Hafiz Əbu Osman Səid ibn Əmr ibn Əmmar əl-Əzdi Bərdəi
Böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün uzun səyahətlərə çıxmışdı.
Dəməşqdə Əbu Zur’ə Dəməşqidən
373
hədis dinləmişdi. Əbu Zur’ə Dəməşqi ilə hafiz
Əbu Osman Səid Bərdəi yaxın dost idilər. Əbu Osman Səid Bərdəi həmçinin Əbu
Yaqub əl-Cürcani, Əbu Səid əl-Əşcə, hafiz Səlim ibnü’l-Həccac, Muhəmməd ibn Yəhya
əz-Zıhli, Əbu Zur’ə ər-Razi
374
, Əbu Hatim ər-Razi
375
, Muhəmməd ibn İshaq əs-
Səğanidən hədis dinləmiş və nəql etmişdi. Muhəmməd ibn Yusif ibn İbrahim, Əbu
Abdullah Əhməd ibn Tahir ibnü’n-Nəcm əl-Miyanəci, Əbü’l-Qasım Həfs ibn Ömər əl-
Ərdəbili, Həsən ibn Əli ibn Abbas, İbrahim ibn Əhməd əl-Meyməzi ondan hədis
dinləmiş və nəql etmişdilər. Alim h. 292-ci ildə (905) vəfat etmişdi. Bəziləri onun,
Qur’ani-Kərimin məxluq olması kimi, mö’təzilə məzhəbinin fikirlərini mənimsədiyini
iddia etmişdilərsə də onu yaxından tanıyan, onun tələbəsi olmuş şəxslər bunun qəti
surətdə doğru olmadığını, Əbu Osman Səid Bərdəinin əhli-sünnə mənhəcinə sıx bağlı
olduğunu bildirmişdilər
376
. Alimin müəllifi olduğu ‚Kitabü’z-Züəfa və’l-Kəzzabin və’l-
Mətrukin‛ adlı hədis elminə aid əsərin bir nüsxəsi İstanbulda Köprülü yazma əsərlər
kitabxanası, Fazil Əhməd paşa kolleksiyasında saxlanılır.
Əllamə Əbu Səid Əhməd ibn Hüseyn Bərdəi
Mö’təzili kəlam alimi olan Əbu Səid Əhməd Bərdəi yaşadığı dövrdə həmçinin hənəfi
məzhəbinin böyük fəqihlərindən biri kimi tanınmışdı. Gənc yaşlarında vətəndən həcc
372
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IX, s. 110. Bu hədis üçün bax: BUXARİ, Səhih, Cənaiz 97, Riqaq 42; NƏSAİ,
Sünən, Cənaiz Nr. 52/1910; ƏBU DAVUD, Sünən, Ədəb 42/4899. Hədisin ‚Kütubi-Sittə‛dəki mətni belədir: Ayşə (ٍ)
dedi: Allah Rəsulu (م) buyurdular ki; ‚Ölüləri söyməyin. Çünki onlar bu dünyada etdikləri əməllərlə birlikdə artıq
keçib getmişdirlər‛. (اٞ
َُّٓكَه آَ ٠َُِئ ا َْٞعْكَأ ْكَه َُِّْْٜٗاَك َخا ََْٞٓلأا اُّٞثٍَُذ لا).
373
Əbu Zur’ə Əbdürrəhman ibn Əmr Dəməşqi (öl. 893) tarixçi və hədis hafizi, mühəddis idi. Suriyada yaşamış və
orada vəfat etmişdi.
374
Əbu Zur’ə Übeydullah ibn Əbdülkərim ər-Razi (öl. 878)- məşhur hədis hafizlərindən idi. İslam dünyasında
mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) birinin müəllifi olan İbn Macə (824-887) özünün ‚Sünən‛ adlı hədis
kitabını qələmə alandan sonra Əbu Zur’ə ər-Raziyə təqdim etmiş və onun müsbət rəyini almışdı.
375
Əbu Hatim Muhəmməd ibn İdris ibnü’l-Münzir (öl. 890)-məşhur hədis hafizi idi.
