ORTA ƏSRLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLI ALİMLƏR
Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi
Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani
şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti
altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini
fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud,
Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan
Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya
kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian
teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r
yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin
Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi
337
. Əsirlikdən qayıdandan sonra
Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi
olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən
vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi.
Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi.
Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir
Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın
adamlarından biri olmuşdu. 1188-ci ildə həcc ziyarəti üçün yola çıxan Burhanəddin
Anəvi əmir Seyfəddinin elçisi olaraq Bağdadda Abbasi xəlifəsi Nasir Lidinillahla
görüşmüşdü. 1207-ci ildə Əxlatşah əmirliyi ləğv edilərək ərazisi Əyyubilər dövlətinə
birləşdirilmişdi. Bu hadisədən sonra Konyaya gedən Burhanəddin Anəvi Anadolu
Səlcuqlu sultanı İzzəddin I Keykavusun (1211-1220) xidmətinə daxil olmuşdu
338
.
Malatya şəhəri qaziliyinə təyin olunan Burhanəddin Əbu Nəsr Anəvi ‚Ənisü’l-Qülub‛
adlı farsca əsərini yazıb sultan İzzəddinə təqdim etmişdi. Bu əsərin son qismi
‚Nəsihətnamə‛ adlanır. Müəllif burada Burhan təxəllüsü ilə gənc hökmdar İzzəddin I
Keykavusa nəsihət və öyüd mahiyyətində şerlər yazmışdı. ‚Ənisü’l-Qülub‛ İslam tarixi
337
Mehmed Fuad KÖPRÜLÜ, ‚Anadolu Selçukluları Tarihinin Yerli Kaynakları‛, TTK, Belleten, C. VII, S. 27,
Ankara 1943, ss. 456-483.
338
KÖPRÜLÜ, həmin məqalə.
və əxlaqa dair əsər olsa da bu əsərdə Azərbaycan, Arran və Anadoluda yaşayan oğuzlar
haqqında dəyərli tarixi məlumatlar var
339
. ‚Ənisü’l-Qülub‛ Anadoludakı farsdilli
ədəbiyyatın qiymətli nümunələrindən biridir. Bu əsər Firdovsinin ‚Şahnamə‛si
tərzində qələmə alınmışdır və bir növ xəlifələrin tərənnüm edildiyi şahnamədir
340
.
‚Ənisü’l-Qülub‛un məlum olan yeganə nüsxəsi İstanbulda Ayasofiya kitabxanasında
saxlanılır. Burhanəddin Anəvinin ölüm tarixi 1214-cü ildən sonraya təsadüf edir.
Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Əbu Əyyaş Cə’fər ibn Muhəmməd
Ərdəbilidən hədis dinləmişdi. Əli ibn Muhəmməd ibn Məhruyə Qəzvini, Əbü’l-Həsən
Əli ibn İbrahim əl-Qəttan Qəzvininin tələbəsi olmuş, onların yanında fiqh elmini
öyrənmişdi. Əbü’l-Həsən Əhməd ibn Muhəmməd əl-Ətiqi ondan hədis dinləmiş və
nəql etmişdi
341
. Əbu Abdullah Nafi’ əl-Azərbaycani h. 382-ci ildə (992) həcc
ziyarətindən qaydarkən Bağdada gəlmiş və burada hədis dərsləri vermişdi
342
. əs-Səravi
(١ٝهٍُا) nisbəsinin haradan, hansı yaşayış məntəqəsindən gəldiyinə dair yuxarıda
məlumat vermişdik, bu nisbə cənubi Azərbaycanın Sərab şəhərinə aiddir. Səm’ani
alimin h. 400-cü ildən (1010) əvvəl vəfat etdiyini yazır
343
.
Muhəmməd ibn Muhəmməd ibn Hüseyn ibn Əbduk əl-Azərbaycani
Mühəddis idi. Hədis dinləmək üçün səyahətə çıxmış, Hicaz, İraq, Misir və Şam
diyarının mühəddislərindən hədis dinləmişdi. İbnü’l-Müqəyyir, İbn Rəvahə, İbn
Qumeyrə, İbn Rəvvac və Səxavi onun hədis dinlədiyi mühəddislərdən idilər. Qüds
şəhərində yaşamış və burada hədis dərsləri vermişdi. İbn Xubbaz və İbn Əttar kimi
339
KÖPRÜLÜ, həmin məqalə.
