ٰ
]
190
, bu diyarda yetişmiş tanınmış şəxsiyyətlərin isə Nəşəvi
[
١ٞشٗ
]
nisbəsi ilə tanındığını görürük. Onu da qeyd edək ki, klassik ərəb
coğrafiyaşünaslarının əsərlərində şəhərin adı Naxçıvan kimi qeyd olunur, vilayət isə
Bəsfürrəcan kimi tanınırdı. Sonrakı əsrlərdə isə Nəxcuvan
[
ٕاٞعفٗ
]
, Nəqcuvan
[
ٕاٞعوٗ
]
,
183
Mu’cəmü’l-Büldan, C. VI, 368. ‚Miyan‛ sözü pəhləvi dilində ‚orta, ara, iç‛ mənalarını ifadə edir. Bax: Mehmet
KANAR, Büyük Farsça-Türkçe Sözlük, s. 631, İstanbul 1993.
; S. KLEVTSOVA, Russko-Persidskiy Slovar, s. 663, Tehran 1374.
184
BARTOLD, ‚Azerbaycan ve Ermenistan‛.
185
Əhsənü’t-Təqasim, s. 190.
186
Məsalikü’l-Məmalik, s. 76.
187
Nüzhətü'l-Qülub, s. 88.
188
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 274.
189
Nüzhətü'l-Qülub, s. 90.
190
İBN XORDADBEH, Məsalik, s. 82; İSTƏŞRİ, Məsalik, s. 76; BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 247.
Nəqşuvan
[
ٕاٞشوٗ
]
formasında da yazıldığının da şahidi oluruq. Belə fərqli yazılışların
meydada çıxmasının əsas səbəbi fikrimizcə ərəb dilində ‚ç‛ səsinin və hərfinin
olmaması, həmçinin şəhərin adının bir qədər uzun olmasıdır. Bu səbəbdən də ərəb
müəlliflər şəhərin adını tələffüz etdikləri kimi, ‚Nəşəva‛ formasında qeyd etmişdilər.
Naxçıvan Həbib ibn Məsləmə əl-Fıhrinin (ا) başçılıq etdiyi xilafət ordusu tərəfindən
döyüşsüz fəth olunaraq xilafətə birləşdirilmişdi. Həbib ibn Məsləmə ilə Naxçıvan
ağsaqqalları arasında əhdnamə bağlanmışdı. Əhməd əl-Bəlazuri bu əhdnamənin,
yuxarıda haqqında danışdığınız, Düveynlə bağlananla eyni şərtləri ehtiva etdiyini
yazır
191
. Yaqut əl-Həməvi deyir: ‚Nəşəva...Azərbaycanda şəhərdir. Bəzilərinə görə isə
Arranın Ərməniyyə ilə həmsərhəd olan şəhəridir. Xalq arasında Naxcuvan və ya
Naqcuvan da deyirlər...‛
192
. Əbdürrəşid Bakuvi yazır: ‚Naqcuvan...divarları və içqalası
(əhmədək-E.N) olan Azərbaycanda gözəl şəhərdir. Şəhər düzənliyin ortasında yüksək
yerdə bina olunub. Bu yerdən Araz çayı görünür. Bağlı-bostanlı, meşəli, meyvəli və
çörəkli yerdir. Havası təmiz, suyu şirindir...‛
193
. Əcaibü’d-Dünya müəllifi isə yazır:
‚Deyilənlərə görə Sən’ada (Yəmən-E.N) üzümün 70 çeşidi yetişir. Fəqət Naxçıvanda
yetişən ləzzətli və zərərsiz üzüm kimisi heç yerdə yoxdur. Nə qədər yeyilsə də zərəri
olmur‛
194
.
Naxçıvan orta əsrlərdə ən parlaq günlərini Azərbaycan Atabəyləri dövündə yaşamışdı.
Eldənizli hökmdarları şəhərin abadlığı, iqtisadi, ictimai, elmi və mədəni tərəqqisi üçün
böyük işlər görmüşdülər. Bu dövrdə Naxçıvanda bir sıra mühüm əhəmiyyətli binalar, o
cümlədən elm ocaqları, mədrəsələr tikilib istifadəyə verilmişdi. Adak. Z. Bünyadov
Naxçıvanın Eldənizlilər dövründəki həyatı barədə ətraflı tədqiqat aparmışdır
195
.