376
ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 936-937; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 411-414; Əbu
Abdullah ibn Muhəmməd ibn Əhməd ibn Əbdülhadi DİMƏŞQİ, Təbəqatu-Üləmai’l-Hədis, C. II, s. 459, (Nşr. Ə. Buşi-
Zeybəq. İ), Beyrut 1997; Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr əs-SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s. 115, Qahirə 1973.
ziyarəti üçün yola çıxan Əbu Səid Əhməd Bərdəi həccdən sonra Bağdada gəlmiş,
burada təhsil almış və məskunlaşmışdı. Əbu Səid Əhməd Bərdəi hənəfi fiqhini Əbu Əli
əd-Dəqqaq və Musa ibn Nəsr ər-Razidən öyrənmişdi. Əbu Səid Əhməd Bərdəinin
tələbələri arasından Əbü’l-Həsən əl-Kərxi, Əbu Tahir əd-Dəbbas, Əbu Əmr ət-Təbəri
kimi kəlam alimləri yetişmişdir. Əllamə Əbu Səid Əhməd Bərdəi ‚Kitabü’l-Məxaric‛
adlı əsərin müəllifi idi
377
. Alim h. 317-ci il zilhiccə ayının 8-i (11 yanvar 930) Məkkədə
həcc ziyarətini yerinə yetirərkən qərmətilər tərəfindən qətlə yetirilmişdi
378
.
Əbü’l-Həsən Əli ibn Mərdək ibn Əbdüləziz Bərdəi
Mühəddis, hədis ravisi idi. Bağdadda yaşayıb parça ticarəti ilə məşğul olan Əbü’l-
Həsən Əli Bərdəi Bağdadın varlı tacirlərindən biri idi. İbn Kəsir onun böyük sərvət
sahibi olmasına baxmayaraq sadə və dəbdəbədən uzaq həyat sürdüyünü qeyd etmişdir.
O, çox ibadət edən, zahid və saleh insan idi. Əbü’l-Həsən Əli Bərdəi Əbdürrəhman ibn
Əbu Hatim Muhəmməd ər-Razidən hədis dinləmiş və nəql etmişdi. Bir müddət
Qəzvində təhsil almış və burada Süleyman ibn Yəzid əl-Famidən hədis dinləmişdi.
Əbü’l-Həsən Əli Bərdəi siqa, yəni mötəbər hədis ravilərindən biri idi. Tanınmış
mühəddis şərif Əbü’l-Hüseyn Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah əl-Haşimi
onun tələbələrindən biri olmuş, ondan hədis dinləmişdi. Əbü’l-Həsən Əli Bərdəi h. 387-
ci ilin məhərrəm ayında (yanvar 997) vəfat etmişdi
379
.
Əbü’l-Qasım Abdullah ibn Əhməd ibn Yusif Bərdəi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Əbü’l-Qasım Bərdəi adı ilə tanınan alim məşhur
mühəddis Əbü’l-Həsən Əli Darəqutninin (öl. 995) yaxın dostu idi. Əbü’l-Qasım Bərdəi
həmçinin istedalı şair idi. O, imam Şafi’ini (öl. 819) mədh edən qəsidələr yazmışdı.
377
Zeynəddin Əbü’l-Ədl Qasım İBN QUTLUBUĞA əl-Misri, Tacü’t-Tərcim fi Təbəqatü’l-Hənəfiyyə, s. 35, Bağdad 1962.
378
Muhyəddin Əbu Muhəmməd Əbdülqadir İBN ƏBÜ’l-VƏFA əl-Quraşi, Cəvahirü’l-Muziyyə fi Təbəqatü’l-Hənəfiyyə,
C. I, s. 163-166, Beyrut 1993; Əbu İshaq İbrahim ibn Əli ŞİRAZİ, Təbəqatü’l-Füqəha, s. 53, Beyrut 1970; XƏTİB
BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 99; Muhəmməd ibn İshaq İBNÜ’n-NƏDİM, əl-Fihrist, (Nşr. R. Təcəddüd), s. 212,
Beyrut 1978; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VI, s. 8; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. I, s. 398. Qərmətilər bu
qətliamda minlərlə zəvvarı qətlə yetirmiş, Kə’bənin örtüsünü yırtmış və Hacərü’l-Əsvədi (Kə’bədəki qara daş) söküb
Bəhreynə aparmışdılar. Hacərü’l-Əsvəd 22 il sonra qərmətilərdən alınıb yerinə qoyulmuşdu. Bu haqda ətraflı
məlumat üçün bax: Süheyl ZƏKKAR, Əxbaru’l-Qəramitə, s. 52, Qahirə 1982.
