Orxan Pamuk Bəyaz Qala



Yüklə 2.62 Mb.
səhifə8/13
tarix07.12.2016
ölçüsü2.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

dedim, vəbanın yavaş-yavaş kənar məhəllələrdən, kasıb səmtlərdən çəkilməyinə onu

inandırmağa çalışdım.

Danışdıqları çox da ağlıma batmadı, amma təqvimi hazırlamağı mənə həvalə elədi. Padşahın

başını qatmaq üçün heç bir mənası olmayan və oxuyandan sonra heç kəsin heç bir nəticə əldə

edə bilmədiyi bir hekayə yazdığını dedi. Başqa vaxtsa məndən soruşdu: İnsan oxuma və dinləmə

zövqündən özgə, heç bir nəticəsi və mənası olmayan bir hekayə uydura bilərmi? Dedim ki,

“Musiqi kimi?”. Xoca təəccübləndi. Sonra düşündük ki, yaxşı hekayənin əvvəli nağıl kimi

primitiv, ortası qorxulu yuxu kimi, sonu da ayrılıqla qurtaran eşq əhvalatı kimi olmalıdır. Saraya

getməmişdən bir gecə əvvəl oturub şən-şən boşboğazlıq edir, təlaşla çalışırdıq. Yan otaqda

Xocanın hələ sonunu yaza bilmədiyi hekayəsinin əvvəlini ağlamaya köçürən dostumuz, solaxay

xəttat vardı. Səhərə yaxın mən əlimdəki məhdud rəqəmlərlə günlərdir uyğunlaşdırmağa

çalışdığım proqnozlardan vəbanın sonuncu qurbanlarını bazarlarda öldürüb iyirmi gün sonra

şəhərə gedəcəyini müəyyənləşdirmişdim. Xoca da bu nəticənin əsaslandırıldığı mənbəni

soruşmadı, ancaq xilas gününün çox uzaqda olduğunu dedi, buyurdu ki, təqvimi iki həftəyə

əsasən təzədən düzəldim və müddəti də başqa rəqəmlərlə birgə açıqlayım. O qədər də nikbin

deyildim, amma dediyini elədim. Xoca tez orda təqvimin bəzi tarixlərinə misralar düzüb, işini

qurtarmaq üzrə olan xəttata verdi, məndən də xahis elədi ki, misraların bəzilərinə rəsmlər çəkim.

Günortaya yaxın əbrulu, mavi bir qapaqla tələm-tələsik cildlətdirdiyi risaləni özüylə götürüb

gedərkən qəmli idi, darıxırdı və qorxurdu. Mənə dedi ki, təqvimdən daha çox, başdan-başa

hekayəsinə doldurduğu qutan quşlarına, qanadlı buğalara, qırmızı qarışqalara və danışan

meymunlara güvənir.

Axşam qayıdanda həyəcanlıydı, bu həyəcan qənaətlərinin doğruluğunu Padşaha tamamilə

qəbul etdirdiyi o üç həftə ərzində davam elədi. Əvvəllər, deyirdi ki, “Hər şey ola bilər”, birinci

gün heç də ümidli deyildi, hətta gözəl səsli cavan bir oğlana oxutdurulan hekayələrini

dinləyərkən Padşahın ətrafında toplaşan adamlardan bəziləri gülüblər, məlumdur ki, bunu

Xocanı alçaltmaq, Sultanın gözündən salmaq üçün ediblər, amma Padşah, onları susdurub və

acılayıb, soruşub ki, vəbanın iki həftə sonra qurtaracağını hansı irəliləyişlərə əsasən bilir. Xoca

da hər şeyin açıqlamasının heç kəsin başa düşmədiyi əsərdə olduğunu deyib. Sonra özünü

Padşaha xoş göstərməkdən ötru Trabzondan gəmilərlə gətirilən və ancaq həyətlərin içini yox,

otaqları da ağzınacan dolduran rəngbərəng pişikləri əzizləyib.

