Qüdrət: Hələ bu harasıdır, gözlə səni də alacağam!
Muxbir:Qüdrət bəy, özünüzə gəlin. Bunlar sizing arvadlarınız və qızlarınızdır!
Qüdrət:(gözləriniaçır, Elena, Natalaya, Vera, Oksana, Olqavə Tatyanayan-yanadüzülübonabaxırlar, kameradahərtərəfdən çəkiliş aparmaqlaməşğuldur.) Mənim bu qədər arvadım olmayıb! Hardasan, ay Züleyxa! (huşunuitirir)
Züleyxa:(daxilolur) Burdayam!
Züleyxa, Səmədvə Günəş içərigiribrusqadınları və qızları görürlər. KameraZüleyxanı çəkir.
Muxbir: Bu Qüdrət bəyin həyat yoldaşıdır deyəsən?!. Adınızı bilmək olar, xanım?
Birincihissəninsonundakı səhnə. ArxadaElena, Natalya, Vera, Oksana, Olqavə Tatyanadurmuş, soltərəfdə kameramanvə muxbir, sağ tərəfdə Züleyxa, Səmədvə Günəş, ortadaQüdrətdikoturmuş və tərsuiçində Züleyxayabaxmaqdadır. ArxadaSəmədlə Oksanabaxışır, azsonraikisidə otağakeçir.
Züleyxa:(qışqırır) Bunlar kimdir Qüdrət?
Qüdrət: Züleyxa canı bilmirəm!
Züleyxa: Yalansa gözün çıxsın, Qüdrət! (rusqadınlarabaxır, sonramuxbirə) Bunlar kimdir?
Muxbir: Bunlar Qüdrət bəyin Rusiyadakı arvadları və qızlarıdır.
Qüdrət: Yalan deyir!
Züleyxa:(üzünü Qüdrətə çeviribonadiqqətlə baxır, barmağından üzüyü çıxarıbonunovucunaqoyur) Boşanıram! Günü bu gün boşanıram!
Qüdrət: Züleyxa, qurban olum, ayağın altda ölüm, başına dönüm, etmə, eləmə, mən bunları tanımıram axı…
Züleyxa: Sən bunları tanımırsan? Bəs bunları mən doğuzdurmuşam?
Qüdrət: Mən də eləməmişəm, Züleyxa canı xəbərim yoxdur!
Muxbir:(kameraya) Əziz tamaşaçılar, Qüdrət bəy Rusiyadan tapılan qadınlarını və qızlarını inkar edir. Qüdrətin həyat yoldaşı ondan boşanmaq qərarına gəldi! (Bu vaxt Züleyxa arxadan yaxınlaşıb muxbirin saçından tutur) Aaaaa!
Züleyxa: Zəhrimar, azzar! Sənə nə dəxli var mənim kişimin arvadlarından! İstəyər birin alar, istəyər beşin. Mən də istəyərəm boşanaram, istəyərəm qalaram. Sənə nə dəxli var, hm? İşin gücün yoxdur sənin? Get otur evində, qabını yu, yeməyini bişir. Sabah birigün sənin də ərin gedib o Rusiyadan bax belə üç-dörd arvad gətirəcək evə. Bax, indi sən burdasan nə bilirsən ərin harda, kiminlə, nə hoqqadan çıxır, hm?
Muxbir: Nə???
Züleyxa:(qapını açıbmuxbirivə kameramanı qapıdan çölə çıxarıbqapını bağlayır) Hə, indi gəldik bu sarı arvadlara!
Günəş: Nənə, sənə bir şeyi etiraf etməliyəm!
Züleyxa: Nəyi?
Günəş:(Veranı göstərir) Bu qadın babanın arvadı deyil. O Rusiyadan də gəlməyib, Bakıda yaşayır. Mən və Səməd babama belə bir zarafat hazırlamışdıq. (Verayabaxır, Oksananı görmür) Bəs Oksana hanı?
Vera: Куда ушла она? Только что здесь была.
Günəş:(ətrafabaxır) Mən başa düşdüm! Səməd də yoxdur!
Züleyxa: Ay köpəyoğlu! (Züleyxa, Səmədvə Qüdrət – üçü də çağırır) Səməd!
Səmədvə Oksanaotaqdan çıxırlar. Hamı onlarabaxır. ZüleyxayaxınlaşıbSəmədin üzündəkidodaqboyasınınizinə baxır.