340
Mikayıl BAYRAM, ‚Selçuklular Zamanında Anadolu’da Bazı Yöreler Arasındaki Farklı Kültürel Yapılanma ve
Siyasi Boyutları‛, SÜTAD, S. 1, Konya 1994, ss. 79-92; Ali ÖNGÜL, ‚Selçuklularda Eğitim Faaliyetleri ve Yetişen İlim
Adamlarına Genel Bir Bakış‛, CBÜSBED, C. I, S. 2, Manisa 2003, ss. 67-78.
341
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67; Əbu Nəsr Əli ibn Hibətullah İBN MAKULA, İkmal, C. II, s.
119, Qahirə 1976; Əbü’l-Fəzl İBNü’l-QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 22, Bağdad 1970. İbnül-Qeysərani alimin
adını digər müəlliflərdən bir qədər fərqli, ‚Əbu Abdullah Nafi’ ibn Əli ibn Bəhr ibn Əmr ibn Hazim‛ olaraq qeyd
etmişdir.
342
Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Tarixu-Mədinətü’s-Səlam Bağdad, C. XIII, s. 322, Qahirə 1931.
343
Yenə orada.
hədis alimləri onun tələbəsi olmuşdular. Alim h. 682-ci ilin rəcəb ayında (oktyabr 1283)
vəfat etmişdi
344
.
Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani
Mühəddis, siqa hədis ravisi idi. Azərbaycanda dünyaya gəlmiş, lakin gənclik illəri
Bağdadda keçmiş və bu şəhərdə təhsil almışdı. Əbu Cə’fər ibnü’l-Məsləmə, Malik əl-
Banyasi kimi mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Hafiz Muhəmməd ibn
Əbdülvahid əd-Dəqqaq, Əbu Qalib Daməğani, şair Əbu Bəkr əl-Ərcani ondan hədis
dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış
ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı.
Bunlardan ‚Nətayicü’l-Fitnə fi Nəzmi-Kəlilə və Dimnə‛, ‚əs-Sadih‛ adlı əsərlərinin
adlarını çəkmək olar. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani İraqi-ərəb və İraqi-əcəmin
bir sıra şəhərlərinə səyahət etmişdi. Ömrünün sonlarına doğru Kirmana getmiş və
burada h. 509-cu ilin səfər ayında (iyul 1115), 95 yaşında ikən, vəfat etmişdi
345
.
Əbu Bəkr Muhəmməd ibn Musa ibn Saleh əl-Mərəndi əl-Azərbaycani
Hədis ravisi idi. Səmərqənddə yaşamış, burada hədis nəql etmişdi. Əli ibn Muhəmməd
ibn Hatim ibn Dinar əl-Qəumsidən hədis dinləmişdi. Həsən ibn Muhəmməd ibn Səhl
əl-Farsi də ondan hədis dinləmişdi. Ölüm tarixi h. 325-ci ildən (937) sonraya təsadüf
edir
346
.
Əbü’l-Fəth Saleh ibn Əhməd əl-Azəri
Mühəddis idi. Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvanidən hədis dinləmiş və
hədis dərsləri vermişdi
347
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbu Abdullah Muhəmməd ibn Musa əl-Azəri
344
Səlahəddin Xəlil ibn Aybək SƏFƏDİ, Vafi bi'l-Vəfayat, (Nşr. Z. Mustafa-Arnavut Ə), C. I, s. 183, Beyrut 2000;
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mu’cəmü’l-Muxtəs bi’l-Mühəddisin, s. 80, Taif 1988.
345
Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Lisanü’l-Mizan, C. V, s. 283-284, Beyrut 1986.
346
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254.
347
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437.
Mühəddis idi. Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvanidən hədis dinləmiş və
hədis dərsləri vermişdi
348
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbu Muhəmməd Həsən əl-Azəri
XI əsrdə yaşamış azərbaycanlı tarixçi alim idi. Əbu Muhəmməd Həsən əl-Azəri
‚Müxtəsər ələ Təbəqatü’l-Müluk‛ və ‚Əxbaru Müluki-Əcəm və Xüləfa‛ adlı farsca
tarixə dair əsərlərin müəllifi idi. ‚Əxbaru Müluki-Əcəm və Xüləfa‛ qədim İran
şahlarının tarixi ilə başlayıb Abbasi xəlifəsi Qaim bi-Əmrillahın (1031-1075) hakimiyyəti
ilə sona çatmışdır
349
. Alimin ölüm tarixi məlum deyil.