379
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 246; İBN KƏSİR, Biyadə və’n-Niyahə, C. II, s. 545; Əbdülkərim ibn
Muhəmməd ər-RAFİ’İ əl-Qəzvini, Tədvin fi Əxbari Qəzvin, (Nşr. Ə. Utaridi), C. IV, s. 89, Beyrut 1978.
Dostu Əbü’l-Qasım Bərdəinin vəfatından mütəəssir olan Əbü’l-Həsən Əli Darəqutni bu
münasibətlə bir qəsidə qələmə almışdı. İbnü’s-Səlah həmin qəsidənin bir neçə beytini
öz əsərində qeyd etmişdi
380
. Əbü’l-Qasım Bərdəinin ölüm tarixini müəyyənləşdirmək
mümkün olmamışdır. Darəqutninin müasiri olduğuna görə onun X əsrdə yaşadığını
təxmin etmək olar.
Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik Bərdəi
Hədis ravisi idi. Məkkədə yaşamış və bu şəhərdəki mühəddislərdən hədis dinləmişdi.
Onun hədis dinlədiyi mühəddislərdən biri də Əhməd ibn Muhəmməd ibn Yunis əl-
Yəmami idi
381
. Əbu Hənifə Bərdəinin ölüm tarixi məlum deyil. IX əsrdə yaşamışdır.
Nəql silsiləsində Əbu Hənifə Muhəmməd Bərdəinin də olduğu hədislərdən biri
aşağıdakıdır:
Abdullah ibn Ömər ibn Xəttab (ا) dedi: Ömər ibn Xəttab (ا) Allah Rəsuluna (م)
‚Bizlərdən biri cünub ikən yata bilərmi?‛ deyə sual verdi. Allah Rəsulu (م): ‚Bəli,
namaz üçün dəstəmaz alan kimi dəstəmaz alsın (sonra istəsə yatsın)‛ deyə cavab
verdi
382
.
Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli Bərdəi
Hədis ravisi idi. Tahir ibn İsmayıl ər-Razidən hədis dinləmiş və nəql etmişdi.
Əbdülvahid ibn Bəkr də ondan hədis dinləmiş və nəql etmişdi
383
. Yaşadığı dövrü
müəyyən etmək mümkün olmamışdır.
Əbu Zur’ə Muhəmməd ibn Cə’fər ibn Hüseyn ibn Muhəmməd Bərdəi
Yaşadığı dövrün tanınmış mühəddis və ədiblərindən idi. Xorasanın Nişapur şəhərində
məskunlaşmış, bu şəhərdə yaşamışdı. Təqiyəddin Seyrəfini onun siqa hədis ravisi
380
Təqiyəddin Əbu Əmr Osman ibnü’s-Səlah ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, (Hzr. M. Ə. Nəcib), C. I, s.
501, Beyrut 1992.
381
Əbu Bəkr Muhəmməd ibn İbrahim İSFƏHANİ, Mu’cəmü’ş-Şüyux, C. I, s. 23,
http://
www.balligho.com
.
382
ƏBU BƏKR İSFƏHANİ, Mu’cəmü’ş-Şüyux, C. I, s. 23. Bu hədis üçün bax: BUXARİ, Səhih, 390; MÜSLİM, Səhih,
306/2324; TİRMİZİ, Sünən, hədis Nr. 120. (
ٍاه ؟ ة٘ظ ٞٛٝ اٗكؼأ كهه٣أ
:
جلاصُِ ٙءٞظٝ أظٞر٣ٝ ، ْؼٗ
).
383
Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ, Hilyətü’l-Əvliya və Təbəqatü’l-Əsfiya, C. VI, s. 199, Beyrut 2007.
olduğunu və Əbu Əhməd ibn Ədiyy, Əbu Bəkr Əhməd əl-İsmaili, Əbü’l-Abbas əl-
Mə’dani, Əbu Bəkr əl-Amuli kimi mühəddislərdən hədis dinləyib dərs aldığını qeyd
etmişdir. Əbu Zur’ə Bərdəi h. 412-ci ildə (1021) Nişapurda vəfat etmiş və buradakı
Şahənbər qəbristanında dəfn edilmişdi. Cənazə namazını oğlu Əbu Bəkr Bərdəi
qıldırmışdı
384
.