Azərbaycanın bir sıra şəhərləri kimi Naxçıvan da moğol işğalı vaxtı çoxsaylı insan
tələfatı ilə müşayət olunmuş ağır dağıntıya və tənəzzülə məruz qalmışdı. Lakin
Həmidullah Qəzvinin verdiyi məlumatlardan moğol işğalının ardınca gələn Elxanilərin
hakimiyyəti illərində Naxçıvanın, ətrafındakı Əcnan, Ordubad, Azad və Maku kimi
yaşayış məntəqələri ilə birlikdə, dirçəldiyi və yenidən abadlaşdığı məlum olur. Müəllif
191
BƏLAZURİ, Fütuhü’l-Büldan s. 247. Ətraflı məlumat üçün bax: NƏSİROV, Raşidi Xəlifələr....s. 75-76.
192
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. VI, s. 421, 437.
193
Əbdürrəşid ibn Saleh əl-BAKUVİ, Təlxisü’l-Asar və Əcaibü’l-Məlikü’l-Qəhhar, (Trc. Z. Bünyadov), s. 132, Bakı 1992.
194
Əcaibü’d-Dünya, s. 101.
195
BÜNYADOV, Azərbaycan Atabəyləri..., s. 189-193.
Naxçıvan sözünü ‚Nəqşi-cahan‛, yəni aləmin naxışı kimi izah edir və bu yerin
əhalisinin şafi’i məzhəbində olduqlarını qeyd edir
196
. H. Qəzvini Naxçıvandakı
binaların böyük əksəriyyətinin bişmiş kərpicdən inşa ediliyini, Naxçıvan yaxınlığında
Əlincə, Təğmar, Fəğan və Sürmari kimi möhkəm qalaların yerləşdiyini qeyd edir.
Qəzvini həmçinin Azad qəsəbəsi sakinlərinin kobud və qəddar təbiətli olduqlarını
yazır
197
. XIII əsrdə yaşamış tanınmış sufi şeyxi Əvhədəddin Kirmani də Naxçıvanda
səfərdə ikən, şeyx olduğu bilinmədiyi üçün, bir neçə dəfə möhkəmcə döyülmüşdü. Onu
döyənlər şeyx olduğunu biləndən sonra dərin peşmançılıq hiss etmiş və onun müridi
olmuşdular
198
. Əcaibü’d-Dünya müəllifi isə XIII əsrdə Naxçıvan haqqında yazır: ‚Bu
Azərbaycandakı böyük və rifah içindəki şəhərlərdən biridir. Hündürlükdə mövqe tutub
və güclü istehkamlarla əhatə olunub. Naxçıvanda çoxlu saraylar, imarətlər və eyvanlar
var. Şəhərin yaxınlığındakı qalada mədrəsə, məscid və minarə var. Qalanın içində
həmçinin bulaq var. Buradakı bütün binalar bişmiş kərpic və kəcdən inşa edilmişdir.
İmarətlərin çoxu üç və dörd mərtəbəlidir və qəsri xatırladırlar. Sünni və şafi’i
məzhəbində olan Naxçıvan əhalisi yaraşıqlı və xoşxasiyyətli insanlardır. Onlar cəsur,
İslam uğrunda vuruşan, sərrast ox atan, qonaqpərvər və nitq söyləməkdə
mahirdirlər‛
199
.
Orta əsr ərəbdilli müəlliflərin əsərlərində rast gəlinməsə də XIV əsr müəllifi
Həmidullah Qəzvini öz əsərində Qarabağ və onunla Azərbaycanın digər yaşayış
məntəqələri arasındakı məsafələr haqqında məlumat verir
200
. Bu da onu göstərir ki,
artıq XIII-XIV əsrlərdə Qarabağ adı coğrafi məkan kimi tarix və coğrafiya kitablarında
qeyd olunmağa başlamışdı. V. Bartold moğol işğalından sonrakı dövrdən etibarən
Arranın cənub hissəsinin türkcə Qarabağ adı ilə tanınmağa başladığını yazır
201
. Çar
Rusiyasının işğalından sonrakı dövrlərdə Qarabağın tarixiylə bağlı əsərlər yazan
azrbaycanlı müəlliflər coğrafi məkan kimi Qarabağın hüdudları haqqında məlumat
vermişdirlər. Mirzə Camal Cavanşir yazır: ‚Qədim tarix kitablarının yazdığına görə
196
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 90-91.
197
Yenə orada.
198
Muhəmməd SİVASİ, Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, s. 132, Tehran 1369
199
Əcaibü’d-Dünya, s. 244.