O ikinci gün gələndə dedi ki, saray adamları iki yerə ayrılıb: baş münəccim Sıdqı Əfəndinin

də tərkibində olduğu qrup şəhərdəki bütün məhdudiyyətlərin aradan qaldırlmasını istəyərkən,

Xocayla birgə digərləri də deyirmiş: “Şəhəri yaxşı qoruyaq ki, şəhərdə gəzən vəba şeytanı da

rahat nəfəs ala bilməsin”. Mən günbəgün ölüm sayının azalmasına nəzər salıb ümidlənirdim,

amma Xoca hələ də həyəcanlıydı, danışırdılar ki, birinci qrup Köpürlüylə razılaşıb üsyan etmək

istəyir, məqsədləri vəbanın qarşısını almaq yox, düşməndən qorunmaqdı.

Birinci həftənin sonunda ölüm statistikasında gözəçarpan azalma müşahidə olunurdu, amma

xəstəliyin bir həftə sonra bitməyəcəyi də mənim hesablamalarıma görə aşkar olunmuşdu.

Hazırladığım təqvimi dəyişdirdiyinə görə Xocaya hirslənmişdim, amma artıq ümidlənmişdi,

danışırdı ki, daha baş vəzir haqqında danışılanların davamı gəlmir. Buna görə onlar söz-söhbət

yayıblar ki, Köpürlü onlarla əlbir olub. Bütün bu həlləm-qəlləm işlərdən əmməllicə bezən

Padşah öz rahatlığını pişiklərdə axtarırmış. 45

İkinci həftə qurtaranda şəhər vəbadan çox, görülən tədbirlərdən bezmişdi, hər gün daha az

insan ölürdü, amma bunu yalnız bizim kimi işlərin gedişatını bilənlər bilirdi. Danışırdılar ki,

aclıq hökm sürür, İstanbul tərkedilmiş qorxuc bir şəhər kimiydi, məhəllədən kənara çıxmadığıma

görə bunları mənə Xoca danışırdı: Bütün o qapalı pəncərələrin və həyət qapılarının arxasında

vəbayla boğuşan insanların çarəsizliyini, vəbadan və ölümdən özgə nəsə gözlədiyini hiss

edirlərmiş. Gözlədikləri bu vəziyyət sarayda da hiss olunurmuş, yerə fincan düşəndə, kimsə

bərkdən öskürəndə, qəfil pıçıltıyala danışan və “Sultan görək bu gün nə qərar verəcək” deyərək

gözləyən o çoxbilmiş saray əhlinin bağrı yarılırmış, amma nəsə olsun, nə olursa olsun deyən

çarəsizlər kimi tez həyəcanlanırlarmış. Xoca da bu həyəcana mübtəla olurdu: Sultan vəbanın

yavaş-yavaş ciddiləşdiyini, qənaətlərinin doğru çıxdığını başa salmağa çalışıb, amma onu çox da

təsirləndirə bilməyib, nəhayət, yenə məcburiyyət qarşısında qalaraq heyvanlardan söz salıb.

İki gün keçəndən və məscidlərdə aparılan hesablamalardan sonra ona məlum olub ki,

xəstəlik əməllicə ciddiləşib, amma həmin cümə Xocanın sevinci bununla əlaqədar deyildi.

Ümidsizliyə qapılan bir neçə kiçik tacirlər, yolları tutan yeniçərlərlə vuruşublar, görülən

tədbirlərdən narahat olan başqa bir qisim yeniçərləri, məhhələ məscidlərində vəz edən iki axmaq

axundu, yağmalamaq həvəsi ilə bəzi avaraları, işsiz-gücsüzləri yanlarına çəkiblər, vəbanın

Allahın işi olduğunu, ona qarışmağın mümkünsüzlüyünü təlqin edirlərmiş, amma hadisələr

böyüməmiş tez qarşısı alınıb. Şeyxülislamdan fitva alan kimi, bəlkə də hadisələri olduğundan da

daha böyük göstərmək üçün iyirmi nəfər öldürülüb. Xoca həyatından çox razı idi.