Əbu Bəkr Muhəmməd ibn Abdullah Bərdəi
Əbu Bəkr Muhəmməd Bərdəi xarici (xəvaric) məzhəbinin ən məşhur fəqihlərindən biri
idi. O, həmçinin mö’təzilə əqidəsinə xas fikirlərin də daşıyıcısı idi. Xəvaric məzhəbinə
dair bir sıra əsərlərin müəllifi olan Əbu Bəkr Muhəmməd Bərdəinin qələmə aldığı
kitabların bəziləri bunlardır: ‚Kitabu’l-Mürşid fi’l-Fiqh‛, ‚Rədd ələ’l-Müxalifin fi’l-
Fiqh‛, ‚Təzkirətü’l-Qərib fi’l-Fiqh‛, ‚Təbsira lil Mütəəllimin‛, ‚İhticac ələ’l-Müxalifin‛,
‚Cami’ fi Üsulü’l-Fiqh‛, ‚Kitabu’d-Dua‛, ‚Kitabu’n-Nasix və’l-Mənsux fi’l-Qur’an‛,
‚Kitabu’l-Əzkar və’t-Təhkim‛, ‚Kitabu’s-Sunnə və’l-Cəmaə‛, ‚Kitabu’l-İmamət‛,
‚Təhrimu’l-Musəkkər‛, ‚Kitabu’r-Rədd ələ mən qal bi’l-Mutə’ə‛, ‚Kitabu’l-İman və’n-
Nuzur‛ və ‚Kitabu’n-Nakisin‛
385
. Əbu Bəkr Muhəmməd Bərdəinin ölüm tarixi məlum
deyil. Lakin onun haqqında məlumat verən İbnü’n-Nədim onunla h. 340-cı ildə (951)
onunla görüşüb söhbət etdiyini qeyd etmişdir
386
. İbnü’n-Nədim h. 325-ci ildə (937)
Bağdadda anadan olmuş və bütün gəncliyini bu şəhərdə keçirmişdi. Müəllif atasının
peşəsini davam etdirərək kitabçılıqla məşğul olmuşdu. Əbu Bəkr Muhəmməd
Bərdəinin əsərlərini belə dəqiqliklə bilməsi də ehtimal ki, peşəsi səbəbiylə idi. Əbu Bəkr
Muhəmməd Bərdəi ilə görüşəndə, yəni h. 340-cı (951) ildə, İbnü’n-Nədim 15 yaşlı
yeniyetmə idi və bu görüş, sözsüz ki, Bağdadda baş vermişdi. İbnü’n-Nədimin müasiri
və ondan yaşca böyük olduğu üçün Əbu Bəkr Muhəmməd Bərdəinin IX-X əsrlərdə
384
Təqiyəddin Əbu İshaq İbrahim ibn Muhəmməd əs-SEYRƏFİNİ, Müntəxəb min Kitabi’s-Siyaqi’t-Tarixi-Nişabur, (Nşr.
X. Heydər), s. 26, Beyrut 1414.
385
İBNÜ’n-NƏDİM, əl-Fihrist, 240; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 432; Zakir MƏMMƏDOV, Orta Əsr
Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 8-9, Bakı 1986.
386
İBNÜ’n-NƏDİM, həmin əsər. Əbu Bəkr Muhəmməd Bərdəi böyük ehtimalla xaricilərin ‚İbaziyyə‛ cərəyanına
mənsub idi. Çünki bu cərəyan mənsubları, bütün radikallıqlarına rəğmən, başqa xarici qruplara nəzərən digər əqidə
və məzhəb mənsublarına qarşı daha loyal münasibət bəsləyirdilər. ‚İbaziyyə‛ xarici məzhəbi qruplarından bu günə
qədər öz mövcudluğunu qoruyub saxlaya bilmiş yeganə cərəyandır və Omanın rəsmi məzhəbidir. Tanzaniya
müsəlmanlarının bir qismi də bu məzhəbə mənsubdurlar.
yaşadığını söyləmək olar. Bağdadlı İsmayıl paşa onun əsərləri haqqında məlumat
verdikdən sonra h. 340-cı ildə (951) öldüyünü qeyd etmişdir
387
. Lakin bu zəif ehtimaldır.
Əbu Bəkr Muhəmməd Bərdəinin ölümü bu tarixdən sonraya təsadüf etmişdir.