Züleyxa: Bu kişinin nəvəsi bundan artıq olmaz ki! Səməd, de görüm bu qadının (Veranı göstərir) əslində Universitetin bufetçisi olması doğrudur. Yəni o Qüdrətin arvadı deyil?
Səməd: Doğrudur nənə, bunu mən və Günəş babaya dərs vermək üçün planlaşdırmışdıq!
Qüdrət: Şükür İlahi! Bundan belə qurtulduq!
Züleyxa:(Verayayaxınlaşır) Götür öz qızını da, çıx get burdan! Bir dəqiqə dinc durmursuz, bir göz qırpımında oğlumu otağa saldı sənin qızın! Bizim kişiləri də belə-belə yoldan çıxarırsız! (Oksananı və Veranı qapıyatərəfitələyir) Gedin! (OksanaSəmədə baxıbgözvururvə öpüş göndərir, Səmədona öpüş göndərəndə ZüleyxaOksananınqabağınakeçibSəmədə öpüş göndərir, Səməd özünü yığışdırır. ZüleyxaVeranı və Oksananı çıxarıbqapını bağlayır) Bəs bunlar kimdir?
Qüdrət:(Elenanı göstərir) Bu da mənim o yerdə… (Səmədə baxır)
Səməd: Feysbukda.
Qüdrət: Hə, bax orda tanış olduğum qadındır. Elə-belə qonaq çağırmışdım.
Elena:(Qüdrətigöstərir) Он врунь.Мне сказал что ему 23 лет.
Züleyxa:(Elenayayaxınlaşır) Heç utanırsan? 60 yaşlı köpəysən, sən bu yaşında neyləyirsən 23 yaşlı oğlanı? Hm? Bu gün sabah ərə gedəsi qızın var, nənə olacaqsan. Nəvələrinin üzünə necə baxacaqsan? Bu yaşında ərə getmək istəyirsən, özü də 23 yaşlı oğlana. Nəvələrin 23 yaşlı bir oğlana baba deyəndə ölüb yerə girməyəcəksən? Bu qızı da qoltuğuva vurub dünyanın o başından bu başına gəlmisən, nə var nə var 23 yaşlı bir oğlanla tanış olacaqsan! Ayıb deyil? Get öz qızının taleyi ilə, gələcəyi ilə məşğul ol. Onu ev-eşik, ər-uşaq sahibi elə.
Elena:(Qüdrətə) Она что говорить?
Qüdrət: Deyir sənin mənimlə evlənməyinə icazə verir!
Elena: Фуууу. Я не хочу. Я думала тебе 23 лет.
Qüdrət: 23 yaşında öləydin gərək sən, bu gün də mənim qabağıma çıxmazdın!
Züleyxa:(Elenanı və Natalyanı qapıyatərəfitələyir) Ayıb olsun sənə, ayıb olsun bütün sənin kimi qadınlara! (qapını açıb çölə çıxarırvə qapını bağlayır)
HamınındiqqətiOlqanınvə Tatyanın üzərindədir.
Züleyxa: Bəs bu kimdir?
Qüdrət: Bunu da o muxbir tapıb gətirib, deyir ki, mənim arvadım və qızımdır!
Tatyana:(kövrəkhaldavə danışmaqda çətinlik çəkərəkAzərbaycandilində) Mən səni qızın! Niyə məni qəbul etmir? Axı mən səni axtardı, tapdı! Səni görməyi arzuladı həmişə! Məni sevir ata, sən məni niyə sevmir?
Olqa:(Azərbaycandilində danışmağa çətinlik çəkərək) Biz Qüdrətlə Moskvada tanış oldu. Onda Qüdrətin var 30 yaşı. Mən də 25 yaşlı qız idi. Qüdrət, sən xatırlamadı? Mənimlə bazarda tanış oldu. Mən səndən hər gün bazar edirdi. Sonra sən məni öz evinə apardı…
Züleyxa:(öskürürvə tərs-tərsQüdrətə) Denən, ardını deməsin, yoxsa indi ikinizi də boğaram.
Qüdrət: Mən onu xatırladım! Hə, düz deyir. (Tatyanayabaxır) O mənim qızımdır.