Səhəri gün qələbə qazandığımızı elan elədik. Artıq sarayda görülən tədbirlərin aradan

qaldırılmasından heç kəs söz sala bilmirmiş, yeniçərlərin başçısı çağırılanda üsyançıların

saraydakı həmrəylərindən də bəhs edib, Sultan hirslənib, düşmənlik edərək Xocaya çətin günlər

yaşadan o dəstə də çil toyuq balası kimi dağılışıb. Deyilənlərə görə, bir vaxtlar onların tərəfdarı

olan Köpürlü üsyançılara qarşı sərt tədbir görəcəkmiş. Xoca ləzzət ala-ala dedi ki, Sultan bu işdə

onun təsiri altındadır. Üsyanı yatıranlar da Sultanı razılaşdırmaq üçün vəbanın azaldığını

deyirlərmiş. Üstəlik, bu söz, həqiqətən də, doğruydu. Padşah Xocaya indiyə qədər heç vaxt

demədiyi tərifli sözləri deyib: Afrikadan gətirtdiyi meymunlarını göstərmək üçün onu

hazırlatdırdığı qəfəsə aparıb. Axmaqlıqları və ədəbsizlikləri Xocanı da çimçindirən meymunları

seyr edərkən, Padşah soruşub ki, o meymunlar da tutuquşular kimi danışa bilərmi? Sonra

ətrafındakı adamlara tərəf çevrilərək deyib ki, artıq Xocanı yanında daha çox görmək istəyir,

hazırladığı təqvim də düz çıxıb.

Bir ay sonra, cümə günlərinin birində Xoca artıq baş münəccim idi, hətta onda artıq bir

vəzifəsi də vardı, Sultan vəba qurtardı deyə, bütün şəhərin iştirak etdiyi Ayasofyadakı cümə

namazına qatılmışdı, Allaha və Padşaha dua eləyən insanlar arasında mən də var idim. Padşah atı

ilə qarşımızdan keçərkən ətrafımdakılar var gücləri ilə qışqırırdılar, sonra özlərini unutdular,

itələşmə başlandı, insanlar dalğalandı, yeniçərlər bizi arxaya itələdi, əlində ağacla üstümə

yıxılanların arasında sıxıldım, insanları dirsəkləyərək özümü qabağa verdim, məndən dörd-beş

addım aralıda şad-xürrəm yeriyən Xocayla göz-gözə gəldik. Gözlərini məndən çəkdi, sanki məni

tanımamışdı. O qorxunc səs-küy içərisindən məni qəfil mənasız bir coşqunluq bürüdü, o an

inandım ki, Xoca məni görmür, var gücümlə qışqıraraq onu çağırdım, istəyirdim ki, burda

olmağımdan xəbərdar olsun, məni görsə, insan izdihamının arasından sanki məni çəkib

çıxardacaqdı, mən də zəfəri və qələbəni qoruyanların o xürrəm yüyürüşlərinə qoşulacaqdım.

Amma bunu zəfərdən öz payımı əldə etmək, yaxud da etdiklərimin qarşılığını almaq üçün

istəmirdim, içimdə tamam başqa bir hiss vardı: mən orda olmalıydım, çünki mən Xocanın

özüydüm! Eynən, tez-tez gördüyüm qorxulu yuxularda olduğu kimi, kənardan baxıb seyr

elədiyim öz varlığımdan ayrı düşmüşdüm: özümə kənardan nəzarət edə bildiyimə görə, deməli,

mən bir başqa adam idim, ad-sanına büründüyüm bu özgə adamın kimliyini öyrənmək də

istəmirdim, qarşımdan məni tanımayaraq yanımdan keçən özümə qorxuyla baxarkən, tez bir

zamanda ona qoşulmaq istəyirdim. Amma heyvana bənzəyən bir əsgər var gücüylə məni geriyə,

insan izdihamının içinə itələdi.46

8

Vəba qurtarandan sonrakı həftələrdə Xoca ancaq baş münəccimlik vəzifəsinə gətirilməklə



kifayətlənmədi, Sultanla illərdir ümidlə gözlədiyimizdən də yaxın əlaqə qurdu: Baş vəzir o kiçik

və uğursuz üsyandan sonra artıq Padşahın ətrafına topladığı o əbləhlərdən qurtulmalı olduğunu

anasına hiss elətdirmişdi, çünki tacirlərlər də, yeniçərlər də, Sultanı boş sözləri ilə pis yola çəkən

çoxbilmişlərin bəlalarının yaradıcısı kimi görürmüş. Beləliklə, qurulan planlarda əli olduğu

deyilən əvvəlki baş münəccim Sıdqı Əfəndinin qrupu, sürgünlə və müəyyən şeylərlə əlaqədar

saraydan qovulanda olan-qalan işlər də Xocanın boynuna düşdü.