Əbdülxaliq ibn Əbü’l-Məali ibn Muhəmməd əl-Arrani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şam diyarında şeyxü’ş-şüyux Sədrəddin Əbü’l-
Həsən ibn Həmmuyənin, sonra isə Mosulda əllamə İmadəddin Əbu Hamid
Muhəmməd ibn Yunis Məvsilinin tələbəsi olmuş, onlardan şafi’i fiqhini öyrənmişdi.
Təhsilini başa vurduqdan sonra Əxlat şəhərinə getmişdi. Buradakı mədrəsələrdə
müdərris və müfti olmuşdu. Əxlatşah hökmdarları ona hörmət və ehtiram bəsləyirdilər.
Alim xarəzmlilərin Əxlat və ətraf vilayətləri xarabazara çevirmələrindən
350
sonra bu
diyarı tərk edərək Dəməşqə getmiş və h. 15 şəvval 633-cü ildə (21 iyun 1236) burada
vəfat etmişdi
351
.
348
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437.
349
Səid NƏFİSİ, Tarixi-Nəzm və Nəsr dər İran və dər Zebane-Farisi, C. II, s. 719, Tehran 1344.
350
Əxlatşahlar və ya Sökəmənlər dövləti 1100-1207-ci illərdə Anadolunun şərqində, Van gölü ətrafında mövcud
olmuş türk dövləti idi. Bu dövlətin ərazisinə qismən Azərbaycanın qərb torpaqları da daxil olmuşdu. 1197-ci ildən
etibarən bu dövləti Sökmən ailəsinə mənsub məmlük əmirlər idarə etmişdilər. 1207-ci ildə əmir Balabanın
ölümündən sonra Əxlat Əyyubilərin əlinə keçmişdi. Lakin Xarəzmşah Cəlaləddin Məngübərtinin bu coğrafiyaya
gəlişindən sonra Əxlat Əyyubilərlə Xarəzmşah arasındakı hərbi toqquşmanın mərkəzində qalmışı. 1226-cı ilin
dekabrında Əxlat Xarəzmşahın əlinə keçmişdi. 1231-ci ildə Əyyubi və Anadolu Səlcuqlularının müttəfiq orduları
Xarəzmşah Cəlaləddini Yassıçəmən döyüşündə ağır məğlubiyyətə uğratmışdılar. Xarəzmşah Cəlaləddin Əxlatın
Əyyubilərin əlinə keçəcəyini bildiyi üçün şəhəri oda verib xaraba qoymuşdu. Ehtimal ki, Əbdülxaliq Arraninin
Əxlatı tərk etməsi də bu şəhər üçün fəlakətli olan 1220-ci illərə təsadüf etmişdi. Bax: Muhəmməd ibn Əhməd
NƏSƏVİ, Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, (Nşr. Ə. Həmdi), s. 299-326, Qahirə 1952; İBNü’l-ƏSİR, Kamil fi’t-
Tarix, C. XII, s. 417, 427.
351
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 74; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 87. Yaqut əl-Həməvinin
1229-cu ildə Şam diyarının digər bir şəhəri Hələbdə vəfat etdiyini nəzərə alaraq onun Əbdülxaliq əl-Arrani ilə
görüşdüyünü ehtimal etmək olar.
Mahmud ibn Muhəmməd ibn Əli ibn Mahmud əl-Arrani
Hülagülərin hakimiyyəti dövründə yaşamış tanınmış azərbaycanlı filoloq və
ədəbiyyatşünas idi. O, irəlidə haqqında ətraflı məlumat verəcəyimiz digər bir
azərbaycanlı filoloq İbn Hacib Düveyninin əsərlərinə şərh yazmışdı. Bunlardan biri
ərəb dilinin morfologiyasına dair ‚Şərhü’ş-Şafiyyə fi’s-Sərf‛, digəri isə ərəbcənin
sintaksisinə dair ‚Şərhü’l-Kafiyyə fi’n-Nəhv‛dir. Ölüm tarixi məlum olmayan Mahmud
əl-Arraninin h. 734-cü ildə (1323) həyatda olduğu bilinir
352
. Bu da onun XIII-XIV
əsrlərdə yaşadığını göstərir.