Əhməd Münəbbih ibn Əbdülməcid ibn Abdullah ibn Əhməd ibn Muhəmməd ibn
Musa ibn Əhməd ibn Muhəmməd ibn Behzad ibn Behbud Bərdəi
Mühəddis idi və Səmərqənddə yaşamışdı. Əhli-sünnə mənhəcinə sıx bağlılığı ilə
tanınmış fəzilətli insan idi. Əbu Nueym əl-Əstərəbadi, Əbu Bəkr Muhəmməd ibn
Mehdidən hədis dinləmiş və nəql etmişdi. Əbu Sə’d əl-İdrisi h. 370-ci ildən (980) əvvəl
onunla Səmərqənddə görüşmüş və ondan hədis dinləyib qeyd etmişdi
388
. Ölüm tarixi
məlum deyil. X əsrdə yaşamışdır.
Əbu Səid Həsən ibn Əli Bərdəi
Hədis ravisi idi. Muhəmməd ibn Əyyubdan hədis dinləmişdi. Əbü’l-Həsən Əli
Darəqutni (öl. 995) ondan hədis dinləmiş və nəql etmişdi
389
. Ölüm tarixi qeyd
olunmamışdır. Darəqutninin müasiri olduğu üçün onun da IX-X əsrlərdə yaşadığını
təxmin etmək olar.
Əbu Səid Əhməd ibn Əbdüləziz Bərdəi
Hənəfi məzhəbinə mənsub fəqih və fətva mərcii idi. Onun və’z məclislərinə insan
kütlələri toplaşır, izdiham yaranırdı. Əbu Səid Əhməd Bərdəi h. 18 zilqədə 491-ci ildə
(16 oktyabr 1098) vəfat etmişdi
390
.
Əhməd Bərdəi
387
BAĞDADLI İsmayıl Paşa, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin, (Hzr. R. Bilge-İnal M. K), C. II,
s. 40-41, İstanbul 1955.
388
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212.
389
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VII, s. 385.
390
İBN ƏBÜ’l-VƏFA, Cəvahirü’l-Muziyyə, C. I, s. 191-192; SEYRƏFİNİ, Müntəxəb, s. 125.
Ağqoyunluların hakimiyyəti illərində Azərbaycanda yaşamış hənəfi məzhəbinə
mənsub mütəkəllim idi. Həyatı haqqında ətraflı məlumat yoxdur. Əhməd Bərdəi
Sə’dəddin Təftazaninin əsərinə ‚Şərhu Əqaidü’n-Nəsəfi‛ adlı şərh yazmış və bu
əsərinin h. 850-ci ildə (1446) bitirmişdi. Ölüm tarixi məlum deyil. XV əsrdə
yaşamışdır
391
.
Əllamə Əbü’l-Həsən Muhəmməd ibn Mühəddis Əhməd ibn Əli ibn Əsəd Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət
etmişdi. İraq, Misir və Şam diyarını gəzmişdi. O, İbn Hirarə kimi də tanınırdı. Çünki
atası Əhməd ibn Əlinin ləqəbi ‚Hirarə‛ idi. Əbü’l-Həsən Muhəmməd Bərdəi Hamid ibn
Şueyb, Əbü’l-Qasım Bəğəvi
392
, İbn Cəusa, Abdullah ibn Vəhb əd-Dinəvəri, Əbu Əmr
ibnü’n-Nəhhas, Əbu Bəkr ibn Əbi Davud, İbn Said və başqalarından hədis dinləmişdi.
Onun hafizəsində 30 mindən çox hədis var idi. Həsən ibn Cə’fər ət-Təyyibi ondan hədis
dinləmiş və nəql etmişdi. Alim h. 348-ci ildə (959) Qəzvində vəfat etmişdi
393
.
Hafiz Muhəmməd ibn Əhməd ibn Əli əl-Əsədi Bərdəi
Hədis ravisi idi. Müasiri olan mühəddislər onun səduq
394
ravilərdən biri olduğunu
bildirmişdilər. O, hədis elmləri ilə yanaşı fiqh, ərəb dili və ədəbiyyatı sahələrində də öz
dövrünün qabaqcıl alimləindən biri idi. Hafiz Muhəmməd Bərdəi İraq, Misir və Şam
diyarında Rüqəyyə bint İshaq ibn Musa ibn Cə’fər, İsa ibn Süleyman ibn Əbdülməlik əl-
Qurəşi, Hüseyn ibn Mə’mun, Muhəmməd ibn Əbu İmran, Abdullah ibn Vəhb Dinəvəri,
Abdullah ibn Muhəmməd Bəğəvi, Yəhya ibn Said, Əbü’l-Həsən ibn Cəusa, Əbu Ərubə
391
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 109.