Artıq hər gün Padşahın vaxtını keçirdiyi saraylardan birinə gedir, ona vaxtlı-vaxtında zaman

ayıran Padşahla danışırdı. Evə qayıdanda həyəcanla və zəfər hissi ilə olanları mənə danışırdı:Hər

səhər birinci Padşahın gördüyü yuxunu yozurdu. Öhdəsinə götürdüyü işlərini içində, bəlkə də, ən

çox bu işi xoşlayırdı, Padşah yuxu görmədiyini hüznlə etiraf etdiyi bir gündə isə məsləhət görüb

ki, başqa bir adamın yuxusunu yozsun Sultan da maraqla bu fikri mənimsəyəndə, bostançılar tez

yaxşı yuxu görən bir adamı axtarıb tapıb hüzuruna gətiriblər, beləliklə, hər səhər bir yuxunun

yozumu əl çəkilməsi mümkün olmayan vərdişə çevrilmişdi. Başqa vaxtlar isə həyətlərdə, iri

çinar və ərqəvan ağaclarının kölgəsi düşən bağçalarda yeriyərkən, Boğazda qayıqlarla gəzintiyə

çıxarkən, təbii ki, Sultanın sevimli heyvanlarından, bizim xəyali heyvanlarımızdan da söz

salardı. Amma mənə böyük maraqla danışdığı başqa mövzuları da Padşaha açırdı: Boğazdakı

axıntıların səbəbi nədir? Qarışqaların həyatında öyrənməyə dəyərli olan nə var? Maqnit Allahdan

başqa, nədən güc alırdı? Ulduzların elə, yaxud belə fırlanmasının əsas xüsusiyyəti nədən

ibarətdi? Müsəlman olmayanların həyatında kafirlikdən başqa öyrənməyə nəsə tapa bilərəmmi?

Onları qabağımıza qatıb qovalaya bilən hansısa silahı hazırlamaq mümkündürmü? Keçəl bunları

Sultanın maraqla qulaq asdığını deyəndən sonra həyəcanla masanın arxasına keçib, silah şəkilləri

çəkmək üçün düzəldilmiş bahalı və iri kağızlara, uzun lüləli toplar, aftomatik atəş mexanizmləri,

görünüşü vahiməli heyvanları xatırladan silah növlərini qaralayar, məni də masanın yanına

çağırıb, silahı çox yaxın vaxtda reallaşdırılacağını bildirər, danışdığı bu xəyallara şahidlik

etməyimi istəyərdi.

Əslindəsə mən, bu danışdıqlarını Xocayla bölüşmək istəyirdim. Bəlkə də, buna görə fikrim

hələ də bizə o qorxulu və qardaşlıq duyğusu ilə keçirdiyimiz günləri yaşadan vəbadaydı. Vəba

şeytanından xilas olublar deyə Ayasofyada hamılıqla şükr edərək namaz qılıblar, amma xəstəlik

hələ şəhərdə tamamilə əl çəkməmişdi. Xoca səhərlər Sultanın sarayına tələsərkən, mən şəhərdə

maraqla gəzinər, gödək minarəli məhəllə məscidlərdən, kirəmitləri yosun bağlamış məscidlərdən

hələ də aparılan cənazələrin sayını hesablayar, səbəbini indiyə qədər başa düşmədiyim qeyriiradi bir hisslə, istəyirdim ki, xəstəlik şəhərdən və bizdən əl çəkməsin.