200
Nüzhətü’l-Qülub, s. 173-174.
201
Soçineniya, C. III, s. 335.
Qarabağ vilayətinin sərhəddi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq
körpüyə qədər-(sərhəd) Araz çayıdır. İnki Sınıq körpü Qazax, Şəmsəddin və Dəmirçi-
Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnıy
most, yəni Qızıl körpü (Qırmızı körpü-E.N) adlandırırlar. Şərq tərəfdən (sərhəd) Kür
çayıdır ki, Cavad kəndindən Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür.
Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə-E.N) sərhəddi Kür çayına qədər-Goran
çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Kuşbək, Salvartı
və Ərikli adlanan uca Qarabağ dağlarıdır‛
202
. Mir Mehdi Xəzani, Rzaqulu bəy Mirzə
Camal oğlu kimi müəlliflər də Qarabağın hüdudlarını yuxarıda göstərildiyi kimi qeyd
etmişdirlər
203
. Göründüyü kimi Qarabağın şərq və cənub sərhədləri qədim Arranın
sərhədləri ilə demək olar ki, eynidir. Yəni Kür və Araz çayları həm orta əsrlərdə
Arranın, həm də yaxın çağda Qarabağın təbii hüdudu olmuşdular. Lakin şimal və qərb
sərhədlərində bir qədər dəyişiklik var. Bəylərbəyi Ziyadoğlunun 1736-cı ildə Nadirqulu
xanın Muğanda şah elan edilməsinə qarşı çıxması səbəbilə Nadir şah (1736-1747)
Borçalı mahalını Gəncə bəylərbəyliyindən alıb gürcü Kartli-Kaxeti çarlığına peşkəş
etmişdi. Bundan sonra da Arranın Xrami çayından şimalda qalan torpaqları Gürcüstan
ərazisi kimi tanınmağa başlamışdı. Bir vaxtlar Araz çayının mənbəyinə qədər uzanan
Arranın qərb sərhədləri isə təqribən indiki Azərbaycan-Ermənistan sərhəddini təşkil
edən dağ silsilələrinə qədər geriləmişdi. Buradan belə nəticə çıxara bilərik ki, Arranda
müsəlman əhalinin sıx yaşadığı hissə Qarabağ adı ilə tanınmağa başamışdı. Xristian
əhalinin daha sıx yaşadığı qərbi Arran torpaqları isə Qarabağa aid edilməmişdir. Keçən
əsrlər ərzində qriqoryanlaşdırma və erməniləşdirmə prosesi sayəsində Arranın xristian
əhalisi erməniləşməyə məruz qalmışdı. XIX əsrin ilk rübündə cənubi Qafqazı işğalı
etdikdən sonra Rusiya İran və Osmanlı dövlətləri ərazisindəki erməniləri kütləvi
şəkildə Azərbaycanın şimal-qərb bölgələrinə, İrəvan, Naxçıvan və Qarabağa
köçürmüşdü. Məqsəd İran və Osmanlı sərhədlərində Rusiya imperyasının etimad
göstərdiyi xristian əhalinin sayca çoxluğunu təmin etmək idi. Türkmənçay
müqaviləsinin (10 fevral 1928) bağlandığı il sadəcə may ayında 8000 erməni ailəsi qərbi
202
MÜŞTƏRƏK, Qarabağnamələr, C. I, s. 107-108, Bakı 1989.
203
MÜŞTƏRƏK, Qarabağnamələr, C. II, s. 98-99, 205-206, Bakı 1991.
Azərbaycana köçürülmüşdü
204
. Rus işğalının ilk 7 ilində köçürmə siyasəti nəticəsində
ermənilərin qərbi Azərbaycandakı sayı 57,226 nəfərə çatdırılmışdı
205
. Buna baxmayaraq
qərbi Arranda müsəlman türklər hər zaman əhalinin böyük əksəriyyətini təşkil
etmişdilər. XIX əsrin birinci yarısında cəmi 11,463 əhalisi olan İrəvanın Şaqar, Təpəbaşı
və Dəmirbulaq səmtlərində 7,331 müsəlman türk, 2,369 yerli erməni, 1,715 İrandan
köçürülmüş erməni, 45 Anadoludan köçürülmşü erməni, 3 nəfər isə qeyri millətin
nümayəndəsi yaşayırdı
206
. Sonrakı dövrlərdə şərqi Arranın dağlıq hissəsi dağlıq
Qarabağ, düzənlik hissəsi isə aran Qarabağ adı ilə tanınmağa başlamışdı.
