Ötən IL nayo uğurlu olub Ramil Əliyev: ”2010-cu ildə 28 böyük layihə həyata keçirməklə yenidən göstərdik ki, nayo norveçdə Azərbaycanı və azərbaycanlıları layiqincə təmsil və təbliğ edir”



Yüklə 52.78 Kb.
PDF просмотр
tarix22.07.2017
ölçüsü52.78 Kb.

“Paritet”.-2011.-12-14 yanvar.-N.4.-S.8-9.

Ötən il NAYO uğurlu olub

Ramil Əliyev: ”2010-cu ildə 28 böyük layihə həyata keçirməklə yenidən göstərdik ki, NAYO

Norveçdə Azərbaycanı və azərbaycanlıları layiqincə təmsil və təbliğ edir”

Bu  gün  Azərbaycanın  gələcəyi  olan  sağlam,  intellektli,  müstəqil  düşüncəli  gənclərimiz  bir  sıra  xarici

ölkələrdə nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar və orda müxtəlif sahələrdə çalışırlar.  Bu gənclərimiz arasında 

yaşadıqları ölkələrdə fəal diaspor fəaliyyəti ilə məşğul olaraq  Azərbaycanın ümumi mənzərəsi və müasir dövrdəki

inkişafı    haqqında  yaşadıqları  ölkələrdə  məlumat  verirlər.  Belə  ki,  ətrafında  azərbaycanlı  və  əcnəbi  gəncləri

birləşdirən, fəaliyyətində azərbaycançılıq ideyasını əsas götürərək yarandığı ildən bu istiqamətdə intensiv layihələr

gerçəkləşdirən diaspor təşkilatlarından biri də Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır (NAYO).  2010-cu ildə

ümumilikdə 50  layihə gerçəklişdirən NAYO-nun sədri Ramil Əliyevdən gördükləri işlər haqqında ətraflı məlumat

əldə etmək üçün suallarımızı ona ünvanladıq.

-Ötən  il  sizin  təşəbbüsünüzlə  Norveçdə  Azərbaycan  mədəni  irsinin  təbliği  istiqamətində  silsilə

tədbirlər keçirilib. Bu barədə məlumat verməyiniz maraqlı olardı.

- Artıq NAYO beş  ildir ki, Norveçdə aktiv surətdə Azərbaycan reallıqlarını, tarixini, mədəniyyətini, eyni

zamanda    azərbaycanlıları təmsil  və  təbliğ  edir.  Deyə  bilərik  ki,  artıq  bir  diaspor  təşkilatı  olaraq  norveçlilərdə  

Azərbaycan haqqında müəyyən fikir  formalaşdıra  bilmişik.  Təbii  ki,  biz  bütün  Norveçi  əhatə  edə  bilmərik,  ancaq

orda  olan  böyük  əlaqələrimizi,  şəbəkələrimizi,  tədbirlərdə  iştirak  edən  insanları  nəzərdə  tutaraq  yuxarıdakı fikri

qeyd etdim. Yeni müstəqillik qazanmış Azərbaycan  norveçlilər  üçün  tamamilə  işlənməmiş  bir  mövzu idi.  Amma

təcrübə  onu  göstərdi  ki,  norveçlilər  Azərbaycan  mədəniyyətinə,  tarixinə  maraq  göstərirlər.  Və  ölkəmizdə  gedən

proseslərə  həssaslıqla  yanaşırlar.  Bildiyiniz  kimi,  Norveçin  böyük  neft  şirkəti  olan  “Statoil”  Azərbaycana  böyük

investisiyalar  qoyur.  Norveçlilər  milli  şirkətlərinin  Azərbaycanda  gördüyü  işlərlə  çox  maraqlanırlar.  Bu  gün

Azərbaycan muğamının, xalçasının, aşıq sənətinin YUNESKO-nun  qeyri-maddi mədəni irs siyahısına daxil olması

mədəniyyətimiz üçün böyük bir uğurdur. Bu mədəni nümunələrimizin də Avropada-Norveçdə təbliği istiqamətində

bir sıra  layihələr həyata keçirmişik. Bu tədbirlərimizdə Azərbaycanın gənc  və istedadlı musiqiçiləri olan Ehtiram