Xoca mənə Padşahı necə təsir altına saldığından, zəfərindən danışarkən mən ona xəstəliyin

daha şəhəri tərk etmədiyini, tədbirlər görüldüyünə görə də təkrarən baş qaldıra biləcəyini

danışırdım. Məni hikkəylə susdurub dedi ki, guya mən onun uğurunu qısqanıram. Ona haqq

qazandırırdım, baş münəccim olmağı, Padşahın hər səhər ona yuxularını danışmağı, bütün o

axmaq əyyanları Padşahın yanında olmayanda sözlərini şaha deyə bilməyi – bunlar on beş ildir

ki, bizim gözlədiyimiz şeylər, uğurlar idi, mənim məsləhət gördüyüm, çox da doğru çıxmayan,

amma doğru tək qarşılanan təqvimi, göründüyü kimi, mənim hazırladığımı unutmuşdu, mənə

çətin gələn şey məni təlaş içində adadan necə tələm-tələsik gətirməsi yox, mənim ora necə

getməyimi xatırlaması idi.

Bəlkə də, haqlıydı, bəlkə də, hiss etdiyim bu hissə qısqanclıq demək olar, amma bu onun

fərqinə varmadığı saf bir duyğu idi. Bunu başa düşsün deyə vəba başlamamışdan əvvəlki

günlərdə masanın iki tərəfinə tənha gecələrin sıxıntısını unutmaq istəyən iki subay oğlan kimi

necə oturduğumuzu xatırladanda, bəzən onun, bəzən də mənim necə qorxulara qapıldığımızı,

amma bu qorxulardan xeyli şey öyrəndiyimizi, hətta adada tək olanda o gecələr üçün darıxdığımı

xatırladanda da, bütün bu dediklərimi, özünün heç cür qoşula bilmədiyi bir oyunda mənim aşkar 47

olunan saxtakarlığım ibrət götürərək olanların şahidi kimi gülümsəyərək dinləyər, amma mənə o

əziz günlərimizlə əlaqəli heç bir ümid və söz verməzdi.

Artıq məhəllə-məhəllə gəzdikcə görürdüm: tədbirlər görülsə də, sanki Xocanınn uğur

adlandırdığı nəsnəyə kölgə salmaq istəmədiyinə görə, vəba yavaş-yavaş şəhərdən çəkilirdi.

Bəzən mənə qəribə gəlirdi ki, ölümün zülmət qorxusu aramızdan çəkilib gedirsə, niyə özümü

tənha hiss edirəm. Bəzən istəyirdim ki, padşahın yuxularında, ya da Xocanı ona nəql elədiyi

gələcəkdə olacaqlardan yox, yenə də bunlardan danışaq. Divarından götürdüyümüz vahiməli

aynanın qarşısına, düz yaxınlığımda ölüm qorxusu olsa belə onunla birgə keçməyə çoxdan hazır

idim! Amma Xoca artıq xeyli zamandır ki, məni alçaldırdı, yaxud da özünü elə göstərirdi, ən

pisi isə bəzən bunu etməyə ehtiyat edirdi.

Onu yenə o əvvəlki xoşbəxt dünyamıza çəkmək üçün bəzən deyirdim ki, artıq yenə də birgə

masanın arxasına keçməliyik. Bu işdə ona örnək olmaq üçün bir-iki dəfə yenə kağızları

doldurmağa cəhd etdim, vəbanın qorxusuna, qorxunun əmələ gətirdiyi o pislik eləmək istəyinə,

yarımçıq qalmış pisliklərimlə əlaqəli şişirdilmiş söz-söhbətlər yazılmış səhifələri ona oxuyanda

mənə qulaq asmadı. Bəlkə də, öz uğurundan çox, mənim çarəsizliyimdən aldığı bir güclə

həyasızcasına dedi: Bütün o yazılanların axmaqlıqdan başqa bir şey olmadığının da həmin

vaxtlar fərqinə varıb, vaxtında o oyunlar nə vaxt qurtaracaq deyə bir problemi yox idi, bir az da

məni sınamaq üçün: vəbaya yoluxub qaçdığım gün, onsuz da bilib ki, mən necə adamam.