Fəxrəddin Əbu Muhəmməd Osman ibn Muhəmməd ibn Abdullah ibn Bəşşarə əl-
Arrani
Yaşadığı dövrün tanınmış mühəddislərindən biri idi. H. 615-ci ilin səfər ayında (dekabr
1218) Xarəzmə gedərək şeyxü’ş-şüyux Nəcməddin Əbü’l-Cənnab Ömər əl-Xivəgi
Xarəzminin
353
tələbəsi olmuş və ondan Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122)
‚Şərhü’s-Sünnə‛ adlı çoxcildli hədis külliyatını dinləmişdi
354
. Ölüm tarixi qeyd
edilməmişdir. XIII əsrdə yaşamışdır.
Əhməd ibn İbrahim Bərdəi
Hənbəli məzhəbinə mənsub hədis ravisi idi. Muhəmməd ibn Əhməd ibn Həsən əl-
Səvvafdan hədis dinləmiş və nəql etmişdi. Şeyxülislam Əbu İshaq İbrahim Şirazi də
ondan hədis dinləmiş və nəql etmişdi
355
. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.
Onun nəql etdiyi hədislərdən biri də, adət halına gətirilmədən, namazların bəzən
birləşdirilərək qılınmasına aid hədis idi:
Abdullah ibn Abbas (ا) dedi ki, ‚Rəsulullah (م) Mədinədə hər hansı bir (təhlükə
səbəbiylə meydana çıxan) qorxu və yağışlı hava olmadan zöhr və əsr namazlarının
352
Ömər Rza KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 829-830, Beyrut 1993.
353
Şeyxü’ş-şüyux Nəcməddin Əbü’l-Cənnab Ömər ibn Əhməd ibn Muhəmməd ibn Abdullah əl-Xivəgi Xarəzmi
(1145-1226) Kübrəviyyə təriqətinin qurucusu olub şeyx Nəcməddin Kübra adı ilə tanınmışdı. Şeyx Nəcməddin Kübra
təsəvvüfə ilk addımlarını Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin vasitəçiliyi ilə atmışdı.
354
Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn Əhməd İBNü’l-FUVATİ, Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab, C. IV/3, s.
231, (Nşr. M. Cavad), Dəməşq 1965.
355
Əbdürrəhman ibn Əlməd ibn Rəcəb əl-HƏNBƏLİ, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, s. 278, Qahirə 1952.
arasını birləşdirərək qıldı‛. Ona ‚Rəsulullah (م) bunu hansı səbəblə etdi?‛ deyə sual
verdilər. İbn Abbas ‚Ümmətini məşəqqətə salmamaq üçün‛ deyə cavab verdi
356
.
Əbdürrəhman ibn Cə’fər Bərdəi
Hədis ravisi idi. Əhməd ibn Muhəmməd əl-Müvəffəqidən hədis nəql etmişdi.
Əbdürrəhman ibn Cundəb ondan hədis dinləmiş və nəql etmişdi
357
. Təqribən VIII-IX
əsrlərdə yaşamışdır.
Əbu Bəkr Muhəmməd ibn Yəhya ibn Hilal Bərdəi
Mühəddis, fəzilət sahibi, ədib və şair bir şəxs idi. Bağdadda məskunlaşmış, h. 350-ci
(961) ildə Səmərqəndə köçmüşdü. Əbu Bəkr Muhəmməd Fəzl ət-Təbəri, Əbü’l-Hüseyn
Muhəmməd ibn İbrahim ibn Şueyb əl-Qazi ət-Təbəri və başqalarından hədis dinləmiş
və nəql etmişdi. Hafiz Əbu Sə’d Əbdürrəhman ibn Muhəmməd əl-İdrisi (öl. 1014)
ondan hədis dinləmiş və nəql etmişdir
358
. Ehtimal ki, h. 350-ci (961) ildən sonra
Səmərqənddə vəfat etmişdir.
Əbu Cə’fər Əhməd ibn Həsən ibn Muhəmməd Bərdəi
Hədis ravisi idi. İbn Dəhhan ondan hədis dinləmişdi. Məşhur bioqraf-tarixçi Əli ibn
Hibətullah ibn Makula isə h. 454-cü ildə (1062) Misirdə ikən İbn Dəhhandan hədis
dinləmişdi
359
. Ölüm tarixi məlum deyil. Əbu Cə’fər Əhməd Bərdəinin XI əsrdə yaşadığı
ehtimal olunur.
Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn
İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi
356
HƏNBƏLİ, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, s. 278. Bu hədis üçün həmçinin bax: MÜSLÜM, Səhih, bab: Səlatu’l-
Misafirin, Cəmi’ Beynu’s-Səlateyn, hədis Nr. 50. (
هطٓ لاٝ فٞـ ه٤ؿ ٖٓ هصؼُاٝ هٜظُا ٖ٤ت صلى الله عليه وسلم الله ٌٍٞن غٔظ
.