Haqqında IX-X əsr müəlliflərinin məlumat verdikləri Səlmas Azərbaycanın qərbində,
Anadolu torpaqları ilə səmsərhəd ərazidə yerləşir. Səlmas, Xoy ilə birlikdə,
Azərbaycanda İslamın ilk qəbul edildiyi şəhərdir. 639-cu ildə Van gölü ətrafındakı
Ərməniyyə torpaqlarının fəth edən İyaz ibn Ğənəm (ا) bir müddət sonra Xoy və Səlmas
şəhərlərini də ələ keçirmişdi. əl-Vaqidi (747-823) yazır ki, az bir qismi istisna olmaqla
Xoy və Səlmas əhalisi İslamı qəbul etmiş və bu dini öyrənmək üçün müsəlmanlardan
müəllimlər istəmişdilər
207
. IX-X əsr coğrafiyaşünas və səyyahları Səlmas haqqında,
ətraflı olmasa da, məlumat verirlər. Görünür bu dövrdə Səlmas elə də böyük olmayan,
ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamayan şəhər idi. XIII əsr
müəllifi Yaqut əl-Həməvi isə Səlmasın moğol işğalçıları tərəfindən demək olar ki,
tamamilə dağıldıldığını bildirir
208
. Həmidullah Qəzvininin verdiyi məlumatlardan
Elxanilərin hakimilyəti illərində Səlmasın dirçələrək abadlaşdığını öyrənirik. Müəllif
şəhərin dağılmış qala divarlarının Elxanilərin vəziri Tacəddin Əlişah Təbrizi tərəfindən
bərpa edildiyini və Səlmasın qala divarlarının uzunluğunun 8000 addım (6,43 km)
olduğunu yazır. O, Səlmas əhalisinin qatı dindar sünni olduqlarını yazır
209
. Müəllif
həmçinin səlmaslılarla qonşuluqda yaşayan kürdlər arasında uzun zamandan bəri
davam edən düşmənçilik və müharibənin olduğunu qeyd edir. Düşmənçiliyin nəsldən
204
Sergey QLİNKA, Opisaniye Pereseleniya Armyan Azerbaydjanskix v Predelı Rossii, s. 92, Moskva 1831.
205
İvan ŞOPEN, İstoriçeskiy Pamyatnik Sostoyaniya Armyanskoy Oblasti v Epoxu Yeyo Prisoyedineniya k Rossiyskoy İmperii,
s. 539-540, St.Peterburq 1852.
206
ŞOPEN, həmin əsər, s. 543-546.
207
Əbu Abdullah Muhəmməd ibn Ömər əl-VAQİDİ, Fütuhü’ş-Şam, (Nşr. Ə. Əbdürrəhman), C. II, s. 169, Beyrut 1997.
[
ِّْٜٗٞٔؼ٣ اًلااظن ٖ٤ٍُِٔٔا ٖٓ سؼؼتٝ َ٤ِوُا لائ اِٜٛأ ٌِْأك ضنلأا يِذ ٢ِؼ٣ آٝ يأٌِ ٝ ٟٞـ ٠ُا ضا٤ػ سؼتٝ
]
. Bu haqda daha ətraflı məlumat
üçün bax: NƏSİROV, Raşidi Xəlifələr..., s. 51-52.
208
Mu’cəmü’l-Büldan, C. V, s. 234.
209
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87.
nəslə ötürülməsi səbəbiylə bu iki icmanı barışdırmaq mümkün olmamışdır
210
. H.
Qəzvini Səlması taxılı və meyvə-tərəvəzi bol olan yer kimi təsvir etmişdir
211
. Ə. Bakuvi
də Səlmasın bol taxılı və balı olduğunu yazır
212
.
Sərab şəhərinin adının mənbələrdə daha çox ‚Sərav‛ və ya ‚Sərəv‛ kimi yazıldığının
şahidi oluruq. Yaqut əl-Həməvi öz əsərində bu şəhərin Ərdəbil mahalında olduğunu
qeyd edir. Müəllif Sərabın Təbrizlə Ərdəbil arasında yerləşdiyini, Ərdəbildən Səraba üç
günlük yol olduğunu bildirir
213
. Səm’ani də öz əsərində ‚Sərəv‛ adlı yaşayış
məntəqəsinin iki ayrı yerdə mövcud olduğunu qeyd edir. Müəllif bunlardan birinin
İranın Mazəndaran vilayətində, digəri isə Azərbaycanın Ərdəbil vilayətində olduğunu
yazır və bu şəhərdə bir çox mühəddisin yetişdiyini bildirir
214
. 1221-ci ilin yay aylarında
moğolların hücumuna uğrayan Sərab ağır dağıntı və insan tələfatına məruz qalmışdı
215
.
Elxanilərin hakimiyyəti dövründə isə Sərab orta böyüklükdə şəhər idi. Sərab ətrafında
100-ə yaxın kənd var idi. Bu torpaqlarda yüksək keyfiyyətli taxıl yetişirdi
216
.
Kiçik bir qəsəbə olan Sücas haqqında mənbələrdə çox az məlumat var. Yaqut əl-
Həməvi bu qəsəbənin Azərbaycanın şəhərlərindən biri olduğunu və Həmədanla Əbhər
arasında yerləşdiyini yazır
217
. Bu kiçik şəhərdən bir çox məşhur alim və ədib, o
cümlədən tanınmış sufi şeyxi Rüknəddin Sücasi (öl. 1211) çıxmışdı.
Sücas kimi Sührəvərd də mənbələrdə adına az rast gəlinən, lakin yetişdirdiyi mümtaz
şəxsiyyətlərlə məşhur olmuş kiçik bir şəhər idi. Sührəvərd Zəncan ətrafında yerləşən
qəsəbələrdən biri idi. əl-İstəxri Sührəvərdin Azərbaycanın sərhədyanı qəsəbələrindən
biri və Zəncandan 3 fərsəx (17 km) aralı olduğunu yazır
218
. Həmçinin Zəkəriyya
Qəzvini, İbnü’l-Əsir və Yaqut əl-Həməvi də Sührəvərdin Zəncan yaxınlığında
yerləşdiyini qeyd edirlər
219
.
210
Yenə orada.
211
Yenə orada.
212
BAKUVİ, Təlxisü’l-Asar, s. 96.
213
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67.
214
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 381.
215
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 338.
216
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87-88.
217
Mu’cəmü’l-Büldan, C. IV, s. 49.
218
Məsalikü’l-Məmalik, s. 77, 79.
219
Zəkəriyya Muhəmməd əl-QƏZVİNİ, Asarü’l-Bilad və Əxbarü’l-İbad, (Nşr. S.M.Şahmuradi), s. 380, Tehran 1373.;
İBNü’l-ƏSİR, Lübab, C. II, s. 157; YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. IV, s. 167.
Bu gün artıq Azərbaycanda inzibati ərazi vahidi olan Şabran şəhəri haqqında
mənbələrin xülasəsinə keçməmişdən əvvəl bu oykonimin etimoloji izahına çalışaq.
Məlum olduğu kimi bu məsələ hətta Azərbaycan parlamentində də gündəmə
gətirilmiş, lakin qənaətbəxş bir izah ortaya qoyulmamışdı. Bu coğrafi adın fars mənşəli
olduğu söylənir, lakin hansı mənanı ifadə etdiyi dilə gətirilmirdi. Şabran adını ‚şəb‛ və
‚ran‛, güya gecə və məkan sözlərinin birləşməsindən törəyib ‚gecələmə yeri‛ kimi
əlaqəsiz bir izahla məsələnin üzərindən ötmyə çalışanlar da olmuşdur. Üstəlik bunu
edən şəxs farsca ‚şəb‛in qaranlıq mənasını ifadə etdiyini də qeyd etmişdir. Bu elmi
işçinin fars dilindən xəbəri olmadığı açıq-aşkar görünür. Belə olmasaydı məqaləsinin
adını ‚Qaranlıq Məkan‛ qoymazdı. Farsca ‚şəb‛ gecə deməkdir, qaranlıq isə
[
ي٣ناذ
]
‚tarik‛dir. Bundan başqa şəhərin adı mənbələrdə ‚Şəbran‛ deyil, ‚Şabran‛ kimi yazılır.
Həmçinin ‚ran‛ sözü farscada məkan deyil, qıç, bud mənasını, jarqonda isə burada
yaza bilməycəyimiz başqa bir mənanı da ifadə edir. Belə mülahizələr yürütmədən əvvəl
heç olmasa açıb lüğətə baxmaq lazımdır.
Elə isə nə deməkdir Şabran? Məlum olduğu kimi Azərbaycan və Arran şah I Şapurun
(241-272) hakimiyyəti dövründə işğal edilərək Sasani imperiyasının tərkibinə
qatılmışdır
220
. Ümumiyyətlə Sasani imperiyasının ərazisi adı çəkilən şahın dövründə
işğallar hesabına xeyli genişləndirilmişdir. Bu səbəbdən də şah I Şapurun adı ilə bir sıra
toponimlərin bağlı olduğu görünür. Məsələn Əfqanıstandakı Şebergan (Şapurgan),
İrandakı Cündşapur, Nişapur kimi toponimlər bu hökmdarın adı ilə bağlıdır. Ərəb
dilində ‚p‛ səsi olmadığı üçün ərəbdilli mənbələrdə Nişapurun-Nişabur,
Cündşapurun-Cündşabur kimi yazıldığının şahidi oluruq. O cümlədən Şabran, daha
dəqiq desək Şaburan
[
ٕانٞتاش
]
da farsca Şapuranın
[
ٕانٞپاش
]
ərəbcələşmiş formasından
başqa bir şey deyil. Erməni salnaməçisi Kirakosun əsərində bu şəhərin adı məhz
‚Şaporan‛ kimi qeyd olunmuşdur
221
. ‚Şapur‛ sözünün sonuna cəm şəkilçisi ‚an‛ əlavə
edilməklə ‚Şapurlar‛ sözü düzəlmişdir. Lakin ola bilsin ki, buradakı ‚Şapur‛ şah I
Şapurun adı ilə bağlı olmasın. Çünki Şapur sözünün özü də ‚şah‛ (hökmdar) və ‚pur‛
(oğul) sözlərinin birləşməsindən meydana gəlib. Belədə şəhərin adı ‚şah oğulları‛
220
MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 173.
221
QANZAKETSİ, İstoriya Armenii, 135.
mənasını ifadə edəcəkdir. Lakin bəzi mənbələrdə bu şəhərin adının Şavuran kimi
yazıldığını da görürük. Şavur isə Şapurun deformasiyaya uğramış şəklidir. Məlum
olduğu kimi tarixdə Şavur adlı tanınmış şəxslər də olmuşdur, məsələn Şəddadi əmiri
Əbü’l-Əsvar I Şavur (1049-1067) kimi. Bu səbəbdən də şəhərin adının I Şapurla bağlı
olması daha ağılabatandır.
əl-Bəlazuri (IX-X əsrlər) Şabran və Masqut şəhərlərinin Sasani şahı Ənuşirvan
tərəfindən bina edildiyini yazır
222
. İbn Xordadbeh (X) də eyni məlumatı verir
223
. Məqdisi
(X əsr) isə Şabranın möhkəm qala divarlarına malik olmayan, xristianların üstünlük
təşkil etdiyi şəhər olduğunu qeyd etmişdir
224
. Düşünürük ki, Məqdisi bir qədər
yanılmışdır. Şabranda nə vaxtsa xristianların üstünlük təşkil etməsini söyləmək
çətindir. Belə ki, şəhərin əhalisi farsdilli və İslamdan əvvəl atəşpərəst olduqları üçün
xristian əhalinin burada çoxluq təşkil etməsi mümkün deyil. Şabran haqqında ən geniş
məlumatı vermiş Övliya Çələbinin qeydlərində buna işarə ola biləcək bir kəlmə belə
yoxdur. Bir zamanlar hakim din olsaydı xristianlıq bir neçə əsrdə izsiz-soraqsız bu
şəhərdən yox ola bilməzdi. əl-İdrisi (1100-1165) də Arranın şəhərlərini sadalayarkən
bunların arasından Şabranın da adını çəkir
225
. əl-İstəxri (X əsr) də Şabranın Arrandakı
şəhərlərdən biri olduğunu bildirir. O, həmçinin Şabranın dəniz sahilində kiçik qala
divarları ilə əhatə olunmuş şəhər olduğunu, bu şəhərin bir çox nahiyəsinin,
yaxınlıqdakı dağların isə məhsuldar torpaqlara sahib olduğunu yazır
226
. Yaqut əl-
Həməvi (XIII əsr) də Şabranın Ənuşirvan tərəfindən inşa edildiyini, Dərbəndlə Şabran
arasında 20 fərsəx (113,7 km) məsafə olduğunu yazır
227
. Müasir ölçmə texnologiyaları
isə Dərbəndlə Şabran xarabalıqları arasında cəmi 100 km, yəni 17,5 fərsəx olduğunu
göstərir. Şəmsəddin Diməşqdi də Şabranın Xəzər dənizi sahilində yerləşən və təməli
Ənuşirvan tərəfindən qoyulmuş şəhər olduğunu bildirir
228
. Həmidullah Qəzvini
Şabranın şah Ənuşirvan tərəfindən bina edildiyini, bu yerin isti və suyunun həzm üçün
222
Fütuhü’l-Büldan, C. I, s. 205. ػوٍٓ ح٘٣كٓٝ
]
[
ٕاهتاشُا ٠٘ثك لاثه ٖت ٟهًٍ ٕاٝهش ٞٗأ . Masqutun indiki Xaçmaz rayonu ərazisindəki
Müşkür olduğu güman edilir.
223
Məsalikü’l-Məmalik, s. 90.
[
ػوٍٓ ح٘٣كٓٝ ٕاهتاشُا ح٘٣كٓ ٢٘ت يِٓ أُ لاثه ٖت ٕاٝهشٞٗأ ٕاًٝ
]
224
Əhsənü’t-Təqasim, s. 185.
[
ٕاهتاش
:
كؼ يأن ٟناصُِ٘ اٜ٤ك حثِـُا ٖصؼ لات
]
225
Şərif Əbü’l-Həsən Muhəmməd əl-İDRİSİ, Nüzhətü’l-Müştaq fi İxtiraqi’l-Afaq, s. 34-35, Riyad 1989.
226
İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 67.
227
Mu'cəmü'l-Büldan, C. IV, s. 182.
228
DİMƏŞQİ, Nüzhətü’d-Dehr, s. 189.
zərərli olduğunu yazır
229
. Övliya Çələbi isə aşağıda qeyd edəcəyimiz kimi bunun tam
əksini yazır. H. Qəzvini həmçinin qeyd edir ki, Şabranda keyfiyyətli taxıl və digər dənli
bitkilər yetişir
230
. Hüdudü’l-Aləm müəllifi bu şəhərin adını Şavuran
[
ٕانٝاش
]
kimi qeyd
edərək burada əldə edilən məhəng daşının ixrac olunduğunu yazır
231
. Bu əsərin
naməlum müəllifi həmçinin qeyd edir ki, Şabran, Dərbənd və Bakı Xursan
[
ٕاٌهـ
]
vilayətinin şəhərləridir
232
. Əbdürrəşid Bakuvi və Sadiq İsfəhani Şabranın Babü’l-Əbvab
(Dərbənd) nahiyəsində şəhər olduğunu və çahi-Bijənin də burada olduğunu
bildirirlər
233
. Çahi-Bijən, yəni Bijənin quyusu Firdovsinin ‚Şahnamə‛sində də qeyd
olunan qədim İran əsatirindəki bir istilahdır. Bu əsatirə görə İran şahı Keyxosrov Turan
məmləkətinə sərkərdə Bijəni ordu ilə göndərmiş, Bijən Turan hökmdarı Əfrasiyabın
(Alp Ər Tunqa) qızı Mənijəni görüb ona aşiq olmuşdu. Bu səbəbdən də Əfrasiyabın
qəzəbinə tuş gəlmiş və bir quyuya atılaraq 7 il orada qalmışdı. Nəhayət Rüstəmi-Zal
gəlib onu bu quyudan xilas etmişdi. Böyük ehtimalla bu iki müəllif yanılmışdılar. Bijən
quyusu adı ilə məşhur olan zindan Şabranda deyil, Uyğurstandakı Qaraqorum
şəhərində idi.
Daha əvvəl yazdığımız kimi Şabran haqqında ən geniş məlumat verən mənbə Övliya
Çələbinin (1611-1672) ‚Səyahətnamə‛sidir. Müəllif yazır: ‚Əvsafi-Şaburan: Şirvan
vilayəti hökmündə müzəyyən (bəzədilmiş, gözəl-E.N) bir şəhərdir. Lakin Dəmirqapı
vilayətinə aid edilir. Qədim zamanlarda İsfəndiyar şah tərəfindən bina edilmişdir.
Sonra Hülagü moğolu gəlib şəhəri yerlə yeksan edib, əhalisini qırıb evlərini yıxmışdır.
Sonra şəhər yenidən bərpa edilmişdi. Nəhayət sultan III Muradın (1574-1595) vəziri
Özdəmiroğlu Osman paşa Dərbəndi fəth edərkən Şaburan əhalisi də ona itaət etmiş və
bu şəhər sancaqbəyliyi məzkəzi olmuşdu....Havasına və suyuna görə Təbrizdən sonra
İranda mədh olunan şəhər budur. Şabran şəhəri yetmiş məhəllədən ibarətdir və orada
yetmiş mehrab (məscid) var. Məşhur cameləri (cümə məscidləri) bunlardır: Toxmaq xan
came, Əfşar xan came və Uzun Həsən came. Uzun Həsən camenin misli bərabəri heç
229
QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 93-94.
230
Yenə orada
231
ANONİM, Hüdudü’l-Aləm, s. 123.
232
Yenə orada. Sözü gedən Xursan vilayəti Xorasanın deformasiyaya uğramış forması ola bilər. Çünki Dağıstanın
cənubundakı Təbərsəran (indiki adı ilə Tabasaran) vilayəti Təbəristanın təhrifə uğramış formasıdır. Bu haqda A.
Bakıxanov da yazmışdır. Bax: Gülistani-İrəm, s. 24.
233
BAKUVİ, Təlxisü’l-Asar, s. 125; İSFƏHANİ, Geographical Works, s. 108.
yerdə yoxdur. Hətta Özdəmiroğlu Osman paşa hər cümə günü böyük bir dəstə ilə
Dərbənddən gəlib burada ibadət edərmiş. Bu qədim ibadətgahın divarları buqələmun
dərisi kimi rəngdən rəngə bürünür. Mərmərlərindəki oyma naxışlar isə hətta
memarlıqda mahir olanları heyrətə salır. Şəhər Müskür vadisində məhsuldar bir
məkanda mövcuddur. Şabranın 7 nahiyəsi var və hər biri bir səyyarənin (planet) adı ilə
adlandırılmışdır‛
234
.
Bu gün xarabalıqları Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında, Şabrançayın iki
sahilində təqribən 40-50 hektardan çox sahəni əhatə edən qədim Şabranın
235
indiyə
qədər cəmi 4,5 km
2
sahəsində arxeoloji qazıntılar aparılmışdır
236
. Şəhərin XVIII əsrə
qədər intensiv yaşayış məskəni olduğu məlum olmuşdur
237
. Azərbaycanda IX əsrə aid
edilən kanalizasiya sistemi ilk dəfə Şabranda açılmışdır. Şərqin ən böyük
zərbxanalarından biri məzh Şabranda yerləşmişdi
238
. XIV-XV əsrlərdə bu zərbxanalarda
mis və gümüş pullar zərb olunurdu
239
.
Orta əsrlərdə Azərbaycanda Firuzqubad və ya Firuzabad adı ilə tanınan iki şəhər var
idi. Bunlardan biri Azərbaycanın cənubunda Xalxal şəhərindən 1 fərsəx (5,68 km)
aralıda, digəri isə Babü’l-Əbvab (Dərbənd) mahalında yerləşirdi
240
. Dərbənd
yaxınlığındakı qala daha çox Firuzqubad kimi şöhrət tapmışdı. Vaxt ötdükcə
‚Firuzqubad‛ adı qısalaraq ‚Quba‛ formasını almışdı. İbn Xordadbehin (öl. 912)
əsərində Firuzqubad şəhərinin adına rast gəlirik, müəllif şəhərin adını Ləkz vilayəti ilə
yanaşı çəkir
241
. Həmidullah Qəzvini Firuzqubadı gözəl iqlimli, çoxlu gözəl yerləri olan
məkan kimi təsvir etmişdi
242
. Yaqut əl-Həməvi Firuzqubad qalasını şah Ənuşirvanın
tikdirdiyini və şəhərin onun atası Firuz oğlu I Qubadın (488-531) şəhərəfinə
adlandırıldığını yazır
243
. Düşünürük ki, indiki Quba və Qusar rayonları ərazisində bir
deyil, bir neçə qala və qəsr mövcud olmuşdur. Çünki ‚Qusar‛ adının da ərəbcə ‚qəsr‛
234
Mehmed Zılli ibn Dərviş ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, (Nşr. Ə. Cəvdət), C. II, s. 305, İstanbul 1314.
235
GÖYÜŞOV, həmin əsər, s. 142.
236
Tarix DOSTİYEV, ‚Orta Əsr Şabran Şəhərinin Arxeoloji Təqdimatının Bə’zi Nəticələri‛, Azərbaycan
Dostları ilə paylaş: |