Günahkarammış! İnsanları iki yerə ayırırlar: onun kimi haqq adamları və mənim kimi

günahkarlar.

Uğurlarını yozmağa çalışdığım bu sözlərinə cavab vermədim. Baxmayaraq ki, idrakım

əvvəlki kimi parlaq idi, gündəlik xırda hadisələrə hirsləndiyimi görəndə başa düşürdüm ki, lazım

olanda qəzblənməyə də hazıram, amma Xocaya qarşı hirslənməyə əsas verən o sözlərinə

göstərəcəyim reaksiyayla onu haraya sürütləyəcəyimi, harada sıxışdıracağımı sanki bilmirdim.

Ondan qaçıb Heybəliadada keçirdiyim günlərdə bilirdim ki, məqsədim tam aydın deyil.

Venesiyaya qayıtsam nə baş verərdi? Bu on beş ildə anamın ölməyini, nişanlımın da evlənib

başının ailə və uşaqlarına qarışmağını beynimə tam yeritmişdim, ürəyimdən onları fikirləşmək

keçmirdi, yuxularıma da get-gedə az-az girirdilər, həm də özümü o əvvəlki illərdə olduğu kimi,

Venesiyada də onların yanındakı kimi deyil, yuxularımda da onları İstanbulda, öz aramızda

görürdüm. Venesiyaya qayıtsam, bilirdim ki, yarımçıq qoyduğum həyata qaldığım yerdən davam

etməyəcəyəm, əgər mümkün olsa, başqa bir həyata təzədən başlaya bilərdim. Bir vaxtlar türklər

və köləlik haqqında yazmağı planlaşdırdığım kitabdan özgə, o həyatın maraqlı anları artıq məni

həyəcanlandırmırdı.

Bəzən düşünürdüm ki, Xoca məndəki bu zəifliyi və məqsədsizliyi sezdiyi və zəif cəhətlərimi

anladığı üçün məni alçaldırdı, bəzən də bu cəhətləri yəqinləşdirməsinə şübhə eləyirdim. Hər gün

Padşaha danışdığı hekayələrdən, təfərrüatlarını beynində canlandırdığından və Sultanı mütləq

təsir altına salacağı o inanılmaz silahın xəyallarından və uğurundan elə halbahal idi ki, bəlkə, heç

mənim nələri düşündüyümün fərqinə belə varmırdı. Bir də görürdüm ki, özü-özünə aludə olan

Xocanın bu xoşbəxtliyini qibtəylə izləyirəm. Onu çox istəyirdim, şişirtdiyi uğurundan aldığı o

əldəqayırma coşğunluğu, bitib-tükənməyən planlarını, Padşahı ələ alacağını deyərkən ovcunun

içinə baxmağını çox xoşlayırdım. Belə fikirləşdiyimi özünə etiraf edə bilməzdim, amma

hərəkətlərini, gündəlik davranışlarını izləyərkən, bəzən elə hiss edirdim ki, sanki özümə göz

qoyuram. İnsan bəzən bir uşağın, bir gəncin davranışlarında öz uşağlığını və gəncliyini görəndə

necə ki sevgi və maraqla onu izləyir ha, qorxum və marağım da məhz beləydi, tez-tez

düşünürdüm ki, peysərimdən tutub “mən sənə çevrildim” deyir, amma o günləri ona xatırladanda

Xoca məni susdurur, ya o gün Sultana inanılmaz silaha inandırmaq üçün nələr ediyini danışır, ya

da səhər yuxusunu yozanda Padşahın ağlının necə oğurladığını nağıl eləyərdi.

Pəh-pəhlə danışdığı bu uğurları parlaqlığına mən də istəyirdim ki, inana bilim. Bəzən

xəyallarımın sərhədsizliyinə qapılıb özümü xoşbəxtcəsinə onun yerinə qoyub inanırdım da. O

vaxt onu və özümü, bizi daha çox istəyərdim, xoş bir nağıl dinləyən ağzıayrıq kimi ağzıaçıq

halda danışdıqlarından sehrlənərkən, zənn eləyərdim ki, gələcəkdəki həmin gözəl günlər

haqqında ikimizin də planıymış kimi danışır.48

Sultanın yuxularını yozarkən ona qoşuldum. Xoca iyirmi bir yaşındakı Padşahı, iqtidarı daha

çox sahiblənməyə yönləndirmək üçün qərar vermişdi. Beləliklə, Padşahın yuxularında tez-tez

gördüyü dördnala qaçan atların, sahibsiz olduqları üçün sevincsiz, vəhşi dişlərilə düşmənlərinin

hülqumlarına hücum edən qurdların da, öz işlərini özləri gördüyü üçün xoşbəxt olduqları vaxtlar,

ağlayan yaşlı qadınlarla gözəl kor qızların və qaranlıqda yağış yağarkən sürətlə yarpaqlarını

tökən ağacların onu köməyə çağırdıqlarını, müqəddəs hörümçəklərlə, ecazkar şahinlərin

tənhalığın fəzilətinə işarə elədiyini danışdı. İqtidara yiyə çıxandan sonra istəyirdik ki, Sultan

bizim savadımızla maraqlansın, bundan ötrü qorxularından da istifadə edirdik. Ova marağı

olanlarının çoxu kimi, uzun və yorucu öv səfərlərində gecələr, Padşah ovlananın özü olduğunu

düşünəndə, taxtını itirmək qorxusu ilə yuxusunda öz taxtında, öz uşaqlıq vaxtını görəndə, Xoca

ona danışırdı ki, taxtında həmişə cavan qalacaq və amma həmişə hazırlıqlı olan düşmənlərimizin

planlarından ancaq onlar kimi güclü silah hazırlayaraq qurtula bilər. Babası Sultan Muradın qol

gücünü isbat eləmək üçün bir dəfə qılıncla vuraraq iki yerə böldüyü eşşəyin iki hissəsinin

qaçaraq bir-birindən uzaqlaşmağını, ata nənəsi sayılan Kösəm Sultan adlanan ifritənin onu və

anasını boğmaq üçün dirilib lüm-lüt üstünə gəlməyini, At Meydanındakı çinar ağaclarının

yerində bitən əncir ağaclarından əncir yerinə qanlı cəsədlər sallandığını, üzü onun üzünə oxşayan

pis adamların onu əllərindəki çuvala soxub boğmaq üçün qovaladığını, ya da Üsküdardan dənizə

girən tısbağa ordusunun kürəklərindəki çanağın küləkdən heç cür sönməyən alovlarla saraya

tərəf yeridiklərini Padşah xəyal edəndə, biz onun dövlət işlərindən əl çəkməyini, ovdan və

heyvanlardan başqa, fikrində heç nə olmadığlnı deyənlərin nə qədər haqsız olduğunu düşünür,

mənim səbir və ləzzətlə dəftərə yazaraq təsnifatlaşdırdığım bu yuxuları, hazırlanmalı olan

dəhşətli bir silahın reallaşacağını yozmağa çalışırdıq.

Xocanın fikrincə, yavaş-yavaş onu təsir altına salırdıq, artıq bu işin öhdəsindən gələcəyimizə

inanırdım. Bir rəsədxanada elm mərkəzi qurmaq üçün, təzə bir silah hazırlamaq üçün ondan söz

alıb, coşqunluqla xəyal qurduğu gecələrdən sonra bu mövzuları Sultanla bir dəfə də olsun ciddiciddi danışa bilməmişdi. Vəbadan bir il sonra, Köpürlü öləndə Xoca ümidlənmək üçün yenə bir

bəhanə tapdı: Köpürlünün gücündən və şəxsiyyətindən qorxduğuna görə Sultan beynindəkiləri

reallaşdırmaqdan çəkinirdi, indi baş vəzir öldüyünə və yerinə də atası qədər güclü olmayan oğlu

keçdiyinə görə Padşahdan cəsur qərarlar gözləməyin əsl vaxtıydı.