Hüseynov,  Gülay  Qədirova,  Elməddin  İbrahimov  və  başqa  bir  sıra  ifaçılar  muğamımızı  Norveçdə  layiqincə  ifa

ediblər.  Eyni  zamanda  biz  qədim  tarixi  olan  aşıq  sənətimizin  təbliği  istiqamətində  də  keçirdiyimiz  tədbirdə

Norveçdə təhsil alan, Azərbaycan əsilli Əhməd Mirzəyev sazla aşıq musiqimizi çox gözəl ifa edib. İsveçdə yaşayan

istedadlı  ozan  Araz  Elsəsin  də  bu  yaxınlarda  konsertini  təşkil    etdik.  Tədbirlərimizdə  hər  zaman  dünya  şöhrətli

xalçalarımızın  kiçik  maketlərini  sərgiləyirik,  bu  da  iştirakçılar  tərəfindən  maraqla  qarşılanır.Keçirdiyimiz  mədəni

layihələrin    iki  əsas  məqsədi  var:  biri  norveçilərə  Azərbaycan  mədəniyyətini  təqdim  etmək,  ikincisi  isə  orda

dünyaya göz açan uşaqlarımıza və gənclərimizə Azərbaycanın  zəngin mədəni irsi haqqında məlumat vermək.

-  Ötən  il  Estoniyada  fəaliyyət  göstərən  “Rauf  Avşar adına  Kukla  Teatrı”  ilə  birgə  layihəniz  olub.

Norveçdə onların  çıxışı necə qarşılandı?

-NAYO  olaraq  biz    Diasporla  İş  üzrə  Dövlət  Komitəsi  ilə  sıx  əməkdaşlıq  edirik.Məhz  komitənin  təşkil

etdiyi  layihələrin  birində  Estoniyada  fəaliyyət  göstərən    Azərbaycan  kukla  teatrının  rəhbəri  Rauf  Avşarla  tanış

olduq  və  qərara  gəldik  ki,  birlikdə  layihə  həyata  keçirək.  Bu  tədbirin  də  gerçəkləşməsi  iki  Azərbaycan  diaspor

təşkilatının    əməkdaşlığı  idi.  Estoniyadakı  kukla  teatrı  Norveçdə  uşaq  bağçasındakı  uşaqlar  üçün,  Oslo

Universitetində təhsil alan beynəlxalq tələbələr və orda yaşayan azərbaycanlı uşaqlar üçün üç fərqli proqramla çıxış

ediblər. Bu proqramlar çox maraqla qarşılandı.

- Fəaliyyət göstərdiyiniz beş ildə nələr əldə etmisiniz?

- Əvvələn qeyd edim ki, ötən il NAYO üçün uğurlu olub. Belə ki, ümumilikdə NAYO ötən il 50  layihə

həyata  keçirib.  Bu  da  onu  bir  daha  sübut  edir  ki,  NAYO  Norveçdə  öz  işinin  öhdəsindən  layiqincə  gəlir.  NAYO

olaraq ötən beş ildə  biz Norveçin ən fəal gəncləri kimi, eyni zamanda Azərbaycanın Avropada olan ən fəal gənclər

təşkilatı  olaraq  özümüzü  sübut  etmişik.  Bundan  başqa  Norveçdə  azərbaycanlıların  birləşdirilməsi,  onların

təşkilatlanması  və  bir  araya  gətirilməsi  istiqamətində  bir  sıra  işlər  görmüşük.  Azərbaycanın  rəsmi  qurumlarının

Norveçdə keçirdiyi tədbirlərin reallaşmasındada onlara dəstək oluruq.

-Bu  yaxınlarda  Frankfurtda  ilk  dəfə  olaraq  Dünya  Azərbaycanlı  Gənclərinin  I  Konqresi  keçirilib,

siz də orda iştirak etmisiniz. Gənc diaspor rəhbəri kimi bu konqresin  əhəmiyyətini necə dəyərləndirirsiniz?


-  Bu,  həqiqətən  də,  Azərbaycan  gəncliyinin  uğuru  idi.  Belə  bir  toplantının  Avropanın  mərkəzində

keçirilməsi, eyni zamanda Azərbaycanda, dünyada və Avropada fəal olan gənclər təşkilatlarının birgə toplanması və

 əlaqələrin  qurulması  baxımından  da  çox  uğurlu  bir  layihə  idi.  Toplantının  digər  əhəmiyyəti  də  onda  idi  ki,

Avropanın  əsas  ölkələrində  fəaliyyət  göstərən  Azərbaycan  səfirlərinin  və  gənclərlə  işləyən  başqa  aidiyyati

qurumların rəhbərləri də orda toplaşmışdı.  Bu ideyanın həyata keçirilməsi Azərbaycan diasporunun və gəncliyinin

dünyada  inkişafına  təkan  verəcək.  NAYO  olaraq  bu  tədbirə  qatılmağımızdan  çox  məmnun  idim.  Bu  toplantında

mən  “Gənclər  təşkilatının  vətəndaş  cəmiyyətinin  qurulmasında  rolu”  mövzusunda  məruzə  ilə  çıxış  etdim.  Eyni

zamanda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının bir neçəsinin rəhbərləri  ilə maraqlı söhbətlərimiz

oldu.  Biz  düşünürük  ki,  bu  toplantının  nəticəsi  olaraq  Azərbaycandakı  gənclər  təşkilatları  ilə  layihələr  həyata

keçirəcəyik.  İstəyirik  ki,  Norveçin  gənc  liderlərini,  gənclər  təşkilatlarının  rəhbərlərini,  parlament  və  media

nümayəndələrinin  gənc  üzvlərini  Azərbaycana  dəvət  edək.  Eyni  zamanda  bu  tərkibdə  Azərbaycan  nümayəndə

heyətini də Norveçə dəvət edək və bununla da iki ölkə gəncləri arasında qarşılıqlı əlaqə yaradaq.

Sözügedən  konqresdə  “Virtual  Azərbaycan”  məktəbinin  təqdimatı  oldu.  Mən  bir  diaspor  təşkilatının

rəhbəri  kimi, bu məktəbin açılmasını 2010-cu ilin əsas  hadisəsi adlandırardım. Bu, çox  vacib bir layihədir, çünki

orda Azərbaycan dili, tarixi, ədəbiyyatı, coğrafiyası bölmələri çox zövqlə işlənib və dəyərli materiallar yerləşdirilib.

Düşünürəm  ki,  bu  layihə  tam  istifadəyə  verildikdə  biz  bir  diaspor  təşkilatı kimi  bütün  tədbirlərimizdə  və  “Bazar

günü” məktəblərində  tətbiq edəcəyik.

- Milli mətbəximizin Norveçdə təbliği istiqamətində hansısa işlər həyata keçirirsinizmi?

- Azərbaycan milli mətbəxi öz zənginliyi və gözəlliyi ilə hər zaman diqqət mərkəzində olub. Amma bizim

təşkilat  sırf  lobbi  və  diaspor  təşkilatı  olduğu  üçün  Azərbaycanı  bir  növ  akademik  səviyyədə  təbliğ  edir.    Bu

səbəbdən  də  milli  mətbəximizin  təbliği  bizim  prioritet  iş  planımıza  daxil  deyil.  Amma  gələcəkdə    təşkilatımızın

nəzdində bir qrup yaratmaq istərdik ki, onlar ancaq  mətbəximizin  təbliği ilə məşğul olsunlar. 2011-ci ildə biz daha 

böyük  layihələr  həyata  keçirmək  haqqında  düşünürük.  Belə  ki,  iki  ölkə  gəncləri  arasında  əməkdaşlığa  dəstək,

Norveçdəki azərbaycanlı icması ilə iş və oradakı dövlət təşkilatları ilə birgə layihələr gerçəkləşdirməyi düşünürük.

