h. 286-cı ildə
(899) Bağdada getmiş və h. 290-cı ildə (903) orada vəfat etmişdi
560
.
Əhməd ibn Həsən ibn Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Həsən ibn Macə
Əbhəri
Mühəddis idi. Yuxarıda haqqında bəhs etdiyimiz hədis alimi Əbu Bəkr ibn Əhməd
Əbhərinin nəvəsi olan Əhməd ibn Həsən Əbhəri babasından hədis dinləmiş və nəql
etmişdi. Alim h. 552-ci ilin zilqədə ayında (dekabr 1157) vəfat etmişdi
561
.
Əsirəddin Müfəzzəl ibn Ömər ibn Müfəzzəl Əbhəri
Filosof, riyaziyyatçı, astronom və mütəkəllim olan Əsirəddin Əbhəri ilk təhsilini
Zəncanda almışdı
562
. Yeniyetməlik illərində Fəxrəddin Razidən dərs alan Əsirəddin
Əbhəri Bağdada getmiş və Nizamiyyə mədrəsəsinin tələbəsi olmuşdu. Daha sonra
Mosula gedərək burada şeyx Kəmaləddin Musa ibn Yunusun (1156-1242) xidmətinə
daxil olmuşdu
563
. 1229-cu ildə Mosuldan Ərbilə gedən Müfəzzəl Əbhəri buradakı
Darü’l-Hədisin müdərrisi olmuşdu
564
. Yaxınlaşan moğol təhlükəsi səbəbiylə Ərbili tərk
558
Əbu Davud Süleyman ibn Əş’əs ibn İshaq ibn Bəşir ibn Şəddad əs-Sicistani (817-888). Sicistan qədim Xorasanın
vilayətlərindən biridir. İndi Əfqanıstala İran arasında bölünmüş vəziyyətdədir. Əbu Davudun ‚Sünən‛ adlı əsəri
İslam dünyasında mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.
559
ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 117.
560
ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 182; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. III, s. 484.
561
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. VI, s. 595.
562
Seyyid İbrahim ZƏNCANİ, Tarixi-Zəncan; Üləma və Danişməndan, s. 109, Tehran 1352.
563
İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. V, s. 123.
564
Həmin əsər, s. 123.
edib Şam diyarına getmiş və Dəməşqdə məskunlaşmışdı
565
. Uzun müddət Şam
diyarında yaşayan Müfəzzəl Əbhəri daha sonra Anadoluya getmişdi. Onun hansı
tarixdə Anadoluya getməsi məlum deyil. Əsirəddin Əbhərinin ‚Zübdətü’l-Əsrar‛ adlı
əsərinin Konya BYEK-ndəki Nr. 925-ə qeydli nüsxəsinin istinsəx tarixi h. 644-cü (1247)
ildir. Buna istinadən onun 1247-ci ildən əvvəl Anadoluya gəldiyini deyə bilərik. Ehtimal
ki, o, moğollarla Anadolu Səlcuqluları arasında baş vermiş Kosadağ döyüşündən (1243)
əvvəl Anadoluya gəlmişdi. Onun İraqdan Suriyaya moğol təhlükəsi qarşısında
getdiyini qeyd etmişdik. Kosadağ döyüşündən sonra isə demək olar ki, bütün Anadolu
moğol işğalı təhlükəsiylə qarşı-qarşıya qalmışdı. Belə qarışıq bir vəziyyətdə onun Şam
diyarından Anadoluya gəlməsini güman etmək çətindir. Böyük ehtimalla Əsirəddin
Əbhəri 1234-1243-cü illər arasında gedib Rum diyarında məskunlaşmışdı.
İranlı tədqiqatçı M. Təqi Rezəvinin Əsirəddin Əbhərinin Anadoluya gələndən sonra
İmadəddin Əbü’l-Fida İsmayıl Əyyubi tərəfindən himayə edilməsi barədə fikrinin
566
doğru olma ehtimalı yoxdur. Belə ki, əvvəla İmadəddin Əbü’l-Fida İsmayıl heç vaxt
Anadoluda yaşamamışdır. Hətta Anadoluda yaşasaydı belə 1265-ci ildə ölən Əsirəddin
Əbhəri ilə görüşə bilməzdi. Çünki İmadəddin Əbü’l-Fida 1273-cü ildə doğulmuş, 1331-
ci ildə ölmüşdü.
Daha çox fəlsəfə və məntiq sahələrində əsər qələmə almış Əsirəddin Əbhərinin ən
məşhur əsəri ‚İsağuci‛dir. Bu əsər həm də ‚Risalətü’l-Əsiriyyə fi’l-Məntiq‛ adı ilə
tanınmışdır
567
. Qədim yunan filosofu Porfirinin (Porphyrius) də ‚Esagogie‛
(Kateqoriyalara Giriş) adlı əsəri var idi. Bu əsər Abbasi xəlifələrindən Mənsurun istəyi
ilə yunancadan ərəb dilinə tərcümə edilmişdi
568
. Əsirəddin Əbhərinin adı çəkilən
əsərinin dünyadakı əlyazma əsər kitabxanalarında yüzlərlə nüsxəsi mövcuddur. Çünki
bu əsər uzun müddət mədrəsələrdə məntiq sahisəndə dərslik kimi istifadə olunmuşdu.
Alimin fəlsəfə və məntiqə dair digər əsərləri bunlardır: ‚Tənzilü’l-Əfkar fi Tə’dili’l-
Əsrar‛, ‚Kəşfü’l-Həqayiq fi’t-Təhriri’d-Dəqaiq‛, ‚Risalətü’l-Bahirə fi Məqalətü’z-
565
Əli Əsğər HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, Əz Ağaze-İslam ta İmruz, s. 598, Tehran (Trz).
566
Muhəmməd Təqi REZƏVİ, Əhval və Asar Xacə Nasirəddini-Tusi, s. 184-186, Tehran 1354.
567
Mirzə M. Əli MÜDƏRRİS, Reyhanətü’l-Ədəb, C. I, s. 74, Təbriz (Trz).
568
Macit FAHRİ, İslam Felsefesi Tarihi, s. 27-29, İstanbul 1998.
Zahirə‛, ‚Kitab Bəyanü’l-Əsrar‛, ‚Təlxisü’l-Həqayiq‛, ‚Zübdətü’l-Əsrar‛, ‚Təhzibü’l-
Nükhət‛, ‚Risalə fi Fəsadü’l-Əbhas‛, ‚Risalə Müştəmilə ələ Səməni Əşərə Məs’ələtin
fi’l-Kəlam‛, ‚Mərasidü’l-Məqasid‛, ‚Hidayətü’l-Hikmə‛. Astronomiyaya dair əsərləri
bunlardır: ‚Risalə fi İlmü’l-Astrolab‛, ‚Müxtəsər fi İlmü’l-Hey’ə‛, ‚Zicü’ş-Şamil‛,
‚Dirayətü’l-Əflak‛, ‚Zicü’l-İxtiyari‛, ‚Zicü’l-Müləxxəs‛, ‚Müləxxəs fi Sən’əti’l-Məcisti‛.
Həndəsəyə dair əsərləri bunlardır: ‚İslahu Kitabü’l-Ustukusat fi’l-Həndəsə li’l-Uqlidis‛,
‚Risalə fi Bərqari’l-Məqtu‘‛.
Əsirəddin Əbhəri ilə Nasirəddin Tusi arasında xoş münasibətlər olduğu və onların
məktublaşdıqları məlumdur. Əsirəddin Əbhəri ‚Tənzilü’l-Əfkar fi Tə’dili’l-Əsrar‛ adlı
əsərini N. Tusiyə göndərmiş, o, da bu əsərə ‚Tə’dilü’l-Me’yar fi Nəqdi Tənzilü’l-Əfkar‛
adlı şərh yazmışdı
569
.
XIII-XIV əsrlərə aid Anadolunun yerli tarixi mənbələrində münəccim Əsirəddin adlı bir
şəxs haqqında danışılır. ‚Müsamərətü’l-Əxbar‛ müəllifi bu şəxs haqqında yüksək
fikirlər bəyan edərkən
570
İbn Bibi münəccim Əsirəddinin fitnə və məkrdə tayı-bərabəri
olmadığını qeyd edir
571
. İbn Bibi münəccim Əsirəddinə mənfi münasibətinin səbəbini
açıqlayarkən bir hadisədən söhbət açır. Sabiq yüksək rütbəli dövlət məmurlarından
Tacəddin Mu’təzin oğlu Zeynəddin moğollarla məktublaşdığı üçün Anadolu
Səlcuqlularının səltənət naibi Cəlaləddin Qaratayın (öl. 1254) əmri ilə həbs edilmişdi.
Münəccim Əsirəddin bunu eşidən kimi daha ətraflı xəbər almaq üçün divana getmişdi.
Divan məmurları münəccim Əsirəddindən çəkinirdilər. Çünki bu şəxsin fitnə və
məkrdə tayı-bərabəri yox idi. Zeynəddin 3-4 gün sonra əmir Cəlaləddin Qaratayın
göstərişi ilə Antaliya qalasına aparılaraq oradakı zindanda həbs edilir. Moğolların
yanında olan Səlcuqlu elçiləri Konyaya qayıdanda münəccim Əsirəddini Arranda
gördüklərini bildirirlər. O, moğol komandanı Baycu noyanın yanına gedərək
Zeynəddinin həbsi ilə əlaqəli təfsilatlı məlumat vermiş, bunun müqabilində qiymətli
hədiyyələr almışdı. Zeynəddin Baycu noyanın tələbi ilə Antaliyadakı zindandan
Konyaya gətirilmişdi. Daha sonra sərbəst buraxılan Zeynəddin Baycu noyanın yanına
569
REZƏVİ, həmin əsər, s. 186.
570
AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 419.
571
Hüseyn ibn Muhəmməd İBN BİBİ, Əvamirü’l-Əlaiyyə fi Umuri’l-Əlaiyyə, (Nşr. A. S. Erzi), s. 273, Ankara 1956.
getmişdi
572
. Burada sözü gedən münəccimin Əsirəddin Əbhəri olduğunu
dəqiqləşdirmək çətindir. Lakin qeyd etmək lazımdır ki, onun yaxın dostu Nasirəddin
Tusi moğol Elxanilərə sədaqətlə xidmət etmişdi. Həmin bu dövrdə Anadoluda
Əsirəddin adlı ikinci bir münəccim, astronom yaşamamışdır.
Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Əmr Əbhəri
əs-Siqa, yəni mötəbər hədis ravisi idi. Bir müddət İsfəhanda yaşamış və İsfəhanın
tanınmış hədis alimlərinin tələbəsi olmuşdur. Bəsrədə Nəsr ibn Əli və Əbi’r-Rəbyi’ əs-
Səmtidən hədis dinləmiş və nəql etmişdi. Aşağıdakı hədisin raviləri arasında Əbu
Abdullah Muhəmməd Əbhəri vardır: Allah Rəsulu (م) buyurdular ki; ‚Allah İmranın
qızı Məryəmi, Fironun xanımı Asiyəni və Musanın bacısı Külsümü cənnətdə mənə
zövcə olaraq verməyə hökm etdi‛
573
. Əbu Abdullah Muhəmməd Əbhəri H. 315-ci ildə
(927) vəfat etmişdi
574
.
Hüseyn ibn Muhəmməd ibn Əsid Əbhəri
Hədis ravisi idi. Əhməd ibn Sabit ər-Razi, Səid ibn Ənbəsə ər-Razi, Əmr ibn Əli əl-
İsfəhanidən hədis dinləmiş və nəql etmişdi. H. 293-cü ildə (906) vəfat etmişdi
575
.
Qazi Muhyəddin Əbu Salim Əhməd ibn Əbu’n-Nəcm ibn Muhəmməd ibn
Əbdülmün’im əl-Üseydi Əbhəri
Mühəddis və eyni zamanda Əbhər şəhərinin qazisi idi. Əbu Əli Həsən ibn Əhməd əl-
Muqri və Əbu Bəkr Əhməd əz-Zəncaninin tələbəsi olmuş, onlardan hədis, fiqh dərsləri
və icazətnamə almışdı. Muhyəddin Əbhərinin ölüm tarixi h. 600-cü (1204) ildən sonraya
təsadüf edir. İbnü’l-Fuvatinin yazdığına görə alim Əbhərdə vəfat edərkən yaşı 100-ü
572
Yenə orada.
573
İBN MACƏ, Sünən, Nikah babı, s. 311. (ٕٞػهك جأهٓاٝ ٠ٌٞٓ دـأ ْصًِٝ ٕاهٔػ د٘ت ْ٣هٓ ح٘عُا ٢ك ٢٘ظٝو الله ٕأ ٖ٤ِٔؼذ آأ حشئاػ ا٣). Bəzi
mühəddislər, məsələn şeyx Nasirəddin Əlbani, bu hədisin, münkər hədis olduğunu bildirmişdilər. Bax:
http://arabic.islamicweb.com/Books/albani.asp?id=1113
. Münkər hədis, yəni ravilərindən birinin zəif olduğu
hədisdir. Daha doğrusu zəif bir ravinin siqa raviyə müxalif olaraq nəql etdiyi hədisdir.
574
ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 273.
575
ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 274.
ötmüşdü
576
. Cəmaləddin Əsnəvi, irəlidə haqqında ətraflı məlumat verəcəyimiz, 1012-
1107-ci illərdə yaşamış Əbu Bəkr Əhməd əz-Zəncaninin qazi Muhyəddin Əbhərinin
müəllimi olduğunu qeyd etmişdir
577
. 1107-ci ildə vəfat etmiş bir şəxsin tələbəsi
olduğuna görə görünür vəfat edərkən Muhyəddin Əbhərinin yaşı 100-ü xeyli ötübmüş.
Qazi Muhyəddin Əbu’t-Təyyib Muhəmməd ibnü’l-Mükərrəm ibn Məs’ud ibn
Həmmad əl-Əyyadi Əbhəri
Yaşadığı dövrün tanınmış fəqihlərindən və alimlərindən biri olmuşdur
578
. İbnü’l-Fuvati
alimin yaşadığı dövr və ya ölüm tarixiylə bağlı heç bir məlumat verməmişdir.
Müəddib İzzəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbdürrəhman ibn Muhəmməd Əhəri
Onun atası Şəmsəddin Əbdürrəhman dövrünün tanınmış alimlərindən idi və köçüb
Təbrizdə məskunlaşmışdı. İzzəddin Əbü’l-Fəzl Əhəri öz atasının yanında təhsil almışdı.
O, gözəl xəttlə yazı yazırdı. İzzəddin Əbü’l-Fəzl Əhərinin Təbriz şəhərində əyan və
zadəgan uşaqlarının təhsil aldıqları şəxsi məktəbi var idi. Tarixçi İbnü’l-Fuvati onunla
iki dəfə görüşdüyünü qeyd etmişdir. Birinci dəfə Əhərdə şeyx Cəlaləddin Əbdülhəqq
Əhərinin yanında, ikinci dəfə isə 1266-cı ildə Təbrizdə xətib Şihabəddin əl-Həddadi
Təbrizinin evində
579
. İbnü’l-Fuvati İzzəddin Əhərinin ölüm tarixini qeyd etməmişdir.
Güman ki, o, İbnü’l-Fuvatidən (öl. 1323) sonra vəfat etmişdir.
Hacib Fəxrəddin Cəbrayıl ibn Əhməd Peykər Əhəri
İbnü’l-Fuvati onun haciblər nəslinə mənsub olduğunu və hacib ‚Təşkin əl-Kəbir‛in
580
oğlu olduğunu qeyd edir. Hacib Fəxrəddin Cəbrayılın Nurəddin Mikayıl adlı bir
qardaşı da var idi. Hacib Fəxrəddin Azərbaycanın Əhər, Əvrab, Mincarun qalalarının
və bu qalaların ətrafındakı ərazilərin hakimi idi. O, vəzir Rəbibəddin Əbü’l-Qasım
576
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
577
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 301-302.
578
BÜNYADOV, həmin məqalə.
579
BÜNYADOV, həmin məqalə.
580
[ه٤ثٌُا ٖ٤ٌشذ]
Harunun yaxın dostu idi. Onun ölümündən sonra Şəmsəddin Əlişir haciblik
vəzifəsində təyin olunmuşdu
581
.
İbnü’l-Fuvatinin ‚Məcməü’l-Adab‛ını təhqiq edib nəşrə hazırlayan Dr. Mustafa Cavad
bu adı şərh edərkən ‚bu ad Nuştəkin adını xatırladır və Nuştəkin Əbu Nəsr ibn
Cuheyrin xidmətində olan əmirlərdən biri idi‛ deyə qeyd etmişdir. Azərbaycanın
coğrafiyası və tarixi ilə tanış olmaması naşiri yanıltmışdır. Burada sözü gedən şəxsin
adı əslində ‚Təşkinü’l-Kəbir‛ deyil Piştəkindir. Bu şəxs və onun nəsli haqqında Nəsəvi
öz əsərində ətraflı və maraqlı məlumat verir. Nəsəvinin yazdığına görə sultan
Muhəmməd Xarəzmşah (1200-1220) İran, İraqi-Əcəm və Azərbaycanın bir qismini işğal
edib atabəy Özbəyin (1211-1225) ordusu məğlub edəndən sonra atabəyin vəziri
Rəbibəddin Əbü’l-Qasım Harunu və atabəyin əmirlərindən məlik Nüsrətəddin
Muhəmməd ibn Piştəkini (öl. 1231) əsir almışdı
582
. Muhəmməd Xarəzmşah hər gün
Həmədan şəhərinin meydanında topağac (polo) oynayır, əsir vəziri və əmirləri də
meydanda ayaq üstə dayanıb ona tamaşa etməyə məcbur edirdi. Bunula o, əslində
əsirləri alçaltmaq məqsədi güdürdü. Belə günlərdən birində sultan Muhəmmədin
gözünə məlik Nüsrətəddin Muhəmmədin qulaqlarındakı iri sırğalar sataşdı. Bu
halqavari sırğaların hər biri bilərzik böyüklüyündə idi. Sultan məlik Nüsrətəddinə
yaxınlaşıb ‚bunlar nədir belə?‛ deyə soruşmuşdu. Məlik Nüsrətəddin isə belə cavab
vermişdi: ‚Böyük Səlcuqlu sultanı Alparslan (1063-1072) gürcü çarının (IV Baqrat)
ordusunu məğlub etdiyi vaxt (1064) əsir alınmış gürcü komandanları onun hüzuruna
gətirilmişdilər. Sultan onları edam etdirməyib canlarını bağışladı, sonra da onları
Böyük Səlcuqlu dövlətinə xidmət etmələri şərtiylə əsirlikdən azad etdi. Onların hər biri
üçün bir cüt qızıl sırğa düzəltdirib üstünə öz adını yazdırdı və onların qulaqlarına
taxdırdı. Səlcuqlu dövləti zəiflədiyi vaxt həmin məmlüklər itaətdən imtina etdilər.
Sadəcə mənim babam İslamı qəbul etdi. O, Allaha itaət və sultana sədaqətdən ötrü
peşman olmadı‛. Onun bu sözləri Muhəmməd Xarəzmşahı mütəəssir etdi, sultanın
qəlbi riqqətə gəldi və onu əsirlərin arasından ayırdı. Hətta öz əli ilə ona xələt
geyindirdi. Sonra ondan Azərbaycanda haranın hakimi olduğunu soruşdu. Məlik
581
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 140.
582
Bu haqda daha ətraflı məlumat üçün bax: BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 110; İbrahim
KAFESOĞLU, Harezmşahlar Devleti Tarihi, s. 203, Ankara 1992.
Nüsrətəddin ‚Əhər və Ləvla qalalarının‛ deyə cavab verdi. Sultan sahib olduğu
mülklərin və üstəlik Sərab şəhərinin də hakimliyini ona verdiyinə dair fərman
imzaladı‛
583
. Göründüyü kimi məlik Nüsrətəddin Muhəmməd ibn Piştəkin babasının
gürcü ordu komandanı olduğunu, əsir düşüb, sonra azad edildiyini və İslamı qəbul
edərək Əhər və ətraf vilayətlərin hakimi olduğunu bildirmişdir. İbnü’l-Fuvati isə hacib
Fəxrəddin Cəbrayılın atasının adının ‚Təşkinü’l-Kəbir‛, yəni böyük Təşkin (yəni
Piştəkin) olduğunu yazmışdır. Ehtimal ki, əlyazmada ‚Biştəkinü’l-Kəbir‛ və ya
‚Bişkinü’l-Kəbir‛ yazılmışdır. Çünki ərəb dilində ‚p‛ səsi və bunu ifadə edən hərf
yoxdur. Naşir isə bunu ‚Təşkin‛ kimi oxumuşdur. Ərəb orfoqrafiyasının
xüsusiyyətlərindən irəli gələn dolaşıqlığın Dr. Mustafa Cavadı yanıltdığını düşünürük.
Əmir Piştəkinin Əhərdən başqa sahib olduğu, Nəsəvinin Ləvla, İbnü’l-Fuvatinin isə
Əvrab olaraq qeyd etdikləri, qala isə indiki Meşkin şəhəridir ki, Əhərlə Ərdəbil
arasında yerləşir. Meşkin isə ‚Piştəkin‛in
584
vaxt keçdikcə deformasiyaya uğramış
şəklidir. Həmidullah Müstəvfi (öl. 1350) Azərbaycan coğrafiyası haqqında məlumat
verərkən ‚Pişkin‛ maddəsində belə yazır: ‚Bu şəhərin əvvəlki adı Vəravi idi. Lakin
sonra gürcü Pişkin buraya canişin təyin olundu və şəhər onun adı ilə adlandırıldı‛
585
.
Həmidullah Müstəvfinin ‚Pişkin‛ adlandırdığı gürcü canişin isə bu şəhərin
hakimlərinin babası böyük Piştəkindən başqası deyildir
586
.
İbnü’l-Fuvatinin qeydlərindən hacib Fəxrəddin Cəbrayıl Əhərinin atabəy Özbəyin
(1211-1225) vəziri Rəbibəddin Əbü’l-Qasım Harunun müasiri olduğu məlum olur. Elə
isə hacib Fəxrəddinin XII-XIII əsrlərdə yaşadığını təxmin etmək olar. Ehtimal ki, məlik
583
Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, s. 60-61.
584
Fikrimizcə bu ad məhz ‚Piştəkin‛ olaraq oxunmalıdır. Sözü gedən şəxsin gürcü ordusunun əsir düşmüş hərbi
komandanı olduğunu nərzərə alaraq belə demək olar. ‚Piştəkin‛ iki ayrı sözün, farsca ön, qabaq, qabaqcıl, rəhbər,
öndəki mənasını ifadə edən ‚piş‛ və türkcə şahzadə, bəyzadə mənasını ifadə edən ‚təkin‛ (əslində ‚tegin‛ və ya
‚tigin‛) sözlərinin birləşməsindən meydana gəlmişdir. Türk və İslam tarixində əsirlikdən əmirliyə və hökmdarlığa
yüksəlmis çox sayıda mənşəcə türk olan şəxsə rast gəlmək olar. Məsələn bunlardan Alptəkin, Səbüktəkin, Savtəkin,
Ənuştəkin, Böritəkin, Bəgtəkini nümunə göstərmək olar. Fikrimizcə burada sözü gedən Piştəkin də gürcü ordusunda
xidmət edən və məşəcə türk olan sərkərdə idi. Çünki sözü gedən dövrdə gürcü ordusunda çox sayıda qıpçaq türkü
xidmət etmişdir. Məlik Nüsrətəddinin də dediyi kimi onun ulu babası Səlcuqlu dövlətinin zəifləməsindən sui-
istifadə edərək itaətdən boyun qaçırmamış, əksinə İslamı qəbul etmişdi. Fikrimizcə onu belə bir addıma sövq edən
şey Azərbaycanda məzh öz irqdaşları arasında olması olmuşdur. ‚Piş‛ və ‚Tegin‛ sözləri üçün bax: KANAR, Büyük
Farsça-Türkçe Sözlük, s. 154; Orhan Güdül KUTALMIŞ, Türkçe İnsan Adları ve Anlam-kökenleri, s. 249, 252.
http://www.kitablar.org/details.php?book_id=1008
585
Həmidullah Əhməd ibn Əbu Bəkr əl-MÜSTƏVFİ, Nüzhətü’l-Qülub, s. 85, (Nşr. G. Le Strange) London 1919.
586
Piştəkinlər sülaləsi haqqında bax: İ. P. PETRUŞEVSKİY, Oçerki po İstorii Feodalnıx Otnoşeniy v Azerbaydjane i
Armenii v XVI-XIX vv, s. 79, Leninqrad 1949.
Nüsrətəddin Muhəmməd hacib Fəxrəddin Cəbrayıl Əhərinin və ya onun qardaşı
Nurəddin Mikayılın oğlu idi.
Dostları ilə paylaş: |