Beyləqan şəhərinin də təməlini qoyduğunu yazır
75
. Q. Əhmədov onun bu yanlışını
sonralar digər ərəbdilli coğrafiyaşünas və səyyahların da təkrarladığını bildirir
76
.
Həqiqətən də istər antik dövr mənbələri, istərsə də arxeoloji qazıntılar Beyləqanın I
Qubaddan əvvəl də mövcud olduğunu sübuta yetirirlər. Beyləqan rayonunun Kəbirli
kəndi yaxınlığındakı Örənqala adlanan qədim Beyləqan xarabalıqlarında aparılan
qazıntılar şəhərin möhkəm qala divarları ilə əhatə olunduğunu göstərir. İç qalanın
(əhmədək) divarlarının uzunluğu 1525 m, xarici qala divarlarının ümumi uzunluğu isə
2400 m. dir. Qala divarlarının içində qalan ümumi sahə 40 ha-dır
77
. Əvvəl xilafət, sonra
isə Böyük Səlcuqlular dövründə ticari-iqtisadi, mədəni-elmi baxımdan getdikcə inkişaf
edən Beyləqan Azərbaycan Atabəyləri dövründə Azərbaycanın ən böyük şəhərlərindən
birinə çevrilmişdi
78
. XII əsrin sonu-XIII əsrin əvvəllərində gürcü və xarəzmlilərin
işğalına uğrayan Beyləqan dağıntılara məruz qalmışdı
79
. 1221-ci ilin noyabr ayında
Beyləqana yaxınlaşan moğol orduları mühasirəyə aldıqları Beyləqana danışıq aparmaq
üçün öz nümayəndələrini göndərmişdilər. Şəhər əhalisi gələn moğol elçisini öldürmüş,
bundan sonra moğollar Beyləqana hücum edərək şəhəri zorla ələ keçirmişidlər.
Moğollar Beyləqan əhalisini böyük-kiçik, qadın-uşaq ayırmadan hamısını qılıncdan
keçirərək dəhşətli qətliam törətmiş, şəhəri demək olar ki, yer üzündən silmidilər
80
.
Həmidullah Qəzvini XIV əsrdə bu şəhərin xarabalıqlardan ibarət olduğunu yazmışdır
81
.
Strateji baxımdan böyük əhəmiyyətə malik coğrafiyada yerləşdiyi üçün Dərbənd hələ
qədim zamanlardan özünün qala divarları və istehkamları ilə tanınmışdı. Orta əsr
ərəbdilli mənbələr Dərbəndin Sasani şahı Ənuşirvani-Adil tərəfindən inşa edildiyini
74
Nüzhətü’l-Qülub, s. 92.
75
Məsalik, s. 39.
[
لاثه ٠٘تٝ
حَِثه ح٘٣كٓٝ حػلهت ح٘٣كٓٝ ٕاوِ٤ثُا ح٘٣كٓ
]
76
Qara ƏHMƏDOV, Qədim Beyləqan, s. 37, Bakı 1997.
77
GÖYÜŞOV, həmin əsər, s. 126.
78
Bax: ƏHMƏDOV, həmin əsər, s. 44-79; Ziya BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 195-197, Bakı 1985;
79
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 367.
80
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 337-339.
81
Nüzhətü’l-Qülub, s. 92.
qeyd etsələr
82
də arxeoloji qazıntılar hələ e.ə. III minilliyin əvvəllərindən Dərbənd
ərazisində qədim yaşayış yeri olduğunu üzə çıxarmışdır
83
. Bu şəhərin ətrafının qala
divarları ilə möhkəmləndirilməsinin tarixi isə e.ə. VIII-VI əsrlərə qədər gedib çıxır
84
.
Sasanilərin hakimiyyəti dövründə isə Dərbənd yenidən inşa edilərək alınmaz qalaya
çevrilmişdi. Ənuşirvan adı ilə məşhur olmuş şah I Xosrov Pərviz (531-579) Dərbəndin
yenidən inşa edilib möhkəmləndiriməsində mühüm rol oynamışdı
85
. Sasanilər Dərbədə
və ətraf vilayətlərdə çox sayıda farsdilli əhali məskunlaşdırmışdılar. Şimal-cənub yolu
üzərində, Qafqazla Xəzər arasındakı dar keçidə nəzarət etdiyi üçün Dərbənd cənubi
Qafqazın açarı hesab edilirdi. İnzibati-hərbi əhəmiyyəti ilə yanaşı Dərbənd həm də
Xəzər sahillərindəki mühüm limanlardan biri idi. İbnü’l-Verdi Dərbənd qalasının
üzərində yerləşdiyi dağdan dənizin içinə doğru uzanan qala divarları üzərində on ədəd
qapının
86
, yəni nəzarət-buraxılış məntəqəsinin olduğunu qeyd etmişdir. VIII əsrin
birinci yarısından etibarən Dərbənd xilafətin şimala açılan qapısına çevrilmişdi. İstər
Əməvilər, istərsə də Abbasilər Dərbəndin müdafiə sistemininin möhkəmləndirilməsinə
böyük əhəmiyyət vermişdilər. Xilafətin zəiflədiyi dövrlərdə isə Dərbənddə qurulan
Haşimi əmirliyi şəhəri və ətraf vilayətləri idarə etmişdi. 988-ci ildə Dərbənd Haşimi
əmirliyi Şirvanşahlar dövlətinə birləşdirilmişdi. 1077-ci ildə isə Dərbəndə də Şirvanla
birlikdə İraq Səlcuqlu dövlətinə daxil edilmişdi. XII əsrdən XIII ikinci rübünə qədər
Dərbənd yenidən müstəqil əmirlik kimi idarə olunmuşdu
87
. Sonrakı əsrlərdə Dərbənd
Şivanşahlar dövlətinin şimalındakı ən mühüm iqtisadi, inzibati və mədəni mərkəz
olmuşdu.
1130-cu illərin əvvəllərində Dərbəndə olan şafi’i fəqihi və səyyah Əbu Hamid əl-Qırnati
(1080-1170) bu şəhərin və ətraf vilayətlərin iqtisadi və ictimai həyatı haqqında dəyərli
məlumatlar vermişdir. Səyyahın qeydlərindən məlum olur ki, Dərbənd şəri’ elmlərin
tədris olunduğu mərkəz olaraq şimali Qafqaz xalqları arasında İslamın yayılmasında
müstəsna rol oynamışdı. Dərbənd əmiri Əbü’l-Qasımın qonağı olduğunu yazan Əbu
82
Siracəddin Əbü’l-Həfs Ömər İBNü’l-VERDİ, Xəridətü’l-Əcaib və Fəridətü’l-Qəraib, (Nşr. A. Bədravi), s. 114-115,
Beyrut 1970; YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 211.
83
GÖYÜŞOV, həmin əsər, s. 134.
84
Yenə orada.
85
BARTOLD, Soçineniya, C. III, s. 419-437.
86
İBNü’l-VERDİ, Xəridətü’l-Əcaib, s. 115.
87
Sara AŞURBƏYLİ, Şirvanşahlar Dövləti, VI-XVI əsrlər, s. 188, 239, Bakı 2006.
Hamid əl-Qırnati əmirin onun dərslərində ‚əl-Muqni‛
88
adlı fiqh kitabını oxuduğunu
qeyd edir. O, həmçinin qafqazlı müsəlmanlarının dini elmlərə böyük maraq
göstərdiyini də yazır. Fiqh dərslərində müxtəlif dillərdə danışan qafqazlıların iştirak
etdiyini qeyd edən Əbu Hamid əl-Qırnati əmir Əbü’l-Qasımın dərslərdə onun üçün
tərcümanlıq etdiyini bildirir. Qırnati əmirin ərəbcə, farsca, türkcə ilə yanaşı ləkz,
təbərsəran, filan, haydaq, qumuq, qalan, sərir, alan (osetin), zərihkəran dillərində də
sərbəst danışdığını qeyd etmişdir. Əmirin bacısının evində qonaq ikən qadının qardaşı
vasitəsi ilə ona sırf qadınlara aid bir sual verməsini yazan əl-Qırnati sualı
cavablandırdıqdan sonra qadının belə bir sualla müraciət etməsinə müsbət
münasibətini bildirmiş və Peyğəmbərin (م) ‚Ənsarın qadınları nə yaxşı xanımlardır.
Həya (utancaqlıq) onların öz dinlərini öyrənmələrinə mane olmur‛
89
hədisini
xatırlatmışdı
90
.
Başqa bir alim, hafiz Əbu Tahir əs-Süləfi İsfəhani (1083-1181) də Azərbaycanın
şəhərlərini gəzmiş, o cümlədən Dərbənddə olmuşdu. Hafiz Əbu Tahir burada dövrün
tanınmış fəqih və mühəddislərindən olan Əbü’l-Qasım Maymun Dərbəndi ilə görüşüb
ondan hədis dinlədiyini yazır
91
. Hafiz Əbu Tahir İsfəhani ilə Əbu Hamid əl-Qırnatinin
səyahətləri təqribən eyni dövrə təsadüf edir. Əbu Tahirin hədis dinlədiyi Əbü’l-Qasım
Maymun Dərbəndi ilə əl-Qırnatinin haqqında bəhs etdiyi əmir Əbü’l-Qasımın eyni şəxs
olub olmadığını müəyyənləşdirmək mümkün olmadı. Lakin hər iki müəllifin qeydləri
Dərbəndin bu dövrdə Azərbaycanın mühüm elm və mədəniyyət mərkəzlərindən biri
olduğunu deməyə əsas verir.
Orta əsr müsəlman tarixçi və coğrafiyaşünasların əsərlərində bu şəhərin adı ‚Dərbənd‛,
‚Babü’l-Əbvab‛ və ya qısaca ‚əl-Bab‛ kimi qeyd olunduğu kimi bioqrafiya kitablarında
da dərbəndli məşhur şəxsiyyətlərin nisbəsinin ‚Dərbəndi‛ və ‚əl-Babi‛ kimi
yazıldığının şahidi oluruq. Biz burada haqqında məlumat verdiyimiz şəxslərin
88
‚Kitabü’l-Muqni‛ Bağdadlı tanınmış şafi’i fəqihi Əbü’l-Həsən Əhməd əl-Məhamilinin (978-1024) əsəridir.
89
Bu hədis üçün bax: Əbu Abdullah Muhəmməd ibn Yəzid İBN MACƏ əl-Qəzvini, Sünən, Təharət, Nr. 642, (Trc. H.
Hatipoğlu), C. II, s. 549, İstanbul 1983.
(
ناصٗلأا ءاٍٗ ُءاٍُ٘ا َْْؼِٗ
،
ٖ٣كُا ٢ك ٖٜولر٣ ٕأ ءا٤ؽُا َّٖٜؼ٘ٔ٣ ٌٖ٣ ُْ
)
90
Əbu Hamid Muhəmməd ibn Əbdürrəhman əl-QIRNATİ, Nuxbətü’l-Əlzən fi Əcaibü’l-Büldan, (Trc. O. Bolşakov), s.
27-28, Moskva 1971. İspaniyalı ərəb səyyahı və alimi Əbu Hamid əl-Qırnati 1117-1155-ci illərdə Əndəlüsdən Misirə
gələrək, Hicaz, İraq, Şam diyarı, İran, Orta Asiya, Azərbaycan, Şimali Qafqaz, Rusiya, Ukrayna və Macarıstan əhatə
edən səyahətə çıxmış və səyahət xatirələrini kitablaşdırmışdı.
91
Əbu Tahir Əhməd ibn Muhəmməd əs-Süləfi İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, (Hzr. A. Rabih), s. 177-178, Dəməşq
1992.
nisbəsini, istinad etdiyimiz mənbədə necə yazılmasından aslı olmayaraq, ‚Dərbəndi‛
kimi qeyd etmişik.
Əvvəla onu qeyd edək ki, orta əsr tarixi və coğrafi mənbələrin demək olar ki, tamamına
yaxınının Azərbaycan şəhəri kimi göstərdiyi Düveyn şəhərinə Azərbaycan
tarixçiliyində çox az yer verilmişdi. Azərbaycanın tarixi və siyasi coğrafiyası ilə bağlı
qələmə alınmış tədqiqat əsərlərində Düveyn erməni şəhəri kimi qeyd olunmuşdur.
Halbuki, aşağıda görəcəyimiz kimi, bir neçəsi istisna olmaqla, tarixi mənbələrin hamısı
Düveynin Azərbaycanın qədim şəhərlərindən biri olduğunu açıq-aşkar şəkildə bəyan
etməkdədirlər. Əvvəla şəhərin adının yazılışından başlayaq. Azərbaycanlı tarixçilər bu
şəhərin adını, bəzi ərəbdilli mənbələrdə yazıldığı formada ‚Dəbil‛
[
َ٤تق
]
kimi qeyd
edirlər. Bunu ‚Dübeyl‛ kimi də oxumaq mümkündür. Erməni, rus və avropalı tarixçi
və şərqşünaslar isə şəhərin adını ‚Dvin‛ olaraq yazırlar. Orta əsr ərəbdilli müəlliflərin
əksəriyyəti isə şəhərin adını ‚Düveyn‛
[
ٖ٣ٝق
]
olaraq qeyd edirlər. Ərəb qrafikası ilə
hərəkəsiz bunu Dvin kimi də oxumaq mümkündür. Lakin ərəb orfoqrafiyasının
xüsusiyyətlərindən irəli gələn tələblərə görə bu yazı məhz ‚Düveyn‛ kimi oxunmalıdır.
Bir çox orta əsr müəllifləri də bu yazını məhz ‚Düveyn‛
[
ٖ٣ُٝق
]
kimi oxunacaq şəkildə
hərəkələmişdirlər. Şəhərin adının Dəbil deyil, məhz Düveyn kimi yazılıb oxunmasını
bizim üçün zəruri edən başqa bir səbəb orta əsrlərdə Hindistan
92
və Suriyada da Dəbil
adlı yaşayış məntəqəsinin mövcud olmasıdır
93
. Bəzi mənbələrdə bu şəhərin adının
‚Düvən‛, burada yetişmiş şəxslərin nisbəsinin isə ‚Düvəni‛ şəklində qeyd olunduğunu
da görürürk. Azərbaycanın şəhərlərinə etdiyi elmi səyaət vaxtı Düveynə də gələn Əbu
Tahir əs-Süləfi əsərində şəhərin adını Düvən, orada gösüşüb hədis dinlədiyi
mühəddisin adını isə Əbu Muhəmməd Əbdürrəhman əd-Düvəni kimi qeyd etmişdir
94
.
İbn Xəllikan yazır: ‚o şəhərdən olanlar əd-Düveyni, həmçinin əd-Düvəni adlanırlar‛
95
.
Hüdudü’l-Aləm müəllifi də bu şəhəri Düvən adlandırır, lakin bolluq, bərəkət və rifah
dolu olduğunu bildirdiyi şəhərin Ərməniyyədə olduğunu qeyd edir
96
. İbn Xordadbeh
92
Bu şəhərin adı ‚Dəybil‛ idi. İndiki Pakistanın Sind vilayətində, təqribən Heydərabad şəhəri ətrafında yerləşirdi.
93
Bax: Cəmaləddin Əbdürrəhim əl-ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 252; Beyrut 1987; SƏM’ANİ, Kitabü’l-Ənsab,
C. II, s. 188.
94
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 73.
95
Vəfayatü’l-Əyan, C. I, s. 259.
[
ٖ٣ٝقٝ
...
اًاع٣أ ٢ٗٝكُاٝ ٢٘٣ٝكُا اٜ٤ُئ ةٍ٘٣ٝ
]
96
Hüdudü’l-Aləm, s. 120.
Nəşəva (Naxçıvan) ilə Düveyn arasında 20 fərsəx (113,7 km) məsafə olduğunu yazır
97
.
Müasir ölçmə texnologiyaları da indiki Düveyn xarabalıqları ilə Naxçıvan şəhəri
arasındakı məsafənin 113-115 km olduğunu göstərir.
Yaqut əl-Həməvi Düveynin Ərməniyyənin Arranla sərhəddindəki şəhər olduğunu
yazmışdır
98
. Suriyalı Mixail də Düveyni erməni şəhəri adlandırır
99
. Yaqut əl-Həməvi, əl-
İstəxri, Hüdudü’l-Aləm müəllifi kimi mənbələr Düveynin erməni şəhəri olduğunu
bildirsələr də orta əsr ərəbdilli mənbələrin əksəriyyətində onun Azərbaycan şəhəri
olduğu qeyd edilmişidir. Cəmaləddin əl-Himyəri Düveynin Azərbaycanın şimalında,
Gürcüstanla sərhəddə yerləşən şəhər olduğunu yazır
100
. İbnü’l-Əsir
101
, Süyuti
102
, İbn
Xəllikan
103
, Əbu Bəkr əl-Bağdadi
104
, Əbu Şamə əl-Məqdisi
105
kimi bir çox tarixçi,
coğrafiyaşünas və bioqraf Düveynin Azərbaycan şəhəri olduğunu qeyd etmişdirlər.
Düveyni erməni şəhəri hesab edən M. Streck şəhərin adının etimoloji izahının məchul
olduğunu qeyd edir
106
. Erməni salnaməçi M. Xorenatsi isə ‚Dvin‛ sözünün farsca təpə
mənasını ifadə etdiyini bildirmişdir
107
. Xristianlığın cənubi Qafqazda, o cümlədən
Azərbaycanda yayılmağa başlamasından sonra, həmin vaxta qədər ehtimal ki, kiçik
yaşayış məntəqəsi olan, Düveyn əhəmiyyət qazanmağa başlamışdı. V əsrdən etibarən
cənubi Qafqazda xristianlığın əsas təlim mərkəzlərindən biri olan Düveyn
Azərbaycanın Sasanilər tərəfindən zəbt olunmasından sonra 428-ci ildə Sasani
canişinlərinin inzibati mərkəzinə çevrilmişdi. Həm inzibati, həm də dini mərkəz olan
Düveyn sürətlə inkişaf etmişdi. M. Streck şəhərin təməlinin Sasani şahı I Xosrov Pərviz
(531-579) tərəfindən qoyulduğunu düşünsə də
108
aparılmış arxeoloji qazıntılar
97
İBN XORDADBEH, Məsalik, s. 39.
افٌهك ٕٝهشػ
]
اً
[
ٟٞشٗ
...
َ٤تق ٠ُئ ْش
98
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. III, s. 716.
[
ٕا ّنأ ْـارذ ح٤٘٤ٓنأت ح٘٣كٓ اع٣أ َ٤تقٝ
]
99
MICHEL le SYRIEN, Chronique, (J.B. Chabot), C. II, s. 318, C. III, s. 325, Paris 1905.
100
Nisbə ilə’l-Məvazi, s. 199.
[
ؾهٌُا قلات نٝاعٓ ٍأشُا حٜظ ٖٓ ٕاع٤تنلأ ْ٤ِهئ هـآ ٢ك ٌجكِت ٖ٣ُِٝق
]
101
Lübab, C. I, s. 517.
[
٢٘٣ُٝكُا
...
ٕاع٤تنلأ ٖٓ جنٜٞشٓ ح٘٣كٓ ٠ُا حثٍُ٘ا ٙمٛ
,
ءأِؼُا ٖٓ حػأظ اٜ٘ٓ ضهـ
]
.
102
Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Lübbü’l-Lübab fi Təhrir’l-Ənsab, (Nşr. M. Əbdüləziz), s. 91, Beyrut
1991.
[
٢٘٣ٝكُا
:
ٕاع٤تنلأت ح٘٣كٓ ٖ٣ُِٝق ٠ُئ
]
103
Vəfayatü’l-Əyan, C. I, s. 259.
[
ٖ٣ٝقٝ
...
ٕاع٤تنلأ ْ٤ِهئ هـاٝأ ٢ك جكِت ٢ٛٝ
]
104
Əbu Bəkr Muhəmməd ibn Əbdülqəni BAĞDADİ, Təkmilətü'l-İkmal, (Nşr. Ə. Əbdülqəyyum), C. II, s. 623, Məkkə
1410.
[
ٕاع٤تنلأت ح٘٣كٓ ٖ٣ٝقٝ
]
105
Şihabəddin Əbu Şamə Əbdürrəhman ibn İsmayıl əl-MƏQDİSİ, Rəvzəteyn fi Əxbari’d-Dövləteyn, (Nşr. İ. Zeybəq), C.
I, s. 403, Beyrut 1997.
[
ّٝهُا قلات ٢ِ٣ أٓ ٕاع٤ِت َنْلأ قلات هـآ ٖٓ جكِت ٢ٛٝ ٖ٣ُٝق
]
106
Makxmilian STRECK, ‚Dvin‛, İA (MEB), C. IV, İstanbul 1977, ss. 682-683.
107
Movses XORENATSİ, İstoriya Armenii, (Trc. Q. Sarkisyan), s. 169, İrəvan 1990.
108
STRECK, həmin məqalə.
Düveynin yaşayış məntəqəsi kimi daha əvvəl də mövcud olduğunu göstərmişdir
109
.
Ehtimal ki, I Xosrov şəhəri əsaslı təmir etdirmiş, qala divarlarını möhkəmləndirmişdi.
Ərəblərin Dvinə ilk hücumu 6 oktyabr 640-cı ildə baş vermişdi
110
. Şəhər
müdafiəçilərinin müqavimətini qıran ərəblər Düveynə daxil olmuş və çoxlu qənimətlə
şəhəri tərk edib bir qədər aralıda düşərgə salmışdılar. Bir neçə gün sonra yenidən
şəhərə hücum edən xilafət ordusu 35 min nəfəri əsir alıb oradan uzaqlaşmışdı
111
.
Ehtimal ki, bu kəşfiyyat xarakterli hücumu əl-Cəzirə valisi İ’yaz ibn Ğənəm (ا) tərtib
etmişdi
112
. Osman ibn Əffanın (ا) hakimiyyəti dövründə (644-656) isə Həbib ibn
Məsləmə əl-Fıhrinin (ا) komandanlıq etdiyi xilafət ordusu Düveyni ikinci dəfə, qalıcı
olaraq fəth etmişdi. Şəhər əhalisi ilə əhdnamə bağlayan Həbib ibn Məsləmə cizyə və
xərac ödəmələri qarşılığında onların canları, malları, mülkləri və məbədlərinin
təhlükəsizliyinə təminat vermişdi
113
. Bu əhdnaməni bizim üçün əhəmiyyətli qılan digər
bir xüsus da 640-cı illərdə yazılmış bu tarixi sənəddə tərəflərin kimlərdən ibarət
olmasının açıq və aydın şəkildə göstərilməsidir. Əhməd əl-Bəlazuri əhdnamənin
mətnini olduğu kimi qeyd etmişdir. Orada deyilir: ‚Bu yazı Həbib ibn Məsləmə
tərəfindən Dübeyl şəhərinin xristianlarına, yəhudilərinə, məcusilərinə, buna şahid
olanlara və digərlərinə verilir‛
114
. Bu da onu göstərir ki, bu qədim Azərbaycan
şəhərində sadəcə xristianlar deyil, müxtəlif dinlərə və millətlər mənsub insanlar
yaşamışdılar. Hətta erməni mənbələrinin verdiyi bir məlumat Düveyndə atəşpərətliyin
xristianlığa nisbətən daha güclü mövqeyə malik olduğunu düşünməyə əsas verir.
Məsələn erməni salnaməçi Vardan yazır ki, Şavasp Artsruni və Vendo adlı iki xristian
zadəgan dinlərini dəyişərək məcusiliyi qəbul etmiş və Düveyndə Hörmüzdün şərəfinə
atəşgədə inşa etmişdilər
115
.
109
Varazdat ARUTYUNYAN, ‚Arxitekturnıye Pamyatniki Dvina‛, ErmSSR EA Xəbərləri. Nr. 8, İrəvan 1947, ss. 39-
47.
110
YEPİSKOP SEBEOS, İstoriya, (Trc. Ct. Malxasyants), s. 57, İrəvan 1939
111
Yenə orada. Erməni salnaməçi Vardan ərəblərin Düveyndən 37 min əsir apardıqlarını yazır. Bax: Vardan
ARAVELTSİ, Vseobşaya İstoriya, (Trc. M. Emin), s. 86, Moskva 1861.
112
Bu haqda ətraflı məlumat üçün bax: Elnur NƏSIROV, Raşidi Xəlifələr Dövründə Azərbaycanın Fəthi, s. 51, Bakı 2006.
113
Bu əhdnamə haqqında ətraflı məlumat üçün bax: NƏSİROV, həmin əsər, s. 76.
114
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 323.
[
ْٜثئاؿٝ ْٛكٛاش اٛقٜٞ٣ٝ اٌٜٞعٓٝ َ٤تق َٛأ ٟناصُ٘ حٍِٔٓ ٖت ة٤ثؼ ٖٓ بارً امٛ
]
. Bu əhdnamənin
mətni üçün həmçinin bax: Muhəmməd HƏMİDULLAH, Vəsaiqü’s-Siyasiyyə, s. 452, Beyrut 1985.
115
VARDAN, həmin əsər, s. 68.
Sonrakı əsrlərdə Düveyn, haqqında yuxarıda geniş məlumat verdiyimiz, erməni
kilsəsinin həyata keçirdiyi qriqoryanlaşdırma və erməniləşdirmə siyasəti nəticəsində
əsasən erməni şəhəri kimi tanınmışdı. Xristian məzhəbləri arasındakı ixtilaf Düveyndə
açıq mübarizə forması almışdı. M. Kalankatuklu yazır: ‚Movsesin katolikosluq kürsüsü
isə Dəbil şəhərində idi. Bizans erməniləri (diofizitlər-E.N) isə İohanın katolikosluq
kürsüsünü də Dəbilin yaxınlığındakı Avanda yerləşdirdilər. Hər iki katolikosluq
arasında daim münaqişələr baş verirdi...‛
116
. Bizansa qarşı xilafətdən dəstək alan erməni
qriqoryan kilsəsi Düveyni özünün məkəzinə çevirmişdi. Qriqoryan kilsə qurultayları
bu şəhərdə keçirilirdi
117
. Buna baxmayaraq xilafət dövründə bir müsəlman şəhəri olaraq
Düveyn özünün elmi, mədəni və ictimai həyatının canlılığı ilə məşhur olmuşdu. Bunun
ən tutarlı dəlili bu şəhərdə çox sayıda azərbaycanlı alimin yetişməsidir. Sacilər və
Salarilərin dövründə Azərbaycanın qərbindəki ən böyük şəhərlərdən biri olan Düveyn
Şəddadilərin hakimiyyəti dövründə daha da inkişaf etmişdi. X əsr müəllifi əl-İstəxri
Düveynin Ərdəbil şəhərindən daha böyük olduğunu yazır
118
. Haqqında məlumat
verərkən görəcəyimiz kimi Ərdəbil bu dövrdə 300 mindən çox əhalisi olan böyük şəhər
idi. əl-İstəxrinin verdiyi məlumat doğrudursa orta əsrlərdə Düveyn əhalisinin sayının
300-400 min arasında olduğunu söyləmək olar. Azərbaycan Saci hökmdarı Yusif ibn
Əbu’s-Sac 914-cü ildə itaətdən boyun qaçıran və dikbaşlıq edən Ərməniyyə hakimi I
Smbatı yaxalayıb Düveyndə edam etdirmişdi. O, daha sonra Smbatın oğlu Muşeqi,
erməni knyazları David və Qurgeni də Düveynə gətirdərək edam etdirmişdi
119
. 1045-ci
ildə Düveyndə baş vermiş zəlzələ güclü dağıntı və insan tələfatına səbəb olmuşdu
120
.
Böyük Səlcuqlu dövləti və Azərbaycan Atabəyləri dövründə də iqtisadi-ticari və
ictimai-mədəni əhəmiyyətini itirməyən Düveyn bir neçə dəfə gürcü çarlarının dağıdıcı
hücumuna məruz qalmışdı
121
. 1161-ci ilin avqustunda gürcü çarı III Georgi (1156-1184)
əvvəlcə Anini sonra isə Dvini işğal etmişdi. Hər iki şəhərin əhalisinin böyük bir qismi
116
Moisey KALANKATUKLU, Albaniya Tarixi, (Trc. Z. Bünyadov), s. 171, Bakı 1993.
117
Bax: Kirakos QANZAKETSİ, İstoriya Armenii, (Trc. L. Xanlaryan), s. 135, Moskva 1976; MICHEL le SYRIEN,
Chronique, C. II, s. 318; Malachia ORMANIAN, The Church of Armenia, (Trc. M. Gregory), s.44, London 1910;
VARDAN, həmin əsər, s. 88.
118
Məsalikü’l-Məmalik, s. 74.
[
َ٤تقنأ ٖٓ هثًأ ح٘٣كٓ اٜٗاك َ٤تق آأٝ
]
119
VARDAN, həmin əsər, s. 112.
120
SMBAT SPARAPET, Letopis, (Trc. Qlastyan), s. 25, İrəvan 1974.
121
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XI, s. 228; BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 52, 98.
gürcülər tərəfindən qılıcdan keçirilmişdi. Anidən 41 min, Dvindən isə 10 min əhali əsir
götürülmüşdü. Lakin bu gürcü çarına baha başa gəlmişdi. 1163-cü ilin iyulunda
Azərbaycan Atabəyi Şəmsəddin Eldəniz III Georgini məğlubiyyətə uğradaraq Dvini
geri almışdı. Bu elə bir ağır məğlubiyyət idi ki, gürcü ordusunun bütün təchizatı, o
cümlədən çarın şəxsi əşyaları müsəlmanlar tərəfindən qənimət götürülmüşdü.
Azərbaycan ordusunun ikinci hücumunda isə III Georgi əsir düşməkdən canını
çətinliklə qutarmışdı. Atabəyin növbəti hərbi əməliyyatlar üçün hazırlaşdığını öyrənən
çar ‚mən sənə nə yararlıdırsa onunla razıyam və nə istəyirsənsə onu yerinə yetirməyə
hazıram‛ deyə xəbər göndərmişdi. Lakin Atabəy Şəmsəddin Eldəniz ona ‚Mən İraqda
qalmayıb, bu ölkəyə ona görə gəldim ki, qoşun toplayam, Tiflisə yürüyəm, onu
tutanadək aramsız mühasirədə saxlayam....Mən sizin üzərinizə elə qoşunla gəlmişəm
ki, ondan sizi qılınc vurmaqdan və nizə uclarından başqa heç nə qurtara bilməz‛ deyə
cavab vermişdi. Burada baş verən döyüşdə gürcü ordusunu 10 min seçmə döyüşçüsü
məhv edilmişdi. Müsəlmanlar hələ bu vaxtadək onlardan hər hansı birisinin və
qoşunlarının ala bilməyəcəyi qənimətə yiyələnmişdilər. 1175-cü ilin avqustunda isə
Azərbaycan, İraq, Sökmən və Diyarbəkir əmirlərinin birləşmiş ordusu Gürcüstana
girmişdi. Axalkələk ilə Trialeti arasındakı ərazini elə talan edib elə dağıltdılar ki, sanki
əvvəllər burada heç kim yaşamamışdı
122
.
Moğollar 1236-cı ildə, Azərbaycana üçünücü yürüşləri vaxtı, Düveyni elə ağır təxribata
uğratmışdılar ki, şəhər bir daha yaşayış məskəni kimi istifadə olunmamışdı. Düveynin
xarabalıqları bu gün Ermənistan respublikasında, Qarni kəndi yaxınlığındadır.
Xarabalıqlar İrəvanın 18 km cənub-şərqində, Sədərəkin isə 39 km şimal-qərbindədir.
Düveynin həm Azərbaycan, həm də İslam tarixi baxımından əhəmiyyətini artıran bir
xüsus da şanına şe’rlər, romanlar yazılıb filmlər çəkilən məşhur qəhrəman Səlahəddin
Yusif Əyyubinin əslən bu şəhərdən olmasıdır. Səlahəddin Yusif Əyyubinin atası
Nəcməddin Əyyub ibn Şazi ibn Mərvan Düveyndə dünyaya göz açmışdı. Uzun
müddət Səlahəddin Əyyubinin xidmətində olmuş Bəhaəddin ibn Şəddad yazır: ‚Onun
(Səlahəddin Əyyubinin-E.N) atası Əyyub ibn Şazi rəhiməullah bizim yanımıza
122
BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 55-58.
gəlmişdir. O, kərim, həlim, gözəl əxlaq sahibi idi. Düveyndə dünyaya gəlmişdi‛
123
. Əbu
Şamə əl-Məqdisi də İbn Şəddadla eyni məlumatı vermişdi
124
. Bəhaəddin əl-Cəndi isə
Əyyub ibn Şazi haqqında ‚Azərbaycanın kənarında şəhər olan Düveyndə dünyaya
gəlmişdi. O, rəvvadi kürdlərinin hezbaniyyə tayfasındandır‛ deyir
125
. İbnü’l-Əsir də
Əyyub ibn Şazi haqqında ‚Azərbaycanın Düveyn şəhərindəndir, o, kürd qəbilələrinin
ən şərəflilərindən olan rəvvadilərdəndir‛ yazır
126
. Suriyalı Mixail də Nəcməddin
Əyyubun Düveynli kürd olduğunu yazır, lakin müəllif Düveyni erməni şəhəri kimi
tanıdır
127
. Erməni tarixçisi Smbat Əyyub ibn Şazinin Düveynli kürd kəndlisi olduğunu
yazır
128
. Əbu Bəkr Dəvadari də Əyyub ibn Şazi ibn Mərvanın kürd rəvvadi qəbiləsinə
mənsub olduğunu, lakin bu qəbilənin İranın Nəhavənd vilayətində məskun olduğunu
yazır
129
. Əbdülməlik əl-Asimi də sultan Səlahəddin Əyyubinin rəvvadi kürdlərindən
olduğunu və bu qəbilənin Düveynin xeyrlilərindən olduğunu qeyd etmişdir
130
. Şərəfxan
Bidlisi (1543-1599) Misirin Əyyubi hökmdarlarının Azərbaycanın Düveyn şəhərindən
olan kürd ravəndi tayfasına mənsub Şazi ibn Mərvanın nəslindən olduqlarını qeyd edir.
Müəllif yazır: ‚bu gün həmin yerdə Çuxursəd vilayətinin Qarni kəndi var, əhalisi bu
kəndi tərk etmişdir‛
131
. Nəcməddin Əyyub ibn Şazi qardaşı Əsirəddin Şirkuh ibn Şazi
ilə birlikdə Düveyndən İraqa gedib Bağdad şıhnəsi
132
Mücahidəddin Bəhruzun
xidmətinə daxil olmuşdu. Mücahidəddin Bəhruz Nəcməddin Əyyubun hərbi işdə
bacarıq və istedadını görüb onu Tikrit qalası mühafizə dəstəsinə başçı təyin etmişdi.
Tikritdə Əsirəddin Şirkuhun mübahisə etdiyi nüfuzlu bir şəxsi vurub öldürməsindən
123
Bəhaəddin Yusif ibn Rafi İBN ŞƏDDAD, Sirətü’s-Sultanü’l-Malikü’n-Nasir Səlahəddin, (Nşr. A. Schultens), s. 1,
Leiden 1755.
[
أ٣هً ٕاً ٝ اٜت ا٤ُاٝ الله ٚٔؼن ١لاش ٖت بٞ٣ا ٙكُاٝ ٕاًٝ
,
ا٤ؽ٣نا
,
أ٤ِؼ
,
ملاـلاا ٍٖؼ
,
ٖ٣ٝكت ٙكُٞٓ
]
124
MƏQDİSİ, Rəvzəteyn fi Əxbari’d-Dövləteyn, C. IV, s. 381.
125
Bəhaəddin Muhəmməd ibn Yusif əl-CƏNDİ, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, (Nşr. M. Həvali), C. I, s. 250, Səna
1995.
...[
ٖ٣ٝق اُٜ ٍاو٣ ِٚٛأ كِتٝ ٙكِت َصات بٞ٣ا
...
ُٚا ٖٓ ٖطت ح٣قاٝن قاهًأ ْٛٝ ٕاع٤تنلأ َٔػ هـآ ٢ك ٢ٛٝ
ل
ح٤ٗات
]
. Kürd Hezbaniyyə qəbiləsinin
Azərbaycan ərazisində yaşaması barədə hələ X əsr müəllifi İbn Hövqəl məlumat verməkdədir. Bax: Surətü’l-Ərz, s.
289.
126
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XI, s. 276. Əsərin ərəbcəsində mətn belədir:
[
قاهًلأا ٖٓ أِٜصأٝ ، ٕاع٤تنلأ ٖٓ ، ٖ٣ٝق كِت ٖٓ
قاهًلأا فهشأ ْٛ َ٤ثوُا امٛٝ ، ح٣قاٝهُا
]
127
MICHEL le SYRIEN, Chronique, C. II, s. 318. ] Ayoub étaient fils de Shadî, de la région de Dovin, ville
d'Arménie, et de race curde[
128
SMBAT SPARAPET, Letopis, s. 107.
129
Əbu Bəkr ibn Abdullah ibn Aybək DƏVADARİ, Kənzü’d-Dürər və Camiü’l-Ğürər, (Nşr. S. Ə. Aşur), C. VII, s. 5-6,
Qahirə 1972.
130
Əbdülməlik əl-ASİMİ əl-Məkki, Səmtü’n-Nücumu’l-Əvali fi Ənbai’l-Əvail və’t-Təvali, (Hzr. A. Ə. Əbdülmövcud-
Əvəz Ə. M), s. 286, Beyrut 1998.
[
ٖ٣ٝكُا قاهًلأُا نا٤ـ ْٛٝ ١قهٌُا ١لاش ٖت بٞ٣ا ٖت قٌٞ٣ ٖ٣كُا غلاص ٕاطٍُِا
]
131
Şərəfxan ibn Şəmsəddin BİDLİSİ, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. I, s. 123, Moskva 1967.
132
Şəhər qarnizonunun komandanı.
sonra Mücahidəddin Bəhruz bu iki qardaşdan İraqı tərk etmələrini tələb etmişdi.
Qardaşlar uzun zamandan bəri dostluq etdikləri atabəy Nurəddin Mahmud Zənginin
(1146-1174) yanına gedərək onun ordusunda xidmət etməyə başlamışdılar. 1099-cu ildə
Fatimilər Qüds şəhərini müdafiə edə bilməyərək səlibçilərə təslim etmişdilər. Buna
baxmayaraq səlibçilərlə Fatimilər arasındakı müharibələr davam etmişdi. Səlibçilər
qarşısında aciz qalan Fatimilər Mosul atabəyi Nurəddin Mahmud Zəngidən kömək
istəmişdilər. O, da öz komandanlarından Əsirəddin Şirkuhu ordu ilə Misirə
göndərmişdi. Qardaşı oğlu Səlahəddin Yusiflə birlikdə Misirə gələn Əsirəddin Şirkuh
Fatimi hökmdarının vəziri olmuş, lakin bir müddət sonra ölmüşdü. Onun yerinə keçən
Səlahəddin Yusif gözlənilmədən 1171-ci ildə Fatimi dövlətinin varlığına son qoyaq
xütbəni Abbasi xəlifəsinin adına oxutmuş və Misirdə Əyyubilər dövlətinin təməlini
qoymuşdu. Səlahəddin Əyyubi (1174-1193) nizam-intizamlı, möhkəm ordu qurmuşdu.
Səlahəddin Əyyubi 5 iyul 1187-ci ildə Fələstindəki Təbəriyyə gölü sahilindəki Xuttin
kəndi yaxınlığında Qüds səlibçi krallığının ordusunu ağır məğlubiyyətə uğratmışdı.
Xuttin döyüşündə səlibçilərin demək olar ki, hamısı məhv edilmişdi. Bu döyüşdən
sonra hərbi qüvvəsindən məhrum olan Qüds krallığı da aradan qaldırıldı və Qüds 88
illik işğaldan sonra azad edildi. Qüdsün azad olunması Avropanın xristian krallarını
hərəkətə gətirmişdi. Alman imperatoru Fridrix Barbarossa, ingilis kralı ‚şir ürəkli‛
ləqəbli Riçard
133
, Fransa kralı Filip Avqust 1189-cu ildə birləşmiş orduları ilə yaxın şərqə
yürüş etmişdilər. Səlibçilər Fələstindəki Əkkə qalası yaxınlığında sahilə çıxıb qalanı
zəbt etmişdilər. Lakin Səlahəddin Əyyubinin ordusu qarşısında məğlubiyyətə
uğrayaraq sülh müqaviləsi bağlamağa məcbur olmuşdular
134
.
Dostları ilə paylaş: |