ياثػ ٖتلا َ٤وك
:
يُل َؼك َُِْ
.
ٍاه
:
ٚرٓأ ضهؽ٣ لا ٢ً
) İMAM MÜSLÜM-Əbü’l-Hüseyn Müslüm ibnü’l-Həccac əl-Quşeyri Nişapurinin (821-875) Səhih adlı
hədis külliyatı İslam dünyasında mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.
357
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mizanü’l-E’tidal fi Nəqdü’r-Rical, C. II, s. 304, Qahirə
1964; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. III, s. 321.
358
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212; Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Müştəbih fi
Əsmai’r-Rical, s. 32, Leiden 1881.
359
İBN MAKULA, İkmal, C. I, s. 385.
Böyük hədis hafizlərindən biri idi. Səmərqəndə köçüb bu şəhərdə yaşamışdı. Hədis
dinləmək üçün İraq və Xorasanın şəhərlərinə səyahət etmişdi. Əbü’l-Həsən Əli ibn
Ömər Darəqutni, Əbu Əmr əl-Müseyyib ibn Muhəmməd əl-Ərğiyani, Əbu Bəkr Əhməd
əl-İsmaili, Əbu Əmr Səid ibn Qasım ibn Əla Bərdəi kimi mühəddislərdən hədis
dinləmişdi. Əbü’l-Abbas Cə’fər əl-Müstəğruri ondan hədis dinləmiş və nəql etmişdi.
Alim h. 349-cu ildə Bərdədə anadan olmuş, h. 406-cı ilin ramazan ayında (fevral 1016)
Səmərqənddə vəfat etmişdi
360
.
Əllamə Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Hişam əl-Əndəlusi Bərdəi
İbnü’l-Bərdəi ləqəbi ilə məşhur olmuş Əbu Abdullah Muhəmməd Bərdəi ərəb
filologiyası və ədəbiyyatı üzrə yaşadığı dövrün ən görkəmli alimlərindən biri idi. Əbu
Əli əş-Şülubeyn onun müəllimi olmuşdu. Bundan başqa Əbu Zərr əl-Xuşəni, Əbü’l-
Həsən ibn Xüruf, Əbu Əli ər-Rəndi kimi alimlərdən də dərs almışdı. Əbu Abdullah
Muhəmməd Bərdəi ərəb ədəbiyyatı, ərəb dilinin qrammatikasına dair bir sıra məqalə və
kitabın müəllifi idi. ‚Məsailü’n-Nəxb‛, ‚Fəslü’l-Məqal fi Əbniyyətü’l-Əfa’l‛, ‚əl-İfsah
bi-Fəvaidü’l-İzah‛, ‚əl-İqtirah fi Təlxisü’l-İzah‛, ‚Tətəbbəhu bi’ş-Şərhü’t-Təmim və’l-
İslah‛, ‚ən-Nəqz ələ’l-Müməttə‘‛, ‚Fəslü’l-Məqal fi Təlxis Əbniyyəti’l-Əfal‛, ‚Ğarrətü’l-
İsbah fi Şərhu Əbyati’l-İzah‛ onun bu sahədə qələmə aldığı əsərlərdəndir. Bundan
başqa o, şe’r və nəsr əsərləri qələmə almışdı. Alim h. 575-ci ildə (1179) anadan olmuş, h.
14 cəmadiəlaxir 646-cı ildə (3 oktyabr 1248) Tunisdə vəfat etmişdi
361
.
Əbu Əli Hüseyn ibn Səfvan ibn İshaq ibn İbrahim Bərdəi
Mühəddis idi. Muhəmməd ibnü’l-Fərəc əl-Rəzzaq, Muhəmməd ibn Şəddad əl-
Müsəmməi, Əbü’l-Abbas əl-Bərəti, Cə’fər ibn Əbi Osman ət-Təyalisi
362
, İbn Əbi
Dünyadan
363
hədis dinləmiş və nəql etmişdi. Şəmsəddin Zəhəbi onun İbn Əbi Dünyanın
360
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212.
361
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. V, s. 132; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 772. ‚əl-Əndəlusi‛ nisbəsi və
‚ibnü’l-Bərdəi‛ ləqəbi ilə tanınması alimin ata və ya babasının Bərdəli olduğunu, özününü isə Əndəlusdə
(İspaniyada) dünyaya gəldiyini göstərir.
362
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 54.
363
Mühəddis Əbu Bəkr Abdullah ibn Əbi Dünya Muhəmməd ibn Übeyd ibn Süfyan ibn Qeys əl-Qurəşi Bağdadi
(823-894).
yaxın dostlu olduğunu qeyd etmişdi
364
. Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal
Səlmasi
365
, Muhəmməd ibn Abdullah ibn Əxi Meymi, Əbu Abdullah ibn Dost, Əbü’l-
Hüseyn ibn Buşran, Übeydullah ibn Əbü’l-Fəth ondan hədis dinləmişdi. Əbu Əli
Hüseyn Bərdəi ‚ustadi-əhəd‛ yəni misli olmayan müəllim ləqəbi ilə və xəlifənin imamı
(pişnamazı) kimi tanınmışdı. H. 340-cı ildə (951) Qahirədə vəfat etmişdi
366
.
Hafiz Əbu Əmr Səid ibn Qasım ibn Əla ibn Xalid Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən olan Əbu Əmr Səid Bərdəi Türküstanın
Taraz
367
şəhərində məskunlaşmışdı. H. 350-ci ildə (961) həcc ziyarətinə getmiş və
qayıdarkən Bağdada gəlmişdi. Bağdadda Muhəmməd ibn Hibban əl-Bəsri, İsfahanda
Muhəmməd ibn Yəhya ibn Mundəh
368
, Abdullah ibn Hüseyn ibn Bəhr əş-Şamati
Nişapuri, Muhəmməd ibn Cə’fər əl-Kərabisi Bəlxidən hədis nəql etmişdi. Əbü’l-Həsən
Əli ibn Ömər Darəqutni (918-995), Əbu Əli ibn Fudalə ər-Razi, Əhməd ibn
Əbdurrəhman əş-Şirazi, Əbu Əli Hüseyn ibn Əli Bərdəi və başqaları ondan hədis
dinləmiş və nəql etmişdilər. Həmçinin Muhəmməd ibn İsmayıl əl-Vərraq da Bağdadda
ondan hədis nəql etmişdi. Ondan hədis dinləyib nəql etmiş başqa bir tanınmış ravi Əbu
Əbdürrəhman Muhəmməd ibn Hüseyn ibn Muhəmməd ibn Musa əl-Əzdi əs-
Süləmidir
369
(öl. 1021). Əbu Əmr Səid Bərdəi h. 362-ci ildə (973) Tarazda vəfat etmişdi
370
.
İbnü’l-İmad alimin Tarazda, lakin h. 363-cü ildə (974) vəfat etdiyini qeyd etmişdi
371
.
Nəql silsiləsində Əbu Əmr Səid Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır:
364
ZƏHƏBİ, Müştəbih, s. 32.
365
Əbü’l-Qasım Əli ibn Həsən İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, (Nşr. M. Əmrəvi), C. XLI, s. 398, C. LXI. s. 187,
Beyrut 1995.
366
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 54; Cəmaləddin Əbü’l-Məhasin Yusif İBN TAĞRIBİRDİ, Nücumu’z-
Zahirə fi Müluki-Misr və’l-Qahirə, C. I, s. 424, Qahirə 1930; Əbdülhəyy ibn Əhməd İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb fi
Əxbari mən Zəhəb, C. II, s. 238, Dəməşq 1986; Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Əsmai’l-Mübhəmə fi’l-Ənbai’l-
Məhkəmə, s. 78, 80, 200, 300,
www.almeshkat.net
.
367
Taraz-indiki Qazaxıstanın cənubi-şərqində yerləşən şəhər. Qədim adı Taraz (Talas) olun bu şəhər 1997-ci ilə qədər
Cambul adlanmışdı.
368
Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 300, Leiden 1934.
369
Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli əl-BEYHƏQİ, Məvsusətu-Ricali’s-Sünəni’l-Kübra, s. 75, Qahirə (trz).
370
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 936-937, Beyrut (trz);
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 215-216; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IX, s. 110; İBN KƏSİR, Bidayə və’n-
Nihayə, C. II, s. 311. İbn Kəsir alimin adını ‚Əbu Əmr Səid ibn Qasım ibn Xalid Bərdəi‛ olaraq qeyd etmişdir.
371
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 222.
Ayşə (ٍ) dedi: ‚Allah Rəsulu (م) ölüləri söyməyi nəhy (qadağan) etdi‛
372
.
Dostları ilə paylaş: |