Tatyana:(sevinir) Hə, mən səni qızın. Məni tanıdı ata.
Qüdrət:Mən Rusiyada olanda, bazarda işləyəndə onunla tanış oldum. Sonra bizim bir qızımız oldu. Mən Azərbaycana gələndə isə hər şeyi unutmağa çalışdım! (Züleyxaya) Səndən qorxurdum. Bir də Rusiyaya qayıtmadım. (Züleyxaonatərs-tərsbaxır) Bağışla, Züleyxa. Bir səhvdir eləmişəm, keç günahımdan!
Tatyana: Səhv? Mən səni səhvin hə? Bağışla, ata. Səni səhvin olduğun bilmirdim mən. Məni bağışla. (Olqaya) Dur gedək, ana.
Züleyxa: (Tatyanaya) Dayan, qızım. Sənin adın nədir?
Tatyana: Tatyana.
Züleyxa: Sən atanı düz başa düşmədin. O özünün səhv eldəyini deyir, ananla atanın gözlərini qan tutub, Rusiyanın soyuğundan qızınmaq üçün bir səhv iş görüblər, onu deyir. Amma o səhv işin nəticəsində sənin kimi gözəl, göyçək, ağıllı bir qız dünyaya gəldiyi üçün mən onların bu səhvini bağışlayıram.
Qüdrət: Nə? Bağışlayırsan?
Züleyxa: Hə, bağışlayıram. (Tatyanaya) Sənin günahın yoxdur qızım. Bu gündən sən həm Qüdrətin həm də mənim qızımsan. Sənin damarında azərbaycanlı qanı axır. Sən bizim dilimizi də öyrənmisən.
Tatyana: Bu dil mənim də dilidir. Mən azərbaycanlıyam, özü də müsəlmanam.
Züleyxa:(onu qucaqlayır) Səni yaradana qurban, qızım! Mənim qızım yoxdur, bir oğlum var. Bu gündən sən mənim qızımsan.
Qüdrət:(təəssüf hissi ilə) Ay vəfasız, bəs o vaxt deyirdin sən ancaq məni sevirsən, məndən başqasını gözün görmür. Yalançı! Biraz da gözləyə bilmədin. Mən ordan çıxan kimi ərə getmisən! Ar olsun yalançı qadınlara!
Züleyxa:(qışqırır) Qüdrət!
Qüdrət: Ay can!
Züleyxa: Nə danışırsan?
Qüdrət: Heç, zarafat edirəm.
Tatyana:(atasına baxır) Ata!
Qüdrət: Qızım!
Tatyana Qüdrəti qucaqlayıb ağlayır. Züleyxanın və Olqanın da kövrəldiyi hiss olunur. Səməd və Günəş də göz yaşını gizlədə bilmir. Tatyana Səmədə və Günəşə baxır.
Züleyxa: Onlar sənin qardaşının balasıdır. (Tatyana Səmədi və Günəşi qucaqlayır) Birazdan qardaşın da öz arvadı ilə gələcək. Onlar işlərinə görə Türkiyəyə getmişdilər. Bu gün qayıdacaqlar.
Tatyana: Mən onları görmək istəyir.
Züleyxa: Görəcəksən qızım. Səməd, sən Tatyananı gəzdir. Mətbəxi, hamamı göstər. Acdırsa mətbəxdə yemək də var, yeyin.
Səməd: Gəl, Tatyana. (Olqaya) Siz də, gəlin. Yol gəlmisiz, ac-susuz olarsız.
Olqa, Tatyana, Səməd və Günəş mətbəxə keçirlər. Züleyxa gözlərini Qüdrətə zilləyib baxır. Qüdrət utandığından başını aşağı salıb.
Züleyxa: Heç utanırsan? Qızarırsan? Bax, sənin şorgözlüyün bir günahsız körpəni atasız böyüməyə vadar edib. Gör sən onu atsan da o səni atmayıb, axtarıb, tapıb. O səni çox sevir. Mən onun sənə olan sevgisinə görə size bağışladım. Yoxsa boşanmaq fikrim olduqca qəti idi. Amma ayıb olsun sənə!
Qüdrət başını yuxarı qaldırıb Züleyxaya baxır. Qucaqlaşırlar.
Qüdrət: Bağışla məni, mənim saf ürəkli, təmiz qəlbli sevgilim, bağışla məni!