Ondan sonrakı üç ili bu cəsur qərarları gözləməklə keçirdik. Artıq məni təəccübləndirən şey

xəyalları ilə ovları arasında çaş-baş qalan Sultanın süstlüyü yox, Xocanın hələ ümidini ona

bağlaya bilməsiydi. Bütün bu illər ərzində ümidlərini itirib mənə oxşayacağı günü gözləyirdim”.

Artıq uğur adlandırdığı nəsnədən əvvəlki kimi söz sala bilmir, vəbadan sonrakı aylarda duyduğu

coşğunluğu baxmayaraq ki, duya bilmirdi, amma Sultanı böyük plan adlandırdığı nəsnəylə onu

aldada biləcəyi günün xəyalını hələ də sağlam saxlaya bilirdi. Həmişə bir bəhanə tapırdı:

İstanbulu küllü-küf eləyən o böyük yanğından bir müddət sonra Sultanın böyük planlarla pul

xərcləməyi qardaşını taxta çıxartmaq istəyən düşmənlərinə fürsət yaradırdı, Padşah indi heç bir

şey edə bilmirdi, çünki ordu Macarıstana səfərə çıxmışdı, növbəti ildə də almanlara qarşı hücuma

keçdiklərinə görə gözləyirdik, sonra qurtarması üçün böyük pullar xərclənən və Turxan Sultan və

Padşahla birlikdə Xocanın da tez-tez getdiyi Xaliç sahilindəki o Yeni Validə Məscidinin tikilişi

vardı hələ, sonra da mənim gedə bilmədiyim bitib-tükənməyən ov səfərləri vardı. Mən Xocanın

ovdan qayıtmağını evdə gözləyərkən nəsihətinə qulaq asmağa çalışır, “böyük plan”, yaxud “elm”

adlandırdığı o şey üçün parlaq iddealar axtara-axtara və tənbəl-tənbəl mürgüləyərək səhifələri

çevirərdim.

İcra edilsə də verəcəyi nəticəyə çox da inanmadığım bu planların xəyalları belə məni artıq

sevindirmirdi. Tanışlığımızın ilk illlərində astronomiya, coğrafiya, ya da Şərq elmləri

mövzularında düşündüyümüz şeylərin real bir tərəfi olmadığını Xoca da mənim kimi bilirdi:

Saatlar, alətlər, modellər küncdə unudulub çoxdan paslanmışdı. Hər şeyi onun elm adlandırdığı

bu naməlum işi reallaşdıracağımız günə saxlamışdı, əlimizdə bizi faciədən qurtaracaq böyük bir

plandan daha çox, planın xəyalı vardı. Məni heç alçada bilməyən bu rəngsiz xəyala inana bilmək

və Xocayla birgə ola bilmək üçün bəzən çevirdiyim səhifələrə, ya da ağlıma qəfil gələn

düşüncələrə onun gözüylə baxmağa, özümü onun yerinə qoymağa çalışırdım. Ovdan qayıdanda, 49

məni üstündə baş sındırmaq üçün qoyub getdiyi hər hansı bir mövzuda, təzə bir həqiqəti

aşkarlamışdım, hər şeyi də mənə arxa çevirərək dəyişdirə bilər deyə inamla edərdim; “Dənizin

qabarıb çəkilməyinin səbəbi ona tökülən çayların istiliyi ilə əlaqəlidir” deyəndə, yaxud “Vəba

havadakı toz dənəciklərinə hopur, hava dəyişəndə isə yox olur”, yaxud da “Böyük bir silah

hazırlayıb uzun lüləsi və təkərləri ilə hamını qabağımıza qatıb qovalaya bilmək mümkündür, ya

da, “dünya günəşin ətrafında fırlanır, Günəş də Ayın ətrafında”, deyəndə əynindəki tozlu ov

paltarını dəyişən Xoca həmişə məni xoş-xoş güldürən həminki cavabı verirdi: “Bizim axmaqlar

bu həqiqətdən xəbərsizdirlər!”

Sonra şiddətlə məni də arxasınca sürütləyən qəzəb böhranına qapılır, Padşahın çaşqın

donuzun arxasınca saatlarla at sürməyinin, ya da tazılarına tutdurduğu dovşan üçün göz yaşı

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə