Əbhər Zəncan vilayətində, Zəncan şəhərindən 87 km cənubda yerləşən qədim
Azərbaycan şəhəridir. Orta əsr ərəbdilli coğrafi mənbələrdə Zəncan bəzən Cibal bəzən
də Azərbaycan şəhəri kimi göstərilmişdir. Cəmaləddin əl-Himyəri öz əsərində
Zəncanın Azərbaycanın vilayətlərindən biri olduğunu qeyd edir
135
. Yaqut əl-Həməvi
Əbhərin Zəncan, Qəzvin və Həmədan arasında yerləşən məşhur şəhər olduğunu yazır.
133
Krallarını məğlub etməsinə baxmayaraq ingilislər 1953-cü ildə istehsalına başladıqları zirehli hərbi texnikaya
‚Saladin‛, yəni Səlahəddin adını vermişdilər.
134
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XI, s. 278-280, 422-424, 431-436; İBN ŞƏDDAD, Sirət, s. 1-3.
135
Cəmaləddin Abdullah Təyyib İbn Abdullah İbn Əhməd əl-HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’ və’l-Büldan, C. I, s. 368,
Beyrut (trz).
[
ٕاعٗىُا
....
ٕاع٤تنلأ ْ٤ِهئ ٖٓ كِت
]
Müəllif şəhərin adının izahını verərkən bəzilərinin ‚Əbhər‛ sözünün farsca su
uzunqulağı mənasını ifadə etdiyini dediklərini yazır
136
. Lakin deyə bilərik ki, Yaqut əl-
Həməvi yanılmışdır. Çünki su uzunqulağı mənasını ifadə etməsi üçün bu bu söz
‚Əbhər‛
[
هٜتأ
]
deyil ‚Abxər‛
[
هفتآ
]
olmalıdır. Göründüyü kimi bu iki sözün həm
tələffüzü, həm də yazılışı fərqlidir. Hüdudü’l-Aləmdə bu şəhərin adını Əvhər
[
هٛٝأ
]
kimi
yazımışdır
137
. ‚Əbhər‛ ərəb dilindəki ‚bəhr‛-dəniz
[
هٜت
]
sözünün cəm formasıdır və
hərfi tərcüməsi ‚dənizlər‛dir. Şəmsəddin əd-Diməşqi Zəncan və Əbhərin Azərbaycanın
şəhərləri olduğunu qeyd edir
138
. Səm’ani Əbhərin Zəncan şəhərindən qərbdə
yerləşdiyini və buradan maliki məzhəbinə mənsub çox sayıda mühəddis, sufi və ədibin
çıxdığını yazır
139
. Əcaibü’d-Dünya müəllifi Əbhər yaxınlığında Heydəriyyə adlı möhkəm
bir qala olduğunu, lakin Xarəzmşah Təkişin Eldənizlilərlə müharibəsi vaxtı bu
qalanının dağıldıldığını yazır
140
. Həqiqətən irəlidə kitabın bioqrafiyalar qismində də
görcəyimizi kimi Əbhər şəhərində yetişmiş alimlərin, daha dəqiq desək Əbhər
əhalisinin böyük əksəriyyəti maliki məzhəbində olmuşdular. Halbuki maliki məzhəbi
əsasən şimali Afrika və İspaniya müsəlmanları arasında yayılmışdı.
IX-XI əsr müəllifləinin əsərlərində Əhərin adına rast gəlinməsə də XII əsrdən etibarən
səyyah və coğrafiyaşünaslar bu kiçik Azərbaycan şəhir haqqında məlumat verirlər.
Yaqut əl-Həməvinin qeydlərindən XIII əsrin əvvəllərində Əhərin kiçik olmaqla yanaşı
abadlıq və bolluq içində bir şəhər olduğunu öyrənirik. O, Əhərin Təbrizlə Ərdəbil
arasında olduğunu, Vəravi (indiki Meşkin) şəhərinə isə buradan iki günlük yol
olduğunu qeyd edir. Yaqut əl-Həməvi bu şəhərin İbn Bişikan adlı əmir tərəfindən idarə
olunduğunu yazır
141
. Bu şəxsin adı əslində İbn Piştəkindir. ‚Piştəkin‛ adı, həmçinin
Əhər və ətraf vilayətlər haqqında irəlidə, Hacib Fəxrəddin Cəbrayıl Əhəri barəsində
məlumat verərkən ətraflı söz açacağıq. Həmidullah Müstəvfi Əhərin soyuq iqlimli, su
quyuları və kəhrizlərə malik kiçik şəhər olduğunu yazır. Müəllif şəhər əhalisinin şafi’i
136
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 47.
137
Hüdudü’l-Aləm, s. 108.
138
Şəmsəddin Əbu Abdullah Muhəmməd əl-Ənsari əd-DİMƏŞQİ, Nuxbətü’d-Dəhr fi Əcaibü’l-Bərr və’l-Bəhr, (Nşr. A.
Mehren), s. 184, Leipzig 1923.
[
ٕاع٤تنلا قلات ٠ِت أّٓ أػٝ ٕاعٗو ٝ هٜتاٝ
]
139
SƏM’ANİ, Katibü’l-Ənsab, C. I, s. 47.
[
ءاتقلأاٝ ح٤كٞصُاٝ ٖ٤شكؽُٔاٝ ح٤ٌُأُا ءاٜولُا ٖٓ جه٤صً حػأظ اٜ٘ٓ ضهـ ،ٕاعٗو ٖٓ بهوُات جكِت ٢ٛٝ هٜتأ
]
140
ANONİM, Əcaibü’d-Dünya, (Trc. L. Smirnova), s. 180, Moskva 1993.
141
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 296.
məzhəbində olduğunu, ətrafındakı 20 kəndlə birlikdə Əhərdən dövlət xəzinəsinə illik
15 min dinar vergi daxil olduğunu qeyd edir
142
.
Ərdəbil haqqında məlumat verən Həmidullah Müstəvfi bu şəhərin təməlinin kəyani
şahlarından Siyavuşun oğlu Keykavus tərəfindən qoyulduğunu yazır
143
. Hələ Sasanilər
dövründə inzibati mərkəz olan Ərdəbil Azərbaycanın ən böyük şəhərlərindən birinə
çevrilmişdi. Nəhavənd döyüşündən (642) sonra Hüzeyfə ibnü’l-Yəmanın (ا)
komandanlıq etdiyi xilafət ordusu Ərdəbili fəth etmişdi. Hüzeyfə ibnü’l-Yəman illik 800
min dirhəm cizyə ödəmək şərti ilə Ərdəbil əhalisi ilə əhdnamə bağlamışdı
144
. Xilafət
dövründə baş vermiş xəzər-ərəb müharibələrində xəzərilər tərəfində dağıldılıb əhalisi
qılıncdan keçirilən Ərdəbil
145
Salarilər və Sacilər dövründə Azərbaycanın əsas şəhərinə
çevrilmişdi. Hüdudü’l-Aləm müəllifi Ərdəbilin qala divarları ilə əhatə olunmuş böyük
şəhər olduğunu və Azərbaycan hökmdarlarının bu şəhərdə yaşadıqlarını qeyd
etmişdir
146
. IX əsrin sonları-X əsrin əvvəllərində Yusif ibn Əbü’s-Sac Ərdəbili özünün
paytaxt şəhərinə çevirmişdi
147
. İbn Kəsirin verdiyi məlumatdan da Ərdəbilin bu dövrdə
xeyli böyük və əhalisi çox olan bir şəhər olduğu nəticəsini çıxarmaq olur. İbn Kəsir
Ərdəbildə baş vermiş iki zəlzələdə, 893-cü ildə 150 min və 901-ci ildə də təqribən 150
min, yəni cəmi 300 min insanın öldüyünü yazır
148
. Bu təbii fəlakətlər zamanı şəhər
əhalisinin hamısının qırılmadığını nəzər alsaq IX-X əsrlərdə Ərdəbilin əhalisinin 300
mini ötdüyünü söyləyə bilərik.
Həmidullah Qəzvini Ərdəbilin soyuq iqlimə malik olduğunu, Savalan dağından axıb
gələn çayın şəhəri su ilə təchiz etdiyini, bu suyun həzm üçün xeyli yararlı olması
səbəbiylə ərdəbillilərin qarınqulu olduqlarını yazır. Müəllif həmçinin şafi’i məzhəbində
olan şəhər əhalisinin şeyx Səfiyəddin Ərdəbiliyə dərin ehtiramla yanaşdıqlarını yazır
149
.
Azərbaycana səyahət etmiş Şəmsəddin əl-Məqdisi (947-990) ərdəbillilərin başqa
məzhəbdən olanlara qarşı dözümsüz, eyni zamanda məkrli və qafil insanlar olduğunu
142
QƏZVİNİ, Nüzhətü'l-Qülub, s. 85.
143
Həmin əsər, s. 83.
144
Bu haqda ətraflı məlumat üçün bax: NƏSİROV, Raşidi Xəlifələr...., s. 53.
145
ARTAMONOV, İstoriya Xazar, s. 213-214; BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 108, Bakı 1989.
146
Hüdudü’l-Aləm, s. 119-120.
[
َ٤تقنأ
...
ىِٞٓ هورٍٓ دٗاً
ٕاع٤تنلآ
]
147
VƏLİXANLI, həmin əsər, s. 95.
148
İmadəddin İsmayıl ibn Ömər İBN KƏSİR, Bidayə və’n-Nihayə, (Trc. M. Keskin), C. XI, s. 130-131, 155-156, İstanbul
1994.
149
Nüzhətü’l-Qülub, s. 83-84.
yazır
150
. Əcaibü’d-Dünya müəllifi isə ərdəbillilərin səxavətli və əliaçıq insanlar olduğunu
qeyd edir
151
. İbn Miskəveyh Ziyari hökmdarı Vəşmgirin (934-967) səkərdələrindən
Ləşkərinin 938-ci ildə Ərdəbilə hücumunu təsvir edərkən cəsur, dözümlü və mətin
insanlar olan ərdəbillilərin silahdan istitifadədə mahir olduqlarını və düşmənə əzmlə
müqavimət göstərdilərini yazır
152
. Yaqut əl-Həməvi də Ərdəbilə səyahət etdiyini, onun
bu şəhəri tərk etməsindən sonra moğolların Ərdəbilə hücum etdiklərini, şəhər
əhalisinin igidliklə düşmənə müqavimət göstərdiklərin yazır. Müəllif qeyd edir ki,
şəhər müdafiəçiləri iki dəfə moğolların hücumunu dəf etmiş və şəhərə soxulan düşməni
geri oturtmuşdular. Üçüncü hücum vaxtı moğollar Ərdəbili zəbt edərək şəhər
əhalisinin tamamına yaxınını qılıncdan keçirmişdilər. Belə ki, yalnız gizlənə bilənlər sağ
qalmışdılar
153
.
Həmidullah Qəzvini Gəncə şəhərinin təməlinin h. 39-cu (659) ildə qoyulduğunu qeyd
etsə də bu məlumat digər mənbələrlə müqayisə edildikdə özünü doğrultmur
154
. M.
Kalankatuklu Gəncənin Arran və Ərməniyyə valisi Muhəmməd ibn Xalid ibn Yəzid
tərəfindən 846/7-ci ildə inşa edildiyini yazır
155
. Şirvan və əl-Bab Tarixində isə Muhəmməd
ibn Xalidin bu şəhəri h. 245-ci (859) ildə bina etdiyi bildirilir
156
. Ehtimal ki, Gəncə
başlanqıcda hərbi məqsədlər üçün tikilmiş şəhərcik və ya düşərgə idi. Çünki onun inşa
edildiyi dövr cənubi Qafqazda, daha dəqiq desək Gürcüstanda xilafət əleyhinə
çıxışların baş verdiyi bir dövr idi. Xalid ibn Yəzid, onun oğlu Muhəmməd və Buğa əl-
Kəbir kimi sərkərdələr bu qiyamları yatırmaq üçün Tiflis və onun ətrafında hərbi
əməliyyatlar keçirmişdilər
157
. Bu səbəbdən də yaşayış məntəqəsi kimi uzun müddət
əhəmiyyət kəsb etmədiyi üçün IX-X əsr coğrafiyaşünasları Gəncə haqqında təfsilatlı
məlumat verməmişdirlər
158
. 944-cü ildə Bərdənin ruslar tərəfindən viran edilib xaraba
qoyulmasından sonra Gəncə ön plana çıxmış və Azərbaycanın şimalındakı inzibati və
150
Əhsənü't-Təqasim, s. 186.
[
ةٛامُٔا َٛأ ٕٝنمؼ٣ لاٝ ،ةهاٞؼُا ٢ك ٕٝهظ٘٣ لا حِلؿٝهٌٓ َٛأ
]
; həmçinin bax: VƏLİXANLI, həmin əsər, s.
95.
151
Əcaibü’d-Dünya, s. 179.
152
Təcaribü’l-Üməm, C. IV, s. 442.
153
Mu’cəm, C. I, s. 93.
154
Nüzhətü’l-Qülub, s. 93.
155
Albaniya Tarixi, s. 197-198.
156
Vladimir MİNORSKİY, İstoriya Şirvana i Derbenta X-XI vekov, (Trc. A. Əlizadə), s. 47, Moskva 1963.
157
Bu haqda ətraflı məlumat üçün bax: BÜNYADOV, həmin əsər, s. 193 və davamı.
158
BARTOLD, Soçineniya, C. III, s. 405.
iqtisadi mərkəzə çevrilməyə başlamışdı. Şəddadilərin paytaxt şəhərinə olduqdan sonra
Gəncə daha da sürətlə inkişaf etmiş, təkcə Azərbaycanın deyil, regionun iri iqtisadi-
ticari, həmçinin elm və mədəniyyət mərkəzinə çevrilmişdi. Bunu Gəncədə yetişmiş
alimlərin təvəllüd və vəfat tarixlərinə diqqət yetirərək də görmək mümkündür.
Gəncənin tanınmış elm xadimlərinin böyük əksəriyyəti XI-XIII əsrlərdə yaşamışdılar.
Bu da onu göstərir ki, bu əsrlərdə Gəncə özünün ən parlaq dövrünü yaşamışdı. 1053-cü
ildə Şəddadi hökmdarı I Əbü’l-Əsvar Şavur ibn Fəzl (1049-1067) Gəncənən ətrafında
möhkəm qala divarları tikdirmiş, ona dəmir darvazalar qoydurub qalanın ətrafında
dərin xəndək qazdırmışdı
159
. Beləcə Gəncə alınmaz qalaya çevrilmişdi. Gürcü çarlığının
güclənməsi fonunda Gəncənin əhəmiyyəti daha da artmışdı. Çünki Gəncə artıq sadəcə
Azərbaycanın deyil, bütün İslam dünyasının şimalının təhlükəsizliyinin təminatında
mühüm rol oynayırdı. Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə Gəncə tez-tez
gürcülərin hücumuna məruz qalırdı. H. 534-cü (1139) ildə baş vermiş güclü zəlzələ
Gəncədə böyük dağıntı və insan tələfatına səbəb olmuşdu. İbnü’l-Əsir bu zəlzələ vaxtı
Gəncədə 230 mindən çox insanın öldüyünü yazır
160
. Gəncənin düşdüyü ağır
vəziyyətdən sui istifadə edən gürcü çarı Demetre şəhərə hücum edərək sağ qalan
insanların bir qismini öldürüb bir qismini əsir aparmışdı. Onlar dağıntılar altında qızıl
və gümüş axtararaq çoxlu qənimət ələ keçirmişidlər. Lakin ailəsi də bu zəlzələdə vəfat
etmiş Böyük Səlcuqluların Arran canişini Qara Sunqur ordusu ilə yetişib Gəncə
yaxınlığında gürcü ordusunu ağır məğlubiyyətə uğratmışdı. O, bununla da
kifayətlənməyib arxa-arxaya Gürcüstana iki hərbi yürüş etmiş, bol qənimət və əsirlə
geri qayıtmışdı. M. Qoş yazır ki, Qara Sunqur gürcüləri dəhşətə gətirib tir-tir əsməyə
məcbur etdi
161
. Vali 2-3 il ərzində təbii fəlakətin bütün ziyanını aradan qaldırmış, Gəncə
əvvəlki gözəlliyi ilə bərpa edilmişdi
162
. 1220-ci illərdə moğollar bir çox şəhər və ölkələri
tutub dağıltıqları halda Gəncəyə hücum etməyə cəsarət etməmişdilər. İbnü’l-Əsir yazır
ki: ‚moğollar Gəncə əhalisinin qəhrəmanlığını, gürcülərə qarşı apardıqları müharibələri
eşitmiş, onların xarici hücumlara necə şiddətli müqavimət göstərdiklərini
159
GÖYÜŞOV, həmin əsər, s. 141.
160
Kamil fi’t-Tarix, C. XI, s. 75-76. Mxitar Qoşa görə bu zəlzələ 30 sentyabr 1139-cu ildə şənbə günü baş vermişdi.
Alban Salnaməsi, (Trc. Z. Bünyadov), s. 245, Bakı 1993.
161
QOŞ, həmin əsər, s. 246; BÜNYADOV, həmin əsər, s. 188-189.
162
Yenə orada.
öyrənmişdilər. Həqiqətən Gəncə son dərəcə möhkəm qala divarlarına sahib idi və
buranı ələ keçirmək asan deyildi. Bunu bacarmayacaqlarını anlayan moğollar Gəncəyə
xəbər göndərərək pul və paltar tələb etmişdilər. Gəncəlilərin onların istədiklərini
vermələrində sonra moğollar oradan getmişdilər‛
163
. Azərbaycan Atabəyləri Dövlətinin
süqutundan (1225) ölkənin moğolların istilasına uğramasına (1239) qədərki dövrdə
Gəncə Cəlaləddin Xarəzmşahın (öl.1231) hakimiyyəti altında olmuşdu.
Antik mənbələrdə adı Fraata kimi çəkilən Marağa orta əsrlərdən etibarən indiki adı ilə
tanınmağa başlamışdı. Marağa
[
ُ حَؿا َهَُٔا
]
ərəb dilində heyvanların ağnaşdıqları yer
mənasını ifadə edir
164
. Güman ki, Əhməd əl-Bəlazurinin nəql etdiyi rəvayət də buna
əsaslanır. Müəllif bu yerin əvvəllər Əfrahrud
[
قٝهٛاهكا
]
adlandığını yazır. Azərbaycan və
Ərməniyyə valisi Mərvan ibn Muhəmməd burada hərbi düşərgə salmış, orduya məxsus
heyvanların ağnaşdığı yer olduğu üçün buranın adı Marağa olaraq qalmışdı
165
. Yaqut
əl-Həməvi də eyni rəvayəti öz əsərində qeyd etmişdir
166
. X əsr səyyahı əl-İstəxri bu
şəhəri bəyənmiş və onun həqiqətən gözəl şəhər olduğunu, orada bol məhsul yetişdiyini
qeyd etmişdir
167
. Əcaibü’d-Dünya müəllifi (XIII əsr) Marağadakı Azər Quşəsp adlı
atəşgahının məcusilərin ziyarətgahı olduğunu yazır. Çibanı olanlar mehrigan (novruz)
günü oraya gedib küldən bir az götürüb bənövşə yağı ilə qarışdırıb yaralarına
sürtürlərmiş
168
. İbn Xordadbeh Azər Quşəsp adlı od məbədinin Şiz şəhərində olduğunu
yazmışdır
169
. Ehtimal ki, bu Şiz ilə Marağanın bir-birinə çox yaxın olması səbəbiylədir.
Əbdürrəşid Bakuvi də Marağa haqqında məlumat verərkən ‚Orada qədimdən
məcuslardan qalan mədrəsələrin (təlim yerləri-E.N) və başqa binaların xarabalıqları
var‛ yazır
170
. Sözü gedən məbəd atəşpərəstlər üçün dinlə yanaşı siyasi əhəmiyyət də
kəsb edirdi. Belə ki, taxta yeni oturan Sasani şahları paytaxt Mədaindən piyada gələrək
bu məcusi məbədini ziyarət etmək məcburiyyətində idilər
171
.
163
Kamil fi’t-Tarix, C. XII, s. 337-339.
164
SARI, Arapça-Türkçe Lugat, s. 1429.
165
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461.
166
Mu’cəmü’l-Büldan, C. VI, s. 152.
[
اٜ٤ك ؽهٔرذ ٚتاؽصأ باٝق ٝ ٚتاٝق دٗاٌك
]
. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 96.
167
Məsalik, s. 73.
168
Əcaibü’d-Dünya, s. 159.
169
Məsalik, s. 38. يٞعُٔا ك٘ػ
]
[
نكوُا ْ٤ظػ ٞٛٝ ًَْ٘شُظنَلأ ناٗ د٤ت اٜتٝ ى٤شُاٝ
170
Təlxisü’l-Asar, s. 105.
171
Vasiliy BARTOLD, ‚Azerbaycan ve Ermenistan‛, (Trc. İ. Aka), AÜTAD, VIII/14, Ankara 1963, ss. 77-87.
Moğol hücumu vaxtı Marağa tamamilə dağıldılmış, əhalisi qılıcdan keçirilimişdi.
Moğolların Marağaya ilk hücumu 30 mart 1221-ci ildə baş vermişdi. Şəhər xalqının
inadla müqavimət göstərməsinə baxmayaraq moğollar Marağanı alıb dəhşətli qətliam
törətmişdilər. Onlar aldıqları əsirləri ‚moğollar getdilər‛ deyə bağırmağa məcbur
edərək gizlənənləri də ortaya çıxarmış və qətlə yetirmişdilər. Beləcə Marağa əhalisinin
edmək olar ki, hamısı öldürülmüşdü. Moğollar daşıya bildikləri malları talan etmiş,
apara bilmədiklərini isə oda vermişdilər
172
.
Həmidullah Qəzvini Marağanın əvvələr Azərbaycanın paytaxtı olduğunu, indi (XIV
əsr) isə öz yerini Təbrizə buraxdığını qeyd edir
173
. Müəllif həmçinin yazır: ‚Buranın
əhalisi türk irqinə bənzər ağbənizdir. Əksəriyyəti hənəfi məzhəbinə mənsubdur. Onlar
ərəb dili ilə qarışmış pəhləvi (azəri-E.N) dilində danışırlar‛
174
. Həmidullah Qəzvini
Marağa ətrafında dənli bitkilər, pambıq, üzüm və s. meyvələrin yetişdirildiyini, Marağa
şəhəri və vilayətindən dövlət xəzinəsinə illik 255.500 dinar vergi daxil olduğunu yazır.
Müəllif həmçinin Nəsrəddin Tusinin Hülagü xanın dəstəyi ilə Marağada inşa etdirdiyi
rəsədxanadan da bəhs edir
175
.
Yaqut əl-Həməvi qədim yunan coğrafiyaşünası Ptolomeyin (II əsr) Mərənd haqqında
məlumat verərək bu şəhərin uzunluq və en dairələrini qeyd etdiyini bildirir. O,
həmçinin yazır ki, Mərənd Azərbaycanın məşhur şəhərlərindəndir və Təbrizlə arasında
iki günlük məsafə var
176
. İbn Xordadbeh Təbriz ilə Mərəndə arasında 10 fərsəx (56,85
km) məsafə olduğunu yazır
177
. Əhməd əl-Bəlazuri (IX əsr) Mərəndin kiçik bir kənd
olduğunu, gəlmə yəmənli ərəblərdən Əbu Bəis əl-Əzdinin orada məskunlaşdığını,
orada möhkəm divarları olan qala tikdirdiyini, bu yerlərdə ondan sonra oğlu Bəisin və
onun oğlu Muhəmməd ibn Bəisin hakim olduqlarını qeyd edir
178
. Muhəmməd ibn Bəis
həmçinin Təbriz və Şahi qalalarının da sahibi idi
179
. IX əsrin birinci yarısında xürrəmi
üsyanı davam edərkən Muhəmməd ibn Bəis sahib olduğu qala və istehkamları Babəkə
172
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 332-333.
173
Həmidullah Mustəvfi QƏZVİNİ, Nüzhətü’l-Qülub, (Trc. G. Le Strange), s. 78, London 1919.
174
Həmin əsər, s. 88.
175
Yəni orada.
176
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. VI, s. 176.
177
Məsalikü’l-Məmalik, s. 68.
178
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 462.
179
Seyidağa ONULLAHİ, XIII-XVII Əsrlərdə Təbriz Şəhəri, s. 41, Bakı 1982.
təslim etmişdi. Lakin Abbasilərin xürrəmi üsyanını yatırmaqda əzmli olduğunu görüb
müttəfiqi Babəkdən ayrılmış və yenidən xilafətin xidmətinə daxil olmuşdu
180
. XIII əsrin
əvvəllərində Azərbaycanda olmuş Yaqut əl-Həməvi yazır ki, indi Mərəndin
xarabalıqları qalıb və gürcülər Azərbaycana hücum etdikləri vaxt bu şəhərin əhalisini
əsir apardıqları üçün indi orada heç kim yaşamır
181
. Belə məlum olur ki, Mərənd bu
hücumdan sonra uzun müddət yarıdağılmış vəziyyətdə qalmışdır. Çünki Həmidullah
Qəzvini (XIV əsr) Mərəndin böyük şəhər olduğunu, onun qala divarlarının
uzunluğunun 8000 addım (6,43 km) olduğunu, lakin indi bu divarların sadəcə yarısının
dağılmadan qaldığını yazır. O, həmçinin qeyd edir ki, Mərənd ətrafında 60 kənd var.
Mərənd torpaqlarının məhsuldar olduğunu yazan müəllif qeyd edir ki, burada pambıq,
üzüm, qaysı və heyva becərilir. Kəndləri ilə birlikdə Mərəndin Elxanilərin xəzinəsinə
verdiyi illik verginin miqdarı 24 min dinar olmuşdu
182
.
Miyanə şəhərində, irəlidə görəcəyimiz kimi, bir çox azərbaycanlı alim yetişmişdir. Bu
şəxslər ‚Miyanəci‛ nisbəsi ilə tanındıqları üçün, bir çox hallarda, yanlışlıqla şəhərin adı
‚Miyanəc‛ kimi qeyd olunmuşdur. Halbuki şəhərin adı Miyanədir. İstər ərəb, istərsə də
fars dillərində nisbə tərtib olunarkən dilin qrammatik xüsusiyyətlərinə diqqət yetirilir.
Məsələn Gəncə və Baku şəhərlərinin adları saitlə bitdiyi üçün sonuna ‚i‛ samiti əlavə
olunmur. Əks təqdirdə Gəncəi və ya Bakui kimi əcaib forma meydana çıxa bilər. Araya
‚vav‛
[
ٝ
] samiti əlavə olunaraq Gəncəvi, Bakuvi nisbələri meydana gətirilir. O
cümlədən Miyanə sözü də saitlə bitdiyi və bu şəhərə aid edilən nisbə ‚Miyanəi‛ ola
bilməyəcəyi üçün araya ‚cim‛ [
ض
] samiti əlavə olunaraq ‚Miyanəci‛ nisbəsi alınmışdır.
Fəqət niyə ‚vav‛ deyil ‚cim‛ samiti? Düşünürük ki, bu Miyanə sözünün fasrca olması
səbəbiylədir və farsca Miyanəgi
[
یگٗا٤ٓ
]
nisbəsi ərəbcə yazıldığı zaman, bu dildə ‚g‛ səsi
və hərfinin olmaması səbəbiylə, ‚c‛ya dönmüşdür. Eynən ‚Azərbaygan‛ sözünün
ərəbcə ‚Azərbaycan‛ yazılması kimi. Eyni mülahizəni ‚Xunəci‛ nisbəsinə də aid etmək
olar. Xunə, yəni qədim azəricədə ev mənasını ifadə edən bu şəhərin adına nisbə tərtib
edilərkən ‚Xunəgi‛, ərəbcə yazılışı ilə ‚Xunəci‛ formasını almışdır. Ümimiyyətlə şəhər
adlarından nisbə tərtib edilərkən bəzən həmin şəhərin adının ‚tanınmaz‛ hala
180
BÜNYADOV, həmin əsər, s. 235, 246.
181
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. VI, s. 176.
182
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 89.
düşdüyünü görürük. Məsələnə əslən İranın Rey şəhərindən olanların ‚Razi‛, Mərv
şəhərindən olanların isə ‚Mərvəzi‛ nisbəsi ilə tanındıqları kimi.
Yaqut əl-Həməvi Miyanə şəhəri haqqında söz açarkən bu şəhərin adının farsca ‚ara‛
mənasını ifadə etdiyini, Təbriz ilə Marağa arasında yerləşdiyi üçün bu adla tanındığını,
adı çəkilən bu üç şəhərin coğrafi mövqelərinə görə üçbucaq təşkil etdiyini qeyd edir
183
.
Deyə bilərik ki, Yaqut əl-Həməvi burada bir qədər yanılıb. Çünki Miyanə Təbriz ilə
Marağa arasında yerləşmir. Bu üç şəhər arasında qalan sahə isə həqiqətən üçbucağa
bənzəyir. Ola bilsin ki, Miyanə Marağa ilə Ərdəbil
184
və ya Marağa ilə Xalxal arasında
yerləşdiyi üçün bu adı almışdı. X əsr coğrafiyaşünasları əl-Məqdisi
185
və əl-İstəxrinin
əsərlərində bu şəhərin adı çəkilir. əl-İstəxri Ərdəbildən Miyanəyə 20 fərsəx (113,7 km),
Miyanədən Xunəyə 7 fərsəx (39,79 km) məsafə olduğunu yazır
186
. XIV əsr müəllifi
Həmidullah Qəzvini isə Miyanənin bir vaxtlar əhəmiyyətil şəhər olduğunu, indi isə
böyüklüyünə görə kəndi xatırlatdığını yazır
187
. Ehtimal ki, XIII əsrin əvvəllərində
gürcülərin, xarəzmlilərin, sonra isə moğolların Azərbaycana etdikləri dağıdıcı
yürüşlərin ağır nəticələri, bir çox şəhər kimi, Miyanədən də yan keçməmişdir.
Bəlazuri əsərində Sasani şahı Ənuşirvanın (I Xosrov) Bəsfürrəcan torpağında Nəşəva,
yəni Naxçıvan şəhərini bina etdiyini yazır
188
. Həmidullah Qəzvini isə bu şəhərin
təməlinin Sasanilərdən Bəhram Çubinin (590-591) qoyduğunu yazır
189
. Ümuniyyətlə
orta əsr ərəbdilli mənbələrində Naxçıvan sözünün müxtəlif yazılışlarına rast gəlirik.
Bəlazuri, İstəxri, İbn Xordadbeh kimi IX-X əsr müəlliflərinin əsərlərində şəhərin adı
daha çox Nəşəva
[
َٰٟٞشَٗ
Dostları ilə paylaş: |