392
‚Bəğəvi‛ nisbəsi ilə tanınıb əslən Əfqanıstanlı olan bir çox alim yaşamışdır. Bunların ən məhşurlarından biri də
Əbü’l-Qasım Abdullah ibn Muhəmməd ibn Əbdüləziz ibn Mərzban Bəğəvidir (829-929). Əbü’l-Qasım Bəğəvi imam
Əhməd ibn Hənbəlin (h. 164-241/781-855) tələbələrindən biri olmuşdur.
393
ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 971; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. II, s. 247; Təqiyəddin Əhməd ibn Əli əl-
MƏQRİZİ, Kitabü’l-Müqəffai’l-Kəbir, (Nşr. M. ibn Təlhə), C. V, s. 228-229, Beyrut 1991.
394
Səduq-lüğət manası ‚son dərəcə doğru sözlü, çox mötəbər‛dir. Hədis elmində ifadə etdiyi məna isə belədir; imam
Zəhəbi və İraqiyə görə tə’dil, yəni ədalətlilik keyfiyyətinə görə 3-cü, imam Səxaviyə görə isə 5-ci dərəcədə olan hədis
ravisinə ‚səduq‛ deyilə bilər. ‚Səduq‛un da dərəcələri var. Daha ətraflı məlumat üçün bax: Abdullah AYDINLI,
Hadis Istılahları Sözlüğü, s. 132, İstanbul 1987.
Hüseyn əl-Hərrani və Ömər ibn Əbu E’lan əs-Səqəfi kimi mühəddislərdən hədis
dinləmiş və nəql etmişdi
395
.
Hafiz Əbü’l-Hüseyn Əhməd ibn Əli ibn Əsəd Bərdəi
Məşhur hədis hafizi idi. Hirarə ləqəbi ilə tanınırdı. Hədis dinləmək üçün səyahət
etmişdi. Müxəllid ibn Malik, Əli ibn Hərb, Əbü’l-Hüseyn ibn Faris, Əhməd ibn Mun’i
və başqalarından hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Hüseyn ibn Faris onun
hafizliyini təsdiqləmişdi. Hafiz Nəsr ibn Əhməd, Məkki ibn Əbdan və başqaları da
ondan hədis dinləmiş və nəql etmişdilər
396
. VIII-IX əsrlərdə yaşamışdır.
Hafiz Əbu Bəkr Əbdüləziz ibn Həsən Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət
etmiş və öz dövrünün məşhur mühəddislərindən bir çoxunun tələbəsi olmuşdu.
Dəməşqdə Muhəmməd ibnü’l-Abbasdan, Misirdə hafiz Muhəmməd ibn Əhməd, Əbu
Yaqub İshaq ibn İbrahim Bağdadidən, Mosulda Əhməd ibn Ömər Məvsilidən hədis
dinləmiş və nəql etmişdi. Ğəssan ibnü’r-Rəbi’, hafiz Əbu Əli Hüseyn ibn Əli, Əbu İshaq
İbrahim ibn Muhəmməd əl-Müzəkki, hafiz Əbu Muhəmməd Abdullah ibn Səid ondan
hədis dinləmişdilər. Dövrün müşhur mühəddislərindən Əbu Bəkr Muhəmməd ibn
İshaq ibn Xuzeymə ilə çox səmimi münasibəti var idi. Alim uzun müddət Xorasanın
Nişapur şəhərində yaşamış, h. 318-ci ildə (930) Nişapuru tərk edərək Fəravə şəhərinə
gəlmişdi. Fəravə ribatında
397
bir müddət yaşadıqdan sonra alim Nəsa
398
şəhərinə
köçmüş və h. 323-cü ildə (935) burada vəfat etmişdi
399
.
Hüseyn ibn Əhməd ibn Kamil Bərdəi
395
Ağa Bozorg TEHRANİ, Təbəqatü’l-İ’lami’ş-Şafi’iyyə, (Hzr. Ə. T. Fənrəvi), s. 212, 214, 234, Beyrut 1971; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. II, s. 35-36.
396
İBN MAKULA, İkmal, C. I, s. 176; s. 198, Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Nüzhətü’l-Əlbab fi’l-Əlqab, (Nşr.
Ə. Sudeyri), s. 198, Riyad 1989.
397
Ribat-sərhəd qala-zastavası. Fəravə ribatı indiki Türkmənistanın Sərdar rayonu ərazisində yerləşirdi.
398
Nəsa-qədim Xorasanın şəhərlərindən biri idi. Xarabalıqları Türkmənistanın paytaxtı Aşqabadın 15 km qərbində,
Bagir kəndi yaxınlığında yerləşir. Qədim adı Parthaunisa olan şəhər Parfiya kralı I Mitridatın paytaxt şəhəri
olmuşdu.
399
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 411-414; ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. V, s. 63.
Hədis ravisi idi. Hüseyn ibn Abdullah ibnü’l-Xuseybdən hədis nəql etmişdi.
Muhəmməd ibn Muhəmməd əs-Səkkak da ondan hədis nəql etmişdi
400
. Yaşadığı dövrü
müəyyən etmək mümkün olmamışdır.
Hafiz Əbu Bəkr Məkki ibn Əhməd ibn Sə’dveyh Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək məqsədiylə İslam
coğrafiyasının bir çox yerlərinə səyahət etmişdi. Dəməşqdə Əhməd ibn Ümeyr,
Muhəmməd ibn Yusif əl-Hərəvidən, Trablusda Əbü’l-Qasım Abdullah ibn Hüseyn ibn
Əbdürrəhman əl-Bəzzazdan, Bağdadda Əbü’l-Qasım Bəğəvi, Səid ibn Əbdüləziz əl-
Hələbi, Əbu Muhəmməd Saəda, Əbu Yə’la Muhəmməd ibnü’l-Fəzl, Əbu Ərubə Hüseyn
əl-Hərrani, Əbu Cə’fər ət-Təhavi
401
, Əbdülhəkim ibn Əhməd əl-Misri, Muhəmməd ibn
Əhməd ibn Rica əl-Hənəfi, Muhəmməd ibn Ümeyr əl-Hənəfidən, Misirdə U’rs ibn Fəhd
əl-Məvsilidən hədis dinləmişdi. Ustad Əbü’l-Vəlid Həssan ibn Muhəmməd əl-Fəqih,
Hakim Əbu Abdullah, Əbü’l-Fəzl Nəsr ibn Muhəmməd əl-Əttar ondan hədis dinləmiş
və nəql etmişdilər. Əbu Bəkr Məkki Bərdəi h. 330-cu ildə (942) Xorasanın Nişapur
şəhərinə köçmüş və orada məskunlaşmışdı. H. 350-ci ildə (961) Nişapuru tərk edib
Mavərünnəhrə səyahət etmişdi. Xorasanda ikən hədis elminə dair bir neçə əsər qələmə
almışdı. H. 354-cü ildə (965) Şaş
402
şəhərində vəfat etmişdi
403
. Nəql silsiləsində Əbu Bəkr
Məkki Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır:
Abdullah ibn Əmr (ا) dedi: Allah Rəsulu (م) buyurdular: ‚Allah elmi insanlar(ın
beynindən, zehnindən)dan zorla çəkib almaz. Lakin aralarından alimləri almaqla elmi
də alıb aparar. (Cəmiyyətdə) alim qalmayandan sonra insanlar cahilləri özlərinə rəhbər
400
ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. IV, s. 168.
401
Əslən Misirlə olan imam Əbu Cə’fər Əhməd ibn Muhəmməd ibn Səlamə ibn Əbdülməlik əl-Əzdi ət-Təhavi (853-
933) əhli-sünnə alimlərinin məşhurlarından idi. ‚Əhkamu’l-Qur’an‛, ‚Nəvadiru’l-Fiqhiyyə‛, ‚Məani’l-Asar‛ kimi 15-
dən çox əsərin müəllifidir. Həmçinin ‚Əqidətü’t-Təhaviyyə‛ adlı əhli-sünnə əqidəsinə dair əsərin müəllifidir.
402
Şaş-indiki Özbəkistanın paytaxtı Daşkəndin qədim adı.
403
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 271; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212; TEHRANİ, Təbəqatü’l-
İ’lam, s. 189.
qəbul edərlər. Onlar da savadsızca hökm verərlər, həm özləri yollarını azarlar, həm də
insanları yollarından (zəlalətə) sapdırarlar‛
404
.
Dostları ilə paylaş: |