Fəaliyyət göstərdiyimiz bu beş il ərzində əsas hədəflərimizə nail olmuşuq. NAYO bu illər ərzində Oslo Universiteti,

Norveçin  Biznes  Menecment  İnstitutu  və  Beynəlxalq  Əlaqələr  İnstitutu,  Norveçin  Xarici  İşlər  Nazirliyi,  Gənclər

Konsulluğu,  Mədəniyyət  Nazirliyi,  Oslo  və  Drammen    şəhərlərinin  meriyası ilə  əlaqələri  və  əməkdaşlığı  olub.  

Bundan başqa  Norveçin 4 ayrı-ayrı şəhərlərində müxtəlif layihələr  həyata keçirmişik və həmin şəhərlərdə yaşayan

azərbaycanlıların  təşkilatlandırılması  istiqamətində  bir  sıra  işlər  icra  etmişik.  Həmçinin  Azərbaycanda  DİDK  ilə

gözəl  əlaqələrimiz,  Heydər  Əliyev  Fondu  ilə  əməkdaşlığımız,  Azərbaycan  Mədəniyyət  və  Turizm,  Gənclər  və

İdman nazirlikləri ilə gördüyümüz işlər , eləcə də Azərbaycanın İsveçdəki Səfirliyi ilə əlaqələrimiz  onu göstərir ki, 

bu  beş  il  ərzində  həm  Norveçdə,  həm  Azərbaycanda  təşkilatımızın  maraq  və  məqsədlərini  həyata  keçirmək  üçün

müxtəlif akademik layihələr həyata keçirmişik.

Qeyd  edim  ki,  bu  beş  illik  fəaliyyətimizi  özündə  əks  etdirən  hesabat  xarakterli  bir  jurnal  nəşr  etmək

istəyirik. Ümid edirik ki, bu hesabatı Azərbaycandakı NAYO sevərlərə çatdıracağıq. Yəni hər iki ölkədə bu beşillik

fəaliyyətimizi  əks etdirən jurnalı geniş auditoriyaya təqdim edəcəyik.

- DİDK ilə əlaqələriniz necədir?

- NAYO  yarandığı gündən    DİDK  ilə  əlaqələri  həmişə  sıx, mehriban  və  peşəkar  münasibətlərimiz  olub.

Keçirdikləri  tədbirlərə  hər  zaman  dəvət  olunuruq  və  iştirak  edirik.  Komitə  keçirdiyimiz  tədbirlər  üçün  əyani

materialların  verilməsində  çox  böyük  köməklik  edir.  Belə  ki,  komitədən  bizə    Azərbaycanla  bağlı  materiallar,

broşürlər  və  s.  materiallar  verirlər.  Ümumiyyətlə,  komitə  ilə  olan  əlaqələrimizi  yüksək  qiymətləndirərəm  və

düşünürəm  ki,  bu  cür  sıx  əlaqələrimiz  Norveçdəki  Azərbaycan  diasporunun  daha  da  inkişaf  etməsinə  öz  müsbət

təsirini göstərəcək.

- Norveçdə “Azərbaycan evi” açmaq planınız gerçəkləşdimi?

- Bu  layihənin  gerçəkləşməsi  həm  Azərbaycan,  həm  Norveçdə  yaşayan  azərbaycanlılar  üçün,  Norveç  və

Azərbaycan əməkdaşlığı və əlaqələri üçün mühüm bir iş  olacaq. Təəssüflər olsun ki, 2010-cu ildə biz bu layihəni

həyata keçirə bilmədik. Bunun da həm obyektiv,həm də subyektiv səbəbləri var. Beş il NAYO üçün elə də böyük

tarix deyil. Amma  bu qısa zamanda struktur quruculuğunda, əməkdaşlığın genişlənməsində, təcrübə toplanmasında

uğurlarımız olub.  

Ona  görə  də  ötən  ili  sırf    Norveç  hökuməti,  ordakı  təşkilatlar  ilə  şəbəkəmizin  genişlənməsinə  və

əlaqələrimizin güclənməsinə sərf etdik. Bu cür müsbət işgüzar əlaqələrimizin qurulması bu il “Azərbaycan evi”nin

açılmasına dəstək olacaq.2010-cu ildə Norveçdə Azərbaycan dili məktəbini yaratdıq. 

Bu  Norveçdə  yaşayan azərbaycanlıların Azərbaycan  dilini  öyrənməsi  üçün  uğurlu  bir  layihədir.  Bu  kimi



layihələr növbəti  illərdə də  davam edəcək.

-Hər  bir  xarici  ölkədə  fəaliyyət  göstərən  diaspor  təşkilatı  həmin  ölkənin  ictimai  həyatına

qatılmalıdır. Norveçdə yaş ayan azərbaycanlılarda orda daha çox hansı sahələrdə təmsil olunurlar?

-  Norveç  neft  ölkəsi  olduğundan  orda  yaşayan  azərbaycanlıların  əksəriyyəti  neft  sahəsində  çalışırlar.

Norveçdə  yaşayan  həmyerlilərimiz  arasında  öz  sahəsində    kifayət  qədər  nüfuzlu  mövqeyə  sahib  olanlarda

var.NAYO fəaliyyət göstərdiyi ölkənin ictimai həyatında təmsil olunmaq baxımından çox aktivdir. Məhz 2010-cu

ildə  NAYO-nun  böyük  uğurlar  olub.  Norveç  hökuməti  tərəfindən  xüsusi  diqqətlə  qəbul  olunmağa  başladıq.

Oslonun  meri  cənab  Fabian  Stangen  may  ayında  NAYO  və  təşkilatımızın  timsalında  orda  yaşayan  40-a  yaxın

azərbaycanlı ilə  rəsmi  görüş  keçirdi.  Bu  onu  göstərdi  ki,  diaspor  təşkilatı kimi  Norveçin  ictimai-siyasi  həyatında

fəal  iştirak  edirik.  Biz  Oslo  meri  ilə  görüşümüzdə  təşkilatımızın  həyata  keçirdiyi  layihələrdən  danışdıq.  Eyni

zamanda  NAYO-nun  üzvlərindən    biri  Norveçdə  13  aktiv  gəncdən  biri  seçilərək  ABŞ  -da  təhsil  almağa  getdi.

Həmçinin NAYO-nun sədri kimi mən də 2009-cu ilin aktiv və akademik gənci seçilərək Norveçi Avropanın Gənc

Liderləri Proqramında təmsil etmişəm.  ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən bu layihə Avropanın

24  aktiv  və  akademik  gənci  qatılmışdı.  Mən  çox  sevindim  ki,  belə  bir  layihədə  Norveçi  azərbaycanlı gənc  təmsil

edib.  Bu  da  azərbaycanlıların  Norveçin  ictimai-  siyasi  həyatına  inteqrasiyasında  mühüm  rol  oynayaraq,  Norveç

təmsil etmək səviyyəsində olan uğurlardır.



-Bu gün dövlətimiz tərəfindən xaricdəki diaspor təş kilatlarının inkişaf etməsi üçün bir sıra mühüm

işlər görülür. Diaspor təş kilatlarının bugünkü fəaliyyəti sizi qane edirmi?

-  Diasporumuz  bu  gün  yüksək  səviyyədə  təşkilatlanma  səviyyəsindədir.  Müxtəlif  istiqamətlər  üzrə

fəaliyyət göstərən təşkilatlarımızı qiymətləndirmək çətin olardı.  Norveç təcrübəsindən danışaraq onu deyə bilərəm

ki,  NAYO  -nun  Norveçin  müxtəlif  şəhərlərində  şöbələri  açılıb  və  biz  onlara  dəstək  göstəririk.  Xaricdə  müəyyən

müddətdə fəaliyyət göstərən diaspor təşkilatı öz təcrübəsini yeni yaranmaqda olan diaspor təşkilatı ilə bölüşməlidir.

Məsələn,  Norveçdə  fəaliyyət  göstərən  Norveç-Azərbaycan  Assosiasiyasının  qurulmasında  və  inkişafında

NAYO-nun böyük rolu oldu. Yəni NAYO Norveçdə azərbaycanlıların görüş nöqtəsidir.

Qeyd edim ki, təşkilatımız Norveçdə fəaliyyət göstərən bir sıra xarici ölkələrin təşkilatları ilə əməkdaşlıq

edir.  Belə  ki,  NAYO-nun  Norveçdəki  ABŞ,  Türkiyə  səfirlikləri  ilə  əlaqələri  çox  yaxşıdır.  Bundan  əlavə  orda

fəaliyyət  göstərən    Norveç  təşkilatları  və  türk  icmaları  ilə  də  əməkdaşlığımız  var.  Bir-birimizin  təşkil  etdiyi

tədbirlərdə  iştirak  edirik.  Beynəlxalq  Tələbələr  Təşkilatı  və  Beynəlxalq  Yay  Məktəbi    ilə  də  iş  birliyimiz

mövcuddur.  

Diasporumuzun  Norveçdə  inkişaf  etməsinə  və  oradakı  digər  diaspor  təşkilatları  ilə  əlaqələrimizin

qurulmasında maraqlıyıq və  bu istiqamətdə əlimizdən gələni edirik.

Məlumat  üçün  bildirim  ki,  bu  ilin  fevral-mart  aylarında  da  layihələrimiz  olacaq.  Diaspor  təşkilatı olaraq

hər il “Xocalı soyqırımı”nın anım gününü qeyd edirik. Ermənilər tərəfindən həyata keçirilmiş  bu faciəni, vəhşiliyi

Avropaya-Norveçin  rəsmi  dairələrinə  və  ümumilikdə  ictimaiyyətə  təqdim  etmək  üçün  tədbirlər  keçiririk.  Bu  ilin

fevral ayında da bu soyqırımla bağlı sərgi nümayiş etdirəcəyik.

Martın  əvvəllərində  də  gözəl  bir  layihəmiz  reallaşdıracayıq.  Norveçin  qeyri-hökumət  təşkilatlarından,

parlamentindən,  Oslo  meriyasından,  tələbə  təşkilatlarından  ibarət  10  nəfərlik  nümayəndə  heyəti  Azərbaycana

gələcək.  Və  bu  tədbir  çərçivəsində    seminar  təşkil  edəcəyik,  Azərbaycandakı  gənclər  təşkilatları  ilə  görüşümüz

olacaq,  Azərbaycanın  uğurları və  Qarabağ münaqişəsi  haqqında  onlara  məlumat  verəcəyik.  Hazırda  bu  layihənin

ilkin mərhələsindəyik.  

Mart  ayında  daha  bir  tədbirimiz  olacaq.  Norveçdə  Novruz  bayramını  təntənəli  olaraq  keçirməyi  qərara

almışıq.  Bu  layihəmizdə  istərdik  ki,  Azərbaycanın  görkəmli  mədəniyyət  nümayəndələri  iştirak  etsin.  Əminəm  ki,

biz buna nail olacağıq.



-  Bildiyimizə  görə,  NAYO-nun  elektron  saytı  üzərində  son  hazırlıq  işləri  aparılır.  Nə  vaxt  saytı

istifadəyə verməyi düşünürsünüz?

- NAYO-nun saytının  yenidən qurulması istiqamətindən artıq bir ilə yaxındır ki, işləyirik. Bu çox böyük

bir  layihədir.  Çünki  biz  Azərbaycan,  Norveç  və  ingilis  dillərində  Skandinaviyada  və  Avropada  informasiya

boşluğunu doldurmaq üçün çox geniş  mövzuları əhatə edəcək bir internet səhifəsi qurmaq üzrəyik. Eyni zamanda

bu internet səhifəsinin  xaricdə yaşayan, təhsil alan və diaspora işlərində fəallıq  göstərən azərbaycanlılar  üçün  də

yararlı olacağını düşünürəm.  Ona görə ki, saytımızda yerləşdiriləcək materialların xaricdə tədbir keçirən insanlar

üçün praktik olaraq informasiyaları asanlıqla əldə etmək baxımından yararlı mənbə olacağına  inanıram.  Bu saytın

hazırlanmasında  bizə  Norveçdən  və  Azərbaycandan  jurnalistlər  köməklik  edir.  Yenilənmiş  internet  səhifəmizi  iki

auditoriya  -  Norveç  və  onun  timsalında    Skandinaviya  xalqlarının,  eyni  zamanda  azərbaycanlıların  düşüncəsi  və


başa düşəcəyi yanaşma ilə hazırlamışıq. Onu da qeyd edim ki, ingilis dilində olan bölmə qlobal yanaşma ilə olcaq. 

Hazırda da sayt üzərində intensiv olaraq işləyirik. Ancaq konkret olaraq hansı tarixdə istifadəyə veriləcəyini deyə

bilmərəm.  Çünki  istəyirik  ki,  hədəflərimizə  çatandan  sonra  internet  saytını  istifadəyə  verək,  yəqin  ki,  Novruz

bayramına qədər təqdim edəcəyik.

Bir sözlə, NAYO (www.nayo.no)  internet saytı Norveç və Azərbaycan, həmçinin  keçirdiklərimiz  layihə

və tədbirlər haqqında məlumat əldə etmək üçün yaxşı bir məlumat mərkəzi olacaq.

Məlumat  üçün  bildirək  ki,  Norveç  Azərbaycanlıları  Gənclər  Təşkilatı(NAYO)  2006-ci  ildə  Norveçin

paytaxtı  Oslo  şəhərində    yaradılıb.  Beş  nəfərdən  ibarət  idarə  heyəti  olan  NAYO  dünyəvi,  sivil,  qeyri-siyasi,

qeyri-dini    və  gəlir  əldə  etmək  məqsədi  olmayan  bir  təşkilatdır.  NAYO-da  həm  norveçli,  həm  də  azərbaycanlı

gənclər  təmsil  olunur.  NAYO-nun  əsas  məqsədi  Norveçdə  yaşayan  azərbaycanlıların  Norveç  ictimaiyyətinə

inteqrasiya  olmasında  yardımçı  olmaq,  onları  təşkilatlandırmaq,  hüquqlarını  müdafiə  etmək  və  sosial

problemlərinin  həlli  istiqamətində  işlər  görməkdir.  Eyni  zamanda  Norveçdə  Azərbaycan  xalqının  mədəniyyətini,

tarixini,  problemlərini  və  nailiyyətlərini  çatdırmaqla  yanaşı,    iki  ölkə  arasında  dostluq  əlaqələrini

möhkəmləndirmək, iqtisadi, elmi və mədəni  əlaqələrin  inkişafına  dəstək verməklə  dostluq  və  əməkdaşlıq  körpüsü

rolunu oynamaqdır. Norveçdə  Azərbaycanla bağlı bir çox tədbirlər həyata keçirməklə bərabər təşkilat bu gün də öz

dəst-xəttini    qoruyub  saxlaya  bilib.  Belə  ki,  NAYO  Azərbaycanı  xaricdə  akademik  səviyyədə,  yüksək  anlamda

təmsil  edir.  Azərbaycana  aid  elmi  iş  yazan  əcnəbilərə,  layihələr  qurmaq  istəyən  təşkilatlara  Azərbaycanla    bağlı

informasiya  verir.  Hazırda  Norveç  Azərbaycanlıları Gənclər  Təşkilatının  4  şöbəsi  var.  Belə  ki,  NAYO  -Bergen,  

NAYO-  Stavanger,  NAYO-Trondheim  və  Norveç  Azərbaycanlı Tələbələr  Təşkilatı(NASO)şöbələri    təsis  olunub.

Bundan başqa NAYO-nun nəzdində gənclər, qadınlar və idman qrupları da mövcuddur.



Günay ƏSƏDOVA


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə